Folklorun funksiyalari



Yüklə 139,7 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü139,7 Kb.
#80069


FOLKLORUN FUNKSIYALARI 

AMEA ŞREM 

“Folklorşünaslıq və el sənətləri” laboratoriyası 

Fil.ü.f.d. dosent Mürşüdova Ulduz Bəşir qızı 

ulduzshirin@gmail.com

 

 



Dünya həmişə indi olduğu kimi olmamışdır. Tarix əfsanəvi, nağıllı dünyaya 

bir  vasitə  kimi  daxil  olur  və  müəyyən  simvolla  bu  dünyanı  tərk  edir.  Nağıllar, 

adətən, müəyyən tayfanın təcrübələrini təsvir edir. Dramatik, əfsanəvi, əsrlərlə baş 

verən  təbii  fəlakətlər,  müharibələr,    müxtəlif  tarixi-siyasi-ictimai  hadisələr 

nağıllaşır, əfsanələşir. Folklor xalqın həyatında baş verən hadisələri əvvəl əhvalat 

şəklində  yaşadır.  Sonra  illər  keçdikcə  əfsanələrə,  rəvayətlərə  çevrilir  və  sonda 

nağıllaşır. Xalq nağıllarda qəhrəmanına super güclər verir, onlar həmişə qalib gəlir. 

Qəhrəmanların əfsanələşməsi, xüsusi güclərə sahib olması onun ölümündən sonra 

da  baş  verir,  çünki  xalqın  dəyər  verdiyi  qəhrəmanlar  ölməz  olurlar.  Xalq  əsl 

qəhrəmanların  mistik  qüvvələr  tərəfindən  qorunduğuna  inanırdılar.  Super 

qəhrəmanların  qarşısını  alan  qüvvə  yoxdur,  onlar  mərddirlər,  xeyirxahdırlar, 

məzlum camaat onlar üçün xeyirdualar verir. 

          Azərbaycan  türk  folkloru  xalqın  tarixini,  dinini,  şimali  və  cənubi 

Azərbaycanda  müxtəlif  yerli  insan  qruplarının  hər  birinin  mədəniyyətini  şifahi 

şəkildə  göstərən  əsərlərin  və  ənənələrin  toplusudur.  Yerli  Azərbaycan  türk 

forkloru,  şifahi  xalq  mədəniyyətini,  dini  ibadətlərini,  tarixi  hadisələrini,  ictimai 

dəyərlərini və mədəni təcrübələrini nəsildən- nəsilə ötürür.  

Yerli  əhalinin  şifahi  dili  onun  dini  ilə  sıx  bağlı  idi,  sözün  gücü  nəhəng  idi,  hər 

sözün, hər ifadənin, hər adın öz gücü var idi. Onlar sözdən qənaətlə istifadə edir və 

bu  zaman  ciddi  şəkildə  məsuliyyət  hiss  edirdilər.  Dilin  istifadəsi  fərdin  də 

güclənməsinə təsir edirdi.  

Folklor  adət-ənənənin  yalnız  şifahi  danışıq  yolu  ilə  olması  şəklində 

dəyərləndirilməməlidir,  dinləmə  mədəniyyəti  də  bu  dəyərə  daxil  edilir.  Dinləmə 

ağıllı insanların fəaliyyəti kimi təqdim edilir, “hər kəs xoşbəxt ola bilər,  hətta ən 




adi adam da sevinclə minnətdarlıq mahnısını oxumağı bacarmalıdır.” Dinləmə fəal 

və  riseptiv-zəkaya  əsaslanan  fəaliyyətdir  ki,  danışana  hörməti  və  ehtiram  hissini 

ifadə edir. 

 

Dundes  (1965:  279-298)  folklorun  4  əsas  funksiyasını  müzakirə  edir. 



Folklorun birinci funksiyası əylənmək və əyləndirmək üçün yaradılmışdır. İkinci 

funksiya xalqın həqiqi mədəniyyətini əks etdirir. Folklorun üçün funksiyası xalq 



pedaqogikası və təhsilinə xidmət etmişdir və dördüncü funksiyası isə folklorun 

stabilliyini qorumaqdan ibarətdir. 

           Folklorun  birinci  funksiyası  həm  danışan,  həm  də  dinləyənləri 

əyləndirmək idi ki, bunların əksəriyyəti insanların asudə vaxtlarında, ağır və gərgin 

işdən  sonra  dincəlmək  üçün  yaradılmışdır,  Tompsonun  (1951:  3)  dediyi  kimi, 

folklor  onların  həyatlarının  monotonlaşmasının  qarşısını  alır  və  maraqlı  vaxt 

keçirirdilər. Axşamlar maraqlı xalq nağılları danışan və dinləyən insanlar, gündüz 

yalnız əməklə məşğul olurdular. İnsanlar arasında belə inam vardı ki, gündüz nağıl 

dinləyən  insanlar  tısbağaya  dönəcək  və  bütün  həyatları  tənbəl-tənbəl  dolaşmaqla 

keçəcəkdir. Bu inam onları işləməkdən yayınmaması üçün yaradılmışdır. Beləliklə 

adamlar gündüz işləyir və asudə vaxtlarında nağıla qulaq asır, yaxud danışırdılar. 

            İkinci  funksiya  xalqın  həqiqi  mədəniyyətini  əks  etdirir.  Dundesa  görə 

(1965: 292) bu zaman müəyyən mərasim və rituallar nümayiş etdirilir və müşahidə 

olunur ; 

“Malinowski (Dundes, 1965: 292) bu funksiya haqqında danışarkən yazır ki, miflər 

sehirli, möcüzəli, ovsunlar,  seremoniyalar, social quruluşlu rituallar cəmiyyəti əks 

etdirən  əsas  dəlil  və  sübutdur.  Bu  funksiya  yalnız  miflərdə  göstərilmir.  Bu 

örnəklərə folklorun digər janrlarında da rast gəlinir.  

            Folklorun  üçüncü  funksiyası  gənc  nəslə  davranış,  rəftar,  adətlərimiz, 

inamlarımız,  müqəddəs  hesab  etdiyimiz  atributlar,  həyat  təcrübələri  haqqında  

təlimatlandırmaqdır. Məsələn, Dundes  (1965:  293)  deyir  ki, divlərin  iştirak  etdiyi 

nağılların  məqsədi  gəncləri  nizam-intizama  alışdırmaq  üçün,  beşik  nəğmələri  -

laylalar  isə  onlarda    xoş  ovqat  bəxş  etməyə  xidmət  etmək  məqsədi  ilə  yaradılıb. 



Təmsil  və  nağıllar  gənclərdə  ümumi  fakir  və  prinsiplərin  formalaşmasında, 

qüsurların  və  pis  davranışların  ələ  salınaraq  gülüş  hədəfinə  çevrilməsində;  atalar 

sözləri  gəncləri  pis  işlər  haqqında,  onların  verə  biləcəyi  fəsadlar  haqqında 

məlumatlandırılması və xəbərdar edilməsi,  Dundesın  (1965:296) baxışlarına görə 

“fərdlərin  şöhrəstpərəstlik  və  digər  narazılıq  yaradan  davranışlar  haqqında  və 

onların insana verdiyi fəsadlar haqqında xəbərdar etmək, dünyanı və həyatı olduğu 

kimi dərk etmək və qəbul etmək” məqsədi ilə yaradılmışdır.   

            Nəhayət,  folklorun  dördüncü  funksiyası  folklor  janrları  vasitəsi  ilə 

gəncləri və cəmiyyəti müxtəlif sınaqlar, qadağalar vasitəsi ilə nəzarətdə saxlamaq, 

onları  mədəni  normalar  çərçivəsində  təlimatlandırmaq,  ağsaqqal  və 

ağbirçəklərimizin həyat tərzini və yaşam normalarını gənc nəsil tərəfindən davam 

etdirilməsi məqsədi ilə əyləncəli formada öyrətməkdir. Folkor, cəmiyyət norma və 

qaydalarını  pozan  fərdləri  pisləməklə,  bu  normalara  və  qanunlara  əməl  edənləri 

yüksək  məqama  çatdırmaqla,  yeni  nəsli  tərbiyə  edir  və  öz  milli  –mədəni 

qaydalarını sevərək inkişaf etdirmək məqsədi daşıyır. 

 

 



Yüklə 139,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə