G. N. Quliyeva Sumqayıt Dövlət Universitetinin dosenti V. H.Əsgərov Lənkəran Dövlət Universiteti Dərs



Yüklə 38,69 Kb.
Pdf görüntüsü
tarix22.05.2018
ölçüsü38,69 Kb.
#45278
növüDərs


Kimya məktəbdə 

 

57 



 

KİMYA DƏRSLƏRİNDƏ ƏYANİLİYİN  ROLU  

 

G.N.Quliyeva 



Sumqayıt Dövlət Universitetinin dosenti 

V.H.Əsgərov 

Lənkəran Dövlət Universiteti 

 

Dərs  prosesində  optimal  təlim  mühitinin  yaradılması  birbaşa  müəllimin 

öhdəsinə düşür.  Buna görə də  müasir dərslər elə təşkil olunmalıdır ki, şagirdlər 

sərbəst  fikir  yürüdən,  kommunikativ  bacarıqlara  malik  olan,  yaradıcı,  tədqiqatçı 

gənc kimi formalaşsınlar. 

Şagirdlərin  bilik,  bacarıq  və  vərdişlər  mənimsəmək  prosesi  o  zaman 

səmərəli  olur  ki,  görmə  və  lamisə  orqanları  bilik  və  bacarıqların 

mənimsənilməsində  iştirak  etsinlər.  Əyanilik  elmi  idrakın  ayrılmaz 

xüsusiyyətləridir. Lakin əyanilik heç də biliyin hamısı deyildir. O,  yalnız biliyin 

müəyyən komponenti olub, idrakla, müəyyən surətlərin yaranması ilə əlaqədardır. 

Bu  prinsip  tələb  edir  ki,  şagirdlərdə  yaranan  təsəvvürlər  və  anlayışların  hamısı 

bilavasitə  öyrənilən  maddələr  və  kimyəvi  proseslər  üzərində  müşahidələrdən 

alınan qavramalara əsaslansın. 

Lord  Halifaks  deyir  ki,  “Təhsil,  bizə  öyrədilənlərin  hamısını  unutduqdan 

sonra  yadda  qalan  şeydir”.    Demək  təlim  mühiti  əyaniliklə  sıx  bağlı  olmalıdır, 

çünki nəzəri biliklər yaddan çıxa bilər, lakin əyani surətdə təqdim olunan işlər isə 

şagirdin yaddaşında mütləq şəkildə iz buraxacaq. Ona görə də kimya dərslərində 

əyaniliyə, yəni təcrübələrə daha çox vaxt ayrılmalıdır.  Xüsusilə, elə təcrübələr var 

ki, onları nümayiş etdirmək üçün heç də laboratoriyada maddələri axtarmaq lazım 

deyil. Əgər reaktivlər yoxdursa, məişətdə gündəlik istifadə etdiyimiz, asan tapılan 

məhsullardan istifadə etməklə bir çox dərslərdə kimyəvi eksperimentlər nümayiş 

etdirmək  olar.  Bu  reaksiyaları    laboratoriyası  və  kimyəvi    maddələri    olmayan 

kimya kabinetlərində istifadə etmək, xüsusilə, əlverişlidir. 

Dərslərin daha maraqlı keçməsi üçün isə bu təcrübələrə maraqlı   adlar  və 

mətnlər düşünmək bu prosesi daha da canlandırır. Qeyd edim ki, eyni adlı və eyni 

prosesləri  izah  edən  təcrübələr  kifayət  qədərdir.  Lakin  yuxarıda  qeyd  etdiyim 

kimi, ən asan tapılan məhsullar və maddələr vasitəısilə bu təcrübələr təqdim oluna 

bilər. İndi onları nümunələrlə izah edək: 



 

Firon ilanı 

İndi biz nağıllar aləminə səyahət edəcəyik. Şagirdlərə bu təcrübəni nümayiş 

etdirəndə  belə  söyləmək  olar:    İndi  siz  əjdahaların  necə  yaranmasının  şahidi 



3-4(55-56)2016 

 

 



58 

olacaqsınız. 

Quru  yanacağın  (  ali  spirtlər)  üzərinə  kalsium-  qlükonat  həbləri  düzür  və 

yanacağı  kibrit  vasitəsilə  yandırırlar.  Təcrübə-“Firon  ilanı”  adlanır.  Təcrübənin 

reaksiyası aşağıdakı kimidir: 

 

 



 

“İlanın”  ağ  rəngə  çalması  onunla  əlaqədardır  ki,  kalsium  qlükonat 

qızdırıldıqda  parçalanır,    bu  qarışığın  həcminin  böyüməsinə  səbəb  olur,  həm  də  

reaksiyanın    gedişində  kalsium-oksidinin  alinması  yaranan    “ilanın”    kövrək 

olmasına gətirib çıxarır. O asanlıqla ovulur, dağılır. 

 

“İtən balıqqulağılar” 

Hardan gəlirsən ? 

Dənizdən. 

Əlindəki nədir? 

Balıqqulağı. Bilirsən, orada necə gözəlləri var ? 

Onları mənə ver. 

Nə edəcəksən ? 

İndi görərsən. 

Hidrogen-xlorid (HCl)  kasaya (çaşka “Petri”) tökülür və ona balıqqulağılar 

əlavə olunür. 

Ay, aman, mənim balıqqulağılarım hara getdi? 

Eybi yoxdu, balıqqulağılar yoxdu, əvəzində öyrəndin ki,  o necə reaksiyaya 

girir. 


Təcrübənin reaksiyası belədir: 

Balıqqulaşılarla HCl-un reaksiyasından elə o dəqiqə karbon qazı ayrılmağa 

başlayır.  Bir  neçə  dəqiqədən  sonra  kasanın  dibində  balıqqulağılardan  ancaq  ağ 

çöküntü  qalır.  HCl  turşusu  canlı  orqanizmlərin  də  mədəsində  məhz  bu  cür  təsir 




Kimya məktəbdə 

 

59 



 

etməklə qidanı həzm edir. 

Balıqqulağının kimyəvi tərkibi: 63-94% CaCO

3

25% SiO

2

 ( qum), digərləri 



2%.  Suda,  əlbəttə  ki,  həll  olmur.  Çünki  o  elə  suda  “yaşayır”.  Qum  da  HCI-la 

reaksiyaya girmir. Deməli, əsas reaksiya kalsium-karbonat üzərində qurulur.Aktiv 

xlor  kalsium  duzundan  turş  çöküntünü  çıxarır  və  kalsium-xlorid  və  dayanıqlı 

olmayan karbon turşusu əmələ gətirir, o da öz növbəsində suya və karbon qazına 

ayrılır. Reaksiya aşağıdakı kimi olacaq: 

 

CaCO



3

 + HCl → CaCl

2

 + H


2

O + CO


2

 

 



Reaksiya  ekzotermikdir,  o    bu  növdən  olan  digər  reaksiyalar  kimi  kifayət 

qədər  sürətlə gedir. Əmələ gələn kalsium-xlorid – kristalşəkilli, ağ duzdur, suda 

həll  olur,  ona  görə  də  görünmür.  İçəridə  qalanlar  isə  qum    və  s–dir.Onlar  orada 

cüzi miqdardadır. 



 

Reklam 

Təzə avadanlıq almısınız?  Onun qablaşdırıldığı materialı  atacaqsınız ?  Bir  

dəqiqə.  Axı  nə  edirsiniz  ?  Bir  az  qənaətcil  olun  .    Gəlin,  onu  atmazdan  qabaq 

düşünək.  Bəlkə  o  bizim  işimizə  yarayar  ?  Aha,  tapdım.  İndi  mən  bir  təcrübə 

aparacağam  və  siz  baxın  ki,  doğrudan  da  tullantı  bildiyimiz  materiallardan  da 

səmərəli bir iş üçün yararlanmaq olar. 

Asetona  penoplastlar  əlavə  olunur  və  onun  əriməsi  müşahidə  olunur. 

Təcrübənin reaksiyası belədir:  Penoplast penopolistiroldan ibarətdir və aseton bu 

penoplastda  həll  olduqca  havanı  köpüyə  buraxır  və  sizin  gördüyünüz  kimi  az 

mayedə çox material həll etmək görkəmi yaradır. 

 

Süni qar 

Hava istidir, mənsə qışı xoşlayıram. Kaş qar yağaydı. Mən sənin qar arzunu 

yerinə yetirərəm. Bir bax… İstəsən birlikdə  şam  ağacı da bəzəyə bilərik. Bilmək 

istəyirsən necə ? 

Uşaq  bezi  kəsilir  və  içərisindəki  pambığaoxşar  material  çıxarılır.  Onun 

üzərinə su əlavə edir və natrium polimetilmetakrilatın şişməsini müşahidə edirik. 

Daha  sonra  onu  əlimizdə  qurudub  pambıq  halına  salırıq.  Bu  küknarı  bəzəmək 

üçün istıfadə olunan qar dənəciklərini xatırladır. 

 

Kimyəvi mətbəx 

Bu kələmdir. Adına qırmızı kələm deyirlər. Bu kələmlər  yetişdiyi torpağın 

mühitindən asılı olaraq qırmızı və ğöy, bənövşəyi rəngdə olurlar. Onun rənginin 

qırmızı olması kələmdə turşuluğun yüksək miqdarda olmasına işarədir. O bişdikdə  




3-4(55-56)2016 

 

 



60 

yeməkləri müxtəlif rəngə boyayır. 

İndi  gəlin,  hamımızın  yaxşı  tanıdığı,  vitaminlərlə  zəngin  yumurtanın  ağı 

barədə  danışaq.  Məlum  olduğu  kimi  onun  tərkibi  əsasən  zülallardan  ibarətdir, 

həmçinin o qələvi mühitdədir. 

İndi  biz  yumurtanın  ağını  sarısından  ayırıb  ağına  qırmızı  kələmin  suyunu 

əlavə edirik. Tavaya yağ əlavə edib əvvəlcə yumurtanın kələm suyu qatılmış ağını 

tökür, sonra ortasına sarısını əlavə edib ( “qlazok”) bişiririk. Yumurta ağının 

zülaldan  ibarət  olduğunu  bilirik,  onun  yüksək  qələvi  xassəyə  malik 

olduğundan yumurtaya əlavə etdiyimiz qırmızı rəng ( kələmin suyu )  yaşıl rəngə 

çevrildi. 

Sual edə bilərsiniz, burda nə baş verdi ? 

Kələmin  suyu  turş,  yumurtanın  ağı  qələvi  mühitdə  olduğundan  onlar  bir-

birilə qarşılıqlı təsirdə olduqda neytral mühit yaranır və göy rəng də onu izah edir. 



 

Təbii indikator 

Qırmızı  kələmlə  tanış  olduq.  Onun  tərkibində  təbii  boyaq  maddəsi 

antocianat  var.  Antosianat  əksər  meyvə  və  tərəvəzlərin  tərkibində  var  və  onun 

miqdarından asılı olaraq rənglər dəyişir. 

Qırmızı kələmi xırda doğrayıb üzərinə qaynar su əlavə edirik. 

Bir neçə stəkana bu məhluldan tökürük: 

1.

 

Sulfat turşusu – qırmızı rəng alacaq,    pH=1 



2.

 

Sirkə turşusu sulfat turşusundan zəif ilduğu üçün çəhrayı  rəng alınacaq. 



3.

 

Qazlı  suyu  əlavə  edərkən  karbonat  turşusu  kələmin  suyunu  daha  açıq  



çəhrayı  rəngə boyayacaq. 

4.

 



Boş saxlayırıq. 

5.

 



Soda məhlulu kələm suyunu göy rəngə boyayır. pH= 8-9 

6.

 



Ammonyak məhlulu  kələm suyunu yaşıl rəngə boyayır. pH= 12-13. 

7.

 



NaOH - sarı rəng alınır. pH= 14. 

Şagirdlərdə  maraq  doğuracaq  bu  təcrübələr  uzun  müddət  yadda  qalır, 

nəticədə onların kimya fənninə marağı artacaq. Çünki əyani şəkildə gördükləri bu 

təcrübələrin necə baş verdiyi ilə maraqlanır, o zaman nəzəriyyə ilə əyanilik vəhdət 

təşkil edir. Bu cür yanaşma tədrisin keyfiyyətinə müsbət təsir edir. 

 

 



İstifadə  edilmiş  ədəbiyyat: 

 

1.  A.B.  Əskərov,  G.  N.  Quliyeva,  A.  A. 

Niyazova.  Kimyanın  tədrisi  metodikası. 

Ali  məktəblər  üçün  dərsliklər  və  dərs 

vəsaitləri  seriyasından.  Sumqayıt  Dövlət 

Universiteti. 2011. 441 səh. 

2. https://www.youtube.com/watch?v= 

x2ihJezHu1Q. 




Kimya məktəbdə 

 

61 



 

Г.Н.Гулиев, В.Х.Аскеров

 

Роль визуальности на уроках химии 

 

АННОТАЦИЯ  



 

В  статье  рассказывается  о  роли  визуальности  на  уроках  химии  с  помошью  

химических экспериментов. 

 

 

G.N.Gulieva, V.H.Askerov 

The  role the principle of visuality on chemistry lessons 

 

SUMMARY 

 

In the article sp.ken of the  role the principle of visuality on chemistry lessons with 



chemistry experiments. 

 

 

 

 

Açar sözlər: dərs, təcrübə, laboratoriya, əyanilik. 

 

Ключевые слова: урок,  эксперимент, лаборатория, визуальность. 

 

Key words: lesson, experiment, laboratory, visuality. 

Yüklə 38,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə