Gedişatı Yer: Atagün Elində Günevin evi; Gün



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü0,8 Mb.
#63583


Asif Atanın-İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

Günev Atalının evinə 



“Qutsal Onluğun Qəbul Törəni”nin 

Gedişatı 

 

Yer: Atagün Elində Günevin evi



Gün: 22 Günəş Ayı, 36-il. 

Başlanır: saat 16-da. 

 

Törən Odası Mütləqə İnam Ruhaniyyatının tələbinə uyğun hazırlanır: çiçək, məşəl, texniki 



vasitələr. Təşkilatca sorumlu Günev və Göylü Atalılar. 

 

xxx Öncə həyətdə Ocaq qalanır və Ocaq başında qutsal söz söylənilir. 

 

xxx Odaya keçilir, Mütləqə İnam Bayrağı gətirilir. Törən “Ata Ruhuna pənah gətirmişik!” 

səcdəsi ilə başlanır. 



xxx Ocaq Yükümlüsü Soylu Atalının açılış sözündən sonra: hamı ayaq üstə sayğı duruşunda 

Qutsal Bitiqlərin odaya gətirilməsini qarşılayır. 



xxx Bitiqlərin adını və məzmununu vurğu eləməklə Soylu Atalı onları bir-bir Günev Atalıya 

təqdim edir. O, Bitiqləri öpüb bir-bir gözüstə tutaraq stol üstə yığır. 



xxx Sonra sözü olan Ata, Qutsal onluq və Ocaq Yükümlüsü haqqında söz deyir. 

“ Atamız Var olsun!” səcdəsi ilə Törən başa çatır. 

 

Günün carı: 

Qutsal Bitiq ünvanları yaranır – evlərimiz Ocaqlaşır. 

 

Gedişatı yazdı: Soylu Atalı 

5 Günəş Ayı, 36-il. 

Saray-Soylu. 

 

 

 



 


Asif Atanın (İnam Atanın) 

Mütləqə İnam Ocağı 

 

Günev Atalının evinə 



Qutsal Bitiqlərin Qəbul Törəni keçirildi 

Öncə  həyətdə  tonqal  qalandı.  Tonqal  başında  Günev  Atalı  törəni  qutlama  sözü  dedi.  Sonra 

tədbir odada davam elədi. 

 

 

 



 


 

 

 



 

 

Tədbir “Ata Ruhuna Pənah Gətirmişik!” Səcdəsiylə başladı. Hamı ayaq üstə səcdə duruşunda 



Mütləqə İnam Bayrağı gətirilir. 

Soylu  Atalı: Asif  Atanın  Mütləqə  İnam  Ocağı  olaraq  onun  yaratdığı,  yazdığı  Müqəddəs 

Kitabları  türk  millətinin,  insanlığın,  bütövlükdə  bəşəriyyətin  Qutsal  Bitiyi  (Müqəddəs  Kitabı) 

kimi qəbul eləmişik. Asif Atanın yazdığı kitablar hər bir insanın qəlbində, ağlında işıqlanmalıdır. 

Hər  bir  insanın  qəlbi,  hər  bir  insanın  müqəddəsliyə  meyil  eləyən  duyğuları  Asif  Atanın 

hikmətiylə  böyüməlidir.Onda  biz  İnam  xalqı  olarıq.  Onda  biz  üzümüzü,  yönümüzü  müqəddəs 


gələcəyə  tuta  bilərik.  Onda  biz  öz  varlığımızla  öyünə  bilərik.  Onda  biz  öz  varlığımıza  güvənə 

bilərik. 

Biz bu gün Asif Atanın Ocağının yaratdığı ənənələrdən birini həyata keçiririk. Bu, Asif Atanın 

kitablarının  –  Bitiqlərinin  ünvanlaşması  üçün  nəzərdə  tutduğumuz  bir  törəndir.  Asif  Atanın 

Bitiqləri başqa evlərdə ola bilər. Onun 13 cildini aparıb başqa bir evə də qoya bilərsən. Ancaq o 

ünvan “Qutsal Bitiq Ünvanı” sayılmır.  Onun üçün biz  Asif Atanın kitablarını özümüzün qəbul 

etdiyimiz bir tərzdə, təqdim elədiyimiz bir tərzdə ünvanlaşdırırıq və ünvanlaşdırdığımız təqdirdə 

də  onu  qoruyuruq.  Sabaha  çatdırırıq.  Biz  Asif  Atanın  kitablarının  ünvanlarını  yaradırıq.  O 

ünvanlar həm bizim insanlarımızın qəlbidir, həm də insanlarımızın evidir. 

Əyləşə bilərsiniz. 

Müqəddəs  Günümüzə  –  “Qutsal  Onluğun  Qəbul  Törəni”nə  açılış  sözü  deməzdən  öncə 

Atamıza səcdə qılıram və onun adından törənimizi açıq elan edirəm. 

Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif  Ataya  –  İnam  Ataya  ali  səcdəylə  sözümə 

başlayıram və Bayrağımızı öpürəm. 

“Qutsal Bitiqlərin Qəbul Törəni” quralını (qaydasını) biz 5 il bundan öncə qəbul eləmişik,  – 

22 Günəş Ayı, 31-ci il tarixində. Üstündən beş il keçib. Tarix təsadüfən üst-üstə düşüb. Bu gün 

22 Günəş Ayı, 36-cı ildir. Biz növbəti bir ünvana – Günev Atalının evinə Bitiqləri qəbul edirik. 

Bu qəbuldan sonra onun evi  “Bitiq  Ünvanı” kimi  qalacaq. Mən düşündüm  ki,  Günev  Atalı bu 

bölgədə ömrünün təxminən yarısını Asif Atanın Yoluna həsr edib, sözünü eşitdirib, bu işi həm 

də  böyük  bir  həvəslə,  eşqlə  genişləndirir.  Ona  görə  də  Günevin  evinin  “Qutsal  Bitiq  Ünvanı” 

olmaması,  bu,  Ocaq  tərəfindən  düzgün  qiymətləndirilməz,  daha  doğrusu,  Ocaq  üçün  doğru 

sayılmaz. 

Bu,  artıq  dördüncü  ünvandır.  Birinci  ünvanı  biz  Keşlədə  qəbul  elədik.  İkinci  ünvan  mənim 

evim  oldu  Sarayda.  Üçüncü  ünvanı  Şəmkirdə  qəbul  elədik.  Bu  dördüncü  ünvandır.  Dördüncü 

törəndir  biz  həyata  keçiririk,  –  “Qutsal  Bitiqlərin  Qəbul  Törəni”ni.  Nədir  bunun  mənası, 

məzmunu? Yenə deyirəm ha, bu kitabları çap eləyib hansısa bir başqasının evinə qoya bilərsən. 

Amma  o  ev  “Qutsal  Bitiq  Ünvanı”  sayılmır.  Bizim  qanunumuz  budur.  Biz  onu  mütləq  törən 

əsasında  təsdiq  etməliyik.  Özü  də  Qutsal  Bitiq  Ünvanının  yaranması  kitabın  əsasən  türk 

abesindəki variantına görədir. Biz indi kitabları iki variantda hazırlamışıq. Biri indi oxuduğumuz 

latın  qrafikalı  Azərbaycan  abesi,  bir  də  Orxon-Yenisey  əsaslı  Ocaq-türk  abesi.  Onun  qəbulu 

əsasən, dediyimiz kimi, Ocaq-türk abesinə görədir. Çünki Asif Atanın Bitiqləri onun öz xalqının 

abesində yazılmalı, oxunmalı, öyrənilməlidir. Bunu hələ Ocaqdan, Ocaqçılardan başqa heç kim 

yazıb-oxuya  bilmir,  ona  görə  də  biz  onun  ikinci  variantını  –  latın  variantını  da  hazırladıq  ki, 

oxunsun. O çağa qədər ki, Ocaq-türk abesində hamı oxuya biləcək. 

İndi biz burda ruhani sənəd oxuyacağıq. Qutsal Bitiqlər qəbul olduğu ünvandan qırağa çıxmır, 

verilmir.  O  yalnız  burda  oxunur.  Bu  evdən  qırağa  verilmir.  Evdən  qırağa  vermək  üçün  ayrı 

nüsxələr hazırlanmalıdır. Amma bu variantlar burdan çıxmır. Niyə çıxmır? Əvvəla, onlar bizim 

üçün  Müqəddəs  kitablardır.  Ona  görə  müqəddəsdir  ki,  bizi  özümüzə  tanıdır.  Bizim  içimizi  öz 

milli kimliyimiz, milli mahiyyətimiz və insani kimliyimiz əsasında qurur. Burda bəşər məsələsi 

də  var.  Bizi  qurduğu  üçün,  insanlığı  qurduğu  üçün,  bizə  insanlığı  öyrətdiyi,  yönəltdiyi  üçün 

müqəddəsdir.  Müqəddəs  kitablar  oxunmalıdır,  amma  olduğu  ünvandan  pərən-pərən 

düşməməlidir.  Bilmirsən  aparıldığı  ünvanda  o  kitaba  necə  münasibət  olacaq.  Ona  görə  də  o 

nüsxələr  müqəddəs  nüsxələr  sayılır  və  qorunur.  Onu  yazmaq  olmaz,  cızmaq  olmaz,  pozmaq 

olmaz, onu stolun üstünə tullamaq olmaz. Ruhani sənəddə yazmışam, oxuyacam. Bu münasibət 

xalq olmağın əsas şərtlərindən biridir. Ruhaniyyatın əsas şərtlərindən biridir bu. Burada qətiyyən 

əski xurafatçılıq-filan axtarmaq doğru deyil. Çünki xalq öz kitabına, kitabının içindəki müqəddəs 

sözə  necə  münasibət  bəsləyirsə,  onun  varlığı  o  cür  ifadə  olunur.  Pis  münasibət  bəsləyirsə,  pis 

ifadə olunur. Yox, ona müqəddəs yanaşırsa, onun varlığı da müqəddəs olaraq öz təsdiqini tapır. 

Ona görə də biz kitablara münasibəti xüsusiləşdirmişik. Biz beş adamın içində, on adamın içində 

Asif Atanın kitablarına münasibət ənənəsi  yaradırıq. Ocaqçıların və Ocaqsevərlərin içində Asif 

Atanın kitablarına münasibət ənənəsi yaranıb. 




Baxın,  ərəb  gəldi  sənin  böyüklərinin  başını  kəsdi,  girdi  evinin  içinə.  Kitabını  verdi  sənə  ki, 

bunu gözünün üstündə saxla, ən yüksək yerdə saxla ki, bu səni özgələşdirsin (Bunu sözlə demir, 

amma məzmun bu oldu). 

Asif  Atanın  kitabını  da  biz  veririk  və  deyirik  ki,  öp  gözünün  üstə  tut,  qoru  ki,  bu  səni 

özümləşdirsin.  Görürsünüzmü,  o  kitaba  münasibətlə  bu  kitaba  münasibət  arasında  seçim 

eləməliyik.  O  kitaba  münasibətlə  bu  kitaba  münasibət  arasında  özümüz  üçün  müəyyənlik 

yaratmalıyıq. Sənə verilən kitablar səni hara çağırır? Səni hansı gələcəyə çağırır? Hansı gələcəyə 

çağırır,  deyim.  Səni  millətsiz,  qohumsuz,  qardaşsız,  bacısız,  ailəsiz,  xalqsız  gələcəyə  çağırır. 

Baxın o kitabların təməl prinsiplərinə. Ona görə mən də üzümü tuturam türk millətinə. Hələlik 

türk  millətinə,  ümumən isə  bəşər  övladına,  İnsanlığa  üzümü  tuturam  və  deyirəm:  əlinə  aldığın 

kitabı  öyrən.  Gör  o  səni  hara  çağırır.  Hara  yönəldir.  Öyrənəndən  sonra  biləcəksən  ki,  nə  sənə 

gərəkdir.  Öyrənmədən  sənə  deyirlər  ki,  bunu  gözünün  üstünə  tut,  sən  də  gözünün  üstünə 

tutursan,  gözünə  qaranlıq  çökür,  özünü  görmürsən.  Mən  də  sənə  Asif  Atanın  kitabını  verirəm. 

Öyrənib verirəm. Mən sənin xalqının kişisiyəm, xalqının övladıyam. Sənin yolunda özümü oda-

atəşə atıram. Niyə mənə inanmamalısan? Sənə kitab verirəm ki, bunu öyrən və gözünün üstünə 

tut. Ona görə də əlinə aldığın kitabı yaxşı öyrən. Səni hara çağırır, nəyə çağırır. Çox ciddi şərtdir 

bu. Asif Atanın kitabı səni çağırır insan olmağa, ailə olmağa, vətən olmağa. Səni çağırır millət 

olmağa. Nəhayət, səni çağırır bəşər olmağa. Bunların hamısını da qurur hal-hal, nizamla yetirir, 

verir. 

Bayaq mən sizə söhbət elədim, biz bu gün Asif Atadan danışırıq, çox adam bilmir, tanımır. 



Elə  bilir  ki,  biz  Asif  Atanı  uydururuq.  Elə  bilirlər  Azərbaycanı  uydururuq.  Əksinə,  onların 

ağlında  Azərbaycan  uydurulub  kiçilməsin  deyə,  biz  onlara  yön  veririk.  Biz  üzümüzü  tuturuq 

Azərbaycanın  qədimliyinə.  Görürsünüz  kimdən  danışırıq?  –  Babəkdən,  Dədə  Qorquddan, 

Nəsimidən.  Bu  gün  biz  əslində  Asif  Atanı  bu  xalqa  təqdim  eləməklə  Babəki,  Nəsimini,  Dədə 

Qorqudu ona təqdim  eləyirik.  Yəni  onun varlığını  özünə qaytaran dəyərləri ona təqdim  edirik. 

Asif  Atanın  ətəyindən  tutmağımız  əslində  bu  xalqın  indiyə  qədər  yaranmış  bütün  dəyərlərini 

onun  özünə  qaytarmaq  mənası  daşıyır.  Mən  bundan  əvvəl  dediyim  məsələni  bir  daha  vurğu 

eləyirəm:  Babək  harayıdır  bu.  Babək  harayıdır  xalqın  içində  yenidən  düşüncələrə  qayıdır, 

yenidən  ayağa  durur.  Yenidən  öz  harayıyla,  hikmətiylə  bizim  qarşımıza  gəlir.  Bizə  yol  olur. 

Nəsiminin harayıdır, hesab eləmə ki, Nəsimi öldü getdi. Hesab eləmə ki, Babək öldü getdi. Nə 

qədər  insan  var,  insanlıq  var,  onun  harayını  çəkəcək.  Öz  səsinə  qatacaq,  öz  nəfəsinə  qatacaq. 

Onun gözəlliklərini təqdim eləyəcək. Öz gözəlliklərinə qatıb sənə verəcək. Yəni əslində xalqın 

gözəlliklərini xalqın özünə qaytaracaq. Bütün görüşlərimdə mən bunu deyirəm gənclərə, – Babək 

var sizin içinizdə. Aşkarlayın onu. Mən Babəkdən sizə ona görə danışıram, Nəsimidən ona görə 

daışıram  ki,  Nəsimi  ölüb  qurtarmayıb.  Xalq  Nəsimi  ilə  bitmədi.  Nəsimilər  var  içinizdə. 

Aşkarlayın. Aşkarla onu, böyüt, qaytar xalqın özünə. Xalqına xidmət eləsin. İçindəki böyüklük, 

içindəki  Babək,  içindəki  Nəsimi  qoy  xalqına  xidmət  eləsin.  Görün,  nə  qədər  böyük  işin 

arxasındayıq  biz.  Nə  qədər  böyük  bir  ləqayətin  arxasındayıq.  İnsanlıq  tarixi  yaradırıq.  Millət 

tarixi  yaradırıq.  Türkün  ruhaniyyat  tarixini  yaradırıq.  Bu  vaxta  qədər  türkün  əsaslı  ruhaniyyat 

tarixi  olmayıb.  Zərdüşt  türkün  ruhaniyyat  tarixi  deyil.  Çünki  türk  ona  sahib  çıxıb  həyatına 

çevirmədi. Zərdüşt tarixin qalığıdır. Təəssüf ki, tarixin qalığıdır. Göstərin Dədə Qorqudu xalqın 

həyatnda,  tarixin  qalığıdır.  Göstərin  Babəki  xalqın  həyatında.  Təəssüf  ki,  tarixin  qalığıdır. 

Babəkdə  çağdan,  zamandan  artıq  olan,  üstün  olan  hikmət  xalqın  mayasında  var,  amma 

ruhaniyyatına çevrilmədi. Ruhaniyyat tarixini əmələ gətirmədi. Qurmadı.  Özündən olmadı. Biz 

Babəki çox sevirik. Amma Babəkin dediyini biz sistem kimi görmürük. Nəsimini biz çox sevirik. 

Amma  Nəsimi  ayrıca  bir  ruhaniyyat  sistemi  deyil.  Biz  onu  çox  sevirik.  Əməyini  də,  dediyi 

hikməti də, aşiqliyini də, divanəliyini də. İnsanı göylərə qaldırmasını da. Əvəzsiz idi. Amma bax, 

yazılı  kitab  qəbul  edirik,  sizə  indi  təqdim  edəcəyimiz  kitabların  içindəki  məzmun  sistemdir,  – 

yeni həyat quran sistem. Göy Tanrıçılıqdan danışırlar. Göy Tanrıçılığın sistemi yoxdur. Olsaydı, 

ərəbçilik  ruhumuzu  işğal  eləyə  bilməzdi...  Yaratmaq  imkanın  var,  yiyəlik  eləmirsən.  Yiyəlik 

eləmədiyin  üçün  yaratdıqların  bitkin  olmayıb.  Yaratmalıydın,  inkişaf  etdirməliydin, 



cilalamalıydın. Xalqın ömrünə, həyatına verməliydin ki, sənin də ruhaniyyatın olsun. Bax, indi 

Asif  Ata  az  bir  sayda  insanıyla  bitkin  bir  ruhaniyyat  yaradıb,  onun  fəlsəfəsini  yaradıb,  onun 

nəzəri  əsaslarını  yazıb,  onun  yönünü  yazıb.  Onun  ənənəsini  yazıb,  əməlini  verib.  Böyük  bir 

sistemdir. Asif Atanın yazdığı o kitabları, o sistemi götür, tamamilə yenidən, sıfırdan xalq olaraq 

həyatını  başla.  O  qədər  əsaslı  bir  ruhaniyyat  sistemidir.  Hər  şey  var  orda!  İnsan  var,  insanın 

insana münasibəti var, dünyaya münasibəti var.  Bəşərə münasibəti var, təbiətə münasibəti var. 

Ailəsinə münasibəti var, hər şeyə münasibəti var. Dövlətinə münasibəti var, nə yoxdu ki orda?! 

Ölüsünə, dirisinə, hər şeyə münasibəti var. Qaydaları var. Götür, yaşa, yaşat. Qüdrətli bir xalq ol! 

Bax, mən sizə deyirəm, hesab eləyin ki, etnik tərkibi müəyyən olmayan bir topluma o sistemi ver 

ki,  al  bununla  başla,  xalq  ol.  O,  onunla  başlayar,  gələcəkdə  ən  məşhur  xalq  olar.  O  qədər 

dərindir.  O  qədər  zəngindir.  Yəni  etnik  kimliyi  sıfıra  bərabər  olan  biri  gələr  o  sistemlə  özünü 

əməlli-başlı  təsdiq  eləyə  bilər.  Sən  köklü-köməcli,  yaradıcılığı  bəlli  olan,  min  illər  tarixi  bəlli 

olan bir xalq, götür həyatını dəyiş. Çıx əsarətdən. Çıx basqıların altından. Çıx, özün ol. Özün ol 

və  dünya  ol,  bəşər  ol.  Dünyanın  yalançı  idarəsində  niyə  çabalayırsan.  Sənin  boyun  ona  uyğun 

deyil  axı.  Sənin  boyun  çox  yüksəkdir.  Amma  boyunu  o  qədər  əyri  tutubsan  ki,  boynun  əyilib. 

Asif Ata sənin boynunu düzəltməyə gəlib. Bu kitabların mənası budur. 

İndi mən sizə ruhani sənədi oxuyacam. Sonra kitablarımızı qəbul edəcəyik. Sonra sözü olan 

söz deyəcək. Mən ilk Törən üçün qəbul olunmuş ruhani sənədləri oxumaq istəyirəm. 

 

 

“Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim 



Asif Ataya – İnam Ataya ali səcdəylə! 

 

Qutsal Nəşr Törəni 



Qutsal Bəlgə 

(Ruhani Sənəd) 

 

Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ruhaniyyatını (yəni 



İrsini) Qutsal  Onluq və Üç Yan Bitiq  olmaqla nəşrə hazır duruma gətirmişdir.  Bu münasibətlə 

İnam Evində Qutlama Törəni keçirilir. Törənə Ocaq Evladları ilə yanaşı Ocaq yörəsindən olanlar 

da qatılırlar. Törəndə Qutsal Bitiqlərin anlamı, məzmunu, gələcəyi haqqında söz deyilir. Sonda 



Bitiqlər Mütləqə İnam Bayrağı altında hazırkı Tarixi Törən tərəfindən Mütləqə İnam (Asif Ata) 

Ruhaniyyatı mətninin dəqiqlik etalonu kimi qəbul olunur. 



(Bax, bu qəbul elədiyimiz onluq dəqiqlik etalonudur. Dəyişiklik eləmək olmaz. Baxmayaraq ki, 

bu ruhani sənədi  mən yazmışam, amma Asif Atanın  adından  yazmışam.  Onun Ocağına  təqdim 

eləmişəm. Mən burada imza qoymuşam, amma mən özümdə haqq görmürəm bu ruhani sənədin 

üzərində  dəyişiklik  edim.  Özümdə  səlahiyyət  görmürəm  bunu  dəyişdirim.  Çünki  Ocaqla  oyun 

oynamaq  olmaz.  Bizim  ruhani  sənədlərimiz  konstitusiya  aktı  kimidir  Ocaq  üçün.  Mənim  qəbul 

eləməyimə baxmayaraq, dəyişmək yolverilməzdir. O səlahiyyəti mən özümə vermirəm... 

Biz  Asif  Atanın  Kitablarını  təsnifatlaşdırdıq,  sistemləşdirdik,  amma  üslubuna,  cümləsinə, 

vergülünə, sözünə əl vurmadıq. Vurmağa icazəmiz yoxdur. Haqqımız yoxdur. Asif Atanın möhür 

vurduğu,  yazdığı  heç  nəyi  dəyişməyə  haqqımız  yoxdur.  Ancaq  və  ancaq  inkişaf  elətdirmək 

haqqımız  var.  İnkişaf  etdirək,  yeni  ideyalar,  təşəbbüslər  verək,  amma  təməl  prinsiplərə  bizim 

toxunmağa  haqqımız  yoxdur.  O,  peyğəmbər  hökmüdür,  peyğəmbər  hikmətidir.  O,  peyğəmbər 

təfəkküründən  süzülüb  gəlib.  O,  filosof  beynindən  gəlib.  “Yox,  bu  indiki  dövrə  uyğun  deyil, 

filan”, bu kimi deyilişlər keçmir”. Dövrə uyğun olan ənənələrdir. Biz onu inkişaf elətdirəcəyik. 

Bizdən  sonra  da  inkişaf  olacaq.  Təməl  prinsip  dəyişməyəcək.  Bax,  buna  münasibət  birmənalı 

şəkildə belə qəbul olunur. Bunu Ocaq olaraq bilməliyik.) 

 

Bitiqlər ayrı-ayrılıqda mavi parçaya bükülür və İnam Evində özəl olaraq onlar üçün ayrılmış 



yerdə saxlanılır. 

 

(Mən bir haşiyə də çıxım. Birinci, Qutsal Bitiqlərin yazılıb ərsəyə gəlməsində Göylü Atalının 



əvəzsiz xidməti var. Biz Göylümüzü təqdir eləyək. Bitiqlər bilgisayarda Göylü tərəfindən yazılıb, 

onun zəhmətinin bəhrəsidir, gecəsini-gündüzünü ona həsr edib, bilgisayarda yazıb. O, Bitiqləri 

göz bəbəyi kimi qoruya-qoruya kəlmə-kəlmə yazıb Ocağa təqdim eləyib. 

(Göylü Ataya səcdə ilə Bayrağı öpür - G.A.) 

Sonra,  o  kitabların  hər  birinə  onun  ölçüsündə  bükməcə  (köynək)  tikilib,  bunu  Üstün  Atalı 

eləyib. Ona görə Üstünün bu ləyaqətini, zəhmətini təqdir edirik. Hər bir Törəndə bunların əməyi 

təqdir  olunmalıdır.  Amma  Qutsal  Bitiqlərin  Ünvanlaşması  bir  yerə  qədərdir.  Onu  deyəcəm. 

(Üstün Ataya səcdə ilə Bayrağı öpür - G.A.) 

Eləcə  də  Qutsal  Bitiqlərin  yazılmasında,  korrektəsində  Nurtəkinin  özünəməxsus  ləyaqətli 

xidməti var. Biz onun da əməyini təqdir edirik. Atanın qarşısında üzü ağdır.) 

Törən  Ocaq  İlsırasına  yazılır,  ancaq  növbəti  illərdə  təkrar  olunmur.  Qutsal  Bitiqlərin  ilk 

nüsxələri  İnam  Evindən  qırağa  verilmir.  Hər  hansı  bir  Bitiq  baxılmaq,  oxunmaq  üçün 

götürüldükdə öncə öpülüb göz üstündə tutulur, bundan sonra qarşıya qoyulub açılır. Bu zaman 

stolun üstündə həmin Bitiqdən başqa heç nə olmur. İstifadə başa çatanda Bitiq  yenidən öpülüb 

göz üstə tutulur, bükməcəsinə geydirilib yerinə qoyulur. Bitiqlərə münasibətin bu quralı hər bir 

Ocaq  Evladının  evində  də  gözlənilir.  Qutsal  Bitiqlərin  saxlandığı  odada  ucadan  danışmaq, 

qəzəblənmək, çığırmaq, bağırmaq, başqasının xətrinə dəymək, yersiz zarafatlar etmək müqəddə-

sata sayğısızlıq sayılır. Mütləqə İnam Ocağının Qutsal Bitiqlərə münasibəti xalq üçün örnəkdir. 

Nəzərə çatdırılır ki, Onluq və Yan Bitiqlər Asif Ata irsinin yalnız bir hissəsidir. Ancaq önəminə 

görə başlıca hissəsidir. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Mütləqə İnam Ocağının Yükümlüsü 



Soylu Atalı 

08 Köçəri Ayı, 30-cu il. Atakənd. 

(Fevral, 2009, Bakı.) 

 



 

 

Bu, ruhani sənədin yazıldığı tarixdir. İndi sizə ikinci ruhani sənədi oxuyuram. 

 

“Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim 



Asif Ataya – İnam Ataya ali səcdəylə! 

 

Mütləqə İnam Ruhaniyyatı 



Qutsal Bəlgə 

 

Türkün  İlk  Ruhaniyyat  Ocağı  Asif  Atanın  –  İnam  Atanın  Mütləqə  İnam  Ocağı  30-cu  ildə 



(miladın 2008-2009-cu illərində) Asif Ata İrsindən özünün ən uca ümumbəşəri ruhani dəyər kimi 

tapındığı hissəni – On Qutsal Bitiq və Üç Yan Bitiq (“Qutsal Onluq”) adı altında nəşrə hazırlyır. 

Onluq  Atamızın  43  Müqəddəs  Kitabını  və  7  Müqəddəs  Kəlamını  özündə  birləşdirir.  Bitiqlərin 

təsnifatı  və  sistemləşdirilməsi  içlərindəki  kitabların  Mütləqə  İnam  baxışında  yerinə  görə 

aparılmışdır.  Hər  Bitiq  Ata  təlimindəki  məna  ifadəsinə  əsasən  adlandırılmış,  Ata  mətnlərinin 

bütövlüyü, ilkinliyi, məzmunu, dili, üslubu, cümlə quruluşu olduğu kimi saxlanılmışdır. Asif Ata 

irsinə  yönəlik  bu  prinsip  həmişə  və  hər  yerdə  gözlənilməlidir.  Bitiqlərin  indi  təqdim  olunan 

quruluşu,  biçimi,  adları,  sayı  da  toxunulmazdır.  “Onluq”  Mütləqə  İnam  Ocağı  tərəfindən 

Mütləqə İnam Ruhaniyyatı, Ata Müqəddəsatı sayılır. Yan Bitiqlər (əlavə cildlər) Müqəddəs irsə 

daxil  edilir,  məzmunlarına  görə  Onluğa  daxil  edilmir.  Çünki  Onluq  Mütləqə  İnam 

Dünyabaxışının  cövhərini  və meyarını birbaşa, Yan Bitiqlər isə onun  ayrı-ayrı məqamlarını və 

dolayısıyla  ifadə  edir.  Bütövlükdə  Ata  dilindən,  Ata  qələmindən  nə  çıxıbsa,  Mütləqə  İnam 

Dünyabaxışının Qutsal İrsi sayılır. Ancaq Onluğa daxil edilmir. 

(Bir şeyi də qeyd edim. “İnam və Şübhə”, “Müdriklik Səlahiyyəti” Qutsal Onluğa daxil deyil. 

Niyə?  Onlar  Asif  Əfəndiyev  dövrünün  kitablarıdır.  Onlar  bizim  üçün  əzizdir.  Orda  çox  gözəl, 

aydın hikmətlər var. Orda çox gözəl yön var. Xalqın içinin harayını çəkən rüşeym  – başlanğıc 

ordan başlayıb. Gözəldir. Amma Asif Əfəndiyev dövrünün tənqidi  yöndə kitablarıdır. Bir daha 

vurğu  edirəm,  bizim  üçün  Ata  dilindən  çıxan  hər  şey  əzizdir,  gərəklidir,  dəyərlidir.  Xalqa 

gərəkdir. Amma Qutsal Onluğa daxil olmur.) 

İrsin yiyəsi, qoruyucusu, sorumlusu Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağıdır. İrslə 

bağlı bütün hüquqlar bu Ocağa məxsusdur. 



Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Mütləqə İnam Ocağının Yükümlüsü 

Soylu Atalı 

08 Köçəri Ayı, 30-cu il. Atakənd. 

(Fevral, 2009. Bakı.) 

 

Nəhayət, məhz bugünkü günlə bağlı yazdığım Ruhani Sənədi də oxuyuram sizə. 

 

“Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim 



Asif Ataya – İnam Ataya ali səcdəylə! 

 

Qutsal Bəlgə 

 

Asif  Atanın  Mütləqə  İnam  Ocağı  İlsıramızın  36-cı  ili,  Günəş  Ayının  22-də  Günev  Atalının 



evinə “Qutsal Onluğun Qəbul Törəni”ni həyata keçirir. Bu tarixdən başlayaraq Günev Atalının 

evi “Qutsal Bitiq Ünvanı” sayılır. “Ocaq Tarixinin Qızıl Dövrü”nə yazılır. 



(Bir  dənə  də  Ruhani  sənəd  vardı  –  “Ocaq  Tarixinin  Qızıl  Dövrü”nü  təsdiq  edən  sənəd, 

gətirməmişəm.  Biz  şeyi  də  diqqətinizə  çatdırım.  Mən  bir  ruhani  sənəd  yazdım  ki,  Qutsal 

Bitiqlərin Qəbul Törəni həyata keçirildiyi gündən həmin gün Ocaq Tarixinin Qızıl Dövrü sayılır. 

Xalqda  Bitiqlərin  Ünvanlaşması  –  Ocaq  Tarixinin  Qızıl  Dövrüdür.  22  Günəş  Ayı  31-ci  il 

tarixdən, Qutsal Bitiqlərin Qəbul Törəninin ilk günü Ocaq Tarixinin Qızıl Dövrü sayılır). 

Qutsal  Bitiqlərə  Münasibət  Bəlgələrinin  tələbləri  Qutsal  Bitiqlərin  yeni  ünvanı  olan  Günev 

Atalının  evində  qüvvəyə  minir.  Bu  hadisə  evdə  yaşayanların  ləyaqətini,  Bitiqlərə  yiyəlik 

ərdəmliyini  ifadə  edir.  Ancaq  evin  əlavə  imtiyazı  olmur.  Ev  pirləşmir,  İnam  Evinə  –  Məbədə 

bərabər  tutulmur.  Türk  Ulusunun  peyğəmbərinin  (Atasının)  Qutsal  Bitiqlərinin  öz  ulusal 

abesində xalqın evlərində ünvanlaşması gününü “Ocaq Tarixinin Qızıl Dövrü” adlandırmışıq. Bu 

tarix 22 Günəş Ayı, 31-ci ildən başlayır. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 

Mütləqə İnam Ocağının Yükümlüsü 



Soylu Atalı 

18 Günəş Ayı, 36-cı il. Atakənd. 

(Mart, 2014. Bakı.) 

 

İndi  bununla  bağlı  əlavə  bir  fikir  də  deyim.  Günev  qardaşımız,  bu  ruhani  sənəd  həm  türk 



abesində, həm latın qrafikasında (əlyazı da burda var), bu sənin evinin ruhani sənədidir. Bunun 

bir nüsxəsini mən evdə saxlamışam. 

İndi  zəhmət  olmasa,  ayaq  üstə  Bitiqlərimizi  qarşılayaq.  Göylü  və  Üstün  onu  bir  yerdə 

gətirsinlər. 



(Göylü və Üstün Bitiqləri özəl taxçada gətirirlər - G.A.) 

Qutsal Bitiqlərimizin təqdimatına başlayırıq. 



(Ocaq Yükümlüsü Bitiqləri bükməcədən (köynəkdən) bir-bir çıxarıb adını deyir, mənasını izah 

edir və Günev Atalıya təqdim edir. O da qəbul edərək öpüb gözünün üstə tutur.) 


 

 

Soylu  Atalı: İndi  xahiş  edirəm  Günev  Atalıdan,  Bitiqləri  evinə  qəbul  eləməsiylə  bağlı  nə 

düşünür, hansı hissləri keçirir, nə fikri varsa, buyurub izhar eləsin. 



Günev  Atalı:  Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif  Ataya  –  İnam  Ataya  ali 

səcdəylə! 

Bayrağımızı öpürəm. 

Qəbul  Törənimizlə  bağlı  nə  hisslər  keçirirəm?  Burda  nə  hisslər  keçirilə  bilər?  Birinci 

növbədə, hədsiz bir iftixar hissi. İkinci, mənim bu evimin, divarlarımın belə bir gərəkli ünvana 

çevrilməsi  mənim  üçün  heç  nəylə  ölçülməyən  bir  fərəh  əməldir.  Bunun  arxasında  ömrümüzün 

sonuna qədər varıq. Necə ki, Ocağa qəbul olunanda and içdik – “ömrüm sənindir, Ata, götür onu 

və  istədiyin  kimi  sərf  elə”.  Bu  Yükü  həmin  andın  bir  hissəsi  kimi  qəbul  edirik.  Bəli,  bu 

divarlarımızın  İnam  Ata  kitablarının  ünvanı  olması  və  onun  arxasında  durmaq  qüruru, 

məsuliyyəti necə gözəldir. Biz onu fəxrlə qəbul edirik. Bu oda təkcə bizim odamız deyil. Bizi bu 

gün  tam  anlamayan  insanlarımızın  ixtiyarı  var  bu  evdə.  O  dərəcədə  ki,  hətta  mən  evdə 

olmayanda  gəlib  bu  kitabları  oxumaq  istəyənə  açarlarımı  verib  gedə  bilərəm.  Bundan  artıq  bir 

xidmət varsa, onu da qəbul edirəm. 

Bu kitabların ərsəyə gəlməsi, təbii ki, çox uzun bir proses keçdi. Birinci növbədə, Asif Atanın 

özünü yaratması. Bütün o düşüncələrin, bütün o əzabların onun içinə axması, xalqının dünyada 

yersiz  bir  duruma  salınması,  zəngin  dəyərlərə  malik  xalqın  bugünkü  səviyyəsi  Atanın  içində 

yoğruldu,  axtarışa  çevrildi,  Ocaq  yarandı.  Asif  Ata  xilaskarlıq  harayı  çəkməyə  başladı, 

Atakənddə (Bakıda), sonra bölgələrdə. Hər görüşləri də elə-belə başa gəlmirdi. Həm Ocaqçıların 

fədakarlığı  sayəsində əmələ gəlirdi, həm  Atanın  özünün inadı. Asif Atanın hədsiz inamı  vardı. 

İnanırdı ki, bu xalqı belə qurmaq olar. Bu xalq uçurulmuş durumdadı. Yadlıqlara qarşı bu xalqı 

qaldırmaq lazımdır. Yadlqılardan imtina eləməsə, özünü tapmayacaq. 

Asif  Atanın  insani  varlığından  süzülüb  gəldi  bu  kitablar.  Türkün  yolunu  müəyyənləşdirdi. 

Ocaq yarandı. Ocağın Ruhani Ailə biçimi yarandı, hər şeyi yarandı. Ocağın bayrağı yarandı. Bu 

Bayrağın altında Asif Ata təkcə Azərbaycanın deyil, Bəşəriyyətin dərdini düşünürdü. İnsanlığın 

dərdini düşünürdü. İndi Ocaq Atanın işlərini davam edir. Bu kitabların hazırlanması da o böyük 

işi davam eləmək üçündür. Atanın Ruhani inadı Evladlarda davam edir... 

Bütün  bunları  bir  araya  gətirən,  onlara  yiyəlik  eləyən  Soylu  Atalı  yarandı.  Ona  görə  Asif 

Atanın  Ocağı  Onun  ölümündən  sonra  sönmədi.  Ləyaqətli  bir  şəxsiyyətin  –  Soylu  Atalının 




ərdəmliyi Ocağı yaşatdı. Ona görə bu böyük İrs xilas oldu, dağılmaqdan qorundu. Bu gün Asif 

Ata Ocağına yiyəlik eləyən, Yükümlülük eləyən, bütün cəfasını çəkən, hətta hər bir Ocaqsevərin 

qayğılarını belə daşımaqdan usanmayan Soylu Atalının qüdrətiylə Ocaq ülvi bir mühitə çevrilib. 

Soylu  Atalını  şərh  eləməyə  mənim  sözümün  qüdrəti  çatmır.  Amma  Soylu  kimliyi  bəllidir,  o, 

qarşısıalınmaz ruhani bir seldir, onun içində qurucu bir hikmət var. 

 

 



 

Bu  gün  mənim  özümün  Asif  Ata  Ocağının  varlığında  olmağımın  ən  böyük  səbəbkarı 

Soyludur.  Demək  olar  ki,  əsası  da  Soyludur.  Minnətdaram  ki,  Soylu  məni  sönməyə  qoymadı. 

Mənim elə bir dövrüm, elə bir vaxtım olub ki, müəyyən mənada bir az yorulmuş, qırağa duran 

məqamlarımda Soylu gəldi, əlimdən tutdu, mən yenidən başladım... 

Sözümü  bitirirəm,  yenə  vurğulamaq  istəyirəm  ki,  bu  ünvan  xalqındır,  bu  elindir.  Vaxt 

məhdudiyyəti yoxdur. Evdə olmasam belə, açarı verib gedə bilərəm. Buyur, orda kitablar. Orda 

çay var, çörək var... Bu hal mütləq olacaq! Mən ona inanmasam, bütün bunlar nəyə lazımdır?! 25 

ildir o böyük inamla Yol gedirəm... Atamız var olsun! 

 



Soylu  Atalı: Bax,  bu  ünvanda  qardaşımın  amaldaşı,  çiyindaşı  Elana  bacımızın  qatqısı  var, 

rolu var. Mən qəti əminəm ki, bu gün onun da fərəhli günüdür. Ona görə dinləyək, o da sözünü 

desin. 

Elana  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif  Ataya  –  İnam  Ataya  ali 

səcdəylə sözümə başlayıram və bayrağımızı öpürəm. 

Müqəddəs  kitabların  mənim  olduğum  evə  qəbuluna  görə  içim,  ürəyim  fərəhlə  doludur. 

İnanıram ki, vaxt gələcək, yana-yana dünyanın dağıldığını deyənlər bu kitabları oxuyandan sonra 

dünyanın düzəlməsinə inanacaqlar. Necə ki, mən inanıram. İnanıram ki, bu kitablarda dünyanın 

ruhani nicatı var. Çalışırıq ki, xalqımız da bunu bilsin. 

Bu kitabların evimizə, ruhumuza gətirdiyi işığın sevinci ilə yaşayacam. Ürəyim fərəhlə dolur. 

Atamız Var olsun! 



Soylu Atalı: İndi Göylü Atalını dinləyək. Haqqı var. 

Göylü Atalı Ataya səcdə edib sözünə başladı: Atagün Eli bir neçə cəhətdən müqəddəsləşmiş 

ünvandır.  Birinci,  ona  görə  ki,  burda  Atanın  adı,  ruhu,  inamı  yaşayır.  Burda  Atanın  ilk  dəfə 

gömüldüyü torpaq var. Sonra, ona görə ki, bu adı, bu ruhu, bu inamı yaşadan Evladları – Günev 

və Elana Atalılar var. İnam Məbədi var. Nəhayət, “Qutsal Bitiqlərin Qəbul Törəni”ylə müqəddəs 

ünvan yarandı bu evdə, bu eldə, bu yurdda. 

Kitabların  ərsəyə  gəlməsinə  gəlincə,  Günev  bəy  bunu  çox  doğru  vurğuladı.  Uzun  bir  yol 

gəlibdir.  Ən  başından  Atanın  əzabları,  düşüncələri,  ömrü  hamısı  bu  kitablara  hopub.  Biçimcə 

kitab  halına  gətirmək  sonrakı  mərhələlərdir,  ikinci  etapdır.  Düzdür,  bu  da  qeyrət  istəyir,  hünər 

istəyir.  Bu  baxımdan  özümü  çox  xoşbəxt  hiss  edirəm  ki,  bu  hünərdə  mənim  də  qatqım  olub. 

Qürur hissi keçirirəm ki, Atanın böyük işinə çiyin verə bilmişəm. 



 

 

Üstün  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif  Ataya  –  İnam  Ataya  ali 

səcdəylə sözümə başlayıram. 

Bu  gün  bayramdır.  Bu  gün  bizim  timsalımızda  xalqın  öz  içinə  üz  tutmasının  bayramıdır. 

Yeriş üçün inad lazımdır. Yeriş üçün mübarizə lazımdır. Bəs mübarizəni necə aparırıq? Atanın 

ideyasıyla,  Atanın  kitablarını  xalqa  verməklə.  Biz  başqa  dünyabaxışlar  kimi  zülmlə,  zorla 

gəlmirik.  Biz  sevgiylə  gəlirik.  Biz  öz  inamımızı,  öz  sevgimizi  veririk.  İnanırıq  ki,  bu  təməl 

üstündə də xalqın sevgisini  qazana biləcəyik.  Ağlını  böyüdə biləcəyik.  Sevgi,  inad, hünər olan 



yerdə qeyri-mümkündür ki, ondan qaçasan. Yerimək üçün bizim istənilən qədər gücümüz də var, 

tapınacaq, dayaq ola biləcək ideyamız da var. 

Bu gün burda olduğum üçün özümü xoşbəxt sayıram. Amaldaşlarımı qutlayıram. Gün o gün 

olsun ki, belə Qutsal Bitiq ünvanları tək Atagün Elində deyil, bütün bölgələrdə də olsun. Mənim 

öz evimdə bu sevinclə bu hadisəni gözləyirəm. Atamız var olsun! 

Soylu  Atalı: Bir  ildən  bir  az  artıq  vaxt  öncə  axtarışlarla,  soraqlarla  yurdunda  söz  yiyəsinin 

olmasını  eşitməklə  ünvanımıza  üz  tutan  və  dəyərlərimizi  öyrənməyə,  içinə  çəkməyə  başlayan, 

özünü  Ata  Yoluna  borclu  bilən,  onun  yükünün  altına  girən,  türk  heyrətiylə,  insan  heyrətiylə 

vurulan, Ocağımıza ümid verən, güvənc verən Güntay qardaşımız söz desin. 



Güntay  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif  Ataya  –  İnam  Ataya  ali 

səcdəylə sözümə başlayıram. Bayrağımızı öpürəm. 

 

 

Çox gözəl bir Günə şahidlik eləyirəm. Bu eldə bu ev “Qutsal Bitiq Ünvanı”na çevrildi. Təsdiq 



olundu.  Günev qardaşımın,  Elana bacımızın  sevincinə qatılıram.  Bu, Ocaq tarixində ən dəyərli 

yeri olan bir addımdır. Asif Atanın başladığı işi davam etdirməklə tarix yazırıq. Bu, sıradan bir iş 

deyil.  Kimsə  baxar  qıraqdan,  ona  adi  görünər,  mənim  isə  içimi  heyrət  bürüyüb. 

Soylu bəy ömrünün 24 ilini Asif Atanın Amalına verib, qaynayıb-qarışıb Amalla. Bizə də daim 

ruhani  yön  verir,  buna  görə  mən  Soylu  bəyə  minnətdarlığımı  bildirirəm.  Azərbaycan-türk 

ruhaniyyat tarixində Soylu bəy artıq adını yazıb, təsdiq eləyibdir. Ona görə də bu ünvanın Qutsal 

Bitiq  Ünvanı  olması  münasibətilə  onu  təbrik  edirəm.  Eləcə  də  Günev  qardaşımızı,  Elana 

bacımızı təbrik edirəm, onlar çox gözəl bir ünvanda yaşayırlar. 

Türk  Ruhaniyyatının  yaradıcısını  (Asif  Atanı)  oxumaq,  öyrənmək  gərək.  O,  insana  İnsan 

olduğunu deyir. Millətə  millət  olduğunu deyir. Xalq  olmağın  yolunu  göstərir. Toplumdan xalq 

düzəldir.  Dəyərlərin  itdiyi  bir  vaxtda  dəyər  yaradır,  dəyərlərə  sahib  çıxıb  xalq  yaradır.  Sabaha 

söz  deyir.  Min  il  bundan  sonraya  söz  deyir.  Çox  xoşbəxtəm.  Sağlığımızda  belə  ünvanların 

çoxalmasını görmək istəyirəm. Atamız Var olsun! 

Soylu  Atalı: Biz  dünəndən  bura  gəlmişik.  Dünəndən  də  demək  olar  ki,  iş  başındayıq. 

Sözümüz, tədbirimiz, əhvalımız görün nə qədər zəngindir. Bax, biz burda dedik, danışdıq, nahar 

elədik, iki gündür bir yerdəyik. Bu gördüyünüz insanlar bir-biri üçün adiləşmədi. Bir-biri üçün 

önəmini,  dəyərini  azaltmadı.  Bir-birinə  güldən  ağır  söz  demədi.  Yolboyu  gələndə  bir  söz 

işlətdim. Səfərə gedirik. Səfər çox böyük mədəniyyətdir. İnsanlar tədbirimizə gəlir. İki saat, üç 



saat, dörd saat bir yerdə oluruq. Bu müddəti özünü sıxarsan, mədəniyyətli, qanacaqlı görünməyə 

çalışarsan. Amma bir gün, iki gün, üç gün bir yerdə səfərdə olasan, içində nə varsa, üzə çıxacaq. 

Yaxşı,  ya  pis.  Mümkün  deyil  axıra  qədər  özünü  gizləyəsən.  Asif  Atanın  Ocağı,  mühiti, 

görürsünüzmü,  necə  içlər  oluşdurur.  Dedik  də,  güldük  də,  biz  burda  qaşqabaqla  oturmamışıq. 

Zarafatımız  da  oldu.  Amma  əndazəni  keçmədik,  bir-birimiz  üçün  adiləşmədik.  Sayğı  ortadan 

qalxmadı.  Dəyərimiz  öz  yerini  tanıdı.  Bu  böyük  bir  mədəniyyətdir.  Bizim  gəlişimiz  ruhani 

səfərdir. Bu da ruhani səfər mədəniyyətinin təsdiqidir. 

Bax, iki gündür bizimlə bir  yerdə içindən söz deyir, içindən hal  gəlir, bayaq da mən tonqal 

başında  həyəcanını  müşahidə  elədim.  O  həyəcanın  özü  mənimçün  müqəddəsdir.  Bizimlə  bir 

yerdə tədbirdə söz deyir, halımıza bağlanır, halımıza daxil olur. Eləcə də Bakıda, nə qədər tədbir 

keçiririksə, tək-tək tədbirlər olub  ki,  qatılmayıb.  Səhv etmirəmsə, iki ildir bizim tədbirlərimizə 

qatılır  Elçin  bəy.  Uzun  müddətdir  tanıyıram,  müşahidə  edirəm,  onun  mərifəti,  mədəniyyəti, 

xalqdan  gələn  tərbiyəsi  –  bunlar  insanlıq  üçün  özü  bir  mədəniyyət  örnəyidir.  İndi  sözü  varsa, 

buyursun. 



 

 

Elçin Həsənov: Bilirsiz, bəy, insanın gözləri bəzən nə demək istədiyini bildirir. Elana xanım 

da mənim kimi emosionaldır. Çıxışını bildirə bilmədi. Amma mən onun gözlərindən və bugünkü 

hərəkətlərindən  hər  şeyi  anladım.  Biz  iki  gündür  burdayq.  Bütün  çətinliklərə  rəğmən,  acılara, 

xəstəliklərə rəğmən böyük bir insaniyyətlik göstərdilər Günev bəy də, Elana xanım da. Bu gün 

biz insanlığın nə olduğunu burda gördük. Bundan sonra da görəcəyik. Mən birinci dəfədir bura 

gəlirəm. Gözəl bir əhvalla sabah çıxıb gedəcəm... Asif Ata Ocağı bu deməkdir. İnsanlıq axtara-

axtara  neçə  ildən  sonra  mən  Asif  Ata  Ocağına  gəldim.  İnsanlığın  nə  olduğunu,  türkçülüyün, 

vətənçiliyin nə olduğunu gördüm. Mən onların nə olduğunu bilirdim, bilmək ayrı, görmək ayrı. 

Bu gün biz sayca kiçik bir Ailəyik, amma böyük yükləri çiynimizdə daşıyırıq. 

Mən  burdan  böyük  xatirələr  aparıram  özümlə.  Böyük  insanlara  rast  gəldim.  İnsanlıq  bu 

deməkdir.  İnsanlığın,  vətənpərvərliyin  nə  olduğunu,  gözəlliyin  nə  olduğunu  mən  bu  evdə 

gördüm.  Sizlərdə  gördüm.  Bu  pafoslu  sözlər  deyil.  Ürəkdən  gələn  sözlərdir.  Amal  Bağında 

Məbədin tikintisi gedir. Böyük işlər görür Günev bəy. İnsanların ora axın-axın gələcəyinə mən 

əminəm. Çünki hər şey kiçik bir atəşdən, qığılcımdan yaranır. Neçə illər ola bilər, 24 il də olar, 

25 il də. Mən bir dəfə demişdim ki, demokratiya uzun yoldur. Mən baxıram ki, İnsanlaşma özü 

uzun bir yoldur. Bu yolu biz getməliyik. Biz vətən, torpaq deyirik. Bu millətin pisi də, yaxşısı da 




bizimdir.  Heç  kimdən  qaça  bilməzsən.  Sən  millətindən  qaça  bilməzsən.  Pis  insan  yoxdur,  pis 

münasibət var. Pis insanlara da, bizə pis münasibət bəsləyənlərə də insanlığımızı göstərməliyik, 

örnək olmalıyıq ki, onlar da bizim dalımızca gəlsinlər. Bundan sonra belə olacaq. 

Bugünkü Törənin məzmunu münasibətlərimizdə özünü göstərdi. Hər birinizi təbrik edirəm. 



Soylu Atalı: Təvəkkül bəy bizim bir neçə tədbirimizdə olub. Bu ənənəmizi də bilmirdi, bildi. 

Təvəkkül  qardaşımız  bizə  artıq  doğmalaşıb.  Yeganə  arzum  odur  ki,  Təvəkkül  bəy  getdikcə 

hərtərəfli Atanın irsiylə, işiylə, tələbiylə yüklənsin. Çünki o, öz evinin oğlu deyil, indi o hesab 

eləsin  ki,  öz  elinin  və  öz  xalqının  oğludur.  Öz  elinin,  xalqının  oğlu  olmaqdan  böyük  şərəf 

yoxdur. 

Dinləyək qardaşımızı. 



Təvəkkül  bəy: Emosional  olduğumdan  danışmaqda  çətinlik  çəkirəm.  Mənim  yazdıqlarım 

vardı, indi gətirəcəkdim, bir az tələsik oldu, ona görə qaldı. Əvvəllər elə bilirdim ki, mənim kimi 

düşünən olan insanlar yoxdur. Amma sizi tanıyandan sonra, bu Ocağa gələndən sonra gördüm ki

mən tək deyiləm, əksinə, hələ öyrənəcəyim çox şeylər varmış. 

Uşaqlıqdan bu hisslər mənim içimdə idi. Bu millətə həqiqətən  yazığım gəlirdi. Nə  yaxşı ki, 

siz  varsınız.  Nə  yaxşı  ki,  belə  ləyaqətli  qadınlarımız  var.  Mən  fəxr  edirəm  ki,  sizin 

əhatənizdəyəm.  Yeganə  məqsədim  də  budur  ki,  millətimizi  bax  bu  işıqlı  yola  dəvət  eləməkdə 

əlimdən gələni əsirgəməyim. Biz öz kökümüzə qayıda bilək. Şəxsən Soylu qardaşımıza da mən 

təşəkkür  edirəm  ki,  belə  coşğun,  qanadlı  söhbətlər  aparır,  iş  aparır.  Bu,  məni  həqiqətən  çox 

təsirləndirir. Uğurlarımızın artacağına çox inanıram. Atamız Var olsun! 

 

 

 

Soylu Atalı: Var olun. Hər birinizin ruhunuz uca olsun. Bayaq da vurğu elədiyim kimi, biz iki 

gündür  davamlı  iş  başındayıq.  Nə  baş  verdi?  İçimizin  insan  sevgisiylə,  tələbiylə  və  üz 

tutduğumuz gələcəyin müqəddəs sorağıyla evimizdən, yurdumuzdan qopub gəldik – vətənimizin 

Atagün Eli adlanan, Atagünləşən bir ünvanına. Biz burada iki Ruhani Ailənin birgə “Ailə Günü” 

mərasimini  keçirdik.  Bu  mərasimdə  biz  insanlığın,  Ocaqçılığın  hesabatını  verdik.  Bura 

gəlməzdən  öncəyə  qədərki  yaşantılarımızı  ifadə  elədik.  Mübarizəmizin  yönünü  ifadə  elədik. 

Gördüyümüz  işlərin  hesabatını  birgə  dinlədik.  Bu,  yolun  gedişini  rəvanlaşdıran,  gözəlləşdirən, 

qabağa aparan yeni mərhələyə çatdıran mərasimdir. İnsanın öz içində yol getməsidir. Amalında 

yol  getməkdir.  Xalqında  yol  getməkdir.  Bu,  üzü  gələcəyə  böyük  bir  eşqlə  qopub  uçmaqdır. 



Bu  gün  biz  Amal  Bağında  İnam  Məbədini  ziyarət  elədik.  İnam  Evini  ziyarət  elədik.  Eyni 

zamanda Atanın gömüldüyü ilk torpağı ziyarət elədik. Ora gəlişimizin mənasını izhar elədik. Biz 

Asif  Atanın  iz  qoyduğu  torpağa  gəlirik,  gözümüz  yadlıqlardan  yığışır.  Gözümüz,  üzümüz 

özümüzə dönür. Bizim gəlişimizin məqsədi odur. Tələbi odur. Biz öz yurdumuzu ziyarət edirik. 

Müqəddəsliyi öz yurdumuzda yaradırıq. Biz vətən adlanan böyük bir məzmunla, mənayla üz-üzə 

gəlirik,  iç-içə  gəlirik.  Bizim  ziyarətimizin  məqsədi  budur.  Vətənləşirik,  insanlaşırıq.  Bundan 

böyük əməl bəşər tarixində mövcud deyil... Dünyada bundan ali iş yoxdur. İçəridə nə qədər uca 

əhvallar  qaynayır.  İnsan  nə  qədər  coşar,  nə  qədər  daşar.  Niyə  içimiz  aşıb-daşır?  Niyə 

yorulmuruq,  niyə  tükənmirik?  İllərlə  bu  gücü,  bu  qüdrəti  yaratmışıq.  Nədən?  Asif  Ata  içimizə 

hopub. Onun varlığı ömrümüzə daxil olub. 

Hər bir insan öz içində Atanı yaratmalıdır. Öz içində yaratdığı Atayla özünə Atalıq eləməlidir. 

O,  fiziki  olaraq  yoxdur  həyatda.  Amma  onu  sən  içində  fərəhinə  çevirirsən,  gücünə,  qüdrətinə 

çevirirsən. Onunla özünə Atalıq eləyirsən. Tükənmirsən. Atanın tükənməzliyi gəlir içinə. Atanın 

coşğunluğu  gəlir  içinə.  Bax,  görürsünüzmü,  ona  görə  biz  deyirik  ki,  bundan  böyük  əməl 

tanımırıq.  Bundan  böyük  iş  tanımırıq.  Nə  eləyirsən  elə,  İnamın  Atasından  böyük  idraka  malik 

olmayacaqsan  ki.  İnamın  Atası  bütün  həlqələrin  hamısının  möhkəmliyini  yoxladı.  Heç  biri 

gələcəyə bağlı deyil. Dişinə vurdu hər şeyi. Ona görə dedi ki, ancaq və ancaq Ocaq gərəkdir. Bu 

gün sənin xalqın elə bir səviyyədədir ki, bu xalqın çiyninə yarımca xurcun belə, qoya bilməzsən, 

nəinki  böyük  hikmət  yükü.  Ona  söz  deyirsən,  ayrı  hava  çalır.  Ləyaqətsizləri  Allah  kimi 

qarşılayır, səni  isə  görmür. Sən bu səviyyə ilə hara  gedirsən?! Ona görə dəyişməlisən.  İçindən 

dəyişməlisən.  Atanın  dediyi  kimi,  ağac-ağac,  hal-hal,  fərd-fərd.  Az-az  ağlı  başında  olan 

insanlarımızın  içi  o  qədər  böyüməlidir,  o  qədər  genişlənməlidir  ki,  o  iç,  o  dözüm  min  il  tab 

gətirsin. Bizim içimiz min il tab gətirməlidir. Min il o fərəh qaynamalıdır. Bizim içimiz o qədər 

fərəhlə qaynamalıdır ki, min il ürəyimiz dözməlidir o yükə ki, xalq olaq. Xalq olmaq kommunist 

partiyası olmaq deyil. Böyük məsələdir. 

Beləliklə, biz bu gün bu tədbiri böyük bir şövqlə, fərəhlə həyata keçirdik. Sizin hər birinizin 

qəlbinizin  sevincini,  fərəhini,  dözümünü  alqışlayıram.  Hər  birinizin  qəlbinizin  gözəlliyini 

yaradan  o  fərəhi  alqışlayıram.  Hər  birinizin  qəlbinizdən  öpürəm.  Atamıza  layiq  əhvallar 

sərgilədiyinizə  görə,  Onun  gələcəyinə  uyğun  əhvallar  sərgilədiyinizə  görə  sizin  qəlbiniz 

müqəddəsdir 

və 

öpüləsidir. 



Kəbədən 

müqəddəsdir 

sizin 

qəlbiniz. 



Bununla  da  Günev  Atalının  evinə  “Qutsal  Onluğun  Qəbul  Törəni”ni  başa  çatdırırıq. 

Amaldaşlarım  Günev  və  Elana,  sizi  təbrik  edirik.  Ocağımızı  təbrik  edirik.  Sizin  ləyaqətinizə 

sevgimizi ifadə edirik. Həm də sizə Ocağımızın, Atamızın adından böyük bir İrsi həm ərmağan 

edirik, həm də sizə tapşırırıq. Sizə güvənirik və inanırıq. 

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



Atamız Var olsun! 

Günəş Ayı, 36-cı il. 

(mart, 2014.) 


 

 

 



 

 

 



 


 

 

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə