From the history of folklore studies



Yüklə 283,19 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü283,19 Kb.
#73559


FOLKLORŞÜNASLIQ MƏSƏLƏLƏRİ * ВОПРОСЫ ФОЛЬКЛОРИСТИКИ * FOLKLORE 

88 


 

FOLKLORŞÜNASLIĞIN TARİXİNDƏN. ИЗ ИСТОРИИ ФОЛЬКЛОРИСТИКИ. 

FROM THE HISTORY OF FOLKLORE STUDIES. 

  

Lətafət Ələkbərova 

Bakı Dövlət Universiteti 

(Azərbaycan) 

l-alekperova@mail.ru 

 

SMOMPK MƏCMUƏSİ XIX ƏSRDƏ AZƏRBAYCAN NAĞILLARININ ƏN ÇOX  

NƏŞR EDİLDİYİ MƏNBƏ KİMİ 

 

Açar  sözlər:  SMOMPK,  nağıl,  söyləyici,  toplayıcı,  möcüzəli  doğuluş  motivi,  kiçik 

qardaş motivi, ögey ana motivi, ögey qız motivi 

XIX əsr mətbuatını nəzərdən keçirsək, bəlkə də ən çox toplanıb nəşr edilən janrın nağıllar 

olduğunu  görərik.  Nağıl  xalq  yaradıcılığının  məhsulu  olub,  nəsildən-nəslə  keçərək  yaşayan, 

xalqın  həyat,  məişət  tərzini, ənənələrini  və cəmiyyətdəki  ictimai  ziddiyyətləri  qabarıq halda, 

bədii uydurmalar vasitəsilə əks etdirən, sonu nikbin əhval-ruhiyyə ilə qurtaran bir janrdır. Na-

ğıl  xalq  içərisində  daha  çox  yayılan,  sevilən  və  söylənilən  janr  olduğu  üçün  toplayıcılar  da 

çox zaman ilk növbədə nağıla müraciət etmiş və şifahi dildən yazaraq mümkün olanları çap 

etmişlər. XIX əsrdə Azərbaycan nağıllarının ən çox nəşr edildiyi mənbə SMOMPK məcmuə-

sidir. Nağıllarımız da digər nümunələr kimi çox vaxt erməni folkloru adı altında çap edilmiş-

dir. 


Məcmuənin səhifələrində, əsasən, sehrli nağıllar nəşr edilmişdir. Prof. A.M.Nəbiyev yazır 

ki:  «Sehrli  nağıllar  sehrli  süjetlər  üzərində  qurulur,  sehrli  obrazlar  burada  əsas  rol  oynayır. 

Bütün sehrli nağıl qəhrəmanları son anda qarşılarına çıxan ən qorxunc qüvvələrə qalib gəlib 

məqsədə çatırlar. İnsanın kamalı, ağlı və dərrakəsi, yenilməzliyi və qorxmazlığı onun əlindən 

tutub irəliyə, məqsədə qovuşmağa doğru aparır. Lakin burada sehrkar qüvvələr qarşısında, əs-

lində, aciz qalan insana kömək edən də  yenə insan əqli, onun qüdrətli fantaziyası, biliyin və 

kamalın qüdrətindən törəyən insan əməlidir» (4, 3). 

V.Y.Propp qeyd edir ki: «Sehrli nağılların strukturunun öyrənilməsi bu nağılların öz aras-

ında sıx qohumluğun olduğunu göstərir. Bu qohumluq o dərəcədə sıxdır ki, bir süjeti digərin-

dən dəqiq ayırmaq mümkün olmur. Bu da öz növbəsində iki çox vacib nəticəyə gətirib çıxarır. 

Birincisi: heç bir sehrli süjet digərindən ayrı tədqiq oluna bilməz, ikincisi isə: heç bir sehrli 

nağıl motivi onu bütövlüyə münasibətdə öyrənmədən araşdırıla bilməz» (19, 19). 

Məcmuənin  III  buraxılışında  Salahlı  kənd  məktəbinin  müəllimi  B.Veniaminov  Salahlı 

kəndinin  coğrafi,  etnoqrafik  təsvirini  vermiş  və  eləcə  də  orada  yazıya  aldığı  bir  neçə  nağılı 

dərc etdirmişdir.  

Birinci  nağıl  «Məlik  Məmməd  və  Məlik  Cümşüd»  adlanır.  Bu  nağıl  «Məlik  Məmməd» 

nağılı ilə eynilik təşkil edir, lakin bir sıra fərqlər də var. Nağılın əvvəlində deyilir ki, bir şə-

hərdə iki xan arvadı var idi − Gülzar və Əsli. Heç birinin övladı yox idi. Bir gün həmin şəhərə 

dərviş gəlir, hər ikisinə bir alma verir. Almaların yarısını xan arvadları, yarısını da ərləri yeyir 

(10, 112-113). Dərvişin  almasını  yedikdən sonra övlad əldə etmə  Azərbaycan nağılları  üçün 




Lətafət Ələkbərova 

89 


 

xasdır.  Məşhur  rus  alimi  V.Y.Propp  möcüzəli  doğuluş  motivini  tədqiq  edərkən  yazır  ki, 

«meyvə-bar  vasitəsilə  hamilə  qalmaq  bir  çox  dünya  xalqlarının  folkloru  üçün  xasdır.  Lakin 

sehrli alma bunların arasında xüsusi yer tutur. Digər rus və Ukrayna nağıllarında noxuddan da 

övlad əldə etmə motivləri var. Məsələn, Sumatra adasında yaşayan malayların nağıllarında qa-

dın izdivaca girmədən kokos qozundan, Britaniya Kolumbiyasında kauçuk çeynəməkdən ha-

milə qalır. Havay adalarında isə rəvayətə görə bir qız iki banan tapır, düşmənlərdən gizlədərək 

sinəsinə  bərk-bərk  basır  və  ondan  hamilə  qalır.  Hamilə  qalmaqdan  ötrü  müxtəlif  meyvə  ye-

mək adətinə bütün dünyada fərqli mədəni inkişaf pillələrində olan xalqlarda bu günədək rast 

gəlmək olur» (20,208-209). 

Alma yedikdən sonra iki oğlan doğulur – Məlik Məmməd və Məlik Cümşüd, 12 yaşa ça-

tanda şahzadə Avqunaş xanımın padşahlığına könüllü əsir gedirlər. Məlik Cümşüd Avqunaşla 

evlənir,  lakin  pəhləvan  Xəmşin  Avqunaşı  qaçırdır.  Arvadının  dalınca  gedən  Məlik  Cümşüd 

Nadir və Usub pəhləvanlara rast gəlir. Xəmşini öldürüb Avqunaşı azad etdikdən sonra Nadir 

və Usub Məlik Cümşüdə namərd çıxırlar, onu quyunun dibində qoyub gedirlər. Lakin o gəlib 

çıxır bir şəhərə ki, orada bir timsah hər gün bir qızı öldürür. Adətən bu epizodda əjdaha olur. 

Çox  yəqin  ki,  bu,  tərcüməçinin  səhvi  idi.  Ümumiyyətlə,  məcmuədə  çap  olunmuş  nağılların 

tərcüməsi çox vaxt aşağı səviyyədədir. Bunun bir neçə səbəbi vardır. «Əvvəla, digər folklor 

janrlarından fərqli olaraq nağılların orijinalı yox, yalnız ruscaya tərcüməsi verilirdi. Digər tə-

rəfdən  bu,  nümunələri  toplayıb,  ruscaya  çevirib  çap  edən  şəxslərin  təcrübəsizliyi,  onların 

müxtəlif təbəqələrə məxsus olması, senzuranın tələbləri, nağıl motivlərinin zamanın ab-hava-

sına uyğunlaşdırılması qaydaları ilə də izah olunurdu» (11, 123). 

Məlik Cümşüd şəhəri timsahdan, quzğun balalarını onları yemək istəyən ilandan qurtarır, 

quzğunun kürəyinə minərək öz ölkəsinə qayıdır. Yolda ona namərdlik etmiş Nadir və Usubu 

görüb, onları şir kimi parçalayır, sonra öz vilayətinə qayıdıb həyat yoldaşı Avqunaşla və Mə-

lik Məmmədlə şad-xürrəm yaşayır. Qeyd edək ki, bu nağılda nə ənənəvi «biri var idi, biri yox 

idi» başlanğıcı, nə də ənənəvi «Biz yedik, içdik, dövrə keçdik», yaxud «göydən üç alma düş-

dü» sonluğu yoxdur (10, 112-118).  

Başqa  nağıl  «Avil-Kasim  və  Avil-Mamed»  adlanır.  Nəzərə  alsaq  ki,  bu  nağılları  qeyri-

azərbaycanlı toplamışdır, nağılın «Əbil-Qasım və Əbil- Məmməd» adlandığını güman etməli-

yik.  Bu  nağıl  müəyyən  dərəcədə  «Məlik  Məmməd»,  bir  qədər  də  «Ağ  atlı  oğlan»la  səsləşir. 

Nağılın əvvəlində də övladsızlıq motivi, dərvişin almalarının vasitəsilə övlad əldə etmə motivi 

var (10, 118-119). Lakin şərtə görə oğlanların birini – Əbil-Qasımı dərviş özünə götürür. Dər-

vişin vilayətində Əbil-Qasım bir otağa girir, orada qızıl fəvvarə vurur. Qanadlı atına minib qı-

zıl  fəvvarəyə  yaxınlaşanda  Əbil-Qasımla  at  başdan  ayağadək  qızılla  örtülürlər.  Bir  məqam 

diqqətimizi cəlb edir: qızıl rəngə boyanmış qanadlı at  yiyəsindən xahiş edir ki, onu azadlığa 

buraxsın. Əbil-Qasım elə də edir. Lakin atın quyruğundan bir-iki tük qoparır ki, lazım olanda 

atı çağıra bilsin. Müqəddəs Simurq və ya Zümrüd quşunda da belə bir xüsusiyyət var. Amma 

daha çox biz bu motivə rusların  «Сивко-Бурко» nağılında rast gəlirik. Orada bir-iki söz de-

məklə həmin at gəlib baş qəhrəmanın dadına çatır (17, 135-138). 

Əbil-Qasım Şah Mərdanın padşahlığına gəlir, orada mehtərlik edir. Şahın kiçik qızına vu-

rulur.  Şah  Mərdan  xəstələnəndə  isə  ona  sehrli  alma  tapıb  gətirir.  Sonra  isə  bu  vilayətə  Şah 

Asaut qoşun yeridir. Əbil-Qasım onun pəhləvanına asanlıqla qalib gəlir. Şah Mərdan artıq qo-



SMOMPK MƏCMUƏSİ XIX ƏSRDƏ AZƏRBAYCAN NAĞILLARININ ƏN ÇOX ... 

 

90 



 

ca  idi,  taxt-tacını  Əbil-Qasıma  verir;  o  isə  qocalanda  hakimiyyəti  böyük  oğlu  Əzizə  tapşırır 

(10, 124). 

«Şah Rüstəm»in nağılı da maraqlı süjet üzərində qurulmuşdur. Bu nağılda Şah Rüstəmin 

ova  çıxmasından, saray  əyanlarından  birinin  gördüyü  yuxudan,  yuxuda şahın  qızının  bu  gün 

doğulan oğlan uşağına ərə getməsindən və şahın bütün cəhdlərinə baxmayaraq illər keçəndən 

sonra bu yuxunun çin olmasından bəhs edilir.  

Məşhur rus alimi V.F.Miller dəfələrlə SMOMPK məcmuəsinə müraciət etmişdir. Belə ki, 

İlya Murometsi o, İran pəhləvanı Rüstəmə oxşadaraq Nart eposundakı Rüstəm obrazı ilə də 

paralellər aparmışdır (15). Bu nağıl da əvvəlki iki nağıl kimi çox qısadır. Ənənəvi başlanğıc 

və final formulları yoxdur. Hətta burada bir dialoqa belə rast gəlmirik. Bu da ondan irəli gəlir 

ki, toplayıcı azərbaycanlı deyil. 

«Şahzadə Qəmbər» adlanan növbəti nağılda Şahzadənin ovda iri bir qaza rast gəlməsindən 

danışılır.  Yoldan  keçən  bir  ərəb  bunu  görərək  həmin  qazı  ondan  100  manata  alır.  Şahzadə 

təəccüb qalır, gəlir həmin ərəbin evinə, təzədən o qazı 10 manata alır, qarnını yarır və oradan 

qeyri-adi, bahalı  üzük  çıxır.  Bu  üzük  həm  də sehrli olur.  Onun  köməkliyi  ilə  Qəmbər  özünə 

saray tikdirir, Şah İbrahimin qızını alır. Lakin bir gün həmin ərəb bunların hamısını mənimsə-

yir. Sədaqətli 9 it və pişiyin vasitəsi ilə Şahzadə Qəmbər sarayını və həyat  yoldaşını qaytara 

bilir  (10,  126-128).  «Şahzadə  Qəmbər»  nağılı  «Sehrli  üzük»  rus  nağılı  ilə  səsləşir  (17,  142-

149). 


«Şərif» nağılı motiv baxımından «Məlik Məmməd» nağılına bənzəyir. Kiçik oğul atanın 

ölümündən sonra gecələr onun qəbrini qoruyur. Oraya gəlib atasını söyənləri öldürür, atlarını, 

libaslarını gizlədir. Sonra  isə  3  padşah qızını qardaşlarına  və özünə  alır.  Şərif  onun  arvadını 

oğurlayan Qaradan pəhləvanı öldürüb qələbə çalır, həmin pəhləvanın dərya ortasındakı sara-

yında  ömrünün  axırınadək  arvadı  ilə  xoş  günlər  keçirir  (10,  134-137).  Məlik  Məmməd, 

Nərbala, Şərif və digər baş qəhrəmanlar həmişə üçüncü oğul olurlar. Rus alimi Y.M.Meletins-

ki bu məsələ ilə məşğul olmuş və qeyd etmişdir ki, «bu problemi hələ fin məktəbinin nüma-

yəndələrindən V.Anderson qaldırmış və təsadüfi süjetin təsadüfi elementi hesab etmişdir. La-

kin antropoloji məktəbin nümayəndəsi A.Lenq bunun əsas kökünü minoratda (varislik hüqu-

qunda  kiçik  oğulun  üstünlüyü)  görürdü  və  kiçik  qardaşın  idealizə  olunmasını  nağılın  məişət 

əsası sayırdı... Kiçik qardaş həmişə ata ocağına bağlı olur və adətən bu ocaq da ona miras qa-

lır… Eyni zamanda dünya xalqları nağıllarının tədqiqi antropoloji nəzəriyyənin tərəfdarlarının 

bu tezisini  alt-üst edir. Müşahidələr  göstərir ki,  bir  çox  geridə  qalmış xalqların  (məs., Tibet-

Birma dağ tayfaları) folklorunda qalib  gələn kiçik qardaş süjetləri  yoxdur, digər tərəfdən isə 

inkişaf  etmiş xalqlarda  (çinlilər, slavyanlar, alman xalqları)  belə nağıllar  çoxdur…  Farslarda 

da kiçik qardaş motivi məşhurdur. Məsələn, Firdovsinin «Şahnamə»sində böyük qardaşlar Fi-

rudini öldürmək üçün onun başına daşlar yağdırırlar.  Lakin o, bir möcüzə ilə daşları saxlaya 

bilir. Nisbətən sonradan yaranmış fars nağıllarında isə kiçik qardaş motivi bir o qədər nəzərə 

çarpmır. Çox yəqin ki, bu, islam dini ilə bağlıdır, çünki islam şəriətinə görə var-dövlət oğullar 

arasında bərabər bölünməlidir» (14, 126-128). 

Bu məqalənin əvvəlində B.Veniaminov qeyd edir ki, «Salahlı camaatı atalar sözü və mə-

səlləri, tapmacaları və ən çox pəhləvanlar haqqında nağılları xoşlayırlar. Bu da təsadüfi deyil. 

XIX  əsrin  70-ci  illərində  Pənah  ağa  Vəkilovun  evində  qocalar  və  cavanlar  birlikdə  yığılıb 



Lətafət Ələkbərova 

91 


 

nağıllara qulaq asırdılar. Pənah ağanın vəfatından sonra bu gecələr də yığışdırıldı» (10, 107). 

Dünya şöhrətli şair Səməd Vurğun həmin Pənah ağa Vəkilovun nəslindəndir (13, 67). 

Məcmuədə çap olunmuş sehrli nağıllar motiv zənginliyi ilə seçilirdi. O da qeyd olunmalı-

dır ki, 1920-30-cu illərdə Azərbaycan nağılşünaslığına aid əsərlərdə də SMOMPK nəşrlərinə 

çox istinad edilirdi. Məsələn, Baqrinin ədəbi seminarında «Azərbaycan xalq nağıllarının mo-

tivləri»  mövzusunda  referatla  çıxış  edən  N.X.Vəzirova  həmin  nəşrlər  əsasında  100  motivi 

qeyd və şərh etmişdir: möcüzəli cinsdəyişmələr (könüllü və könülsüz), möcüzəli sağalmalar, 

tanınmalar,  nağıl  qəhrəmanının  müdrik və  hami məsləhətçiləri,  qəhrəmanın qarşısında duran 

çətin məsələlər, nadir əşyaların tapılması, əhdin pozulması və itirilənin axtarılması, qəhrəma-

nın divlə vuruşması və gözəl qızın azad edilməsi, nağılın baş qəhrəmanının göstərdiyi igidlik-

lərin qardaşı (və ya dostları) tərəfindən mənimsənilməsi, atanın (ananın, arvadın) məkrliliyi, 

bacarıqlı oğru və bic  yalançı, nahaqdan böhtana  düşmüş qızın iztirablarına görə bir bəxşeyiş 

olaraq gözəl şahzadə oğlana ərə getməsi, qəhrəmanın özgə ad altında gizlənməsi, onun yeraltı 

dünyaya səyahəti, hami dərviş, müdrik nəsihət və öncəgörmələr, möcüzəli dünyaya gəlmə, uş-

aqların itməsi və ya oğurlanması, yeraltı sərvətlərin tapılması, gəlinin pulla dustaqlıqdan geri-

yə qaytarılması, şahın dövlətinin yarısını və qızını qəhrəmanlıq göstərmiş gəncə verməyi vəd 

etməsi və s. (24, 60). 

IV  buraxılışda  «İrəvanın  alınması  (ağsaqqalların  dedikləri  əsasında)»  adlı  yazı  var.  Belə 

yazılara  məcmuədə  tez-tez  rast  gəlmək  olur.  Məsələn:  «Nənəmin  nağılları»  (9),  «Tamerlan 

Cavanşir qəzası ermənilərinin dedikləri əsasında» və s. Bunların nağıl janrı ilə heç bir əlaqəsi 

yoxdur. Guya,  tarixi  həqiqətləri əks  etdirən  bu qısa oçerklər  yalan  və  iftiradan  başqa  bir  şey 

deyildir. F.ü.f.d. A.Əfəndiyeva bu barədə yazır: «SMOMPK və «Azərbaycan və ətraf ölkələ-

rin folkloru» adlı məcmuələrdə çoxlu sayda mənəvi saxtakarlıqlar üzə çıxır. Bu saxta materi-

allar Azərbaycan nağılları içərisində yerləşdirilir və onlardan xüsusi başlıqla ayrılmırdı. Belə-

liklə, bunlar bir tərəfdən Azərbaycan tatarlarının ermənilərlə həmrəyliyinə, türklərə qarşı düş-

mənçiliyi işarə edən Azərbaycan folkloru materialı kimi təqdim olunurdu, digər tərəfdən isə 

oxucu onları asanlıqla Azərbaycan folkloru kimi qəbul edə bilərdi» (25, 119). 

VI buraxılışda A.Zaxarovun topladığı 10 Azərbaycan nağılı çap edilmişdir. Birinci nümu-

nə «Düz danışan tacirlə yalançı tacirin nağılı» adlanır (18, 77-78). 

İlk baxışda bu nağıllar III buraxılışda çap olunan nağıllardan həm həcminə, həm təhkiyə 

üslubuna, həm də dialoqların olmasına görə fərqlənir. Bunun da obyektiv səbəbləri var. İstər 

III buraxılışda, istərsə də VI buraxılışda nağıllarımızı digər millətlərin nümayəndələri toplasa-

lar  da,  yenə  də  ilk  təşəbbüs  həmişə  zəif,  sadə  desək  çiy,  xam  olur.  Təbii  ki,  get-gedə 

SMOMPK-da  nağılların  toplama,  tərcümə  və  nəşr  işi  təkmilləşirdi.  Nağıl  belə  başlayır: 

«Deyirlər bir vaxtlar iki tacir var idi. Hər ikisi səxavətli, adlı-sanlı, hörmətli idilər, ancaq biri 

var-dövlətini düz yolla əldə etmişdi. Biri Allahı, o birisi isə şeytanı sevirdi....» (18, 77). 

Mətn rus dilində olsa da burada Azərbaycan dilində işlənən bəzi sözlər tərcümə olunma-

dan verilmişdir: «Allah», «Salam-əleyküm», «Pərvərdigar», «şeytan», «üç-aşıq» (oyun növü), 

«həkim», «cindar», «kişmiş». 

Nağıl ənənəvi formul-sonluqla bitir: «Göydən üç alma düşdü: biri mənim, biri danışanın, 

biri  də  dərviş  Mustafanın  (nağıl  söyləyənin  adı)»  (18,  88).  Deməli,  bu  nağıl  nə  varlı,  nə  də 

yoxsul təbəqənin nümayəndəsinin dilindən deyil, dərvişin dilindən yazıya alınmışdır. 



SMOMPK MƏCMUƏSİ XIX ƏSRDƏ AZƏRBAYCAN NAĞILLARININ ƏN ÇOX ... 

 

92 



 

Bu  barədə  görkəmli  Azərbaycan  alimi  N.Seyidov  yazırdı:  «Şamaxı  məktəb  müəllimi 

A.Zaxarov  məcmuənin  VI  buraxılışında  «Vicdanlı  tacir  və  kələkbaz  tacir»  nağılını  dərviş 

Mustafadan,  «Lal  Şahzadə»  nağılını  isə  Molla  İbrahimdən  eşidib  yazmışdır.  Birinci  nağılda 

iki  tacirin  necə  qazanc  əldə  etməsindən  danışılır.  Göründüyü  üzrə,  nağılda  iştirak  edən  əsas 

surətlərin hər ikisi yuxarı sinif nümayəndələridir. Mövzu isə tacirin dövlət qazanması məsələ-

sidir. Tacirlərdən biri «Allah yolundan» uzaqlaşır, ikincisi «Allahın köməyi» ilə dövlət qaza-

nır. Burada dinin təsiri özünü göstərir ki, bu da təsadüfi deyildir. Çünki nağılı söyləyən dər-

vişdir» (7, 55). 

N.Seyidov bu haqda demişdir: «Məişət nağıllarının içərisində tacir həyatına aid bəzi hadi-

sələr də təsvir edilmişdir ki, onlar daha sonrakı dövrlərlə səsləşməkdədir. Məlum işdir ki, ta-

cirlik sənəti getdikcə daha çox mənfəət götürmək üçün müxtəlif yollar axtarır, aldatma, kələk 

və  sairədən  istifadə  edirdi.  Lakin  tacirlər  eyni  zamanda  başqalarını  istismar  etmək  yolu  ilə 

varlanırdılar» (7, 108-109). 

İkinci nağıl «Taledən qaçmaq olmaz» adlanır. Burada bəhs olunur ki, bir şahzadəyə tale 

kitabında  onun  üçün  yoxsul  bir  çobanın  xəstə  qızı  ilə  evlənəcəyinin  yazıldığını  bildirirlər. 

Bununla  razılaşmayan  şahzadə  həmin  çobanın  evinə  təsadüfən  gəlib  çıxır.  Xəstə  qızı  öldür-

mək istəyir, əvəzində isə onu sağaldır. Daha sonra həmin qız olur gözəllər gözəli, şahzadəyə 

ərə gedir və şahzadə biləndə ki, tale kitabında yazılanlar yerinə yetdi, müqəddəs alın yazısına 

inanmağa başlayır (18, 88-94). Bu nağılda bəzi ifadələr nəzərimizi çəkir: «Царевич сидел на 

лошади шайтана» − bu, frazeologizmdır – «Cin atına minmişdi». «Крепко держал за ворот 

рубашки  старика»  −  yenə  də  frazeologizm  –  «Qocanın  yaxasından  bərk  yapışmışdı»; 

«Прелестная, молодая девушка, которая будто говорила солнцу: «Ты не выходи, я уже 

вышла» − mənası «Qız elə gözəl idi ki, günə deyirdi: «sən çıxma, mən çıxım» (18, 90-93). 

V.F.Miller bu nağılın İlya Murometsin arvadına rast gəldiyi epizodla oxşarlığını qeyd edir 

(15, 7-8). 

«Lal  şahzadə»  nağılında  padşah,  padşahın  oğlu  və  lal  qızı  haqqında  bəhs  edilir.  Padşah 

ölümünə yaxın oğlunu evləndirir. Cavan padşahın arvadı təkcə baldızını sevmir. Bir gün əri-

nin sevdiyi göl quşunu, bir dəfə də ərəb atını öldürtdürüb lal qızın üstünə atır. Hər dəfə qarda-

şı deyir: 

-Да будет кол-куш (любимый конь) жертвой праха ног моей сестры (18, 95). 

- Qol-quşu (sevimli at) mənim bacımın ayağının tozuna qurban olsun (L.Ə.). 

Toplayıcı milli koloriti saxlamaqdan ötrü bu ifadəni başqası ilə əvəz etməyib, Azərbaycan 

dilindən ruscaya hərfi tərcümə edib. 

Bir gün padşah arvadı öz uşağını öldürüb, bunu baldızının boynuna atıb evdən qovdurur. 

Lal qız meşədə ağlayıb-ağlayıb yatır. Kim bilir bir saat, bəlkə bir gün, bir il, bəlkə də on il ya-

tır. Gözünü açanda qarşısında qızıl dərili, məxmər əlli bir dovşan görür. Dovşan insan kimi 

danışır, lal şahzadənin də dili açılır. Dovşan qaçıb-qaçıb şahzadəni bir padşahın sarayına gəti-

rir. Dovşan cildini dəyişir, olur bir xeyirxah sehrbaz, şahzadənin dostuna çevrilir. 

Nağılların tədqiqi ilə məşğul olan rus alimi A.N.Afanasyev «Древо жизни» (Həyat ağacı) 

kitabında  qeyri-adi  heyvanlardan  bəhs  edir  və  onların  içərisində  dovşanı  təsvir  edir: 

«Dovşanın qeyri-adi çevikliyi, qıvraqlığı artıq bu heyvana verildiyi adda onu sürətli işıq anla-

yışı ilə yaxınlaşdırır. Hind miflərində ay işığı dovşana bənzədilir... İpatiy salnaməsində litvalı-



Lətafət Ələkbərova 

93 


 

ların dovşan Allahına itaətindən bəhs olunur (8, 154-156). Məcmuənin VII buraxılışında çap 

olunmuş «Şah İsmayıl» nağılında qeyri-adi ceyran (18, 143), III buraxılışdakı «Əbil-Qasım və 

Əbil–Məmməd» nağılında isə qızıl at obrazları yaradılmışdır (10, 118). 

Bir vaxt lal, sonra isə dili açılan şahzadə burada gözəl şahzadə oğlana rast gəlir, ona ərə 

gedir, iki oğlu olur. Bir gün qızın qardaşı təsadüfən bacısının yaşadığı saraya gəlib çıxır. Bü-

tün sirlərin üstü açılır. Nağılın sonluğu da ənənəvidir: 

«Şah əmr edir ki, arvadını əhliləşməmiş atın quyruğuna bağlayıb, çöllərə, dağlara, daşlara 

buraxsınlar və beləliklə onun yalnız sol qulağı qalır. Şər orada- xeyir burada. Göydən üç alma 

düşdü: biri mənim, o birisi nağıl danışanın, üçüncüsü Molla İbrahimin (nəql edən)» (18, 100). 

Bu nağıl eyni zamanda ənənəvi «böhtana düşmüş qız» süjeti ilə səsləşir. 

«Zalım ögey ana» nağılı çox məşhur nağıldır. Burada zülmə dözən ögey qız sonradan şah 

arvadı olur. Ögey ana ilə qızı isə məhv olurlar. Məcmuədə çap olunan «Lal şahzadə qız» nağı-

lı rus nağılı «Морозко» ilə eyni motivdədir (18, 62-64). 

Y.M.Meletinski  qeyd  edir  ki,  «zalım  ögey  ana  və  ögey  qız  haqqında  nağıllar  dəfələrlə 

folklorşünaslığa aid ədəbiyyatda tədqiq olunmuşdur. Ögey qız çox vaxt ögey ananın qurbanı 

kimi nağıllarda baş qəhrəman olur. Ögey qızın nağıllarda tutduğu yer kiçik qardaşa uyğundur. 

Alimin fikrincə, nahaqdan qovulmuş ögey qız obrazı digər nahaqdan qovulmuş qadın obrazla-

rını – atılmış arvad, kiçik qız, kiçik arvad və i.a. sıradan çıxartmışdır. Ögey qız obrazı kiçik 

qardaş obrazı kimi də dünya xalqlarının folklorunda geniş  yayılmışdır.  Bu tip nağıllarda baş 

qəhrəman olan qovulmuş ögey qıza gah sehrli heyvanlar, gah da ananın hədiyyəsi olan və ya 

məzarının üstündə tapılan sehrli əşyalar köməkçi ola bilər – gözəl paltar, incə ayaqqabı və s. 

Kuklalar  xüsusilə  maraq  doğurur,  qız  onları  yedirtməli,  kukla  isə  ona  kömək  etməlidir. 

Ümumiyyətlə, qovulmuş ögey qız motivi - sosial cəhətdən fağırı, kasıbı idealizə etmə forma-

larından biridir» (14, 161-212). 

«İki yetim» adlı nağıl «Сестрица Аленушка – братец Иванушка» rus nağılı ilə eyni süjetli-

dir  (17,  209-212).  Yetim  qalmış  fağır  uşaqlar  haqda  nağıllar  Amerika  hinduları,  Asiya  və 

Melaneziya xalqlarında çox geniş yayılmışdır (10, 16-64). 

VI buraxılışda «Qorxaq haqqında nağıl», «Şahzadə – dilənçi qız», «Şahzadə – Qurbağa» 

kimi nağıllarımız yer almışdır. VI buraxılışda sonuncu nağıl «Şahsevənli Hacının iti» adlanır. 

Həmin nağıl həcmcə çox qısadır və satirik xarakter daşıyır. Burada deyilir ki, Şahsevəndə Ha-

cı adlı varlı bir şəxs var idi. Onun çoxlu iribuynuzlu heyvanları, at ilxıları, qoyun sürüsü və s. 

var idi. Bu heyvanata da bir yaxşı it qarovulçuluq edirdi. Bir gün it gəbərir. Hacının dərddən 

beli bükülür.  Əmr edir  ki,  iti  kəfənləyib,  müsəlman adətinə  görə  dəfn  etsinlər.  Kənd  mollası 

bunu eşidərkən çox qəzəbli halda Hacının yanına gəlir. Hacı mollanı qarşılayır, ikiqat baş əyir 

və deyir: 

- Ey böyük imam, mənim itim elə yaxşı it idi ki, molla və imamlara elə böyük hörməti var 

idi ki, hətta sənə 50 qoyun vəsiyyət etmişdi. 

-Ey Hacı! Ona it dostum, qardaşım de! Göstər, görüm qəbri haradadır, gedim orada Quran 

oxuyum! (18, 155-156) 

Nağıl kimi təqdim edilən bu mətndə tamahkar ruhanilər tənqid olunur. Qeyd edilən mətn 

Seyid Əzim Şirvaninin  «Köpəyə  ehsan»  adlı mənzum hekayə –  satirası ilə məzmun və süjet 

baxımından tam eyniyyət təşkil edir. Fikrimizcə, S.Ə.Şirvani  olmuş bir hadisəni nəzmə çək-



SMOMPK MƏCMUƏSİ XIX ƏSRDƏ AZƏRBAYCAN NAĞILLARININ ƏN ÇOX ... 

 

94 



 

mişdir. Məcmuədə verilən də həmin maraqlı əhvalatın (birbaşa xalq yaddaşından, yaxud poe-

ziyadan qaynaqlanmasının fərqi yoxdur) nəql edilməsidir. Nağıl poetikasına uyğun gəlməməsi 

də onun nağıl olmadığını göstərir.  

Əvvəllər qeyd etdiyimiz kimi Azərbaycan nağılları SMOMPK məcmuəsində çap olunar-

kən  çox  təhriflərə  məruz  qalmış  bəzən  tamamilə  yararsız  hala  düşmüşlər.  Ona  görə 

SMOMPK-da yer almış külli miqdarda materiallardan  yalnız üçü – yuxarıda təsvir etdiyimiz 

«Şahsevənli Hacının iti» (18), «Gözəl şahzadə haqqında nağıl» (18) və «Yetim İbrahim və xə-

sis  baqqal»  (22)  sonradan  −  40-50-ci  illərdə  Azərbaycan  folklorçuları  tərəfindən  rus  dilində 

çap olunan nağıl toplularına daxil edilmişdir (25, 25). 

VII buraxılışda Azərbaycan nağılları çap olunmuşdur. Bunlardan birincisi məşhur  «Ovçu 

Pirim»  nağılıdır.  SMOMPK  məcmuəsinin  XVII  buraxılışında  ingiloy  rəvayətləri  içərisində 

«Dünya dili» adlı bir rəvayət var. O, «Ovçu Pirim»lə eyni məzmunludur (12, 151-154). Nağı-

lın təhlilinə keçməzdən əvvəl ətəkdəki bir yazıya diqqəti yönəltmək istərdik: Mətni toplayan 

A.Kalaşev  informatorların  adlarını  qeyd  edir:  A.Kalaşevin  öz  xalası  90  yaşlı  Manişaq 

Karoğlanova, əmisi 85 yaşlı Moisey Kalaşev, atası – 70 yaşlı İsaak Kalaşev – hamısı Şamaxı-

nın Saqiyan kəndinin sakinləridir. Deməli, XIX əsrin sonunda Azərbaycan nağılları digər mil-

lətlərin  nümayəndələrinin  dilindən  yazıya  alınıb  ermənilər  tərəfindən  nəşr  edilirdi  (23,  98). 

Təbii  ki,  burada  hər  cür  təhriflər  ola  bilərdi.  Lakin  çox  vaxt  Azərbaycan  ziyalıları  da  nağıl 

toplamaqda  çətinlik  çəkirdilər.  Çünki  əsas  nağıl  bilənlər  qadınlar  idilər,  naməhrəm  kişilərin 

onlara  yaxınlaşması  qeyri-mümkün  idi.  Y.V.Çəmənzəminli  bu  haqda  yazırdı:  «Nağılın  xalq 

ədəbiyyatına məxsus olmasına baxmayaraq, xalqın hər bir fərdi onu bilmir. Əslən ona aşina 

olan şəxslər tək-təkdir. Bunları toplamaq və bunlara ehtiyatla yanaşmaq, nağıl toplayanın mə-

harətinə  bağlıdır.  Ələləksər  nağıla  və  bütün  xalq  ədəbiyyatına  vaqıf  olanlar  arvadlardır.  Ar-

vadların da içində hamısı yox, yalnız xalqın işinə yarayan və onunla həmişə təmasda olanlar 

bilirlər.  Xalqa  yaxın  olan  məşşatələr,  ağıçılar,  yengələrdir.  Ürkütmədən,  təşvişə  salmadan 

bunlara  yanaşdıqda böyük bir mənbə kəşf edilmiş olar... Xalq ədəbiyyatını toplayarkən kitab 

təsirinə düşülərsə, böyük xata zühur edə bilər. Səhv etməmək üçün xalq ədəbiyyatını savadsız 

mühitdən əxz etməlidir. Bu sahədə kitab təsirinə düşən və şəhərbəşər gəzən dərvişlərin nağılları 

faydasızdır. Çünki bunlar əsl mühitin gözəllik və təmizliyindən məhrumdurlar» (2, 280-281). 

Ovçu Pirimin nağılı sonradan bütün nağıl toplularına daxil edilmişdir (1, 3-18). Əsas baş 

qəhrəman Ovçu Pirim insan olsa da, digər obrazlar ilanlardır – ilanlar şahı, onun qızı, qızın 

sevgilisi, sərbazlar və s. AMEA-nın m. ü., prof. A.M.Nəbiyev qeyd edir ki, «Ovçu Pirim» na-

ğılı totemizm dövründən qalan bədii nümunədir. Burada totem bədii obrazadək yüksələn ilan-

dır. Həmin ilan sehrli qüvvədir, hətta onun tüpürcəyi də sehrlidir. Bu nağıldakı bütün heyvan-

lar «xeyir və şər» nümayəndələridir... İlanla bağlı totemist görüşlər bir sıra digər nağıllarda da 

özünü  göstərir  («İki  ilanın  nağılı»,  «İlanla  Pərizadənin  nağılı»,  «Yetim  Hüseyn  və  çoban»  və 

s.)…  Azərbaycan  nağıllarında  həmçinin  pəri-ilanlar  haqda  da  süjetlər  qorunub  saxlanılmış-

dır... Maraqlıdır ki, Azərbaycan nağıllarında hətta ilanın gözəl qızlara vurulması motivinə də 

rast gəlmək olur (məsələn: «Gülzar və Qara ilan»)» (16, 180-183). 

Nağıllarımızda, eləcə də inam və etiqadlarda bu gün belə ilana qarşı mənfi və müsbət mə-

nada ikitərəfli münasibət buna ən yaxşı misaldır. Bir tərəfdən xalq arasında  «İlanın ağına da 

lənət, qarasına da» və s. kimi atalar sözü olduğu halda, ikinci tərəfdən daha qədim dövrlərin 



Lətafət Ələkbərova 

95 


 

yadigarı  olan  sehrli  nağıllarımızda  o  bir  hami,  yol  göstərən,  hökmdar,  nəhayət,  fövqəltəbii 

qüvvəyə, gücə malik bir varlıq kimi görünməkdədir, hətta onun ağzının suyu belə insana qey-

ri-adi qabiliyyət verir (7, 119). 

«Ovçu Pirim»in adı ilə bağlı biz digər süjetlərə də rast gəlirik. Məcmuənin XXVI buraxılı-

şında ZMS-in müdavimi Musa Quliyevin topladığı «Ovçu Pirim» əfsanəsi də çap edilmişdir 

(22, 24-25). Əfsanənin qısa məzmunu belədir: «Ovçu Pirim bir gün ovdan qayıdarkən qəbris-

tanlıqda gecələməli olur. Vurduğu quşlardan özünə kabab bişirəndə eşidir ki, bir məzardan in-

san səsi gəlir. Bir az keçdikdən sonra o, həmin qəbri qazır, oradan bir gənc çıxır. Ovçuya de-

yir ki, mən sətəlcəm oldum, heç kəs mənim kürəyimdən qan almadı, odur ki, öldüm. Dəfn et-

dilər. Qəbirdə burnumdan qan açıldı, mən dirildim. İndi get ata-anamdan nə istəyirsən istə ki, 

oğlunu sağ-salamat onların yanına gətirmisən. Ovçu Pirim elə də edir. Oğlanın atası ona evini 

bağışlayır.  Məclis  qurub,  oğlunun  dirilməsini  qeyd  edir.  Lakin ovçu  oğlanın atasını  öz  atası, 

anasını öz anası, oğlanın özünü isə qardaş adlandırıb evlərini hədiyyə kimi qəbul etmir, xeyir-

dua diləyib yola düzəlir» (22, 24-25). 

Daha sonra burada «Oxay» nağılı çap edilmişdir. Ətək yazısında «Oxay» – razılıq, məm-

nunluq,  «Ox,  necə  yaxşıdır»  köməkçi  nitq  vasitəsi  kimi  izah  olunur.  Həmin  nağıl  sonralar 

«Oxayla Əhməd» adı altında çap edilmişdir (5, 119-137).  

SMOMPK-da  çap  olunan  nağılda  oğlanın  adı  Əhməd  yox,  Gülməmməddir.  Ata-ananın 

çox tənbəl bircə oğlu heç bir peşəni öyrənmək istəmir. Yalnız Oxayın sirlərini öyrənə bilər. 

Sözü gedən nağılda Oxayın yaşadığı qalaça təsvir edilmir, sonda isə Oxay qızılgül dəstəsi ol-

ub bir padşah qızının qucağına düşür və onunla evlənir. Bununla da nağıl bitir. «Azərbaycan 

nağılları»nın II cildində isə Əhməd Oxayın qızı ilə əhd-peyman bağlayır, onun tapşırığı ilə ağ 

divin almalarının sirrini öyrənməyə  gedir. Yolda  Oxayın qızının qurduğu  maneələri aşır, ad-

amları  azad  edir,  var-dövlətdən  isə  çəkidə  yüngül,  qiymətdə  ağır  nə  varsa  yığıb  nişanlısı  ilə 

birgə atası evinə qayıdır. Orada toy eləyib şad-xürrəm yaşayır (5, 136). 

F.ü.e.d. C.Məmmədov (Bəydili) bu haqda yazır: «1) Su mifoloji sistemlərdə yerlə, yeraltı 

aləmlə əlaqələndirilir. Su bu aləmlərin stixiyasıdır. Yer ana kompleksindən çıxma olan Oxxay 

da sular səltənətinin hamisidir. İnisiasiya mərasimini elm öyrənib, adam olmaq adı ilə təqdim 

edən «Oxxayla Əhməd» adlı Azərbaycan nağıllarındakı Oxxay mifoloji varlıqdır. 2) Xalq tə-

səvvürlərinə görə «Ox»-adı çəkilməyən yasaq olan şeytan adıdır. 3) Oxxay da qarı nənə kimi 

yer ana kompleksindən qopub ayrılaraq uzaqlaşmış və onun atributlarını daşıyan bir mifoloji 

varlıqdır. Oxxay sular səltənətinin yiyəsidir. Onun səltənəti dəryayi-ümmandı» (3, 61-69). 

Fikrimizcə, XIX əsr boyu çap olunan nağıllar mövzu cəhətdən rəngarəng olmaqla yanaşı, 

həm də müasir dövrümüz üçün mühüm elmi əhəmiyyətə malikdir. Bu nağıllarda Azərbaycan 

xalqının zəngin fantaziyası, yaradıcı xəyalı, bədii təfəkkürü, dünyagörüşü öz əksini tapır. Biz-

cə, əksəriyyəti orijinal və maraqlı olan həmin nağılların tədqiqi, müqayisəli araşdırılması və 

qiymətləndirilməsi Azərbaycan nağıllarının öyrənilməsinə əvəzsiz töhfə ola bilər. 

 

 

ƏDƏBİYYAT: 



 

1.

 



Azərbaycan  nağılları:  5  cilddə.  V  cild.  /  Xalq  variantı  əsasında  çapa  hazırlayanlar  A.Nəbiyev, 

O.Hüseynli. Bakı: Turan evi, 2006, 272 s. 




SMOMPK MƏCMUƏSİ XIX ƏSRDƏ AZƏRBAYCAN NAĞILLARININ ƏN ÇOX ... 

 

96 



 

2.

 



Çəmənzəminli Y.V. Əsərləri: 3 cilddə. III cild.Bakı: Avrasiya Press,2005,439 s. 

3.

 



Məmmədov  C.M.  Türk  epik  ənənəsində  Dədə  Qorqud.  Filologiya  elmləri  namizədi  adına  layiq 

görülmək üçün təqdim olunmuş dissertasiya. Bakı: AMEA-nın Mərkəzi Elmi Kitabxanası, 1995, 

138 s. 

4.

 



Nəbiyev A.M. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı: Elm, 2006, 648 s. 

5.

 



Nəbiyev  A.M.  Sehrdən  yaranan  qüdrət.  //  Azərbaycan  nağılları:  5  cilddə.  II  cild.  Bakı:  Turan, 

2001, 320 s., s.3-9  

6.

 

Seyidov N.X. Azərbaycan nağılları haqqında. // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. I 



kitab. Bakı: Azərb SSR EA nəşriyyatı, 1961, s.52-118 

7.

 



Təhmasib  M.H.  Azərbaycan  mövsüm  və  mərasim  nəğmələri:  Filologiya  elmləri  namizədi  elmi 

dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Bakı: BDU-nun əsaslı kitabxanası, 1945, 133 s. 

8.

 

Афанасьев А.Н. Древо жизни. Москва: Современник, 1982, 464 с. 



9.

 

Бабушкины  рассказы  (из  воспоминаний  о  ханских  временах)  /  собиратель  Калашев  А.  // 



СМОМПК, IX выпуск, Тифлис, 1890, II отдел, с.116-120 

10.


 

Вениаминов  Б.  Селение  Салах-лу  и  татарские  сказки,  записанные  в  нем  //  СМОМПК,  III 

выпуск, Тифлис, 1883, I отдел, с.100-137 

11.


 

Гаджиев  А.М.  Тифлисская  литературная  среда  и  азербайджанское  устное  народное 

творчество // Литературный Азербайджан, 1966, №4, с.122-124 

12.


 

Картвельские  поверья  /  собиратель  Джанашвили  М.  //  СМОМПК,  XVII  выпуск,  Тифлис, 

1893, II отдел, с.144-173 

13.


 

Керимов Э.А. Сведения по этнографии Азербайджана в Сборнике материалов для описания 

местностей  и  племен  Кавказа  (80-90-е  годы  ХIХ  в.).  //  Известия  АН  Азерб.  ССР,  серия 

истории, философии и права. Баку, 1966, №2, с.65-71 

14.

 

Мелетинский Е.М. Герой волшебной сказки. Москва: Издательство восточной литературы, 



1958, 263 с. 

15.


 

Миллер В.Ф. Экскурсы в область русского народного эпоса. I-VIII. Москва, 1892,300 с. 

16.

 

Набиев  А.М.  Взаимосвязи  азербайджанского  и  узбекского  фольклора.  Баку:  Язычы,  1986, 



288 с. 

17.


 

Народные  русские  сказки.  Из  сборника  А.Н.Афанасьева.  Москва:  Художественная 

литература, 1979, 348 с. 

18.


 

Народные  сказки  закавказских  татар  /  собиратель  Захаров  А.  //  СМОМПК,  VI  выпуск, 

Тифлис, 1888, II отдел, с.77-156 

19.


 

Пропп  В.Я.  Исторические  корни  волшебной  сказки.  Ленинград:  Издательство  ЛГУ,  1986, 

365 с. 

20.


 

Пропп  В.Я.  Фольклор  и  действительность.  Москва:  Главная  редакция  восточной  литера-

туры, 1976, 324 с. 

21.


 

Рагимова  Э.А.  История  и  практика  русского  перевода  азербайджанского  народного 

героического  эпоса  (на  материале  Китаби-Деде  Коркуда  и  Кероглу):  Диссертация  на 

соискание  ученой  степени  доктора  филологических  наук.  Баку:  Центральная  Научная 

Библиотека НАН Азербайджана, 1995, 321 с. 

22.


 

Татарская  народная  словесность  в  Закавказье  //  собиратели  воспитанники  Закавказской 

учительской семинарии // СМОМПК, XXVI выпуск, Тифлис, 1899, II отдел, с.11-166 

23.


 

Татарские сказки / собиратель Калашев А. // СМОМПК, VII выпуск, Тифлис, 1889, II отдел, 

с.98-128 

24.


 

Эфендиев  П.Ш.  История  азербайджанской  фольклористики:  Автореферат  на  соискание 

ученой степени доктора филологических наук. Баку, 1973, 118 с. 



Lətafət Ələkbərova 

97 


 

25.


 

Эфендиева  А.А.  Азербайджанские  народные  сказки,  опубликованные  на  русском  языке  в 

XIX  –  начале  XX  веков  (вопросы  собирания,  перевода  и  издания):  Диссертация  на 

соискание ученой степени кандидата филологических наук. Баку, 1997, 160 с. 



 

LIST OF LITERATURE 

 

1.



 

Azerbaijan  tales:  In  5  volumes.  Vol.  V  /  Prepared  on  the  basis  of  folk  variant  by  A.Nabiyev, 

O.Huseynli. Baku: “Turan” Publishing house, 2006. 272 p. 

2.

 



Chemenzeminly Y.V. The works: in III volumes. Vol. III. Baku: Avrasiya Press, 2005. 439 p. 

3.

 



Mammadov C.M. Dada Gorgud in the Turk epic tradition. The Candidate thesis. Baku: Scientific 

Library of the National Academy of Sciences of Azerbaijan, 1995. 138 p. 

4.

 

Nabiyev A.M. Azerbaijan folk literature. Part II. Baku: Elm, 2006. 648 p. 



5.

 

Nabiyev  A.M.  Power  arising  from  the  mystery.  //  Azerbaijan  tales:  In  5  volumes.  Vol.  II.  Baku: 



“Turan” Publishing house, 2001. 320 p., p. 3-9 

6.

 



Seyidov N.X. About Azerbaijan tales. // Azerbaijan folk investigations. Book I. Baku: Publishing 

house of the Academy of Sciences of Azerbaijan SSR, 1961. p. 52-118  

7.

 

Tahmasib  M.H.  Azerbaijan  songs  of  season  and  ceremony:  The  Candidate  thesis.  Baku: 



Fundamental library of the Baku State University, 1945. 133 p. 

8.

 



Afanasyev A.N. Tree of a life. Moscow: Sovremennik, 1982, 464 p. 

9.

 



Grandmother's  stories  (from  memoirs  about  khan  times)  /  Collector  Kalashev  А.  //  SMOMPK, 

issue IX, Tiflis, 1890, chapter II, p. 116-120 

10.

 

Veniaminov  B.  Salah-lu  village  and  the  Tatar  fairy  tales  which  have  been  written  down  in  it  // 



SMOMPK, issue III, Тифлис, 1883, chapter I, p. 100-137 

11.


 

Hajiyev  A.M.  The  Tiflis  literary  environment  and  the  Azerbaijan  oral  folk  creativity  //  Literary 

Azerbaijan, 1966, №4, p. 122-124 

12.


 

Kartvel beliefs / collector Dzhanashvili М. // SMOMPK, issue XVII, Тифлис, 1893, chapter II, p. 

144-173 

13.


 

Kerimov  E.A.  Data  on  ethnography  of  Azerbaijan  in  the  SMOMPK  (80-90th  years  of  ХIХ 

century). // the Azerbaijan SSR Academy of Sciences News: the History, Philosophy and the Right 

series, Baku, 1966, №2, p. 65-71 

14.

 

Meletinsky  E.М.  The  hero  of  a  magic  fairy  tale.  Moscow:  Publishing  house  of  East  Literature, 



1958, 263 p. 

15.


 

Miller V. F. Digressions to area of the Russian national epos. I-VIII. Moscow, 1892, 300 p. 

16.

 

Nabiyev A.M. Interrelation of the Azerbaijan and Uzbek folklore. Baku: Yazichy, 1986, 288 p. 



17.

 

National  Russian  fairy  tales.  From  A.N.Afanasyev's  collection.  Moscow:  Khudozhestvennaya 



Literatura 1979, 348 p. 

18.


 

National fairy tales of the Transcaucasian Tatars / Collector Zakharov  А. // SMOMPK, issue VI, 

Tiflis, 1888, chapter II, p. 77-156 

19.


 

Propp V.Y. Historical roots of a magic fairy tale. Leningrad: Publishing house of Leningrad State 

University, 1986, 365 p. 

20.


 

Propp V.Y. Folklore and the reality. Moscow: Glavnaya Redakciya Vostochnoy Literatury,  1976, 

324 p. 

21.


 

Ragimova E.A. History and practice of a Russian translation of the Azerbaijan national heroic epos 

(on  a  material  Kitabi-Dada  Gorgud  and  Кoroghlu):  the  Doctor  Dissertation.  Baku:  Central 

Scientific Library of National Academy of Sciences of Azerbaijan, 1995, 321 p. 




SMOMPK MƏCMUƏSİ XIX ƏSRDƏ AZƏRBAYCAN NAĞILLARININ ƏN ÇOX ... 

 

98 



 

22.


 

The  Tatar  folk  literature  in  Transcaucasia  //  collectors  pupils  of  the  Transcaucasian  teacher's 

seminary// SMOMPK, issue XXVI, Tiflis, 1899, chapter II, p. 11-166 

23.


 

The Tatar fairy tales / Collector Kalashev А. // SMOMPK, issue VII, Tiflis, 1889, chapter II, p. 98-

128 

24.


 

Efendiyev  P.  Sh.  History  of  Azerbaijan  Folkloristic:  the  Author's  abstract  on  the  Doctor  thesis. 

Baku, 1973, 118 p. 

25.


 

Efendiyeva A.A. The Azerbaijan national fairy tales published in Russian in XIX - the beginning of 

the  XX  centuries  (questions  of  collecting,  transfer  and  the  edition):  The  Candidate  thesis.  Baku, 

1997, 160 p. 



 

 

Лятафят Алекперова 

Бакинский государственный университет 

(Азербайджан) 

 

СМОМПК, КАК ИСТОЧНИК МНОГОЧИСЛЕННЫХ СКАЗОК, ИЗДАННЫХ 

 В XIX ВЕКЕ 

 

РЕЗЮМЕ 

 

Статья,  посвящена  исследованию  азербайджанских  сказок,  опубликованных  в  различных 

выпусках  СМОМПК  в  XIX  веке.  Здесь  дается  краткое  содержание  этих  сказок,  а  также 

говорится  о  мотивах  необычного  рождения,  младшего  брата,  мачехи,  падчерицы, 

встречающихся  в  изучаемых  сказках.  При  анализе  перечисленных  мотивов  наряду  с 

высказыванием  собственного  мнения  автор  статьи  в  то  же  время  ссылается  на  труды  таких 

известных  ученых,  как  В.Пропп,  В.Миллер,  А.Афанасьев,  Е.Мелетинский.  Также  автор 

основательно  поясняет  причину  довольно  низкого  уровня  переводов,  опубликованных  в 

СМОМПКе  сказок.  В  настоящем  исследовании  указывается  на  тематическое  многообразие 

сказок, опубликованных в вышеназванном сборнике, и, в особенности, на то, какую научную 

ценность представляют эти сказки в наши дни. 

Ключевые  слова:  СМОМПК,  сказка,  сказитель,  собиратель,  мотив  чудесного 

рождения, мотив младшего брата, мотив мачехи, мотив падчерицы 

 



Lətafət Ələkbərova 

99 


 

Latafat Alekperova 

Baku State University 

(Azerbaijan) 

 

SMOMPK AS THE LARGEST SOURCE OF STORIES PUBLISHED  

IN THE XIX CENTURY 

 

SUMMARY 

 

The article is devoted to the study of Azerbaijani stories published in various editions SMOMPK 

in the XIX century. Here is a brief content of these tales, and said about the motives of the unusual 

birth, the younger brother, step-mother, step-daughter, found in the studied fairy tales. In the analysis 

of these motifs, along with a statement of opinion author at the same time refers to the works of such 

renowned  scientists  as  V.Propp,  V.Miller,  A.Afanasyev,  E.Meletinsky.  The  author  also  thoroughly 

explains the reason for the rather low level of translation, published in SMOMPK tales. In the present 

study points to the thematic variety of fairy tales, published in the above collection, and, in particular, 



the fact what the scientific value of these tales are today. 

Keywords:  SMOMPK,  story,  storyteller,  collector,  miraculous  birth  motif,  the  motif  of 

younger brother, stepmother motif, the motif stepdaughter 

 

Yüklə 283,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə