Ge ologiya uot 55(479. 24)



Yüklə 106,3 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü106,3 Kb.
#26757


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4                                  Təbiət elmləri seriyası                                    2014 

 

 

 

 

GE

OLOGİYA 

 

UOT 55(479.24) 

 

BÖYÜK QAFQAZIN AZƏRBAYCAN HİSSƏSİNİN  

GEOLOJİ İNKİŞAF TARİXİ VƏ  

ÇÖKÜNTÜLƏRİN ÇÖKMƏ REJİMİ VƏ ŞƏRAİTİ 

 

Ə.M.QURBANOV*, E.F.QƏMBƏROVA, R.R.NƏZƏROVA, 

H.M.HÜSEYNOV*, Ş.R.BALAMMƏDOV*, M.F.QURBANOV** 

Bakı Dövlət Universiteti*, Neftqazelmitədqiqatlayihə** 

rovshanhm@mail.ru 

 

M

əqalədə  strukturların,  fasiya  və  qalınlıqların  dəyişməsi,  çöküntütoplanma  şəraiti, 

paleotektonik rejim, 

ərazinin geoloji inkişaf tarixinin xüsusiyyətlərinə əsasən Böyük Qafqazın 

Az

ərbaycan hissəsinin geoloji inkişaf tarixi, çöküntülərin çökmə rejimi və şəraiti öyrənilmişdir. 

T

ədqiqat sahəsinin geoloji quruluşunda toar-aalendən dördüncü dövrə qədər intervalda 

çöküntütoplanma rejimi v

ə  şəraiti  analiz  edilmiş  və  hər  geoloji  dövrün  geoloji  inkişaf  tarixi 

öyr

ənilmişdir. 

 

Açar sözl



ər: Böyük Qafqaz, Azərbaycan, geologiya, inkişaf tarixi, çöküntü, çökmə rejimi  

 

Böyük Qafqazın Azərbaycan hissəsində  çöküntülərin çökmə rejimi və 



şəraiti,  geoloji  inkişaf  tarixinin  öyrənilməsi, bu sahənin tektonik  inkişafını 

aydınlaşdırmağa  imkan  verir.  Bu  məsələlərlə  V.V.Belousov, M.R.Mirçink, 

V.Y.Xain, Ə.Ə.Əlizadə, Ə.Ş.Şixəlibəyli, M.M.Zeynalov, B.M.İsayev, Ə.Məm-

m

ədov, Ə.M.Qurbanov və s. məşğul olmuşlar. 



T

ədqiqat sahəsinin  geoloji  quruluşunda  toar-aalendən dördüncü dövrə 

q

ədər  yaşlı  çöküntü  kompleksi  iştirak  edir.  V.Y.Xainə  görə  (7) erkən paleo-



zoyda bütün Qafqaz 

ərazisini  əhatə  edən  geniş  geosinklinal  zonası  əhatə  et-

mişdir  və  gec paleozoyda və  həmçinin  triasda  paleozoy  geosinklinalı  inkişaf 

ed

ərək alb əsrində genişlənmiş və dərinləşmişdir (4). 



Toar-aalen 

əsrlərində  tədqiqat sahəsində  ayrı-ayrı  dərin çökmə  höv-

z

ələri  əmələ  gəlmiş  və  bu hövzələrdə  əsasən gilli çöküntülər və  qumdaşları 



çökdürülmüşdür. Aalen əsrinin əvvəlində Böyük Qafqaz miogeosinklinalı alp 

m

ərhələsində sürətlə inkişaf etməyə başlamışdır. Erkən aalenin sonunda çökmə 



rejimind

ə  dəyişiklik  baş  verir  və  gillər üstünlük təşkil  edir.  Eyni  zamanda, 

 

82 



Axva

y aşırımı və  Maza kəndi (şimal yamacı) sahəsində Baş Qafqaz dərinlik 

qırılması boyu əsasi tərkibli maqma aalenin gilli siderit lay dəstəsini kəsir. 

Gec aalenin başlanğıcında dəniz dibinin diferensasiyası azalır,  gillərin 

çökdürülm

əsi çoxalır, əsrin axırında bu proses aktivləşir və gillər qumdaşları 

il

ə  əvəz olunur, Böyük Qafqaz meqantiklinoriumunun mərkəzi hissəsi qalx-



mağa başlayır. Aalen əsrinin əvvəlində çöküntü çökdürülən hövzələr dərinləşir 

v

ə əsrin axırında tədricən dayazlaşmağa başlayır (8). 



Aalen  m

ərtəbəsi çöküntülərinin  qalınlığı  Balakən rayonunda 2000 m, 

c

ənub-şərq istiqamətində 1500 m, Samur hövzəsində qalınlıq minimumdur ki, 



bu da aalen 

əsrində bu zonada daxili geoantiklinalların varlığını göstərir. Aalen 

m

ərtəbəsini təşkil  edən çöküntülər  ayrı-ayrı  qumdaşı,  qumdaşılı-gilli təbə-



q

ələrin, qumdaşı linzaları, konqlomerat və dəmirli konqlomeratlardan ibarətdir 

ki,  bu  da  daxili  yuyulma  zonalarının  varlığını  göstərir.  Yuxarı  Filfili  kəndi 

ətrafında ilk dəfə Ə.Ş.Şixəlibəyli və bizim geoloji planalma (xəritəalma) işləri 

zamanı epaleozoy yaşlı mikalı şistlər tapılmışdır (3, 8). 

Ə.Ş.Şixəlibəyliyə görə (8), aalen yarımformasiyasının yaranmasında şi-

malda  Şamur  çayı  hövzəsində  və  cənubda Kür çökəkliyində  yerləşən quru 

sah


ələrindən gətirilən terrigen çöküntülər əsas rol oynamışdır. 

Aalen 


əsrindən bayos əsrinə  keçid  Qafqaz  geoantiklinalından  şimalda 

bir-birind

ən fərqlənən Tfan və Vənam struktur-formasiya zonalarının ayrılması 

il

ə xarakterizə edilir. Yəni bir keçid dövründə Balakən-Vəndam və Tfan pillə-



l

əri ayrılır. Bunlardan birincisi sərbəst şəklində inkişaf edir, ikincisi isə öz inki-

şafını gələcək Mərkəz qalxımı zolağından şimalda və cənubda körfəzlərin dibi-

nin diferensiasiyasının yeni tendensiya fonunda davam edir və bu sahədə dəniz 

körf

əzlərinin dayazlaşması baş verir. Bu pillələr fasiyaların ayrılmasında baş-



lıca rol oynayan Zəngi dərinlik qırılması ilə bir-birindən ayrılır (şəkil 1). 

 

Şək. 2. Orta yura epoxasının litofasiya və qalınlıqlar xəritəsi 

Fasiyalar: 1-gilli-

şistli; 2-gilli-şistli—qumlu-alevritli; 3-gilli-şistli; 4-andezit-porfiritli; 5-struk-

tur-

fasial  zonaların  sərhədləri; 6-litofasial  yarımzonaların  sərhədləri; 7-izoqalınlıq  xətləri; 8-



Yer s

əthində açılmış orta yura törəmələri; 9-terrigen materialın gətirilmə istiqaməti. 

 

83 



Tfan struktur-formasiya 

zonasında  bayos  çöküntüləri  əsasən  Xınalıq-

Xuray v

ə  Rüstəmbaz-İlisu  sinklinoriumlarında  geniş  yayılmış  və  alevroqum-



daşlı materiallardan ibarətdir. Qumdaşları çəp laylı, üzərində dalğavari izlərin 

varlığı,  qara  gilli  şist  çaqıl  birləşmələri,  qumdaşı  linzaları,  konqlomerat  və 

brekçiya laylarından təşkil olunmuşdur.  

Yuxarıda göstərilən xüsusiyyətlər Mərkəzi qalxımın intensiv qalxması 

v

ə  yuyulması  nəticəsində  bayos mərtəbəsində  qalın  qumdaşları  təbəqəsi top-



lanmışdır.  Bayos  çöküntülərinin faiz nisbətinin analizi göstərir ki, bu çö-

küntül


ərin tərkibində qumdaşları qərbdən şərqə doğru çoxluq təşkil edir. Bun-

lar onunla izah edilir ki, bayos 

əsrinin əvvəlində tədqiqat sahəsində eninə tek-

tonik strukturla inkişaf edir və Sarıbaş qalxımı, Daşağıl çökəyi, Qəbələ qalxımı 

v

ə  Şərqi Salavat çökəyi eninə  tektonik  strukturları  formalaşır.  Bunlar,  eninə 



d

ərinlik tektonik qırılmaları ilə bir-birindən ayrılır.  

Böyük Qafqazın Azərbaycan hissəsində bat mərtəbəsi çöküntüləri Tfan 

struktur-

formasiya  zonasında  yayılmışdır.  Balakən-Vəndam  qırışıqlıq  zonası-

nın  kəsilişində  bayos  əsrindən gec titon əsrinə  qədər fasilənin  olması  nəticə-

sind

ə bat çöküntüləri iştirak etmir. 



Bayos m

ərtəbəsi çöküntülərindən fərqli olaraq, bat çöküntülərinin tərki-

bind

ə  qumdaşlarının  qalınlığı  birdən-birə  azalır  və  mineraloji tərkibi dəyişir. 



Bu çöküntül

ərdə qumdaşı və şistlərin az qalınlıqla tez-tez növbələşməsinə görə 

bunlar lentvari-

şistli  lay  dəstəsi  adlandırılmışdır  (Ə.Ş.Şıxəlibəyli, 1956). Bat 

çöküntül

ərinin ümumi qalınlığı 120-500 m arasında dəyişir. 

Orta v

ə gec yura epoxalarının keçid sərhədində Böyük Qafqazda geo-



tektonik rejimin d

əyişməsi ilə əlaqədar olaraq, orta yuranın terrigen çöküntüləri 

karbonatlı mergellərlə əvəz olunur. Bu epoxada yeni qalxım və çökəklər əmələ 

g

əlir ki, bunlardan birincilər daxili yuyulma sahələri kimi fəaliyyət göstərir 



(şəkil 2).

 

 



Şək. 2. Gec yura epoxasının litofasiya və qalınlıqlar xəritəsi 

Fasiyalar: 1-

karbonatlı; 2-gilli-karbonatlı-qumlu; 3-gilli-karbonatlı-alevritli; 4-litofasial yarım-

zonaların sərhədləri; 5-struktur-fasial zonaların sərhədləri; 6-izoqalınlıq xətləri; 7-Yer səthində 

açılmış üstyura törəmələri; 8-quru; 9-terrigen materialın gətirilmə istiqaməti. 

 

84 




T

ədqiqat sahəsində  oksford-kellovey çöküntülərinin  az  yayılması  gec 

yuranın əvvəlində Mərkəzi və Vəndam qalxımlarının inkişafı güclənir və nəti-

c

ədə quru sahələr daha da böyüyür. Bu səbəbdən də oksford-kellovey çökün-



tül

əri  ayrı-ayrı  lokal  çökəklərdə  rast gəlinir.  Böyük  Qafqazın  şərq hissəsinin 

sonrakı inkişaf dövründə bu çöküntülər intensiv yuyulmaya məruz qalır. 

Qeyd etm


ək lazımdır ki, gec yuranın əvvəlində diferensial tektonik hərə-

k

ətlərin güclənməsi Baş Qafqaz, Meçex və Zəngi dərinlik qırılmalarının oyan-



ması ilə bağlıdır.  

Kimeric 


əsrinin  əvvəlində  Böyük Qafqazda paleotektonik rejimin 

sakitl


əşməsi  baş  verir. Bu əsrdə  çöküntü toplanma sahəsi kimeric dənizinin 

transqressiyası nəticəsində genişlənir. 

Kimeric m

ərtəbəsi çöküntüləri Rüstəmbaz-İlisu və Zaqatala-Qovdağ sin-

klino

riumunda toplanmış və terrigen və karbonatlı süxurların növbələşməsin-



d

ən ibarətdir. Eninə qalxımlarda qumdaşları çoxluq, eninə çökəklərdə isə azlıq 

t

əşkil etmişdir. 



Qeyd etm

ək  lazımdır  ki,  batın  axırı  və  kimericin  əvvəlində  Zaqatala-

Qovdağ sinkilinoriumunun cənub sərhədində Duruca, şimal sərhədində isə Me-

çexçadaur  qalxımları  ayrılmışdır.  Daşağıl,  Bədəldərə, Küngüt və  Çıxoturmaz 

çayları vadilərində Duruca qalxımının şimal qanadında 180-300 m qalınlığında 

kimeric şöküntüləri aalen çöküntülərini transqressiv olaraq örtür. V.B.Ağayev 

(2) Duruca qalxımının cənub sərhədində kimeric yaşlı iri dənəli karbonatlı və 

terrigen çöküntül

ərdən ibarət  ensiz  zolaq  şəklində  izləndiyini və  bu çökün-

tül


ərin titonda və tabaşirin başlanğıcında yuyulduğunu qeyd edir.  

Titon 


əsrində Tfan struktur-formasiya zonasında çöküntü toplanma höv-

z

ələri daralmış və Tfan mərkəzi qalxımından cənuba keçmiş və burada əsasən 



qırmızı,  yaşıl  və  yaşımtıl-boz zəif silisli pelitomorf əhəngdaşları,  karbonatlı 

qum


daşları və gillər toplanmışdır. Qumdaşları şimala doğru tədricən artır. Bu 

artım, eləcə də eninə qalxımlarda da nəzərə çarpır.  

Titon çöküntül

əri litoloji tərkibcə  İlisu  (200  m-ə  qədər) və  Qızılqazma 

(80-150 m-

ə qədər) lay dəstələrinə bölünür.  

Titon-valanjin m

ərtəbələri çöküntüləri litoloji tərkibinə görə Böyük Qaf-

qazın  cənub  yamacında  yayılan  eyni  yaşlı  çöküntülərdən tamam fərqlənən 

t

ərkibdə Şahdağ sinklinoriumunda geniş yer tutur. Bu sinklinal sahəsi zonası-



nın əmələ gəlmə mexanizmi və bunu təşkil edən çöküntülərin tərkibi haqqında 

“Az


ərbaycanda geofizika yenilikləri” jurnalının 1-2 saylı 2009-cu il nömrəsin-

d

ə (səh.33) məqaləmiz dərc olunmuşdur.  



Gec yuradan erk

ən tabaşirə keçid mərhələsində  şaquli hərəkətlərin güc-

l

ənməsi ilə  ayrı-ayrı  strukturları  bir-birindən  ayıran  Meçexçadaur,  Qaynar  və 



Z

əngi dərinlik qırılmaları maksimal inkişaf səviyyəsinə çatır.  

 Valanjin 

əsrinin əvvəlində Tfan struktur-formasiya zonasında dəniz höv-

z

əsi cənuba, müasir Zaqatala-Qovdağ sinklinoriumu ərazisinə keçir və burada 



titon v

ə valanjin çöküntüləri arasında keçid tədricən baş verir (3). 

Böyük  Qafqazın  qərbində  Düzsırt  sinklinoriumunda,  Tfan struktur-forma-

 

85 




siya  zonasında  eyni  tərkibli  karbonatlı  çöküntülər  çökdürülmüş,  bəzən gil və 

qumdaşı laycıqları da iştirak edir.  Bu  çöküntülərin maksimal qalınlığı Şərqi Sa-

lavat v

ə Daşağıl eninə çökəklərində (700-1300 m), minimal qalınlıqları isə Qəbələ 



enin

ə  qalxımında  (400  m-ə  qədər) təşkil  edir.  Bu  zonada  valanjin  hövzəsinə 

g

ətirilən çöküntülər Tfan antiklinoriumu sahəsindəki qurudan gətirilmişdir. 



V

əndam struktur-formasiya  zonasında  əvvəlki zonaya nisbətən terrigen 

materialların toplanması müəyyən qədər artır. Eyni zamanda, belə artım şərq-

d

ən qərbə doğru da baş verir. 



Duruca  qalxımının  cənubunda  ayrı-ayrı  sahələrdə  (Dəmiraparan, Bum-

V

əndam, Tikanlı və Şin çayları hövzələrində) valanjin mərtəbəsinin çöküntü-



l

əri qeyri-uyğun  olaraq  aalen  mərtəbəsi çöküntüləri üzərində  yatır.  Burada 

valanjin m

ərtəbəsinin kəsilişində gilli şistlər və qumdaşlarının iştirakı Duruca 

qalxımının  cənub  qanadının  yuyulması  nəticəsində  baş  verir.  Şəki-Qax ma-

gistralında Kişçayın sağ sahilində valanjin yaşlı çöküntülərin  dabanında 5 m-

lik bazalt konqlomeratları yatır. Valanjin çöküntülərinin fasial və qalınlıq ana-

lizi göst

ərir ki, bu çöküntülərin  maksimal  qalınlığı  Qax  sinklinoriumu  zola-

ğında  yerləşir  (700-800 m). Terrigen materiallar cənubdan Kür intrageoan-

tiklinalından və şimaldan Duruca və digər daxili qalxımlarından, Tfan zonası 

çökm


ə zonasına isə şimal quru sahəsindən gətirilmişdir. 

Şimalda Tfan qalxımı və Vəndamçay-Göyçay arası quru sahələrin geniş-

l

ənməsi nəticəsində hoteriv yaşlı çöküntülər Tfan struktur-fasial zonasının şərq 



hiss

əsi  –  Dibrar  fasial  zonasında  650-700  m  qalınlığında  çökdürülmüş  və  bu 

qalınlıq  Girdiman-Dəmiraparançay  çayları  arası  sahədə  350-400 m-ə  qədər 

azal


mışdır.  Bu,  onunla  izah  edilir  ki,  çöküntü  toplanma  hövzəsinin dərinlik  

amplitudu D

əmiraparançay və  Göyçay  çayları  arası  sahədən qərbə  və  şərqə 

t

ədricən artmışdır. 



V

əndam struktur-fasial zonasında hoteriv əsrində əsasən əhngdaşı, qum-

daşı,  mergel  və  gillərin ritmik növbələşməsindən ibarət  fliş  toplanmışdır.  Bu 

zonaya terrigen materiallar Kür v

ə Gəndob quru sahəsindən gətirilmişdir. 

Barrem 


əsrində Böyük Qafqazın Azərbaycan hissəsində çöküntütoplanma 

rejimi v


ə şəraiti dəyişmir, Tfan struktur-formasiya zonasında (Zaqatala-Qovdağ 

sinklinoriumunda) 

əsasən  əhəngdaşı,  qumdaşı,  bəzən  gil  laycıqları  toplanmış 

v

ə qalınlığı 430-500 m təşkil etmişdir. Vəndam qırışıqlıq zonasında bu çökün-



tül

ər 325-350 m qalınlığındadır. Hər iki struktur-fasial zonada bu çöküntülərin 

maksimal qalınlığı onların şərq hissəsində qeyd olunur. 

Qeyd etm


ək lazımdır ki, barrem əsrində Duruca qalxımı bəzi sahələrdə su 

s

əthinə çıxır və Zaqatala-Qovdağ və Vəndam zonalarına gətirilən terrigen ma-



terialların  yuyulma  mənbəyinə  çevrilir. Zaqatala-Qovdağ  zonasına  gətirilən 

terri


gen  materialın  əsas mənbəyi  Tfan  qalxımı,  Vəndam  zonasında  isə  Kür 

a

ntiklinoriumu olmuşdur. 



Apt 

əsrində çöküntülərin çökmə şəraiti və rejimi nəzərəçarpacaq dərəcədə 

d

əyişmişdir. 



Şahdağ  zonasında  apt  çöküntüləri  iştirak  etmir,  onların  sonrakı  əsrlərdə 

 

86 




yuyulma izl

əri rast gəlinmir (5).  

Zaqatala-

Qovdağ zonasında bu çöküntülər Xalxalçay-Küngütçay çayları ara-

sı sahədə ensiz sinklinalların tağında qalmışdır. Burada bu çöküntülər boz, tünd-

boz  gilli  şistlərdən, alevrolitlərdən, nazik qumlu əhəngdaşı  və  əhəngdaşı  laycıq-

larından ibarət olub, 100 m qalınlıqla bqrrem çöküntülərini uyğun olaraq örtür. 

V

əndam struktur-formasiya zonasında apt çöküntüləri, ancaq Oğuz anti-



kli

noriumunun şimal qanadında əhəngdaşı və qumdaşları ilə növbələşən gillər-

d

ən ibarət tərkibdə rast gəlinir. Bunların maksimal qalınlığı Daşağılçay-Şinçay 



arasında  (300-350  m),  şərqdə  Göyçay-Axoxçay  arasında  120-180 m-ə  qədər 

azalır. Əsas terrigen materialların gətirilmə mənbəyi Vəndam zonası üçün cə-

nubda Kür geoantiklinoriumu olmuşdur. Duruca qalxımından yaxın məsafələrə 

terrigen materiallar g

ətirilmişdir. 

Erk


ən alb  əsrində  apt  əsrində  qeyd edilən çökmə  tempi və  rejimi Tfan 

zonasında  dəyişməmiş  qalmışdır.  Gec  albda  Tfan  zonasına  qırıntılı  terrigen 

materialların gətirilməsi artır və burada alb və senoman əsrlərində qumdaşı və 

gill


ərin növbələşməsindən ibarət  fliş  yaranır.  Onların  maksimal  toplanması 

400-


450 m qalınlığında Şərqi Salavat eninə çökəkliyində baş vermişdir. Buraya 

terrigen materiallar 

əsasən şimaldan, eyni zamanda cənubdan da gətirilmişdir 

(6). C


ənub quru sahələr müasir Duruca qalxımının (qərbdə) və Lahıc sinklino-

riumunun yerind

ə  yerləşmişdir.  Duruca  quru  sahəsi alb-senoman  əsrlərində 

V

əndam  zonasından  Tfan  zonasına  tufogen  materialların  daxil  olmasına  ma-



neçilik tör

ədən arakəsmə yaratmışdır.  

V

əndam zonasında gec albda vulkanik fəaliyyət başlayır və senoman əsrinin 



sonuna q

ədər davam edir. Gec albda əsasən tufogen qumdaşları, qillər, qumdaşları 

v

ə mergellər, senoman əsrində isə tufokonqlomerat, tuflu brekçiya və porfiritlər 



çökdürülmüşdür.  Vəndam  zonasının  tufogen  süxurlarının  tərkibinin dəyişməsi 

h

əm də sahələr üzrə də baş vermişdir. Bu çöküntülər iki zolaqda: şimalda Zəngi 



d

ərinlik qırılması boyu  (Daşağıl sinklinoriumunda) və  Lahıc çökəkliyinin cənub 

qanadında və cənubda – Qax sinklinoriumunun mərkəzində və Gəndob qalxımının 

c

ənub qanadında. Şimal zolaqda bu çöküntülər vulkanogen-çökmə təbəqəsi, tuflu 



qumdaşı, tuf, tuffit və mergellərdən və bəzən əhəngdaşı laycıqlarından ibarətdir və 

sonuncular şərqdə porfirit laycıqları ilə əvəz olunur. 

C

ənub  zolağının  şərq hissəsində  Ağsuçay  vadisində  Çağan  kəndi mate-



rialında senoman çöküntüləri xırda və orta dənəli tuflu qumdaşlarından ibarət 

olub, q


ərbdə  Girdiman-Axox  çayları  arası  sahədə  komud dənəli tuflu qum-

daşları, tufokonqlomerat, tuflu brekçiya və porfiritlərlə əvəz olunur. Bu, onunla 

izah olunur ki, vulkanizmin 

əsas  ocağı  Girdiman-Axox  çayları  arası  sahədə 

yerl

əşmişdir. Bu dövrdə terrigen materiallar cənubdan gətirilmişdir. Bu əsrdə 



G

əndob və  Şəki sahələrinin  genişlənməsinə  baxmayaraq, Vəndam  zonasında 

çöküntül

ərin tərkibinə təsir göstərməmişdir.   

 Andezit t

ərkibli lava örtüyü qərbdə Daşağılçay və Küngütçayın kəsilişin-

d

ə, şərqdə isə Girdimançay və Talıştançayın kəsilişində qeyd olunur. Bu sahə-



l

ərdən şərqə və qərbə doğru lava örtükləri itir.  

 

87 



R.N.Abdullayev

ə (1) görə eksploziya əmsalı bu sahələrdə 85% təşkil edir. 

Alt senoman çöküntül

ərinin  maksimal  qalınlığı  tədqiqat sahəsinin  şərq 

hiss

əsində 400-450 m təşkil edir. 



Gec tabaşir epoxasının başlanğıcından Tfan struktur-formasiya zonasında 

d

ənizin reqressiyası nəzərəçarpacaq dərəcədə artır və bunun nəticəsində Böyük 



Qafqaz meqantiklinoriumu sür

ətlə qalxır. 

 Turon-konyak 

əsrlərində çöküntülərin Tfan struktur-formasiya zonasının 

şərqində  -  Dibrar hissəsində  Tfan quru sahəsi ilə  Zəngi  tikiş  zolağı  arasında 

ensiz zolaqda toplanmışdır. Burada pelitomorf əhəngdaşı, qumdaşı, mergel və 

gill

ərin növbələşməsindən ibarət fliş çökdürülmüşdür. 



V

əndam struktur-formasiya  zonasında  turon-konyak  əsrlərində  narıncı 

qırmızı və qırmışı rəngli karbonatlı, silisli, bəzən tufogen mənşəli çöküntülər 

çökdürülmüşdür. Süxurların rəngi və tərkibi senoman yaşlı tufogen süxurların 

yuyulması ilə əlaqədar olmuşdur. Maksimal çöküntü toplanması Şərqi Salavat 

(200 m) v

ə  Daşağıl  (160-180 m) çökəklərində  baş  vermişdir.  Çöküntülərin 

g

ətirildiyi sahələri Kür, Şəki, Duruca quru sahələri və daxili sualtı qalxmalar 



olmuşdur.  

Tfan struktur-

formasiya  zonasında  santon  mərtəbəsi çöküntüləri, ancaq 

onun  şərqində  100-120  m  qalınlığında  çökdürülmüşdür  ki,  bunlar  da  sahənin 

yuyulması  ilə  nəticələnən tektonik hərəkətlərin aktivləşməsi ilə  xarakterizə 

edilir. Bu s

əbəbdən, turon-konyak  intervalının  karbonatlı  çöküntüləri santon 

yaşlı terrigen süxurlarla əvəz olunur. 

V

əndam struktur-formasiya zonasında da santon əsrində analoji çöküntü 



toplanma  şəraiti  olmuşdur.  Dibrar  zonasına  nisbətən burada dəniz dibinin 

d

ərinləşməsi  yavaş  baş  verdiyi  üçün  çöküntülərin  qalınlığının  azalması  və 



karbonatlı süxurların rolunun artmasına səbəb olmuşdur. 

Böyük Qafqaz meqantiklinoriumunun Dibrar hiss

əsinin dərinləşməsi 

davam edir v

ə 300 m-ə çatır. Burada əsasən gillərin, bəzən əhəngdaşları, arabir 

is

ə qumdaşlarından ibarət terrigen-gilli fasiya toplanır. 



Santon 

əsrinin axırında və kampanın əvvəlində Duruca qalxımı tamamilə 

Tfan zonası ilə birləşərək birgə quru sahə əmələ gətirir.  

 V

əndam  qırışıqlıq  zonasında  kampan  əsrinin  əvvəlində  Şəki  qalxımı 



G

əndob  qalxımı  ilə  ümumqafqaz istiqamətində  ensiz hövzə  ilə  Tfan quru 

sah

əsindən ayrılır.  



Maastrixt 

əsrində Böyük Qafqaz meqantiklinoriumunun ümumi qalxması 

v

ə dənizin reqressiyası davam edir və Həmzəli çayından qərbə - Şəki-Gəndob 



v

ə Tfan quru sahəsinin yaranmasına səbəb olur. 

Gec kampan-maastrixt 

əsrlərində  eyni  şəraitli  çöküntü  toplanması  və 

paleotektonik rejim Tfan struktur-

formasiya  zonasının  Dibrar  hissəsində  eyni 

tipli çöküntül

ər çökdürülmüşdür. Bu çöküntülər tərkibcə gillər, karbonatlı qum-

daşları və qumlu əhəngdaşlarından ibarətdir. Gillər üstünlük təşkil edir. 

Bu zonada, danimarka 

əsrində  çöküntütoplanma rejimi və  şəraiti cüzi 

f

ərqlənir. Bu əsrdə karbonatlı qumdaşları, qumlu əhəngdaşları və bəzən gillərin 



 

88 



toplanması Tfan zonasının yaxın hissəsinin yuyulması ilə əlaqədardır.  

V

əndam qırışıqlıq zonasında kampan-danimarka çöküntütoplanma şəraiti 



v

ə rejimi dəyişməmiş, terrigen materiallar cənubdan və yaxın quru sahələrdən 

g

ətirilmişdir. Maastrixt-danimarka çöküntülərinin litoloji tərkibi və qalınlığının 



analizi göst

ərir ki, Girdiman  çayından  qərbdə,  Şəki-Gəndob və  Tfan quru 

zonaları birləşərək vahid quru sahəsini təşkil etmişlər.  

Qeyd etm


ək lazımdır ki, Zəngi tikiş zonası boyu Girdiman-Oğuz çayları 

arası sahədə maykop (oliqosen-alt miosen) əsrində tabaşir çöküntüləri üzərində 

qeyri-

uyğun yatan çöküntülər toplanmışdır.  



Maykop d

ənizi, bu sahəyə Zəngi tikiş zonası boyu Lahıc tərəfdən daxil 

olmuşdur.  

Maykop layd

əstəsi  çöküntülərinin qərbdə  iştirak  etməməsi  Xalxalçayı 

boyu enin

ə qalxımın varlığı ilə əlaqədardır.  

Oliqosen-erk

ən miosendə  Dəvəçi,  Sudur  və  Vəndam  zonalarında  alt 

molass formasiyası əmələ gəlmişdir.  

Alazan-

Əyriçay depressiyası və Qusar maili düzənliyində əsasən çaqıllar 



toplanmışdır  ki,  bu  da  Böyük  Qafqaz  dağlıq  ərazisinin aktiv qalxmasını  və 

yuyulmasını göstərir.  

Yuxarıda qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, erkən alp əsrin-

d

ə paleozoy geosinklinalı dərinləşmiş və genişlənmiş, bu zaman Böyük Qafqaz 



miogeosinklinalı aktiv inkişaf etmiş və müasir Vəndam zonasında Zaqafqaziya 

g

eosinklinalı  boyu  parçalanmış  baykal  bünövrəsi üzərində  Böyük Qafqaz 



evgeosinklinalının əsası qoyulmuldur.  

Erk


ən aalendə  Böyük  Qafqazın  bütün  ərazisində  dəniz dibinin aktiv 

d

ərinləşməsi baş verir və burada əsasən gilli çöküntülər toplanır. Erkən aalenin 



sonunda tektonik h

ərəkətlər aktivləşir və Baş Qafqaz dərinlik qırılmasının ay-

rılması  sürətlənir. Gec aalenin əvvəlində  dəniz dibinin dərinləşməsi  dayanır, 

sonunda is

ə Böyük Qafqazın mərkəzi hissəsi tədricən qalxmağa, eninə tektonik 

bloklar t

ədricən inkişaf etməyə başlayır. 

Bayos 


əsrində Tfan və Vəndam struktur-formasiya zonaları əmələ gəlir. 

Bat 


əsrində geosinklinalın inkişafı başa çatır və aalen-bat intervalında qumdaşı-

şistli formasiyası əmələ gəlir.  

Gec geosinklinal m

ərhələsində  Böyük  Qafqazın  geotektonik rejimi 

d

əyişir və yeni qalxma və çökəklər əmələ gəlir. Mərkəzi və Vəndam qalxım-



larının qalxması güclənir.  

Gec  yura  epoxasının  sonunda  Meçexçadaur  və  Duruca  qalxımları  ara-

sında Zaqatala-Qovdağ sinklinoriumu əmələ gəlir. 

Tabaşir  dövrünün  əvvəlində  şaquli hərəkətlər güclənir və  nəticədə  bir-

birind

ən tektonik qırılmalarla ayrılan yeni qalxım və çökəklər əmələ gəlir.  



Barrem 

əsrində  Tfan qurusu sürətlə  cənub, cənub-şərqə  və  Zaqatala-

Qovdağ sinklinoriumunun şimal qanadı ilə birgə quru sahə əmələ gətirir. Əsrin 

sonunda Şahdağ zonası Sarıbaş və Qəbələ eninə tektonik blokları eninə tekto-

nik qırılmaların sürətlə oyanması nəticəsində intensiv qalxmağa başlayırlar (3). 

 

89 




 

Şək. 3. Erkən tabaşir epoxasının litofasiya və qalınlıqlar xəritəsi 

Fasiyalar: 1-

əhəngdaşlı  gilli; 2-əhəngdaşlı-gilli-qumlu; 3-əhəngdaşlı-gilli-alevritli; 4-litofasial 

yarımzonaların  sərhədləri; 5-struktur-fasial  zonaların  sərhədləri; 6-izoqalınlıq  xətləri; 7-Yer 

s

əthində açılmış alt tabaşir törəmələri; 8-quru; 9-terrigen materialın gətirilmə istiqaməti. 



 

Erk


ən albın sonunda  gec geosinklinal struktur mərtəbələrinin ayrılması 

prosesi başa çatır. 

Gec alb 

əsrində Böyük Qafqazda geotektonik rejim dəyişir və Vəndam 

qalxımının şimal qanadında qədim qırılmalar oyanır və yeniləri yaranır, seno-

man 


əsrinin sonuna qədər davam edən vulkanik fəaliyyət başlayır. 

Gec  tabaşir  epoxasının  əvvəlində  Böyük  Qafqazın  ümumi  enməsi 

fonunda reqressiya baş verir. Bu zaman, Duruca qalxımının inkişafı güclənir və 

d

əniz səviyyəsindən yuxarı qalxaraq Tfan quru sahəsi ilə birləşir (şəkil 3).  



Geosinklinalların  fəaliyyəti  eosenin  sonunda  başa  çatır  və  tədqiqat 

sah


əsində vulkanogen-çökmə və fliş formasiyası çöküntüləri əmələ gəlir.  

Erk


ən orogen fəaliyyətdə  Böyük  Qafqazın  cənub-qərb seqmentində 

qırışıqlıqlar və çökəklər qalxmalarla əvəz olunur. Bu mərhələdə Sudur, Dəvəçi 

v

ə Lahıc çökəklərində nazik alt molass formasiyası yaranır (3).  



Gec orogen f

əaliyyəti  zamanı  Lahıc  və  Alazan-Əyriçay çökəkliyində 

Böyük  Qafqaz  dağ  silsilələrinin fəal  qalxması  və  parçalanmasını  təsdiq edən 

kobud terrigen-

karbonatlı alt formasiya yaranmışdır. 

Tektonik qüvv

ələrin və qravitasiyanın güclənməsi səbəbindən maykop 

lay d


əstəsi  (ehtimal  ki,  ağcaqıl  əsrində) Dibrar-Babadağ  zonasında  sürüşmə 

halları baş vermişdir.      



 

ƏDƏBİYYAT 

1. Абдуллаев Р.Н. Магматизм Южного склона Большого Кавказа в пределах Мазымчай и 

Гамзаличай. Отчет о научно-исследовательской работе за 1968-70 г.г. Геолфонд Инс-

титута Геологии АН Азерб.ССР 

2. Агаев В.Б. Стратиграфия среднеюрских отложений Северо-Восточного Азербайджана 

и Южного Дагестана. АГУ, Фонд, 1966 

3.  Гурбанов  А.М.  Меловые  отложения  междуречья  Гирдыманчай-Кишчай  (Южный 

склон Большого Кавказа) и перспективы их нефтегазоносности. Дисс. на соиск. Уче-

 

90 



ной степени кандидата геол.-минералогических наук. Баку, 1974, с.104-120 

4. Qur


banov  Ə.M.,  Yüseynov  H.M.,  Balammədov  Ş.R.  və  b.  Böyük  Qafqazın  Azərbaycan 

hiss


əsinin cənub  yamacında  tabaşir  çöküntülərinin neftlilik-qazlılıq  perspektivliyi.  Bakı 

Universitetinin x

əbərləri. Təbiət elmləri seriyası. Bakı, 2013, №2, s.100-105. 

5. Qurbanov 

Ə.M., Qurbanov M.F. Şahdağ sinklinoriumunun geoloji quruluşu və əmələ gəlmə 

mexanizmi. Az

ərbaycanda geofizika yenilikləri. 2009, №1-2, s.33-36 

6. Зейналов М.М. Верхнемеловые отложения Азербайджана и перспективы нефтегазоносности. 

7. Хаин В.Е. Геотектоническое развитие Юго-Восточного Кавказа. Азнефтеиздат, 1950, 224 с. 

8. Шихалибейли Э.Ш. Геологическое строение и развитие Азербайджанской части Боль-

шого Кавказа. АН Азерб.ССР, 1956, 224 с. 

 

ИСТОРИЯ ГЕОЛОГИЧЕСКОГО РАЗВИТИЯ, РЕЖИМ И  



УСЛОВИЯ ОБРАЗОВАНИЯ ОСАДКОВ  

АЗЕРБАЙДЖАНСКОЙ ЧАСТИ БОЛЬШОГО КАВКАЗА 

 

А.М.ГУРБАНОВ, Э.Ф.ГАМБАРОВА, Р.Р.НАЗАРОВА, Г.М.ГУСЕЙНОВ, 

Ш.Р.БАЛАММЕДОВ, М.Ф.ГУРБАНОВ 

 

 

РЕЗЮМЕ 

 

В данной статье на основе изучения тектонического режима, изменении  фаций 

и мощностей, а также геологических структур, дается  история геологического развития, 

режим и условия образования осадков азербайджанской части Большого Кавказа  

На  основе  анализа  режима  и  условия  осадконакопления  в  интервале  от  тоар-

аалена до четвертичного периода, изучена история геологического развития региона для 

каждого периода в отдельности. 

 

Ключевые  слова:  история,  геология,  развитие,  осадконакопление,  Азербай-

джан, Большой Кавказ 



 

HISTORY OF GEOLOGICAL DEVELOPMENT, MODE AND CONDITIONS 

OF THE FORMATION OF PRECIPITATION  

IN THE AZERBAIJANI PART OF THE GREATER CAUCASUS 

 

A.M.GURBANOV, E.F.GAMBAROVA, R.R.NAZAROVA, H.M.HUSEYNOV, 

Sh.R.BALAMMADOV, M.F.GURBANOV 

 

SUMMARY 

 

The  paper  provides  the history of geological development, mode and condition of for-

mation of precipitation in the Azerbaijani part of the Greater Caucasus based on the study of 

tectonic regime change of facies and capacities, as well as geological structures. 

Based on the analysis of the mode and depositional environments ranging from Toar-

Aalenian to the Quaternary, the history of the geological development of the region for each 

period is studied separately. 

 

Key words: History, geology, development, conditions, formation, Azerbaijan, Greater 

Caucasus 

 

Redaksiyaya daxil oldu: 08.12.2014-cü il 

Çapa imzalandı: 22.01.2015-ci il. 

 

91 



Yüklə 106,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə