Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
244
YAQUB YAQUBOV
Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə,
Sosiologiya və Hüquq institutunun “Politologiya və Siyasi
sosiologiya şöbəsi”nin dissertantı
E-mail: TarixVeOnunProblemleri@gmail.com
ERMƏNI KILSƏSI VƏ ONUN “ERMƏNI KIMLIYI”NIN
FORMALAŞMASINA TƏSIRI
Açar sözlər: din, kilsə, erməni psixologiyası, siyasi düşüncə
Ключевые слова: религия, церковь, армянская психология, политическая мысль
Keywords: religion, church, the Armenian psychology, a political idea
Giriş
Ermənilərin yaşadığı ərazilərdə təkrarlanan milli münaqişələr və münaqişələrin bir
tərəfinin daim ermənilər olması adı çəkilən xalqın idealoji meyllərinin tədqiqinə ehtiyac hiss
etdirmişdir. Lakin ilk növbədə onu demək yerinə düşər ki, ermənilərdə bütün ideyalogiyalar
çərçivəsində iddialılıq və şovinizm onları müşayət edən bir cəhət olaraq qalmışdır. Onlar daim
öz keçmişlərini mifləşdirməyə və özlərini dünya mədəniyyətinə böyük töhvə vermiş xalq kimi
göstərməyə çalışmışlar. Təəssüf ki, qeyri-adi bir xalq olmanın saxta şüuru erməniləri yaşadıq-
ları regionların bəlasına çevirmiş və onların vəhşilik, o cümlədən vandalizm həvəsləri qonşu
xalqları, xüsusən müsəlman türk xalqlarını zədələmişdir.
Bu günün özündə də ermənilərin, eləcə də Ermənistan Respublikası dövlət siyasəti və
rəsmi ideyalogiyasının dayaqları mifizmə gedib söykənir. Məsələn bu gün Ermənistan dövlə-
tinin gerbi həmin miflərin özündə əksinin bariz nümunəsidir. Gerbdə üç rəng əks olunmuşdur.
Tam mərkəzdə ermənilərin özlərinə simvol götürdükləri Ararat dağı və üzərində Nuh
peyğambərin gəmisi təsvir olunmuşdur [1,2]. Göründüyü kimi ermənilər bununla özlərinin
başlanğıcını Nuh peyğambərin nəsli ilə başlamaq istəyirlər. Əlbəttə burada əsas məqsəd
Ermənistan tarixini dərinləşdirməyə çalışmaqdır.
Ümumiyyətlə götürdükdə bütün xalqların kifayət qədər qədim bir tarixi vardır. Ancaq bu
tarixin xülyalara əsaslanaraq süni dərinləşdirilməsi regional sabitliyə və sülhə daim zərbə
vurur. Çünki süni olaraq tarixini dərinləşdirən xalqlarda digərlərinə qarşı bir dözümsüzlük
yaranır. Saxtalaşdırılmış tarixə əsaslanan xalqlar özlərini üstün görməyə başlayır, hətta onları
əhatə edənlərin insan olaraq yaşama haqlarını da sual altına alırlar. Ermənilərin tarixində belə
hallara az rast gəlinməmişdir. Saxta tarixi dərinləşdirilmədən qaynaqlanan aqressivliyin
qurbanlarından biri də hər zaman Qafqazda insanilik təcəssümü kimi tanınmış azərbaycanlılar
çıxış etmişlər.
Sual meydana çıxa bilər ki, ermənilərin həqiqi tarixi onların xülyaları ilə üst-üstə düşə
bilirmi? Bir də ermənilər Qafqazın say etibarilə daim üstünlük təşkil etmiş yerli əhalisidirmi?
Ermənilər mənşələri haqqında öz mənbələrinin belə tərəddüd etdiyi, lakin iddiaları
böyük olan bir xalqdır [2,16]. Erməni siyasi düşüncəsinin formalaşmasına təsir etmiş olan
mühüm ictimai institutlardan biri də erməni kilsəsidir. Erməni kilsəsi digər millətlərin və
xalqların dini institutlarından müəyyən qədər fərqlənir. Belə ki, tarixin uzun əsrlərində
itirilmiş dövlətçilik ermənilər üçün kilsə vasitəsi ilə konpensasiya edilmişdir. Dünyanın
müxtəlif yerlərinə dağılmış olan ermənilər dövlətə olan mənəvi ehtiyaclarını kilsə ətrafında
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
245
toplaşaraq ödəmişlər. Kilsə onlar üçün toplantı mərkəzi, eyni zamanda siyasi quruma
çevrilmişdir.
Ermənilərin bütün ictimai fəaliyyət təzahürləri istənilən əsrdə və dövlət daxilində kilsə-
nin ciddi nəzarəti altında olmuşdur. Belə demək mümkünsə, məhz erməni kilsəsi bu xalqın
kimliyini formalaşdırmışdır. Qəribədir ki, dini bir institut olan kilsə mənəvi saflıq tərbiyə
etmək əvəzinə erməniləri xəyanətkar, fürsətçi, qəddar və irqçi kimi yetişdirmişdir. Erməni-
lərdə ən böyük nifrəti isə onları hər zaman himayə edən türklərə və müsəlmanlaa qarşı
formalaşdırılmışdır.
Kilsə nəzarətində formalaşan düşüncə
Kilsə nəzarəti altında ermənilər özlərinin gerçəkdə olmayan tarixlərini yazmağa
başlamışlar. Erməni tarixçiləri erməni dilində izah edilən toponom, oronim, etnonim və saxta
tarixi şəxs adları uydurmuşlar. Saxta tarix, onun obrazları və qəhrəmanları erməni siyasi
düşüncəsinin birinci dayanağıdır. Yəni erməni siyasi düşüncəsi mistizmə və miflərə dayanır.
Ümumiyyətlə, ermənilərin əsas xüsusiyyəti kimi digərlərinin milli-mənəvi dəyərlərinə, hətta
adlarına sahib çıxmaq hələ tarixin çox qədim çağlarında formalaşmışdır. Ermənilər ilk baxışda
elə də ciddi bir təhlükə olmamışlar. Daha doğru ifadə etsək isə, onların bu hərəkətlərində
təhlükəli qəsdləri digərləri tərəfindən sezilməmişdir.
Erməni kilsəsinin xidmətində dayanan tarixçilər “Böyük Ermənistan” mifi üzərində
işləyərək onu müasir erməni siyasi cərəyanları və konsepsiyaları üçün təməl anlayışa çevir-
mişlər. bu gün istənilən siyasi istiqamətdə dayanan partiya və təşkilat, hətta kommunist olsa
belə bu saxta anlayışın ermənilər üçün əhəmiyyətini qəbul edir. Bu saxta anlayışı qəbul etmək
sanki “ermənilik” sübutudur.
Erməni dövlətçiliyinin olmaması xritianlığın qəbulundan sonra kilsə institutu vasitəsi ilə
konpensasiya edilmişdir. Ermənilər kilsə ətrafında toplaşmış, onların bütün ehtiyacları kilsə
tərəfindən ödənmişdir. Erməni kilsəsinin nəzarətində olan erməni məktəblərində “Böyük
Ermənistan” ideyasının fəal təbliği həyata keçirilmişdir. Ermənilərin böyük xalq olması,
Qafqazda ilk olaraq xristianlığı qəbul etmələri haqqında əsərlər yazılmışdır. Təəssübkeşliyə
əsaslanan tarixi mənbələrdə isə tarixi reallıqlar təhrif edilmişdir.
“Böyük Ermənistan” xülyası haqqında bir qədər
Bəs Böyük Ermənistan adı ilə özünə vəsiqə qazanmış xülyanın gerçək mahiyyəti nədir?
Necə oldu ki, ermənilər bu xülya üzərində özlərinə bir siyasi idealoji baza hazırladılar. Bu
suallara cavab vermək də tədqiqatımızın bu mərhələdə olan məqsədlərindəndir.
Erməni ideyalogiyasının ataları hesab edilə biləcək olan erməni tarixçilərinin ciddi
cəhdlərinə baxmayaraq Böyük Ermənistan haqqında tam bir görüş birliyi mövcud deyildir.
Erməni elm adamı Aqop Məlik Aqopyanın gəldiyi nəticəyə görə əslində ermənilərin qədim
tarixi haqqında iddia olunanların əskinə olaraq mənbələr susmaqdadır [2,13].
“Böyük Ermənistan” ideyası sovet dövrü erməni dərsliklərində özünə yer etmiş, əsası da
odur ki, digər xalqlarda hansı isə bir millətçilik təzahürünü qəddarlıqla məhv edən mərkəz
erməni özbaşnalıqları qarşısında göz yummuşdur [3,61-62].
Erməni elmi dairlərində müşahidə edilən məsələlərdən biri də qədim dillərdə bəzi sözlər
üzərində oynamaq və onların müasir erməni dilində leksik və sintaktik analoqunu tapmaqdır.
Lakin bu görüşlərin özündə belə kifayət qədər ziddiyyətlər tapmaq mümkündür [4,12-16]. Bir
sözlə belə bir qənaətə gəlmək olar ki, ermənilər tarixlərini gördükləri kimi deyil, görmək
istədikləri kimi qələmə verməyə çalışmışlar [5].
Hətta erməni iddialılığı o yerə çatmışdır ki, bəşəriyyətin hamısına məxsus olan dəyərləri
də erməniləşdirməyə və bununla erməni ideyalogiyasına zəmin hazırlamağa çalışmışlar.
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
246
Müasir erməni ideoloq və şiddətə təşviq edicilərindən olan insanlıq düşməni Zori Balayan isə
daha da irəli gedərək gülməli şeylər söyləməkdən belə çəkinməmişdir. O yazır: "…Əfsanəyə
görə, Nuh Peyğəmbər Tufandan sonra ilk gördüyü bir quru parçasına "Erevume", yəni
"Görünür", deyə qışqırmış və bu quru parçasının adı Erevan olaraq tarixə keçmişdir…" [6,30]
Beləliklə, bu erməninin xəstə təfəkküründən belə qənaətə gəlinir ki, Nuh peyğambər də
erməni olmuşdur. Əlbəttə belə bir yanaşma gülüş doğurmaya bilməz. Ən azından ona görə ki,
hətta dini ənənəyə görə Nuh tufanından sonra bütün bəşəriyyət xilas olmuşdur.
Ermənilərin öz idealoji fəaliyyətləri zamanı belə cəfəng fikirlərə müraciət etməsi hətta
bir çox dünya tədqiqatçılarını da dəhşətə gətirmişdir. Problem ondan ibarətdir ki, cəfəngiyyat-
larla dolu olan belə məlumatların toplandığı kitablar ermənilər tərəfindən öz uşaqlarına keçil-
mişdir. Rus araşdırmaçısı V.L. Vekiçko bu haqda yazmışdır: “Biz hələ bədnam Böyük Ermə-
nistan barədə və özünü bütün qonşularını mədəniləşdirmək kimi dünya miqyaslı bir missiyanı
öz boynuna götürən ermənilərdən söz açan cəfəng dərsliklərdən danışmırıq. Həmin kilsə
məktəblərində paytaxtı Tiflis olmaqla az qala Voronejə qədər Böyük Ermənistanın xəritələri
də intişar etdirilirdi”[7,107]
Erməni kilsəsinin yeni fəaliyyət dövrü
Ermənilər xristyan olmaqlarından da yeri gələndə istifadə etmişlər. Məsələ, XIX əsrdə
böyük dövlətlərin, Rusiya, İran və Osmanlının Qafqaz uğrunda mübarizəsi ermənilərin işinə
çox yaradı. Belə ki, onlar xristian təəssübkeşliyindən istifadə edərək həm böyük xristian
imperiyaları Böyük Britaniya və Fransada, həm də dünya ağalığı uğrunda mübarizədə özünə
yer hazırlayan ABŞ-da dayaqlar tapdılar. Eləcə də İran və Osmanlı kimi dünyanın əsas qüd-
rətli müsəlman dövlətlərindəki daxili çəkişmələrdən, digər milli azlıqların da ayağa qalxma-
sından istifadə etməyə başladılar. Müasir türk araşdırmaçıları da məsələlərin bu tərəfini diqqət
mərkəzinə çəkirlər: “Fransız İnqilabının milli müstəqillik fikirləri Osmanlı dövlətinin əvvəl
xristian azlıqları üzərində təsirli oldu. Balkanlarda yaşayan serblər, yunanlar, bolqarlar, rumlar
və digərləri Osmanlı dövlətinə qarşı dəyişik zamanlarda qiyam qaldırdılar. Xristian azlıqların
hər qiyamında, Avropa ictimaiyyəti və böyük dövlətləri dərhal onları qorudular. Rusiya isə
bundan faydalanıb Osmanlı dövlətinə hücum etdi. Bundan ən son faydalananlar isə ermənilər
oldular.”[5]
Böyük dövlətlərin də ermənilərə yönəlik öz planları vardı. İlk öncə xristian imperiyaları
ermənilər arasında istənilən sağlam, İran və Osmanlıya sadiqlik tərəfdarı olan fikirlərə son
qoymaq üçün missioner fəaliyyətlərinə başladılar. Ermənilər Avropaya getmək, orada ən yaxşı
məktəblərdə təhsil almaq imkanları əldə etdilər. Buralarda təhsil alan ermənilər artıq iki
ideyanın daşıyıcısı idilər. Erməni dövlətinin yaranması və bəhrələndikləri dövlətlərin
maraqlarının təmin edilməsi düşüncələri daim onları təqib edirdi.
Ermənilər onlara qarşı tətbiq edilən istənilən fəaliyyəti də dini münasibətlər rakursunda
təqdim etməyə çalışırdılar. Osmanlı İmperiyasının ərazisində yaşadıqları müddət ərzində
mərkəzi dövlətə qarşı qiyamlar etdilər və buna görə də cəzalandırıldılar. Üsyanların Osmanlı
qüvvətlərin tərəfindən basdırılması, dünya ictimaiyyətinə "müsəlmanlar xristianları qətl edir"
mesajıyla təqdim etdirilmişdir. Anadolunun hər küncünə dağılmış xristian missionerləri də
erməni təbliğatının Qərb ictimaiyyətinə çatdırılmasında və mənimsədilməsində böyük rol
oynamışlar.
Erməni kilsəsinin fəaliyyətinin istiqamətlərindən biri də terrorçu və quldur erməni siyasi
birləşmələrinə resurs cəlb etməkdən ibarət olmuşdur. Erməni keşişləri erməni gənclər arasında
təbliğat aparır. Onları ermənilərdən ibarət olan müxtəlif silahlı və terrorçu birləşmələrə daxil
olmağa təşviq edirdilər. Bu həmişə belə olub, indi də həmin tendensiya özünü göstərməkdədir.
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
247
Erməni Kilsəsinin müasir dövrdə inkişaf etməsinə təkan vermiş olan amillərdən biri də
ona I Vazgenin rəhbərlik etməsi olmuşdur. I Vazgen ermənilərin radikal millətçiliyinə qarşı
çıxmamış, əksinə bu qeyri-humanist millətçilik təzahürünü dəstəkləmişdir. Ermənilərin Azər-
baycan torpaqlarına qarşı kiçik “səlib yürüşü” təşkil etməsində onun “xidmətləri” danılmazdır.
Kilsəyə rəhbərlik etdiyi 1955-1994-cü illər ərzində I Vazgen SSRİ-nin qapalı məkan olmasına
baxmayaraq xaricdəki ermənilərlə, onların imkanlı və nüfuzlu təbəqələri ilə əlaqələri
gücləndirə bilmişdi. Katalikosun fəaliyyəti o qədər intensivləşdi ki, Erməni Kilsəsi 1962-ci
ildə Dünya Kilsələr Birliyinə qoşuldu. Bu addım ermənilərin dünyada, xüsusən xristyanlar
arasında saxta soyqırım və deportasiya yalanlarının təbliğində onlara kömək göstərdi. Erməni
Kilsəsi nümayəndələri harada olurlarsa olsunlar ermənilərin yalançı əzabkeş obrazlarını
formalaşdırmağa çalışırdılar.
1991-ci ildə Ermənistan Respublikası özünün müstəqilliyini elan etdi. Artıq azərbaycan-
lılardan, yəni ölkənin əsas müsəlman əhalisindən təmizlənmiş olan bir dövlət qurulmuşdu.
Burada demək olar ki, digər dinlərə etiqad edən millətlər qalmamışdı. Yalnız yezidi kürdlərin
icması istisna idi.
Yeni yaranmış olan Ermənistan Respublikası özünü dünyavi dövlət elan etdi. Hamıya
məlum olan həqiqətdir ki, dünyavi dövlətlərdə hər hansı isə bir dinin üstünlüyü olmur. Ermə-
nistanda vəziyyət fərqli idi. Burada erməni kilsəsi dövlətin qanunları qarşısında əlahiddə bir
dini isntitut kimi tanındı. Erməni Kilsəsinin xüsusi statusu Ermənistan Konstitusiyasında və
digər qanunvericilik sənədlərində, eləcə də Vicdan və Dini etiqad azadlığı qanununda, hətta
cinayət məcəlləsində özünə yer tapdı. Erməni kilsəsinin fəaliyyətindən başqa Ermənistanda
digər dinlərin nümayəndələrinin dini icmalarda birləşmək hüquqi xeyli məhdudlaşdırılmışdır.
Əvvəllər bir dini icmanın fəaliyyətini formalaşdırmaq üçün 50 nəfər kifayət edirsə bu rəqəm
200-ə yüksəldilmişdir. 1997-ci ildə qəbul edilmiş olan qanuna görə qeyri-qriqoryan dini
icmaların fəaliyyətinin mətbuat və ictimai tərəfləri məhdudlaşmışdır. Ermənilərdən hər hansı
bir kimsəni digər dinə döndərən dini icmanın nümayəndələrinə qarşı represiya aparılır. Amma
istənilən şəxsin qriqoryanlığı qəbul etməsi mümkündür.
Ancaq hal-hazırda Ermənistanda Kilsənin adı ilə bağlı müzakirələr canlanmaqdadır. Belə
ki, ermənilər kilsələrinin adlarını Mərkəzi Eçmiadzin Olan Erməni Kilsəsindən Mərkəzi
Eçmiadzin Olan Erməni Xristyan Kilsəsinə dəyişmək istəyirlər. Göründüyü kimi bura xristyan
sözü əlavə edilir. Bu məsələnin də bir qədər izaha ehtiyacı vardır. Digər xristyan məzhəbləri
etiqadi olaraq Erməni Qriqoryan Kilsəsinə müsbət münasibət göstərmirlər. Çünki bu kilsə
özünü əlahiddə sayır. Belə olan təqdirdə kilsənin adına xristyan sözü əlavə etməklə ermənilər
xristyan dünyasında dini etiqadlı kəsimdə özlərinə qarşı müsbət münasibət formalaşdırmaq
istəyirlər.
Yekun
Erməni kilsəinin uzun illər apardığı təbliğat bir erməni kimliyi formalaşdırmışdır.
Məqalənin axırında bu kimliklə bağlı bəzi fikirlərimizi ifadə etmək istərdik. Erməni siyasi
düşüncəsində davamlı münaqişənin olması mühüm bir əhəmiyyətə malikdir. Çünki bu zaman
erməni məsələsinin gündəmdə qalması təmin edilməkdədir. Eyni zamanda erməni millətinin
özündə də hər hansı bir pozitiv təzahürün qarşısı alınır. Belə ki, öz ideoloqlarının əsirinə
çevrilən ermənilər qonşu xalqlarla sağlam bir münasibət qurmağa imkan tapmırlar. Ermənilər
üçün səciyyəvi olan odur ki, bir zaman müttəfiq olmaq istədikləri millətlərlə belə öz maraqları
naminə savaşmağa hazır olurlar. Erməni siyasi düşüncəsi üçün xəyanət anlayışı o qədər
elastikdir ki, ermənilərin özlərindən başqa hamıya qarşı tətbiq edilə bilər.
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
248
Ermənilərin iki üzlü mahiyyətə müvafiq bir siyasət izləmələri Azərbaycan ziyalı və
səlnaməçisi Mir Möhsün Nəvvabın da diqqətini cəlb etmişdi. Mir Möhsün Nəvvab yazır:
“Əfsuslar olsun ki, erməni tayfasının indi təbiəti dəyişib. Zahirləri batinləri ilə bir deyil.
Zahirən özlərini dost kimi göstərsələr də batinləri ədavətlidir. Özləri də görürlər ki,
batinlərinin bu cür ədavətli olmasından həmişə əziyyət çəkirlər” [8,11]
Ermənilərin siyasi fəaliyyəti və milli psixilogiyasında kilsənin formalaşdırdığı ən önəmli
cəhətlərdən biri də müsəlmanlara qənim kəsilmələri idi. Məsələn, 1918-1920-ci illər arasında
erməni siyasi düşüncəsinin hərb və təzyiqə, eləcə də zora əsaslanan tərəfləri bir sıra
Azərbaycan mənbələrində də zahirə çıxmaqdadır. Bu dövrdə Naxçıvan bölgəsində ermənilərin
azərbaycanlılara qarşı etdiyi zülmləri qeydə almış olan Mirzə Bağır Əliyev onların
məramlarını belə ifşa edir: “Müqəddimədə söylədiyimiz kimi hər xəyalə əsas ilə ermənilər
müsəlmanların əleyhinə qiyam edəcək xəyalinə düşərək ənvayi-təşəbbüsdə bulunur idilər.
Buna binaən hər tərəfdə müsəlmanlara təzyiq etmək və acı-acı sözlər ilə qəti münasibətdə
bulunmaq kimi ürək sancan rəftarlara başlamışlar idi.... Ermənilər daima cürəbəcürə rollar
oynayıb planlar tökür idilər”[9,7]
Ermənilər bir millət olaraq dünya tarixində qlobal proseslər fonunda neqativ spesifika-
larını saxlamış bir topluluqdur. Onların tarixi və siyasi düşüncəsinin inkişafı müəmmalarla
doludur. Belə ki, erməni xalqı miflər və steriotiplərə əsir düşən, öz xəyallarının arxasınca
qaçan bir insan cəmiyyəti hesab edilə bilər. Tarixin əksər dövrlərində digər dövlətlərin
tabeçiliyində olan ermənilər həm də özlərinə qarşı humanist münasibəti də dəyərləndirmədilər.
Ermənilərin sayca az olması, elm və tərəqqidə güclü şəxsiyyətlərinin olmaması onlarda
qısqanclıq və paranoya formalaşdırdı. Tarixin bütün zaman kəsiklərində ermənilər regional
proseslərdən və böyük güclər arasında gedən mübarizədən istifadə edərək xəyallarında forma-
laşdırdıqları erməni dövlətini qurmağa çalışdılar. Bu arzuların ermənilərdə yaşmasına və
nəsildən nəsilə ötürülməsinə erməni kilsəsi rəhbərlik etdi. Öz inkişaf xüsusiyyətlərinə görə
erməni kilsəsi ruhani və dini bir qurum olmaqdan çox mistik massonik bir təsisata bənzəyirdi.
Dini qurumların dünya təcrübəsi onu göstərir ki, əksəriyyət hallarda onlar insanlarda mənəvi
dəyərləri formlaşdırmağa çalışmışlar. Lakin bu məsələdə erməni kilsəsi belə deyildi. Erməni
kilsəsi qeyri-ermənilərə qarşı öz millətində bir bəşəri mərhəmət hissi formalaşdırmaq əvəzinə
nifrət hissi formalaşdırdı.
Tibb elmində manyakizm deyilən bir istilah vardır. Bu müəyyən bir fərdin psixi
problemlərinin intiqamını digərlərindən almaq istəməsidir. Çox zaman fiziki və psixi qüsurları
olanlar bu qüsurların düzəldilməsi üçün müətəxəssisə müraciət etmək əvəzinə cəmiyyətdən
intiqam almaq həvəsinə düşürlər. Belə şans əllərinə düşəndə intiqamı ən dəhşətli üsullarla
günahkar olmayan insanlardan alırlar. Ermənilərdə bu proses bir millət olaraq müşahidə
edildi. Tarixin dərin qatlarında fraqmental bir dövlətçiliyi olmuş ermənilər (bu da böyük sual
doğurur) əsrlərlə dövlətçiliyə sahib ola bilmədilər. Uzun bir tarixi dövrdə digər dövlətlərin,
böyük əksəriyyəti ilə türk dövlətlərinin təbəəsinə çevrildilər. İstər Osmanlı, istərsə də Səfəvi
idarəsində ermənilərə qarşı olduqca mərhəmətli davranıldı. Onların dini və milli hüquqları
qorundu, aralarından rəhbər vəzifələrə çəkilənlər də oldu. Ancaq ermənilər ölərinə qarşı bu
mərhəmətin qarşısında türklərə və müsəlmanlara qarşı içlərində manyakcasına bir nifrət bəslə-
yirdilər. Türk və müsəlman dövlətləri olan Osmanlı və Səfəvilərin güclü vaxtlarında ermənilər
bu nifrəti ifadə edə bilmir, əksinə öz yaltaqlıqları ilə etibar qazanırdılar. Fəqət tarixin onların
üzünə gülməyə başlaması bu coğrafiyada türklərin və müsəlmanların faciələrinə yol açdı.
Müasir dövr
Тarix və onun problemləri, № 1 2014
249
İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT:
1.
Ermənistan Respublikası (məlumat-sorğu kitabçası) Bakı, nəşriyyatsız 2006
2.
Раффи (Акоп Мелик Акопян), Самвел. Ереван, Айастан 1971
3.
Есаян Е. Русский язык. Ереван, Луйс, 1972
4.
GÜRÜN, Kamuran, Ermeni Dosyası, TTK yayınları, ANKARA 1983
5.
http://www.azg.Am/RU/20020108/2002010817.shtm.
6.
Балаян З. Очаг. Ереван, Советакан Грог, 1980
7.
Величко В. Л. Кафказ. Русское дело и междуплеменные вопросы. С-
Петербург,1904
8.
Mir Möhsün Nəvvab 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı
“Azərnəşr” 1993
9.
Əliyev M. B. Qanlı günlərimiz (1918-1920, Naxçıvan) Bakı “Azərnəşr” 1993
10.
Абекян М. История армянской литературы. Ереван, 1975.
11.
http://www.yeniforumuz.biz/ermeni-sorunu-tehcir-t1185777.html
ЯГУБ ЯГУБОВ
АРМЯНСКАЯ ЦЕРКОВЬ, И ЕЕ ВЛИЯНИЕ НА ФОРМИРОВАНИЕ
АРМЯНСКОГО САМООПРЕДЕЛЕНИЯ
В статье речь идет о деятельности армянской церкви. Затрагивается роль армян-
ской григорианской апостольской церкви на формирование армянского самоопределе-
ния. Ведется исторический экскурс развития церкви, в том числе ее политической дея-
тельности. Особое внимание уделяется религиозной не терпимости армян к другим.
YAQUB YAQUBOV
THE ARMENIAN CHURCH AND ITS INFLUENCE ON FORMATION
OF THE ARMENIAN SELF-DETERMINATION
In article it is a question of activity of the Armenian church. The role of the Armenian
Gregorian apostolic church on formation of the Armenian self-determination is mentioned.
Historical retrospective journey of progress of church, including its political activity is
conducted. The special attention is given religious not to tolerance of Armenians to another.
Rəyçilər: s.e.n.G.İbrahimova, t.e.d.Q.Ə.Əliyev
Bakı Dövlət Universiteti “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafed-
rasının 13 dekabr 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (proto-
kol №04).
Dostları ilə paylaş: |