Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
2
heyvanlara təsirinin ümumi qanunauyğunluqlarını, onların morfologiyasında, davranışında
rolunu və həmçinin heyvanlara kompleks təsirini müəyyənləşdirməkdən ibarətdir.
Bu fənnin öyrənilməsi nəticəsində bakalavr:
-Bilməlidir:
Heyvanların həyat fəaliyyətinin xarakterik xüsusiyyətlərini xarakterizə etməyi, heyvanların
yayılması, müxtəlifliyi;
-Bacarmalıdır:
Heyvanların nümayəndələrini təbii mühitdə əyani olaraq tanıyaraq sistematik vəziyyətini
müəyyən etməyi;
-Yiyələnməlidir:
Heyvanların qorunması üçün dövlətin və əhalinin həyata keçirdiyi tədbirlərə
III.
Fənnin təqvim planı:
Həftələr
Mövzunun adı və qısa icmalı
Mühazirə
Məşğələ
Saat
Tarix
3
Mövzu №1 MÖVZU № 1. Giriş. Heyvanların
ekologiyasının predmeti, məsələləri və məqsədi
Qısa icmalı: Hələ Aristotel eramızdan əvvəl
384 - 322, Pliney 23 - 79 e.ə., R. Boykonun (1627 -
1691) əsrlərində yaşayış mühitinin orqanizmlərin
həyatında əhəmiyyəti və onların müəyyən yaşayış
yerində məskunlaşması məsələlərinə toxunulur.
Aristotel ona məlum olan bütün heyvanları (onlar
500-ə yaxın olmuşdur) iki qrupa ayırmışdır: 1) qana
malik olan heyvanlar və 2) qansız heyvanlar. Birinci
qrupa o, ali hevanların hamısını (məməlilər, quşlar,
sürünənlər və balıqlar); ikinci qrupa isə həşəratları,
xərçəngləri, molyuskları və digər ibtidai heyvanları
aid etmişdir. Bu ilk zooloji sistem elmdə uzun
müddət
hökmranlıq etmişdir. Bundan başqa
Aristotelin işlərində bir sıra qiymətli fıkirlər,
ümumiləşmələr və həmçinin orqanizmin hissələri
arasında olan korelyativ əlaqələr haqqında təlim də
vardır.
Qədim dövrdən başlayaraq heyvanların ətrah
mühitlə qarşılıqlı təsirini öyrənən alimlərin işlərinə
nəzər salsaq onları tarixən aşağıdakı dövrlərə
bölmək olar. (nəzərinizə çatdırım ki, biz heyvanların
mühitlə təsirinin öyrənilməsini tam incəliklərinə
kimi əks etdirmirik).
1551-1587-ci ildə İsveçrə təbiətşünası Konrad
Qesner(1516-1565) 5 cildlik “Heyvanların tarixi”
əsərində Aristotelin heyvanların təsnifatinini əsas
tutaraq heyvanlari həmçinin mühit şəraitinə görə
təsvirini vermişdir.
1670- ildə ingilis kimyaçısı və fızik Robert
Boyl( 1627-1691) orqaniznılərə aşagi atmosfer
təzyiqinin təsirini eksperimentlə öyrənmişdir.
1734-1742-ci illərdə fransız təbiətşünası Rene
Ryümer( 1683-1757) 6 tomluq “ həşəratin tarixi
haqqında memuarlar” əsərində həşəratın həyat
tərzini müxtəlif aspektlərdən isiqlandırmışdir.
XIX əsrin birinci yarısında zoologiyada
+
2
27.09.17
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
3
heyvanlar aləminin tarixi inkişafı ideyası meydana
çıxdı. J. Küvyeninmüasiri və həmyerlisi olan E.
Joffrua Sent İler mühit amillərinin birbaşa təsiri
nəticəsində növlərin dəyişilməsi ideyasını inkişaf
etdirmişdir
Məşhur
fransız
bioloqu
Jan
Batist
Lamark(1744-1829) orqanizmlərin həyatında mühit
faktorlarının
rolu
haqqında
öz
əsərlərində
məlumatlar vermişdir.
L. Lamark (1744 -1829) və T. Maltus (1766 -
1834) ilk dəfə olaraq insanların təbiətə təsirini
neqativ nəticələrinin haqqında xəbərdarlıq edirdi.
V.Edvardsın (1824) «Fiziki faktorların həyata
təsiri» kitabı ekoloji və müqayisəli fıziologiyanm
başlanğıcım qoydu.
1840-ci ildə alman alimi Libix minimum
haqqında qanun kəşf etmisdir.
1863 cü il - Amerikada Q. Marşın insanın ətraf
mühitə təsirinin neqativ halları haqqında kitabı nəşr
olunur.
1911-ci ildə- V.Şelford tərəfındən ekoiloiji
optimum yəni növlərin dözümlülüyü haqqında
qanun kəşf edildi.
1912-ci ildə alman zooloqu R. Qessenin
heyvanların ekologiyası haqqında çox elmi
məlumatları çıxdı. 1920-1930- ci illərdə- artıq xarici
və
rus ekoloqlarının işlərində ekologiyada
biosenoloji istiqamətlər öz əksini tapmaga başladı.
(Zernov, Sukaçev, Beklemişev, Tinemann).
1925-ci ildə A. Lotki parazit-sahib, V.Volterr
yırtıcı-qənim münasibətlərinin riyazi modelini
hazırlamışdır.
1931-ci il-Amerikada R.Çempen Heyvanların
ekologiyası
monoqrafiyası çap olunur. Bu
monoqrafiyada heyvanların say dinamikası haqqnda
məlumatlar öz əksini tapmışdır.
1930-40-ci illərdə heyvanların ekologiyası
haqqında K. Frideriksin, F. Bodengeymin, D. N.
Qoşqarovun yeni məlumatları çap oldu.
1932-ci ildə- bioloq Q. Qauze kulturalarda
müxtəlif infuzorların yaşamaq ugrunda mübarizəsini
öyrənmışdir.
1942-ci
ildəV.N.
Sukaçevbiosenologiya
terminini elmə gətirdi.
1955-ci
ildə
ilk
dəfə
olaraq
N.P.Naumovun1963-cü
ildə
Heyvanların
ekologiyası kitabı çapdan cıxır.
Oxu materialları
Hümbətov
Ə.M.,
Süleymanov
İ.Ə.
Onurğasız heyvanların ekologiyası, Bakı
2015, s. 5-20
5
Mövzu №2
MÖVZU № 2.Ekoloji faktorlar haqqında ümumi
məlumat
Qısa icmalı: Ekoloji ədəbiyyatda ekoloji
faktorları ənənəvi olaraq iki əsas qrupa bölürlər:
abiotik
və
biotik.
Abiotik
faktorlara
iqlim
(temperatur, işıq, rütubət, atmosfer təzyiqi və s.),
torpaq və suyun fiziki xassələri aid edirlər. Biotik
+
2
11.10.17
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
4
faktorlara - qida, növ daxili və növlər arası qarışıqlı
əlaqələr daxildir.
Ekoloji faktorların ilkin sadə təsnifatı qeyri
dəqiq olduğundan ekoloqlar ekoloji faktorların digər
təsnifatını işləyib hazırlamışlar. Smitin (1966)
işləyib hazırladığı təsnifata əsasən ekoloji faktorlar
iki kateqoriyaya bölünmüşdür: populyasiyanın
sıxlığından asılı olan faktorlar və populyasiyanın
sıxlığından asılı olmayan faktorlar. Birinci
kateqoriyadan olan faktorların mənfi təsiri
nəticəsində tələf olan fərdlərin faizi onların ümumi
sayından və ya sıxlığından asılı deyil. İkinci
kateqoriyadan olan faktorların təsirindən tələf olan
fərdlərin faizi onların sayına paralel olaraq artır.
Bəzi ekoloqlar təsir mexanizminə görə ekoloji
faktorları iki əsas qrupa bölürlər: vital (energetik) və
siqnal. Vital faktorlar orqanizmin həyat fəaliyyətinə
birbaşa təsir göstərərək onların energetik halını
dəyişir.
Mühitin temperaturu, qida, rəqabət,
yırtıcılıq, parazitizm kimi faktorlar vital faktorlardır.
İkinci qrup faktorlar siqnal rolu oynayır və ətraf
mühitin energetik xarakteri haqqında informasiya
daşıyır. Bəzi faktorlar eyni zamanda həm energetik,
həm də siqnal təsirinə malikdir.
Ekoloji faktorların yuxarıda göstərdiyimiz
təsnifatlarından başqa A.S.Monçadskinin (1931) də
təklif etdiyi təsnifat vardır. A.S.Monçadskinin
təsnifatına görə bütün ekoloji faktorlar üç qrupa
bölünür: ilkin dövrü faktorlar, ikincili dövrü
faktorlar və dövrü olmayan ekoloji faktorlar. İlkin
dövrü faktorlara misal olaraq işıqlanmanın
müddətinin və intensivliyinin sutka mövsüm və illik
dəyişməsinin dövrülüyü, temperaturun dəyişməsi,
qabarma və çəkilmə ilkin dövrü faktorlardan olub,
orqanizmlərdə
bir sıra adaptiv reaksiyaların
formalaşmasına təsir göstərir. İlkin dövrü faktorların
müntəzəm tsikli Yer üzərində həyatın əmələ
gəlməsindən əvvəl mövcud olmuşdur və Yerin öz
oxu və Günəş ətrafında hərəkətindən doğan
faktorlardır. Buna görə də ilkin dövrü ekoloji
faktorlar daha qədim olub, orqanizmlərin irsi
aparatında
daha
davamlı
(sarsılmaz)
möhkəmlənmişdir.
Ekoloji
faktorların
bütün
təsnifat
müxtəlifliyinin əyani illustrasiyası görkəmli fransız
alimi P.Dajonun tərtib etdiyi cədvəldə verilmişdir
Oxu materialları
1.Hümbətov Ə.M., Süleymanov İ.Ə. Onurğasız
heyvanların ekologiyası, Bakı 2015, s. 25-32
2.Hümbətov
Ə.M,
Əliyeva
M.Q.
“Entomologiya və bitki mühafizəsi” ,Bakı-
2015.292-302 s.
7
Mövzu
№ 3 Mühitin abiotik faktorları
Temperatur və işiq
Qısa
icmalı: ABİOTİK FAKTORLAR-
temperatur, işıq radiaktiv şüalanma, təzyiq, havamn
rütubəti, suyun duz tərkibi, hava, axınlar, ərazinin
relyefı bütün bu şüsusiyyətlər canlı orqanizmlərə
biraşa və ya dolayı yolla təsir göstərir.
+
2
25.10.17
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
5
Temperatur faktorıı və onurasız heyvanların
həyat fəaliyyəti.Mühitin temperaturu ilkin dövrü
ekoloji faktorlardan biri olub, canlı orqanizmlərə bir
başa və digər faktorları (rütubət, qida və s.)
dəyişməklə dolayısı yol ilə təsir edir.
Ümumiyyətlə
canlı orqanimlər müəyyən
temperatur həddində aktivliyə malik olurlar.
Canlı orqanizmlər temperatura münasibətinə
görə müxtəlif ekoloji qruplaşmalar əmələ gətirirlər:
kriofil və termifillər.
Kriofil orqanizmlər: bu orqanizmlər soyuğu
sevən və bu mühit şəraitində yaşamağa uyğunlaşan
orqanizmlərdir.
Termofil orqanizmlər: onlar üçün optimal
temperatur yüksək temperatur həddinə təsadüf edir.
Onurğasız
heyvanlarda
temperatur
kompensasiyası.Bir şox poykiloterm heyvanlar cox
dəyişkən
temperatur
şəraitində
maddələr
mübadiləsini az və ya cox dərəcədə sabit vəiyyətdə
saxlaya bilirlər. Bu hal temperatur kompensasiyası
adlanır və heyvanlarda təkamül nəticəsində
qazanılmış biokimyəvi adaptasiyaya misaldır.
Termotənzimləmə.Onurgasız heyvanlar öz bədən
temperaturlarını müxtəlif yollarla tənzimləyirlər:
1.
Biokimyəvi
tənzimləmə-maddələr
mübadiləsinin intensivliyinin dəyişilməsi
2.
Fiziki
termotənzimləmə-
istilikvermə
səviyyəsinin dəyişilməsi
3.
Etoloji
termotənzimləmə
(
davranış
reaksiyaları)
İqlim şəraitindən asılı olaraq yaxın heyvan
növlərində ölçülərin bədən nisbətlərinin dəyişilməsi
baş verir. (XİX əsrdə emprik qaydalara müvafıq
təsvir olunmuşlar)
Berqman qaydası-əgəq iki heyvan növü bir-
birindən ölçülərinə görə fəqlənirlərsə, onda onlarda
ölçüləri iri olan daha soyuq ərazilərdə, kiçik ölçüyə
malik olanlar isə isti iqlim şəraitində yaşayır.
Allen qaydası- əgər iki növ müxtəlif iqlim
şəraitində yaşayırlarsa bədən səthinin onun həcminə
nisbəti yüksək enliklərə qalxdıqca azalır.
Rütubətlilik.Orqanizmin
bir tamlıq kimi
mövcüdluğu, onda gedən biokimyəvi reaksiyaların
gedişi yalnız müəyyən miqdarda suyun olması ilə
həyata keçirilir. Su canlıları üçün su balansının
tənzimlənməsi böyük əhəmiyyətə malikdır. Su
balansının saxlanma xüsusiyyəti orqanizmin hansı
ekoloji şəraitdə yaşamasından və həyat tərzindən
asılıdır. Bu nöqteyi nəzərdən heyvanlar müxtəlif
qruplaşmalar
əmələ
gətirirlər.
Hiqrofillər
(rütubətsevərlər) və kserofillər(quraqlıqsevərlər),
aralıq növlər mezofıl adlanır .
Həşəratlar
arasında
ağcaqanadlar
hiqrofildirlər.Onlaraxşam və səhər saatlarında bəzən
gündüzlər yagışlı havada aktiv olurlar. Atlı böcəklər,
qarabədən böcəklər, səhra çəyirtkələri isə kserofillərə
misaldırlar.
Onurğasızlarda
su
balansının
tənzimlənməsi etoloji, morfoloji, fiziologi yollarla
həyata keçirilir.
Etoloji uyğunlaşmaya su olan ərazilərin
axtarılması, torpaqda yuvaların qazılmasını misal
göstərə bilərik. Morfoloji uygunlaşmaya misal sidik
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
6
ifrazı zamam suya qənaət edilməsidir. Arid onalarda
yaşayan həşəratlarda malpigi borularınınsərbəst kor
qurtaran hissələri ilə arxa bağirsağın divarı ilə sıx
əlaqədə olaraq onun içərisindən suyu sorub çıxarır və
yenidən bədənə qaytarır. Səhra böcəklərində,
parəbizənlərin sürfələri və s.
Bir
çox
su
orqanizmlərində
zulallarının
dağılması ammiakın əmələ gəlməsinə səbəb olur.
Onun əmələgəlməsinə çoxlu miqdarda su lazım olur.
Quru onurgsızları arasında ammiak yalnız rutubət
çox olan yerlərdə yaşayan heyvanlarda əmələ gəlir.
Radiasiya İşiq şüalanması ekoloji faktor kimi
Günəş-
bütün canlı orqanizmlərə həyat
fəaliyyəti üçün əsas Enerji mənbəyidir. Əgər hesab
etsək ki, Yerə Günəş enerjisinin 100% düşür, onda
demək olar ki, onun 19% atmosferdən keçərkən
udulur, 34% yenidən əks okunaraq lcosmosa qayıdır,
47% Yer kürəsinə düz vəya yayılmış radiasiya
şəklində düşür. Düz istiqamətdə düşən Günəş
radiasiyasının uzunluğu 0,1- 0,30000nm bərabərdir.
Spektrin Ultrabənövşəyi hissəsi 1 -5 %, görünən
hissəyə 16-45%, infraqırmızı hissə 49-84% təşkil
edir. İşıga münasibətinə görə də orqanizmlər
müxtəlif ekologi qruplaşmalar əmələ gətirilər:
FOTOFİLLƏR
(işıqsevərlər),
fotofob
(kölgəsevərlər), evrifot (geniş işiq doapazonunda
yaşaya bilənlər), stenofot (Ya qaranlıqda ya da işıqda
yaşayanlar)
Fotoperiodizm.
Günün uzunluğuna qarşı
orqanizmlərin
cavab reaksiyası fotoperiodizm
adlanır. Belə ki, sutka ərzində baş verən uzun
fotoperiod əksər həşərat ııövlərinin maneəsiz
inkişafına kömək edir, yayın sonu payızın
əvvəllərində fotoperiodun qışlaması, diapauza halına
keçidi stimullaşdırır.
Oxu materialları
1.Hümbətov
Ə.M.,
Süleymanov
İ.Ə.
Onurğasız heyvanların ekologiyası, Bakı
2015, s. 37-75
2.Hümbətov
Ə.M,
Əliyeva
M.Q.
“Entomologiya və bitki mühafizəsi” ,Bakı-
2015.303-311, 314-20 s.
9
Mövzu № 4 . Biotik faktorlar
Qısa icmalı: Həşəratın həyatında onun müxtəlif
canlı orqanizmlərlə qarşılıqlı əlaqəsi mühüm rol
oynayır. Həşəratın yaşadığı mühitdə qarşılıqlı
əlaqədə olduğu bütün canlı varlıqlar bütövlükdə
mühitin biotik faktorları kimi təzahür edir.
Biotik faktorlar dedikdə müəyyən ərazidə
mövcud olan müxtəlif növlərin fərdləri və eyni növün
fərdləri arasında olan qarşılıqlı əlaqələr nəzərdə
tutulur.
Klements və Şelford (1939) bu qarşılıqlı
əlaqələri koaksiya adlandırmışlar.
Biotik faktorlar iki qrupa bölünür: homotipik və
heterotipik reaksiyalar.
Eyni növün fərdləri arasında mövcud olan
qarşılıqlı əlaqələri homotipik, müxtəlif növlərin
fərdləri arasındakı qarşılıqlı əlaqələri heterotipik
+
2
8.11.17
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
7
reaksiyalar adlandırırlar.
Homotipik reaksiyalara misal olaraq qrup
effektini, kütləvi effekti, kannibalizmi və növdaxili
rəqabəti göstərmək olar.
Həşəratın
bir
çox
dəstələrinin
nümayəndələrində qrup effekti mövcuddur. Qrup
effekti populyasiyadakı fərdlərin davranışında, artım
məhsuldarlığında
(reproduksiyasında),
inkişaf
sürətində, hətta bəzən heyvanın morfoloji və fızioloji
xüsusiyyətlərində özünü göstərir.
Növdaxili qarşılıqlı əlaqə formalarından biri
kannibalizmdir. Məsələn, may böcəyinin üçüncü
yaşda olan ağ sürfələri ikinci və birinci yaşda olan
sürfələrini tələf edirlər. Bu səbəbdən təbiətdə may
böcəyinin yetkinfərdlərinin uçuşu hər üç ildən bir baş
verir.
Növdaxili rəqabətin iki əsas formasını ayırd
edirlər. Bir başa adlandırılan rəqabət formasında (bir
başa rəqabəti bəzən interferensiya adlandırırlar).
Fərdlər bir-birinə təcavüzkar formada təsir göstərir.
İnterferensiya zamanı təcavüzkarlıq həmişə müşahidə
edilmir. Bəzən daha güclü fərd öz davranışı ilə başqa
fərdləri çoxalma, qidalanma və gizlənmə yerindən
məhrum edə bilər.
HETEROTİPİK REAKSİYALAR. Yaşayış
mühitində olan müxtəlif növlərin bir-birinə təsiri
müsbət, mənfi qarşılıqlı və birtərəfli ola bilər. Növlər
arasında mənfi qarşılıqlı təsirə misal olaraq
ammensalizmi, rəqabəti (növlərarası mübarizə),
yırtıcılığı və parazitizmi, müsbət, qarşılıqlı əlaqələrə
isə mutualizmi, sinoykiyanı (sadə kirayənişin),
kommensalizmi və əməkdaşlığı göstərmək olar.
Ammensalizm
adlandırdan
növlərarası
əlaqə
formasında növlərdən biri (ammensal) əziyyətə düçar
olduğu halda, digəri (ingibitor) narahatçılıq keçirmir.
Ammensalizm bitkilərdə, göbələk və bakteriyalarda
məlumdur.
Oxu materialları
1.Hümbətov
Ə.M.,
Süleymanov
İ.Ə.
Onurğasız heyvanların ekologiyası, Bakı
2015, s. 138-144
2.Hümbətov
Ə.M,
Əliyeva
M.Q.
“Entomologiya və bitki mühafizəsi” ,Bakı-
2015, 333-339s.
11
Mövzu № 5. Onurğasız heyvanların yaşayış
mühiti
Qısa icmalı: Yer üzərindəki bütün canlılar 4
mühit şəraitində yaşamağa uyğunlaşmışlar:su mühiti,
Quru-hava, Torpaq, canlı orqanizmlər.
Su yaşayış mühiti kimi Hidrobiontların
adaptiv
xüsusiyyətləri.Təkamül
pıosesində su
mühitində yaşayan orqanizmlər, yuxarıda qeyd
olunduğu kimi, bir-birindən bir sıra əlamətlərilə
fərqlənən 3 əsas ekoloji mühitdə (plankton, bentos,
neyston) yaşamağa uyğunlaşmışlar.
Plankton
və
nekton.Planktonda
yaşayan
orqanizmləri ölçülərinə görə meqaloplanktona makro-
mezo- , mikro- və nannoplanktona bölnürlər.
Neyston, pleyston və pelaqobentos.Su kütləsinin
səthi gərilmə pərdəsi bir sıra orqanizmlər üçün xüsusi
+
2
22.11.17
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
8
biotop hesab olunur ki, bu qruplaşmanı neyston və
pleyston adlandırırlar.
Bentos və perifiton.Su hövzələrinin dibində -
torpaq örtüyündə (endobentos) və onun üzərində
(epibentos)
formalaşan
orqanizmləri
bentik
orqanizmlər və ya bentos, sudakı bərk substratların,
gəmilərin suda olan hissələrinin və hidrotexniki
qurğuların üzərini örtən canlıları bioloji təbəqə və ya
perifıton adlandırmaq qəbul olunmuşdur.
Bentik orqanizmləri - bentosu - ölçülərinə görə
mikro-, meyo (mezo-) və makrobentos kimi 3
müxtəlif qrupa ayırırlar.
Torpaqla əlaqəsi olan bütün onurğasız heyvanları
3 qrupa bölmək olar.
1.
Geobiontlar-(daim torpaqda yaşayan canlılar )-
bunlara yağış qurdunu, çox qılhları və s.
göstərmək olar.
2.
Geofillər-(inkişafının müəyyən mərhələsini
torpaqda
yaşayanlar)-bunlara
böcəklərin
süfrələrı, yastıbığlı böcəklər, xırıldaq böcəklər
aiddirlər.
3.
Geoksenlər- (torpaqla
müvəqqəti
təmasda olanlar)- bunlara bəzi həşaratlar
aiddirlər. Həyat tərzi torpaqla əlaqəli olan
canlılarda həmin şəraitə məxsus müxtəlif
uyğunlaşmalar əmələ gəlir.
Həyat tərzinə və ölçülərinə görə torpaq
heyvanlarım 3 qrupa bölmək olar;mikrofauna,
mezofauna və makrofauna. Bəzən ölçülərinə görə
mikrofaunadan nanofaunam, makrofaunadan isə
meqafaunanı ayırıb ayrıca qeyd edirlər.
Nanofauna-bir
hüceyrəliibtidai
orqanizmlər
olub, ölçüləri 0,02- 0,08 mm-dən çox olur.Bunlar
torpağın su fraksiyasında, su ilə dolmuş boşluqlarında
yaşayırlar.
Mikrofauna-bu
qrupa
çox
hüceyrəli
makroskopik
heyvanlar-rotatorilər,
nematodlar,
astacalar və s. aiddirlər.Bunları bəzən manofaunaya
bəzəndə də su canlılarına aid edirlər.Bunlar rütubətli
mühitdə su və su buxarı ilə əhatə olunmuş torpaq
məsamələrində yaşayırlar.
Mezafauna-bu qrupa torpaqda yaşayan müxtəlif
çoxsaylı canlılar aiddirlər. Bu canlıları adi gözlə, lupa
və əl ilə toplamaq olur.
Mezafaunanı əsasən boğumayaqlılar, həşəratlar,
çoxayaqlılar, hörümçəklər və qurdlar təşkil edir.
Makrofauna-bu qrup orqanizmlərə adətən yağış
qurdu, çoxqıllılar, həşəratların sürfələri aid edilir.
Bunlar üçün torpağın bərk fazası əsas mühit hesab
olunur. Ona görə də hərəkət etmələri üçün özlərinə
yol açmalı olurlar.
Meqafauna-bunlara ölçüləri bir neçə sm-ə çatan
iri
məməli
heyvanlar
aiddirlər.Məs.
yereşənlər(yersiçanı),iri torpaq qurdu və s. qeyd
etmək olar.Meqafaunaya aid olan orqanizmlər
torpağa güclü mexaniki təsir göstərirlər.Nəticədə
torpaq qatlarını qarışdırırlar,bitki qalıqlarını torpaq
qatlarına yayırlar,torpağın təbii quruluşunu da
pozurlar.
Fitofaqlar- bunlar bitkilərin canlı hüceyrələri ilə
qidalanırlar və kənd təsərrüfatına böyük ziyanlar
vururlar.Məsələn;may
böcəyinin
sürfələri
ali
bitkilərin köklərini yeyib məhv etməklə, çuğundurun
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
9
nematodları meyvə kökləri əmələ gələnə kimi qida
köklərinə daxil olub məhv etməklə məhsul itkisinə
əsaslı təsir göstərirlər.
Zoofaqlar
-
torpaqda
məskunlaşan
bəzi
heyvanlarla yırtıcılıq və ya parazitlik üsulu ilə
qidalanırlar.
Nekrofaqlar
-
bunlar ölmüş heyvanların
cəsədindən
qidakimi
istifadə
edirlər.Təbii
ekosistemin sanitarları rolunu oynayırlar.
Saprofaqlar - torpaq heyvanları arasında ən çox
yayılmış və əhəmiyyətinə görə faydalı qruplar hesab
olunurlar.
Canlı orqanizmlər yaşayış mühiti kimi Parazitizm
mürəkkəb qarşılıqlı əlaqə formasıdır.
Parazitin sahiblə əlaqə xüsusiyyətindən asılı
olaraq bir neçə formasını ayırd edirlər. Ən geniş
yayılmış parazitizm forması obliqat (məcburi)
parazitizmdir. Belə parazitlər (lələkyeyənlər, bitlər və
yelpikqanadlılar) sahiblərindən ayrı yaşaya bilmirlər
Sahibin bədənində yerləşmə xüsusiyyətlərindən asılı
olaraq parazitlərin bir qismini endo-, digər qismini
ektoparazit adlandırırlar. Məsələn, qanlı mənənənin
bədəni daxilində parazitlik edən afelinus, yaxud ağ
kələm kəpənəyinin tırtılları daxilində parazitlik edən
apanteles endoparazitdirlər. Endoparazitlər içərisində
ziyanlı həşəratın yumurtası daxilində parazitlik edən
növlər xüsusi maraq doğurur. Məsələn, bir çox
kəpənəklərin
yumurtalarında
parazitlik
edən
trixoqrammalar sahibi embrion dövründə məhv
etdiyindən onlar ziyanvericinin ziyanlılığını sıfıra
endirirlər.
Oxu materialları
Hümbətov
Ə.M.,
Süleymanov
İ.Ə.
Onurğasız heyvanların ekologiyası, Bakı
2015, s. 104-115
13
Mövzu № 6. Populyasiya anlayışı və poulyasiyanın
xassələri
Qısaicmalı: Hər bir populyasiya mövcud
olduğu
məkanda
müəyyən
paylanma
xüsusiyyətlərinə, sıxlığa, çoxalma intensivliyinə və
s. kimi xüsusiyyətlərə malikdir.
Həşəratın
yaşayış
mühitində
paylanma
(yerləşmə) xüsusiyyətləri
Ekoloji ədəbiyyatda populyasiyadakı fərdlərin
məkanda paylanmasının üç əsas tipi müəyyən edilir
(şəkil 1): bərabər, konqreqasion (ləkəli) və təsadüfi.
Populyasiyada fərdlərin sıxlığı sahə və ya həcm
vahidinə düşən fərdlərin orta sayı ilə müəyyən edilir.
Ölüm faktiki olaraq doğulmanm antitezası olub,
populyasiyadakı fərdlərin məhv olmasını əks etdirir.
Populyasiyanm
cinsi
strukturu
dedikdə
populyasiyadakı erkək və dişi fərdlərin say nisbəti
nəzərdə tutulur. Populyasiyaların dinamikası.
Ekologiyanın
populyasiyaların
dinamikasını
öyrənən sahəsi populyasiya ekologiyası adlandırıhr.
Populyasiya
dinamikasının
öyrənilməsi
populyasiyadakı fərdlərin sayının artıb azalma
qanunauyğunluğunu müəyyən etməyə aparan bir
yoldur.
+
2
6.12.17
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
10
Populyasiyadakı fərdlərin sayı və sıxlığı abiotik
və biotik faktorların təsiri altında minimuma
çatdıqda populyasiyadakı fərdlərin əksəriyyəti
yaşayış uğrunda mübarizədə təbii seçmənin
«süzgəcindən» keçdiyi üçün belə fərdlərdə biotik
potensial və əlverişsiz şəraitə dözümlülük yüksək
olduğundan burada populyasiyanm əvvəlki sayı və
sıxlığı tədricən artaraq əvvəlki həddə çatır.
Hazırda hesab edilir ki, istənilən mühit faktoru
şəraitdən asılı olaraq həm destabilizəedici, həm də
tənzimləyici funksiyanı yerinə yetirə bilir.
Oxu materialları
1.Hümbətov
Ə.M.,
Süleymanov
İ.Ə.
Onurğasız heyvanların ekologiyası, Bakı
2015, s. 196-210
2.Hümbətov
Ə.M,
Əliyeva
M.Q.
“Entomologiya və bitki mühafizəsi” ,Bakı-
2015.365-377 s.
15
Mövzu № 7. Onuğasız heyvanlar antropogen
mühitdə
Qısa icmalı: İnsanın təbiətə təsiri
təkzibedilməzdir. Bu və ya digər təsərrüfat fəaliyyəti
zamanı insanın cansız təbiətə və orqanizmlərə, o
cümlədən həşərata təsiri olduqca güclü ekoloji
faktorlardan biridir. İnsanın təsərrüfat fəaliyyəti
prosesində orqanizmlərlə təbiət və növlər arasında
minilliklər ərzində formalaşmış təbii qarşılıqlı
əlaqələr əsaslı dəyişikliklərə məruz qalır.
İnsan xam torpaqları becərərkən, meliorasiya
tədbirləri həyata keçirərkən, meşələri qırarkən,
otlaqlarda
mal-qara
otararkən,
bataqlıqları
qurudarkən və s. kimi təsərrüfat fəaliyyəti zamanı
həşərata etdiyi qərəzsiz (məqsədsiz) təsirlər ekoloji
ədəbiyyatda (U.A.Zaxvatkin) antropogen faktorlar
adlandırılır. Antropogen faktorlar orqanizmlərə
birbaşa deyil dolayısı və ya səbəb nəticə əlaqəsi ilə
parçalanan ekoloji faktor kimi təsir göstərir. Bəzi
ekoloji ədəbiyyatda insanın heyvan orqanizmlərinə o
cümlədən həşərata etdiyi birbaşa təsirlər, məsələn,
entomofaqların
introduksiyası
və
iqlimə
uyğunlaşdırılması, ziyanlı həşərata qarşı kimyəvi və
bioloji mübarizə metodlarmın tətbiqi və s. kimi
məqsədli təsirlər antropik faktorlar adlandırılır.
Su hövzələrinin tullantı sulardan mühafızəsi,
onların resurslarından səmərəli istifadə edilməsi
beynəlxalq əhəmiyyətli məsələlərdən biridir və
günün ən aktual problemidir.
Hövzələrin çirklənməsi əsasən sənaye, kənd
təsərrüfatı və məişət tullantılarının su hövzələrinə
buraxılması hesabına baş verir. Hövzələrdə
çirkləndirici nıaddələrin ekoloji təsiri orqanizm,
populyasiya, biosenotik və ekosistem səviyyələrində
baş verir.
Su ekosistemləri təbii və süni çirkləndiricilərlə
çirklənir.
Oxu materialları
1.Hümbətov
Ə.M.,
Süleymanov
İ.Ə.
Onurğasız heyvanların ekologiyası, Bakı
+
2
20.12.17
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
11
2015, s. 152-182
2.Hümbətov
Ə.M,
Əliyeva
M.Q.
“Entomologiya və bitki mühafizəsi” ,Bakı-
2015.343-349 s.
15
Mövzu № 8. Faunaya kənar növlərin təsiri,
introduksiya
Qısa icmalı: İNTRODUKSİYA NƏDİR Bioloji
mübarizə metodunun ən effektli üsulu başqa
ölkələrdən
introduksiya
edilib
iqlimə
uyğunlaşdırılaraq imiqrant ziyanvericilərə qarşı
istifadə
edilməsidir.
Bu
sahədə
ümumdünya
miqyasında
görkəmli
müvəffəqiyyətlər
əldə
edilmişdir. Buna misal olaraq 1888-ci ildə
Avstraliyadan ABŞ-a avstraliya şırımlı (novlu)
yastıcası (Iceriya purchasi Mask.) ilə mübarizə
məqsədi ilə introduksiya edilmiş Rodolia cardinalis
Muls. parabüzənini (şəkil 15) göstərmək olar.
Ötən əsrin 70-ci illərindən sonra respublikamıza
Komstok yastıcası ilə mübarizə məqsədi ilə
Yaponiyadan Pseudaphucus malinus Gah. minicisi,
sitrus bitkilərinin ziyanvericisi olan unlu yastıca ilə
mübarizə üçün Sarı kokkofaqus (Coccophaqus
qureyi Camp.) paraziti introduksiya edilib iqlimə
uyğunlaşdırılmışdır. Su ekosisteminə buna aid
misallardan Mnemiopsisin rəqibi olan Beroyenin
(Beroe Ovata) süni şəkildə Qara dənizə gətirilməsini
göstərmək olar.
Oxu materialları
1.Hümbətov
Ə.M.,
Süleymanov
İ.Ə.
Onurğasız heyvanların ekologiyası, Bakı
2015, s. 220-221
2.Hümbətov
Ə.M,
Əliyeva
M.Q.
“Entomologiya və bitki mühafizəsi” ,Bakı-
2015.342-358 s.
+
1
20.12.17
VI. Sərbəst işlərin mövzuları və təhvil vermə tarixləri:
NN
Mövzunun adı
Təhvil verilmə tarixi
1
Torpaq onurğasız heyvanların yaşayış mühiti kimi
25.09 – 20.10
2
Qida onurğasız heyvanların həyatında ekoloji faktor kimi
23.10 – 24.11
3
Onurğasız heyvanların populyasiyalarının ekologiyası
27.11 – 27.12
VII.
İmtahanın keçirilməsi forması - yazılı.
VIII.
Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:
Balların maksimum miqdarı – 100 bal.
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
Created in Master PDF Editor - Demo Version
Dostları ilə paylaş: |