Füzuli rayon mks-nin Metodika biblioqrafiya şöbəsi Xocalı Soyqırımının 25-ci ildönümü



Yüklə 21,93 Kb.
tarix14.06.2018
ölçüsü21,93 Kb.
#49116

Füzuli rayon MKS-nin Metodika - biblioqrafiya

şöbəsi

Xocalı Soyqırımının 25-ci ildönümü

(Metodiki vəsait)

Füzuli-2017

Tariximizin qan yaddaşı

26 fevral 1992

Xocalı Soyqırımını unutma!

25000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə,Qarabağ silsiləsində və Ağdam-Şuşa-Əsgəran-Xankəndi yollarının üstündə yerləşir.

Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqlarınında Xocalının belə bir strateji mövqedə olması ilə əlaqədardır.

Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə.xıv-vıı əsrlərə aid edilən Xocalı Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələr - daş qutular, kurqanlar və nekroloqlar tapılmışdır. Həmçinin burada arxitektur abidələr, dairəvi qəbir (1356-1357-ci illər) və mavoley (xıv əsr ) vardır.

Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük, bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerapinin (bizim e.ə 807-788-ci illər ) adı yazılmışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabrikləri,2 orta məktəb var idi.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan )qaçqın düşmüş məshəti- türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.

Erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi. Xocalı şəhəri 1991-cin ilin oktyabırından blokadada idi.Oktyabırın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış,yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.Xocalıya sonuncu vertolyot 1992-ci ilin yanvar ayının 28-də endi.

Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərdə hava əlaqəsi də kəsildi.

Yanvarın 2-dən şəhərə elektirik enerjisidə verilmirdi. Xocalılar ancaq öz qəhrəmanları və müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən camaat və ov tüfəngləri ilə silahlanmış yerli özünü müdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücum hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanmışdı. Şəhərə hücum toplardan, tanklardan, “ Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başladı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdu ki, bu məkirli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366- cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

Fevralın 25-dən 26-na keçen gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366 - cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü.

Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olmuşdu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106- sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmişdi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdu.

Bu cür hadisələr Azərbaycanda “ Xocalı soyqırımı ”,”Xocalı faciəsi” kimi adlanır. Ermənistanda isə bu əməliyyat “Xocalı döyüşü”, “ Xocalı hadisəsi ” terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı “Xocalı qətliamı” (“en Khojaly Massacry”,+r) terminindən istifadə etməyə üstünlük verir.

Bu hadisələr regiona İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfərli günlərinə təsadüf etmişdi. O,fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər etmişdi. Ermənilər bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi.

Ermənilər buna məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar. Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətilə tanışlıq və münaqişəninin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndi qarət edilmiş və yandırılmışdı. Təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanməş və əsir götürülmüşdü.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurlar.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi, düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşinə baxmayaraq meyitləri götürmək mümkün oldu. Meyitlərin aşkarlanıb götürülməsi, qulaqların və digər orqanlarının kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları ağır texnika ilə əzilmələri, yandırılma halları aşkar edilmişdi.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqqlarından kobud şəkildə pozulması, beynəlxalq hüquqi aktların Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq saziş fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi bəyannaməsinə məhəl qoyulmamışdı.

Azərbaycan Milli Məclisi ( parlamenti ) hər il fevralın 26 –nı “Xocalı soyqrımı günü” elan etmişdir. Hər il fevralın 26 - da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Ədəbiyyat

Boran.Ə.Xocalı sorqırımı: səbəbləri,həyata keçirilmə üsulları və nəticələri /Ə.Boran.B;Azərnəşr 2008.-2245

Xocalı soyqırımı: sənədlərdə, faktlarda və mətbuatda.B.Əbilov, Zeynəlov və oğulları,2006.-192səh.

Məmmədova H. Xocalı,Şəhidlər və şahidlər / H. Məmmədova – B; Yeni nəşrlər 2003,-97səh



Seyidzadə D.Azərbaycan xx əsrin əvvəllərində:Müstəqilliyə aparan yollar./D.Seyidzadə.B;2004-127səh..s
Yüklə 21,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə