G.Ə. Mustafayeva, D. V. Mustafayev



Yüklə 193,16 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix02.01.2018
ölçüsü193,16 Kb.
#19277
  1   2   3   4   5   6   7


“Alimlərin fermerlərlə əlaqəsinə yardım” ictimai 

birliyi  

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya 

institutu  

 

  

     G.Ə.MUSTAFAYEVA,   D.V. MUSTAFAYEV

 

 

 

 

 

 

 

 

 

BİLDİRÇİN  ƏTİ  VƏ  YUMURTASININ  

 

 

MÜALİCƏVİ  ƏHƏMİYYƏTİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 



 



 

 

 

 

D.V.Mustafayev               Bildirçinçilik  üzrə mütəxəssis  

                                             Bioloq –ekoloq, biznesmen 

 

 

 

 

      

 

 

 

ÖN SÖZ

 

 

“Qurani  Kərimin”  Əl-Bəqərə  surəsinin  57-ci 

ayəsində  yazılmışdır:  “Yadınıza  salın:  səhrada  yaşadığınız 

zaman  üstünüzə  buludla  kölgə  saldıq  və  Ruzi  olaraq 

Redaktor  

Z.M.Məmmədov           



 

 

«Faydalı cücülərin 



introduksiyası və bioloji 

mübarizənin elmi əsasları» 

laboratoriyasının  müdiri, b.e.d.                                                

 

 

 

 



Müəlliflər:

 

 

G.Ə.Mustafayeva



 

 

 

 



 

 

Faydalı cücülərin 



introduksiyası və bioloji 

mübarizənin elmi əsasları»  

laboratoriyasının böyük elmi 

işçisi, b.e.n.                                            

 

 



 



verdiyimiz  hər  şeylərdən  yeyin”  deyərək  “Sizə  qudrət 



halvası  və  bildirçin  göndərdik”.  Ətraf  mühitin  çox 

çirkləndiyi  bir  vaxtda  insanı  təhlükədən  qoruyan  bir 

nemətin - bildirçin əti və yumurtasının qida rasionuna daxil 

olması bəşəriyyətin min bir təhlükədən xilası demək olardı. 

10-12  qramlıq  bildirçin  yumurtalarının  ecazkar  müalicəvi 

təsiri hələ çox qədimlərdən məlumdur. Belə ki Yaponiyada 

bildirçinçiliklə  XI  əsrdən  etibarən  məşğul  olmuşlar. 

Xirosimo və Naqasakiyə atom bombası atılandan sonra isə 

bu sahə Yaponiyada böyük vüsət tapmış və inkişaf etməyə 

başlamışdır.  Hal-hazırda  orada  belə  bir  dövlət  qanunu  da 

mövcuddur;  “Bütün  uşaqlar,  əgər  mümkünsə  həm  də 

böyüklər gündə 2-3 ədəd bildirçin yumurtası içməlidirlər”. 

Bu  təşəbbüs  millətin  sağlamlaşdırılması  proqramının  əsas 

tərkib  hissəsidir.  Rus  alimləri  yaponların  güclü  intellektə 

malik olmasını da bildirçinçilik məhsullarından çox istifadə 

etməklə  əlaqələndirirlər.  Bu  yumurtalar  qiymətli  qida 

mənbəyi  olmaqla  yanaşı  müxtəlif xəstəlikləri  müalicə edən 

çox  kiçik,  amma  böyük  təsirə  malik  təbii  mikroaptekdir. 

Cavanlıq  və  gümrahlıq  eleksiri  (cövhəri)  adlandırılan  bu 

yumurtaları  səhər  tezdən  (2-3  ədəd)  ilıq  su  ilə  qarışdırıb 

içmək insanı bütün gün ərzində çox gümrah edir. 

Müasir dövrdə ətraf mühitin çirklənməsi nəticəsində 

ekologiyanın  zərərli  təsirlərini  aradan  qaldıra  bilən    bu 

“qızıl quşların” - bildirçinlərin verdiyi “qızıl yumurtalara” 

böyük  ehtiyac  vardır.  Əgər  özümüzü  və  yaxınlarımızı 

sağlam  və  gümrah  görmək  istəyiriksə  gəlin  hamılıqla  bu 

“qızıl”  quşları  sevək  və  onların  məhsullarından  daha  çox 

istifadə edək. 

Bu  kitabça  bildirçin  məhsullarının  müalicəvi  təsirə 

malik olması ilə maraqlanan bütün bildirçin sevərlər üçün 

nəzərdə tutulmuşdur. 

 

                         Bildirçinçiliyin  inkişafı 


 



 



Bildirçin  toyuqkimilərin  ən  balaca  növlərindən 

biridir.  Bildirdinçinçiliklə  Yaponiyada  çox  uzaq  keçmişdə, 

XI  əsrdən  etibarən  məşğul  olmuşlar.  Xirosimo  və 

Naqasakiyə  atom  bombası  atilandan  sonra  bildirçinçilik 

Yaponiyada böyük vüsətlə inkişaf etməyə başlamışdır.  

1964-cü  ildən  başlayaraq  təzə  və  perspektiv 

təsərrüfat  sahəsi  kimi  bildirçinçilik  Rusiyada  da  inkişaf 

etdirilir. Azərbaycanda isə bu sahə yalnız son illərdə inkişaf 

etməyə başlamışdır . 

Əksər tədqiqatçılar belə hesab edirlər ki, bildirçinlər 

ilk dəfə XI əsrdə Yaponiyada əhliləşdirilmişlər. Əslində isə 

yaponlar  bildirçinləri  uzun  müddət  dekorativ  quş  kimi 

çoxaltmışlar,    XX  əsrin  əvvəllərindən  etibarən  bildirçinlər 

ət və yumurta istehsalı üçün istifadə olunmağa başlamışdır. 

Bildirçinlər Yaponiyadan dünyanın hər yerinə aparılmış və 

çoxaldılmışdır.  1945-ci  ildə  Xirosimo  və  Naqasakiyə  atom 

bombası  atılandan  sonra  bu  sahə  Yaponiyada  olduqca 

böyük 

vüsət 

almışdır. 

Hal-hazırda 

bildirçinçilik 

Yaponiyada  çox  güclü  inkişaf  etmişdir.  Radiaktiv 

şüalanmış  insanların  müalicəsində  bildirçin  yumurtası 

əvəzolunmazdır. 

Yaponiyada 

1945-ci 

ildən 

sonra 

bildirçinçiliyin  böyük  vüsətlə  inkişafı  da  məhz  bununla 

bağlıdır.  .    Hal-hazırda  bildirçinçilik  Yaponiyada 

toyuqçuluqdan sonra II böyük sənaye sahəsidir. 

Bu 

quşları 

ABŞ-da, 

Fransada, 

İtaliyada, 

Almaniyada,  Polşada,  Macarıstanda,  Çexoslavakiyada 

geniş  surətdə  istehsal  edirlər.  Bildirçin  məhsulları  nəinki 

tibbdə  ,kulinariyada,  eləcə  də  kosmetika  sənayesində  – 

kremlər,  şampunlar  və  digər  məhsullar  istehsalında  geniş 

istifadə olunurlar. 

         Bildirçin  yumurtası  çox  qiymətli,  hətta  müalicəvi 

əhəmiyyətə  malik  olan  qida  maddəsidir,    onun  tərkibində 

çoxlu  miqdarda  vitaminlər  və  mikroelementlər  vardır, 


Yüklə 193,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə