Fyodor dostoyevski
Ölü evdən qeydlər
ФЁДОР ДОСТОЕВСКИЙ
Записки из
Мёртвого дома
«Ölü evdən qeydlər» dostoyevski yaradıcılığında və dünyagörü
şündə dönüş nöqtəsidir. Bu əsəri dostoyevski onillik fasilədən,
sibir sürgünündən qayıtdıqdan sonra yazmışdır. 1849cu ildə ya
zıçı Petra şev skinin dərnəyində iştirakına və orada v.Q.Belin skinin
«Qoqola mək tub»unu oxuduğuna görə digər sosialistutopistlərlə
birlikdə həbs edilmişdi. Məhkəmə ona də rnəyin fəal ları sırasın
da ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış
hökm Çar tərə findən dəyişdirilərək sibirə sür gün lə əvəz edilmişdi.
Özünün çox da uzaqda olmayan ölüm an larını yaşayan gənc ədib
cəzanın dörd ilini omsk şəhərinin həbsxanasında, qalan altı ilini isə
sibirdə keçirmişdi.
«Ölü evdən qeydlər» əsəri yazıçının məhz omsk həbs xa na sın dakı
həyatını və təəssüratlarını əks etdirir və real faktlar əsasında yazıl
mışdır. Müdhiş cinayətlər törətmiş məhbuslarla ünsiyyət onun
dün ya görüşünə ciddi təsir etmişdir.
11
I
ÖLÜ EV
Bizim həbsxana qalanın kənarında, qala divarının böy
ründə yerləşirdi. Hərdən hasarın deşiyindən Allahın dünyası
na baxır san: nəsə görə biləcəksənmi? Gördüyün yalnız göyün
bir qırağı, bir də hündür, cəngəllik basmış torpaq sədd olurdu.
səddin ar xa sında və qabağında isə gecəgündüz qarovulçular
gəzişir və elə buradaca fikirləşirsən ki, illər ötəcək, sən isə elə
beləcə gedib ha sarın deşi yin dən baxacaqsan və elə həmin o
səddi, eynilə hə min o qarovul çuları və göyün həmin o kiçicik
qırağını görəcək sən, amma bu, həbs xananın üzərindəki səma
deyil, başqa, uzaq, azad bir səma olacaq.
Uzunluğu iki yüz, eni yüz əlli addım, düzgün olmayan
al tı bucaqlı şəklində hündür çəpərlə, yəni bir tərəfi torpa
ğa bas dırılmış, möhkəmmöhkəm birbirinə bərkidilmiş və
ucları iti lənmiş hündür tirlərlə hasarlanmış böyük həyəti
təsəvvürünüzə gətirin: həbsxananın bayır tərəfdən hasarı bu
dur. Hasarın bir tərəfində daim bağlı olan, gecəgündüz qa
rovulçuların mühafizə etdiyi möhkəm darvaza vardı; onları
12
tələb olunanda, məhbusları işə buraxmaq üçün açırdılar. Bu
qapıların arxasında işıqlı, azad bir dünya vardı və orada in
sanlar hamı kimi yaşayırdılar. Amma hasarın bu üzündə o
işıqlı dünyanı real olmayan bir nağıl kimi təsəvvür edirdilər.
Burda xüsusi, artıq heç nəyə bənzəməyən bir dünya vardı; bu
ranın özünün xüsusi qanunları, öz geyimi, öz adətənənələri
və bu diri ikən ölü evin heç yerdə olmayan bir hə yatı və xüsusi
insanları vardı. Bax, bu xüsusi yeri təsvir et məyə başlayıram.
Hasardan içəri girən kimi bir neçə bina görəcəksiniz.
Böyük həyətin hər iki tərəfi ilə tirlərdən tikilmiş iki uzun,
birmərtəbəli evlər uzanıb gedir. Bu kazarmalardır. Burda
dərəcələr üzrə məh buslar yaşayır. Hasarın dərinliyində yenə
belə bir ev var: bu, iki artelə bölünmüş mətbəxdir; bir az aralı
dakı tikilidə isə zirzəmilər, anbarlar, tövlələr yerləşir. Həyətin
ortası boşdur və hamar, kifayət qədər böyük bir meydandan
ibarətdir. Burada məhbuslar düzülür – səhər, günorta və ax
şam; bəzənsə – qaro vulçuların şübhələnməsin dən və onların
teztez saymaq bacarı ğın dan asılı olaraq hətta gündə bir neçə
dəfə adbaad yoxlama keçirilir. Ətrafda, tikililərin və hasarın
içində xeyli böyük sahə qalır. Burada, tikililərin dal tərə fində
xarakter etibarilə daha ada mayovuşmaz və daha qara qa baq
olan bəzi dustaqlar işdən kə nar vaxtda, hamının gözündən
yayı naraq gəzməyi və fikirləş məyi sevirlər. Bu gəzinti zamanı
onlarla rastlaşanda, mən on ların tut qun, damğalı sifətlərinə
baxaraq nə barədə düşün dük lərini tap mağı xoşlayırdım. Bir
nəfər sürgün vardı, boş vaxtlarda onun sevimli məşğuliyyəti
tirləri saymaq idi. onların sayı min beş yüz idi və hər biri onun
hesabında və nəzarətində idi. tirin hər biri onun üçün bir
günü ifadə edirdi; hər gün tirlərdən birini ayırırdı və beləliklə,
qalanların sayına əsasən həbsxanada qala cağı günləri əyani
şəkildə görə bilirdi. Altıbucağın tərəflərindən birini sayıb
qurtaranda, buna çox sevinirdi. O hələ illərlə göz ləməli oldu;
amma həbsxanada səbirli olmağı öyrənməkçün vaxt var idi.
13
Bir dəfə iyirmi illik katorqadan sonra, nəhayət, azadlığa çıxan
bir dustağın öz yoldaşları ilə necə vidalaşdığını gördüm. elə
adam lar vardı ki, həbsxanaya hələ cavan yaşlarında, qay ğısız,
öz cinayəti və cəzası barədə fikirləşməyən bir gənc kimi da
xil olduğunu xatırlayırdı. oradan çıxanda ağsaçlı, qaraqabaq
və kə dərli bir qoca idi. O, dinibdanışmadan bizim bütün altı
ka zarmamızın hamısına dəydi. kazarmalara girir, ikonanın
qarşı sında dua edir, sonra isə yoldaşlarına dərindən baş əyir
və xahiş edirdi ki, onu pisliklə yad etməsinlər. yadımdadır,
bir dəfə ax şamtərəfi, əvvəllər varlı bir sibir mujiki olmuş
məhbusu dar vazanın ağzına çağırdılar. Bundan yarım il əvvəl
xəbər gəlmişdi ki, onun keçmiş arvadı ərə gedib və o bun
dan möhkəm kədərlən mişdi. indi arvadın özü həbsxanaya
gəlib, onu çağırıb sədəqə verdi. onlar iki dəqiqəyədək söhbət
etdilər, hər ikisi göz yaşı axıtdı və əbədi olaraq ayrıldılar. ka
zarmaya qayı danda onun sifətini gördüm…
Bəli, burada səbirli olmağı öyrənmək olardı.
Hava qaralanda hamımızı kazarmaya salırdılar və orada
bütün gecəni bağlı qapılar arxasında saxlayırdılar. Həyətdən
ka zarmaya qayıtmaq mənimçün həmişə çox ağır olurdu. Bu,
uzun, alçaq və boğanaq, piy şamlarla zəif işıqlandırılan, ağır,
boğucu havası olan bir otaq idi. Anlaya bilmirəm ki, mən belə
otaqda bu on ildə necə sağ qaldım. Mənim taxtımın üçcə tax
tası vardı: bütün yerim bundan ibarət idi. tək bizim otaqda,
elə bu taxtların üstündə otuza qədər adam yerləşmişdi. Qışda
qapıları erkən bağ layırdılar; dörd saata qədər gözləməli olur
dun ki, hamı yatsın. ona qədərsə səsküy, hayharay, gülüş
səsləri, söyüşlər, zən cir lərin cingiltisi, tüstüduman, his, qır
xıq başlar, damğalı sifətlər, cırcındır paltar – hər şey ur vat
dan salınmış, rüsvay edil miş… Bəli, insanın canı bərkdir! in
san hər şeyə alışmağı ba ca ran bir məxluqdur və düşünürəm
ki, bu, onun ən yaxşı tərifidir.
14
Həbsxanaya cəmisi iki yüz əlli adam yerləşirdi – bu
rəqəm, demək olar ki, dəyişmirdi. Bəziləri gəlir, bəziləri
müd dəti başa vu rub gedir, bəziləri də ölürdü. və burda necə
desən adam var dı! Məncə, rusiyanın hər bir quberniyasın
dan, hər bir bölgə sindən bur da nümayəndə vardı; digər
xalqlardan, hətta Qafqaz dağlılarından olan sürgünlər də
vardı. onları cinayət dərəcələ rinə, yəni həbs illə rinin sayına
görə bölmüşdülər. elə bir cinayət yox idi ki, onun bu rada
nümayəndəsi olmasın. Məhbuslar əsasən vətəndaş kateqori
ya sından olan katorqa sürgünləri idi. Bunlar vardövləti
əlindən alın mış, cəmiyyətdən təcrid edilmiş, bütün hüquq
lardan məhrum edilmələrinin əlaməti kimi sifətləri dam
ğalanmış cinayətkarlar idi lər. onları səkkiz ildən on iki ilədək
katorqa işinə göndərmişdilər və sonra hərəsini sibirin bir
nahiyə sinə sürgün kimi köçürəcəkdilər. Hərbi kateqoriyadan
olan və ümumiyyətlə, rus hərbi məhbus alaylarındakı kimi,
mülkiyyət hüququndan məhrum edilməyən cinayətkarlar da
vardı. onları qısa müddətə göndərirdilər; cəza başa çatanda isə
əsgər rütbə sində gəldikləri yerə, sibir nizami qoşunlar alayına
qaytarırdılar. onlardan çoxu ikinci və qatı cinayət üstündə elə
o saatdaca geri, həbsxanaya, amma artıq katorqa müddətinə
deyil, iyirmi illiyinə qayıdırdılar. Bu kateqoriya «həmişəkilər»
adlanırdılar. Amma «həmişəkilər» yenə də mülkiyyət hüqu
qundan tamam məhrum edilmirdilər. Nəhayət, ən dəhşətli,
əsasən hərbi çi lərdən ibarət çoxsaylı xüsusi cinayətkar kateqo
riyası da vardı. Buna «xüsusi bölmə» deyirdilər.
rusiyanın hər yerindən bura cinayətkarlar göndərilirdi.
onlar özlərini daimi adlandırırdılar və öz iş müddətlərini
bilmir dilər. Qa nuna əsasən onlara iş dərslərini ikiqat, üçqat
artırmalı idilər. sibirdə ən ağır katorqa işləri açılanacan onları
həbsxanada saxlayırdılar. «sizə bir müddətə, bizə isə bütün
katorqa boyu», – onlar digər məh buslara belə deyirdilər. son
ra eşitdim ki, bu kateqoriya ləğv edilib. Bundan savayı, bizim
15
qaladakı vətəndaş qaydası da ləğv olunub və tək bir ümumi
hərbiməhbus alayı yaradılıb. sözsüz ki, bununla birlikdə
müdiriyyət də dəyişdi. De məli, mən keçmişi, çoxdan ötmüş
və keçib getmiş günlərin əhvalatlarını təsvir edirəm.
Bu, artıq çoxdan olmuşdu; indi bütün bunlar mənə yuxu
kimi gəlir. Həbsxanaya necə daxil olduğum yadımdadır. Bu,
de kabr ayı, axşamçağı idi. Artıq qaranlıq düşmüşdü; camaat
işdən qayıdırdı; yoxlamaya hazırlaşırdılar. Bığlı unterzabit,
nəhayət, bu qəribə evin qapılarını mənim üzümə açdı; burada
o qədər yaşamalı, elə hə yə canlı günlər keçirməli idim ki, bun
ları, həqi qətən də, yaşamadan və öz üzərimdə hiss etmədən
onların barə sində təxmini də olsa tə səvvürə malik ola bil
məzdim. Məsələn, heç cür təsəvvürümə gətirə bilməzdim
ki, burda dəhşətli və əzablı nə var: axı, mən bütün bu onillik
katorqa həyatımda bir dəfə də olsun, bir dəqiqə belə tək qal
mayacağam? işdə daim mü hafizə dəstəsinin nəzarəti altında,
evdə iki yüz yoldaşımla bir lik də olacağam və bir dəfə də ol
sun tək qalmayacağam! Bu nunla belə buna mən hələ alışmalı
idim!
Burada təsadüfən qətl törədənlər də, peşəkar qatillər də,
qul durlar və quldur başçıları da, dələduzlar və səfillər, ha
vayı pul qa zanmaq həvəskarları və dəllallar da vardı. elələri
də vardı ki, başa düşmək olmurdu, onlar bura nə səbəbdən
düşmüşdülər? Bu nunla belə, hərənin anlaşılmaz və ağır,
dü nən axşamkı sər xoş luğun dəmi kimi bir dastanı vardı.
Ümumiyyətlə, onlar olubkeçənlər b a rəsində danışmağı sev
mirdilər və yəqin, keçmiş ba rədə dü şünməməyə çalışırdı
lar. onların arasında hətta o qədər şadxürrəm, o qədər
heç nə barəsində düşünməyən qatillər tanı yırdım ki, onla
rın vicdan əzabı çəkmədiklərini əminliklə söylə mək olardı.
Amma, demək olar ki, daim susan, kədərli simalar da vardı.
Ümumiyyətlə, öz həyatını nəql edənlər azaz olurdu; həm
də birbirinin həyatı ilə maraq lanmaq burada dəb deyildi,
Dostları ilə paylaş: |