9
REDAKS ĠYADAN
Azərbaycan Xalq Cü mhuriyyəti Ensiklopediyasının işıq ü zü görməsi müstəqil A zərbaycan Respublikasının həyatında
mühü m hadisədir.
Ensiklopediya Azə rbaycan Xalq Cü mhuriyyəti tarixin in bütün sahələrini əhatə edən ilk fundamental e lmi soraq əsəridir.
İki cilddən ibarət olan Azərbaycan Xalq Cü mhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal
mübarizəsi və ictimai fıkir tarixin in ən mühü m məqamların ı, azad lıq hərəkatının görkəmli nü mayəndələrin in həyat və
fəaliyyətini, Azərbaycan Xa lq Cü mhuriyyətini doğuran tarixi ş ərait i, Cü mhuriyyət xadimlə rin in həyat və mübarizəsini,
Azərbaycan xa lqına qarşı həyata keç irilən kütləvi soyqırımlarını, Qafqaz İsla m Ordusunun xilaskarlıq ə mə liyyatların ı, böyük
dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq p lanlarını, Cü mhuriyyət Parlamenti və Höku mətinin
fəaliyyətini, dövlət quruculuğu, xarici siyas ət, ordu quruculuğu və ölkənin əra zi bütövlüyü uğrunda mübarizəni, ictimai-
siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xa ric i dövlətlərdəki Azə rbaycan diplo matik nümayəndəliklərinin fəa liyyətini,
habelə Cü mhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərə kat, siyasi mühacirət və s. məsələ ləri
işıqlandıran 1500-ə qədər termin-məqalə verilir.
Ensiklopediyada tarixi varislik prinsipinə əmə l olunaraq, Azə rbaycan Xalq Cü mhuriyyətindən əvvəlki dövrdə
dövlətçilik tarixinin ayrı-ayrı məsələlərinə, əhali və ərazi problemlərinə, çar Rusiyasının xüsusi məqsədlə həyata keçirdiy i
inzibati-ə ra zi islahatları nəticəsində Azərbaycanın tarixi torpaqların ın bölüşdürülməsinə, o cü mlədən Qərb i A zərbaycan
torpaqlarında ermən i dövləti yaratmaq siyasətinə, Cənubi Qafqaz ərazisindəki quberniyalar və qəzaların tarixinə,
ümu miyyətlə Cü mhuriyyət tarixi ilə bağlı bir sıra başqa məsələlərə və tarixi şəxsiyyətlərə dair materiallara da müəyyən yer
verilmişdir.
Cü mhuriyyət tarixinin ayrı-ayrı məsələləri yaxın keçmişdə saxtalaşdırıld ığından və qəsdən təhrif olunduğundan,
həmç inin bu dövrün bir ço x proble mlə ri indiyədək lazımınca a raşdırılmad ığından ensiklopediyada verilən məqa lələ rin böyük
əksəriyyəti tədqiqat xarakteri daşıyır və yeni elmi baxışı əks etdirir.
Ensiklopediyada Azərbaycan Xalq Cü mhuriyyəti dövrünün inzibati-əra zi bölgüsünü əks etdirən çoxsaylı rəngli
xəritələr, mətnda xili ağ-qara və rəngli şəkillə r, xəritələ r, cədvəllər, diaqra mla r, portret lər, hərbi ə məliyyat planları və başqa
illüstrasiya materialları verilir. Bunların bir ço xu ilk dəfə A zərbaycan Xalq Cü mhuriyyəti Ensiklopediyasında işıq üzü görür.
Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şima li Azərbaycanda dövlət müstəqilliyin in bərpası,
Yeni A zərbaycanda demokrat ik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqa mlarını ə ks etdirmə k
məqsədilə ensiklopediyada Azərbaycan xa lqının ü mu mmilli lideri Heydər Əliyev və onun davamçısı Pre zident İlha m Əliyev
haqqında da ayrıca məqalələr verilir.