AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
Əlyazması hüququnda
SƏFA PƏNAH OĞLU QARAYEV
AZƏRBAYCAN FOLKLORUNDA
MİFOLOJİ XAOS
5719.01 – Folklorşünaslıq
Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
BAKI – 2015
2
Dissertasiya işi AMEA Folklor İnstitununun «Mifologiya» şöbəsində
yerinə yetirilmişdir.
Elmi rəhbər: Muxtar Kazım oğlu İmanov
AMEA-nın müxbir üzvü,
filologiya üzrə elmlər doktoru
Rəsmi opponentlər: Ramil Manaf oğlu Əliyev
filologiya üzrə elmlər doktoru, professor
Kəmalə Faiq qızı İslamzadə
filologiya üzrə fəlsəfə doktoru, dosent
Aparıcı müəssisə: Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun “Azərbaycan şifahi xalq ədəbiyyatı və ədəbi abidələr”
şöbəsi
Müdafiə «__29__» _05__ 2015-ci ildə saat ______ Azərbaycan Milli
Elmlər Akademiyası Folklor İnstitutu nəzdindəki FD.01.201 Dissertasiya
Şurasının iclasında olacaqdır.
Ünvan: Bakı şəhəri, İçərişəhər, Kiçik Qala döngəsi, 31
Dissertasiya ilə AMEA Mərkəzi Elmi Kitabxanasında tanış olmaq
mümkündür.
Avtoreferat «____» _______________ 2015-ci ildə göndərilmişdir.
FD.01.201 Dissertasiya
Şurasının elmi katibi, Afaq Xürrəm qızı
filologiya üzrə fəlsəfə doktoru, dosent: Ramazanova
3
TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Mifoloji düşüncənin mahiyyətinin öyrənilmə-
sinə həsr olunmuş müasir tədqiqatlarda xaos və kosmos münasibətlərinin
araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan folklorşünaslığında
da xaos probleminin tədqiqata cəlb olunması folklor obrazlarının mənşə-
yinin, özünü reallaşdırma imkanlarının daha dərindən araşdırılmasına im-
kan verməklə yanaşı, mifik təfəkkürün mədəniyyətdə əks olunmuş transfor-
masiyalarının da diqqət mərkəzində saxlanılmasına şərait yaradır.
Bəlli olduğu kimi, yaradılış motivləri – kosmoqonik modellər bütün
mədəniyyətlərin öyrəniliməsində əsas açar rolunu oynayır. İnsan emosiyası-
nın ən müxtəlif çalarlarını özündə ehtiva edən yaradılış motivləri gündəlik
həyatımızın bir hissəsi kimi öz varlığını qoruyub saxlayır. Mədəniyyət xaos
və kosmos münasibətlərinin tənzimlənməsinə xidmət edən kosmoqonik
modellər vasitəsi ilə özünü təşkil edir. Bu baxımdan hər bir doğum, evlilik,
adqoyma aktı mədəni kontekstdə xaosun sonunu ifadə edən ilkin yaradılış
anının təkrar təzahürü kimi ortaya çıxır. Ümumtürk mədəniyyətinin zəngin
qolunu təşkil edən Azərbaycan mədəniyyətində yer alan belə faktların xaos-
kosmos münasibətləri zəminində öyrənilməsi mifik-metaforik simvolların
müəyyənləşdirilməsinə xidmət edə bilər. Müasir dövr araşdırmaları da mə-
dəniyyətin semantik yükünün öyrənilməsində xaos-kosmos münasibətlə-
rinin müstəsna əhəmiyyət kəsb etdiyini təsdiqləyir.
Mifoloji şüurdan tarixi şüura keçid, əslində insanlığın özünüifadə-
sinin yeni bir mərhələyə - dünya duyumuna keçidi idi. Bu prosesdə mifoloji
şüurun simvolik gücü tarixi şüura transformasiya olundu ki, bu da mifoloji
şüur faktlarının yeni prizmadan dəyərləndirilməsinə gətirib çıxardı. Bu
zaman mifoloji şüurun əsas modeli olan xaos-kosmos münasibətləri estetik
şüurun yaxşı-pis, xeyir-şər, mərd-namərd, gözəl-çirkin qarşıdurmaları şək-
lində özünü büruzə verdi. Ən kiçik paremik vahidlərdən tutmuş ən iri mətn
tiplərinin əsas strukturunu təşkil edən bu kateqoriyaların xaos-kosmos mü-
nasibətləri kontekstində öyrənilməsi çoxsaylı faktlar içərisində əks olunan
invariantın, mifoloji modelin müəyyənləşdirilməsinə şərait yaradır.
Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini mifik təsəvvürləri
özündə qoruyub-saxlayan mifoloji mətnlər, paremik vahidlər, inanclar, mərasim-
lər, həmçinin nağıl, dastan, əfsanə, rəvayət və digər janrlar təşkil edir.
Dissertasiyanın predmeti kimi Azərbaycan folklor mətnlərində əks
olunan xaos metaforaları, yaradılış prosesində xaosun mövqeyi, mərasim-
lərdə xaos düşüncəsinin təzahürü, onun ayrı-ayrı modelləri, folklor mədə-
niyyətindəki paradiqmaları və s. seçilmişdir.
Araşdırmanın məqsəd və vəzifələri. Xaosun mərasim faktlarında,
epik təhkiyə nümunələrində, paremik vahidlərdə, inanclarda, gündəlik məi-