Fuad əLİyev mirabdulla əLİyev



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix15.03.2018
ölçüsü0,67 Mb.
#32209
  1   2   3   4   5   6   7   8   9   ...   33


FUAD ƏLİYEV 

MİRABDULLA ƏLİYEV 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

NAXÇIVAN XANLIĞI 



(1747—1828) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI  

Bakı — 1996 


 

 

BBK 9(S 42)  

Ə 51 


 

 

 



 

Elmi redaktoru: Mahmud İsmayılov  

Azərbaycan Respublikası EA-nın müxbir üzvü  



Redaktoru: Məlahət Əsədova  

Rəssamı: Rəfail Əzizov 

 

 



 

 

 



Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. 

Azər


nəşr, 1996. — 106 səh.

 

(1747—1828).



 

 

 



 

 

 



XVIII əsrin ortalarında Azərbaycanda İran hökmranlığına son qoyulduğu zaman həmin ərazidə 

yaranmış iyirmiyə yaxın feodal pərakəndə, lakin müstəqil dövlət qurumlarından — xanlıqlardan biri də 

Naxçıvan xanlığı idi. 

Kitabda Naxçıvan xanlığının ictimai-iqtisadi və siyasi tarixi haqqında ilkin mənbələr və arxiv 

sənədləri əsasında ətraflı məlumat verilir. Kitabdan eyni zamanda ali məktəblərdə dərs vəsaiti kimi də 

istifadə etmək olar. 

 

 

 



 

 

 



 

Ə 

0503020907—9 M—651(07)—96 



BBK 9(S 42) 

 

 



ISBN 5—552—01620—3 

 

 



 

© Azərnəşr, 1996 

 



 

 



 

 

MÜNDƏRİCAT 

 

 

Giriş……………………………………………………………………...   s. 4 



Xanlığın yaranma tarixindən …………………………………………..  s. 9 

Xamlığın sosial-iqtisadi vəziyyəti (XVIII əsrin II yarısı-XIX  əsrin I 

rübü)..........................................................................................................

 

s. 15 

Naxçıvan xanlığının siyasi tarixi ............................................................



s. 34

Xanlığın Rusiya tərəfindən  işğalı  .......................................................... s. 50

Naxçıvan xanlığı Gülüstan müqaviləsindən sonra və ikinci Rusiya-İran 

müharibəsi dövründə ................................................................................



 

s. 62 

 



 

GİRİŞ 

 

Hər bir xalqın həyatında bəzən elə tarixi hadisələr baş verir ki, bu hadisələr həmin 



xalqın ictimai-siyasi və iqtisadi həyatında dərin iz buraxır və xalqın taleyini həll edir. 

Belə hadisələrdən biri də XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya tərəfindən 

işğal olunmasıdır. 

Şimali Azərbaycanın Rusiyaya ilhaq edildiyi dövrdə burada feodal pərakəndəliyi 

hökm sürürdü, ölkənin nə siyasi, nə  də vahid iqtisadi mərkəzi var idi; həmin dövrdə 

Azərbaycan bütöv dövlət olmayıb xırda dövlətlər qurumundan — xanlıqlardan ibarət 

idi. 

1804-cü ilin yanvarında işğal edilmiş  Gəncə xanlığından başqa Azərbaycanın 



şimalında yerləşən digər xanlıqlar Rusiya dövlətinə birinci Rusiya—İran müharibəsinin 

gedişində zorla birləşdirilmişdi. 

Yalnız Naxçıvan xanlığı Gülüstan müqaviləsinə  əsasən (1813) hüquqi cəhətdən 

Rusiyanın deyil, İran dövlətinin hakimiyyəti altına düşmüşdü. Əslində Naxçıvan xanlığı 

hələ 1797-ci ildən İranın işğalına məruz qalmışdı. Həmin dövrdə Naxçıvan xanı Kəlbəli 

xan İran dövlətinin yeni hakimi Ağa Məhəmməd şahın tələbinə baxmayaraq, tabe olmaq 

əmrini rədd etdiyi üçün, ciddi cəzalandırılmışdı. Belə ki, Naxçıvan qalası  zəbt 

olunduqdan sonra Kəlbəli xanın gözləri çıxarılmış  və  əsir kimi İrana göndərilmişdi. 

Həmin dövrdən başlayaraq Türkmənçay müqaviləsinə  qədər (1828) Naxçıvan xanlığı 

faktiki olaraq İran dövlətinin ucqar bir əyalətinə çevrilmişdi. 

Yuxarıda deyilənlərə  əsaslanaraq Naxçıvan xanlığının tarixini şərti olaraq iki 

mərhələyə bölmək olar: XVIII əsrin ortalarından 1797-ci ilə  qədər; 1797-ci ildən 

Türkmənçay müqaviləsinin (1828) bağlanmasınadək. 

Naxçıvan xanlığı ikinci Rusiya—İran müharibəsindən sonra Türkmənçay  

müqaviləsinin  şərtlərinə əsasən Rusiya dövlətinin tərkibinə daxil olmuşdusa da, əslində 

bu xanlıq rus qoşunlarının həmləsi nəticəsində  zəbt 

[3-4] 

edilmişdi. Bu xanlığın 



Rusiyaya ilhaq edilməsi ilə Şimali Azərbaycan torpaqlarının tamamilə Rusiya ərazisinə 

qatılması prosesi başa çatdı. Beləliklə, tarixi ədalətsizlik nəticəsində zorla Rusiyaya 

birləşdirilməklə, Azərbaycan məfhumu xəritələrdən silinib Rusiyanın ucqarlarından 

birinə çevrildi. 

Şimali Azərbaycan torpaqlarının Rusiyanın tərkibinə qatılması,  əslində uzun 

müddət davam edən rus çarizminin işğalçılıq siyasətinin acı bəhrəsi idi. 

Məlum olduğu kimi, birinci (1804—1813) və ikinci (1826—1828) Rusiya—İran 

müharibələri dövründə döyüşçülərin sayına görə İran ordusu Rusiya ordusundan üstün 

idi. Buna baxmayaraq, qələbə  hər dəfə Rusiya ordusunun tərəfində olmuşdu. Bu 

qələbəni Cənubi Qafqazdakı xristianların təxribatçı əməlləri ilə izah etsək heç də səhv 

olmaz. Rus tarixçisi, professor A. V. Fadeyev haqlı olaraq yazır ki, Cənubi Qafqazda 

xalq kütlələrinin köməyi ilə hüsn-rəğbəti olmadan azsaylı Rusiya ordusu mərkəzdən 

uzaq bir yerdə, çoxsaylı orduya malik düşmənlə aparılmış uzunmüddətli döyüşlərdə 

qələbə çala bilməzdi.

1

 

                                                            



1

 А.В. Фадеев. Россия и Кавказ в первой трети ХIХ в. М., 1960, с. 260-261. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə