Form 41-5-2-de, torkze, Stand Dezember 2005



Yüklə 22,66 Kb.
tarix15.03.2018
ölçüsü22,66 Kb.
#32463




Layihə:

Cənubi Qafqazda biomüxtəlifliyin davamlı idarə olunması (SMBP)

LN:

07.2051.6-003.00

Mövzu:

Təbii məhsulların dizaynı

Müqavilə Nr.




Podratçı




Müqavilə müddəti

20 iyul – 15 sentyabr 2010








1. Layihə haqqında qısa məlumat
Kənd yerlərində yoxsulluq, resurslara böyük tələbat, bəzən tez inkişaf olunan iqtisadi artım və neoliberal iqtisadi ənənələr Cənubi Qafqazda təbii resurslara təzyiqi gücləndirir və beləliklə kənd əhalisinin gəlir mənbələrinin deqradasiyasını sürətləndirir. Belə ki, qorunan ərazilərdə və onların ətrafında biomüxtəlifliyin iqtisadi cəhətdən istifadəsi təbiətə təhdid tendensiyası kimi qiymətlənir. Nə dövlət sektoru, nə ictimai, nə də ki özəl sektoru biomüxtəlifliyin davamlı idarə olunmasına dair strategiyalar inkişaf etdirməmişdirlər (əsas problem). Nəticədə, davamlı istifadə üçün inkişaf imkanları hələ də müvafiq olaraq qəbul olunmamışdır.

İlk növbədə qorunan ərazilərə yönələn Almaniya Maliyyə Əməkdaşlığının yanaşmasını tamamlayaraq Texnilki Əməkdaşlıq modeli biomüxtəlifliyin davamlı idarə olunması və istifadəsinə dair öz tövhəsini verir. Resursların konservasiyası vasitəsi ilə biomüxtəlifliyin yerli, milli və regional səviyyədə davamlı istifadə etmə perspektivindən çıxış edərək layihənin məqsədi bu perspektivləri dövlətin, iqtisadiyyatın və ictimaiyyətin təfəkkürünə nümunəvi üsulda daha effektiv inteqrə etməkdən ibarətdir.

Alman hökumətinin Qafqaz Təşəbbüslərinin hissəsi kimi, regional proqram ilk öncə müxtəlif ölkələrin ətraf mühit məsələləri üzrə nazirlikləri ilə əməkdaşlıq edir. Buna baxmayaraq, müxtəlif səviyyəli yanaşmalarından çıxış edərək proqram davamlı inkişaf modelini həmçinin digər qurumlar və özəl və ictimai sektorlar ilə həyata keçirir. Yerli səviyyədə, seçilmiş pilot yerlərdə təbii resursların idarə olunmasında, biomüxtəlifliyin istifadə olunmasının davamlı üsullarının təşviqində və gəlirlərin alternativ mənbələrinin yaradılmasında tədbirlər həyata keçirilir. Milli səviyyədə təbii resursların davamlı idarə olunması üşün siyasi və təşkilati şərtlərinin yaxşılaşdırılması sahəsində tədbirlər görülür. Regional səviyyədə müxtəlif ölkələrin təcrübə və texniki məlumatlarının mübadilələri aparılır. Özəl sektorun və dəyər zəncirlərinin dəstəyi sahəsində GTZ-in digər layihələri və proqramları ilə əməkdaşlıq edilir. Proqram Maliyyə Əməkdaşlıq üzrə modelinin tamamlanması üçün CIM və InWEnt ilə əməkdaşlıq edir. Başqa donorlar və özəl sektor ilə (qeyri-rəsmi sektor daxil olmaqla) sıx əməkdaşlıq arzulanır.
2. Qısamüddətli missiya üçün əsaslar
GTZ-in SMB proqramı Cənubi Qafqazda biomüxtəlifliyin qorunması üçün təbii sərvətlərin davamlı istifadəsinə dair modellərin inkişafını dəstəkləyir. Belə ki, Azərbaycanda Proqramın bir fəaliyyət sahəsi Zaqatala regionunda təbii məhsulların dəyər zəncirlərinin inkişaf etdirilməsidir. Bunula əlaqədar pilot mərhələ üçün yerli istehsalçılardan ibarət işçi qrupu yaradılmışdır. Qrup üzvi və təbii məhsulların istehsalı, emalı və marketinqi haqqında məlimatlar almaq üçün Almanyaya səfər etmişdir.
Pilot regionunda aparılan tədqiqatlar və Bakıda həyata keçirilən marketinq tədqiqatı dəyər zəncirlərinin dəstəyi vasitəsi ilə aşağıdakı məhsulları gəlirli hesab etdi:


  • 3 bal sortu (akasiya, şabalıd, dağ balı)

  • 2-3 bitki yağı (qoz, çay tikanı, fındıq)

  • 3-5 mürəbbə (qızıl gül, böyürtkən, ərik, xurma, albalı)

  • 3-5 kompot (meyvədən)

  • 3 çay sortu (ot çayı, qara çayın quru meyvələrlə qarışığı (məs.yapon alması ilə), yüksək keyfiyyətli qara şay)

  • Müsli üçün quru meyvə və fındıq

  • Suvenir dəsti məqsədi ilə 8 kiçik qab üçün qoz ağaçından qutu

Yüksək keyfiyyətə zəmanət vermək üçün aşağıdakı prinsiplər müəyyən edilmişdir:



  • Zaqatala regionundakı istehsalın izlənilməsi

  • Kultivasiya olunan məhsulların (həmçinin bal) üzvi sertifikatlaşdırılması (mümküncə)

  • Yabanı bitkilərdən istehsal olunan məhsulların FairWild sertifikatlaşdırılması

Həll edilməmiş qeyri tarif maneələrinə görə bu məhsullar üçün ixrac nəzərə alınmır. SMB Proqramının ilkin mərhələsində (2011-ci il may ayına dək) yalnız yerli bazar nəzərdə tutulubdur. DAWF tərəfindən hazırlanan marketinq əsaslandırma aşağıdakı satış nöqtələrini təklif edir:



  • Yüksək qiymətli supermarketlər (regional stend ilə)

  • 5-ulduzlu otellər (səhər yeməyi, VIP hədiyyələr)

  • Hədiyyə mağazaları (suvenirlər)

Marketinq əsaslandırma aşağıdakı müştəri qruplarını müəyyən etmişdir:



  • Ərzag keyfiyyətini mühüm hesab edən orta və yüksək gəlirli yerli müştərilıər

  • Orta və yüksək gəlirli xarici vətəndaşlar

  • Turistlər

Yaxşı satış giymətini əldə etmək üçün məsullar müasir tələblərə uyğun qablaşdırılmalıdır. Qablaşdırma müxtəlif həcmli olmalıdır. Marketinq əsaslandırmaya dair aşağıdakı qablaşdlrma növləri tələb olunur:




  • Bal və mürəbbə üçün 300 q şüşələr (yuvarlaq və səkkizbucaqlı)

  • Bal və mürəbbə üçün 28 q şüşələr

  • Bitki yağları üçün 30 ml və 100 ml şüşələr

  • Ot çayı üçün 100 q kisələr (şəffaf)

  • Qara çay üçün 100 q kisələr (pəncərə ilə sarğı kağızı)

  • Quru meyvə və fındıq üçün 300 q kisələr (şəffaf)

  • Suvenir dəsti məqsədi ilə qoz ağaçından qutu


3. Məqsəd və vəzifələr
Məsləhətçi növbəti maddələr üçün qrafik dizaynı inkişaf etdirəcək:


  • Zaqataladakı təbii məhsullar üçün loqo

  • Zaqataladakı təbii məhsullar üçün süar (sloqan)

  • İstehsalçı qrup üçün məktub başlığı/şırkətin markası

  • Yuxarıda sadalanan məhsullar üçün etiket

  • Yuxarıda sadalanan məhsullar üçün qablaşdırma

Bundan əlavə məsləhətçi satış nöqtələri üçün Zaqatala təbii məhsullarının broşürasını hazırlayacaqdır.


Məsləhətçi Zaqataladakı işçi qrupla sıx əməkdaşlıq etməlidir. Qrup artıq dizayna dair ideyalarını irəli sürmüşdür və bunlar məsləhətşi tərəfindən nəzərə alınmalıdır.
Məsləhətçi GTZ-in SMB Proqramının qrup rəhbəri cənab Kristian Qönnerə hesabat verməlidir.

4. Təqdim olunacaq nəticələr
Məsləhətçi aşağıdakı nəticələri təqdim etməlidir:


  • 3-cü maddədə göstərilən dizayn elementlərinə dair digital versiya (TIFF, JPG, GIF)

  • Məhsulların broşürası üçün digital versiya (2 A4 səhifə, format müzakirə olunmalıdır).



5. Cədvəl
Məsləhətçi aşağıdakı müddətləri nəzərə almalıdır:
Konsepsiya layihəsi 30 iyul 2010

Yekun dizayn 15 avqust 2010

Broşüranın layihəsi 30 avqust 2010

Yekun broşüra 15 sentyabr 2010





Yüklə 22,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə