1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
İ.M.HÜSEYNOVA
Dərs vəsaiti Bakı Biznes Universitetinin
20 illik yubileyinə bir töhfədir
MÜƏSSİSƏNİN İQTİSADİYYATI
(Dərs vəsaiti)
Dərs vəsaiti Azərbaycan Respub-
likası Təhsil Nazirinin 18.01.2013-
cü il tarixli 57 saylı əmri ilə təsdiq
edilmişdir
.
Bakı – 2013
2
Tərtib edən: BBU-nin “Sənayenin təşkili və
bələdiyyə
idarəetməsi” kafedrasının müəllimi,
i.e.n., dos. Hüseynova İ.M.
Redaktor: BBU-nin
prorektoru,
i.e.n., dos. Sadıqov R.F.
Rəyçilər: İ.e.dok., prof. Əbdülsəlimzadə Q.Y.
İ.e.n., dos. İsgəndərov R.Ə.
İ.e.n., dos. Əzizov A.Ə.
İ.e.n., dos. Səfərova V.T.
İ.M.Hüseyinova
“Müəssisənin iqtisadiyyatı” Dərs vəsaiti –
Bakı, 2013. 304 səh.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.04.2010–cu il-
də təsdiq edilmiş
“Müəssisənin iqtisadiyyatı” proqramı əsasında
yazılmış bu dərs vəsaitində kursun predmeti və obyektləri, mahiyyəti
və vəzifələri, müəssisələrin hüquqi-təşkilati formaları, onların quru-
luşu, fəaliyyət xüsusiyyətləri, iqtisadi-sosial səmərəliliyi məsələləri
işiqlandırılmışdır.
“Bakı Biznes Universiteti” nəşriyyatı
3
G İ R İ Ş
“Müəssisənin iqtisadiyyatı” adlı dərs vəsaiti Bakı
Biznes Universitetinin tədris proqramına uyğun olaraq 60
saatlıq (30 saatı mühazirə və 30 saat məşğələ)
dərs yükünə
uyğun hazırlanmışdır.
Dərs vəsaitində bazar münasibətləri iqtisadi şəraitin-
də müəssisələrin və şirkətlərin fəaliyyətinin ən aktual
problemlərini, məsələlərini özündə əks etdirir.
Burada “Müəssisənin iqtisadiyyatı” kursunun pred-
meti və obyektləri, mahiyyəti və vəzifələri, iqtisadi məz-
munu, hüquqi təşkilati formaları, quruluşu verilmişdir. Ey-
ni zamanda dərs vəsaitində sahibkarlıq fəaliyyətinin müx-
təlif forma və növləri, hər bir istehsalın son məqsədi sayı-
lan sosial – iqtisadi səmərəliliyi, planlaşdırma və onun
növləri, müəssisənin kadrlarla təmin olunması, əmək məh-
suldarlığı və əmək haqqı məsələlərinə diqqət yetirilmişdir.
Dərs vəsaitində xüsusilə müəssisələrin əsas fondları
və istehsal gücü, əsas və dövriyyə istehsal fondlarının isti-
fadə göstəriciləri, müəssisələrə investisiya qoyuluşlarının
istiqamətləri, habelə müəssisələrin istehsal xərcləri, hazır-
ladıqları məhsulların maya dəyəri, müəssisələrin bütövlük-
də maliyyə resursları, mənfəət, ondan istifadə qaydaları və
istehsalın rentabelliyi müasir tələblər baxımından işıqlan-
dırılmışdır.
Gələcəkdə kitabın təkmilləşdirilməsi üçün irəli sürü-
lən tənqidi fikirlər və işgüzar məsləhətlər müəllif tərəfin-
dən minnətdarlıqla qəbul olunacaqdır.
4
FƏSİL1. FƏNNİN OBYEKTİ VƏ VƏZİFƏLƏRİ
1.1.
Fənnin obyekti və predmeti
İnsan fəaliyyəti – istehsal amilləri əsasında həyata
keçirilir. İnsan fəaliyyəti elmin inkişafı ilə təkmilləşir və
elmin nailiyyətləri istifadə olunur, onun obyektiv nəzəri
biliklərin işlənməsi və istifadəsi xüsusi yer tutur. Elm
məhsuldar qüvvələrinin əsası kimi çıxış edir və əmək vasi-
tələri, əmək predmeti və iş qüvvəsinin birgə ünsür statusu-
nu qazanmışdır.
Elm – həqiqətlərin, hadisə və proseslərin praktiki cə-
hətdən dərk edilmə üsullarının ayrılmaz tərkib hissəsi ol-
maqla o, həm də biliklər istehsalçısı kimi insan fəaliyyəti-
nin özünə məxsus formalarındandır.
Əgər maddi istehsalın həm miqyasca (kəmiyyətcə)
genişləndirilməsində və həm də səmərəliliyinin (keyfiy-
yətcə) yüksəldilməsində biliklər bir vasitə kimi ifadə edil-
ərsə, bunlara nail olmaq üçün mütərəqqi texnoloji proses-
lərin, maşın və avadanlıqların layihələndirilməsi, istehsa-
lın mükəmməl təşkilini nəzəri cəhətdən əsaslandırılması
isə elmin bilavasitə məqsədidir.
Elm bütövlükdə, şərti olaraq, üç böyük təbiət, ictimai
və texniki qrupa bölünür.
Təbiət elmləri – insan və təbiət arasında prosesləri
öyrənir, onun tədqiqat obyekti – maddi münasibətlərdir.
Texniki elmlər – istehsal prosesində istifadə edilən
əmək cisimlərinin və əmək vasitələrini, hazırlanma texno-
logiyasını, onların istifadə üsullarını, əmək cisimlərinin fi-
ziki və kimyəvi dəyişikliklərini, hazır məhsulun istehlak
xassələrini və s. öyrənir.