ÄRAŞdlRMA --------------------------------------------------------------------------------
Füzuli poetik şeirinin açarı
(Mir Cəlalın «Füzuli sənətkarlığı» əsəri)
A
zərbaycan fuzulişünaslığında M.Füzulinin poeti
kası haqqında monoqrafiyanı Mir Cəlal Paşayev
yazmışdır. Əsər ilk dəfə 1940-cı ildə EA-nın Azərbaycan
Filialı (Az.F) nəşriyyatında «Füzulinin poetik xüsusiyyət
ləri» adı ilə çap olunub. Bu monoqrafiya sonralar üç dəfə
1958, 1994 və 2007-ci illərdə «Füzuli sənətkarlığı» adı ilə
təkrar nəşr edilib. Azərbaycan fuzulişünaslığının təşəkkül
mərhələsinin yekunlaşdıran bu qiymətli əsər, həm də Fü
zulinin poetik dərk mərhələsinin əsasını qoydu. Təəssüflər
olsun ki, Azərbaycan fiizulişünaslığı bu xətt üzrə getmədi,
bəlkə də ədəbiyyatşünaslığımızın buna gücü çatmadı, ədə
biyyatşünaslığımız tarixi-materializm mövqeyinə keçdi,
formalizm əla dini poetikaya etinasız qaldı. Bir qədər mü
bahisəli görünsə də, deməliyik ki, sovet dönəmində M.Fü-
zulinin poetikasını açmaq üçün ədəbiyyatşünaslığımız nə
zəri-metodoloji baxımdan hazır deyildi. Bununla belə, ob
yektivlik naminə deməliyik ki, professor Mir Cəlalın «Fü
zuli sənətkarlığı» Azərbaycan 'füzulişünaslığının hər üç
mərhələsində iştirak etdi və öz orijinal funksiyasını qoru
ya bildi. Mir Cəlal bu kitabdan sonra da M.Füzulinin poe
tik sənəti haqqında maraqlı məqalələr çap etdirdi. (Məsə
lən, bax: Füzuli şeirlərindəki elmi və bədii məntiq haqqın
da EA Az.F. Xəbərləri, 1941, №1, s.25-34; Məhəbbət və
sənət. «Azərbaycan»j,1958, №3, s. 121-141). XX əsrin 80-
ci illərində M.Füzulinin yenidən (poetik) dərkə marağın
artması təkcə şairin yaxınlaşmaqda olan 500 illiyi ilə bağlı
deyildi. «80-ci illərin ortalarında Füzuli yaradıcılığına ma
rağın artmasını milli şüurun yeni dirçəlişi ilə izah etmək
mümkündür. 1985-ci ildə V.Feyzullayevanın «Füzulinin
qəsidələri», 1986-cı ildə isə S.Əliyevin «Füzulinin poeti
kası» monoqrafiyaları çapdan çıxır. Bu əsərlər ədəbiyyat
şünaslığın son nailiyyətləri əsasında yazılaraq sələflərinin
bir sıra obyektiv və subyektiv nöqsanlarını təshih etmək
məqsədini də güdürdü» ( 1, s. 15).
M.Füzulinin poetik dərki sahəsində XX əsrin 80-90-
cı illərində yazılan tədqiqatlar ilk növbədə Mir Cəlalın,
H.Araslınm, Məmməd Cəfərin, Ə.Cəfərin, M.Quluzadə-
nin ənənələrinə və ideyalarına istinad edirdi.
Mir Cəlalın «Füzuli sənətkarlığı» monoqrafiyası M.Fü
zulinin poetik dərk mərhələsində böyük rol oynadı. 80-ci il
lərdə dahi şairin poetikasına müraciət edənlər fuzulişünas-
lığın tarixilik mərhələsini adlayaraq Füzuli poetikasına ilk
monoqrafik qaynaq kimi müraciət etdilər.
Görkəmli yazıçı və alim Mir Cəlal 1958-ci ildə
kitabın təkmilləşdirilmiş nəşrinə yazdığı m üəllif sözündə
qeyd edir ki, indiyədək Füzulinin «dühasını ləyaqətlə təh
lil, təyin edən mühüm bir elmi əsər yaradılmamışdır».
Alim bunun səbəbini, ilk növbədə, Füzuli sənətinin
ecazkarlığmda görür, insanlar o cümlədən, tədqiqatçılar
«Füzuli misralarından aldıqları tükənməz mənəvi estetik
zövq ilə yaşamağı bu misralar üzərində təhlil aparmaqdan
daha fəzlə, daha münasib sayırdılar» (2, s.3) deyir. Mir
Cəlal öz əsərini də qiymətləndirərək (oxucuya təqdim
edilən bu kitabı Füzuli sənəti haqqında mükəmməl əsər
saymaq fikrində deyilib) (2,s.4) qənaətinə gəlir. Müəlli
fin bu təvazökar mülahizəsinin arxasında çox ciddi bir
səbəb dayanır. Alim yazır: «Füzuli sənətinin qüdrətini
miqyasını, məziyyətlərini təhlil və təyin etmək bir nəfə
rin, bir elmi məktəbin, hətta, bəlkə də bir elmi nəslin işi
deyildir» (2. s.4).
Bu sətirlərdə alimin dahi M.Fizuli sənətinə hörmət
və ehtiramı, sevgisi, eyni zamanda, Füzuli sənətinin əzə
məti, irakdan gələn vahiməsi ifadə olunur. XI əsrin böyük
ədəbiyyatşünası Xəbib Təbrizi yüksək poeziyanı nəzərdə
tutaraq «Şeir haqqında şeir yazmaq çətindir» deyirdi. Mo
noqrafiyanın «başlanğıc»mda müəllif öz əsərinin ayəsini
ifadə edərək yazır: «Oxuculara təqdim olunan bu kitabda
Füzulinin bütün yaradıcılığı təhlil edilmir, burada böyük
şairimizin əsərlərində rast gəldiyimiz bir sıra xarakter b ə
dii üsul və vasitələr nəzərdən keçirilir» (2, s.9)
Beləliklə, müəllif özü əvvəlcədən kitaba münasibətin
metodoloji miqyaslarım müəyyənləşdirir. M.Füzuli irsi
nin poetik təcrübəsini «şeirin müasir vəzifələri üçün
səfərbər etm əb) Mir Cəlalın əsas məqsədlərindən biri
kitabın nəzəri əhəmiyyəti ilə müvazi təcrübi əhəmiyyəti
ni əks etdirən cəhət idi.
«Füzuli sənətkarlığı» monoqrafiyasını fərqləndirən,
daha doğrusu, onun füzulişünaslıqda dəyərini, yerini və
rolunu müəyyən edən üç ümumi metodoloji xüsusiyyəti
qeyd etməliyik: 1) Füzuli şeirinin poetikasını açmaq üçün
şairin istinad etdiyi ədəbi-bədii mirasın təcrübəsi əsas gö
türülür; 2) M üəllif M.Füzuli nəzəriyyədən, hazır poetik
kanonlarla gəlmir, şairin poeziyasından, bu poeziyanın
fərdi dərk imkanlarından müraciət edir; 3) Monoqrafiyada
ənənəvi akademik əsillər qoymur, essevari sərbəst poetik
mündəricat verir; 4) Dövrünün bütün ideoloji tələb və təz
yiqlərinə baymayaraq tarixi-sosioloji təhlillərdən maksi
mum uzaqlaşmağa çalışır və buna əsasən nail ola bilir.
Özündən əvvəlki dövrün poetik ənənələrinə yaradıcı
istinad hər bir böyük şairin yaradıcılığı üçün səciyyəvidir.
Fəqət, şair məhz o zaman sayılıb seçilir ki, özündən əvvəl
ki ənənələrin cazibəsini dəf edir, buxovunu parçalayır və
öz fərdi üslubunu təsdiq edir. Məhz bu cəhət böyük şairli
yin, əsl sənətkarlığın imkan göstəricisidir. M.Füzuli özün-
yeni
mədəni-maarif jurnalı 3 - 2009
6 8
dən əvvəlki poetik tilsimi çox tez sındırdı. Buna səbəb,
hər şeydən əvvəl, M.Füzulinin ilahi vergisi olan istedadı
və bu istetedada dözmək əzabı idi. Bununla bərabər, biz
Füzuli poetikasına açar olan bir mühüm cəhəti də qeyd et
məliyik: Füzuli öz bədii istedadını elmlə süstləndirə, elmin
möhtəşəm pyedstahna qaldıra bildi. Füzulinin sənətindən,
şeirinin poetikasından yazan bütün alimlər - istər Türkiyə,
istər Avropa və Rusiya, istərsə də Azərbaycan fuzulişü-
naslan onun məşhur bir düsturundan açar salmışlar: «Zira
ki, elmsiz şeir əsası yox divar olur və əsassız divar qayət-
də bietibar olur» (3, s.27). Mir Cəlal da Füzulinin poetik
sənətini təhlil edərkən bu başlanğıcı əsas qəbul edir.
M.Füzulini «lirik şerimizin atası» hesab edən Mir Cəlal
M.Füzulinin özünütəsdiqini şərh edib yazır: «Füzulinin
böyük sənətkarlıq hünəri orasındadır ki, o, işlənmiş söz və
ifadə formalarına da tamam yeni, orijinal şəkil, yeni məna,
yeni məzmun və xarakterdə verir. Predmetə, obyektə, h ə
yati hadisəyə heç bir şairin yanaşmadığı bir dəqiqliklə ya
naşır. Predmetə yanaşanda, onun kölgədə qalmış bədii fa-
narla hələ indiyə qədər işıqlandırılmamış tərəfini işıqlan
dırır» (2, s.9). Bunun üçün M.Füzuli həm də elminə borclu
idi. Şair şer sevdasına ürcah olandan sonra elmə üz tutur.
Elmlə şeirin, elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti Fü
zuli şeirinin əsas zəmini - qüdrət mənbəyi idi. Kitabının
«Füzuli şeir haqqında» bölməsində Mir Cəlal belə qənaə
tə gəlir ki, «Füzuliyə görə, bədii əsərdə söz adi, sadə m ə
nasından çox-çox yüksək məna gözəlliyinə və təsir qüdrə
tinə malik olmalıdır. Ədəbi-bədii əsər xüsusi bir fəsahət
və bəlağətlə yazılmalıdır. Vəznə, qafiyəyə salınmış hər
yazıya bədii əsər deyilə bilməz.» (səh 14).
Yeri gəlmişkən, qeyd edək ki, müəllif M.Füzuliyə
bəzən bu tipli subyektiv zövqün məhsulu olan sərbəst
şərhlər də verir ki, bunlar da müəyyən qədər sənəti mate
rialist izah xarakteri daşıyır.
Mir Cəlal göstərir ki, M.Füzuli şairdən azadlıq və cə
sarət tələb edir. Bunu şeirin səmimiyyəti üçün əsas şərt
sayır, səmimi olmayan nəzmi şeir hesab etmirdi. Füzuli
nin sənət duyğuları səmimiyyətdən, fikirləri elm və hik
mətdən yoğrulmuşdu. Mir Cəlal M.Füzulinin nəzəri gö
rüşlərində şeir sənətinin elmi əsaslarının yaradılmasını
şairin böyüklüyü hesab edirdi. Mir Cəlalın Füzuli sənət
konsepsiyası ilə bağlı sənəti materialistcəsinə yozan mü
lahizələrindən biri də belədir: «Füzuli şeirdə məzmun və
mündəricəyə tabe olduğunu təsdiq edir. Onun fikrincə sə
nətkar söz vasitəsi ilə qəlbin daxili aləmini açır, o aləmi
bədii şəkildə ifadə edir. Məzmun etibarı ilə bir şey demə
yən, varlığı, insanı və insan hisslərinin surətini ifadə edə
bilməyən əsər əsər deyil» (s. 21). Biz belə hesab edirik
ki, əsərində dərin məzmun əks etdirməyən şair, heç vaxt
mükəmməl bədii forma da tapa bilməz. Əgər sənətkar
hətta adi fikri belə yüksək formada ifadə edə bilirsə, de
məli, o, artıq dəyərli bədii əsər yaradıb. Forma şairin var
lığında məzmunla birlikdə doğulur, şair qayğıkeş ana kimi
onu geyindirir, bəzəyir, süsləyir. Mir Cəlalın əksər müa
mədəni-maarif jurnalı 3 - 2009
sirləri (məsələn, M.Quluzadə) belə fikirdə idilər ki, guya
Füzulini sufi hesab edən tədqiqatçıların günahı bunda idi
ki, onlar (məsələn, M.F.Köprülüzadə) Füzulini Məcnunla
eyniləşdirirdilər. Bu məsələdə Mir Cəlal düzgün mövqe
də dayanır. «Leyli və Məcnun»da Füzuli Leyli və
Məcnunun başına gələn bəlalar üçün fələyi ittiham edir.
Mir Cəlal «Leyli və Məcnun»dan gətirdiyi misala istina
dən yazır: «Buna qarşı «fələk» də şairi müqəssir görür.
Çünki Leylini də, Məcnunu da yaradan, onları əzablı yol
lardan keçirən, münasibətlərə salan, başlarında min cür
bəla təsvir edən özüdür...günahkar da Füzulinin özüdür»
(səh.22). Fikrimizcə, Mir Cəlal buradan çıxış edib,
yaradıcıya, sənətkara, Füzulinin öz sözü ilə böyük qiymət
verir: «sənətcə yararadıcının bədii niyyəti, uydurması,
icadı çox mühüm bir məsələdir. SƏNƏTKAR bir «xaliq»
kimi «əmvatə can verməlidir» (s. 23).
Mir Cəlal «Füzuli sənətkarlığı»nda «Qəzəl haqqında»
adlı xüsusi bir bölmə verir. Bir janr kimi qəzəl və Füzuli
qəzəlinin poetikasından bəhs edən bu maraqlı hissədə
müəllif aşiqanə qəzəldən bəhs edərkən birdən-birə fuzu-
lişünaslıqda mübahisəli problemlərdən olan Füzuli eşqinin
mahiyyəti məsələsini qoyur. Lakin, gəlin, əvvəlcə Mir
Cəlalın qəzəl haqqında nəzəri-poetik qənaətlərini nəzər
dən keçirək. Bu, poetika üçün zəruri məsələdir.
Mir Cəlal ana dilində yaranmış «lirik şeirin böyük ba
nisi, ölməz dahisi adlandırdığı M.Füzulinin dühasının daha
çox «Leyli və Məcnun» poemasıda və qəzəllərində ifadə
olunduğu qənaətinə gəlir. Müəllif Füzulinin qəzəllərini
təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün Şərq lirikası
nın ən yaxşı nümunələri hesab edir. Müəllif yazır: «Qəzəl
janrı qədim janrdır. O, bizim ədəbiyyata ərəblər və farslar
vasitəsilə keçmişdir» (s.25). Məlumdur ki, Şərq
ədəbiyyatında qəzəlin üç zirvəsi - üç dahi yaradıcısı var:
ərəb poeziyasında Əbu Nüvas, fars poeziyasında Hafiz,
türk şeirində M.Füzuli. Orta Asiya türkləri içərisində qəzə
li şeirin tacı mənziləsinə Əlişir Nəvai qaldırmışdır. Mir Cə
lal, çox doğru olaraq, belə nəticəyə gəlir ki, Füzulinin liri
kası məhəbbət lirikası, aşiqanə lirikadır: «Aşiqanə qəzəllər
Füzuli lirikasının canıdır». Ona görə şairin tərənnüm etdiyi
eşq, sevgi «yalnız aşiq-məşuq məhəbbəti, yalnız qız və oğ
lan arasında olan adi, fərdi, cinsi sevgi deyildir»...
Füzulinin qəzəllərində, ya «Leyli və Məcnun» poema
sında qəlbin, bəşər mənəviyyatının əhvali-ruhiyyəsinin ən
zərif, ən incə və ən yüksək əlvan həyatını görürük. Bu liri
kanı yalnız qəlb ilə, yalnız bir subyektin öz aləmi ilə izah
etmək mümkün olmaz. Çünki, bu lirika, obyektiv həyat ha
disələrinin, ictimai həyatın şair qəlbində oyatdığı hiss, hə
yəcan və təsirlərdən başqa bir şey deyildir» (s. 26).
Həmin ziddiyyətli fikirlər, materialist münasibət tərzi
ilə də Mir Cəlal Füzulinin eşqinə yanaşır, M.F.Köprülü-
zadənin ilahi konsepsiyasını «yanlış iddia» deyə dəyər
ləndirir. O, bir yandan Füzuli eşqin adi, cinsi eşq olmadı
ğını, yəni qeyri-adi olduğunu iddia edir. Digər tərəfdən,
M.F.Köprülüzadəni inkar edərək «hər «ətə və kəmiyə su
samayan» eşqi mistik-ilahi eşq adlandırmağa heç bir əsas
yoxdur» (s. 27) deyir.
Alim belə düşünür ki, Füzuli lirikasında eşq anlayışı
ətrafında insana məxsus bütün duyğu və qabiliyyətlər tə
rənnüm olunmuşdur. Eşqin ifadəsi üçün şairin istifadə et
diyi surətlər və bədii vasitələri m üəllif «tamam real, mad
di həyat hadisələri» hesab edir. Beləliklə də, Mir Cəlal
M.Füzuli eşqini sufi mistik eşq, ilahi eşq kimi mənalandı-
ranlarla razılaşmır, onu sırf insani eşq, real - həyat ictimai
münasibətlərin məhsulu» adlandırır.
M.Füzuli eşqinin «ilahi» adlandırılmasının səbəbi
olaraq maraqlı bir yozum irəli sürür: «Şairin hiss və
həyəcanları o qədər dərin və incədir ki, onun qəlbə vaqif-
liyi o qədər heyrətləndiricidir ki, insan oxuduqda başqa
və yüksək bir aləmə çıxdığını güman edir. Füzuli eşqini
real zəmindən ayıraraq sırf «ilahi» adlandıranları çaşdıran,
yanıldan da bu cəhətdir» (s. 28).
Əlbəttə, belə bir izaha güvənərək Füzuli eşqinin tə-
səvvüfı mahiyyətini inkar etmək olmaz. Füzulinin fanatiz
mə qarşı mübarizə apardığını qəbul və təsdiq edən müəl
lif Füzulini öz şeirlərini fanatiklərin hücumlarından qoru
maq üçün təsəvvüfı obrazlara müraciət etdiyini söyləyir.
Eşqin qeyri-adiliyini isə adi, sadə yox, qeyri-adi insana
məxsus olması ilə izaha çalışır. Digər maraqlı və
mübahisəli bir fakt. Füzuli yazıb:
Məcnun oda yandı şöleyi-ah ilə pak
Vamiq suya batdı eşqdən oldu həlak.
Fərhad həvəs ilə yelə verdi ömrün
Xak oldular onlar, mənəm indi ol xak.
Mir Cəlal bunu yunan materialist fəlsəfəsinin təsiri
ilə izah edib dörd ünsür - kainatın - su, od, hava və torpa
ğın vəhdəti kimi mənalandırır (səh. 32-33). Halbuki,
M.Füzuli özünü özündən əvvəlki üç böyük aşiqlə müqayi
sə edib, onları özündə əritdiyini, beləliklə, onların hamı
sından qüdrətli aşiq olduğunu söyləyir.
Bütün tədqiqatı boyu Mir Cəlal M.Füzuli şeirini izah,
şərh etməyin çətinliyindən bəhs edir, göstərir ki, bu poe
ziyanı məntiq dili ilə izah etmək çətindir. «Bu lirika
sarsıdıcı təsiri ilə insanı valeh edən, onu hər şeydən ayı
ran musiqiyə bənzəyir. Belə bir musiqidən təsirlənən
adam öz həyəcanını, hissiyyatını başqasına verə bilməz.
Buna söz və ifadə tapmağa çətinlik çəkər. Füzuli qəzəllə
rinin şərhi də eyni dərəcədə çətindir... Adama elə gəlir ki,
bu şerlər təhlil üçün, izah üçün yazılmamış, oxumaq, ləz
zət almaq, zəngin mənalar duymaq, yüksəlmək üçün, kö
nülləri fəth etmək üçün yaradılmışdır» (səh. 34).
Bizcə, nəzəri-estetik fikrin M.Füzuli poetikasına gec,
çəkingən münasibətinin, bir növ onun qarşısında vahimə
keçirməsinin səbəbi də elə məhz budur. Füzuli poeziyası
heç bir qəlibə, çərçivə və formaya tabe olmamış, bütün
standartları, bədii formaları öz istədiyi şəklə salmışdır.
Ona görə də, M.Füzulinin poetikasına artıq kanonlaşmış
bədii ölçülərlə, nəzəri-estetik meyarlarla yanaşmaq müm
kün deyil. Bəlkə elə buna görə də Mir Cəlal M.Füzuli
poetikasına sənətin əbədi tilsimi, materiyası olan dil vasi
təsilə açar salmağa üstünlük verir. Nəzəriyyədə artıq afo
rizmə çevrilmiş bir fikir var: sənətkarlıq dilə münasi
bətdən başlanır! Ədəbiyyat tarixində hazır dilə yiyələn
miş sənətkarlar var və bir də bədii dil yaradan sənətkarlar
var. M.Füzuli ikincilərdəndir. Təbii ki, M.Füzuli özündən
əvvəl ana dilində yazmış sənətkarların - ana dilində yega
nə qəzəli məlum olan İzzəddin Həsənoğlunun, Qazi Bür-
hanəddinin, Nəsiminin, Xətainin ədəbi-bədii dil sahəsin
dəki böyük icadlarından səmərəli şəkildə faydalanmışdır.
Fəqət, Füzuli öz üslubunu, öz bədii dilini yaratdı, XVI
əsrdə türk dilini ən mükəmməl poetik fiiqurlar, mübaliğə,
təşbeh, cinas yaratmaq səviyyəsinə qaldırdı. M.Cəlal öz
kitabının Füzulinin bədii dil xüsusiyyətlərindən bəhs
edən və fikrimizcə, monoqrafiyanın poetologiya baxımın
dan ən zəngin bölməsində Füzuli poetikasında dilin yeri
və rolu problemini nəzərdən keçirir. Alimin təhlilləri
«Füzuli çətin dildə yazmışdır» kimi müasir baxışa qarşı ta
rixi həqiqətin sübutundan başlanır. XVI əsrdə Şərqin elm,
ədəbiyyat və fars olması kimi məlum məntiqdən çıxış
edən Mir Cəlal M.Füzulinin Azərbaycan dili sahəsindəki
kəşflərini konkret misallarla sübuta nail olur.
M.Füzuli «Nəzmi-nazik türk ləfziylə ikən dişvar
olur... Məndə tövfıq olsa bu dişvarı asan eylərəm» deyirdi.
Şair həqiqətən hünər göstərib bu dişvarı asan etdi. O, bu
na xalq dili sayəsində nail oldu. Mir Cəlal yazır: «Füzuli
şerində xalq ruhu, xalq ifadə formaları əsas alınmışdır.
Hətta çox yerdə canlı danışıq dilinin xüsusiyyətləri saxla
nılmışdır... Füzuli yalnız özündən əvvəlki klassik Şərq di
linə, ədəbi dilə yox, eyni zamanda və ən çox xalq dilinə
əsaslanmışdır» (s 41-42). M.Füzuli canlı xalq dilini şeir di
limizin arsenalına gətirir. Bu onun poetikasının yığcamlı
ğını və dinamikasını təmin edir.
Mir Cəlal Füzulidə işlənən «ney», «sayə», «şəm», «su
rət», «qəmzə» kimi sözlərin hansı poetik məqamlarda, han
sı poetik (fəlsəfi) tutumda işlənməsini çox mənalı şəkildə
təhlil edib belə nəzəri qənaətə gəlir: «şeirin, ifadənin, söz
lərin izahına hansı cəhətdən yanaşırsan yanaş, gətirilən
məfhumlar arasındakı uyğunluq, ya təfavütün hansı cəhəti
ni alırsan al, şairin bədii lövhə çəkmək niyyətinə cavab ve
rir, onun dediyini deyir. Lövhə həm bədii, həm də məntiqi
dərinliyi və ətraflılığı ilə bitkinliyini, yüksəkliyini sonuna
qədər saxlayır» (s. 48)
Mir Cəlal Füzuli sözünün gücünü onun poetik fiqur
lar, xüsusilə təşbehlər yaratmaq imkanı ilə müəyyənləşdi
rir. Alimə görə mürəkkəb, çoxqatlı və çoxlaylı məcazlar
yaratmaq, həm də şairin bədii təfəkkür qüdrətini əks etdi
rir. O məcazlar və epitetlər vasitəsi ilə əşyanı bir neçə cə
hətdən əks etdirən bədii surət yaradır. M üəllif doğru, dü
rüst deyir ki, «Söz, Füzulinin əlində əşyanı işıqlandıran çı
raq kimidir. Həmin əşyaya hər tərəfdən yanaşmağa, onun
bütün daxili, zahiri məna xüsusiyyətini işıqlandırmağa im
kan verir» (s. 50). Mir Cəlal Füzulinin sözə münasibətinin
miqyas və imkanlarını şairin istedadı ilə əlaqələndirir. Fü
zulinin poetikasında təşbeh (ümumən bədii vasitələr və
fiqurlar) «bədii zərurət» kimi işlədilir. Füzuli təşbehləri
tərənnüm və təsvir etdiyi aləmin, predmetin özündən alır.
Bədii qayə, poetik məqsəd aydınlığı da məhz buradan do
mədəni-maarif jurnalı 3 - 2009
ğulur. Bu baxımdan Mir Cəlalın mübaliğə ilə bağlı müla
hizələri və Füzuli mübaliğələrinin poetik açımı maraq do
ğurur. «Məlumdur ki, klassik ədəbiyyatı mübaliğələrlə
çox zəngindir. Doğrudur, bəziləri bu xüsusiyyəti əfsanə
təsiri, puç etiqadlar ilə izaha çalışırlar. Lakin heç bir əsa
sa söykənmirlər. Mübaliğə insanı xəyalı üçün təzə, təsa
düfi məsələ olmadığı kimi köhnə məsələ də deyildir. Ən
materialist və münəvvər adamın təsəvvürlərində belə
m übaliğələr, m übaliğəli cəhətlər olur və vardır.
Mübaliğə insan zehni və xəyalının təbii xassəsidir.
Mübaliğə yaradıcı xəyalın qüdrətini göstərir. Bu xəyalın
bir sifətidir» (s. 63).
Həqiqətən də, mübaliğə poeziyanın poetik imkanları
nı əks etdirən, insan qəlbinin hiss, həyəcan və arzularının
hüdudsuzluğunu ifadə edən poetik fiqurdur. Füzulinin
mübaliğələri yeni, orijinal, tizfəhm olmaqla yanaşı, həm
də şairin bədii (və elmi) təfəkkür imkanlarını, onun poetik
qürurunu əks etdirən bədii ifadə vasitəsidir.
M.Füzulinin bədii lövhələrindən, təbiət m ənzərələ
rindən bəhs edən M.Cəlal şairin dərin fəlsəfi məzmunlu
«Su» rədifli qəsidəsini, «Sübh» rədifli qəzəlini təhlil edə
rək göstərir ki, burada həm su, həm də sübh Aşiq obrazı
kimi verilir.
M.Cəlalın «Füzuli sənətkarlığı» monoqrafiyasında
diqqəti cəlb edən hissələrdən biri də M.Füzulinin şeir
mədəniyyətinə (şeir texnikasına!) həsr olunmuş bölmədir.
M.Füzuli şairliyə başlayanda Şərq klassizminin mükəm
məl poetik kanonları mövcud idi və şair təbii ki, bu ka
nonlara əməl etməli olmuşdur. O, lirik şeirin ən yüksək
bədii forması olan qəzəli hər üç dildə şeirin zirvəsinə qal
dırmağa nail oldu. Həm mövcud poetik qəlibləri pozma
maq, həm də qəzəl vasitəsilə insan qəlbinin bütün sirləri
ni heyrətamiz bir aydınlıqla bədii sözün nüvəsinə gətir
mək M.Füzuli poetikasının əsas qayəsi idi. M.Cəlal yazır:
«Füzuli elə bir sənət zirvəsi idi ki, ona çatmaq heç bir şai
rə qismət olmamışdır.
Füzuli sənətinin yüksəkliyini yalnız şairin dühası,
alimliyi, həyatı bilməsi ilə izah etmək kifayət deyil, Füzu
linin yüksək şeir mədəniyyətini də mütləq nəzərə almaq
lazımdır» (s. 84). Qeyd edək ki, yüksək şeir mədəniyyəti
nə nail olması da məhz şairin dühasını əks etdirən vacib bir
cəhətdir. Biz belə hesab edirik ki, M.Füzuli öz poeziyasın
da əruz vəznini türk dilinə ən yüksək şəkildə uyğunlaşdı
ran türk şairidir. Bu baxımdan o, öz qəzəllərinin poetikası
ilə böyük Ə.Nəvaidən də artıq uğurlar əldə etmişdir. M ə
lumdur ki, M.Füzuli daha çox əruzun ağır, ləngərli
bəhrlərindən - həcəz və rəməl bəhrlərindən istifadə et
mişdir. Bu da şairin şeirlərinə həm poetik, həm də fəlsəfi
silqət gətirmiş, oxucunun təfəkkür, dərketmə imkanlarını
genişləndirmiş, estetik zövq qabiliyyətini yüksəltmişdir.
Mir Cəlal M.Füzulini söz-söz, misra-misra, beyt-beyt
açır, onun misilsiz sənətinin poetik çətinliklərinə daxil
olur, onun möhtəşəm mənasını aydınlaşdıraraq, həm
müasir oxucunun, həm də çağdaş poeziyanın xidmətinə
təqdim edir. M.Füzuli əlvan rədiflər işlətməkdə mahir sə
nətkar idi. «Rədiflər Füzuli şeirində həm misranın, eləcə
mədəni-maarif jurnalı 3 - 2009
də bütün şeirin məzmunu və ahəngi ilə bağlı və vəhdət
şəklində verilmişdir ki, oxucu rədifi öz-özünə təkrar et
mək istəyir. Rədiflər Füzulidə həmişə bədii təkrar qüvvə
sinə malik kəlmələrdir. Bunlar şairin hiss və həyəcanının
ifadəsində davamlı və qətiyyət deyən, təsir göstərən söz
lər kimi işlədilir» (s. 90). Tədqiqatçılara yaxşı məlumdur
M.Füzulinin rədifləri, ondan sonra gələn şairlərə -
Nəbatiyə, Vaqifə, Seyid Əzimə və böyük Sabirə ciddi tə
sir göstərmişdir. M.Füzulidən sonra yazılan satirik poezi
ya Füzuli rədifinin poetik imkanlarına istinad etmişdir.
M.Füzulidə daxili qafiyə də güclü poetik imkanlara
malik idi. Klassik ədəbiyyatda az işlənən, Azərbaycan aşıq
şeirində qoşayarpaq qafiyə adlanan bədii sistem M.Füzuli-
də poetik fiqur kimi mühüm əhəmiyyətə malik idi. Mir Cə
lal qeyd edir ki, M.Füzuli həm də cinas yaradan ustad idi.
Müəllif, həm də təyin edir ki, «Füzulidə biz hətta klassik
şeirdə nadir sayılan üsula - bir cümlənin bir misrada veril
məsinə də rast gəlirib) (s. 96).
M.Cəlal sübut edir ki, M.Füzuli adi türk sözünün bə
dii imkanlarını genişləndirən, sözün açılmamış mənalarını
kəşf edən, nə mövctid ənənələrlə, nə də hökmfərma poe
tik kanonlarla məhdudlaşmayan şair idi. Tarixə, orta
əsrlərin tələblərinə bələd olmadan nəinki M.Füzuli poeti
kasını, heç onun işlətdiyi adi sözün belə mənasını açmaq,
şərh etmək mümkün deyil. Görkəmli alim M.Füzuli poeti
kasının estetik mahiyyətini ümumiləşdirərək yazır: «Yük
sək şeir poetikasını, texnikasını, zəriflik, bəlağət, fəsahət
qaydalarını ən incəliklərinə qədər bilir, məharətlə işlədir
di. Şübhəsiz ki, Füzuli bununla kifayətlənmirdi, heç bir
zaman özündən əvvəl açılmış cığır ilə, yaranmış ənənələr
lə kifayətlənməmişdir. Füzuli şeir sənətində yeni aləm aç
dı. İnsanın duyğusuna, qəlbin ən incə titrəyişlərinə aydın
lıq gətirdi, zəngin həyat, zəngin bədii fəza verdi. Bunları
etmək üçün də şeiriyyətin, sənətkarlığın orijinal, yüksək
nümunələrini yaratdı» (s. 99). Məhz bu icadkarlığı, bu da
hiyanə fədakarlığı, bu sənət hünərini alim öz dəyərli mo
noqrafiyasının Füzulidə məntiq, Füzulinin lirikası, Nizami
irsi ilə Füzuli sənətinin müqayisəli təhlili «Leyli və
Məcnun»a həsr olunmuş «Ölməz m əhəbbət dastanı», alle
qoriyalarına həsr olunmuş bölmələrində izləyir, 40-cı il
lərdə M.Füzulini böyük mənəvi müasirimiz kimi nəzərdən
keçirir, poetik imkanlarına istinad edərək sübut edir ki,
M.Füzuli sənətinin qüdrəti bundadır ki, o, hər bir nəslin
müasiri kimi onu düşündürən poetik, estetik və bədii-fəl
səfi suallara cavab verir.
• Gülşən ƏLİYEVA,
ADMIU-nun ədəbiyyat kafedrasının müdiri,
filologiya elmləri namizədi, dossent
Ə d ə b i y y a t
1. Əliyeva A. «Füzuli irsinin nəşri və tədqiqi», «Məhəm
məd Füzuli 500» (biblioqrafik göstəricisi). B., 1986
2. Mir Cəlal. Füzuli sənətkarlığı. B., «Maarif», 1994.
3. Füzuli. Əsərləri. 6 cilddə, I cild. B., «Azərbaycan» nəş
riyyatı. 1996.
mm
Dostları ilə paylaş: |