”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



Yüklə 71,5 Kb.
tarix28.06.2018
ölçüsü71,5 Kb.
#52331

”Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

Bridge to the Future Youth Union


Əttarlar küç, 118. AZ- 2000, Gəncə, Azərbaycan.

Tel.: +(99422) 57-05-08 Tel/fax: +(99412) 56-50-97



E-mail: office@bf-az.org; Web: www.bf-az.org

16.02.2007 Gəncə,Azərbaycan

Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Ekoloji maarifləndirmə sahəsində, “Mənim həyatım – Mənim Ətraf mühitimdir” adlı layihəsini açıq elan edir.

01 Fevral 2007-ci il tarixdən etibarən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi (bundan sonra Birlik) Norveç Hökumətinin qrantı əsasında “Ümumdünya Təbiəti Mühafizə” Fondu Qafqaz Proqram ofisi tərəfindən maliyyələşdirilən «Mənim Həyatım-Mənim Ətraf Mühitimdir» adlı layihəsini Samux rayonu ərazisində yerləşən Eldar şamı ətrafı kəndlərdə həyata keçirilməsinə başladı. Analoji bir layihə 2005-2006 cı illərdə Birlik tərəfindən həmin ərazidə uğurla başa çatmışdır. Bunu əsas tutaraq “Ümumdünya Təbiəti Mühafizə” Fondu Qafqaz Proqram ofisi bu sahənin əhali arasında təbliğinə ehtiyac duymur və bu layihənin icrasını “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinə həvalə etmişdir. Layihə 30 İyun 2007-ci il tarixinədək (5 ay müddətində) davam edəcək. Layihənin sonunda analoji layihələri Gürcüstanda həyata keçirən gənclər ve ətraf mühit sahəsində fəaliyyət göstərən təşkilatların Gəncə şəhərində dəyirmi masa arxasında görüşləri keçiriləcək.
Layihənin əsas məqsədi yerli əhali xüsusi ilə, məktəbli gənclər, eləcə də “Eldar şamı“ ətrafı kəndlərində (Poylu, Kəsəmən və Salahlı) yaşayan gənclər arasında Ekoloji biliklərin əsasları haqqında məlumatlandırmaqdan, nəticə etibarı ilə ətraf mühitin davamlı mühafizəsi üçün onları Ekoloji kampaniyalarda sıx iştiraka cəlb etməkdən ibarətdir. Layihə iki mərhələdən ibarətdir. İlk mərhələ hazırlıq xarakterli olmaqla Fevral ayının sonuna kimi davam edəcəkdir.İkinci mərhələ isə gənclər arasında Ekoloji sorğular, maarifləndirici təlimlər, ekoloji aksiyalar və digər bu kimi fəaliyyətləri özündə əks etdirəcək.
Layihənin icrasının nəticəsində isə 60 yaxın məktəbli və kənd gəncləri Ekologiya sahəsində təcrübə və biliklər qazanacaqlar və hədəf bölgələrində Ekoloji düşərgələr təşkil etmək üçün imkanlara malik olacaqlar, eləcə də sözü gedən sahədə davamlı strategiyanı inkişaf etdirəcəklər. Layihə haqqında əlavə məlumat üçün Birliyin İctimai Əlaqələr Şöbəsinə yaza bilərsiniz.

“Gələcəyə Körpü“ Gənclər İctimai Birliyinin

Ictimai Əlaqələr şöbəsi

Əlaqələndirici şəxs: Emil Hüseynov



hhemile@yahoo.com
Yüklə 71,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə