GəLİn biRlƏŞƏk de: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”



Yüklə 1,16 Mb.
səhifə1/16
tarix26.09.2017
ölçüsü1,16 Mb.
#2235
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   16

GƏLİN

BİRlƏŞƏK

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali-İmran surəsi, 64)

HARUN YƏHYA (ADNAN OKTAR)

OXUCUYA
Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə, Allah`ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də, bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allah`ın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allah`ın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar “bir nəfəsə oxunan kitablar” ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət şəraitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun, kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allah`ın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görər, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.


www.harunyahya.org www.harunyahya.net www.adnanoktar.az www.a9.com.tr

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA
Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın (səv) möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah`ın son kitabı və son sözü, Peyğəmbərimizin (səv) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayımlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq son sözü söyləməyi əsas almışdır. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allah`ın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-herseqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allah`ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc güdülmür.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah`ın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

www.harunyahya.org - www.harunyahya.net

www.harunyahya.TV

MÜNDƏRİCAT

GİRİŞ

I HİSSƏ

QURAN VƏ SÜNNƏYƏ ƏSASƏN, MÜSƏLMANLARIN KİTAB ƏHLİNƏ MÜNASİBƏTİ NECƏ OLMALIDIR?

II HİSSƏ

İSLAM TARİXİNDƏ MÜSƏLMANLAR VƏ KİTAB ƏHLİ

III HİSSƏ

RADİKALİZM TƏHLÜKƏSİNƏ QARŞI BİRLƏŞMƏK

IV HİSSƏ

İLAHİ DİNLƏRDƏ ORTAQ İNANC ƏSASLARI

V HİSSƏ

İLAHİ DİNLƏRDƏ ORTAQ İBADƏTLƏR, ORTAQ ƏXLAQİ DƏYƏRLƏR

VI HİSSƏ

ORTAQ FİKRİ MÜBARİZƏ

VII HİSSƏ

İLAHİ DİNLƏRDƏ MƏSİH (ƏS) VƏ MEHDİ (ƏS) İNANCI

VIII HİSSƏ

GƏLİN BİR OLAQ

NƏTİCƏ

TƏKAMÜL YALANI

GİRİŞ

Dünyanın sülhə, dostluq və qardaşlığa ən çox ehtiyac duyduğu dövrdə yaşayırıq. XX əsrə möhürünü vuran qarşıdurma və gərginliklər yeni əsrdə də sürətlə davam edir. Dünyanın hər yerində məsum insanlar bu qarşıdurma və gərginlikdən əzab çəkirlər.



Həmrəyliyin və yardımlaşmanın güclənməsinə duyulan təcili ehtiyaca baxmayaraq, bəzi insanların hələ də qarşıdurmanı (xüsusilə də dünyanın iki böyük və köklü sivilizasiyası arasındakı qarşıdurmanı) qızışdırmaları qarşımızda duran böyük problemdir. Bu insanların tələb etdiyi iki sivilizasiya qarşıdurmasının bütün dünyada böyük fəlakətə səbəb olacağı aydındır.

Bu cür fəlakətin qarşısının alınmasının əhəmiyyətli yollarından biri sivilizasiyalar arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi məsələsidir. Üstəlik, bu, heç də çətin deyil. Çünki İslam sivilizasiyası və Qərb dünyası arasında kəskin fərq yoxdur. Əksinə, (bu kitabda dəlillərlə sübut edəcəyimiz kimi) İslam sivilizasiyası və Qərb sivilizasiyasını meydana gətirən yəhudi-xristian mədəniyyəti arasında bir çox ortaq xüsusiyyət var. Bu ortaq xüsusiyyətləri əsas götürərək dünyadakı problemlərə əməkdaşlıqla çıxış yolu tapmaq heç də çətin olmaz. Xüsusilə yaşadığımız dövrün şəraiti nəzərə alınarsa...



Bu gün dünyada böyük fikri mübarizə hələ də davam edir və dünya iki qütbə bölünmüş vəziyyətdədir. Ancaq bu iki qütbün tərəfləri müsəlmanlar və yəhudi-xristianlar deyil. Bu iki qütbün bir tərəfində Allah’ın varlığına və birliyinə iman gətirənlər, digər tərəfində isə inkarçılar, yəni bir tərəfdə İlahi dinlərə inananlar, digər tərəfində də bu dinlərə qarşı olan ideologiyaları müdafiə edənlər durur. Dini və əxlaqi dəyərləri hədəf alan güc mərkəzləri əllərindəki geniş imkanları birləşdirərək dindarlara qarşı ittifaq halında hərəkət edirlər. Bu ittifaqı fikri mənada zərərsizləşdirmək, darvinist, ateist, dinsiz materialist təlqinlərin mənfi, dağıdıcı nəticələrini aradan qaldırmaq, gözəl əxlaqın, xoşbəxtliyin, rahatlığın, təhlükəsizliyin və rifahın hakim olduğu cəmiyyətləri meydana gətirmək üçün yeganə yol vardır: yer üzündəki vicdanlı insanlar, səmimi iman gətirən xristianlar, dindar yəhudilər və müsəlmanlar bu ortaq məqsəd uğrunda birləşməlidirlər.

Keçmişdə üç İlahi dinin mənsubları arasında müxtəlif bəhanələrlə bəzi qarşıdurma və anlaşılmazlıqların yaranması tarixi həqiqətdir. Ancaq bunlar yəhudilik, xristianlıq və İslamın özündən deyil, dövlətlərin, cəmiyyətlərin və fərdlərin yanlış qərar və düşüncələrindən, çox vaxt da iqtisadi və ya siyasi mənfəətlərindən qaynaqlanır. Çünki hər üç İlahi dinin ortaq məqsədlərindən biri bütün insanların sülh şəraitində, rahat, təhlükəsiz və xoşbəxt yaşamalarıdır. Bu məqsədə zidd olan və qarşıdurma yaradan hər cür düşüncə hər üç dinə görə də yanlışdır.

Bu səbəbdən, dinlər arasında qurulan əməkdaşlıq və ittifaq xristianların, müsəlmanların və yəhudilərin ədalət və sülh axtarışlarının, bəşəriyyətə fayda vermək istəklərinin təbii nəticəsi olar. Üç dinin mənsublarının arasındakı ittifaq yalnız yığıncaq və konfranslarla məhdudlaşan bir əlaqə deyil, ortaq dəyərləri müdafiə edən, eyni məqsəd uğrunda fikri mübarizə aparan, ortaq problemlərə birdəfəlik çıxış yolu tapmağı hədəf alan inanclı insanların birliyidir. Bu birlik hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişini gözlədiyimiz dövrdə və hz. Mehdinin (əs) yer üzündə olduğu dövrdə dünyanı nura və rahatlığa qovuşduracaq.

I HİSSƏ

QURAN VƏ SÜNNƏYƏ GÖRƏ MÜSƏLMANLARIN KİTAB ƏHLİNƏ MÜNASİBƏTİ NECƏ OLMALIDIR?

Bu kitabda xristianların, musəvilərin və müsəlmanların ortaq inanc əsaslarına, ortaq ibadətlərə, ortaq əxlaqi dəyərlərə sahib olduqları, eyni təhlükələrlə qarşılaşdıqları bu dinlərin müqəddəs kitabları əsasında izah edilir və kitab əhli (yəhudi və xristianlar) Quranda Rəbbimizin bildirdiyi kimi birləşməyə çağırılır. Bu çağırışın məqsədi bütün inanclı insanları eyni amal uğrunda birləşməyə - darvinizmə, materializmə, ateizmə, din düşmənçiliyinə, ictimai və əxlaqi degenerasiyaya qarşı birlikdə mübarizəyə və əl-ələ tutaraq Allah inancını və gözəl əxlaqı dünyanın hər yerində yaymağa dəvət etməkdir. Bu çağırış səmimi, vicdanlı, şəfqətli, gözəl əxlaqlı, sülhpərvər və ədalətli yəhudi, xristian və müsəlmanlara aiddir. Unutmaq olmaz ki, hamımız bir olan Allah’a iman gətiririk, Rəbbimizin bizə əmr etdiyi gözəl əxlaqı yaşamaq və yaymaq üçün səy göstəririk. Üç İlahi dinin mənsubları da:



-Allah’ın bütün kainatı yoxdan yaratdığına və bütün maddəyə sonsuz qüdrəti ilə hakim olduğuna inanır.

-Allah’ın bütün canlıları möcüzəvi şəkildə yaratdığına və insanın Allah’ın verdiyi ruha sahib olduğuna iman gətirir.

-Tarix boyu Allah’ın insanlara hz. Muhəmməd (səv), hz. İsa (əs) və hz. Musa (əs) ilə birgə hz. Nuh (əs), hz. İbrahim (əs), hz. İshaq (əs), hz. Yusif (əs), hz. Davud (əs) kimi bir çox peyğəmbər göndərdiyinə inanır və bütün peyğəmbərləri sevir.

-Ölümdən sonra dirilişə, Cənnət və Cəhənnəmə, mələklərin varlığına iman gətirir, Allah’ın həyatımızı bir qədər (tale) ilə yaratdığına inanır.

Yalnız inanc mövzusunda deyil, əxlaqi dəyərlərdə də kitab əhlinin inancları müsəlmanlarla uyğundur. Hal-hazırda fahişəlik, homoseksuallıq, narkomaniya kimi əxlaqsızlıqların, eqoist, mənfəətpərəst, mərhəmətsiz insan modelinin sürətlə yayıldığı bir dünyada kitab əhli və müsəlmanlar eyni dəyərlərə inanırlar: namus, iffət, təvazökarlıq, fədakarlıq, dürüstlük, şəfqət, mərhəmət, qarşılıqsız sevgi...

Biz, yəni müsəlmanlar hz. Musaya (əs) da, hz. İsaya (əs) da dərin sevgi və hörmət bəsləyir, onların Allah qatında qiymətli, mübarək insanlar olduqlarını bilir və Rəbbimizin göndərdiyi bütün peyğəmbərlərə iman gətiririk. Allah’ın Quranda bizə öyrətdiyi əxlaqın tələbinə uyğun olaraq, yəhudi və xristianların inanclarına, dəyərlərinə və ənənələrinə hörmət edirik. Allah Quranda müsəlmanlara kitab əhli haqqında belə əmr verir:

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”... (Ali-İmran surəsi, 64)

Bizim xristianlara və yəhudilərə olan çağırışımız da budur: Allah’a iman gətirən və Onun vəhyinə itaət edən insanlar kimi, gəlin ortaq iman sözündə birləşək. Hamımız Yaradıcımız və Rəbbimiz olan Allah’ı sevək. Onun əmrlərinə itaət edək və Allah’ın bizi doğru yola yönəltməsi üçün dua edək. Müsəlmanlar, xristianlar və yəhudilər ortaq sözdə birləşdikdə, bir-birinin düşməni deyil, dostu olduqlarını anladıqda, darvinizm, materializm, ateizm və dinsizliyə qarşı fikri mübarizənin aparılmasının vacib olduğunu gördükdə dünya daha fərqli bir yer olar. Əsrlər davam edən şiddət, qorxu və qarşıdurmalar sona çatar və sevgi, hörmət və rahatlığa əsaslanan yeni sivilizasiya qurular.

Müsəlmanların iki ilahi dinin mənsublarına sevgisi və şəfqəti



Müsəlmanlar həm yəhudiliyi, həm də xristianlığı Allah’ın vəhyi ilə yaranmış İlahi din kimi qəbul edirlər. Kitablarını tanıyırlar. Onları inkarçılarla, bütpərəstlərlə bir tutmur, əksinə, kitab əhli adlandırır və onların inanclarına anlayış və hörmətlə yanaşırlar.

Əlif, Lam, Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 1-4)

Bu ayələrdə müsəlmanlar həm hz. Muhəmmədə (səv) endirilən Qurana, həm də ondan əvvəl endirilən kitablara iman gətirən insanlar kimi təsvir edilirlər. Əvvəlki kitablar Quranda hz. İbrahimin (əs) səhifələri, hz. Musaya (əs) endirilən Tövrat, hz. Davuda (əs) endirilən Zəbur və hz. İsaya (əs) endirilən İncil kimi bildirilir. Bu kitablar bəzi insanlar tərəfindən təhrif edilmişdir, bu səbəbdən, bəzi hissələrində haqq dindən uzaq izahlar var. Bununla bərabər, Allah’a və axirət gününə iman gətirmək, şirk qoşmamaq, gözəl əxlaq göstərmək kimi haqq dinə uyğun əmrləri ehtiva edən hissələr də günümüzə qədər gəlmişdir. Bu kitabların içində nəyin haqq, nəyin təhrif olduğunu isə Qurana və Peyğəmbərimizin (səv) hədislərinə baxaraq asanlıqla anlaya bilərik.

O, sənə kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi – daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün... (Ali-İmran surəsi, 3-4)

Başqa ayədə Allah Tövratı belə tanıdır:

Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allah’a) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allah’ın kitabından qorunub saxlanılanlarla hökm verirdilər... (Maidə surəsi, 44)

Quranda bəzi yəhudi dindarların Tövratda kəlmələrin yerlərini dəyişdirib sapdırdıqları (Maidə surəsi, 41) və öz əlləri ilə kitab yazıb sonra da: “Bu, Allah'ın vəhyidir!” dedikləri (Bəqərə surəsi, 79), yəni Allah’ın kitabını təhrif etdikləri xəbər verilir. Bəzi xristianlar isə hz. İsanı (əs) ilahlaşdıraraq (Allah’ı tənzih edirik) böyük səhvə yol veriblər. (Nisa surəsi, 171) Allah Quranda kitab əhlindən olan bəzi insanların əxlaqi səhvlərinə də diqqət çəkir. Amma bunlar Kitab əhlinin hamısının qəflət və yanılma içində olduqları demək deyil. Allah yəhudi və xristianlar arasında da Allah’a səmimiyyətlə bağlı olan dindar insanların olduğunu müxtəlif ayələrdə xəbər verir:

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allah’ın ayələrini oxuyurlar. Belələri Allah’a, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali-İmran surəsi, 113-115)

Həqiqətən, kitab əhlindən elələri də var ki, Allah’a müti olaraq həm Allah’a, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allah’ın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

Buna görə də müsəlmanlar kitab əhli içərisində də səmimi iman gətirən bir çox insanın olduğunu bilir və səmimi insanlara sevgi, şəfqət və anlayışla yaxınlaşırlar. Müsəlman hər düşüncə və hər inancdan olan insana şəfqətlə yaxınlaşmalı, ona düşüncəsini ifadə etmə haqqını verməli, ibadətlərinə və ibadətgahlarına hörmət etməli, hər inanc sahibinin istədiyi kimi, azad yaşamasına imkan verməlidir. Bu, həm Quranın hökmü, həm də Peyğəmbərimizin (səv) həyatında nümunəsini gördüyümüz bir həqiqətdir. Unutmaq olmaz ki, hər insanın qəlbindəkini Allah bilir və Allah kitab əhlindən olan insanların da Öz qatında əcrlərinin olduğunu bildirir.

Hz. İbrahimin (əs) hənif dini



Allah Quranda hər cəmiyyət üçün bir yol və şəriət təyin etdiyini bildirmişdir. Rəbbimiz hər dövrdə peyğəmbərlər göndərərək cəmiyyətlərə fərqli şəriətlər, əmr və qadağalar göndərmişdir. Bütün peyğəmbərlər cəmiyyətlərini yalnız bir olan Allah’a iman gətirməyə, ibadət etməyə və Rəbbimizin əmrlərinə itaət etməyə dəvət etmişlər. Başqa sözlə desək, bütün haqq dinlər Allah’a heç nəyi şərik qoşmamaq, Allah’ın rizası, rəhməti və Cənnəti üçün yaşamaq və çalışmaq üzərində qurulmuşdur. Hər cəmiyyət Allah’ın onlara əmr etdiklərini əskiksiz olaraq yerinə yetirməklə və Allah rizası üçün gözəl davranmaqla məsuliyyət daşıyır. Rəbbimiz ayədə belə buyurmuşdur:

...Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allah’a olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. (Maidə surəsi, 48)

Kitab əhli və müsəlmanlar da fərqli şəriətlərə sahibdirlər, ancaq istər yəhudi və xristianlardan, istərsə də müsəlmanlardan səmimi iman gətirənlər Allah’a qəlbən təslim olmaqla, yaxşı və gözəl davranışlar göstərməklə və xeyirli işlərdə yarışmaqla məsuldurlar. Allah’ın varlığına və tək olduğuna inanan, ixlasla axirətə iman gətirən, saleh işlər görən hər üç İlahi dinin mənsubları, əslində, Rəbbimizin hz. İbrahimə (əs) endirdiyi haqq dinə itaət edirlər.

Allah Quranda ilk peyğəmbərin hz. Adəm (əs) olduğunu bildirir. Hz. Adəmdən (əs) sonra hz. İdris (əs) və hz. Nuh, peyğəmbər kimi göndərilmişdir. Hz. İbrahim (əs) isə hz. Nuhdan (əs) sonra yaşamışdır və onun nəslindəndir. Quranda belə bildirilir:

Aləmlər içərisində Nuha salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, o, Bizim mömin qullarımızdandır. Sonra o birilərini suya qərq etdik. Həqiqətən, İbrahim onun ardıcıllarından idi. (Saffat surəsi, 79-83)

Quranda hz. İbrahimin (əs) dininin hənif olduğu bildirilir. “Hənif” sözü Allah’ın əmrinə təslim olub, Onun dinindən heç vaxt dönməyən, ixlaslı insan deməkdir. Bir ayədə Allah hz. Muhəmmədə (səv) hz. İbrahimin (əs) hənif dininə tabe olmasını belə bildirmişdir:

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə