AFİNA ƏFLATUN qızı MƏMMƏDLİ
ƏHMƏD CAVAD
VƏ TÜRKİYƏ
BAKI – 2010
2
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 may 2010-cu il
tarixli 3 saylı qərarı ilə çapa tövsiyə edilmişdir.
Elmi redaktor:
Bəkir Nəbiyev
akademik
Rəyçilər:
Kamran Əliyev
filologiya elmləri doktoru, professor
Arif Əmrahoğlu
filologiya üzrə fəlsəfə doktoru
Afina Məmmədli. Əhməd Cavad və Türkiyə. Bakı: Elm
və Təhsil, 2010
«Əhməd Cavad və Türkiyə» mövzusu müəllif tərəfin-
dən ilk dəfə olaraq sistemli şəkildə geniş tədqiqata cəlb
olunmuşdur. Monoqrafiya Azərbaycan və Türkiyə ədəbiy-
yatşünaslığı müstəvisində işlənmiş, hər iki ölkənin arxiv
materialları, elmi qaynaqları əsasında yazılmış, bir sıra
qaranlıq məsələlərə aydınlıq gətirilmişdir.
Kitab
geniş oxucu auditoriyası üçün nəzərdə
tutulmuşdur.
3
Atam Əflatun Saraçlının
əziz xatirəsinə
ÖN SÖZ
Görkəmli Azərbaycan şairi Əhməd Cavad Axundzadə
(1892-1937) ədəbi-ictimai fikrimizdə romantizm ədəbi
məktəbinin istedadlı nümayəndəsi, nasir, publisist və
«milli istiqlal şairi» kimi məşhurdur. Onun zəngin ədəbi
yaradıcılığı
milli
tarixi
və ədəbi-mədəni irsimizi
araşdırmaq baxımından ədəbiyyatşünaslıq elmimizə də-
yərli faktlar verir. Azərbaycanın yenidən istiqlala qovuş-
duğu hazırkı dövrdə Ə.Cavad və onun silahdaşlarının
mübariz həyat yollarını, yaradıcılıqlarının ideya-
sənətkarlıq xüsusiyyətlərini elmi şəkildə öyrənmək xüsusi
əhəmiyyət kəsb edir.
XX əsrin əvvəllərində Azərbaycan romantik poeziya-
sının bir nümayəndəsi kimi Ə.Cavadın Türkiyə ilə ədəbi
əlaqələrin inkişafında, türkçülük və istiqlal ideyalarının
formalaşmasında və təbliğində, iki ölkə arasında ictimai-
siyasi, ədəbi-mədəni əlaqələrin qüvvətlənməsində, Tür-
kiyə istiqlal şairləri ilə münasibətlərin genişlənməsində
xidmətləri böyükdür. Bu cəhət xüsusilə vurğulanmalıdır
ki, heç bir Azərbaycan şairi Ə.Cavad qədər Türkiyə ilə bu
dərəcədə bağlı olmamışdır. Hətta Cümhuriyyət dönəmində
Azərbaycanın çətin zamanlarında yardıma çağırılan Qaf-
qaz İslam Ordusu ilə birgə döyüşlərdə iştirak edən,
Türkiyə şairlərini Azərbaycanda qarşılayan, görüşlər
keçirən, ən çox çıxışlar edən sənətkar da Ə.Cavad olmuş-
dur. Sovet imperiyası dövründə onun yaradıcılığının
bolşevik ideoloji prinsiplərilə vulqar-sosioloji yanaşma
üzündən yetmiş ildən çox gərəyincə dəyərləndirilmə-
məsinin, çap edilməməsinin, həmişə tənqid olunmasının,
4
istiqlal və türkçü, Türkiyə, türklüyə sevgi ruhlu şeirlərinin
xalqdan gizli saxlanılmasının başlıca səbəbi də bununla
bağlıdır. H.Cavid kimi türkçü, Türkiyə ilə bağlı şairlərlə
birlikdə Ə.Cavad da pantürkist, satqın, «xalq düşməni»
adlandırılmış, 1937-ci il repressiya qurbanı olmuşdur.
Yalnız Sovet hakimiyyəti dağıldıgdan sonra, Azər-
baycanda milli konsepsiyanın yaranması ilə bağlı repres-
siyaya məruz qalmış sənətkarlarımızın yaradıcılığının
obyektiv dəyərləndirilməsi üçün şərait yaranmışdır. Son
illər bu istiqamətdə tədqiqatlar çoxalmış və Əhməd Cavad
haqqında da bəzi araşdırmalar meydana gəlmişdir. Ancaq
onun Türkiyə ilə bağları, əlaqələri, bu mövzuda əsərləri,
türkçülük görüşləri üzərində ayrıca bir tədqiqat
aparılmayıb. Problemin geniş, dərindən, obyektiv və elmi
şəkildə araşdırılması Ə.Cavad poeziyasının məxsusi
keyfiyyətlərinin, eləcə də, ümumiyyətlə, romantik şairlərin
yaradıcılıq
xüsusiyyətlərinin,
romantik
poeziyanın
özünəməxsusluğunun
və
mahiyyətinin
daha
da
aydınlaşmasına işıq sala bilər, çünki «istiqlal fikrinin
təsisində Vaqifdən tutmuş Cavidə qədər, Zakirdən baş-
lamış Cavada qədər, Mirzə Fətəlidən Üzeyirə kimi,
«Əkinçi»dən «Azərbaycan» və «Yeni Qafqasiya»yadək
hər bir şairin, hər bir ədibin, hər bir qəzetənin, hər bir
aktyor və müəllimin olduqca böyük və dəyərli rolları
olmuşdur» (90, 134).
Başqa romantiklər kimi, Ə.Cavad da tək Azərbaycanın
yox, həm də bütün türk dünyasının, xalqlarının taleyini,
gələcəyini düşünür, birliyini arzu edirdi. Onların yaşam
və tərəqqisini bir-birindən ayrılıqda təsəvvür etmirdi. Bu
yolda Türkiyənin roluna ayrıca önəm verirdi. Ümumtürk
mədəniyyətinin parçalanmamasını, birliyinin daha da
güclənməsini arzu edirdi. Onun mədəni türkçülük
Dostları ilə paylaş: |