Azərbaycan Respublikası
Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
22 fevral 2018-ci il
tarixinə olan
MƏLUMATI
Azərbaycan
-
Ermənistan münaqişəsinə dair
2
Tarixdə heç vaxt mövcud olmamış “Böyük Ermənistan” yaratmaq ideyasının
müəllifləri 1988
-
ci ildən etibarən yenidən Azərbaycan Respublikasına qarşı ərazi
iddiaları irəli sürməyə və Dağlıq Qarabağda separatizmi alovlandırmağa başladılar.
Həmin dövrdə Azərbaycanın və Ermənistanın daxil olduğu SSRİ rəhbə
rliyinin
məsələyə ermənipərəst münasibəti münaqişənin silahlı toqquşma, hərbi mərhələyə
keçməsinə, bununla da qaçqın və məcburi köçkün, əsir
-
girov və itkinlər kimi ağır
humanitar problemin yaranmasına səbəb olmuşdur.
Ona görə də müharibə zamanı itkin düşmüş şəxslərin axtarılması, əsir və
girovların Vətənə qaytarılması, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin
uzlaşdırılması məqsədilə
1993-
cü ildə
Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmışdır.
Dövlət Komissiyası beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq
aidiyyəti beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə
əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmiş
dir.
Ən vacib məqamlardan biri isə bu
sahədə olan beynəlxalq sənədlərin
qəbulu və onlardan irəli gələn öhdəliklərin
yerinə yetirilməsi idi.
Axtarış
-
araşdırma tədbirləri, siyahılarda dəqiqləşmə işi və
statistik məlumatlar
Aparılmış araşdırmalar nəticəsində
5
mindən artıq
Azərbaycan vətəndaşının
itkin düşməsi, əsir
-
girov götürülməsi faktı müəyyən edilmişdir. Ötən müddət ərzində
1450
nəfər
Azərbaycan vətəndaşını əsir
-
girovluqdan azad etmək mümkün
olmuşdur (1
fevral 2018-ci
il tarixə olan məlumat)
Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komis
siyasında
3875
nəfər
itkin düşmüş şəxs kimi
(1 fevral 2018-
ci il tarixə olan
məlumat
)
qeydiyyata alınmışdır.
3165
nəfəri
hərbçi,
710
nəfəri
mülki şəxsdir
Mülki
şəxslərdən
67
nəfəri
itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (44 nəfər oğlan
23
azyaşlı qız),
265
nəfər qadın
, 326
nəfər yaşlı şəxsdir (160 kişi,
166
nəfər
qadın).
İtkin düşmüş 38
75
nəfərdən
871
nəfərinin
(o cümlədən 2
9
uşaq, 9
8
qadın,
113
qoca) əsir
-
girov götürülməsi, yaşayış məntəqələri, kəndlər və şəhərlər işğal
olunarkən öz evlərini tərk etməməsi və işğal ərazisində qalması faktı müəyyən
edilmişdir. Erməni əsirliyindən azad edilmiş, eyni zamanda döyüşlərdə iştirak etmiş
hərbçilərin və hadisə şahidi olmuş mülki vətəndaşların ifadələri əsasında həmin
şəxslərin siyahısı tərtib edilmişdir. Sübu
tlara
baxmayaraq, Ermənistan Respublikası
bu şəxslərin onlar tərəfindən əsir
-
girov götürülməsi və saxlanması faktını inkar edir.
Bu sahədə ən ciddi və təkzib edilməz digər fakt isə Beynəlxalq Qızıl Xaç
Komitəsi tərəfindən 1998 və 2001
-
ci illərdə Dövlət Komissiyasına təqdim edilmiş
məktublarda adı keçən 50 (əlli)
azərbaycanlı ilə bağlıdır. Həmin məktublara əsasən,
3
intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir
-girov
götürülmüş 50 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və bu ölkə
tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində
BQXK tərəfindən saxlanma yerlərində baş çəkilmiş və onlar bu qurumun rəsmi
qeydiyyatında olmuşlar. Lakin sonradan həmin 50 nəfərdən 16 nəfərinin
meyiti
qaytarılsa
da,
34 nəfərin
son taleyi barədə məlumatlar gizlədilmişdir.
Beynəlxalq humanitar hüquq normalarının
pozulması ilə bağlı faktlar
Azərbaycan Respublikası münaqişənin əvvəlindən öz işini bütövlükdə
müharibə qurbanlarının müdafiəsinə dair 1949
-
cu il Cenevrə
Konvensiyalarının
tələblərinə uyğun surətdə həyata keçirmişdir. Münaqişəni başlayan Ermənistan isə
həmin beynəlxalq sənədlərə məhəl qoymamış və beynəlxalq humanitar hüquq
normalarını pozmaq xətti götürmüşdür.
Əsir
-
girovluğa sürüklənənlər hərbi əməliyyatların intensiv dövründə erməni
əsir
-
girovluğundan azad edilmiş vətəndaşların bir qismində sonradan keçirilmiş tibbi
müayinə zamanı yoluxucu xəstəliklər aşkar olunurdu.
Faktlar:
a)
Azərbaycan vətəndaşlarının əsir
-
girov götürülməsi və saxlanması
faktları
26 fevral 1992-
ci il tarixdə Xocalı şəhərinin işğalı zamanı və şəhər sakinlərinin
gözü qarşısında 13 gənc (13
-
15 yaşlarında) oğlan yaxın qohumlarından zorla
ayrılaraq naməlum istiqamətdə aparılmışdır. Sonrakı taleləri məlum deyil.
Ermənistandan qovularaq Xocalı şəhərinə sığınmış Məmmədovlar ailəsi də
eyni taleyi yaşamışdır. Belə ki, Ermənistan hərbçiləri girov götürdükləri
Məmmədovlar ailəsinin 7 üzvündən ana –
Narxanım Məmmədova və üç
azyaşlı uşağın dəyişdirilməsinə razılıq versə də, ata –
Məmməd
Məmmədovun və oğlanlar, 17 yaşlı Möhlətin və 16 yaşlı Söhbətin azad
edilməsinə razılıq verməmiş, onları naməlum istiqamətə aparmışlar.
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı zamanı
- 31 mart 1993-
cü il tarixdə rayonu tərk edən dinc
əhalinin olduğu maşın karvanı “tunel” ərazisində pusquya salınaraq atəşə
tutulmuşdur. Şahidlərin ifadəsinə əsasən, hadisə zamanı girov götürülən
mülki şəxslərin
bir hissəsi yerindəcə güllələnərək yandırılmışlar. Girov
götürülmüş şəxslərin arasında 3 yaşlı Quliyeva Aygün Qara qızı və onun
azyaşlı bacı
-
qardaşları da olmuşdur. Həmin 6 uşaqdan yalnız 3 (üç) nəfəri
azad edilsə də, Aygün və onun qardaşları
-
10 yaşlı Məzahir və 12 yaşlı
Yaşarın sonrakı taleləri məlum deyil.
4
b)
Əsir
-
girovların qətlə yetirilməsi və işgəncə faktları
Erm
əni silahlı birləşmə
l
ə
ri Xocav
ənd rayonunun işğalı zamanı (17.02.1992)
Qaradağlı kə
ndind
ən girov götürdüklə
ri 118 n
ə
f
ə
r k
ə
nd sakinind
ə
n 33 n
ə
f
ə
rini
yerind
ə
c
ə
güllə
l
əmişlər. Faktı girovluqdan azad edilmiş kə
nd sakinl
ə
ri t
ə
sdiq
edir.
1993-
cü ilin aprel ayının 1
-d
ə
Erm
ənistan silahlı birləşmə
l
ə
rinin Az
ərbaycanın
K
ə
lb
ə
c
ər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis
rayonundakı qərargah radiostansiyasından («QSM
-
7») Kə
lb
ə
c
ər döyüş
bölgə
sind
əki baş radiostansiyaya («Uraqan») bölgə
d
əki bütün sə
yyar
radiostansiyalara çatdırmaq üçün tə
cili
əmr verilmişdir. Əmrdə
ə
sir v
ə
girov
götürülmüş Azə
rbaycan v
ə
t
əndaşlarını, o cümlə
d
ən qocaları, qadınları və
uşaqları tə
cili m
əhv edib basdırmaq tə
l
ə
b olunurdu. T
ə
l
ə
sikliy
ə
s
ə
b
ə
b
az
ərbaycanlılar barə
sind
ə
törə
tdikl
ə
ri v
əhşiliklə
rin izl
ə
rinin h
əmin vaxt döyüş
bölgə
sin
ə
g
ə
l
ə
n
beyn
əlxalq nümayə
nd
ə
hey
ə
tind
ən, o cümlə
d
ə
n
jurnalistl
ə
rd
ə
n gizl
ə
tm
ək olmuşdur. Ermə
ni h
ə
rbi birl
əşmə
l
ə
ri komandirl
ə
rinin
efird
əki bu radiodanışığının mə
tni 1993-
cü ilin aprel ayının 6
-7-d
ə
lent
ə
alınmışdır.
16 fevral 1994-
cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya
qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin
öldürüldüyünü bəyan etmişdir. Bakıda meyitlər üzərində keçirilən məhkəmə
tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası
Rəyasət Heyətinin və Böyük Britaniyanın «Həkimlər insan hüquqları uğrunda»
təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni
silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş
nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya «qaçmağa cəhd
edərkən» öldürülməsi fikrini rədd etmişdir.
1973-
cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac
-susuz
saxlanıldığından 23 noyabr 1993
-c
ü il tarixdə Yerevan hərbi hospitalında
kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.
Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.93) Gülcamal
Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni «həkim» Aida
Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Nəticədə ömürlük şikəst olmuş
Arzu Hacıyev 2003
-
cü ildə ölmüşdür.
Əsir girovların kütləvi şəkildə və vəhşicəsinə qətlə yetirilməsi adəti erməni
etnopsixolo
giyasının ayrılmaz tərkib hissəsidir
desək, yanılmarıq
.
İrəvan quberniyası, Şərur
-
Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azər
-
baycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apres
-
5
yanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill «İnsanlar
belə imişlər» adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti
zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə
çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min
azərbaycanlının qətlə yetirildiyini bildirmişdir. Ovanes Apresyan xatırlayır: «Qərbi
Ermənistandakı hərbi hissələrimizin əsas qüvvələri Aleksandropolun 60
kilometrliyində, dəmiryolu xətti üzərində yerləşən Qarakilsə şəhərinə toplanmışdı.
Türklər Aleksandropla yaxınlaşanda biz də Qarakilsəyə çəkilərək əsas
qüvvələrimizə birləşdik. Bu zaman ruslar tərəfindən əsir edilmiş, amma onların
cəbhədən çəkilməsi nəticəsində bizim əlimizə keçmiş 3 min nəfərlik hərbi əsirləri də
özümüzlə götürdük. Qarakilsəyə geri çəkildiyimiz zaman bu zavallılardan 2 min
nəfəri mərhəmətsizcəsinə öldürüldü. Şahidi olduğum həmin kütləvi qətl məni xəstə
vəziyyətinə salsa da etirazımı bildirməyə cəsarət etməmişdim. Əsirlərin bir hissəsini
heç bir işgəncə vermədən sadəcə güllələmişlər, Böyük əksəriyyətini isə diri
-diri
yandırmışdılar, Əsirləri saman yığılmış mərəkələrə doldurur, sonra isə samanlığa
hər tərəfdən od vururdular».
Əlbəttə ki,
müasir dövrdən və tarixdən gətirilən
bu faktlar
arasındakı oxşarlığı
sübut etmək üçün hər hansı
xüsusi texnologiyaya ehtiyac yoxdur. Bu faktlar təsdiq
edir ki, cəmiyyətin inkişaf etməsinə və bir sıra müasir beynəlxalq hüquq
normalarının qəbul edilməsinə baxmayaraq, Ermənistan hərbçilərinin əsir və girov
götürülmüş insanlara olan münasibəti dəyişməmiş, əksinə yeni vəhşilik çalarları
qazanmışdır.
Apar
ılan təhlillər və araşdırmalar ermənilərin əsir və girov götürülmüş
insanlarla davranışı və onların saxlanma şəraiti ilə bağlı münasibətini aşağıdakı
kimi təsnif etməyə imkan verir:
Beynəlxalq humanitar hüquq normalarına zidd olaraq mülki əhali
qorunmamış, onlar girov götürülmüş və bir çox hallarda uzun müddət
girovluqda saxlanmışdır (3
-
cü və 4
-
cü Cenevrə Konvensiyalarının 3
-
cü
maddəsi);
Yaşına və cinsinə məhəl qoyulmadan onlara dəhşətli işgəncələr verilmiş və
qeyri-
insani şəraitdə saxlanılmışdır;
Cenevrə Konvensiyalarının tələbinə
uyğun olaraq düşərgələr yaradılmamış,
bir çox hallarda isə əsir və girovlar hərbi hissələrdə saxlanmışdır;
Əsir və girovlar Ermənistanda ağır cinayətlər törətmiş şəxslərlə birlikdə
həbsxanalarda saxlanmışdır;
Ayrı
-
ayrı səhra komandirləri və «səlahiyyətli»
şəxslər tərəfindən evlərdə və
müxtəlif fərdi saxlanma yerlərində saxlanmış və çirkin məqsədlər üçün istifadə
olunmuşlar;
6
Cenevrə Konvensiyalarının ziddinə olaraq müxtəlif məlumatların əldə
olunması üçün dəhşətli işgəncələrin müşayiəti ilə qeyri
-qanuni sor
ğu
-suallara
cəlb olunmuşlar;
Müxtəlif tibbi və digər eksperiment obyektinə çevrilmiş, bədənlərinə şüalar
verilmiş və tərkibi məlum olmayan maddələr yeridilmişdir;
Biri-
birinə qarşı alçaldıcı və təhqir edici əməllər törətməyə təhrik edilmişlər;
Biri-birinin
əleyhinə ifadələr verməyə məcbur edilmişlər;
Onlara qarşı yalançı ittihamlar irəli sürülmüş və günahsız olaraq
qeyri-qanuni
məsuliyyətə cəlb edilmişlər;
Soyuq və qarlı havada paltarsız vəziyyətə açıq meydanda saxlanılmış və
müxtəlif heyvan hərəkətlərini yerinə yetirməyə təhrik edilmişlər;
İtlə və ya digər heyvanlarla bir qabdan yemək yeməyə məcbur edilmişlər;
Nəhayət hər bir vəchlə beynəlxalq təşkilatlardan gizlədilmişlər və s.
B
u təsnifatı genişləndirmək də olar, lakin qeyd olunanlar da kifayət edir ki,
E
rmənistanın Azərbaycana təcavüzü zamanı insanlığa və bəşəriyyətə qarşı ağır
cinayətlər törədilmişdir. Təəssüf ki, beynəlxalq hüquq normalarını yaratmış və qəbul
etmiş müasir dövlətlər isə onlara bu cinayətləri davam etdirmək üçün yeni şəraitlər
yaradır.
c)
Əsir və girovların alver obyektinə çevrilməsi faktları
Yuxarıda qeyd olunduğu kimi, münaqişənin əvvəlində Ermənistan tərəfi əsir
və girov götürdüyü Azərbaycan vətəndaşlarını yaxın qohumlarına satmağa və
bununla da onların alver obyektinə çevrilməsi kimi
cinayət faktına imza atmışdır.
Son illər Dövlət Komissiyasında aparılmış araşdırmalar təsdiq edir ki,
69
Azərbaycan vətəndaşı əsir və girovluqdan böyük məbləğdə pul ödənilməsi
müqabilində azad olunmuşdur. Əlbəttə ki, bu yalnız məlum olan faktlardır.
Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına
dəhşətli işgəncələr vermiş, onun qulaqlarını kəsmiş, anası hədə və şantajlara
dözməyərək dəli olmuş, qızın özünü isə 4 mln rus rubluna ailəsinə satmışlar.
Ermənistan hərbçiləri tərəfindən
18.10.1992-
ci ildə Laçın şəhərində əsir
götürülmüş Nəzərov Aqşin Nəcmi oğlu 23 oktyabr 1993
-
cü il tarixdə Aram adlı
erməni tərəfindən atasına 7,5 mln rus rubluna satılmışdır.
28 avqust 1993-
cü il tarixdə doğulduğu Füzuli rayonu ərazisində Ermənistan
hərbçiləri tərəfindən girov götürülmüş Bakı şəhəri təcili tibbi yardım
xəstəxanasının həkimi Şixəliyev Şəmsi Xanəhməd oğlu 27 mart 1995
-ci il
tarixdə Rusiyada yaşayan qardaşına 8 min ABŞ dollarına satılmışdır.
7
Çox vaxt isə nəticələr daha da dəhşətli olurdu. Daha iki fakta diqqət yetirək:
31 dekabr 1992-
ci ildə Qazax rayonunun Ermənistanla sərhəd ərazisində
itkin düşmüş İsayev Əsgər İsmayıl oğlunun axtarışı ilə məşğul olmuş
qardaşı İsayev Cahangir İsmayıl oğlu və bacısının həyat yoldaşı
Məmmədov Məmməd Qərib oğl
u 7 noyabr 1993-
cü il tarixdə Ermənistanın
Gürcüstanla sərhəd ərazisinə gedərək orada ermənilərlə danışığa
girmişlər. Ermənilər göstərilən iki nəfəri də aldadaraq Ermənistana
aparmışlar. Hazırda onların hər üçünün sonrakı taleyi qaranlıq qalmışdır.
1993-c
ü ilin fevral ayında Azərbaycan Respublikasının Ağdərə rayonu
uğrunda gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri
Quliyev Xaqanı Nurəddin oğlunun axtarışı ilə məşğul olmuş doğmaları öz
təşəbbüsləri ilə Rusiyada yaşayan ermənilərlə əlaqə yaratmışlar. Onları
guya Xaqani Quliyevin sağ olduğuna inandırmış ermənilər 25 min ABŞ
dolları müqabilində onu azad edəcəklərini bildirmişlər. Yaxın qohumlarının
köməkliyi ilə həmin vəsaiti toplamış Xaqani Quliyevin qardaşı Mahir
Quliyev 1996-
cı ilin yayında Rusiyaya getmişdir. Lakin ermənilər göstərilən
məbləği gətirmiş Mahir Quliyevin özünü də orada qətlə yetirərək pulu
götürmüş və aradan çıxmışlar. Mahir Quliyevin meyiti həmin ilin avqust
ayında ailəsi tərəfindən gətirilərək Şamaxı şəhərində dəfn edilmişdir.
ç)
Əsir
-
girovlardan Azərbaycan Respublikasının əleyhinə əməkdaşlığa
məcburi cəlb edilməsi faktları
Əsir
-
girovların hədə
-
qorxu və şantaj vasitəsi ilə erməni xüsusi xidmət
orqanları tərəfindən məcburi əməkdaşlığa cəlb edilməsi və Azərbaycan
Respublikasına qarşı terror
-
təxribat əməlləri törətməyə təhriki faktları da
mövcuddur.
3 iyul 1994-
cü il.
Bakı metropolitenin «28 May» və «Gənclik» stansiyaları
arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər
müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Terror aksiyası Azərbaycan Res
publika
sının vətəndaşı, 13 yanvar 1994
-
cü
ildə əsir düşmüş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə
araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994
-
cü ildə erməni
ideoloqlar
ından biri, Zori Balayan hərbi əsir, milliyyətcə ləzgi Azər Aslanovla
görüşmüş, azərbaycanlılara qarşı mübarizədə azsaylı xalqların birgə fəaliyyət
göstərmələrinin vacibliyini təlqin etmişdir
. 9 iyun 1994-
cü ildə Ermənistan xüsusi
xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng
vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından
birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir
. 16 iyun 1994-
cü il
tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova
8
anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, məxfi
əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün adına
saxta
sənədlər hazırlanmış, part
la
yıcı maddə isə peçenye, şokolad və dezodorant
qutularında gizlədilmişdir.
A.Aslanov Azərbaycana gələrək, 3 iyul 1994
-
cü ildə Bakı metrosunun «28
May» və «Gənclik» stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və
yenidən Ermənistana qayıtmışdır. Yerevanda girov saxlanılan anası bundan sonra
azad olunmuşdur.
Çoxsaylı faktlar göstərir ki, Ermənistan xüsusi xidmət orqanları Azərbaycan
Respublikasına qarşı kəşfiyyat
-
təxribat fəaliyyətində azərbaycanlı əsir və
g
irovlardan fəal istifadə edir, onlar vasitəsi ilə terror və digər düşmənçilik əməllərini
həyata keçirməyə çalışırlar. Araşdırmalar zamanı 107 nəfərin erməni əsirliyində
olarkən məxfi əməkdaşlığa cəlb olunması faktları aşkar edilmişdir. Onların böyük
əksəriyyəti hər hansı düşmənçilik hərəkəti etmədiyi üçün cinayət məsuliyyətinə cəlb
olunmamışlar.
d) Əsir
-
girov probleminin siyasiləşdirilməsi və psixoloji təzyiq vasitəsinə
çevrilməsi faktları
Son vaxtlar Ermənistan Respublikası bir qayda olaraq atəşkəsin pozulması və
yaxud qoşunların təmas xəttində baş vermiş hər hansı hadisə nəticəsində həyatını
itirmiş insanların meyitini uzun müddət gizlədərək saxlamaq və bununla da
humanitar hadisədən psixoloji təzyiq vasitəsi kimi yararlanmaq taktikasından açıq
aşkar istifadə edir.
Beynəlxalq
humanitar
hüquq
normalarının
Ermənistan
tərəfindən
pozulmasının ən qabarıq nümunəsi isə Xocalı soyqırımıdır.
Məlumdur ki, Xocalı soyqırımı XX əsrdə ermənilər tərəfindən Azərbaycan
xalqına qarşı törədilmiş yeganə soyqırımı
aktı deyil.
Ancaq bu soyqırımı cinayətini
əvvəlkilərdən fərqləndirən bir sıra məqamlar var. Bu məqamları dərindən bilmək
üçün hər şeydən öncə soyqırımın baş verdiyi tarix, həmin dövrdəki ictimai
-siyasi
vəziyyət, o cümlədən daxili və xarici təsirlər ətraflı şəkildə araşdırılmalıdır. Bu
araşdırma həm elmi ictimai və publisist, həm də hərbi
-
siyasi və hüquq müstəvisində
aparılmalıdır. Bütün bu məqamlar dərindən araşdırılmadan dəqiq nəticənin əldə
edilməsi mümkün deyil.
Qeyd etmək zəruridir ki, Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası Xocalı soyqırımından bir il sonra yaradıldığı üçün
bilvasitə bu soyqırımı zamanı Ermənistan tərəfindən törədilmiş humanitar fəlakətin
aradan qaldırılmasında iştirak etməyib. Ancaq bu soyqırımı
aktında törədilmiş
humanitar fəlakətin miqyası o qədər genişdir ki, insanların son taleyinin dəqiq
müəyyən edilməsi üçün ciddi və ardıcıl tədbirlərin aparılması zəruridir. Bir məqamı
xüsusi olaraq qeyd etməliyəm ki, həm Xocalı soyqırımı, həm də ümumiyyətlə,
9
Ermənis
tan
–
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş
bütün insanların son taleyinin aydınlaşdırılması üçün Azərbaycan torpaqlarının
işğaldan azad edilməsi vacibdir. İşğal faktoru humanitar problemlərin həllinə ciddi
mane olan amildir.
Bütün bunlara baxmayaraq, Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin bu sahə ilə bağlı müəyyən etdiyi vəzifələrin icrası
istiqamətində zəruri işlər aparır. Qeyd edək
ki, bu problem cənab Prezidentin diqqət
mərkəzində saxladığı prioritet sahələrdən biridir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general
-
leytenant Mədət Quliyev
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015
-
ci il tarixli Sərəncamı ilə
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının sədri təyin edildikdən sonra siyahılarda dəqiqləşmə işinin mümkün
qədər qısa müddət ərzində başa çatdırılması işini qarşıya əsas vəzifə kimi
qoymuşdur. Buna görə də Komissiya son illərdə bütün itkin düşmüş şəxslərin
siyahılarının dəqiqləşdirilməsi sahəsində ciddi və təxirəsalınmaz işlər aparmışdır.
Sözsüz ki, bu dəqiqləşmə işi Xocalı soyqırımı zamanı itkin düşənlərə də
aiddir. Məlumdur ki, soyqırımı ərəfəsində Xocalıda bu şəhərin sakinləri ilə yanaşı,
həmin dövrdə Ermənistandakı ata
-
baba yurdlarından və Dağlıq Qarabağdakı
kəndlərdən
qovulmuş
azərbaycanlılar,
həmçinin
də
axısxa
türkləri
məskunlaşmışdılar. Ona görə də soyqırımı
ərəfəsində əslində şəhərdə yaşayan
insanların sayı çox olmuşdur. Bu səbəbdən araşdırma prosesində rəqəmlərin
dəyişəcəyi mümkündür. Hazırda isə Komissiya tərəfindən dəqiqləşmiş məlumata
əsasən, 197 nəfər
Xocalı soyqırımı zamanı itkin düşmüş şəxs kimi Komissiyanın
qeydiyyatındadır. Onların arasında 36 nəfər uşaq
(1
4 qız), 65 nəfər qadın, 33 nəfər
qoca
(20 qadın)
da var. İtkin düşmüş, 197 nəfərdən 95 nəfərinin işğal zamanı əsir
-
girov götürülməsi və saxlanması faktı şahid ifadələrinə əsasən müəyyən edilmişdir.
Komissiyada aparılmış araşdırmalar nəticəsində soyqırımı
a
ktı zamanı ermənilər
tərəfindən əsir
-
girov götürülmüş
415
nəfərin
azad edildiyi müəyyən edilmişdir.
Onların arasında 117 nəfər uşaq, 199 nəfər qadın 74 nəfər qoca olmuşdur.
Bundan başqa, Komissiya tərəfindən əsir
-
girovluqdan azad edilmiş Xocalı
sakinlərinin əksəriyyətinin hadisə ilə bağlı həm yazılı, həm də video ifadələri
alınaraq arxivləşdirilmişdir. Bu materiallar eyni zamanda, aidiyyəti üzrə istintaq
-
əməliyyat qrupuna da göndərilmişdir.
İnsanlığa qarşı aşkar cinayət törətmiş Ermənistan hələ də Xocalıya
hücum
zamanı guya dinc əhalinin şəhərdən çıxması məqsədi ilə dəhlizin yaradıldığı
barədə cəfəng məlumatlar yaymaqdadır. Lakin həm Komissiyada aparılan
araşdırma və təhlil işi, həm soyqırımı
faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı
zamanı, xüsusən də şahid ifadələri tam şəkildə təsdiq edir ki, şəhər hər tərəfdən
mühasirəyə alınmış və dinc əhaliyə qarşı aşkar soyqırımı
həyata keçirilmişdir.
10
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən qətlə
yetirilmişdir. Hətta bu məqsədlə ayrı
-
ayrı erməni terrorçu
-
quldur dəstələri tərəfindən
əvvəlcədən müəyyən edilmiş yerlərdə pusqular da təşkil edilmişdir. Dəhlizin
olmaması faktını hadisə zamanı orada olmuş xarici jurnalistlər və beynəlxalq
təşkilatların nümayəndələri da təsdiq edir. Təsadüfi deyil ki, Rusiyanın «Memorial»
hüquq
-
müdafiə mərkə
zi
nin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda
qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təh
qi
rə məruz
qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o
cümlədən 13 uşaq) məhkəmə
-
tibbi ekspertizasından keçirilmişdir. Eks
pertiza
zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfə
rin
ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür
.
Hüquq
-
müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə
almışdır.
Şəhərə hücum zamanı əhali əsasən, Ağdam rayonu istiqamətində hərəkət
etmişdir, Əslində əhalinin başqa çıxış yolu da olmamışdır. Bu istiqamətdə hərəkət
edən əhalinin əsas məqsədi Ağdam şəhərinə çatmaqdan və onlar üçün qurulmuş
kütləvi qətliam tələsindən canlarını qurtarmaqdan ibarət olmuşdur. Ancaq düşmən
bu məqamları çox dəqiq şəkildə işləmiş, əhalini əvvəlcədən soyqırıma məruz
qoymağı, sonuncu nəfərinədək qətlə yetirməyi vacib hərbi
-
strateji məqsəd kimi
müəyyən etmişdir. Məhz bu məqsədlə Xocalıya aparan bütün avtomobil yolları
soyqırımı aktından hələ 4 ay əvvəl –
1991-
ci il oktyabr ayının sonunda tamamilə
bağlanmışdır, şəhərlə yeganə əlaqə yalnız vertolyotların vasitəsi
ilə həyata
keçirilirdi. 1992
-
ci ilin yanvarın 28
-
də Ağdamdan Şuşaya uçan Mİ
-8 vertolyotu
şəhərə çatmamış, Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən raketlə
vurularaq partladıldığı üçün Xocalı ilə vertolyot əlaqəsi də kəsilmişdi. Bundan sonra
isə Ermənistan ordusu bir
-
birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar
yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etmiş və Xocalının mühasirəsi tam
şəkildə başa çatdırılmışdır.
Bu soyqırımının Xocalıda törədilməsinin Ermənistan üçün vacib məqsədi
Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsindən ibarət
olmuşdur. Çünki Xankəndidən 10 kilometr cənub
-
şərqdə, Ağdam
-
Şuşa və Əsgəran
-
Xankəndi yollarının arasında yerləşən Xocalı bölgədə strateji əhəmiyyətli ərazi kimi
Ermənistanın hərbi
-siyasi
xuntasını narahat edirdi. Şəhərin əhəmiyyətini artıran
səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada
yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi
Xocalıdan keçən Əsgəran
-
Xankəndi yoluna nəzarət etmək və
Xocalıda yerləşən
aeroportu ələ keçirmək idi. Bu hərbi
-
strateji üstünlük həm də Ermənistanın sonrakı
işğalçılıq planlarının reallaşmasında əsas rol oynayacaqdı.
Bundan başqa, Xocalı Azərbaycana məxsus qədim ərazilərdən biri kimi həm
də tarixi mədəniyyət abidələri ilə seçilirdi. Təsadüfü deyil ki, yerli əhalini vəhşicəsinə
11
qırarkən ermənilər azərbaycanlı, türk izini itirmək kimi vandalizmə də əl atmış,
Azərbaycan xalqı və bəşəriyyət üçün nadir nümunə hesab edilən Xocalı abidələrini
də dağıtmışdır. Xocalı isə həm 7 min nəfərdən çox əhalisinə, həm də tarixi
mədəniyyət abidələrinə görə, Şuşadan sonra böyük əhəmiyyət kəsb edirdi.
Araşdırmalar təsdiq edir ki, əhali əsasən Ağdam istiqamətinə hərəkət etmiş və
bu iki şəhərin arasında yerləşən ərazidə qətlə yetirilmişdir. Sağ qalanlar isə əsir
-
girov alınmış və onlara qarşı insanlıq tarixinin ən qəddar və vəhşi hərəkətləri
törədilmişdir. Saxlanılanlar əsasən ərazidə yerləşən Pircamal və Dəhraz
kəndlərindəki
mal
tövlələrində,
Əsgəran
şəhərindəki
milis
İdarəsinin
təcridxanasında toplanmışlar, Müəyyən bir hissəsi isə Xankəndinə və sonradan
Ermənistan ərazisinə aparılmışlar.
Dağlıq Qarabağ münaqişəsinə rəvac verən Ermənistan nəinki 12 avqust 1949
-
cu il tarixli Cenevrə Konvensiyalarını, bütövlükdə beynəlxalq hüququn norma və
prinsiplərini pozmuşdur və indi də beynəlxalq aləmin gözü qarşısında bu əməlini
davam etdirir. Təəssüf ki, beynəlxalq hüquq normalarını qəbul edən aparıcı dövlətlər,
eyni zamanda bu normalara münasibətdə ikili standartları da yaratmışdır.
Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayət əməllərinə görə,
beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsi məsələsi daim diqqət
mərkəzində olmuşdur.
2002-
ci ildə Ümummilli liderimiz Heydər Əliyevin
təşəbbüsü ilə Dövlət Komissiyasında aparılmış geniş müzakirələrin
nəticəsində “Dağlıq Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın
hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə
əlaqədar Baş Prokurorluq, Daxili İşlər və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə
istintaq-
əməliyyat qrupu” yaradılmışdır.
Elə həmin vaxtdan Komissiya istintaq
-
əməliyyat qrupu ilə sıx əməkdaşlıq etmişdir. İşçi qrupunda toplanmış bütün zəruri
material və məlumatlar quruma təqdim edilmişdir. Hazırda da bu əməkdaşlıq
müntəzəm şəkildə davam etdirilir.
Ümumiyyətlə, həm Xocalı soyqırımına, həm də ermənilər tərəfindən
Azərbaycan xalqına qarşı XX əsr boyu törədilmiş bütün soyqırımı
və cinayət
əmmələrinə siyasi
-
hüquqi qiymət Ümummilli liderimiz
Heydər Əliyev
1993-
cü ildə
siyasi hakimiyyətə qayıtdıqdan sonra verilmişdir. Buna misal kimi
Xocalı soyqırımı il
bağlı 1994
-
cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
qəbul edilmiş məlum sənədi, eyni zamanda Ümummilli lider tərəfindən 31 Mart
Azərbaycanlıların Soyqırımı günü elan edilməsi
ilə bağlı 1998
-
ci il martın 26
-da
imzalanmış fərmanı və digər normativ sənədləri göstərmək olar. Mən bu sıraya bir
sənədi də xüsusi olaraq əlavə etməyi özümə borc bilirəm.
Bu sənəd Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komi
ss
iyası haqqında Ümummilli lider
tərəfindən imzalanmış
1 mart 2001-ci
il tarixli sərəncamdır. Məhz bu sərəncamla dahi lider Dövlət Komissiyasının
qarşısında “Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırım
12
və etnik təmizləmə siyasətini əks etdirən hüquqi
-tarixi
sənədlərin, əsir və itkin
düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə
çatdırılması üçün ardıcıl və
məqsədyönlü” işlərin aparılmasını vacib vəzifə kimi
müəyyən etmişdir.
Y
uxarıda
qeyd olunan bi
rgə
-
istintaq əməliyyat qrupu bu sərəncamdan irəli
gələn vəzifələrin icrası üçün yaradılmış və hazırda da fəaliyyətini davam etdirir.
Bundan başqa, ötən müddət ərzində Komissiyanın İşçi qrupu tərəfindən bu sahədə
ardıcıl, məqsədyönlü və sistemləşdirilmiş iş
aparılmışdır.
Ümumiyyətlə, Dövlət
Komissiyasının təşəbbüsü və iştirakı ilə 10
-
dan çox dildə hazırlanmış iki yüz mindən
artıq
təbliğat
vasitəsi
Respublikamızın
xarici
ölkələrdəki
səfirlik
və
nümayəndəliklərinə, diaspor təşkilatlarına, dünyanın tanınmış elm
ocaqlarına və
kitabxanalarına göndərilmiş, imkan dairəsində politoloq və konfliktoloqlara,
jurnalistlərə, xarici dövlət və ictimai xadimlərinə paylanmış, keçirilmiş tədbirlərdə
yayılmışdır. Materialların yayılma coğrafiyası dünyanın aparıcı dövlətlərinin demək
olar ki, hamısını əhatə edir. Bu məqsədlə həmçinin xaricdə və ölkə daxilində geniş
tədbirlər və elmi konfranslar keçirilmişdir.
Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri
kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul
etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin
dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına
obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.
Sözsüz ki, bu sahədə ən təqdirəlayiq iş Heydər Əliyev Fondu, xüsusilə onun
prezidenti, UNESCO-
nun və İSESCO
-
nun xoşməramlı səfiri, Azərbaycan
Respubl
ikasının Birinci vitse
-prezidenti M
ehriban xanım Əliyeva və
H.Əliyev
Fondunun vitse-
prezidenti Leyla xanım Əliyeva tərəfindən aparılır.
2008-
ci il mayın 8
-
də, Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!”
kampaniyasının təsis edilməsi isə bu soyqırımın dünyada tanınmasına, beynəlxalq
aləmdə mənəvi
-
siyasi qiymət verilməsinə ciddi təkan vermişdir. Hazırda faciənin
mənəvi və siyasi
-
hüquqi səviyyədə tanınmasına yönəlmiş kampaniya bir sıra
ölkələrdə uğurla həyata keçirilir.
Ölkə rəhbərliyi Ermənistanın təcavüzü ilə bir vaxtda yaranmış əsir
-
girov və
itkinlər problemini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin BQXK
-
nın Prezidenti Yakob Kellenberqerlə
2006-
cı ildə
Bakıda və
2012-
ci ildə İsveçrənin Davos şəhərində olmuş “Dünya İqtisadi Forumu”
çərçivəsində keçirdiyi görüşlər, Azərbaycan və Ermənistan Prezidentlərinin 2010
-cu
ildə Həştərxanda, 2014
-
cü ildə Soçidə və Parisdəki danışıqlarda əsir
-
girov və itkinlər
məsələsinin müzakirəsi buna bariz nümunədir.
Dostları ilə paylaş: |