1
DƏRS 20
REVIEW LENT TABI
Review lent tabı Proofing, Language, Comments, Changes
lent qruplarından təşkil olunmuşdur. Bu tab haqqında əvvəlki dərslərdə ətraflı
məlumat verilib.
•
PROOFING
lent qrupunda yazı qaydalarıyla əlaqəli işlər görülür ki, bu haqda da
Word dərsində geniş-geniş danışmışıq.
•
LANGUAGE
qrupunun əmri vasitəsi ilə sözlərin mənası izah edilir.
• COMMENTS
qrupunun əmrlərinin funksiyaları xanaya şərh,
rəy yazmaq, onlar
arasında
keçidi təyin etmək, onları ləğv etmək,
görünüb-görünməməsini təmin
etməkdən ibarətdir.
•
CHANGES
qrupunun əmrləri isə işçi kitabı, işçi vərəqi mühafizə etməklə
məşğuldur.
VIEW LENT TABI
View lent tabında beş qrup var: Workbook Views, Show,
Zoom, Window, Macros
•
WORKBOOK VIEWS
qrupunun əmrləri işçi kitabın görünüş rejimlərini dəyişmək
üçün istifadə olunur. Bu qrupun əmrləri ilə tanış olaq.
1) Normal görünüş rejimi işçi kitabın standart, adi görünüş rejimidir.
2) Page Layout görünüş rejimi işçi vərəqləri yanaşı səhifələr kimi göstərir.
3) Page Break Preview görünüşündə A1 xanasından sonuncu dolu xanaya qədər olan
hissə diapazon kimi kəslib göstərilir.
4) Custom View rejimində istədiyimiz kimi fərdi görünüş rejiminə keçid edirik. 5)
Full Screen görünüş rejimində işçi kitab tam ekran boyunca görünür.
•
SHOW
qrupunda verilmiş elementlərin görünüb-görünməməsini seçmək şansı
yaradılır.
•
ZOOM
qrupunun köməyi ilə vərəqin miqyası ilə bağlı işlər görülür. Miqyas artırılır,
100%-ə gətirilir və yaxud da seçilmiş hissəni ekran boyunca göstərir.
•
WINDOW
qrupunda pəncərələr üzrə işlər icra olunur.
•
MACROS
qrupunun əmri tez-tez işlənən əməliyyatları avtomatlaşdırır
və həmin
əməliyyatların tez yerinə yetirilməsini təmin edir, müraciət sürətini artırır.