AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
Rüstəmova Günay Nofəl qızının
“Qlobal maliyyə-iqtisadi böhranı və dünya ölkələrinin qeyri-bərabər inkişafının
əsas istiqamətləri”
mövzusunda
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060404 - “İqtisadiyyat”
İxtisaslaşma: “İqtisadi nəzəriyyə”
Elmi rəhbər: Magistr proqramının rəhbəri:
İ.e.d.,prof.
F.F.Mustafayev İ.e.n.,dos. N.Ə.Sadıqov
_______________________ _______________________
Kafedra müdiri: İ.e.d.,prof. Ü.Q.Əliyev _______________________
BAKI-2016
2
MÜNDƏRİCAT
GİRİŞ .................................................................................................................. 3
I FƏSİL. QLOBAL MALİYYƏ-İQTİSADİ BÖHRANI ANLAYIŞININ
NƏZƏRİ ƏSASLARI ................................................................................................ 8
1.1. Maliyyə-iqtisadi böhranı anlayışına nəzəri və metodoloji yanaşmalar ......... 8
1.2. Dünya maliyyə-iqtisadi böhranlarının tarixi təkamülü ............................... 16
1.3. 2007-2008-ci illər qlobal maliyyə-iqtisadi böhranı və onun səbəbləri ..... 25
II FƏSİL. MALİYYƏ BÖHRANININ İQTİSADİ BÖHRANA ÇEVRİLMƏSİ
VƏ ONUN DÜNYA ÖLKƏLƏRİNİN QEYRİ-BƏRABƏR İNKİŞAFINA
TƏSİRİ ..................................................................................................................... 36
2.1. Qlobal maliyyə-iqtisadi böhranının dünya ölkələrinin qeyri-bərabər
inkişafına təsir istiqamətləri ............................................................................... 36
2.2. Qlobal maliyyə-iqtisadi böhranının “birinci dalğası” və ona qarşı anti-
böhran tədbirləri ................................................................................................. 48
2.3. Qlobal maliyyə-iqtisadi böhranının “ikinci dalğası” və dünya ölkələrinin
qeyri-bərabər inkişafının dərinləşməsi ............................................................... 57
III FƏSİL. QLOBAL MALİYYƏ-İQTİSADİ BÖHRANININ AZƏRBAYCANA
TƏSİRİ VƏ ANTİ-BÖHRAN TƏDBİRLƏRİ ...................................................... 69
3.1. Azərbaycan iqtisadiyyatının qlobal maliyyə-iqtisadi böhranı baxımından
xarakterizə olunması və ilkin anti-böhran proqramı ......................................... 69
3.2. Qlobal maliyyə-iqtisadi böhranın “ikinci dalğası”nın Azərbaycan
iqtisadiyyatına təsiri və onunla mübarizə tədbirləri ........................................... 79
NƏTİCƏ VƏ TƏKLİFLƏR ............................................................................ 90
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI ...................................... 96
РЕЗЮМЕ ....................................................................................................... 104
SUMMARY .................................................................................................... 105
REFERAT .......................................................................................................106
3
GİRİŞ
Mövzunun aktuallığı. İqtisadi böhranlar iqtisadi sistemin inkişafında tarazlığın
pozulmasının göstəricisidir. Böhran özü özlüyündə cəmiyyətin sosial-iqtisadi
sabitliyinin kompleks pozulmasına təsir göstərir. Müxtəlif tarixi dövrlərdə ayrı-ayrı
ölkələrdə iqtisadi böhranların səbəbləri də olduqca fərqli olmuşdur. Cari böhranın
təbiəti isə unikaldır. Belə ki, müasir iqtisadiyyatın ən əhəmiyyətli xüsusiyyəti
qloballaşma prosesidir. İqtisadiyyatın qloballaşması böhranların da qlobal xarakter
alması ilə nəticələnmişdir.
Dünya maliyyə bazarında müasir böhranın tədqiqi elmi-praktiki nöqteyi
nəzərdən aktuallıq əldə edib. Onun xüsusiyyətləri, səbəbləri və özünü biruzə vermə
formalarının tədqiqi dünya maliyyə bazarında böhrana qarşı müqaviməti
yaxşılaşdırmaq istiqamətində tədbirlər həyata keçirməyə və mənfi sosial-iqtisadi
nəticələri azaltmağa imkan verir.
Bugünkü dünya iqtisadiyyatında və beynəlxalq maliyyə münasibətlərində əsas
rolu ABŞ oynamaqda davam edir. Ona görə də ABŞ-ın iqtisadiyyatı və xarici iqtisadi
münasibətlərində yaranan ziddiyətlər ümumilikdə dünya iqtisadi sistemində
ziddiyətlərə səbəb ola bilir.
Aparıcı inkişaf etməkdə olan ölkələr Çin, Brazilya, Argentina, Meksika, Rusiya
real sektorda öz mövqeyini inkişaf etdirir. Lakin bu ölkələr ABŞ ilə sıx iqtisadi
münasibətlərlə “bağlıdır” və bu ölkənin əsas ixracatçılarıdır. Bundan başqa bu
ölkələrin valyuta ehtiyatları ABŞ valyutası ilə ifadə olunur.
2007-2008-ci il ipoteka sektorundan başlayan ABŞ maliyyə böhranı ABŞ
maliyyə sistemində uçquna və iqtisadiyyatın real sektorunda durğunluğa səbəb oldu.
Həmçinin onun yayılma miqyasında dünya maliyyə bazarına və bütünlükdə dünya
iqtisadiyyatına mənfi təsir etdi. Bununla əlaqədar olaraq dünya ölkələrinin çoxu
1929-cu il Böyük Depressiyadan sonra ən böyük iqtisadi böhranla üzləşdi.
Böhran tezliklə bütün dünya ölkələrinə yayıldı. Böhranın təsirindən iqtisadi
artım aşağı düşdü. Dünyanın ən zəif inkişaf etmiş ölkələrindən inkişaf etmiş ölkələrə
kimi bütün ölkələrin iqtisadiyyatı böhranın təsirindən yaxa qurtara bilmədi. Nəticədə
Dostları ilə paylaş: |