FiZİKİ TƏLİM



Yüklə 136,15 Kb.

tarix17.11.2017
ölçüsü136,15 Kb.


FİZİKİ TƏLİM 



Fiziki təlim

2009

Fiziki təlim insanın  harmonik inkişafı üçün vacib şərtlərdən biridir. Fiziki təlim ibtidai və 

baza pilləsinin əsas məqsədini daşıyır. Uşağa ibtidai sinifdən fiziki fəallıqların tətbiq edilməsinin 

vacibliyini  dərk  etdirməliyik.  O  anlamalıdır  ki,  sağlamlıq  xəstəliyin  olmaması  demək  deyil, 

sağlamlıq – həmin xəstəliyi uzaqlaşdırmaq deməkdir, bu isə, sağlam həyat qaydasına riayət etməklə 

mümkündür. Şagird anlamalıdır ki, fiziki fəallıq ömrün uzun olmasının, sosial və material rifahın 

ön şərtidir.

Hazırkı şərtlərdə, fiziki təlim üçün vacib olan infrastrukturun  tam dağıldığı bir zaman, praktiki 

olaraq  avadanlığın  və  idman  zallarının  olmadığı  halda,  müəllimlər  minimal  material  təminat 

şərtlərində, makismal şəkildə fiziki təlim vasitələrini inkişaf etdirmək, uşaqları idman oyunlarına 

cəlb etmək üçün bütün vasitələrə əl atmalıdırlar. 

Eləcə də müəllimlər məhdud fiziki imkanlı uşaqları idmanla maraqlandırmağı, valideynlərin 

və həkimin məsləhətindən sonra onları qrup işlərinə cəlb etməyi bacarmalıdırlar.

Fiziki təlimin əsas məqsədi odur ki, şagird dərk etsin ki, sağlam həyat 

qaydasının vacib amillərini təqdim edir:

Fiziki mədəniyyət və idman;

Aktiv iş və istirahət;



Rasional qida;

Şəxsi və ictimai gigiyena;



Zərərli adətlərdən boyun qaçırmaq;

İnsanlarla  münasibət,  birlikdə  yaşamaq  prinsiplərinə    riayət  etmək,  imkansızlara  qarşı 



mərhəmətli olmaq.

Məktəbin hər üç pilləsində fiziki  təlimin, dərs intizamı olaraq (ibtidai, baza və orta)  öz spesifikası 

vardır:


Gir.Fiz. T.   - 1


Fiziki təlim

2009

İbtidai pillə - I-IV siniflər

 

Sərbəst hərəkətlərin formalaşdırılması



Məqsəd: 

sərbəstliyi stimullaşdırmaq və dəstək göstərmək. Hərəkət funksiyalarını dərk etmək.

Məktəbin ibtidai pilləsində şagird sərbəstliyə vərdiş edir. Bunun üçün o bilməlidir:

Bu və ya digər çalışmanın və ya hərəkətin praktiki əhəmiyyəti və fiziki inkişaf üçün onun 

a) 


vacibliyini. Dərs bununla başlamalıdır, yəni şagirdi inandırmalıyıq ki, verilən idman hərəkəti 

vacibdir. Məs., əgər söhbət çeviklikdən gedirsə, o zaman çevikliyin praktiki əhəmiyyətindən 

söhbət aparmalıyıq. Belə ki, bu və ya digər idman hərəkətinin əhəmiyyətinin dərk edilmiş 

motivasiyasını ön plana keçirməliyik – sadə çalışmadan başlamış həyat qaydasına qədər.



Hərəkətin mənası. 

b) 


Məs., əgər söhbət çeviklikdən və ya cəldlikdən gedirsə, şagird idman 

hərəkətlərinin komplekslərindəki müəyyən qanunauyğunluqları görməyi bacarmalıdır və lazım 

gələrsə, sərbəst şəkildə yeni idman hərəkətini düşünməli və ya mövcud olan idman hərəkətini 

çətinləşdirməlidir.



Dərsdə fiziki çalışmaların yerinə yetirilməsinin ardıcıllıq qanunauyğunluğu. 

c) 


Şagirlərə 

izah etmək lazımdır ki, bədənin açılışması üçün edilən hərəkətlər  sırada niyə birincidir, əsas 

hərəkətlər isə -sonuncu. Onlar anlamalıdırlar ki, məkanda istiqaməti inkişaf etdirən bədənin 

açılışı hərəkətləri (məs., maneələr arasında qaçış) basketbol oyunundan, yerlərdə qaçış – „iki 

bayraq“ və sairədən əvvəl olmalıdırlar.

İbtidai pillədə iş metodları

Əgər tədris prosesində emosionallıq kifayət qədər deyilsə, o zaman  I-VI siniflərdə şagirdlər arasında 

yaradıcı və fiziki fəallıqların inkişafı təsəvvüredilməzdir. Bunun üçün də, dərsdə üstünlük oyunlara 

və qruplar arasında yarışmalara verilməlidir. Həvəsli yarışmalar, sadə həvəsləndirici olsa da belə, 

bütün şagirdləri dərs prosesinə cəlb etmək üçün yaxşı stimuldur.

Şagirdlərlə iş onların fiziki göstəriciləri və sağlamlıqlarının yaxşılaşdırılmasına yönəldilməlidir. 

Fiziki təlim kursunu mənimsəyən şagird hərəkət vərdiş-bacarıqlarından müstəqil şəkildə istifadə 

etməyi bacarmalıdır.

Gir.Fiz. T.   - 2



Fiziki təlim

2009

Baza məktəbi – VII-IX siniflər

Sərbəstliyi  təyin etmək  şərtlərinə dəstək göstərmək və təşkil etmək

7-9 siniflərdə sərbəstliyi üzərə çıxarmaq və möhkəmləndirmək üçün  

şagirdlərlə növbəti mövzuları keçmək lazımıdır:

1.Hərəkətin əsasları

1. 

2. Dayaq-hərəkət sisteminin anatomik-fizioloji quruluşu



2. 

3. Fiziki təlimin gigiyenası və travmatizmin profilaktikası

3. 

4. Fiziki inkişafın dərəcəsi 



4. 

5. Özünə nəzarət və başqalarına nəzarətin əsasları.

5. 

Məqsəd:

Hər bir şagirdin zəif və güclü tərəflərini təyin etmək;

Fiziki hazırlıq üzrə özünü qiymətləndirmək;

Baza pilləsində iş metodları

  Bu mərhələdə şagirdlərə imkan verilməlidir ki, fiziki çalışmaya sərbəst yanaşmanı təyin edə 

bilsinlər. Çalışmaların qrup növlərinə üstünlük verilməlidir. Qrupların yaranma prinsipi ayrı-ayrı 

növlərdə müxtəlif olmalıdır. Sınaqdan keçmiş ən sadə forma, – qruplarda güclü uşaqların eyni 

şəkildə bölünmə prinsipidir. Məhz burada özünə nəzarətin inkişaf prinsipi bizə lazım olur, – hər 

şagird öz imkanlarını tənqidi və obyektiv şəkildə qiymətləndirməyi bacarmalıdır.  Bu, qrupların 

formalaşmasında münaqişə hallarının aradan qaldırılmasına yardım olur. Eyni zamanda qruplarda 

hər bir şagird konkret, ona uyğun tapşırığı yerinə yetirir. Eləcə də hər bir qrupa onların vəzifələrini 

göstərməliyik. Ola bilər ki, qrupların özləri vəzifələrini müəyyən etsinlər – bu, şagirdə seçim 

hüququnu verir.

Gir.Fiz. T.   - 3



Fiziki təlim

2009

Orta pillə - X-XII sininflər.

Dərsdə və dərslərdən sonra sərbəst fəallıq və yaradıcı münasibətinin 

stimullaşdırılması. 

Məqsəd:

Fiziki mükəmməlliyə meyl göstərmək, sağlam həyat qaydasını stimullaşdırmaq.



Orta məktəb pilləsində iş metodları

 Bu mərhələdə, yaş həddindən irəli gələrək, şagirdlər sərbəstlik göstərə bilər, hətta sərbəstlik 

göstərməyə hüquqları da çatır və istənilən idman növünü seçə bilərlər. Peşəkar müəllimin olduğu 

halda, müəllim məsləhət verə bilər ki, idmanın hansı növündə şagird öz imkanlarını maksimal 

şəkildə üzərə çıxara bilər. Əlbəttə ki, idman növündə təkmilləşdirmə məktəbin preroqativi deyil. 

Xoşbəxtlikdən, böyük şəhərlərdə hələ ki, idman seksiyaları fəaliyyət göstərir, harada şagird bu və 

ya digər idman növündə ciddi, bəzi hallarda isə, peşəkarlıqla formalaşa bilir. Üçüncü mərhələdə, 

məktəbdə  hərəkət  bacarıqlarının  kompleks  şəklində  inkişafında  fiziki  təlim  müəlliminin  əsas 

funksiyası özünü göstərməlidir.

Fiziki təlimin istiqamətləri

İbtidai və baza məktəbində fiziki təlim üç istiqamətə ayrılır:

Sağlamlıq və təhlükəsizlik;  

1. 

Hərəkət vərdiş-bacarıqları;

2. 

Fəal iştirak.

3. 

Bütün istiqamətlərdə tədris paralel və bir-biri ilə sıx əlaqədə həyata keçirilir.



Sağlamlıq və təhlükəsizlik. 

1. 

Bu istiqamət hüdudlarında şagirdlər fiziki fəallıqlar və sağlamlıq, fiziki inkişaf arasında hansı 

əlaqənin olması ilə tanış olurlar. Sağlam həyat qaydası ilə tanış olurlar; şagirdlərin təhlükəsizliyə 

riayət etmək vərdiş-bacarıqları inkişaf etdirilir.



Hərəkət vərdiş-bacarıqları.

2. 

 

Bu istiqamət hüdudlarında şagirdlər müxtəlif növ hərəkətlərə sahib olur, əsas hərəkət vərdiş-



bacarıqlarını əldə edir, müxtəlif növ idman oyunlarını oynayırlar.

Fəal iştirak.

3. 

Bu  istiqamət  hüdudlarında  şagirdlər  intizama  adət  edir,  başqasının  fikirlərini  dinləyir, 

ictimaiyyətə üzv olmağı öyrənirlər. Sosial mühitdə uğurla yaşamaq üçün lazımi qaydalara riayət 

edirlər.


Gir.Fiz. T.   - 4


Fiziki təlim

2009

I sinif

İlin sonunda əldə edilən nəticələr

İstiqamət

Sağlamlıq və 

təhlükəsizlik

Hərəkət vərdiş-bacarıqları

 Fəal iştirak

F.t.I.1.1.

Şagird şəxsi gigiyena 

və təhlükəsizliyin 

elementar qaydalarına 

riayət edir.

F.t.I.2.1.

Şagird fiziki fəallıqda 

iştirak üçün lazımi hərəkət 

vərdiş-bacarıqlarını göstərir 

(yerdəyişmə - hoppanmaq, 

qaçmaq; manipulyasiya – 

atmaq, tutmaq; tarazlığı 

saxlamaq – o tərəf – bu tərəfə 

hoppanmaq).

F.t.I.3.1.

Şagird müntəzəm olaraq sağlamlığı 

qorumaq və möhkəmləndirmək 

üçün fiziki fəallıqlarda iştirak edir.



F.t.I.3.2.

Fiziki fəallıqda iştirak zamanı 

şagird həyat vərdiş-bacarıqlarını 

əldə edir (problemin həlli, qərar 

qəbul etmək, qarşıya məqsəd 

qoymaq, insanlarla münasibət).



İlin sonunda əldə edilən nəticələr və onların indikatorları

Sağlamlıq və təhlükəsizlik

F.t.I.1.1. 

Şagird şəxsi gigiyena və təhlükəsizliyin elementar qaydalarına  

      

riayət edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Sağlamlıq üçün ziyanlı yeməkləri sadalayır;

Dişlərə və bədənə qulluq prosedurlarını təsvir edir;



Məişət texnikasının təhlükəsiz istismarı qaydalarını təsvir edir;

Məktəbdə, evdə, ətraf mühitdə hansı potensial təhlükə ilə üzləşə biləcəyi barədə söhbət 



aparır (yanğın, bədən xəsarəti, qida ilə zəhərlənmə və s.)

Yardım edə bilən şəxsləri sadalayır (yanğınsöndürən, həkim, polis) və onlarla necə əlaqə 

saxlamağı (patrul polisinin, yanğınsöndürmənin, təcili yardımın telefon nömrələrini) təsvir 



edir;

Tanınmış dərmanları təyin edir;

Oyun üçün təhlükəsiz (ev, məktəbin həyəti, idman zalı) və təhlükəli (çay, avtomobil yolu, 



zibil bunkeri) yerləri adlandırır;

Evdən məktəbə qədər yolu təsvir edir.

Fiz. T. I.   - 1




Fiziki təlim

2009

Hərəkət vərdiş-bacarıqları

F.t.I.2.1. 

Şagird fiziki fəallıqda iştirak üçün lazımi hərəkət vərdiş- 

 

      

bacarıqlarını göstərir (yerdəyişmə - hoppanmaq, qaçmaq;    

      

manipulyasiya – atmaq, tutmaq; tarazlığı saxlamaq – o tərəf – bu  

      

tərəfə hoppanmaq).

Nəticə əldə edilmişdir, əgər şagird:

Müəllimin siqnalı ilə hərəkətə başlayır və ya dayandırır (gəzmək, qaçmaq, hoppanmaq);

Təlimatlara əsasən, müxtəlif istiqamətlərdə hərəkət edir (gəlir, qaçır, hoppanır): tək, başqaları 



ilə birlikdə və müxtəlif sürətlə;

Başqa-başqa traektoriya ilə hərəkət edir (düz xət, dairə, ziqzaq);

Bir və ya iki əli ilə müxtəlif ölçülü və formalı əşyaları verilən hədəfə doğru atır;



Bir və ya iki əli ilə atılan əşyanı (topu) tutur;

Bir əlində top tutaraq yerində hoppanır;



O tərəf bu tərəfə hoppanarkən tarazlığa riayət edir; 

Dayaq və ya ləvazimat xaricində tək ayağında duraraq tarazlığa riayət edir; 



Musiqinin müşayiəti ilə ritmik hərəkətləri yerinə yetirir.



Fəal iştirak

F.t.I.3.1. 

Şagird müntəzəm olaraq sağlamlığı qorumaq və  

 

 

      

möhkəmləndirmək üçün fiziki fəallıqlarda iştirak edir.

      

Nəticə əldə edilmişdir, əgər şagird:

 Proqramla nəzərdə tutulan bütün növ fiziki fəallıqlarda (gimnastika, idman gimnastikası, 

yüngül atletika,  rəqs, qrup oyunları və yarışmalar) iştirak edir;



  Müəllimin  təlimatlarını  yerinə  yetirir,  yeni  fəallıqlara  diqqətlə  yanaşır  və  onları 

mənimsəyir.



F.t.I.3.2. 

Fiziki fəallıqda iştirak zamanı şagird həyat vərdiş-bacarıqlarını  

      

əldə edir (problemin həlli, qərar qəbul etmək, qarşıya məqsəd  

      

qoymaq, insanlarla münasibət).

Nəticə əldə edilmişdir, əgər şagird:

Oyun və ya fiziki fəallıq zamanı sərbəst şəkildə qərar qəbul edir (topu hansı oyunçuya 

ötürsün, maneədən necə yan ötsün, hansı təchizatlardan istifadə etsin və s.);



Oyunun qaydalarına riayət edir;

Nəzakətlidir və başqalarının maraqlarını nəzərə alır;



Digər oyunçulara və idman ləvazimatlarına qarşı ehtiyatla yanaşır.

Fiz. T. I.  - 2




Fiziki təlim

2009

II sinif 

İlin sonunda əldə edilən nəticələr

Sağlamlıq və təhlükəsizlik

Hərəkət vərdiş-bacarıqları

 Fəal iştirak

F.t.II.1.1.

Şagird şəxsi gigiyena və 

təhlükəsizliyin elementar 

qaydalarına riayət edir.



F.t.II.2.1.

Şagird fiziki fəallıqda 

iştirak üçün lazımi hərəkət 

vərdiş-bacarıqlarını göstərir 

(yerdəyişmə - hoppanmaq, 

qaçmaq; manipulyasiya – 

atmaq, tutmaq; tarazlığı 

saxlamaq – o tərəf – bu 

tərəfə hoppanmaq).

F.t.II.3.1.

Şagird onun sağlamlığını 

yaxşılaşdıran əsas fiziki 

fəallıqlarda iştirak edir.



F.t II.3.1.

Fiziki fəallıqda iştirak 

zamanı şagird həyat vərdiş-

bacarıqlarını əldə edir 

(problemin həlli, qərar qəbul 

etmək, qarşıya məqsəd 

qoymaq, insanlarla münasibət).

                   



İlin sonunda əldə edilən nəticələr və onların indikatorları

Sağlamlıq və təhlükəsizlik

F.t.II.1.1.  Şagird şəxsi gigiyena və təhlükəsizliyin elementar qaydalarına  

      

riayət edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Sistematik şəkildə dişlərini fırçalayır və əllərini yuyur;

İnsan sağlamlığı üçün bu və ya digər növ (şirin, yağlı, duzlu….) qidanın əhəmiyyətini təsvir 



edir;


Sağlamlıq üçün təhlükəsiz qidanı seçir;

Əsas məişət texnikasının təhlükəsiz istifadə qaydalarını təsvir edir;



Hansı növ nəqliyyat vasitəsinin gərək olduğunu bilir;

Küçədə gediş və nəqliyyatdan istifadə qaydalarını bilir;



Lazım gəldiyi halda hansı dərmanın hansı doza ilə istifadə edilməsini təsvir edir; 

 Lazım gəldiyi halda valideynləri və yaxınları ilə telefonla əlaqə saxlayır;



Evin, məktəbin, yaxın dostunun ünvanını və telefon nömrələrini sadalayır.

               



Fiz. T. II.   - 1


Fiziki təlim

2009

Hərəkət vərdiş-bacarıqları

F.t.II.2.1.  Şagird fiziki fəallıqda iştirak üçün lazımi hərəkət vərdiş- 

 

      

bacarıqlarını göstərir (yerdəyişmə - hoppanmaq, qaçmaq;    

      

manipulyasiya – atmaq, tutmaq; tarazlığı saxlamaq – o tərəf – bu  

      

tərəfə hoppanmaq).

Nəticə əldə edilmişdir, əgər şagird:

Müxtəlif hərəkətləri bir-biri ilə əvəz edir (qaçmaq-hoppanmaq, qaçış zamanı sürətlə istiqaməti 

dəyişmək, müəllimin təlimatı ilə başqa-başqa istiqamətlərdə yerdəyişmə);



Dayanmış və ya diyirlənmiş topu ayağı ilə vurur, zərbə vurduğu ayağını o biri ilə dəyişir, 

topu başqa oyunçuya ötürür və ya qısa yaxud da bir az aralı məsafədən hədəfə atır;



Qısa məsafədə topu ayağı ilə aparır;

Hərəkət edir və topu əli ilə aparır (basketbolçu hərəkəti ilə);



Tək ayağı üzərində hoppanır və müəllimin siqnalında hopppandığı ayağını o biri ayağı ilə 

əvəz edir;



Ikitəkərli velosiped və samokat sürür.



Fəal iştirak



F.t.II.3.1.  Şagird onun sağlamlığını yaxşılaşdıran əsas fiziki fəallıqlarda  

      

iştirak edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Fərdi və qrup idman hərəkətlərində, rəqslərdə iştirak edir;

Oyun zamanı qəbul edilən qərarlara riayət edir (imkan daxilində ləvaziamtlar gətirir və ya 



oyundan sonra saxlayır, oyuna qoşulmağa hazırdır, uyğun idman paltarını geyinir);

Uyğun tapşırıqları, müəllimin göstərişlərini və  təlimatlarını yerinə yetirir.



F.t.II.3.2.  Fiziki fəallıqda iştirak zamanı şagird həyat vərdiş-bacarıqlarını  



      

əldə edir (problemin həlli, qərar qəbul etmək, qarşıya məqsəd  

      

qoymaq, insanlarla münasibət).

Nəticə əldə edilmişdir, əgər şagird:

Oyunun qaydalarına riayət edir;

Oyun zamanı qrup üzvlərinin, tərəf müqabillərinin və müəllimin maraqlarını nəzərə alır, 



lazımi halda onlara kömək edir;

Oyun zamanı digər oyunçulara ehtiyatla yanaşır;

Təchizatlara ziyan vurmur;



Qrup üzvlərinə problemin həlli yollarını təklif edir (oyun zamanı funksiyaları necə bölsünlər, 

oyunçular  arasında yaranan münaqişəni necə tənzimləsinlər və s.)



Fiz. T. II.  - 2


Fiziki təlim

2009

III sinif

Ilin sonunda əldə edilən nəticələr

Sağlamlıq və təhlükəsizlik

Hərəkət vərdiş-bacarıqları

 Fəal iştirak

F.t.III.1.1.

Şagird  şəxsi  gigiyena  və 

təhlükəsizlik qaydalarına riayət 

edir.


F.t.III.2.1.

Şagird  fiziki  fəallıqda 

iştirak  üçün  lazımi  hərəkət 

vərdiş-bacarıqlarını  göstərir 

(yerdəyişmə  -  hoppanmaq, 

dalınca qaçmaq; manipulyasiya 

–  atmaq,  hədəfə  vurmaq; 

tarazlığı  saxlamaq  –  bədənin 

müxtəlif  istiqamətə  hərəkəti, 

fırlanmaq).



F.t.III.3.1.

Şagird  onun  sağlamlığını 

yaxşılaşdıran  əsas  fiziki 

fəallıqlarda iştirak edir.



F.t.III.3.2.

Fiziki fəallıqda iştirak zamanı 

şagird həyat vərdiş-bacarıqlarını 

əldə  edir  (problemin  həlli, 

qərar  qəbul  etmək,  qarşıya 

məqsəd  qoymaq,  insanlarla 

münasibət).

F.t.III.3.3.

Fiziki fəallığı bədənin vəziyyəti 

ilə əlaqələndirir.

İlin sonunda əldə edilən nəticələr və onların indikatorları

Sağlamlıq və təhlükəsizlik

F.t.III1.1. Şagird şəxsi gigiyena və təhlükəsizlik qaydalarına riayət edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Sağlamlığı və fiziki fəallığı saxlamaq məqsədilə hansı növ qidanın seçilməsini təsvir edir.

Bədənin  təmizliyi  və  dişlərin  sağlamlığının  insan  sağlamlığı  üçün  əhəmiyyətini  təsvir 



edir.


Epidemiya, mühit şərtlərinin dəyişdiyi zaman özünü xəstəlikdən necə qorumağı təsvir 

edir.



Fiz. T. III.   - 1


Fiziki təlim

2009

Zədə və travma almaqdan özünü necə qorumağı təsvir edir.

Yol təhlükəsizliyinin mühafizəsinin əsas qaydalarını (keçid, svetofor) təsvir edir. 



Tütün və alkoholun insanın fiziki inkişafına göstərdiyi mənfi təsiri təsvir edir.



İstiqamət: hərəkət vərdiş-bacarıqları

F.t.III.2.1.  Şagird fiziki fəallıqda iştirak üçün lazımi hərəkət vərdiş- 

 

      

bacarıqlarını göstərir (yerdəyişmə - hoppanmaq, dalınca qaçmaq;  

      

manipulyasiya – atmaq, hədəfə vurmaq; tarazlığı saxlamaq –  

      

bədənin müxtəlif istiqamətə hərəkəti, fırlanmaq).

Nəticə əldə edilmişdir, əgər şagird:

Yer  dəyişən  zaman  müxtəlif  hərəkətləri  bir-biri  ilə  uyğunlaşdırır,  sürəti  və  hərəkətin 

istiqamətini dəyişir.



Müxtəlif istiqamətlərdə hərəkət edir, maneələrdən yan ötür, rəqibin əlindən çıxıb qaçır.

Topla birlikdə hərəkət edir (əli və ya ayağı ilə oynadır).



Məqsədə çatmaq üçün topla və ya topsuz optimal sürət və yolu seçir.

Topu hədəfə vurur və ya yerində duran tərəf müqabilinə ötürür.



Topla və ya topsuz aldadıcı hərəkətlər işlədir.

 Şarı və ya yüngül topu yerə dəyməyə qoymur (başı ilə, əli, ayağı, çiyinləri ilə oynadır).



Qlsa məsafədən qaçmaqla alçaq hündürlüklü maneədən atılır.

Tarazlığını saxlaya bilir.



Bədənini müxtəlif istiqamətlərdə hərəkət etdirir (idman hərəkəti zamanı ox üzərində və 

divar nərdivanında).



 İstiqamət: fəal iştirak

F.t.III.3.1.  Şagird onun sağlamlığını yaxşılaşdıran əsas fiziki fəallıqlarda  

      

iştirak edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Bütün növ fərdi və qrup idman hərəkətlərində, rəqslərdə, oyunlarda iştirak edir.

Məktəb və həyət oyunlarına fəal şəkildə cəlb olunur.



Tətil zamanı məktəbdə əldə edilən bilikdən istifadə edir və onu başqaları ilə bölüşür.

Fiz. T. III.  - 2




Fiziki təlim

2009

F.t.III.3.2.  Fiziki fəallıqda iştirak zamanı şagird həyat vərdiş-bacarıqlarını  

      

əldə edir (problemin həlli, qərar qəbul etmək, qarşıya məqsəd  

      

qoymaq, insanlarla münasibət).

Nəticə əldə edilmişdir, əgər şagird:

Oyunun qaydalarına riayət edir.

Oyun zamanı başqalarının maraqlarını nəzərə alır.



Oyun zamanı digər oyunçulara və idman təchizatlarına qarşı ehtiyatla yanaşır.

Məqsədi təsvir edir (ritmik hərəkətləri öyrənməliyəm, daha cəld olmalıyam) və müəllimlə 



birlikdə məqsədə nail olmaq üçün lazımi fəallıqlardan istifadə edir.



F.t.III.3.3.  Fiziki fəallığı bədənin vəziyyəti ilə əlaqələndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Məşq  edilən  bədənin  xüsusiyyətlərini  təsvir  edir  (gözəl  bədən,  güclü  əzələlər,  fiziki 

dözümlük).



İdman hərəkətinə qədər, çalışma zamanı və çalışmadan sonra öz fiziki vəziyyətini təsvir edir 

(nəfəsalma, ürək döyüntüsü, temperaturun artması).



Fiz. T. III.   - 3


Fiziki təlim

2009

Fiz. T. III.  - 4




Fiziki təlim

2009

IV sinif

Ilin sonunda əldə edilən nəticələr

Sağlamlıq və 

təhlükəsizlik

Hərəkət vərdiş-bacarıqları

 Fəal iştirak

F.t.IV.1.1.

Şagird şəxsi gigiyena və 

təhlükəsizlik qaydalarına 

riayət edir. 



F.t.IV.2.1.

Şagird fiziki fəallıqda iştirak üçün 

lazımi hərəkət vərdiş-bacarıqlarını 

göstərir (yerdəyişmə - qaçış, dalınca 

qaçmaq; manipulyasiya – ayaq ilə 

zərbə vurmaq, tutmaq; tarazlığı 

saxlamaq – bədənin ağırlığını bir 

ayaqdan digər ayağa, yaxud da bir 

əldən digərinə keçirmək).

F.t.IV.3.1.

Şagird onun sağlamlığını 

yaxşılaşdıran əsas fiziki 

fəallıqlarda iştirak edir.



F.t.IV.3.2.

Fiziki fəallıqda iştirak 

zamanı şagird həyat 

vərdiş-bacarıqlarını əldə 

edir (problemin həlli, 

qərar qəbul etmək, qarşıya 

məqsəd qoymaq, insanlarla 

münasibət).



İlin sonunda əldə edilən nəticələr və onların indikatorları

Sağlamlıq və təhlükəsizlik

F.t.IV.1.1. Şagird şəxsi gigiyena və təhlükəsizlik qaydalarına riayət edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Insan üçün sağlamlığın əhəmiyyətini və sağlam həyatın üstünlüyünü təsvir edir.

Bədən formasına və ölçüsünə təsir göstərən amilləri təsvir edir (pəhriz, idman).



Ayaqla, samokatla və ya velosipedlə hərəkət zamanı təhlükəsiz hərəkət qaydalarına riayət 

edir.


Tütünün  birincidərəcəli  və  ikincidərəcəli  (yəni  özləri  siqaret  çəkmirlər,  amma  siqaret 

çəkənlərin ətrafında olurlar) siqaret çəkənlərin sağlamlıq vəziyyətinə göstərdiyi təsiri təsvir 



edir.

İnsanın siqaret çəksin və ya çəkməsin qərarını qəbul etməsinə təsir göstərən amilləri (məs., 

televiziya, reklam, mühit) sadalayır.



Fiz. T. IV.   - 1


Fiziki təlim

2009

İstiqamət: hərəkət vərdiş-bacarıqları

F.t.IV.2.1. 

Şagird fiziki fəallıqda iştirak üçün lazımi hərəkət vərdiş-bacarıqlarını  

      

göstərir (yerdəyişmə - qaçış, dalınca qaçmaq; manipulyasiya – ayaq ilə  

      

zərbə vurmaq, tutmaq; tarazlığı  saxlamaq – bədənin ağırlığını    

      

bir ayaqdan digər ayağa, yaxud da bir əldən digərinə keçirmək).

Nəticə əldə edilmişdir, əgər şagird:

Ritmik  idman  hərəkəti  zamanı  müxtəlif  növü  və  sürəti  olan  hərəkətləri  bir-biri  ilə 

uyğunlaşdırır, musiqinin müşayiəti ilə ritmi dəyişir.



Qrup oyunları üçün (futbol, basketbol, voleybol, handbol) lazımi əsas elementlərdən istifadə 

edir.



Qaçış zamanı müxtəlif məsafədən topu atır, topu başqa oyunçuya ötürür.

Driblinq zamanı topu tez dayandırır, ayağı ilə onu digər oyunçuya ötürür.



Əlləri ilə kanatdan yapışır, dartınır, yellənir və əlini dəyşir.

Dirəkdə gəzdiyi zaman tarazlığını saxlayır, divar pilləsində müxtəlif növ idman hərəkətlərini 



yerinə yetirir.

Alçaq hündürlükdən hoppandıqda hoppandığı yeri və istiqaməti dəyişir.

Üzmək zamanı müxtəlif üslublardan istifadə edir (krol, bras, baterflay).





Istiqamət: fəal iştirak

F.t.IV.3.1. 

Şagird onun sağlamlığını yaxşılaşdıran əsas fiziki fəallıqlarda iştirak edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Proqramla nəzərdə tutulan fiziki fəallıqlarda iştirak edir.

Onun məqsədlərindən və ya sağlamlıq və bədən quruluşundan irəli gələn fiziki fəallıqları 



müəllimlə birlikdə planlaşdırır və müntəzəm şəkildə yerinə yetirir.



F.t.IV.3.2.  Fiziki fəallıqda iştirak zamanı şagird həyat vərdiş-bacarıqlarını  

      

əldə edir (problemin həlli, qərar qəbul etmək, qarşıya məqsəd  

      

qoymaq, insanlarla münasibət).

Nəticə əldə edilmişdir, əgər şagird:

Fiziki fəallıqla əlaqədar realistik məqsədi qarşısına qoyur və hərəkət planını təyin edir 

(müəyyən edir ki, məqsədə nail olmaqda kim ona kömək edə bilər, məqsədə çatıb çatmadığını 



necə anlamalıdır).

Oyunun qaydalarına və etiketinə riayət edir (həm qələbəni, eləcə də məğlubiyyəti ləyaqətlə 

qarşılayır).



Digər oyunçulara qarşı hörmətini bildirir (nəzakətlə danışır, başqasının fikrini dinləyir, 

mübahisə zamanı düzgündür).



Fiz. T. IV.  - 2


Fiziki təlim

2009

VII - IX siniflər

Pillənin sonunda istiqamətlərə əsasən əldə edilən nəticələr 

  

İstiqamət



Sağlamlıq və təhlükəsizlik

Hərəkət vərdiş-bacarıqları

Fəal iştirak

F.t.VII-IX.1.1.

Şagird dərk edir ki, sağlam 

həyat qaydası fiziki və  daxili 

sağlamlığın və cəmiyyətdə 

uğur əldə etməyinin başlıca 

şərtidir.

F.t.VII-IX.1.2. Şagird fiziki 

fəallığı öz bədəninin fizioloji 

və psixoloji inkişafı ilə 

əlaqələndirir.



F.t.VII-IX.1.3.

Şagird təhlükəsizliyin 

qorunma zərurətini təyin edir 

və çətin vəziyyətdən çıxış 

yollarını bilir.

F.t.VII-IX.2.1.

Şagird  fiziki  fəallıq  zamanı 

bütün əsas və lazımi hərəkət 

vərdiş-bacarıqlarını  təqdim 

edir.

F.t.VII-IX.3.1.

Şagird  onun  sağlamlığını 

yaxşılaşdıran fiziki fəallıqlarda 

iştirak edir.



F.t.VII-IX.3.2. Fiziki fəallıqda 

iştirak  zamanı  şagird  həyat 

vərdiş-bacarıqlarını  əldə  edir 

(problemin  həlli,  qərar  qəbul 

etmək, qarşıya məqsəd qoymaq, 

insanlarla münasibət).



                

Nəticələr və indikatorlar

Sağlamlıq və təhlükəslik

                 

F.t.VII-IX.1.1. 

Şagird dərk edir ki, sağlam həyat qaydası fiziki və  daxili  

      

 

sağlamlığın və cəmiyyətdə uğur əldə etməyinin başlıca  

      

 

şərtidir.

Nəticə əldə edilmişdir, əgər şagird:

İdman  və  fiziki  formanın  saxlanması  məqsədilə  müntəzəm  fiziki  fəallıqlara  cəlb 

olunubdur.



Qidanın miqdarının və keyfiyyətinin sağlamlığa və ümumi fiziki vəziyyətə (idman pəhrizi, 

tarazlı qida, zülalların, yağların, karbohidratların və vitaminlərin rasional miqdarı) göstərdiyi 



təsirini təyin edir.

Narkotiklərin, alkoholun və tütünün istifadəsinin insan sağlamlığına və onun sosial statusuna 

nə kimi təsir göstərdiyini təsvir edir.



Fiz. T. VII-IX   - 1


Fiziki təlim

2009

F.t.VII-IX.1.2. 

Şagird fiziki fəallığı öz bədəninin fizioloji və psixoloji    

      

 

inkişafı ilə əlaqələndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Fiziki  fəallığın  və  sağlam  həyat  qaydasının  bədənin  (dayaq-hərəkət  sistemi)  və  daxili 

orqanların (ürək-damar, nəfəs yolları, həzmedici orqanlar, ifrazat sistemi) normal funksiyası 



üçün əlaqəsini təyin edir.

Fiziki sağlamlığı daxili sağlamlıqla əlaqələndirir və həyat qaydası və mərkəzi sinir sisteminin 

vəziyyəti arasında  əlaqəni təsvir edir.



Müxtəlif,  sağlamlıq  üçün  zərərli  maddələrin  insanın  xasiyyətinə  göstərdikləri  təsiri 

(apatiya,aqresiya, depresiya, diqqətin yayınması, yaddaş qabiliyyətinin zəifləməsi və s.) 



təsvir edir.

Bədən quruluşunun dəyişikliyinə, bəzi orqan sistemlərinin funksiyasına diqqət yetirir və 

həmin dəyişiklikləri fiziki fəallıq və sağlam həyat qaydası ilə əlaqələndirir.



F.t.VII-IX.1.3. 

Şagird təhlükəsizliyin qorunma zərurətini təyin edir və  

      

 

çətin vəziyyətdən çıxış yollarını bilir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Gözlənilən təhlükəni analiz edir və potensial cəhətdən qorxulu yerlərdən kənarlaşır (kriminal 

elementlər, narkomanlar və alkohol istifadəçilərinin toplaşdığı yerlər, insan olmayan və 



qaranıq ərazilər).

Yürüş  zamanı  həm  şəxsi,  eləcə  də  qrup  yoldaşlarının  təhlükəsizliyinə  riayət  edir  və 

təhlükəsizliyin qorunması üçün qəbul edilən ümumi qaydalardan istifadə edir.



Çadırı düzgün qurmağı, ocaq qalamağı, yemək hazırlamağı bilir.

Atmosfer hallarından qorunmağı, yemək üçün yararlı və müalicəvi bitkiləri, göbələkləri 



tanıyır, balıq ovlamağı bacarır.

Travmatizm cəhətindən qorxulu hadisələr və yerlərdən çəkinir (dağ, qaya, buzlaq, çay və 

s.).



Yad mühitdə müşayiət xaricində gəzməkdən çəkinir.

Meşədə istiqamətlənmə metodlarını (kompasdan istifadə, azimut və tərəfləri müəyyən etmək) 



bilir, müvəqqəti sığınacaq tapa bilir və ya düzəldir, yemək tapır.

Çətin vəziyyətdə özünü itirmir və problemin həlli üçün optimal yol tapır.

İlkin yardımı göstərə bilir.



Müxtəlif növ əsas tibbi preparatın istifadə qaydasını bilir.

Məktəbdə, küçədə və ya digər yerlərdə yaranan təhlükə və çətin vəziyyətdə reaksiya göstərir 



(dava, zorakılıq, yanğın, avtomobil qəzası və s.) və müvafiq xidmətlərə (polis, təcili yardım, 

yanğınsöndürmə xidməti) müraciət edir.

Müntəzəm şəkildə tibbi yoxlanışdan keçir (stomatoloq, dietoloq, exoskopiya və s.).

Fiz. T. VII-IX.  - 2




Fiziki təlim

2009

İstiqamət: hərəkət vərdiş-bacarıqları

F.t.VII-IX.2.1. 

Şagird fiziki fəallıq zamanı bütün əsas və lazımi hərəkət  

      

 

vərdiş-bacarıqlarını təqdim edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Aktiv idman hərəkətləri ilə əvvəllər mənimsədiyi əsas hərəkət vərdişlərini təkmilləşdirir.

Qrupun tamhüquqlu üzvü olaraq hər növ qrup oyunlarında iştirak edir.



Bütün əsas idman oyunu və intizamlarına malikdir.

Müxtəlif üslubda üzməyi, konki ilə, skeytbordla, samokatla sürüşməyi, velosiped sürməyi 



bacarır.


İdman zamanı musiqi müşayiəti və rəqs elementlərindən (aerobika, ritmika, idman rəqsi) 

fəal şəkildə istifadə edir.



Aktiv oyundan əvvəl bədənin açılışı hərəkətlərini yerinə yetirir.



Fəal iştirak



F.t.VII-IX..3.1.  Şagird onun sağlamlığını yaxşılaşdıran fiziki fəallıqlarda  

      

 

iştirak edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Proqramla nəzərdə tutulan bütün fiziki fəallıqlarda iştirak edir.

Müxtəlif növ yarışmalarda iştirak edir.



Müxtəlif müddəti və çətinliyi olan yürüşlərdə iştirak edir.

Fərdi məqsədindən irəli gələn fiziki fəallıqları müntəzəm şəkildə yerinə yetirir.



Müəyyən vaxt intervalında öz nailiyyətlərini yoxlayır.

Davam edən fiziki fəallıqlardan irəli gələn fiziki vəziyyət haqqında qeydlər aparır.





F.t.VII-IX.3.2. 

Fiziki fəallıqda iştirak zamanı şagird həyat vərdiş- 

 

      

 

bacarıqlarını əldə edir (problemin həlli, qərar qəbul etmək,  

      

 

qarşıya məqsəd qoymaq, insanlarla münasibət).

Nəticə əldə edilmişdir, əgər şagird:

Fiziki fəallıqda məhdudimkanlı həmyaşıdları, digər cinsin, milliyyətin, dinin  böyük və kiçik 

yaşlı tərəf müqabilləri ilə böyük həvəslə iştirak edir.



Fiz. T. VII-IX   - 3


Fiziki təlim

2009

Qrup oyunlarında intizama riayət edir, özünün hərəkətləri və emosiyalarına nəzarət edir və 

təbliğata uymur.



Məğlub olmaq və qələbə çalmağı adekvat şəkildə qəbul edir (hisslərini tarazlaşdırılmış 

şəkildə ifadə edir).



Ümumi idman məqsədinə nail olmaq üçün başqaları ilə razılıqda hərəkət edir.

Başqaları tərəfindən təklif olunan ideyalara müsbət yanaşır, özünün fikrini ifadə etməyə 



çalışır.


Qarşısına məqsəd qoyur (yaxın, uzaq) və həmin məqsədə nail olmağa çalışır.

Ətraf mühitin mühafizəsində fəal şəkildə iştirak edir, bitkilərə, heyvanlara qulluq edir.



Yaşca özündən kiçiklərə ətraf mühitdə hərəkət qaydalarını izah edir (zibilin tullanması, 

ağaclara ziyan vurmamaq, heyvanlara qəddar yanaşmamaq ).



İdman yürüşləri zamanı zəiflərə və kiçiklərə qayğı göstərir.

Dünya idman yeniliklərinə fəal şəkildə cəlb olunubdur və idman yeniliklərini analiz edir.



Mediya vasitəsilə yeni idman xəbərlərini sistematik olaraq izləyir və informasiyanı başqaları 

ilə paylaşır.



Fiz. T. IV.  - 4


Fiziki təlim

2009

X-XII siniflər



Pillənin sonunda istiqamətlərə əsasən əldə edilən nəticələr

  

İstiqamət

Sağlamlıq və təhlükəsizlik

Hərəkət vərdiş-bacarıqları

Fəal iştirak

F.t.X-XII.1.1.

Şagird bütövlükdə dərk edir ki, 

idman və sağlam həyat qaydasının 

zərurəti  fiziki və  daxili 

sağlamlığın və cəmiyyətdə uğurlu 

inteqrasiyanın başlıca şərtidir.



F.t.X-XI.1.2.

Şagird cəmiyyətin inteqrasiyası 

ilə müşayiət edilən gözlənilən 

təhlükəni tamamilə dərk edir. 

F.t.X-XII.2.1.

Şagird seçdiyi idman 

növünə doğru maraq 

göstərir.



F.t.X-XII.2.2. 

Şagird əsas və lazımi 

hərəkət vərdiş-

bacarıqlarına sahibdir.



F.t.X-XII.3.1.

Şagird ictimai həyatın bütün 

sahəsində fəal şəkildə iştirak 

edir.


Sağ lamlıq və təhlükəslik

F.t.X-XII.1.1. 

Şagird tamamilə dərk edir ki, idman və sağlam həyat   

      

 

qaydasının zərurəti  fiziki və  daxili sağlamlığın və    

      

 

cəmiyyətdə uğurlu inteqrasiyanın başlıca şərtidir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Asudə vaxtının böyük hissəsini bədənin fiziki inkişafına ayırır.



F.t.X-XI.1.2. 



Şagird cəmiyyətin inteqrasiyası ilə müşayiət edilən    

      

 

gözlənilən təhlükəni tamamilə dərk edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

Şagird maksimal şəkildə narkotiklərdən, toksik maddələrdən və alkoholdan istifadə edən 

və qanuna qarşı çıxan insanlardan uzaq olmağa çalışır.



Münaqişəli hallardan çəkinir (dava, məhəllə və dostlar arasında münaqişələr).

Xoşagəlməz nəticələrlə üzləşməmək üçün (zöhrəvi xəstəliklər, QİÇS, xoşagəlməz hamiləlik) 



cinsi münasibətlərdən çəkinir.

Fiz. T. X-XII.   - 1



Fiziki təlim

2009

Hərəkət vərdiş-bacarıqları

F.t.X-XII.2.1. Şagird seçdiyi idman növünə doğru maraq göstərir.

Nəticə əldə edilmişdir, əgər şagird:

İdmanın müəyyən bir növünə doğru xüsusi marağı var.

Peşəkar məşqçinin yardımı ilə və sistematik məşqlərlə seçdiyi idman növünə sahib olur və 



müəyyən nailiyyətləri əldə edir.

İdman yarışlarında iştirak edir.



F.t.X-XII..2.2.  Şagird əsas və lazımi hərəkət vərdiş-bacarıqlarına sahibdir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Aktiv idman çalışmaları ilə əvvəllər əldə etdiyi əsas hərəkət vərdişlərini təkmilləşdirir.

Hər növ qrup oyunlarında, qrupun tamhüquqlu üzvü olaraq iştirak edir.



Bütün əsas idman oyunu və intizamlarını mənimsəmişdir.

Müxtəlif üslubda üzməyi, konki ilə, skeytbordla, samokatla sürüşməyi, velosiped sürməyi 



bacarır.


İdman zamanı musiqi müşayiəti və rəqs elementlərindən (aerobika, ritmika, idman rəqsi) 

fəal şəkildə istifadə edir.



Aktiv oyundan əvvəl bədənin açılışı hərəkətlərini yerinə yetirir.



Fəl iştirak



F.t.X-XII.3.1. Şagird ictimai həyatın bütün sahəsində fəal şəkildə iştirak edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

Müxtəlif ictimai birliklərə cəlb olunubdir (ətraf mühitin mühafizəsi, uşaq hüquqlarının 

müdafiəsi, ahıllara qayğı, sağlam həyat qaydasının təbliğatı).



Məktəb və ya məntəqə miqyaslı ictimai faydalı tədbirlərin təşkilində təşəbbüs irəli sürür.

Başqaları tərəfindən təklif olunan ideyalara müsbət yanaşır, özünün fikrini ifadə etməyə 



çalışır.


Yaşca özündən kiçiklərə ətraf mühitdə hərəkət qaydalarını izah edir (zibilin tullanması, 

ağaclara ziyan vurmamaq, heyvanlara qəddar yanaşmamaq ).



Fiziki fəallıqda məhdudimkanlı həmyaşıdları, digər cinsin, milliyyətin, dinin  böyük və kiçik 



yaşlı tərəf müqabilləri ilə böyük həvəslə iştirak edir.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə