Gas Report



Yüklə 281,3 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü281,3 Kb.
#68658


 

Better Research, Better Policy, Better Reform 

 

 

 

 

 

Azərbaycan iqtisadiyyatına investisiyalar: 

Müqayisəli təhlil 

 

 

 

 

 

 

© Center for Economic and Social Development (CESD) 

Shirin Mirzeyev 76 "a"/33, 

Baku, Az1002, 

AZERBAIJAN 

 

Phone; (99412) 5970691 

(99412) 4975684  

Fax (99412) 4975684 

Email; cesd.az@gmail.com  

info@cesd.az 

URL; 

www.cesd.az

 

Bakı, Yanvar 13, 2012 

 

 

 

 

 

 

 


Azərbaycan iqtisadiyyatına investisiyalar: Müqayisəli təhlil 

 

Xalid Mikayılov 

 

Đqtisadi və Sosial Đnkişaf Mərkəzinin Eksperti 

 

www.cesd.az

 

 

 

Giriş 

 

Azərbaycan  iqtisadiyyatına  qoyulan  investisiyaların  həcmi  əsasən 



Əsrin  Müqaviləsinin  imzalanmasından  sonra  sürətlə  artmağa 

başlayıb.  Rəsmi  məlumatlara  əsasən  1994-cü  ildən  bu  günə  kimi 

Azərbaycan  iqtisadiyyatına  qoyulmuş  investisiyaların  həcmi  100 

milyard ABŞ dollarını ötüb. Bu proses 2009-cu ilə kimi artan xətlə 

davam edib. 2009-cu ildə isə ilk dəfə olaraq investisiyaların həcmi 

aşağı düşüb.  

 

Lakin,  son  dövrlərdə  Azərbaycan  iqtisadiyyatına  qoyulan 



investisiyaların həcmi yenidən artmağa başlayıb. 

Bu  əsasən,  qlobal  iqtisadi  böhranın  təsirlərinin  zəifləməsi  ilə 

əlaqədardı.  Belə  ki,  əgər  qlobal  iqtisadi  böhrandan  əvvəl 

Azərbaycan  iqtisadiyyatına  bütün  mənbələr  hesabına  yönəldilmiş 

vəsaitin  həcmini  baza  kimi  götürsək,  məlum  olur  ki,  2010-cu  ildə 

iqtisadiyyata  qoyulmuş  investisiyaların  həcmi  böhrandan  əvvəlki 

dövrdə  iqtisadiyyata  yönəldilmiş  vəsaitlərin  həcmini  ötüb  keçib. 

ABŞ  və  Avropa  ölkələrində  baş  verən  bank  iflasları,  qlobal 

maliyyə 

bazarlarındakı 

qeyri-müəyyənlik, 

böyük 


maliyyə 

institutlarının  iflası  və  s.  kimi  amillər  bütün  dünyada 

investisiyaların  həcminin  azalmasına  gətirib  çıxarmışdı.  Bu  isə  öz 

növbəsində  dünya  miqyasında  iqtisadi  artım  tepmlərinin 

zəifləməsinə  səbəb  olmuşdu.  Bütün  bunların  fonunda  Azərbaycan 

iqtisadiyyatına 

qoyulan 

investisiyaların 

həcmində 

azalma 


müşahidə olunsa da, bu kəskin azalma olmayıb. Belə ki, böhran ili 

hesab  olunan  2008-ci  ildə  Azərbaycan  iqtisadiyyatına  bütün 

mənbələr  hesabına  13,3  milyard  manat  və  ya  16,2  milyard  ABŞ 

dolları  investisiya  qoyulub  ki,  bu  da  böhrandan  əvvəlki  il  hesab 

olunan  2007-ci  illə  müqayisədə  28%  artım  deməkdi.  Lakin,  bu 



artım  əsasən  daxili  investisiyalar  hesabına  baş  verib.  2008-ci  ildə 

daxili  investisiyaların    həcmində,  3,1  milyard  manat  və  ya  4 

milyard ABŞ dolları artım olub.  

Đnvestisiyaların  həcmində  ilk  dəfə  2009-cu  ildə  3  milyard  manata 

yaxın  azalma  baş  verib.  Buna  əsasən  neft  sənayesinə  yönəldilən 

xarici  investisiyaların  1  milyard  ABŞ  dollarına  qədər  azalması 

səbəb olub. 

 

2010-cu  ildən  başlayaraq  yenidən  investisiyaların  həcmi  artmağa 



başlayıb.  Belə  ki,  2010-cu  ildə  ümumi  investisiyalar  3,5  milyard 

manat  və  ya  33%,  artıb.  Qeyd  etmək  lazımdı  ki,  xarici 

investisiyaların həcmi 2009-cu il istisna olmaqla ildən-ilə artsa da, 

neft  şirkətlərinin  qoyduqları  investisiyaların  həcmi  azalmağa 

başlayıb.  Belə  ki,  2010-cu  ildə  neft  sektoruna  yönəldilən  xarici 

investisiyaların  həcmi  2005-ci  ild  qoyulmuş  vəsaitin  həcmindən 

900 milyon ABŞ dolları və ya 22% az olub. Bütün bunlar isə onu 

göstərir  ki,  Azərbaycan  iqtisadiyyatına  qoyulan  xarici  birbaşa 

investisiyaların  həcmi  ildən  ilə  azalır.  Bu  da,  xarici  neft 

şirkətlərinin  artıq  investisiya  layihələrini  yekunlaşdırması  ilə 

bağlıdı.  Bundan  sonra  ölkəyə  investisiya  cəlb  etmək  üçün  əsasən 

iqtisadi 

islahatlar 

həyata 


keçirilməli 

və 


biznes 

mühiti 


yaxşılaşdırılmalıdı. 

Gəlin birlikdə, son illərin rəsmi məlumatları əsasında  həm daxili, 

həm də xarici  investisiyaların dinamikasına nəzər salaq. 

 

Đnvestisiyaların həcmində ilk azalma  



 

Dövlət  Statistika  Komitəsinin  məlumatlarına  əsasən,  2011-ci  ilin 

yanvar-noyabr  aylarında  ölkəyə  10  milyard  manat  investisiya 

qoyulub  ki,  bunun  da  78%-ni  daxili  investisiyalar,  22%-ni  isə 

xarici investisiyalar təşkil edib.  

 

Diaqram 1. 2008-2011-ci illər üzrə Azərbaycan iqtisadiyyatına 

yönəldilən investisiyalar (xarici investisiyalar daxil olmaqla) 

Milyard manatla 



 

 

 Mənbə: Dövlət Statistika Komitəsi, 2011 



 

Cədvəldən  göründüyü  kimi,  2011-ci  ilin  11  ayı  ərzində  ölkəyə 

qoyulan  investisiyanın  həcmi  təqribən  2009-cu  il  üzrə  ölkə 

iqtisadiyyatına  yatırılmış  vəsaitin  həcminə  bərabər  olmuşdur.  Đllər 

üzrə  investisiyaların  həcmində  isə  yalnız  2009-cu  ildə  azalma 

qeydə  alınmışdır.  Bu  əsasən  qlobal  iqtisadi  böhran  və  neft 

sektoruna  yönəldilən  xarici  investisiyaların  həcminin  azalması 

səbəblərindən  baş  vermişdir.  Bu  həmçinin  həm  daxili,  həm  də 

xarici investisiyaların azalması hesabına baş vermişdir. 

 

Diaqram  2.  2008-2011-ci  illərdə  Azərbaycan  iqtisadiyyatına 



yönəldilmiş investisiyaların strukturu 

Milyard manatla  

13,3


10,4

13,9


10

0

2



4

6

8



10

12

14



16

2008


2009

2010


2011  11 ay


 

 

Mənbə: Dövlət Statistika Komitəsi, 2011 



  

Diaqramdan  göründüyü  kimi,  2009-cu  ildə  ölkə  iqtisadiyyatına 

yönəldilmiş daxili investisiyaların həcmi 2008-ci ilə nisbətən  20% 

və ya 1,6  milyard manat, xarici investisiyaların həcmi isə 21% və 

ya  1,2  milyard  manat  azalmışdır.  Daxili  investisiyalar  dövlət 

büdcəsinin 

vəsaitləri 

hesabına 

həyata 

keçirilən 



dövlət 

investisiyalarının azalması hesabına baş verib.  

Ölkə  iqtisadiyyatına  yönəldilən  investisiyaların  tərkibində  daxili 

investisiyaların  xüsusi  çəkisi  ildən-ilə  artmaqdadır:  Əgər  2010-cu 

ilin  yanvar-noyabr  aylarında  ölkə  iqtisadiyyatına  yönəldilmiş 

ümumi  investisiyaların  76,2%-ni  daxili  investisiyalar  təşkil 

edirdisə,  2011-ci  ilin  11  ayında  bu  göstərici  78,1%-ə  təşkil  edib. 

Lakin,  diaqramdan  göründüyü  kimi,  daxili  investisiyaların  həcmi 

yalnız 2011-ci ildə böhrandan əvvəlki səviyyəni ötmüşdür.  

 

Neft və qeyri-neft sektoruna yönəldilmiş investisiyalar  

 

Xarici  investisiyaların  azalmasına  səbəb  əsasən,  qlobal  iqtisadi 



böhranın  təsiri  və  neft  sektoruna  yönəldilən  investisiyaların 

həcminin azalması olub.  

 

Diaqram 3. 2008-2011-ci illərdə neft və qeyri-neft sektorlarına 

yönəldilmiş birbaşa investisiyaların strukturu. 

7,7


6,1

7,3


7,8

5,6


4,4

6,6


2,2

0

1



2

3

4



5

6

7



8

9

2008



2009

2010


2011 11 ay

Daxili


Xarici


(Milyard ABŞ dolları il

 

Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi

 

Diaqramdan  göründüyü  kimi, 



strukturunda  neft  sektoruna  yön

üstünlük  təşkil  edir.   

sektoruna  yön

dolları  və ya 27% azalm

2010-cu  ildə  təkcə  neft  sektoruna  qoyulan  investisiyalar

2009-cu  il  üzr

2011-ci  ilin  6  ayı 

investisiyaların t

üzrə isə bu göst

neft  investisiyaları  ümumi  investisiyaların  20%

Göründüyü  kimi,  ilb

azalmaqda davam edir. 



 

Kənd təsərrüfat

 

Xarici  investisiyaların  böyük 



yönəldilmişdir  ki,  bu  da  v

amili  ilə  bağlı  olan  m

əlaqədar olmuşdur

 

0



0,5

2008


2009

2010


2011 6 ay 

Milyard ABŞ dolları ilə)  

Đqtisadi Đnkişaf Nazirliyi, 2011 

Diaqramdan  göründüyü  kimi,  birbaşa  xarici  investisiyaların 

strukturunda  neft  sektoruna  yönəldilən  investisiyalar  hələ  də 

şkil  edir.    2009-cu  ildə  2008-ci  illə  müqayisədə  neft 

yönəldilən  investisiyaların  həcmi  900  milyon  A

ə ya 27% azalmışdır. 

ə  təkcə  neft  sektoruna  qoyulan  investisiyalar

cu  il  üzrə  ümumi  investisiyaların  həcminə  bərabər  ol

ci  ilin  6  ayı  ərzində  qeyri-neft  investisiyalarının  ümumi 

investisiyaların tərkibində xüsusi çəkisi 12% olmu

bu göstərici 18% təşkil edib. Halbuki 2009

neft  investisiyaları  ümumi  investisiyaların  20%-

Göründüyü  kimi,  ilbə-il  qeyri-neft  investisiyalarının  xüsusi  ç

azalmaqda davam edir.  



ənd təsərrüfatına investisiya qoyulmayıb.   

Xarici  investisiyaların  böyük  əksəriyyəti  sənaye  sektoruna 

şdir  ki,  bu  da  vəsitlərin  əsasən  yarıdan  çoxunu

ğlı  olan  mədənçıxarma  sənayesinə  yönəldilməsi  ilə 

olmuşdur.  

0,5


1

1,5


2

2,5


3

3,5


3,3

2,4


2,9

1,4


0,5

0,62


0,65

0,2


 

birbaşa  xarici  investisiyaların 

əldilən  investisiyalar  hələ  də 

ə  müqayisədə  neft 

900  milyon  ABŞ 

ə  təkcə  neft  sektoruna  qoyulan  investisiyaların  həcmi, 

əcminə  bərabər  olub. 

neft  investisiyalarının  ümumi 

ərkibində xüsusi çəkisi 12% olmuşdur. 2010-cu il 

. Halbuki 2009-cu ildə qeyri-

-ni  təşkil  etmişdir. 

neft  investisiyalarının  xüsusi  çəkisi 

əksəriyyəti  sənaye  sektoruna 

ıdan  çoxunun  neft 

ə  yönəldilməsi  ilə 

4

0,5



Neft 

Qeyri-neft




Diaqram 4. 2008-2010-cu illər üzrə Azərbaycan iqtisadiyyatına 

yönəldilmiş  birbaşa  xarici  investisiyaların  sahələr  üzrə 

strukturu. (milyon ABŞ dolları ilə) 

 

 

 

Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi, 2011 

 

Diaqramdan  göründüyü  kimi,  ən  çox  birbaşa  xarici  investisiya 

sənaye  sektoruna  yatırılıb.  Sənaye  sektoruna  yatırılan  vəsaitin 

həcmi  ilə  digər  sektorlara  qoyulmuş  vəsaitlərin  həcmi  arasında 

kəskin  fərq  var  və  bu  fərq  sahədən  asılı  olaraq  4-31  dəfə 

intervalındadır. Əgər diaqrama diqqət etdinizsə, görə bilərsiniz ki, 

diaqramda  kənd  təsərrüfatı  ümumiyyətlə  təsvir  olunmayıb.  Təssüf 

ki,  həmin  dövrdə  xarici  investorlar  tərəfindən,  kənd  təsərrüfatına 

investisiya  yönəldilməyib.  Halbuki  bu  sektor  ən  çox  xarici 

investisiyaya  ehtiyac  duyulan  sektorlardan  biridir.  Xarici 

investorlar tərəfindən kənd təsərrüfatına vəasit qoyuluşu həm də bu 

sahədə yeni texnologiyaların tətbiqinə şərait yarada bilər ki, bu da 

məhsuldalığın  artmasına  səbəb  olar.  Belə  ki,  kənd  təsərrüfatının 

296,5


392,1

415,5


66,7

82,2


89

42,9


56,2

72,6


48,4

65,4


69,3

39,6


28,5

13,2


0

50

100



150

200


250

300


350

400


450

2008


2009

2010


Sənaye

Tikinti


Ticarət və xidmət

Nəqliyyat 

Sair xidmətlər



ÜDM-dəki payı cəmi 5-6% arasında dəyişir ki, bu da əhalnin 40%-

nin çalışdığı sektor üçün çox aşağı göstəricidi. 



 

Xarici investisiyaların növləri  

 

Xarici investisiyaların investisiya növləri üzrə strukturunda birbaşa 

investisiyalar  üstünlük  təşkil  edir.  Belə  ki,  ümumi  investisiyaların 

yarıdan çoxu birbaşa investisiyaların payına düşür.  



 

Diaqram  5.  Xarici  investisiyaların  investisiya  növləri  üzrə 

strukturu.  

(faizlə) 

 

 

 

 

Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi, 2011 

 

Diaqramdan  göründüyü  kimi,  xarici  investisiyaların  strukturunda 

əsas  yeri  birbaşa  investisiyalar  və  maliyyə  kreditləri  tutur.  Onlar 

ümumi investisiyaların 86%-ni təşkil edirlər.  

Portfel investisiyaları ümumi  investisiyaların  cəmi 2,2%-ni  təşkil 

edir  ki,  bu  da  əsasən  qiymətli  kağızlar  bazarının  zəif  inkişafı  ilə 

bağlıdır.  Xarici  ölkələrin  təcrübəsi  göstərir  ki,  ölkəyə  investisiya 

cəlb etməyin ən asan üsullarından biri də portfel investisiyalarıdır. 

Bu  həm  də  ölkənin  xaricə  açıqlığı  və  ölkə  iqtisadiyyatının  hansı 

52%


2,20%

34%


0,03%

11,50%


Birbaşa investisiyalar

Portfel investisiyaları

Maliyyə kreditləri

Neft bonusu

Digər investisiyalar



dərəcədə  dünya  iqtisadiyyatına  inteqrasiya  olunduğunu  göstərən 

amillərdən  biridir.    Azərbaycanda  bu  sahənin  inkişafını  ləngidən 

əsas 

səbəblər 



sırasına 

şirkətlərin 

korporativ 

idarəetmə 

standartlarını 

tətbiq 


etməməsi, 

mühasibatlığın 

beynəlxalq 

standartlara 

uyğun 

aparılmaması, 



həmçinin 

səhmdarlara 

dividendlərin ödənilməsində yaranan problemləri aid etmək olar.  

 

Azərbaycanın əsas investor ölkələri 

 

Ölkələr  üzrə  yanaşdıqda  Azərbaycana  ən  çox  investisiya  qoyan 

ölkələr,  ABŞ,  Böyük  Britaniya,Türkiyə  və  əsasən  Qərbi  Avropa 

ölkələridir.  

  

 

Diaqram  6.  Azərbaycana  yönəldilmiş  xarici  investisiyaların 

ölkələr üzrə strukturu. 

 

 

108,3


117,6

40

146,4



160

144


60,8

76,8


147,5

38,5


43,2

30,3


48,2

38,8


17

91,9


188

280,8


0

50

100



150

200


250

300


2008

2009


2010

Sair ölkələr

Almaniya

BƏƏ


Türkiyə

B.Britaniya

ABŞ 



 

Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi, 2011 

 

Diaqramdan  göründüyü  kimi,  investisiyaların  ölkələr  üzrə 

strukturunda  vahid  tendensiya  yoxdur.  Yəni  ötən  ildə  əsas 

investorlardan  biri  olan  ölkənin,  növbəti  ildə  qoyduğu  investisiya 

kəskin  azala  bilir.  Bunun    əsas  səbəblərindən  biri  investisiyaların 

əsasən  neft  sektoru  ilə  bağlı  işlərə  yönəldilməsidir.  Lakin, 

Azərbaycana investisiya yatıran ölkələr arasında bütün illər üzrə öz 

xüsusi çəkiləri ilə fərqlənən ölkələr var ki, bunlar da əsasən ABŞ, 

Böyük Britaniya, Türkiyə, BƏƏ və Niderland Krallığıdır. 

 

Bu 



ölkələrin 

aktiv 


olmasının 

səbəbi 


də 

Azərbaycanın 

karbohidrogen  ehtiyatlarının  əsasən  həmin  ölkələrin  şirkətləri 

tərəfindən hasil edilməsidir.  



 

Diaqram  7.  2008-2010-cu  illərdə  Azərbaycana  qoyulmuş 

investisiyalarda xarici ölkələrin payı. 

 

 

15%


25,00%

16,00%


6,00%

11,00%


5,80%

21%


ABŞ

B.Britaniya

Türkiyə

BƏƏ


Niderland

Almaniya


Sair ölkələr


 

Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi, 2010 

Diaqramdan  göründüyü  kimi,  2008-2010-cu  illər  arasında 

Azərbaycanın  əsas  investorları  Böyük  Britaniya,  Türkiyə, 

Niderland  Krallığı  olmuşdur.  Qeyd  etdiyimiz  kimi,  bunun  səbəbi, 

adı  çəkilən  ölkələrə  məxsus  BP,  BOTAŞ,  Türkiyə  petrolleri  və  s 

kimi  şirkətlərin  Azərbaycannın  neft  sektorundakı  fəaliyyəti  ilə 

bağlıdı.  

 

Yekun 

 

Azərbaycan  iqtisadiyyatına  qoyulan  investisiyaların  həcminin 



ildən-ilə  artmasına  baxmayaraq,  bu  vəsitlərin  iqtisadiyyata  real 

təsirləri hiss olunmur. Bu da vəsaitlərin böyük hissəsini təşkil edən 

daxili  investisiyaların  xərclənməsi  istiqamətində  nəzarətin  zəif 

olması  ilə  bağlıdı.  Bu  vəsaitlərin  böyük  bir  hissəsi  korrupsiyanın 

yeminə  çevrilir.  Həmçinin  investisiyaların  tərkibində  neft 

sektoruna yönəldilən vəsaitlərin də həcmi böyükdü.  

 

Rəsmi  məlumatlara  əsasən,  son  3  ildə  neft  sənayesinə  yönəldilən 



investisiyalar ümumi investisiyaların 48-50%-ni təşkil edib. 

Xarici  investisiyaların  tərkibində  neft  sektoruna  yönəldilən 

investisiyaların  həcminin  qeyri-neft  sektoruna  nisbətən  üstünlük 

təşkil  etməsi,  Azərbaycanın  qeyri-neft  sektorunun  cəlb  edici 

olmamasını  göstərir.  Bu  onu  göstərir  ki,  Azərbaycanda  biznes 

mühitinin 

yaxşılaşdırılması 

istiqamətində 

hələ 

çox 


işlər 

görülməlidi.  Đlk  növbədə,  mülkiyyət  hüquqlarının  toxunulmazlığı, 

müstəqil  məhkəmə  sistemi,  kiçik  və  orta  sahibkarlığın  əlavə 

maliyyə  mənbələrinə  çıxışının  genişləndirilməsi  kimi  sahələrdə 

islahatlar aparılmalıdı. 

 

Đnvestisiyaların  strukturunda  xarici  investisiyaların  həcminin 



artırılması  üçün  vergi  güzəştlərinin  edilməsi  və  azad  ticarət 

zonalarının  yaradılması  da  vacib  amillərdəndi.  Azad  ticarət 

zonalarının  yaradılması  məsələsi  bir  neçə  dəfə  gündəmə  gəlsə  də 

bu  sahədə  konkret  irəliləyiş  yoxdu.  Hətta  2009-cu  ildə  xüsusi 

iqtisadi  zonalar  haqqında  qanunun  qəbul  edilməsinə  baxmayaraq, 

bu günə kimi  belə zonalar yaranmayıb. 




Ölkənin  qeyri-neft  sektoruna  xarici  investisiyaların  intensiv  cəlbi 

üçün  ÜTT-yə  üzvlük  məsələsi  də  öz  həllini  tapmalıdı.  Artıq 

Azərbaycanın  yaxın  qonşuları  sayılan  ölkələrin  demək  olar  ki, 

hamısı  bu  təşkilatın  üzvüdür.  Bu  isə  Azərbaycanın  gələcəkdə  bu 

ölkələrlə  olan  iqtisadi  əlaqələrinə  öz  təsirini  göstərəcək. 

Azərbaycanın  ÜTT-dən  kənarda  qalması  həm  də,  qeyri-neft 

sektoruna  investorların  marağını  azaldır.  Çünki,  ÜTT-yə  üzvlük 

həm  də,  ölkə  iqtisadiyyatının  bir  çox  sahələrində  liberallaşma  və 

islahatlar  deməkdir  ki,  xarici  investorlarda  bu  islahatlardan 

bəhrələnmək istəyirlər.  

 

Bundan  başqa  neft  sektoru  ilə  müqayisədə  qeyri-neft  sektoruna 



investisiya  cəlb  etmək  çox  çətindi.  Çünki,  ilk  növbədə  neft 

şirkətləri  ilə  müqayisədə  digər  sahələrdə  çalışan  investorların  da 

maliyyə  imkanları  məhduddu  və  onlar  da  öz  vəsaitlərini 

maksimum  fayda  əldə  edə  biləcəkləri  və  təhlükəsiz  ölkələrə 

yatırmaqda  maraqlıdırlar.  Bu  baxımdan,  gələcəkdə  ölkəyə 

investisiya  cəlb  etmək  üçün  Azərbaycanın  qarşısında  duran  əsas 



məsələ yalnız islahatlar həyata keçirməkdi. 

 

 

 

 

 

 

 

Yüklə 281,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə