– Bahar xanım, Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması ilə həm
də müsəlman Şərqində ilk parla-
mentin əsası qoyuldu. Bu möhtəşəm
tarixi hadisə 100 il sonra – sentyab-
rın 21-də müasir parlamentdə qeyd
olundu. Dövlət başçısı, çoxsaylı
parlament rəhbəri və təmsilçiləri,
xarici qonaqlar bu möhtəşəm iclasda
iştirak etdilər. Bir əsrlik fəaliyyətin
və yubileyin əhəmiyyətini necə
dəyərləndirərdiniz?
– AXC-nin Azərbaycan
dövlətçiliyi tarixində və Azərbaycan
xalqının taleyində möhtəşəm yeri və
rolu vardır. Cəmi 23 ay yaşamasına
baxmayaraq, AXC sübut etdi ki,
Azərbaycan xalqı müstəqil yaşama-
ğa, öz dövlətçilik ənənələrini sübut
etməyə qadirdir. Hesab edirəm ki,
AXC-nin yaranmasının ən böyük tari-
xi əhəmiyyəti məhz budur. Ötən 100
il ərzində Azərbaycan parlamentinin
müxtəlif siyasi şəraitlərdə, fərqli ideo-
loji mühitlərdə fəaliyyət göstərməsinə
baxmayaraq, sonda bütün mürtəce
buxovlardan qurtularaq, müstəqil
qanunverici orqan kimi həyata vəsiqə
alması Azərbaycan xalqının azad ru-
hundan doğan məntiqi nəticədir. Xal-
qımız 1991-ci ildə öz müstəqilliyini
bərpa etdikdən sonra parlament AXC
ideyalarını davam etdirərək bu tarixi
varislik missiyasını öz üzərinə götür-
müş və ulu öndər Heydər Əliyevin
hakimiyyətə dönüşündən sonra isə bu
proses yeni keyfiyyətdə, mütərəqqi
ideyalar əsasında inkişaf etməyə
başlamışdır.
Ölkə başçısı cənab İlham
Əliyevin sərəncamı ilə 2018-ci ilin
ölkəmizdə “Cümhuriyyət ili” elan
edilməsi və onun yubiley mərasimində
söylədiyi nitqin məzmunu və qayəsi
müstəqillik, azadlıq, demokratiya və
milli-mənəvi dəyərlər baxımından
cümhuriyyət ideyalarına sadiqliyin
yüksək səviyyədə ifadəsidir.
Sizin sualınıza gəlincə isə
deyə bilərəm ki, Azərbaycan Xalq
Cümhuriyyətinin əhəmiyyətini bir
müsahibə çərçivəsində araşdırmaq çox
çətindir.
Lakin bu gün geriyə–yüz il
öncəyə boylanarkən ictimai-siyasi
şərait, Azərbaycan parlamentini elan
etməyi şərtləndirən əsas səbəblər,
mövcud tarixi-geosiyasi mühit üçün
həm çətinliyin, həm də imkanların
olduğunu görürük. Çox təəssüf ki, biz
də qarışıq, o zaman, öz müstəqilliyini
elan etmiş, oxşar arealda dövlət quran
xalqların çoxu ilə eyni taleyi yaşadıq.
Üstünlüyümüz onda oldu ki, biz bunu
daha çox bağlı olduğumuz müsəlman
Şərqində, İslam və türk dünyasında
hamıdan əvvəl bəyan etdik. Bu gün
Azərbaycan dövləti, parlamenti, onun
keçdiyi yol, əldə etdiyi nəticələr
haqqında danışanların Şərq və yaxud
Qərb dünyasına aidliyindən asılı
olmayaraq, ilk vurğuladıqları məqam
məhz budur: Azərbaycan ilk olaraq
demokratik cümhuriyyət quruculu-
ğuna başlayıb, dövlət atributlarını
formalaşdırıb, parlamentini yara-
dıb və insanlar arasında minillərlə
mövcud olmuş bərabərsizliyi aradan
qaldırıb. İrqindən, mənsub olduğu
təbəqədən, cinsindən, dini və siyasi
dünyagörüşündən asılı olmayaraq,
hamıya bərabər hüquq verib və
seçmək, seçilmək hüququnu tanıyıb.
Düşünürəm ki, bu, qurucu babala-
rımızın, cümhuriyyət liderlərinin,
milli ziyalılarımızın çox çətin bir
tarixi-siyasi şəraitdə öz üzərinə çox
böyük bir missiya götürməsinin
nəticəsidir. O zaman bu ideyalar
elan olundu, lakin təəssüf ki, həmin
prosesi sona çatdırmaq Cümhuriyyət
qurucularına müyəssər olmadı.
Həm kənardan, həm də daxildən
Azərbaycanın müstəqilliyinə qarşı
qurulmuş planlar bunun qarşısını
aldı. İmperiya niyyətlərini həyata
keçirmək istəyən qüvvələrin təzyiqləri
qarşısında kifayət qədər müqavimət
potensialı olmayan Azərbaycan
Xalq Cümhuriyyəti duruş gətirə
bilməyərək süquta uğradı. Bununla
da, parlamentimiz də fəaliyyətini
dayandırmağa məcbur oldu. Tarixdən
bəllidir ki, o dövrdə cümhuriyyət
qurucularının hakimiyyətdən getməsi
müəyyən şərtlər altında olmalı idi
və bu barədə müvafiq razılıq da
əldə olunmuşdu. Amma bu danı-
şıqların heç birinə əməl edilmədi
və əvəzində sovet hakimiyyətinin
qəsbkar fəaliyyəti nəticəsində bu
qürurverici tarixin insanların yadda-
şından silinməsi istiqamətində kəskin
addımlar atıldı. Amma zaman hər
şeyi öz yerinə qoyur. Yüz il keçəndən
sonra cümhuriyyət qurucularının
bizim üçün qoyduğu əmanətlərdən,
yaratdığı ənənələrdən danışırıq. On-
ların fədakarlığının, qəhrəmanlığının
nəticəsi olan və müstəqilliyini
yenidən bərpa etmiş, demokratik
dəyərlərinə sadiq olan, öz müstəqil
siyasəti ilə seçilən Azərbaycandan
danışırıq.
– Demokratiyanın beşiyi sayılan
əksər Avropa ölkələrində bizdən
sonra qadınlara seçki hüququ verilib.
Məlumdur ki, 100 il öncə AXC
hökuməti qadınlara seçmək-seçilmək
hüququ vermişdi. Amma bəzi xarici
qüvvələr Azərbaycanın bu şərəfli
keçmişini sanki görməzdən gələrək,
ölkəmizə qarşı qara-piar kampa-
niyası aparırlar ? Bütün bunların
səbəblərini əsasən nədə görürsünüz?
– Azərbaycan elə bir geosiyasi,
geostrateji imkanlara malikdir ki,
hər bir nöqtədən baxanda ölkəmiz
müxtəlif maraq dairələrini cəlb edir.
Təbii ki, ayrı-ayrı güc mərkəzləri və
onların münasibətləri, apardığı siyasət
nəticəsində dünya nizamı dəyişə
bilir. Həmin o beynəlxalq güclər çox
zaman, bunu demokrartiya adına
layihələrlə pərdələməklə öz maraq-
larını irəli sürürlər və məqsədlərini
reallaşdırmaq üçün də hər addıma
gedirlər. Bunu 100 il öncəki tariximiz
də sübut edir. Müsəlman Şərqini,
türk dünyasını daim öz təsiri altında
saxlamaq istəyən qüvvələrin ma-
rağında deyildi ki, Cənubi Qafqaz
regionunda özünün inkişaf resursları,
təbii sərvətləri, öz taleyinin sahibi və
müstəqil iradəsi olan bir dövlət yaran-
sın. Bu dünyanın yenidən bölüşdürül-
düyü bir vaxtda, imperiya niyyətlərini
reallaşdırmaq istəyən qüvvələrin
marağında deyildi. Təəssüflər olsun
ki, həmin proses indi də davam edir.
Üzərindən 100 illik bir zaman ötsə
də bu regionda öz xalqının iradəsinə
uyğun, bərabərhüquqlu, qarşılıqlı
tərəfdaşlığa əsaslanan münasibətlər
quran bir xalqın, ərazicə o qədər də
böyük olmayan, müstəqil siyasət
yeridən bir dövlətin varlığı rahat qəbul
edilmir.
Tarix yeni dönəm üçün, yeni
çalarlarla, yenidən təkrarlanmaqdadır.
Amma bizim üçün müsbət məqam
ondan ibarətdir ki, biz əvvəlki
dönəmlərdə olduğu kimi zəif deyilik.
Xalqın iradəsi də çox möhkəmdir.
Onun içindən çıxan, istək və arzuları-
nı ifadə edən, bu istəkləri real əmələ
çevirən liderlərimiz vardır. Ona görə
də biz bu gün Azərbaycan dövlətinin
uğurlarını görürük və həmin dairələr
də bu uğurları qəbul etmək istəmirlər.
Bilirsiniz, tarixən və günümüzdə
baş verən hadisələri təhlil edərək,
ümumiyyətlə, belə bir nəticəyə
gəlmişəm ki, bu dairələr Türk-
İslam dünyasının bir parçası olan
Azərbaycan kimi dövlətləri öz
təsəvvürlərindəki çərçivələrə sal-
maq istəklərini reallaşdırmağa
çalışırlar. Məsələn, deyək ki, bizim
ölkədə səfərdə olan bəzi əcnəbilər
Azərbaycanın gözəlliyinə, abad-
lığına və təmizliyinə qeyri-adi
bir şəkildə heyrətlənirlər. Mənim
qənaətimə görə isə onlar sanki öz
təsəvvürlərindəkini deyil, fərqli
Azərbaycanı görərək təəccüblənirlər.
Kimin necə və hansı hisslərdən
doğaraq dəyərləndirməsindən asılı
olmayaraq, biz ölkəmizin müasir
standartlara uyğun şəkildə inkişaf
etdirmək üçün mümkün olan hər şeyi
edəcəyik. Cənab Prezidentin təbirincə
desək biz demokratik inkişaf yolunu
özümüzü kiməsə göstərmək üçün de-
yil, sadəcə, bu dəyərlərə sahib olan bir
millət olduğumuz üçün seçmişik. Biz
yoxdan bir demokratik cümhuriyyət
qurmuş babalarımızın varisi olaraq, bu
yola hər zaman sadiq qalacağıq. Ona
görə də əminəm ki, getdikcə biz bu
rəylərin dəyişməsinin şahidi olacağıq.
Amma düşünmürəm ki, bu qüvvələrin
görməzlikdən gəlmək istədikləri hallar
bitəcək. İnkişafımız, milli iradəmiz ol-
duqca, bu kimi kampaniyaların zühur
etmə ehtimalı mümkündür. Çünki bu
gün bir çoxlarına az tanış olan deyil,
artıq hamının daha yaxşı tanıdığı bir
Azərbaycan vardır.
– Azərbaycan parlamentinin
hazırkı beynəlxalq əlaqələri barədə
fikriniz önəmlidir. Siz, həm də
ATƏT Parlament Assambleyasının
Azərbaycan nümayəndə heyətinin
rəhbərisiniz. Bu sahədəki zəngin
təcrübəniz sizə nə deyir?
– Mən sizə deyim ki, Azərbaycan
siyasi və iqtisadi cəhətdən təcrid
şəraitində olduğu vaxtdan keçən qısa
müddət ərzində çox böyük inki-
şaf yolu keçmişdir. Bu, ölkədaxili
istiqamətlərdə özünü konkret şəkildə
göstərir. Bu vəziyyət bizim daxili
siyasətimizə də təsir edirdi. Çox qısa
müddətdə biz bu maneəni yara bildik
və dünya ictimaiyyətinə Azərbaycanın
təkcə bu regionun lider dövləti deyil,
dünya ölkələri və xalqları üçün
çox ciddi bir tərəfdaş ölkə oldu-
ğunu sübut etdik. Bu, bizim xarici
siyasətimizdə öz əksini tapmışdır.
Rəsmi diplomatiya, nümayəndəliklər,
səfirliklərlə bərabər parlamentimiz də
bu işə öz töhfəsini verir və ikitərəfli
əlaqələrimizin inkişafını dostluq qrup-
ları vasitəsilə davam etdirir.
Beynəlxalq təşkilatlar
səviyyəsində təmsilçilik Azərbaycan
üçün çox əhəmiyyətlidir. Biz möv-
qeyimizi ortaya qoymaq, töhfəmizi
vermək baxımından israrlıyıq. Bilirsi-
niz ki, bütün beynəlxalq parlament as-
sambleyalarında bizim daimi fəaliyyət
göstərən nümayəndə heyətlərimiz var.
Burada məqsədli, davamlı və məntiqi
ardıcıllığa söykənən fəaliyyət qurulur.
Biz beynəlxalq təşkilatların işinin
qurulmasında bərabərhüquqlu üzv
kimi yaxından iştirak edirik, bütün
dünya xalqlarının qarşısına çıxan
çağırışların, təhdidlərin nəzərə alınma-
sı üçün səylərin birləşdirilməsində
maraqlıyıq. Azərbaycanın əldə
etdiyi nailiyyətlərin təqdimatını
edirik, xüsusilə, Dağlıq Qarabağ
münaqişəsinin hələ də həll olunmama-
sını dünya ictimaiyyətinin, beynəlxalq
təşkilatların diqqətinə çatdırırıq.
Əvvəlki onilliklərdən fərqli olaraq
hazırda beynəlxalq arenada ölkələrin
ərazi bütövlüyünü, suverenliyini qo-
rumağın vacibliyini dəstəkləyən səslər
artmaqdadır. Bu cəhətdən tək deyilik,
səsimizi daha geniş siyasi arenada
eşidirlər. Artıq hər kəs Azərbaycanın
birmənalı mövqeyini anlayır. Bu
baxımdan, Azərbaycan parlamenti-
nin fəaliyyəti xarici siyasətimizdə
mühüm yer tutur. 80-dən artıq ölkə
ilə əlaqədar dostluq qrupları fəaliyyət
göstərir. Qarşılıqlı səfərlər, tədbirlər,
əməkdaşlıq zəminində əlaqələr ümumi
mövqelərimizi gücləndirir.
Onu da qeyd edim ki, 44 ölkənin
iştirak etdiyi yubiley iclasında 37
ölkənin nümayəndəsi çıxış etdi.
Bu tədbirdə 14 spiker, 20 ölkənin
vitse-spikeri, 9 beynəlxalq təşkilatın
nümayəndəsi, digər ölkələrin dostluq
qruplarının rəhbərləri iştirak edirdilər.
Dünyada mövcud olan dövlətlərin
dörddəbirinin iştirakı ilə parlamentdə
möhtəşəm yubiley iclası gerçəkləşdi.
Bu, həm də bir göstəricidir.
Azərbaycanın və onun parlamentinin
bu gün dünyada yerinin və rolunun
göstəricisidir.
İngiltərə və Türkiyə
nümayəndələri bu yubileyə
münasibətdə eyni sözləri söyləyirdilər.
İndoneziya, Bolqarıstan, ərəb
ölkələrinin təmsilçiləri həmfikir
olaraq, Azərbaycanın dünyaya açıq
və demokratik, insanlar üçün azad və
bərabər şərait, gözəl rifah yaradan bir
ölkə kimi tanıdıqlarını qeyd edirdilər.
Bunun açıq şəkildə onlar tərəfindən
söylənilməsi ölkəmizin əldə etdiyi
nailiyyətlərin nəticəsidir. Əlbəttə ki,
bundan narahatlıq keçirənlər də var,
lakin bunu dünya parlamentarizminin
tarixi nailiyyətləri kimi qəbul edən
mütərəqqi qüvvələr də var ki, onlar
bu gün bizimlə bir sırada dayanırlar.
Parlamentlərarası əlaqələr sahəsində
əldə olunan nəticələr çox böyük
əhəmiyyət kəsb edir. Parlament diplo-
matiyası heç də rəsmi dövlətin apardığı
diplomatiyadan geri qalmır, hətta bir
çox məsələlərdə bu siyasətin formalaş-
masına töhfə verir.
Azərbaycan parlamenti uşaqdan
tutmuş böyüyə qədər cəmiyyətin
bütün təbəqələrinin daha çox üz
tutduğu, daha çox tədbirlərində iştirak
etdiyi, daha çox insanların inkişafına
yönələn, onların istək və arzularının
nəinki bəyan edildiyi, həm də qanun-
larda əksini tapmasına və reallaşma-
sına, təmsilçilik, qanunvericilik və
nəzarət funksiyaları vasitəsilə təsir
göstərmək imkanlarına malik bir qu-
rumdur. Azərbaycan parlamenti keç-
diyi 100 il ərzində xalqın, cəmiyyətin
təmsilçisi olaraq öz fəaliyyətini daha
yüksək səviyyədə reallaşdıraraq
dövlətimizin sütunlarından biri kimi
öz missiyasını yerinə yetirməkdədir.
Yeri gəlmişkən, onu da qeyd edim
ki, bu il Azərbaycan Prezidentinin
sərəncamı ilə AXC ili elan olunması
cəmiyyətimizdə böyük sevinclə qarşı-
landı. Azərbaycan Xalq Cümhuriyyəti
və parlamentarizm ənənələrinin
keçdiyi yolla bağlı Milli Məclis olaraq
çoxsaylı dinləmələr, konfranslar keçir-
mişik. “Azərbaycanın parlamentarizm
tarixi” adlı ikicildlik kitab üzərində
işimizi xüsusi qeyd etmək istəyirəm.
Ta qədimdən 1991-ci ilə qədər olan
dövrü əhatə edən I cild artıq çap olu-
nub, 1991-2018-ci illəri əhatə edən II
cild üzərində isə iş davam edir.
Zirvə tədbirimiz yubiley iclası
idi. Bilirsiniz ki, bu gün parlamentin
binası da yüksək standartlara cavab
verir. Burada işləmək, qonaqları qəbul
etmək, iclaslar, toplantılar təşkil etmək
üçün hər cür şərait yaradılıb. Bütün
bunlar Bakıya gələn xarici rəsmi
qonaqların diqqətini cəlb edir. Bu dəfə
gələn qonaqlar da Parlament binasının
möhtəşəmliyini xüsusi qeyd etdilər.
Tədbirin təşkilatçılığı bütün qonaqla-
rın ürəyincə oldu. Dönə-dönə bütün
işimizi yüksək qiymətləndirdilər. Hər
şey müqayisədə ortaya çıxır. Mən
heç də digər ölkələrin müstəqillik
istək və arzularını, parlamenta-
rizm ənənələrinin və əldə etdiyi
nailiyyətləri kölgə altına almaq
niyyətində deyiləm. Sadəcə, bu regi-
onda və hətta daha geniş arealda əla
bir yubiley təşkil edə bildik. Təkcə
təşkilatçılıqdan söhbət getmir, həm
də məzmun maraqlıdır. Burada edilən
çıxışlar, səslənən fikirlər bizə, parla-
ment diplomatiyasına verilən dəyər
və digər göstəricilərlə bağlı aldığımız
yüksək qiymət işimizin öhdəsindən
gəldiyimizə bizi inandırır.
Əlbəttə ki, möhtərəm cənab Pre-
zidentimiz İlham Əliyevin bu iclasda
iştirakı ən yaddaqalan məqamlardan
biridir. Onun AXC qurucularının
demokratik cümhuriyyət, onun
parlamentinin qurulması və gördü-
yü işlər barəsində, xüsusilə, Milli
Məclisin, bütövlükdə, müasir dövr
Azərbaycan dövlətinin qarşısında da-
yanan vəzifələrin yerinə yetirilməsinə,
parlament diplomatiyası vasitəsilə
Azərbaycanın maraqlarını qorumaq
işinə verdiyi töhfələr haqqında fikirləri
xüsusilə qiymətlidir.
Respublikamızın çətin
dönəmlərində Heydər Əliyevin xalqı-
mızla birlikdə həyata keçirdiyi tarixi
xilaskarlıq missiyası, Azərbaycan
dövlətinin və parlamentinin rəhbəri
kimi müstəqilliyin qorunması və
Azərbaycanın dünya miqyasında öz
iradəsinin və taleyinin sahibi olan bir
dövlətə çevrilməsindəki roluna, eləcə
də özünün davamçısı olduğu Heydər
Əliyev yolunun bu gün Azərbaycanı
yüksək inkişaf tempinə malik,
demokratik, vətəndaş cəmiyyəti
quruculuğu ilə inamla irəliləyən bir
məmləkətə çevirən siyasət olduğuna
dair həqiqətləri parlamentin tribuna-
sından iştirakçılara və bütün dünyaya
bəyan etdi.
– Müstəqillik dövründə
Azərbaycan parlamentinin qəbul
etdiyi qanunvericilik aktları və
dövlətimizin beynəlxalq aləmə
inteqrasiyasında bu qanunların
əhəmiyyəti barədə fikirlərinizi də
eşitmək maraqlı olardı.
– Bildiyimiz kimi, müstəqilliyin
bərpasından sonra bu məsələ parla-
mentin qarşısında daha kəskin şəkildə
dayanırdı. Çünki o zaman yeni bir
sistem formalaşırdı. Həyatımzın
bütün sahələrini əhatə edən qanunlar
yenidən hazırlanmalı, yenidən qəbul
edilməli idi. Xüsusilə, müstəqilliyin
ilk illərində, yəni 90-cı illərdə par-
lament çox gərgin işlədi. Nüfuzlu
beynəlxalq təşkilatlarla əlaqələr qurul-
du, bir çox beynəlxalq konvensiyalara
qoşulduq. Ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə Azərbaycanın əsas
qanunu olan Konstitusiyanın qəbulu
uğurla həyata keçirildi. Bundan sonra
qanunlarımız bu Konstitusiyaya və
beynəlxalq konvensiyalara uyğun-
laşmalı idi, eyni zamanda, müasir
dövrdə əldə etdiyimiz nailiyyətləri,
həyatımızın günbəgün diktə etdiyi
sosial sifarişləri nəzərə almalı idi. Bu
dönəmdə bütün istiqamətlərdə əsas
çərçivə qanunlar qəbul olundu.
Götürdüyümüz öhdəliklərimizə
uyğun şəkildə üzərimizə düşən
vəzifələrin yerinə yetirilməsi
istiqamətində önəmli addımlar atıldı.
Bu gün qətiyyətlə söyləmək olar ki,
əsas bünövrə, yəni bu günümüz üçün
əldə etdiyimiz nailiyyətləri, ictimai-
siyasi münasibətləri tənzimləyən
qanunverici əsaslar tam forma-
laşmışdır. Lakin zamanla hər şey
dəyişir, inkişaf edir və əlbəttə ki,
həyat öz diktəsini edir. Biz yeni-
yeni beynəlxalq sənədlər imzala-
yırıq. Ayrı-ayrı ölkələrlə ikitərəfli
əsasda müqavilələri parlamentdə
ratifikasiya edirik. Bununla bağlı
müəyyən öhdəliklərimiz var ki,
biz bunu zaman-zaman qanunlarda
dəyişikliklər və əlavələr nəticəsində
nəzərə almalıyıq. Bu gün Azərbaycan
parlamenti məhz bu istiqamətdə
fəaliyyətini davam etdirir. Demək
olar ki, parlamentin həm də ikitərəfli
və çoxtərəfli əlaqələrinin hüquqi
bazasının formalaşması üçün bu
prosesin çox böyük əhəmiyyəti
vardır. Cəmiyyətimiz inkişaf etdikcə,
iqtisadiyyatımız gücləndikcə və yeni
münasibətlər meydana çıxdıqca, biz
də milli qanunvericiliyimizin daha
da mükəmməl səviyyəyə qaldırılması
üçün səylər göstəririk.
Bu gün ölkəmizdə struktur
və iqtisadi islahatlar çox çevik
şəkildə həyata keçirilir. Son illərdə
Azərbaycanın inkişafının əsas bir
xarakterik xüsusiyyəti var: dina-
miklik! Azərbaycan qanunları da bu
dinamikanı sürətlə tənzimləməlidir.
O dəyişiklik mütləq qanun yaradıcı-
lığında əksini tapmalıdır. Düşünürəm
ki, biz hökumətin səyləri və əldə
etdiyi nailiyyətlərlə qanun yaradıcıl-
ğı prosesini ahəngdarlıqla uzlaşdıra
bilirik. Bu gün Azərbaycan parlamenti
hakimiyyətin müstəqil qanadlarından
biri omaqla yanaşı, ali qanunverici-
lik orqanı kimi həm də vahid dövlət
siyasətinin birgə aparılmasında öz
mühüm rolunu oynamaqdadır.
Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”
Sentyabrın 25-dən 29-dək ölkənin kütləvi informasiya
vasitələrinin bir qrup əməkdaşı üçün Qusar rayonu
ərazisindəki “Şahdağ” turizm-istirahət kompleksində “Gömrük
islahatları və modernləşdirmə” mövzusunda təlim keçirildi.
Təlimin açılışında onun hədəflərini
açıqlayan Dövlət Gömrük Komitəsi sədrinin
müavini, gömrük xidməti general-mayoru
İqbal Babayev bildirdi ki, ölkənin gömrük
orqanlarında gerçəkləşdirilən islahatların uğu-
ru bir çox cəhətdən əhalinin geniş dairəsinin
və iş adamlarının bu sahədə baş verən
dəyişikliklərin məzmun və mahiyyətindən
zamanında xəbərdar olmasından asılıdır.
Media ilə əməkdaşlığa həmişə önəm vermiş
komitənin yeni rəhbərliyi KİV-in aparılan is-
lahatlara informasiya dəstəyini artırmaq üçün
bu mövzunu işıqlandıran jurnalistlər üçün 5
günlük geniş, işgüzar təlim təşkil etmişdir.
İqbal Babayev daha sonra bildir-
di ki, ölkədə aparılan bütün islahatların
fonunda gömrük sahəsində davam edən
yeniləşmənin və modernləşmənin də ide-
oloqu Prezident İlham Əliyevdir. Məqsəd
ölkə vətəndaşlarının, biznes subyektlərinin
məmnunluğunu təmin etmək, beynəlxalq
ticarəti asan və sürətli həyata keçirməkdir.
Məqsəd çevik idarəetmə sistemi və
beynəlxalq standartlara uyğun gömrük
xidməti formalaşdırmaqdır. Hazırda dünya
gömrüyünün inkişafı “gömrük–biznes”,
“gömrük–hökumət” və “gömrük–göm-
rük” əməkdaşlığı üzərində gerçəkləşdirilir.
Azərbaycanın gömrük xidməti isə bunların sı-
rasında daha birini–yerli tələbatdan irəli gələn
“gömrük–media” əməkdaşlığını gətirmək
istəyir.
Komitə sədrinin müavini ciddi hazırlıq
işləri aparılmış təlimə ən səriştəli, media
ilə əməkdaşlıq təcrübəsi olan səlahiyyətli
gömrük işçilərinin cəlb edildiyini söylədi,
əldə ediləcək biliklərin gömrük mövzusunun
KİV-də dəqiq və dolğun əks etdirilməsində
gərəkli olacağına əminliyini ifadə etdi.
Təlimə uğurlar arzulayan Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar
Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş
redaktoru, Milli Məclisin deputatı Hikmət
Babaoğlu, Azərbaycan Mətbuat Şurası
sədrinin müavini Müşfiq Ələsgərli, “İki sahil”
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
“Bakı-Xəbər”qəzetinin baş redaktoru Aydın
Quliyev və ölkənin digər mərkəzi media
qurumlarının rəhbərləri təşkil olunan gömrük
maarifləndirməsi məşğələlərinin jurnalistlərin
peşəkarlığının yüksəldilməsinə töhfə olmaqla
yanaşı, geniş auditoriyanın daim diqqət
yetirdiyi bir mövzunun operativ və obyektiv
işıqlandırılmasına da kömək edəcəyini vurğu-
ladılar, hər iki tərəf üçün səmərəli əməkdaşlıq
yollarından söz açdılar.
Ölkənin 20-dən artıq media qurumu-
nun nümayəndəsinin iştirak etdiyi təlimin
məşğələlərində və təcrübi tanışlıqlarda Dövlət
Gömrük Komitəsinin mütəxəssisləri apa-
rılan islahatlar, onların mahiyyəti, gömrük
nəzarəti, ticarətin asanlaşdırılması, informa-
siya texnologiyalarının tətbiqi, fiskal siyasət,
gömrük hüquqpozmaları və digər mövzularda
yenilikləri jurnalistlərin diqqətinə çatdırdılar.
Şərh olunan məsələlər ətrafında geniş fikir
mübadiləsi aparıldı, səslənən suallar ətraflı
cavablandırıldı.
Təlilimin ilk günlərində Dövlət
Gömrük Komitəsinin məsul əməkdaşları
təqdimatlarla çıxış edərək malların gömrük
ərazisinə gətirilməsi və aparılması, nəqliyyat
vasitələrinin və şəxslərin gömrük ərazisinə
daxil olması və bu ərazidən yola düşməsi,
“Yaşıl dəhliz” və digər buraxılış sistemləri,
ticarətin asanlaşdırılması üzrə gömrük
nəzarətində yeniliklər, sərnişinlər üçün
nəzərdə tutulan “Yaşıl dəhliz” və “Qırmızı
dəhliz” buraxılış sistemləri, gömrük orqanla-
rının başqa şəxslərlə münasibətləri, gömrük
təmsilçiliyi, gömrük daşıyıcısı, səlahiyyətli
iqtisadi operator institutu kimi mövzuları
ətraflı şərh etdilər.
Sonrakı günlərdə jurnalistlər gömrük
işinin təşkili sahəsində risklərin müəyyən
edilməsi, gömrük statistikası, media-gömrük
münasibətləri ilə bağlı gömrük yenilikləri
barədə məlumatlandırıldılar. Komitənin
müvafiq baş idarələrinin rəhbərləri və
əməkdaşları gömrük-biznes münasibətləri, bu
sahədə mövcud problemlər və onların aradan
qaldırılması yolları, elektron gömrük fəlsəfəsi
ilə bağlı Azərbaycanda görülən işlər və
dünya praktikası , TRS sərhədkeçmə vaxtının
ölçülməsi ilə bağlı layihə, gömrük sahəsində
hüquqpozmalara qarşı mübarizə istiqamətində
həyata keçirilən tədbirlər, gömrük rüsumları
və növləri, gömrük orqanları tərəfindən alınan
vergilər, gömrük orqanlarının həyata keçir-
diyi fiskal siyasət kimi mövzulara aydınlıq
gətirdilər.
Təlim iştirakçılarının Dövlət Gömrük
Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin
Rusiya Federasiyası ilə sərhəddə yerləşən
“Samur” gömrük postunun fəaliyyəti ilə
tanışlıq səfəri isə jurnalistlərin söhbət açılan
mövzularla bağlı gömrük yeniliklərini öz
gözləri ilə görməsi baxımından maraqlı
oldu. Media qurumlarının təmsilçiləri yeni
innovasiyaların Azərbaycan gömrüyündə
uğurla tətbiq edildiyinə, aparılan islahatların
ciddi dəyişikliklər yaratdığına bir daha əmin
oldular.
Sonuncu gün əvvəlcə iştirakçıların
əldə etdikləri biliklərin qiymətləndirilməsi
aparıldı. Gömrük işinin media üçün ma-
raqlı məsələləri barədə tərtib olunmuş 30
sualın əksəriyyətinin hamılıqla düzgün
cavablandırması təlimin səmərəli quruldu-
ğunun və jurnalistlərin önəmli mövzularla
bağlı yenilikləri həvəslə mənimsədiklərinin
göstəricisi oldu.
Bağlanış mərasimində Dövlət Gömrük
Komitəsi sədrinin birinci müavini, gömrük
xidməti general-mayoru İsmayıl Hüseynov
qeyd etdi ki, əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan, Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilən da-
vamlı iqtisadi inkişaf strategiyasının nəticəsi
olaraq digər dövlət qurumları kimi, gömrük
orqanları da önəmli dövlət təsisatlarından
birinə çevrilib. Sıralarında minlərlə əməkdaşı
birləşdirən Azərbaycan gömrük xidməti
26 il əvvəl yaranmasına baxmayaraq, artıq
ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin
olunmasında, biznes mühitinin yaxşılaşdırıl-
ması, daxili bazarın qorunması və beynəlxalq
ticarətin asan və sürətli şəkildə həyata
keçirilməsi istiqamətində mühüm nailiyyətlər
əldə edib.
Həyata keçirilən islahatların, eyni za-
manda, ölkəmizdə gömrük işinin təşkilində
də yeni fəlsəfəni, yeni yanaşmaları ortaya
qoyduğunu qeyd edən İsmayıl Hüseynov
aparılan struktur və kadr islahatlarının göm-
rük işinin müasir standartlara cavab verəcək
şəkildə qurulmasına münbit şərait yaratdı-
ğını vurğuladı. O bildirdi ki, artıq gömrük
orqanları nəzarət deyil, daha çox xidmət
fəlsəfəsi ilə fəaliyyət göstərir. Məqsəd daxili
istehsalı qorumaq, ölkəmizin ixrac poten-
sialını artırmaq, Azərbaycan brendi altında
istehsal olunan malların xarici bazarlara
çıxışını təmin etmək, beynəlxalq ticarət
dəhlizlərinin kəsişdiyi coğrafi məkanda
yerləşən ölkəmizin tranzit qabiliyyətini
yüksəltməklə iqtisadi qüdrətimizi daha da
inkişaf etdirməkdir.
İsmayıl Hüseynov daha sonra qeyd
etdi ki, gömrük islahatlarının önəmli
hədəflərindən biri də ölkə vətəndaşlarının,
xüsusilə iş adamlarının məmnuniyyətinə
nail olmaqdır. Bu məqsədə çatmaq üçün
həyata keçirilən, tədbirlərdən biri də
ictimaiyyətlə, xüsusilə media qurumları ilə
səmərəli əməkdaşlıq əlaqələrinin qurulma-
sıdır. Gömrük sferasında şəffaflığın təmin
olunmasında, rüşvət və korrupsiya hallarının
aradan qaldırılmasında ictimai nəzarətin rolu
danılmazdır. Media qurumları və jurnalistlər
gömrük orqanlarının fəaliyyətinə ən yüksək
səviyyədə informasiya-maarifləndirici dəstək
verirlər. Gömrük Komitəsi isə bundan sonra
da kütləvi informasiya vasitələri ilə sıx və
işgüzar münasibətlər quracaq və media
qurumlarının da gömrük orqanlarına daim
dəstək göstərəcəyinə əmindir.
Dövlət Gömrük Komitəsinin Mətbuat
və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi
Natiq Axundov təlimdə iştirak edən media
nümayəndələrinə təşəkkürünü bildirdi, bu
tədbirin qarşılıqlı faydalı əməkdaşlığın daha
peşəkar və səmərəli davam edəcəyinə şərait
yaradacağını diqqətə çatdırdı.
Sonda təlimin qiymətləndirilməsi
prosesində fərqlənən jurnalistlər mükafat-
landırıldı, iştirakçılara sertifikatlar və xatirə
hədiyyələri təqdim olundu.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
sözlə ifadə olunmayacaq qədər böyükdür”
“Bir əsrlik yubileyin əhəmiyyəti
Parlamentin 100 illik yubileyi ilə bağlı müsahibimiz
Milli Məclis sədrinin müavini, siyasi elmlər üzrə
fəlsəfə doktoru Bahar Muradovadır
“Şahdağ”da jurnalistlərin
gömrük təlimi
3 oktyabr 2018-ci il, çərşənbə
4