BlackBerry Z10
Smartphone
STL100-1
cihazınızla birgə təmin olunan
istifadəçi alətləri diskindəki
PRINTSPEC-128
SWD-20121114155941170 | RFG81UW
MAT-51067-045
Təhlükəsizlik haqqında məlumat
BlackBerry cihazınızı dərhal istifadə etmək istəyirsiniz? İşə başlamazdan əvvəl BlackBerry
cihazınıza dair vacib təhlükəsizlik və tənzimləyici məlumatları ehtiva edən bu vərəqəni oxuyun.
Ehtiyacınız olduqda baxmaq üçün bu vərəqəni etibarlı yerdə saxlayın.
Bəzi ölkələrdə Bluetooth və şifrələmə proqram təminatı ilə olan simsiz cihazlara dair məhdudiyyətlər
ola bilər. Ərazinizdəki məhdudiyyətləri yerli icra orqanları ilə dəqiqləşdirin.
Ən yeni təhlükəsizlik və məhsul məlumatlarına baxmaq üçün
www.blackberry.com/docs/smartphones
saytına baş çəkin.
Vacib təhlükəsizlik xəbərdarlıqları
BlackBerry cihazınızla yalnız təsdiqlənmiş aksessuarlardan istifadə edin.
Research In Motion tərəfindən təsdiqlənməyən batareya yaxud adapterlərin
istifadəsi yanğın yaxud partlayış riski yarada bilər, bu isə ciddi xəsarət, ölüm
yaxud əmlak itkisinə səbəb ola bilər.
Yalnız RIM tərəfindən təsdiqlənən qoburlardan istifadə edin. RIM tərəfindən
təsdiqlənən qoburlardan uzun müddət istifadə ciddi xəsarət riski yaradır.
BlackBerry cihazını bədəninizə yaxın yerləşdirsəniz, RIM tərəfindən
təsdiqlənən qobur və kəmər qısqacı istifadə edin yaxud BlackBerry siqnal
ötürərkən BlackBerry cihazı ilə bədəniniz arasında 0.59 düym (15 mm)
məsafə saxlayın. RIM tərəfindən təsdiqlənən qoburlar və kəmər
qısqaclarından qeyri paltara bərkidilən aksesuarlardan istifadə etdikdə,
BlackBerry cihazı siqnal ötürərkən aksesuarlar bədəninizdə gəzdirilərsə,
BlackBerry cihazı radiotezlik təsiretmə standartlarını keçə bilər. Uzun
müddət radiotezlik təsir standartlarını keçdikdə, ciddi xəsarət riski yaranır.
Bu BlackBerry cihazının FCC radiotezlik emissiya təlimatlarına uyğun
olmasına dair ətraflı məlumat üçün
www.fcc.gov/oet/ea/fccid
saytına baş
çəkin və aşağıda sadalanan BlackBerry cihazınız üçün FCC İD axtarın. FCC
İD BlackBerry cihazınızın batareyasının arxasındakı etiketdə yerləşir. FCC
İD-a baxmaq üçün batareya qapağı və batareyanı çıxarın.
•
BlackBerry Z10 cihazı (model nömrəsi RFG81UW): FCC ID
L6ARFG80UW
Sizin BlackBerry cihazınız 32 və 95°F (0 və 35°C) dərəcə temperaturlarda
işləmək üçün nəzərdə tutulub. BlackBerry cihazınızın tövsiyə edilən
temperatur diapazonu xaricində işlətmək BlackBerry cihazınıza və ya litium-
ion batareyasına zərər vura bilər.
Fövqəladə hallarda yalnız BlackBerry cihazınıza etibar etməyin. Fövqaladə
zənglər etmək yaxud mesajlar göndərmək üçün lazım olan simsiz şəbəkələr
hər yerdə mövcud deyildir və 911, 112 yaxud 999 kimi fövqaladə nömrələrə
zəng etdikdə hər yerdə fövqaladə xidmətlərə qoşulmaq mümkün deyildir.
BlackBerry Mobile Voice System BlackBerry cihazınızda quraşdırılıbsa,
fövqaladə zənglərə dair ətraflı məlumat üçün "Fövqaladə zənglər və
BlackBerry Mobile Voice System haqqında" bölməsinə baxın.
BlackBerry cihazınızı sökməyin. BlackBerry cihazınızda kiçik hissələr vardır
ki, onlar nəfəsin tutulmasına səbəb ola bilər.
Nəbzölçən və eşitmə cihazları kimi tibbi cihazlardan BlackBerry cihazınızı
uzaq tutun, çünki onlar düzgünişləməyə, sizə və digərlərinə xəsarət yetirə
yaxud ölümlə nəticələnə bilər.
BlackBerry cihazınızı maye ilə təmas etdirməyin, əks halda qısa qapanma,
yanğın yaxud elektrik vurması baş verə bilər.
BlackBerry cihazınızın səsucaldanından istifadə edən zaman heç vaxt
BlackBerry cihazını qulağınıza yaxın saxlamayın. Eşitmə qabiliyyətinə ciddi
və daimi zədə vurula bilər.
BlackBerry cihazında yanıb sönən işıqlara reaksiya kimi epilektik tutmalar
yaxud huşun itirilməsi ilə nəticələnə bilər və sizin və digər şəxslər üçün
təhlükəli ola bilər. Əgər siz BlackBerry cihazının istifadəsindən hər hansı bir
disorientasiyanı, huşun itirilməsi, qıc, konvulsiya yaxud hər hansı bir qeyri-
iradi hərəkətləri hiss edirsinizsə yaxud ondan istifadə digər şəxslərdə
bunların irəligəlməsinə səbəb olursa, BlackBerry cihazından istifadəni dərhal
dayandırın və həkim ilə məsləhətləşin. LED bildiriş işığı sizin BlackBerry
cihazınızın önündə, yuxarı sağ küncdə yerləşir. Əgər sizin BlackBerry
cihazınızda kamera varsa, kamera işığının LED-i BlackBerry cihazınızın arxa
tərəfində, kamera linzalarının sağında yerləşir. Əgər siz epilektik qıclara
yaxud huşun itirilməsinə həssasınızsa, BlackBerry cihazından istifadə
etdikdən əvvəl həkiminizlə məsləhətləşin.
BlackBerry cihazını hends-fri rejimində istifadə etmək üçün icazəniz
yoxdursa, sükan arxasında BlackBerry cihazını istifadə etməyin. Sükan
arxasında BlackBerry cihazından istifadə sizə və digərlərinə ciddi xəsarət,
ölüm yaxud əmlak itkisi riski yarada bilər.
BlackBerry cihazınızı qaz dumanı olan yerlərdə istifadə etməyin, əks halda
yanğın yaxud partlayış baş verə bilər.
BlackBerry cihazınızı alovun içərisinə atmayın, əks halda cihaz partlayaraq
ciddi xəsarət, ölüm yaxud əmlak itkisinə səbəb ola bilər.
BlackBerry cihazınızı təyyarələrdə söndürün. BlackBerry cihazından
təyyarədə istifadə etsəniz, təyyarə alətləri, rabitə və uçuşa təsir göstərə,
şəbəkəni dayandıra, təyyarənin, heyətin işinə və sərnişinlərə təsir göstərə və
qanunsuz ola bilər.
BlackBerry cihazları təhlükəsiz deyildir və patlayıcı qazlar, toz yaxud kimyəvi
maddələr olan yerdə istifadə olunmamalıdır. Bu cür ərazilərdə qığılcım insan
sağlamlığına zərər yaxud hətta ölüm ilə nəticələnə bilən partlayış yaxud
yanğına səbəb ola bilər.
Cihazdan təhlükəsiz istifadə
•
Cihazının üzərinə BlackBerry ağır əşyaları qoymayın.
•
Cihazının modifikasiyasını yaxud texniki istismarını BlackBerry özünüz etməyə cəhd etməyin.
•
Research In Motion tərəfindən BlackBerry cihaz üçün təqdim olunan sənədləşmədə
göstərildiyinə uyğun olmayaraq BlackBerry cihazının dəliklərin örtməyin və onlara digər əşyaları
taxmayın. Bu hərəkət qısa qapanma, yanğın yaxud elektrik şokuna səbəb ola bilər.
•
Ekranda yad əşyalardan istifadə etməyin.
•
Ekranda böyük güc tətbiq etməyin.
•
BlackBerry cihazı yaxud BlackBerry cihaz aksessuarlarından suyun yaxınlığında istifadə
etməyin (məsələn, vanna yaxud tas, nəm zirzəmi yaxud üzgüçülük hovuzu).
•
BlackBerry cihazını yaxud BlackBerry cihaz aksesuarlarını qeyri-sabit səthə qoymayın.
BlackBerry cihazını yaxud BlackBerry cihaz aksesuarları düşərək şəxsə və BlackBerry cihazını
yaxud BlackBerry cihaz aksesuarlarına zərər vura bilər.
•
BlackBerry cihazınızdan istifadə edərkən tez-tez fasilələr edin. Əgər siz boyununuzda,
çiyinlərinizdə, biləklərinizdə, əllərinizdə (barmaqlar daxil olmaqla) yaxud bədəninizin digər
hissələrində BlackBerry cihazından istifadə zamanı diskomfort hiss edirsinizsə, istifadəni dərhal
dayandırın. Əgər diskomfort hissi davam edərsə, həkimə müraciət edin.
XƏBƏRDARLIQ: Burada müəyyən edilən idarəetmə yaxud göstəricilərin prosedurlarından fərqli olan
istifadə radiasiyanın təhlükəli təsiri ilə nəticələnə bilər.
Elektrik təhlükəsizliyi
BlackBerry cihazını yalnız Research In Motion tərəfindən verilən yaxud təsdiqlənən və BlackBerry
cihazı üçün nəzərdə tutulan adapterlə doldurun. Bu sənədin əsasında RIM tərəfindən edilən hər hansı
bir təsdiq yazılı surətdə və bu təsdiqi təqdim etməyə səlahiyyəti olan şəxs tərəfindən olmalıdır. Hər
hansı bir digər aksessuardan istifadə BlackBerry cihazı ilə təmin edilən zəmanəti ləğv edə və təhlükəli
ola bilər.
BlackBerry Z10 cihazı üçün təsdiqlənən adapter modelləri
ASY-18072-002
ASY-24479-009
ASY-34725-002
ASY-24479-002
ASY-24479-010
ASY-34725-003
ASY-24479-003
ASY-24479-011
ASY-38170-003
ASY-24479-004
ASY-24479-012
ASY-46705-001
ASY-24479-005
ASY-28109-003
ASY-46706-001
ASY-24479-006
ASY-31296-003
ASY-48415-001
ASY-24479-007
ASY-34724-001
ASY-50255-001
ASY-24479-008
BlackBerry cihazı ilə təmin edilmiş yaxud RIM tərəfindən təsdiqlənmiş yükləyici aksessuarlardan digər
birini yalnız qeydiyyat nişanında göstərilən enerji mənbəsinin növünə uyğun olaraq istifadə edin. Hər
hansı bir enerjidən istifad etməzdən əvvəl cərəyanı gərginliyinin enerji təminatı mənbəsinin üzərində
çap edilmiş gərginlik göstəricisi ilə eyni olduğunu yoxlayın. BlackBerry cihazını ancaq CTIA sertifikatlı
adapterlərə, USB-IF loqotipi olan məhsullara yaxud USB-IF uyğunluq proqramını keçən məhsullara
qoşun.
Rozetkaları və uzadıcı nagilləri həddən artıq işlətməyin çünki bu yanğın yaxud elektrik şok təhlükəsi ilə
nəticələnə bilər. Kabelə yaxud ştepselə zərər təhlükəsini azaltmaq üçün yükləyici aksessuarını
rozetkadan ayırdığınız zaman kabeli deyil, ştepseli dartıb çıxardın.
Enerji kabelini basılmadan və ştepsellərdə, rozetkalarda və onun BlackBerry cihazı ilə qoşulduğu
yerdə əzilmədən qoruyun. Yükləyici aksessuarlarını tufan zamanı yaxud uzun müddət istifadə
olunmadığı halda ayırın. BlackBerry cihazından hər hansı bir batareya yükləyicisi aksessuarları ilə
istifadə zamanı elektrik kabelini digər şəxslərə büdrəmə yaxud nəfəs tutulması kimi zədə riskini
azaldan bir tərzdə yerləşdirin. Yükləyici aksessuarlarından elementlərə əlaqəsi olan ərazinin xaricində
və ya daxilində istifadə etməyin.
Litium-ion batareyasının daxiledilməsi və elektrik enerjisinə qoşulması haqqında ətraflı məlumat üçün
BlackBerry cihazı ilə birgə təmin olunan sənədləşməyə baxın.
BlackBerry cihazınız üçün aksessuarları əldə etmək üçün simsiz xidmət təminatçınızla əlaqə saxlayın
yaxud
www.shopblackberry.com
saytına baş çəkin.
Batareya təhlükəsizliyi
BlackBerry cihazında çıxarılan litium-ion batareya mövcuddur.
Düzgün şəkildə istifadə olunmadığı halda litium-ion batareyası yanğın yaxud kimyəvi yanığa səbəb ola
bilər. Batareyaya yad cisimləri daxil etməyə cəhd etməyin. Batareyanı sökməyin, sındırmayın, ona
dəyişikliklər etməyin və deşməyin. Batareya sökülərsə, əzilərsə, ona dəyişikliklər edilərsə yaxud
deşilərsə, dərhal istifadəni dayandırın. Batareyanı 140°F (60°C) dərəcədən artıq temperatura qədər
qızdırmayın. Batareyanı 140°F (60°C) dərəcədən artıq qızması yanğına yaxud partlayışa səbəb ola
bilər. Batareyada qısaqapanmaya yol verməyin və ya metal və keçirici cisimlərin batareya terminalları
ilə təmasına imkan verməyin.
XƏBƏRDARLIQ: Yalnız Research In Motion tərəfindən xüsusilə BlackBerry cihaz modeli üçün
nəzərdə tutulan batareya istifadə edin. RIM tərəfindən BlackBerry cihazlarından istifadə edilən
batareyalar IEEE Std 1725 ilə uyğundur. Başqa batareyaların istifadəsi BlackBerry cihazının
zəmanətini qüvvədən sala bilər. Bundan əlavə, səhv batareya istifadə etsəniz, yanğın yaxud partlayış
ola bilər. Köhnə batareyaları bu təhlükəsizlik vərəqəsindəki təlimatlara əsasən atmalısınız.
Yetkin şəxs nəzarət etmirsə, uşaqlar batareyaya toxunmamalıdır.
Bu işarə BlackBerry cihazınızda peyda olunursa, litium-ion batareyası daxil edilməyib
yaxud etibarsız batareya daxil edilib. Əgər siz BlackBerry cihazınızın modeli ilə istifadəsi üçün
müəyyən edilmiş litium-ion batareyasını daxil etmisinizsə, litium-ion batareyasını çıxardıb onu yenidən
daxil edin. Əgər siz etibarsız batareyanı daxil etmisinizsə, onu dərhal çıxardın və RIM tərəfindən
BlackBerry cihazınızın modeli üçün müəyyən etdiyi litium-ion batareyasından istifadə edin. Batareya
konnektorlarının BlackBerry cihazınızdakı konnektorlarla düzgün sıralandığını yoxlayın.
Sükan arxasında və yolda təhlükəsizlik
Bütün diqqətinizi idarəetməyə yönəldin; idarələmə təhlükəsizliyi sizin birinci məsuliyyətinizdir. Siz
avtomobili idarə etdiyiniz yerlərdə simsiz cihazların istifadəsinə dair qanun və göstərişlərin bilməsinə
və əməl olunmasına görə məsuliyyət daşıyırsınız.
Research In Motion tövsiyə edir ki, sükan arxasında BlackBerry cihazını istifadə etməyəsiniz.
Əvəzində, avtomobildə BlackBerry cihazından sizin üçün istifadə edəcək sərnişinin olduğunu nəzərdə
tutun yaxud BlackBerry cihazından istifadə etməzdən əvvəl avtomobilinizi dayandırmaq üçün
təhlükəsiz bir yer tapın.
Avtomobili sürməzdən əvvəl BlackBerry cihazını təhlükəsiz yerə qoyun. Avtomobildə olduğunuz
zaman heç bir batareya yüklənilməsi aksessuarından BlackBerry cihazının saxlanılması vasitəsi kimi
istifadə etməyin. Əgər avtomobilizin təhlükəsizlik yastığı ilə təchiz edilibsə, BlackBerry cihazını yaxud
digər əşyaları təhlükəsizlik yastığının üzərində yaxud onun yerləşdiyi yerdə saxlamayın. Gərə
avtomobilin daxilindəki simsiz avadanlıq qeyri-düzgün şəkildə saxlanılır yaxud quraşdırılıbsa
təhlükəsizlik yastığının işə salındığı anda insan səhhətinə ciddi zədə baş verə bilər.
Radiotezlik siqnalları avtomobillərdə qeyri-düzqün quraşdırılmış yaxud müvafiq qaydada təcrid
olunmamış elektron sistemlərinə təsir edə bilər. Avtomobilinizə dair istehsalçısı yaxud onun təmsilçisi
ilə əlaqə saxlayın. Əgər avtomobilinizə hər hansı bir avadanlıq əlavə edilibsə, siz həmin avadanlığın
istehsalçısı ilə radiotezlik siqnalları üzrə məlumat üçün məsləhətləşməlisiniz.
Gəzdiyiniz zaman yaxud tam diqqətinizi tələb edən hərəkət zamanı BlackBerry cihazından istifadə
etmək məsləhət görülmür. Nəqliyyat hərəkətinə yaxud digər piyada təhlükələrinə diqqətin olmaması
insan sağlamlığına ağır zərər ilə nəticələnə bilər.
Aksessuarlar
Yalnız Research In Motion tərəfindən təsdiqlənən aksesuarlardan istifadə edin. Müəyyən bir
BlackBerry cihazı modeli ilə istifadə üçün RIM tərəfindən təsdiqlənməmiş aksessuardan istifadə
BlackBerry cihazına aid olan istənilən təsdiqi yaxud zəmanəti ləğv edə bilər, BlackBerry cihazının
işləməməsi ilə nəticələnə və təhlükəli ola bilər.
Daşıma həlləri: BlackBerry cihazı üzlüksüz (korpus üzərinə taxılan aksessuar) təchiz edilə bilər. Əgər
siz BlackBerry cihazını bədəninizdə gəzdirirsinizsə, BlackBerry cihazını həmişə Research In Motion
tərəfindən təchiz yaxud təsdiq edilmiş üzərində qayış tutqacı olan BlackBerry cihazınının üzlüyünə
taxın. BlackBerry cihazını daşıyarkən RIM tərəfindən təsdiqlənən kəmər qısqaclı qobur istifadə
etməsəniz, BlackBerry cihazını ən azı 0.59 düym (15 mm) bədəninizdən aralı saxlayın ( BlackBerry
cihazı siqnal ötürərkən). BlackBerry cihazının istənilən məlumat funksiyasından USB kabel ilə yaxud
kabelsiz istifadə edərkən (məsələn, e-poçt mesajları, PIN mesajları, MMS mesajları yaxud brauzer
xidməti) BlackBerry cihazını ən azı 0.59 düym (15 mm) bədəninizdən aralı saxlayın. RIM tərəfindən
təchiz yaxud təsdiq edilməmiş aksessuarlardan istifadə etdikdə sizin BlackBerry cihazınız radiotezlik
təsiri üzrə təlimatları poza bilər. Radiotezlik təsiri üzrə ətraflı məlumat üçün bu sənədin "Uyğunluq
məlumatı" bölümünə baxın.
BlackBerry daşıma üzrə həllər: BlackBerry cihazları üçün daşıma həllərinə, məsələn, üzlüklərin və
çantaların daxilində maqnit mövcuddur. Debit və kredit kartlar, otel kartları, telefon kartları kimi maqnit
zolaqlı elementləri BlackBerry daşıma həllərinin yanına qoymayın. Maqnit maqniq zolağındakı
məlumatları silə bilər.
Maqnitometrlər
BlackBerry cihazınızda maqnitometr var. Maqnitometr Kompas kimi proqramlarda istifadə olunur.
Maqnitlər yaxud qobur, qulaqcıq, monitorlar kimi maqnit ehtiva edən cihazlar maqnitometrin dəqiqliyinə
mənfi təsir göstərə bilər. Təkcə yerinizi təyin etmək üçün maqnitometr istifadə edən proqramlara etibar
etməyin. Fövqaladə hallarda təkcə maqnitometr istifadə edən proqramlara etibar etməyin.
Media
Müəyyən qanunvericiliklər BlackBerry cihazının bəzi xüsusiyyətlərindən istifadəni qadağan edə yaxud
məhdudlaºdıra bilər. Şəkilləri çəkdikdə, iºlətdikdə yaxud istifadə etdikdə BlackBerry cihazından istifadə
zamanı idarəedici yaxud qadağanedici hər hansı bir müəllif hüququ, şəxsi məxfilik, ticarət sirri yaxud
təhlükəsizlik qanunları daxil olmaqla bütün qanunlara, nizamnamələrə, əsasnamələrə və qaydalara
riayət edin. Digərlərin şəxsi hüquqlarına hörmətlə yanaşın. Müəllif hüququnun qorunması üzrə
qanunlar bəzi şəkillərin, musiqilərin (zəng tonları daxil olmaqla) yaxud digər məzmunun
nüsxələnməsini, dəyişdirilməsini, ötürülməsini yaxud yönləndirilməsini qadağan edə bilər.
Audio fayllar: Audio fayllara yüksək səslə qulaq asarkən (xüsusən də qulaqcıqlarla), eşitmə itkisi ola
bilər. Səsli şəraitin təsirini azaltmaq cəhdi ilə qulaqlıqların səs dərəcəsini artırmağa çalışmayın. Əgər
qulağınızda tıqqıltını yaxud danışığı səsi kəsilmiş kimi eşidirsinizsə, eşitmə qabiliyyətinizi yoxlamaq
üçün həkim ilə məsləhətləşin.
Kamera: BlackBerry cihazınızda kamera varsa, onu birbaşa günəş şüasına tutmayın. Bu, gözlərinizə
ciddi zərər yetirə bilər və BlackBerry cihazının nasazlığına səbəb ola bilər. Kamera fleşindən istifadə
edərkən, fleş LED işığını subyektin gözündən ən azı 19.69 düym (50 sm) aralı tutun.
Antena
Yalnız təchiz edilən quraşdırılmış antennadan istifadə edin. İcazəsiz antenna modifikasiyaları yaxud
qoşmaları BlackBerry cihazını nasaz vəziyyətə sala bilər və ABŞ Federal Kommunikasiyalar
Komissiyasının (FCC) nizamnamələrini poza bilər.
Elektron avadanlığa müdaxilə
Müasir elektron avadanlıqlarının əksəriyyəti radiotezlik siqnallarından müdafiə olunur. Lakin bəzi
elektron avadanlıqların BlackBerry cihazından çıxan radiotezlik siqnallarından müdafiəsi olmaya bilər.
Kardiostimulyator: Radiotezliklərin kardiostimulyatorunuza təsiri haqqında suallarınız ilə terapevt yaxud
kardiostimulyatorunuzun istehsalçısı ilə məsləhətləşin. BlackBerry cihazınızı xüsusi
kardiostimulyatorunuzun təhlükəsizlik tələblərinə uyğun istifadə etdiyinizi təsdiqləyin, bu tələblərə
daxildir:
•
BlackBerry cihazı aktiv olduqda həmişə BlackBerry cihazınızı kardiostimulyatordan 7.88 düym
(20 sm) aralı saxlayın.
•
BlackBerry cihazını sinə cibinizdə saxlamayın.
•
BlackBerry cihazında telefondan istifadə etdiyiniz halda potensial müdaxiləni minimuma
azaltmaq üçün zənglərin qəbul yaxud edilməsi zamanı cihazı kardiostimulyatorun əks tərəfdəki
qulağınızda saxlayın.
•
Əgər müdaxilənin mövcudluğuna dair hər hansı şübhəniz varsa, BlackBerry cihazında bütün
simsiz bağlantıları dərhal söndürün. BlackBerry cihazından istifadəni dayandırın və həkimlə
məsləhətləşin.
Eşitmə qurğuları: Qulaq aparatları: Bəzi rəqəmli simsiz cihazlar qulaq aparatları üçün müdaxilə yarada
bilər. Bu cür müdaxilənin mövcud olduğu halda simsiz xidmət təminatçınızla məsləhətləşin yaxud
alternativ həlləri müzakirə etmək üçün qulaq aparatınızın istehsalçısına müraciət edin.
BlackBerry cihazınız Kompas kimi proqramlarda istifadə olunan maqnitometr ehtiva edir. Maqnitometr
istifadə edən proqram eşitmə qurğusuna maneə törədirsə, proqramı söndürün.
Digər tibbi qurğular: Əgər siz hər hansı bir digər tibbi cihazdan istifadə edirsinizsə, cihazın xarici
radiotezlik təsirinə müvafiq qaydada müdafiə olunduğunu müəyyən etmək üçün cihazınızın istehsalçısı
ilə məsləhətləşin. Sizin həkiminiz bu məlumatı əldə etməkdə kömək edə bilər.
Xəstəxanalar: Möcvud olduğu halda tibb müəssisələrində göstərilən tələblərə uyğun olaraq BlackBerry
cihazının bütün simsiz bağlantılarını söndürün. Hospitallar yaxud tibb mərkəzlərində xarici radiotezlik
enerjisinə həssas avadanlıqdan istifadə edilə bilər.
Təyyarə: Federal Aviasiya Administrasiyası (FAA) və Federal Kommunikasiyalar Komissiyasının
(FCC) qaydaları simsiz cihazların radiosundan təyyarə havada olquğu zaman istifadəsini qadağan
edir. Təyyarəyə mindikdən əvvəl BlackBerry cihazında bütün simsiz bağlantıları söndürün. BlackBerry
cihazının aktiv simsiz bağlantıları ilə təyyarədə istifadəsinin təsiri məlum deyil. Bu cür istifadə
təyyarənin cihazlarına, rabitəsinə və texniki göstəricilərinə təsir göstərə bilər, şəbəkədə nasazlıqlar
yarada bilər, təyyarənin istismarına təhlükəli və həmçinin qanunsuz ola bilər. BlackBerry cihazında
bütün simsiz bağlantılar söndürülmüş halda hava yolları qaydalarının elektron cihazlara edilən
tələblərə uyğun olaraq cihazın yalnız radio əsasında çalışmayan proqramlardan istifadə edin.
Təhlükəli ərazilər
BlackBerry cihazı faktiki olaraq təhlükəsiz cihaz deyil və bu cür cihazların tələb olunduğu qaz
buxarlanmasının mövcudluğu, partlayıcı toz vəziyyətləri, nüvə reaktorlarının istismarı, təyyarə
naviqasiyası yaxud rabitə xidmətləri, hava yollarının nəzarəti və reanimasiya yaxud silah sistemləri
kimi təhlükəli mühitlərdə istifadə üçün nəzərdə tutulmur.
Potensial partlayıcı mühitlər: Potensial partlayıcı mühitdə olduqda, BlackBerry cihazınızın bütün simsiz
bağlantılarını söndürün və bütün nişan və təlimatlara əməl edin. Bu cür ərazilərdə qığılcım insan
sağlamlığına zərər yaxud hətta ölüm ilə nəticələnə bilən partlayış yaxud yanğına səbəb ola bilər.
Potensial partlayış mühiti ilə ərazilər çox vaxt açıq şəkildə nişanlanır lakin bu həmişə belə deyil. Onlara
yanacaqdoldurma stansiyaları, qayıqlarda aşağı göyərtə, yanacağın yaxud kimyəvi maddələrin nəqli
yaxud saxlanılması üzrə obyektlər; maye neft qazından (propan yaxud butan kimi) istifadə edən
nəqliyyat vasitələri; dənəcik, toz yaxud metal tozları kimi kimyəvi maddələrin yaxud dənəciklərin
havada olduğu sahələr; və nəqliyyat vasitənizin mühərrikini adətən söndürülmüş halda saxlamağınız
tələb olunduğu hər hansı bir digər ərazi.
BlackBerry cihazındakı telefondan qaz sızmasının yaxınlığında olarkən bu barədə məlumat çatdırmaq
üçün istifadə etməyin. Ərazini tərk edin və əgər telefon buna imkan verirsə və BlackBerry cihazında
aktivdirsə, zəngi təhlükəsiz yerdən edin.
Partlama sahələri: Partlama sahəsində yaxud partlatma əməliyyatlarına mane olmamaq üçün ikitərəfli
radioların söndürülməli olduğu yerlərdə BlackBerry cihazınızın bütün simsiz bağlantılarını söndürün və
bütün nişan və təlimatlara əməl edin.
İstismar və saxlanılma temperaturları
BlackBerry cihazınız və cihazın səyahət adapteri aşağıdakı cədvəldə göstərilən temperaturlarda
istifadə üçün nəzərdə tutulub:
Cihazın işləməsi üçün
32 - 95°F (0 - 35°C)
Cihazı saxlamaq üçün
-4 - 95°F (-20 - 35°C)
Səyahət adapterinin işləməsi üçün
32 - 95°F (0 - 35°C)
Səyahət adapterinin saxlanması üçün
-22 - 167°F (-30 - 75°C)
BlackBerry cihazınızın və ya BlackBerry cihaz aksesuarlarının tövsiyə edilən temperatur miqyası
xaricində istifadəsi və ya saxlanması BlackBerry cihazınıza, BlackBerry cihaz aksesuarların və ya
litium-ion batareyasına zərər vura bilər.
BlackBerry cihazını və ya BlackBerry cihazın aksessuarlarını radiatorlardan, qızdırıcılardan,
sobalardan və istilik verən digər cihazlardan (gücləndiricilər daxil olmaqla) uzaq saxlayın. BlackBerry
cihazını iki həftədən çox istifadə etməyəcəksinizsə, BlackBerry cihazını söndürün və batareyanı
çıxarın.
Cihazın təmizlənməsi və təmiri
Təmizləmə: BlackBerry cihazı yaxud BlackBerry cihaz aksessuarının üzərində yaxud yaxınlığında
maye, aerozol təmizləyiciləri yaxud məhlullardan istifadə etməyin. Yalnız quru təmiz əski ilə təmizləyin.
BlackBerry cihazını yaxud batareya yükləcisi aksessuarını təmizlədikdən əvvəl kompyuterdən bütün
kabelləri və elektrik cərəyanından bütün batareya yükləcisi aksessuarlarını ayırın.
BlackBerry cihazınızda batareyanı təmizləmək lazımdırsa, batareya qapağını çıxarın və BlackBerry
cihazına maye düşməsinə imkan verməyin. Batareya qapağını yuyucu toza batırılmış nəm əski ilə silin.
Qapağı BlackBerry cihazına geri taxmazdan əvvəl tamamən quru olmasına fikir verin.
Təmir: BlackBerry cihazı və ya yükləyici aksessuarını sökməyə cəhd etməyin. BlackBerry cihazının
təmirini yalnız ixtisaslı peşəkarlar tərəfindən həyata keçirilməlidir. Aşağıdakı hallardan biri baş verərsə,
kompüter yaxud elektrik rozetkasından kabelləri çıxarın və BlackBerry cihazı yaxud adapterini servisə
aparın:
•
Elektrik şnuru, birləşdiricisi zədələnərsə.
•
BlackBerry cihazı yaxud adapterə su yaxud başqa nəsə düşərsə.
•
BlackBerry cihazı yaxud adapteri yağışa yaxud suya düşərsə.
•
BlackBerry cihazı yaxud adapteri çox isinərsə.
•
BlackBerry cihazı yaxud adapteri əldən düşərsə yaxud zədələnərsə.
•
BlackBerry cihazı yaxud adapteri düzgün işləməsə.
•
BlackBerry cihazı yaxud adapterinin fəaliyyətində ciddi dəyişiklik olarsa.
Yanğın yaxud elektrik şokun təhlükə riskini azaltmaq üçün yalnız BlackBerry cihazı üçün istifadəçi
təlimatında əhatə edilən göstəriciləri tənzimləyin. Digər göstəricilərin qeyri-düzgün tənzimlənməsi zərər
yetirə bilər və çox vaxtı ixtisaslı mütəxəssisə BlackBerry cihazını, yükləyici aksessuarı yaxud digər bir
aksessuarı normal iş vəziyyətinə yenidən qaytarmaq üçün böyük səy tələb edir.
BlackBerry cihazının istifadəçi sənədləşməsində olan təhlükəsizlik təlimatlarına əməlolunmama
Məhdud zəmanəti ləğv edəcək və qanunu pozan tərəfin, məhkəmə prosesinin yaxud hər ikisin
dayandırılması yaxud xidmətdən imtinası ilə nəticələnə bilər..
Cihaz və batareyanın atılması
BlackBerry cihazı yaxud batareyanı oda atmayın.
BlackBerry cihazı məişət tullantılarının zibil qutusuna tullanılmamalıdır.
Təkrar dövriyyə və təhlükəsiz atılma üçün cihaz və aksesuarlarının Research In Motion-na
qaytarılmasına dair ətraflı məlumat üçün kompüterin brauzerindən
www.blackberry.com/recycling
yaxud
https://tradeup.blackberry.com
saytına baş çəkin. Təkrar dövriyyə və barter proqramları yalnız
müəyyən yerlərdə mümkündür.
Bu proqramlar sizin ərazidə təklif edilmirsə, elektron məhsulların atılmasına dair yerli qaydalara əməl
edin.
Batareyanı bu cür element növünün utilizasiyasını idarə edən qanun və nizamnamələrə uyğun olaraq
utilizasiya edin.
Fövqaladə zənglər və BlackBerry Mobile Voice System
haqqında
BlackBerry Mobile Voice System BlackBerry cihazınızda quraşdırılıbsa, aşağıdakılar sizə aiddir:
911, 112, 000,999 yaxud digər beynəlxalq təhlükəsizlik cavab punktları yaxud oxşar fövqaladə
xidmətlərə zənglər BlackBerry Mobil Səs Sistemi ilə aparılmır, onlar yalnız mobil şəbəkə olan yerlərdə
BlackBerry cihazından edilir. BlackBerry MVS ənənəvi telefon xidmətini əvəz etmək üçün nəzərdə
tutulmayıb. Fövqaladə zəng imkanı kimi ənənəvi sabit yaxud simsiz telefon xidmətlərinə çıxış əldə
etmək üçün BlackBerry MVS-dən başqa əlavə funksiyalar təchiz edilməlidir. BlackBerry MVS ilə
fövqaladə zəng xidmətlərinə (məsələn, 911, 112, 000 yaxud 999) müraciət edə bilməımək səbəbilə
baş verən xəsarət, ölüm yaxud yaralanma hallarına görə RIM, onun filialları və onların müvafiq işçiləri,
direktorları və personalı məsuliyyət daşımır. BlackBerry MVS Müştəri Proqramını istifadə etməklə,
yuxarıdakılara razılıq verirsiniz. Yuxarıda qeyd edilənlə razı deyilsinizsə, BlackBerry MVS Müştəri
Proqramını cihazdan silin.
Uyğunluq məlumatı
Radiotezlik siqnalları ilə təmas
BlackBerry cihazının radiosu az gücə malik olan radioötürücüsü və qəbuledicisidir. BlackBerry
cihazının radiosu işə salındığı halda o, radiotezlik siqnallarını həm qəbul edir, həm də ki ötürür.
BlackBerry cihazı Federal Kommunikasiyalar Komissiyası (FCC), Daxili İşlər və Rabitə Nazirliyi (MIC)
və Kanada Sənaye Nazirliyinin (IC) simsiz cihazları üçün radiotezliklər ilə təmas üzrə təhlükəsizlik
səviyyələrinə dair təlimatları ilə uyğun olmaq üçün yaradılıb. Həmin bu simsiz cihazlar Kanada, ABŞ və
beynəlxalq standartlaşdırma orqanları tərəfindən əvvəl müəyyən edilmiş təhlükəsizlik standartları ilə
uyğundur:
•
ANSI/IEEE C95.1, 2005, Amerika Milli Standartlar İnstitutu/IEEE Radiotezlik elektromaqnit
sahələrinin insana təsiri haqqında təhlükəsizlik səviyyələri haqqında Standartı, 3 kHz-dən 300
GHz-ə qədər
•
Radiasiya qarşı müdafiə və öıçülərə dair Milli Şuranın (NCRP) 86 saylı hesabatı, 1986,
Radiotezlik elektromaqnit sahələri üzrə bioloji effektlər və kontakt üzrə meyarlar
•
Kanada Səhiyyə Nazirliyi, Təhlükəsizlik Məcəlləsi 6, 2009, 3 kHz-dən 300 GHz-ə qədər tezlik
diapozonunda radiotezlik elektromaqnit sahələrinin insana edilən təsir səviyyələri
•
EN 50360, 2001+A1:2012, Mobil telefonların elektromaqnit sahələrinin insana təsirinə dair əsas
məhdudiyyətlərə uyğunluğunu göstərmək üçün məhsul üzrə standart (300 MHz - 3 GHz)
•
Qeyri-ionlaşdırıcı Radiasiya qarşı Müdafiə üzrə Beynəlxalq Komissiya (ICNIRP), 2009, Vaxt ilə
dəyişilən elektrik, maqnit və elektromaqnit sahələrinin təsrinin məhdudlaşdırılması üzrə
təlimatlar (300 GHz qədər)
•
Avropa Birliyiinin Rəsmi Jurnalı (OJEU), 1999, Şuranın 12 iyul 1999-cu il tarixli elektromaqnit
sahələrin insanlara təsirinin məhdudlaşdırılması üzrə Tövsiyəsi (0 Hz - 300 GHz)
•
MIC, 2001, Radio avadanlığın idarəedilməsi üzrə Fərmanın 14-2 Maddəsi
FCC, IC, MIC, və AB-nin radiotezlik təsiri üzrə təlimatlarına BlackBerry cihazını üzərinizdə gəzdirdikdə
uyğun olmaq üçün yalnız Research In Motion tərəfindən təmin yaxud təsdiq edilmiş üzərində qayış
tutqacı olan daşınma üçün aksessuarlardan istifadə edin. RIM tərəfindən təsdiqlənməyən
aksesuarların istifadəsi FCC, IC və EU radiotezlik təsiretmə təlimatlarına zidd ola və BlackBerry
cihazının zəmanətini qüvvədən sala bilər. BlackBerry cihazını daşıyarkən RIM tərəfindən təsdiqlənən
kəmər qısqaclı qobur istifadə etməsəniz, BlackBerry cihazını ən azı 0.59 düym (15 mm) bədəninizdən
aralı saxlayın ( BlackBerry cihazı siqnal ötürərkən). USB kabelinin olub-olmadığından asılı olmayaraq
BlackBerry cihazının hər hansı bir məlumat funksiyasından istifadə etdikdə, BlackBerry cihazını
bədəninizdən ən azı 0,59 düym (15 mm) məsafədə saxlayın. Əgər siz BlackBerry cihazını daşıdıqda
RIM tərəfindən təchiz yaxud təsdiq edilmiş aksessuardan istifadə edirsinizsə, aksessuarın tərkibində
metalın olmadığını yoxlayın və BlackBerry cihazı işə salındıqda və simsiz şəbəkəyə qoşulduqda
BlackBerry cihazını bədəninizdən ən azı 0,59 düym (15 mm) məsafədə saxlayın.
Radiotezlik təsirini azaltmaq üçün aşağıdakı təhlükəsizlik təlimatlarına əməl edin:
•
BlackBerry cihazını güclü simsiz siqnal olan yerlərdə istifadə edin. Simsiz siqnalın gücünü
göstərən indikator ana ekranın yuxarısağ küncündə yerləşir və beş yüksələn panel göstərir. Üç
və daha çox zolaq güclü siqnalı göstərir. Yeraltı dayanacaqlar kimi yerlərdə yaxud qatar yaxud
avtomobildə səyahət edərkən zəif siqnalın göstərilməsi BlackBerry cihazınızın zəif siqnala
qoşulmaq üçün çox enerji sərf etdiyini bildirir.
•
Mövcuddursa, hendsfri istifadə edin və BlackBerry cihazı yandırıldıqda və simsiz şəbəkəyə
qoşulduqda BlackBerry cihazını bədəninizdən ən azı 0.59 düym (15 mm) aralı saxlayın (hamilə
qadınların qarın nahiyəsi və yeniyetmələrin qarınaltı nahiyəsi daxil). BlackBerry cihazının
daşınmasına dair ətraflı məlumat üçün bu sənədin Aksesuarlar bölməsindəki qobur haqqında
məlumatlara baxın.
•
Zənglərə sərf edilən vaxtı azaldın yaxud əvəzinə mətn mesajı yaxud BBM mesajı göndərin.
Xüsusi absorbsiya dərəcəsi haqqında məlumat
BU SİMSİZ CİHAZ MODELİ RADİODALĞALARLA TƏMAS ÜZRƏ DÖVLƏT QANUNLARINA
UYĞUNDUR.
BlackBerry cihazı radioötürücü və radioqəbuledicisidir. O, ABŞ höküməti Federal Kommunikasiyalar
Komissiyasının, Kanada hökümətinin Sənaye Nazirliyinin tərəfindən təyin edilmiş və Avropa Birliyinin
Şurası tərəfindən tövsiyə olunmuş radiotezlik enerjisindən süalanma ilə təmas həddlərini aşmamaq
üçün hazırlanmış və istehsal edilmişdir. Bu həddlər hərtərəfli təlimatların hissəsidir və istifadəçilər üçün
radiotezlik enerjisinin icazə verilən həddlərini müəyyən edir. Bu təlimatlar müstəqil elmi təşkilatlar
tərəfindən elmi tədqiqatların mütəmadi və hərtərəfli qiymətləndirilməsi nəticəsində hazırlanmış
standartlar əsaslanır.
Simsiz cihazlar üçün olan bu standart xüsusi absorbsiya dərəcəsi yaxud XAD kimi tanınan ölçü
vahidindən istifadə edir. FCC/IC tərəfindən təyin olunmuş XAD həddi 1,6 Vt/kq* təşkil edir. Avropa
Birliyinin Şurası tərəfindən tövsiyə olunan XAD həddi 2,0 Vt/kq** təşkil edir. XAD üçün sınaqlar FCC/IC
tərəfindən müəyyən edilmiş standart istismar göstərişlərindən istifadə edərək cihazın bütün sınanan
tezlik diapozonlarında qeydə alınmış ən yüksək güc səviyyəsində olduğu halda keçirilir. XAD qeydə
alınmış ən yüksək güc səviyyəsində müəyyən olunduğuna baxmayaraq cihazın faktiki XAD göstəricisi
istismar zamanı maksimum dərəcəsindən çox aşağı ola bilər. Bu, cihazın çoxsaylı güc səviyyələrində
çalışması üçün nəzərdə tutulduğunun nəticəsidir, çünki yalnız şəbəkəyə çatmaq üçün lazım olan
gücdən istifadə olunur. Ümumilikdə isə, cihazın əsas stansiya antennasına nə qədər yaxın olsa, çıxış
gücü o qədər də az olacaq.
Simsiz cihazın modeli satışa çıxarılandan əvvəl o, FCC, IC və Avropa Birliyinin Şurası tərəfindən
Qeyri-ionlaşdırıcı Radiasiya qarşı Müdafiə üzrə Beynəlxalq Komissiyasının (ICNIRP) tövsiyələrinə
əsasən hökümətin qəbul etdiyi tələbi ilə təyin olunmuş təhlükəsiz təmas üzrə həddi aşmadığına görə
yoxlanılıb və sertifikatlaşdırılmalıdır. Sınaqlar FCC, IC və Avropa Birliyinin Şurası tərəfindən hər model
üçün tələblərinə uyğun olan vəziyyətlərdə və yerlərdə (məsələn, qulağın yanında və bədən üzərində)
keçirilir.
BlackBerry cihaz modeli üçün qulağın yanında sınaq zamanı ən yüksək XAD göstəricisi aşağıda
göstərilib:
Cihaz
SAR (Ç/kq) - 1 q
(FCC/IC)
SAR (Ç/kq) - 1 q
(Hindistan)
SAR (Ç/kq) - 10
q (R&TTE)
BlackBerry Z10 cihazı (model
nömrəsi RFG81UW)
0.97
1.09
1.02
RIM tərəfindən təsdiqlənmiş üzərində qayış tutqacı olan üzlüyü ilə olan qayışda saxlanıldığı halda
BlackBerry cihazı üçün qeydə alınmış ən yüksək XAD dərəcəsi aşağıda ətraflı göstərilir. RIM
tərəfindən təsdiqlənmiş və RIM tərəfindən təsdiqlənməmiş daşınma aksessuarlar daxil olmaqla
üzərində qayış tutqacı olmayan daşınma aksessuarları istifadə edilə BİLMƏZ. RIM tərəfindən
təsdiqlənməmiş üzərində qayış tutqacı olan aksessuardan istifadə etmədən BlackBerry cihazının
daşınması haqqında ətraflı məlumat üçün bu sənədin "Təhlükəsizlik üzrə əlavə təlimatlar" bölümündə
Üzlük üzrə məlumata baxın.
Cihaz
SAR (Ç/kq) - 1 q
(FCC/IC)
SAR (Ç/kq) - 1 q
(Hindistan)
SAR (Ç/kq) - 10
q (R&TTE)
BlackBerry Z10 cihazı (model
nömrəsi RFG81UW)
0.84
0.73
0.72
BlackBerry cihazı Mobile Hotspot rejimində işləyirsə, RIM tərəfindən təsdiqlənmiş üzərində qayış
tutqacı olan üzlüyü ilə olan qayışda saxlanıldığı halda BlackBerry cihazı üçün qeydə alınmış ən yüksək
XAD dərəcəli aşağıda ətraflı göstərilir.
Cihaz
SAR (Ç/kq) - 1 q (FCC)
BlackBerry Z10 cihazı (model nömrəsi RFG81UW)
1.39
Mövcud aksessuarlar və FCC, IC və Avropa Birliyi Şurasının tələblərindən asılı olaraq taxılan
aksessuarların ölçüləri simsiz cihazlar və telefon modelləri arasında fərqlənir.
BlackBerry cihazı bu bölmədə göstərildiyi kimi istifadə edildikdə, FCC simsiz cihaz modeli üçün bütün
SAR səviyyələri FCC radio tezliyi emissiya təlimatlarına uyğun qiymətləndirilməklə,Avadanlıq İcazəsi
təminetmişdir. Bu simsiz cihaza dair SAR məlumatları FCC olan fayldadır və
www.fcc.gov/oet/ea
saytının Ekran Təminatı bölməsində, aşağıda qeyd edilən BlackBerry cihazınızın FCC İD-ni
axtardıqdan sonra tapa biləsiniz.
Cihaz
FCC ID
BlackBerry Z10 cihazı (model nömrəsi
RFG81UW)
L6ARFG80UW
Əlavə SAR məlumatlarını CTIA - The Wireless Association vebsaytında,
www.ctia.org
ünvanından
əldə etmək olar. Yaponiyada əlavə SAR məlumatlarını Radi Sənaye və Müəssisələri Assosiasiyasının
vebsaytından
www.arib-emf.org/index.html
ünvanına yaxud Daxili İşlər və Rabitə Nazirliyinin
Telekommunikasiya Bürosunun vebsaytından
www.tele.soumu.go.jp/e/index.htm
ünvanına daxil
olmaqla əldə etmək olar.
___________________________________
* Amerika Birləşmiş Ştatlarında və Kanadada istifadə edilən mobil cihazlar üçün XAD (xüsusi
absorbsiya dərəcəsi) həddi bədən və baş toxumasının orta hesabla 1 qram üzrə 1 Vatt/kq (Vt/kq) təşkil
edir (əllər, biləklər, topuq və ayaq toxumalarının orta hesabla 10 qram üzrə 4 Vt/kq).
** Avropada istifadə edilən mobil cihazlar üçün XAD (xüsusi absorbsiya dərəcəsi) həddi bədən və baş
toxumasının orta hesabla 1 qram üzrə 2 Vatt/kq (Vt/kq) təşkil edir (əllər, biləklər, topuq və ayaq
toxumalarının orta hesabla 10 qram üzrə 4 Vt/kq). Standart istifadəçilərə əlavə müdafiəni təmin etmək
üçün və ölçülərdə hər hansı bir dəyişikliklərin mövcudluğunu nəzərə alaraq kifayət qədər təhlükəsizlik
ehtiyatına malikdir.
FCC uyğunluq bəyannaməsi (Amerika Birləşmiş Ştatları)
FCC Klass B Hissə 15
Bu cihaz Federal Kommunikasiyalar Komissiyasının (FCC) Qaydalarının Hissə 15 ilə uyğundur.
İstismar aşağıdakı iki tələbə tabe olunur:
•
Bu cihaz zərərli təsir göstəməməlidir.
•
Bu cihaz xoşagəlməz əməliyyata səbəb ola bilən müdaxilə daxil olmaqla istənilən müdaxiləni
qəbul etməlidir.
XƏBƏRDARLIQ: Cihaza uyğunluğa görə məsuliyyət daşıyan tərəfin açıq şəkildə təsdiqləmədiyi
dəyişikliklər yaxud modifikasiyalar istifadəçinin bu avadanlıqdan istifadə hüququnu ləğv edə bilər.
Bu avadanlıq FCC Qaydalarının Hissə 15-in Klass B rəqəmli cihaz üzrə həddlər üzrə yoxlanılmış və
uyğunluğu aşkarlanmışdır. Bu həddlər yaşayış binasında zərərli müdaxiləyə qarşı kifayət qədər
müdafiəni təmin etmək üçün hazırlanıb. Bu avadanlıq radiotezlik enerjisini yaradır, ondan istifadə edir
və onu şüalayır və istehsalçı tələblərinə uyğun olaraq düzgün quraşdırılmadığı ya istifadə edilmədiyi
halda radiorabitəyə zərərli müdaxilə yarada bilər.
Lakin bu, müdaxilənin müəyyən bir vəziyyətdə baş verdiyinə zəmanət deyil. Əgər bu avadanlıq
həqiqətən radio yaxud televiziyaya zərərli müdaxilə yaradırsa, hansı ki avadanlığı yandırıldığı yaxud
söndürüldüyü halda müəyyən edilə bilər, istifadəçiyə müdaxiləni aşağıdakı əməliyyatlarla müdaxiləni
düzəltmək tövsiyə edilir:
•
Qəbuledici antennanı yenidən sazlayın yaxud onun yerini dəyişmək.
•
Avadanlıq və qəbuledici arasındakı məsafəni artırmaq.
•
Avadanlığı qəbuledicinin qoşulduğu şəbəkədən fərli bir şəbəkəyə qoşmaq.
•
Kömək üçün dilerə yaxud təcrübəli radio və ya televizor mütəxəssisinə müraciət etmək.
Federal Kommunikasiyalar Komissiyasının ("FCC") qulaq
aparatının simsiz cihazlar ilə uyğunluğu üzrə ABŞ məlumatı
Simsiz cihazlar qulaq aparatlarının yaxınlığından istifadə edildiyi zaman (qulaq aparatları və koxlear
implantantları kimi), istifadəçilər vızıltı, mızıltı yaxud iniltiyə oxşar səsləri eşidə bilərlər. Bəzi qulaq
aparatları digərləri ilə nisbətində bu müdaxiləyə daha davamlıdır və həmçinin simsiz cihazlar
yaratdıqları müdaxilə həcminə görə fərqlənir.
Qulaq aparatları istifadəçilərin onların qulaq aparatları ilə uyğun ola bilən simsiz cihazları tapmaq üçün
mobil rabitə sektoru təsnifatları yaradıb. Bəzi simsiz cihazlar hələ qiymətləndirilməmişdir.
Qiymətləndirilmiş simsiz cihazlar digər müvafiq təsdiq nişanları ilə birgə olan qeyddə göstəriciləcək.
Bu təsnifatlar zəmanət deyil. Nəticələr istifadəçinin qulaq aparatından və eşitmə qabiliyyətinin itirilmə
dərəcəsindən asılı olaraq fərqlənəcək. Əgər sizin qulaq aparatınız müdaxiləyə həssasdırsa, siz
qiymətləndirilmiş simsiz cihazdan müvəffəqiyyətlə istifadə edə bilməyəcəksiniz.
Qulaq həkiminizlə məsləhətləşmə və simsiz cihazınızın qulaq aparatınızla yoxlanılması onun şəxsi
tələbləriniz üçün qiymətləndirilmənin ən yaxşı yoludur.
Bu BlackBerry cihazı BlackBerry cihazının istifadə etdiyi bir neçə simsiz texnologiyaları üzrə yoxlanılıb
və qulaq aparatları ilə istifadə üçün qiymətləndirilib. Lakin bu BlackBerry cihazında digər qulaq
aparatları ilə istifadə üçün yoxlanılmamış texnologiyalar istifadə oluna bilər. Bu BlackBerry cihazından
qulaq aparatınız yaxud koxlear implantantı ilə istifadə etdiyiniz zaman hər hansı bir müdaxilə səsini
eşitdiyinizi müəyyən etmək üçün BlackBerry cihazınızın müxtəlif xüsusiyyətlərini hərtərəfli və müxtəlif
yerlərdə yoxlamaq vacibdir. Xidmət təminatçınızla onun qaytarılması, dəyişdirilməsi və qulaq
aparatının uyğunluğu haqqında məlumat üzrə məsləhətləşin.
Qiymətləndirilmələr necə işləyir
M-Dərəcələri: M3 yaxud M4 qiymətləndirilmiş simsiz cihazlar FCC tələblərinə cavab verir və yarlıksız
simsiz cihazlara nisbətən qulaq aparatları üçün daha az müdaxilə yaradır. M4 bunlardan daha yüksək/
yaxşı qiymətləndirmədir.
T-Dərəcələri: T3 yaxud T4 qiymətləndirilmiş simsiz cihazlar FCC tələblərinə cavab verir və yarlıksız
simsiz cihazlara nisbətən qulaq aparatlarının telehalqası ("T kommutatoru" yaxud "Telefon
kommutatoru) ilə daha yaxşı istifadə edilə bilər. T4 bunlardan daha yüksək/yaxşı qiymətləndirmədir.
(Qeyd etmək lazımdır ki, bəzi qulaq aparatlarında telehalqa yoxdur.)
Qulaq aparatları da bu növ müdaxiləyə davamlılıq üzrə qiymətləndirilə bilər. Qulaq aparatınızın
istehsalçısı yaxud qulaq həkiminiz sizə qulaq aparatınız üzrə bu nəticələri tapmaqda kömək edə bilər.
Qulaq aparatınız nə qədər davamlı olarsa, siz simsiz cihazlardan daha az müdaxilə qəbul edəcəksiniz.
Simsiz cihazlarla qulaq aparatlarının uyğunluğuna dair və əmək qabiliyyəti məhdud olan şəxslərin
telekommunikasiya xidmətlərinə çıxışı üçün FCC gördüyü tədbirlərə dair ətraflı məlumat üçün
www.fcc.gov/cgb/dro
saytına baş çəkin.
Kanada Sənaye Nazirliyinin sertifikatlaşdırması
Bu cihaz Kanada Sənaye lisenziya-çıxarışı RSS standartlarına uyğundur. Əməliyyat bu şərtlərə
tabedir:
•
Bu cihaz maneə yarada bilməz.
•
Bu cihaz cihazın arzuolunmaz istifadəsinə səbəb olan maneə daxil olmaqla, istənilən maneəni
qəbul etməlidir.
BlackBerry Z10 cihazı (model nömrəsi RFG81UW) Kanada Sənaye RSS 102, RSS 132, RSS 133,
RSS-GEN və RSS 210, sertifikat nömrə 2503A-RFG80UW standartına uyğundur.
5150-5250 MHz dalğasında istifadə üçün nəzərdə tutulmuş BlackBerry cihazı birgə kanallı mobil peyk
sistemlərinə maneə törətməməsi üçün yalnız daxili istifadə üçündür.
BlackBerry cihazları üçün 5250-5350 MHz və 5470-5725 MHz dalğalarında maksimum antena qəbul
dərəcəsi EIRP həddinə uyğun olmalıdır.
BlackBerry cihazları üçün 5725-5825 MHz dalğasında maksimum antena qəbul dərəcəsi nöqtədən-
nöqtəyə və nöqtədən-nöqtəyə olmayan istifadə üçün təyin edilmiş EIRP həddinə uyğun olmalıdır
Tövsiyə olunur ki, güclü radarlar 5250-5350 MHz və 5650-5850 MHz dalğalarının birinci dərəcəli
istifadəçiləri kimi təyin edilsin və bu radarlar LE-LAN cihazlarına maneə tərədə yaxud xəsarət yetirə
bilər.
B Klass uyğunluğu
Bu BlackBerry maneələr yaradan avadanlığa dair Kanada Sənaye Nazirliyinin "İnformasiya
Texnologiyası Avadanlığı - ölçü həddləri və metodları" adlanan standartında göstərildiyi kimi radio səs
şüalanmalarının B Klassına uyğundur.
Avropa Birliyinin qanunvericiliyinə uyğunluq
Research In Motion bununla bəyan edir ki, bu BlackBerry cihazı 1999/5/EC Direktivinin əsas tələbləri
və digər müvafiq müddəalarına uyğundur.
Cihaz
Müvafiq CE işarələri
BlackBerry Z10 cihazı
1999/5/EC Direktivi (HG nr.88/2003) əsasında hazırlanmış Uyğunluq bəyannaməsi Avropa Birliyinin
aşağıdakı səhifədə baxmaq olar:
www.blackberry.com/go/declarationofconformity
.
Research In Motion UK Limited 200 Bath Road Slough, Berkshire SL1 3XE United Kingdom
Wi-Fi aktivləşdirilmiş BlackBerry cihazınız varsa, BlackBerry cihazınız Avropa İttifaqı üzv ölkələrinin
hamısında Wi-Fi şəbəkələrində istifadə edilə bilər. Bu avadanlıq Türkiyədə istismar edilə bilər.
Avropa Birliyi Komissiyasının 12 fevral 2007-ci il Qərarına dair Rəsmi Bülletendə bildirilir ki, 5.150 to
5.350 GHz tezlik dalğasında simsiz çıxış sistemləri, o cümlədən radio lokal şəbəkələr daxili istifadə ilə
məhdudlaşmalıdır. Şəbəkə yaradılmasının simsiz giriş nöqtəsi domeni daxilində olduğuna və giriş
nöqtəsinin əsas cihaz olduğuna görə, BlackBerry cihazı heç vaxt şəbəkə yaradılmasını başlamır və ya
5,150 GHz-dən 5,350 GHz-ə qədər təzlik diapozonunda xüsusi rejimdə şəbəkəyə qoşulmur.
Əlavə tənzimləyici uyğunluq
BlackBerry cihazınız üçün aşağıdakı standartlar və qaydalara uyğunluq barədə təfərrüatlar Research
In Motion-dan əldə edilə bilər:
Cihaz
Müvafiq uyğunluq məlumatı
BlackBerry Z10 cihazı
•
PCS növünün sertifikatlaşdırma nəzarəti üzrə komitə
(PTCRB)
•
Radio və telekommunikasiya terminal avadanlığı
(R&TTE) direktivi 1999/5/EC
•
Qlobal Sertifikatlaşdırma Forumunun Sertifikatlaşdırma
meyarlarının (GCF CC) tələbləri
Əlavə Yazma Təsdiqi məlumatları üçün cihazın Haqqında ekranında Tənzimləyici Təsdiqlər siyahısına
baxın.
Məhsul haqqında məlumat: BlackBerry Z10 cihazı
Mexaniki xüsusiyyətlər:
•
Çəkisi: təqribən 4.8 oz (135.4 q), litium-ion batareya daxil olmaqla
•
Ölçüsü (uzunluq x eni x hündürlük) 5.1 x 2.6 x 0.4 düym (130 x 65.6 x 9 mm)
•
2 GB RAM, 16 GB fləş yaddaşı, 64 GB mikro SD kartı yuvası
Güc xüsusiyyətləri:
•
Çıxarılan, doldurulan litium-ion batareyası
•
3V, 1.8V mikro SIM kartları dəstəkləyir
•
Məlumatın sinxronlaşdırılması və yükləmə üçün mikro-USB portu
Mobil şəbəkə radiosu xüsusiyyətləri:
•
Dörd diapozon HSPA+ dəstəklənir: UMTS 850, UMTS 900, UMTS 1900, UMTS 2100 MHz
tezlik
•
Dörd diapozon GSM dəstəklənir: GSM 850, GSM 900, DCS 1800, PCS 1900 MHz
•
Güc klassı: Klass 1 (DCS 1800, PCS 1900), Klass 4 (GSM 850) GSM 5.05-də göstərildiyi
kimi, Klass 4 (GSM 900) GSM 02.06-də göstərildiyi kimi, Klass E2 (GSM 850, GSM 900,
DCS 1800, PCS 1900), Klass 3 (UMTS)
•
Ötürücü tezlik: GSM 824 - 849 MHz, GSM 880 - 915 MHz, DCS 1710 - 1785 MHz, PCS
1850 - 1910 MHz, IMT 1920 - 1980 MHz
•
Qəbuledici tezlik: GSM 869 - 894 MHz, GSM 925 - 960 MHz, DCS 1805 - 1 880 MHz, PCS
1930 - 1 990 MHz, IMT 2110 - 2 170 MHz
Wi-Fi şəbəkə radiosu xüsusiyyətləri:
•
Simsiz LAN standartı: IEEE 802.11a, IEEE 802.11b, IEEE 802,11g, IEEE 802.11n
•
IEEE 802.11b/IEEE 802,11g/IEEE 802.11n üçün ötürücü və qəbuledici tezlik: 2,412 - 2,472
GHz
•
IEEE 802.11a/IEEE 802.11n üçün ötürücü və qəbuledici tezlik: 5,180 - 5,825 GHz
Bluetooth radio xüsusiyyətləri:
•
Tək diapozonun dəstəyi: ISM 2,4 GHz
•
Ötürücü və qəbuledici tezlik: 2402 - 2 480 MHz
•
Bluetooth Klass 2
Cihazınız NFC texnologiyasını dəstəkləyirsə, aşağıdakı xüsusiyyətlər tətbiq edilir:
•
İstismar rezliyi: 13,56 MHz
•
Dəstəklənən rejimlər: oxuma/yazma, kart emulyasiyası, eyni səviyyəli
Rəsmi bildiriş
©
2012 Research In Motion Limited. Bütün hüquqlar qorunur. BlackBerry
®
, RIM
®
, Research In Motion
®
və aidiyyatı olan əmtəə nişanları, adlar və loqotiplər Research In Motion Limited-in mülkiyyətidir və
ABŞ-da və dünya üzrə digər ölkələrdə qeydiyyata alınıb və/və ya istifadə edilir. ANSI Amerika Milli
Standartlar İnstitutunun əmtəə nişanıdır. Bluetooth Bluetooth SIG-in əmtəə nişanıdır. CTIA - The
Wireless Association CTIA - The Wireless Association-ın əmtəə nişanıdır. GSM GSM MOU
Assosiyasının əmtəə nişanıdır. IEEE, 802.11a, 802.11b, 802.11g, 802.11n və IEEE Std 1725 Institute
of Electrical and Electronics Engineers, Inc. əmtəə nişanlarıdır. UMTS Avropa Telekommunikasiya
Standartları İnstitutunun (ETSI) əmtəə nişanıdır. Wi-Fi Wi-Fi Alliance-ın əmtəə nişanıdır. Bütün digər
əmtəə nişanları onların müvafiq sahiblərinin mülkiyyətidir. Bu sənədləşmə, o cümlədən istinad edilən
bütün sənədlər (məsələn,
www.blackberry.com/go/docs
-datəmin edilən sənədlər) "olduğu kimi" və
Research In Motion Limited və onun törəmə şirkətləri ("RIM") tərəfindən heç bir şərt, təsdiq, təqdimat,
zəmanət yaxud öhdəliksız təqdim edilir ki, bunların hamısı sizin qanunvericiliyinizin icazə verildiyi
maksimum dərəcədə açıq şəkildə imtina olunur.
İstənilən RIM məhsul ya xidmətinin istifadəsi üzrə şərtləri ayrı lisenziyada yaxud digər sazişdə
göstərilir ki, RIM orada göstərilir. BU SƏNƏDLƏŞMƏDƏ HEÇ BİR ŞEY RIM TƏRƏFİNDƏN BU
SƏNƏDLƏŞMƏDƏN FƏRQLİ OLAN HƏR HANSI BİR RIM MƏHSUL YAXUD XİDMƏTİNİN
HİSSƏLƏRİ ÜÇÜN TƏQDİM ETDİYİ BİRBAŞA YAZILI SAZİŞLƏRİ YAXUD ZƏMANƏTLƏRİ
ÜSTƏLƏYƏ BİLMƏZ.
Research In Motion Limited
295 Phillip Street
Waterloo, ON N2L 3W8
Canada
Research In Motion UK Limited
200 Bath Road
Slough, Berkshire SL1 3XE
United Kingdom
Kanadada çap edilib
Dostları ilə paylaş: |