1
1. Anemiya nəyə deyilir?
A. Vahid həcm qanda hemoqlobinin () inin (eritrositlərin) ümumi miqdarının
azalmasına
B. qanın damar mənfəzindən kənara çıxmasına
C. Qanda atipik leykoz hüceyrələrinin olması ağqanlılq lıq
D. Dövran edən qanın ümumi həcminin azalması
E. Arterial qan təzyiqinin kəskin şəkildə azalması
2
2. Posthemorragik anemiya hansıdır?
A. Qanitirmələr nəticəsində inkişaf edən anemiya
B. qanyaranma prosesinin, yəni hemopoezin pozulması nəticəsində inkişaf edən
anemiya
C.eritrositlərin böyük sürətlə və massiv şəkildə hemolizləri nəticəsində baş verən
anemiya
D. Orqanizmə çoxlu miqdarda qanın köçürülməsi nəticəsində (hemotransfuzion)
inkişaf edən anemiya
E. Heç biri
3
3. Dishemopoetik anemiya nədir?
A. Qanitirmələr nəticəsində inkişaf edən anemiya
B.Orqanizmə çoxlu miqdarda qanın köçürülməsi nəticəsində (hemotransfuzion)
inkişaf edən anmeiya.
C. Qanyaranma prosesinin, yəni hemopeizin pozulması nəticəsində inkişaf edən
anemiya
D. Eritrositlərin böyük sürətlə və massiv şəkildə hemolizləri nəticəsində baş verən
anemiya
E. Heç biri
4
Hemolitik anemiya nəyə deyilir?
A. Orqanizmə çoxlu miqdarda qanın köçürülməsi nəticəsində (hemotransfuzion)
inkişaf edən anemiya
B. qanyaranma prosesinin, yəni hemopoezin pozulması nəticəsində inkişaf edən
anemiya
C. Eritrositlərin böyük sürətlə və massiv şəkildə hemolizləri nəticəsində baş verən
anemiya
D. Qanitirmələr nəticəsində inkişaf edən anemiya
E. Heç biri
5
Minakov ləkələri nə zaman əmələ gəlir?
A. Meyitin quruması ilə əlaqədar gözün ağlı qişasında
B. Septiki endokarditlər zamanı gözün iç tərəfində konyunktivada
C. Qızılca xəstəliyi zamanı üst kiçik azı dişi bərabərliyində ağızın selikli qişasında
D. Kəskin qanitirmələr (posthemorragik anemiyalar) zamanı ürəyin sol
mədəciyində endokardın altında
E. Bədənin ümumi soyuması zamanı mədənin selikli qişasında
6
Dəmir defisitli anemiya hansı qrup anemiyalara aiddir?
A. Posthemorragik anemiyalar
B. Dishemopoetik anemiyalar
C. Hemolitik anemiyalar
D. İrsi hemoqlobinopatiyalar qrupu
E. Heç birinə
7
B12 defistli anemiyanın patogenezi hansıdır?
A. Mədənin pariertal vəzlərinə qarşı orqanizmdə autoantitellərin yaranması.
B. Nazik bağırsağın 1 metrdən çox hissəsinin rezeksiyası.
C. Fosfor-üzvi birləşmələrlə zəhərlənmə.
D. Sepsis və intravaskulyar massiv hemoliz.
E. İki valentli ekzogen dəmirin çatışmazlığı.
8
Hipoplastik və aplastik anemiyalar anemiyaların hansı qrupuna aiddirlər?
A. Posthemorragik anemiyalar.
B. Dishemopoetik anemiyalar
C. Hemolitik anemiyalar
D. Kəskin anemiyalar
E. Hemoqlobinopatiyalar
9
Aşağıdakı hansı patologiya intravaskulyar hemolitik anemiyalarının inkişafına
səbəb ola bilər?
A. Leykoz.
B. Talassemiya xəstəliyi.
C. Kəskin daxili qanitirmə.
D. İrsi sferositoz xəstəliyi.
E. Kaslın daxili faktorunun (qastromukoprotein) çatışmazlığı.
10
Aşağıda göstərilən hansı patologiya ekstravaskulyar hemolitik anemiyalara aiddir?
A. Erlixin hipoplastik anemiyası
B. Fankoninin aplastik anemiyası
C. Talassemiya xəstəliyi.
D. B12 defistli anemiya.
E. Hemolitik zəhərlərin təsirindən baş verən anemiya.
11
Kəskin qanitirmələr (posthemorragik anemiyalar) zamanı ürəyin sol mədəciyində
subendokardial qansızmalardan ibarət ləkələr əmələ gəlir. Bu ləkələr necə adlanır?
A. Larşe ləkəsi.
B. Lukin-Libman ləkəsi.
C. Minakov ləkələri.
D. Ceynuey ləkələri.
E. Filatov- Koplik ləkələri.
12
Aşağıdakı hansı patologiya dəmir defistli anemiyanın xarakter morfolofi
əlamətlərindən hesab edilə bilər?
A. Pansitopeniya
B. Retikulositlərin miqdarının yüksəlməsi
C. Periferik qanda eritrositlərin miqdarının artması
D. Eritrositlərdə hiperxomiya
E. Sümük iliyində hemosiderinin miqdarının kəskin şəkildə azalması
13
B12 defistli anemiyalar hansı qrup anemiyalara aiddir?
A. Ekstravaskulyar anemiyalar.
B. Posthemorragik anemiyalar.
C. Hemolitik anemiyalar.
D. Eritrositopatiyalar.
E. Dishemopoetik anemiyalar.
14
Talassemiya xəstəliyi göstərilən hansı anemiyalar qrupuna aiddir?
A. Hemoqlobinopatiyalar.
B. Eritrositopatiyalar.
C. Eritrositofermentopiyalar.
D. intravaskulyar hemolitik anemiyalar.
E. Endogen mənşəli, irsi hipplastik və aplastik anemiyalar.
15
Aşağıdakı hansı patologiya arteriosklerozların ürək formasının anoloqudur?
A. Ürəyin işemik xəstəliyi.
B. Destruktiv miokardit.
C. Qazanılmış ürək qüsürü.
D. Ziyilli endokardit.
E. “Tüklü ürək”
16
Aterosklerozun inkişafında hansı lipoproteidlər əsas rol oynayır?
A. Xilomikronlar.
B. fosfolipidlər.
C. Aşağı sıxlıqlı lipoproteidlər.
D. Ara sıxlıqlı lipoproteidlər.
E. Yüksək sıxlıqlı lipoproteidlər.
17
Aterosklerozun hansı forması son nəticədə uremik koma ilə nəticələnə bilər?
A. Müsariqə forması.
B. Böyrək forması.
C. Aorta forması.
D. Beyin forması.
E. Sidik forması.
18
Aterosklerozun etio-patogenezini daha əsaslı və elmi şəkildə izah edən müasir
nəzəriyyə hansıdır?
A. Virus nəzəriyyəsi.
B. Trombogen nəzəriyyə.
C. Lipoproteid nəzəriyyəsi.
D. İmmunolji nəzəriyyə.
E. Herontoloji nəzəriyyə.
19
Ateroskleroz öz inkişafında makroskopik olaraq (adi gözlə) aşağıdakı hansı
mərhələni keçir?
A. Piy ləkələri mərhələsi.
B. Lipidönü mərhələ.
C. səthi ateroskleroz mərhələsi.
D. dərin ateroskleroz mərhələsi.
E. Qalıq əlamətlər mərhələsi.
20
Aterosklerozun aşağıdakı hansı mikroskopik mərhələsi vardır?
A. Lipidönü mərhələ.
B. Piy ləkələri mərhələsi.
C.Tranzitor mərhələ.
D.Eroziya mərhələsi.
E. Damar dəyişiklikləri mərhələsi.
21
Aterosklerozun klinik- morfoloji formaları içərisində belə bir forma yoxdur!
A. Aorta forması.
B. Müsariqə forması.
C. Mərkəzi forma.
D. Ətraf forması.
E. Universal forma.
22
Hansı dəyişiklik aterosklerozun beyin forması üçün xarakterikdir?
A. Hiperemiya.
B. Meningit.
C. Ensefalit.
D.İşemik insult.
E. Hidrosefaliya.
23
Aortanın aterosklerozu zamanı ayaqda hansı proses baş verə bilər?
A. Periostit.
B. Dermatit.
C. Kapoşi sarkoması.
D. Ayaq barmaqlarının qanqrenası.
E. Osteomielit
24
Aterosklerozun hansı mərhələsi əhəng distrofiyası deməkdir?
A. Lipidönü.
B. Lipidoz.
C. Liposkleroz.
D. Ateromatoz.
E. Aterokalsinoz.
25
Aterosklerozun hansı forması son nəticədə miokardın infarktı ilə nəticələnə bilər?
A. Serebral forma.
B. Aorta forması.
C. Ürək forması.
D. Beyin forması.
E. Müsariqə forması.
26
Aterosklerozun aorta formasında ölüm nədən baş verə bilər?
A. Aortada anevrizmanın əmələ gəlməsi və cırılması
B. Uremik koma.
C. Orqanizmin ümumi intoksikasiyası.
D. Baş beyin mədəciklərinə qansızma.
E.Kaxeskiya.
27
Ateroskleroz zamanı ilkin olaraq hansı damarlar zədələnmiş olur?
A. Venalar
B. Elastik tipli arteriyalar
C. Əzələ tipli arteriyalar
D. arteriollar.
E. Kapilyarlar.
28
Ateroskleroz zamanı ilkin və əsas dəyişikliklər arteriyaların hansı qatında baş verir?
A. İntimada (daxili qatda).
B. Mediada (orta qatda).
C. Adventitsiyada (xarici qatda).
D. Orta və xarici qatlarda.
E. hamsında eyni dərəcədə.
29
Aterosklerotik nefroskleroz zamanı böyrəyin səthi necə olur?
A. Hamar.
B. Xırdadənəvər.
C. Xırda ölçülərlə kələ-kötür.
D. İri ölçülərlə kələ-kötür.
E. Hamısı.
30
Hipertoniya xəstəliyi nədir?
A. Böyrək patologiyası ilə əlaqədar arterial qan təzyiqinin yüksəlməsi.
B. arterial qan təzyiqinin daim yüksək səviyyədə qalması və bununla əlaqədar
klinik və morfoloji dəyişikliklər kompleksinin meydana çıxması.
C. Psixo-emosional gərginlik zamanı arterial qan təzyiqinin yüksəlməsi.
D. Bəzi damar patologiyaları ilə əlaqədar arterial qan təzyiqinin yüksəlməsi.
E. Endokrin pozğunluqlarla əlaqədar arterial qan təzyiqinin yüksəlməsi.
31
Hipertoniya xəstəliyinin klinik-morfoloji forması hansıdır?
A. Serebral forma.
B. Yuxarı ətraf forması.
C. Kiçik xoreya forması.
D. Yüngül forma.
E. Aorta forması.
32
Hipertoniya xəstəliyi zamanı əsas dəyişikliklər ürək-damar sisteminin hansı
hissəsində baş verir?
A. Venalarda.
B. Ürəkdə.
C. Arteriyalarda.
D. Arteriollarda.
E. Kapilyarlarda.
33
Aşağıdakı hansı dəyişiklik hipertonik krizin əlamətidir?
A. Ateriolların divarında fibrinoid nekroz.
B. Ayağın qanqrenası.
C. Uremik koma.
D. Miokardın infarkitı.
E. Arteriolosklerotik yaddaş zəifliyi.
34
Arterial hipertoniya xəstəliyinin birinci mərhələsi necə adlanır?
A. Üzv və toxumalarda sklerotik dəyişikliklər mərhələsi.
B. Simptomatik (və ya başlanğıc) hipertoniya mərhələsi.
C. Hipertonik kriz mərhələsi.
D. Yayılmış damar dəyişiklikləri mərhələsi.
E. Preklinik (funksional və tranzitor) hipertoniya.
35
Aşağıdakı hansı patoloji proses hipertoniya xəstəliyi zamanı ölümə səbəb ola bilər?
A. İrinli- septiki dəyişikliklər.
B. Aortanın anevrizması.
C. Hemorragik insult.
D. İrinli meningit.
E. Kəskin beyin çatışmazlığı.
36
Arterial hipertoniya xəstəliyinin ikinci mərhələsi necə adlanır?
A. damar patologiyaları ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər
mərhələsi.
B. Tranzitor mərhələ.
C. Yayılmış damar dəyişiklikləri mərhələsi.
C. Funksional mərhələ.
D. Ürəyin hipertrofiyası mərhələsi.
37
“Diffuz xırda ocaqlı kardioskleroz” hipertoniya xəstəliyinin (ürək forması) hansı
mərhələsində meydana çıxır?
A. Birinci mərhələ
B. İkinci mərhələnin birinci yarısında
C. İkinci mərhələnin ikinci yarısında.
D. Üçüncü mərhələdə
E. Heç birində
38
Böyrəkdə hansı dəyişikliklər hipertoniya xəstəliyi üçün xarakterikdir?
A. Böyrəyin qazanılmış polikistozu.
B. Hipertonik qlomerulonefrit.
C. Arteriolosklerotik nefroskleroz.
D. Aterosklerotik nefroskleroz.
E. Nefritik nefroskleroz.
39
Arterial hipertoniya xəstəliyinin üçüncü mərhələsi necə adlanır?
A. Funksional hipertoniya mərhələsi.
B. Geridönməyən hipertoniya mərhələsi.
C. Damar dəyişiklikləri mərhələsi.
D.Damar dəyişiklikləri ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər
mərhələsi.
E. Ürəyin hipertrofiyası mərhələsi.
40
Hipertoniya xəstəliyi başqa adla necə adlanır?
A. Kompensator hipertoniya.
B. Dekompensator hipertoniya.
C. Essesial hipertoniya.
D. Hipertonik vəziyyət.
E. Epidemik hipertoniya.
41
Miokardın hipertrofiyası nəyin hesabına baş verir?
A. Ürək kameralarının genişlənməsi.
B. Kardiomiositlərin həcmcə böyüməsi (hipertrofiyası).
C. Kardiomiositlərin sayının çoxalması (hiperplaziyası).
D. Endokardın qalınlaşması.
E. Perikardın qalınlaşması.
42
Orta yaşlı bədən quruluşuna və çəkiyə malik şəxsdə ürəyin çəkisi neçədən yuxarı
olduqda buna ürəyin hipertrofiyası deyilir?
A. 100 qram.
B. 200 qram.
C. 350 qram.
D. 500 qram.
E. 650 qram.
43
Bədxassəli hipertoniya böyrəkdə hansı proses inkişaf edir?
A. Hidronefroz.
B. Far nefrosklerozu.
C. Birincili büzüşmə.
D. İkincili büzüşmə.
E. Arteriolsklerotik nefroskleroz.
44
Hipertoniya xəstəliyinin sinonimi hansıdır?
A. Xoşxassəli arterial hipertenziya.
B. Bədxassəli arterial hipertenziya.
C. Esensial hipertenziya.
D. Endokrin hipertenziya.
E. Vazorenal hipertoniya.
45
Ürəyin işemik xəstəliyi hansı səbəbdən inkişaf edir?
A. Ürəyin tac arteriyalarının patologiyaları ilə əlaqədar.
B. miokardiokalsinozla əlaqədar.
C. Diffuz proliferativ miokarditlə əlaqədar.
D. Ürəyin venoz damarlarının patologiyaları ilə əlaqədar.
E. Septiki endokarditlə əlaqədar.
46
Aşağıdakı hansı hal ürəyin işemik xəstəlikləri üçün risk faktorlarına aid edilir?
A. İdmanla çox məşğul olmaq.
B. Çox saylı psixo- emosional streslər.
C. Orqanizmin ümumi intoksikasiyası
D. Ürək- damar sistemində streptokokların düşməsti.
E. Septiki endokradit.
47
Hansı patologiya miokardın kəskin işemik xəstəliyininə aiddir?
A. Miokardın kəskin işemik distrofiyası.
B. Miokardın kəskin ekssudativ iltihabı.
C. Diffuz xırda ocaqlı kardioskleroz.
D. Arteriolsklerotik kardioskleroz.
E. Kəskin destruktiv miokardit.
48
Hansı patologiya ürəyin xroniki işemik xəstəliyidir?
A. Kardiomiositlərin destruksiyası.
B. Miokardın nekrozu.
C. Diffuz xırda ocaqlı kardioskleroz.
D.Ürəyin kəskin anevrizması.
E. Qazanılmış ürək qüsuru.
49
Miokardın infarktı nədir?
A. Ürəyin tac arteriyasının trombozu.
B. Qan təchizatının tamamilə kəsilməsi ilə əlaqədar miokardda nekroz ocağının
meydana çıxması.
C. Miokardda ocaqlı proliferativ iltihab.
D. Kardiomiositlərin toksiki destruksiyası.
E. Miokard stromasının kəskin ödemi.
50
Miokardın transmural infarktı nədir?
A. İnfarkt ocağı endokarda bitişik yerləşir.
B. İnfarkt ocağı miokardın ortasında yerləşir.
C. İnfarkt ocağı epikarda bitişik yerləşir.
D. İnfarkt ocağı endokarddan epikarda qədər mikardın bütün qalınlığını tutur.
E. İnfarkt ocağı miokardın uzunluğu boyunca böyük sahəyə malik olur.
51
Ürəyin kəskin işemik xəstəliyi hansıdır?
A. kəskin kardioskleroz.
B. İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz.
C. miokardın infarktı.
D. Kəskin miokardit
E. Kəskin işemik perikardit.
52
Miokardın infarktı zamanı infarkt (nekroz) ocağı gözlə hansı müddətdən sonra
görünə bilər?
A. İnfarkt baş verən andan etibarən.
B. İnfarkt baş verdiyi andan 15-20 dəq sonra.
C. 1-2 saat sonra.
D. 4 saat sonra.
E. 18-24 saat sonra.
53
Miokardın residiv infarktı nədir?
A. Şəxsin həyatında ilk dəfə infarkt keçirməsi.
B. İlk dəfə keçirilən infarktan sonrakı 4 həftə müddətində olan ikinci infarkt.
C. İlk dəfə keçirilən infarktan 4 həftə sonra baş verən ikinci infarkt.
D. Ağ ciyərin infarktında sonra miokardda baş verən infarkt.
E. Baş beyinin infarktından sonrakı 2 ay müddətində miokardda baş verəm infarkt.
54
Miokardın təkrari infarktı nədir?
A. Baş beyinin işemik insultundan sonra miokardda da infarktın olması.
B. İlk dəfə keçirilən infarktan 6 həftə sonra baş verən ikinci infarkt.
C. İlk dəfə keçirilən infarktan 6 həftə keçməmiş baş verən ikinci infarkt.
D. İlk dəfə keçirilən infarktan 6 ay (180 gün) keçdikdən sonra baş verən ikinci
infarkt.
E. Ağ ciyərin infarktında sonra miokardda baş verən infarkt.
55
. Miokardın subendokardial infarktı nədir?
A. İnfarkt ocağı endokardın altında, ona bitişik yerləşi.
B. İnfarkt ocağı epikardın altında, ona bitişik yerləşir.
C. İnfarkt ocağı miokardın ortasında yerləşir.
D. İnfarkt ocağı endokarddan epikarda qədər bütün miokardı tutur.
E. İnfarkt ocağı miokardın uzunluğu boyunca böyük sahəyə malik olur.
56
. Ürəyin xroniki işemik xəstəliyi hansıdır?
A. Diffuz xırda ocaqlı kardioskleroz.
B. Miokardın hipertrofiyası.
C. “Tüklü ürək”.
D. Ürəyin boz atrofiyası.
E. Endokardit.
57
Diffuz xırda ocaqlı kardioskleroz hansıdır?
A. Ayrı-ayrı yerlərdə kardiomiositlər görünmür, onların yerində birləşdirici toxuma
inkişaf etmişdir.
B. Ayrı- ayrı perivaskulyar və kardiomiositlərarası sahələrdə birləşdirici toxumanın
kiçik ocaqlar və nazik zolaqlar şəklində inkişafı görünür.
C. Miokardın bütün arterial damarlarının divarı sklerozlaşmış, mənfəzləri
daralmışlar.
D. Perikardda diffuz şəkildə birləşdirici toxumanın inkişafı görünür.
E. Endokardda səpələnmiş şəkildə kiçik skleroz ocaqları görünür.
58
Miokardın subepikardial infarktı nədir?
A. İnfarkt ocağı harda yerləşməsindən asılı olmayaraq çox kiçik ölçülərə malik
olur.
B. İnfarkt ocağı endokardın altında, ona bitişik yerləşir.
C. İnfarkt ocağı epikardın altında, ona bitişik yerləşir.
D. İnfarkt ocağı miokardın ortasında yerləşir.
E. İnfarkt ocağı endokarddan epikarda qədər bütün miokardı əhaət etmiş olur.
59
Autopsiya zamanı ürəyin sol mədəciyinin yan divarında (mikardda) ölçüləri 3,0x
2,0 sm sahədə ağımtıl rəngli, bərk konsistensiyalı çapıq toxuması; arxa divarında
isə 3,0x 2,0 sm ölçüdə kənardan qırmızı haşiyə ilə əhatə olunmuş, ağ –bozumtul (və
ya sarımtıl) rəngli sahə görünür. Düzgün diaqnoz aşağıdakılardan hansıdır?
A. Miokardın təkrari infarktı.
B. Diffuz xırda ocaqlı kardioskleroz.
C. Kəskin miokard infarktı.
D. İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz.
E. Miokardın kəskin işemik distrofiyası.
60
Serebro- vaskulyar xəstəlik nədir?
A. beyin damarlarının diffuz şəkildə iltihabı
B. Aterosklerozun və ya hipertoniya xəstəliyinin beyin forması.
C. Ürəyin xroniki işemik xəstəliyi.
D. Beyin damarlarından limfosit və leykositlərin beyin maddəsinə keçməsi.
E. Revmatizmin serebral forması.
61
Baş beyin maddəsində infarktdan sonra həmin ocaqda nə əmələ gəlir?
A. İnfarktdan sonrakı (postinfarkt) iri ocaqlı kardioskleroz.
B. Diffuz xırda ocaqlı serebroskleroz.
C. Baş beyin maddəsinin ağ yumşalması və divarları ağ rəngdə olan kista.
D. Qranulyasiya toxuması.
E. Baş beyin maddəsinin qırımız yumşalması və divarları pas rəngində olan kista.
62
Hansı patoloji proses kəskin serebro- vaskulyar xəstəliklərin (insult) baş verməsinin
səbəblərinə aiddir?
A. Piylənmə və siqaret çəkmə.
B. Meninqoensefalit.
C. Beyin damarlarının həmçinin daxili yuxu və onurğa arteriyalarının
trombemboliyası.
D. Hialinozla əlaqədar beyin arteriollarının mənfəzlərinin daralması.
E. İrsi meyillilik.
63
.”Baş beyinin qırımız yumşalması” hansı patologiya ilə əlaqədar meydana çıxır?
A. Ümumi hemosideroz.
B. İşemik insult.
C. Hemorragik insult.
D. Revmatizmin serebral forması.
E. Beyin damarlarında proliferativ vaskulit.
64
“Baş beyinin ağ yumşalması ” hansı patologiya ilə əlaqədar meydana çıxır?
A. Baş beyinin işemik insultu
B. Baş beyinin hemorragik insultu.
C. İrinli meningit.
D.Kiçik xoreya.
E. Meninqoensefalit.
65
. İşemik insult nə deməkdir?
A. Beyin damarlarında patologiyalarla əlaqədar beyin maddəsində işemiya.
B. Beyin damarlarında patologiyalarla əlaqədar beyin maddəsində nekroz.
C. Beyin maddəsində qansızma.
D. Ürəyin kəskin işemik xəstəliyi.
E. Baş beyinin yumşaq qişasında qanszıma.
66
Aşağıda baş beyinin hemorragik insultlarının hansı növü göstərilmişdir?
A. Qarışıq infarkt
B. Baş beyinin kəskin işemik distrofiyası.
C. Hematoma.
D. Kəskin qanitirmə.
E. Lakunar dəyişikliklər.
67
Aşağıda baş beyinin işemik insultlarının hansı növü göstərilmişdir?
A. İşemik infarkt.
B. Hematoma.
C. Hemorragik infiltrasiya.
D. Subaraxnoidal qansızma.
E. Subkortikal leykoensefalopatiya.
68
Baş beyinin işemik infarktı ən çox hansı zonada baş verir?
A. Ön beyin arteriyası hövzəsində.
B. Orta beyin arteriyası hövzəsində.
C. Arxa beyin arteriyası hövzəsində.
D. Beyin yarımkürələrinin alın payında.
E. Arxa mərkəzi qırış nahiyəsində.
69
Göstərilən hansı patologiya baş beyinin hemorragik insultlarının
ağırlaşması deyildir?
A. Baş beyinin ödemi.
b. Baş beynin yan mədəciklərinə qanın axıb keçməsi.
C. Qanı IV beyin mədəciyinə axıb keçməsi.
D. Orqanizmin ümumi intoksikasiyası.
E. Baş beynin dislokasiyası.
70
Spontan (qeyri-travmatik) subaraxnoidal qansızmaların ən çox rast
gəlinən baş vermə səbəbi hansıdır?
A. Beyin arteriyalarında damar divarının şiş metastazları ilə yeyilib-
dağılması
B. Damar divarında aterosklerotik düyünün olması.
C. İri kalibrli beyin arteriyalarındakı anevrizmanın cırılması.
D. Damar divarında iltihabi dəyişikliklər (vaskulitlər).
E. Damar divarının perifokal hissədən etibarən tədricən nekrozlaşması.
71
Meyit müayinəsi zamanı baş beynin sağ yarımkürəsində gicgah
payında ölçüləri təxminən 2,5x 2,0 sm, divarı ağ rəngdə olan kista
aşkar olunmuşdur. Bu nə deməkdir?
A.Əvvəllər xəstədə həmin nahiyədə baş beynin işemik insultu (infarkt)
olmuşdur.
B. Əvvəllər xəstədə həmin nahiyədə hemorragik insult (qansızma)
olmuşdur.
C. Xoşxassəli kistoz meningioma.
D. Anadangəlmə inkişaf anomaliyası.
E. Baş beynin bədxassəli epitelial şişi.
72
Meyit müayinəsi zamanı baş beynin sağ yarımkürəsində gicgah
payında ölçüləri təxminən 3,0x 3,0 sm, divarı pas rəngində olan kista
aşkar olunmuşdur. Bu nə deməkdir?
A. Xoşxassəli adenomatoz törəmə.
B. Qlioblastoma.
C. Anadangəlmə inkişaf anomaliyası.
D. Əvvəllər xəstədə həmin nahiyədə hemorragik insult (qansızma)
olmuşdur.
E. Əvvəllər xəstədə həmin nahiyədə baş beynin işemik insultu (infarkt)
olmuşdur.
73
Subaraxnoidal qansızmaların ən çox rast gəlinən səbəbi hansıdır?
A. Beyin arteriyasının kisəvari anevrizmalarının cırılması.
B. Aterosklerotik dəyişikliklər.
C. sistem vaskulitlər.
D. Leykozlar.
E. Heç biri.
74
Hansı xəstəlik revmatik xəstəliklərdən hesab edilir?
A. Filayaqlılıq
B. Dermatomiozit.
C. Spesifik dermatit.
D. İdiopatik miozit.
E. Endoarteriit.
75
Göstərilən hansı patologiya revmatoidli artritin xüsusi klinik-morfoloji formalarına
aid deyildir?
A. Stil sindromu.
B. Vissler- Fankoni sindromu və ya allergik subsepsis.
C. Di- Corc sindromu.
D. Felti sindromu.
E. Röyter sindromu.
76
.”Məftiləbənzər ilgəklər sindromu ” hansı patologiya üçün xarakterikdir?
A. Qranulyasiya toxumasının səthindəki kapilyar ilgəklərdir və yaraların ikincili
sağalmasını göstərir.
B. Böyrək amiloidozunun sonuncu mərhələsində (uremik mərhələsində) inkişaf
edir.
C. Qırmızı qurdeşənəyi zamanı “lyupus-nefrit”i göstərir.
D. Mezangial qlomerulonefrit üçün xarakterikdir.
E. Kəskin böyrək çatışmazlıqları üçün xarakterikdir.
77
Hansı dəyişiklik revmatik prosesin avtivliyin göstərir?
A. Üçtaylı qapağın çatışmazlığı.
B. Aortal qapaqların bitişməsi.
C. Mitral qapağın stenozu.
D. Perivaskulyar skleroz.
E. Perivaskulyar fibrinoid şişmə.
78
Revmatizmin klinik-morfoloji forması bu patologiyalardan hansıdır?
A.Böyrək forması.
B. Böyük xolera forması.
C. Diz oynağı forması.
D. Angina forması.
E. Poliartritik forması.
79
Revmatizm xəstəliyin patogenetik əsasını aşağıdakı hansı immun reaksiya təşkil
edir?
A. I tip yüksək həssaslıq reaksiyası.
B. Birincili immun çatışmazlıq.
C. Antinüklear immun reaksiya.
D. Çarpaz immun reaksiya.
E. Transplantatın qopma reaksiyası.
80
Revmatizm zamanı ürəyin ən çox hansı qapağı zədələnir?
A. Üçtaylı qapaq.
B. İkitaylı və ya mitral qapaq.
C. Aortal aypara qapaqlar.
D. Ağ ciyər arteriyasının aypara qapaqları.
E. Hamsı eyni bərabərdə.
81
Revmatizm zamanı əmələ gələn qranuloma necə adlanır?
A. Popov qranuloması.
B. Aşşov – Talalayev qranuloması.
C. Revmatik endokardit qranulomaları.
D. Aşoff- Tavar qranulomaları.
E. Mitral qranulomalar.
82
Endokardın hansı növ iltihabı revmatik endokarditlər üçün xarakterik deyil?
A. Kəskin ziyilli endokardit.
B. Qayıdan ziyilli endokardit.
C. Fibroplastik endokardit.
D. Diffuz endokardit (və ya valvulit).
E. Polipoz- xoralı endokardit.
83
Hansı perikardit revmatizm zamanı imkişaf edə bilir?
A. Seroz ekssudativ perikardit
B. Kataral ekssudativ perikardit.
C. İnterstitsial proliferativ perikardit.
D. Kəskin ocaqlı perikardit.
E. Kəskin ziyilli perikardit.
84
Revmatizm zamanı xaraterik dəyişiklik kimi damarlarda nə baş verə bilər?
A. Vaskulit (iltihabi dəyişikliklər).
B. Arteriyalarda aterosklerotik dəyişikliklər.
C. Arteriollarda sistem şəkildə hialinoz və skleroz.
D. Kapilyarlarda yayılmış hialinoz və skleroz.
E. Popov qranulomaları.
85
Qurdeşənəyi hüceyrəsi nəyə deylilir?
A. Qırmızı qurdeşənəyi xəsəliyinin törədicisinə.
B. Nüvələrində DNT-nin miqdarı çoxalmış hüceyrələrə.
C.Hematoksilin cisimciklərinə
D. Hematoksilin cisimciklərini natamam faqositoza uğratmış makrofaqlara.
E. İçərisində qırmızı qurdeşənəyi virusları olan örtük epiteli hüceyrələrinə.
86
Revmatomidli artritin klinik- morfoloji forması hansıdır?
A. İldırımvari forma.
B. Böyük yaşlı şəxslərin revmatoidli artriti.
C. Septiki forma.
D. Generalizə olunmuş forma.
E. Meninqo – vaskulyar forma.
87
Birləşdirici toxumanın sistem dezorqanizasiyası hansı xəstəlik üçün xarakterikdir?
A. Hipertoniya xəstəliyi.
B. Şəkərli diabet.
C. Qırmızı qurdeşənəyi.
D. Nekrotik vaskulitlər.
E. Səpkili yatalaq.
88
“Nüvə patologiyası” hansı xəstəlik üçün xarakterikdir?
A. İrsi genetik xromosom patologiyaları
B. Qırmızı qurdeşənəyi xəstəliyi.
C. Şeqrenin quru sindromu.
D. Bədxassəli şişlərdə nüvə dəyişiklikləri.
E. İİV- infeksiya (QİÇS).
89
Hansı qranuloma revmatizm üçün xarakterikdir?
A. Popov qranuloması.
B. Aşoff- Talalayev qranuloması.
C. Xockin qranuloması.
D. Qumma
A. Lanqhans qranuloması.
90
Aşağıda revmatik miokarditlərin hansı forması göstərilmişdir?
A.Ocaqlı kataral miokardit.
B. Diffuz kataral miokardit.
C. Ocaqlı proliferativ və ya qranulomatoz miokardit.
D.Kəskin ziyilli miokardit.
E. Apostematoz miokardit.
91
Kiçik xoreya xəstəliyi nədir?
A. Vəba xəstəliyinin ocaqlı dəyişiklikləri.
B. Revmatizmin serebral forması.
C. Beyin damarlarının aterosklerotik dəyişiklikləri.
D. Uşaq yaşlarda vəba xəstəliyi.
E. Uşaqlarda revmatik mənşəli ürək qüsuru.
92
Revmatizm zamanı ürəkdən başqa xarakter olaraq daha hansı üzv zədələnə bilər?
A. Ağız suyu vəziləri.
B. Böyrəklər (revmatizmin böyrək forması).
C. Orta qulaq boşluğu.
D. İri oynaqlar.
E.Müsariqə arteriyaları (revmatizmin müsariqə forması).
93
Hansı dəyişiklik revmatik prosesin aktivliyini göstərir?
A. Xordaların kiçilməsi və qalınlaşması.
B. Aşoff- Talalayev qranuloması.
C. Perivaskulyar kardioskleroz.
D. Mitral qapağın stenozu
E. Aortal qapağın çatışmazlığı.
94
Aşağıda göstərilən hansı patoloji proses interstitsial pnevmoniyaların bir
formasıdır?
A) Pnevmonik forma
B) Deskvamativ forma
C) Alveollararası interstitsial pnevmoniya
D) Alveolyar interstitsial pnevmoniya
E) Kataral forma
95
Aşağıda göstərilən hansı patoloji proses krupoz pnevmoniya xəstəliyinin bir
mərhələsidir?
A) Sorulma mərhələsi (və ya sağalma mərhələsi)
B) Proliferasiya
C) Funksional mərhələ
D) Fibrinoid şişmə
E) Alterasiya mərhələsi (və ya distrofik-nekrotik mərhələsi)
96
“Ağ ciyər ürəyi” (Cor pulmonale) ürəyin hansı hissəsinin böyüməsi hesabına
formalaşır?
A) Mədəciklərarası arakəsmə
B) Sağ mədəcik
C) Sağ qulaqcıq
D) Sol mədəcik
E) Sol qulaqcıq
97
Aşağıda ağ ciyər emfizemalarının hansı növü göstərilmişdir?
A) Yarımkəskin emfizema
B) Yuvenil emfizema
C) Atelektatik emfizema
D) Atrofik emfizema
E) Qocalıq emfizema
98
Aşağıdakı hansı xəstəlik zamanı “şanabənzər ağ ciyər” inkişaf edir?
A) Bronxopnevmoniya
B) Bronxoektaziya xəstəliyi
C) Krupoz pnevmoniya
D) Ağ ciyər vərəmi
E) Kəskin bronxit
99
“Boz hepatizasiya” prosesi hansı xəstəlikdə olur?
A) Qara ciyərin lipofussinozu
B) Xroniki ümumi venoz hiperemiya (“ağ ciyərin boz bərkiməsi”nin sinonimi)
C) Krupoz pnevmoniya
D) Bronxoektaziya xəstəliyi
E) Orqanizmin ümumi atrofiyası (kaxeksiya) zamanı
100
Bronxopnevmoniya başqa adla necə adlanır?
A) Kəskin bronxit pnevmonit komponenti ilə
B) Ocaqlı pnevmoniya
C) Qrippoz pnevmoniya
D) Ara pnevmoniya
E) Krupoz pnevmoniya
101
Ağ ciyər xərçəngi əsasən ağ ciyərdəki hansı hüceyrələrdən inkişaf edir?
A) Bronx epitellərindən
B) Alveolyar makrofaqlardan
C) Alveollararası arakəsmələrdəki interstitsial hüceyrələrdən
D) Alveolyar epitellərdən
E) Bronxların qığırdaq hüceyrələrindən
102
Aşağıda göstərilən hansı patologiya pnevmokoniozlara aid edilmir?
A) Silikatoz
B) Alüminoz
C) Antrakoz
D) Azbestoz
E) Sarkoidoz
103
Aşağıda kəskin tonzillitlərin hansı forması göstərilmişdir?
A) Kriptogen tonzillit
B) Kəskin qranulomatoz tonzillit
C) Damaq badamcıqlarının kəskin empieması
D) Septiki tonzillit
E) Fibrinoz tonzillit
104
Aşağıdakı hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin ağırlaşması ola
bilər?
A) Böyrəyin ikincili amiloidozu
B) Mədənin vərəmi
C) Penetrasiya
D) Appendisit
E) Sepsis
105
Aşağıda göstərilən hansı patoloji proses mədənin xərçəngönü xəstəliklərinə aiddir?
A) Yarımkəskin qastrit
B) Mədənin xroniki xora xəstəliyi
C) Mədənin ekzofit adenokarsinoması
D) Hipertrofik qastropatiya
E) Kəskin fibrinoz qastrit
106
Göstərilən hansı patologiya mədə xərçənginin ağırlaşmalarından hesab edilə bilər?
A) Qara ciyərin absesi
B) Perforasiya və peritonit
C) Hepato-renal sindrom və kəskin böyrək çatışmazlığı
D) Qanhayxırma və qanitirmə
E) Mədənin selikli qişa epitellərinin metaplaziyası və maliqnizasiya
107
Aşağıda kəskin appendisitin hansı forması göstərilmişdir?
A) Kəskin aktiv appendisit
B) Follikulyar appendisit
C) Mürəkkəb appendisit
D) Difteritik appendisit
E) Sadə appendisit
108
Mədənin xroniki xora xəstəliyinin patogenezində ümumi faktor kimi əsas rolu nə
oynayır?
A) Mərkəzi sinir sistemindəki dəyişikliklərlə əlaqədar azan sinirin tonusunun artıb
azalması
B) Meninqoensefalit
C) Mədə divarının perforasiyası, peritonit və bununla da əlaqədar orqanizmin
ümumi intoksikasiyası
D) Mədədə xroniki qastritin olması
E) Spirtli içkilərin çoxsaylı qəbulu və sistematik olaraq alkoqol sərxoşluqları
109
Göstərilən hansı patoloji proses mədənin xroniki xora xəstəliyinin mərhələlərindən
biridir?
A) Mədənin selikli qişası epitellərinin deskvamasiya mərhələsi
B) Xroniki xora mərhələsi
C) Çoxsaylı streslərin keçirilməsi və azan sinirin tonusunun dəyişilməsi mərhələsi
D) Xroniki qastrit mərhələsi
E) Metaplaziya mərhələsi
110
Makroskopik görünüşünə görə aşağıda mədə xərçənginin hansı forması
göstərilmişdir?
A) Ekzofit xərçənglər
B) Mərkəzi xərçənglər
C) Perforativ xərçənglər
D) Makrodiferensiasiyalı xərçənglər (və ya polipoz xərçəng)
E) Buynuzlaşan xərçənglər (“mirvari xərçəngi”)
111
Aşağıda xroniki qastritlərin hansı forması göstərilmişdir?
A) Xroniki Vensan qastriti
B) Yarımkəskin qastrit
C) Hipertrofik qastropatiya
D) Xroniki irinli qastrit
E) Xroniki atrofik-hiperplastik qastrit
112
Kəskin destruktiv appendisitin növü hansıdır?
A) Fibrinoz appendisit (difteritik və ya krupoz)
B) Qanqrenoz appendisit
C) Səthi appendisit
D) Aftoz appendisit
E) Sadə appendisit
113
Aşağıda göstərilən hansı patoloji proses kəskin qastritlərin bir formasıdır?
A) Yarımkəskin qastrit
B) Kəskin qastropatiya
C) Səthi qastrit
D) Kəskin hipoasid qastrit
E) Kəskin fibrinoz qastrit
114
Aşağıdakı hansı proses mədənin xroniki xora xəstəliyinin bir mərhələsi hesab
edilir?
A) Eroziya mərhələsi
B) Deskvamasiya mərhələsi
C) Metaplaziya mərhələsi
D) Xroniki nekrotik qastrit mərhələsi
E) Sağalma mərhələsi
115
Mədənin xroniki xora xəstəliyinin patogenezində mühüm rol oynayan hansı yerli
amil göstərilmişdir?
A) Mərkəzi sinir sistemi pozğunluqları
B) Perforasiya
C) Xroniki hipertrofik qastrit
D) Həddən artıq isti, yaxud da həddən artıq soyuq qidaların qəbulu
E) Turşu-peptik faktoru
116
Mədənin xroniki xorasının inkişaf edərək mədəaltı vəz toxumasına da keçməsi necə
adlanır?
A) Xoranın perforasiyası
B) Xoranın kəskinləşməsi
C) Xoranın maliqnizasiyası
D) Xoranın penetrasiyası
E) Xoranın metaplaziyası
117
. Makroskopik görünüşünə görə aşağıda mədə xərçənglərinin hansı növü
göstərilmişdir?
A) Diffuz xərçəng
B) Pilorik xərçəng
C) Diferensiasiya etməmiş xərçəng
D) Yastıepitelli xərçəng
E) Adenokarsinoma
118
Mədənin xroniki xorasının inkişaf edərək mədəaltı vəz toxumasına da keçməsi necə
adlanır?
A) Xoranın perforasiyası
B) Xoranın kəskinləşməsi
C) Xoranın maliqnizasiyası
D) Xoranın penetrasiyası
E) Xoranın metaplaziyası
119
Mədə xərçəngi ilk hematogen metastazı hansı üzvə verir?
A) Yaxınlıqdakı limfa düyünlərinə
B) Ağ ciyərə
C) Qara ciyərə
D) Qapı venasının şaxələrinə
E) Mədəaltı vəzə
120
Aşağıda mədə xərçənginin hansı histoloji növü göstərilmişdir?
A) Yastı epitelli xərçəng
B) Endofit xərçəng
C) Kolorektal xərçəng
D) Leyomiosarkoma
E) Yastığabənzər xərçəng
121
Mədə xərçəngi zamanı Virxov metastazı hara verilir?
A) Sol körpücüküstü limfa düyünlərinə
B) Qara ciyərə
C) Düz bağırsağa
D) Ağ ciyərə
E) Regionar limfa düyünlərinə
122
Aşağıda kəskin appendisitin çox rast gəlinən hansı ağırlaşması göstərilmişdir?
A) Maliqnizasiya
B) Penetrasiya
C) İltihabi ağırlaşma
D) Perforasiya
E) Distrofik ağırlaşma
123
Hansı patoloji proses xroniki enteritlərin bir növüdür?
A) Fibrinoz enterit
B) Destruktiv enterit
C) Sadə enterit
D) Səthi enterit
E) Atrofik xroniki enterit
124
Qara ciyərin portal sirrozu adətən aşağıda göstərilən hansı xəstəlikdən sonra inkişaf
edə bilər?
A) Xroniki alkoqolizm
B) Qara ciyərin massiv nekrozu
C) Qara ciyərin toksiki distrofiyası
D) Göbələklə zəhərlənmə
E) Viruslu hepatit - A
125
Etiologiyasından asılı olaraq aşağıda sirrozun hansı növü göstərilmişdir?
A) Qastro-enteral sirroz
B) Kriptogen sirroz
C) İridüyünlü sirroz
D) Portal sirroz
E) Xırdadüyünlü sirroz
126
Hansı müddətdən sonra hepatit xroniki hesab edilir?
A) 1 aydan sonra
B) 6 aydan sonra
C) 3 aydan sonra
D) 1 ildən sonra
E) 1 həftədən sonra
127
Hepatoz nədir?
A) Qara ciyərin iltihabı
B) Qara ciyərin şişi
C) Qara ciyərin inkişaf anomaliyası
D) Qara ciyərin sklerozlaşması (sirrozun sinonimi)
E) Qara ciyərin distrofiyası və (və ya) nekrozu
128
Aşağıda kəskin virus hepatitlərinin hansı klinik-morfoloji forması göstərilmişdir?
A) Xroniki aktiv hepatit
B) Sarılıqsız forma
C) Hemorragik hepatit forması
D) Siderofilik forma
E) Anemik forma
129
Qara ciyər sirrozunun əsas mikroskopik morfoloji əlaməti hansıdır?
A) Qara ciyərdə massiv nekroz və zülal distrofiyası
B) Portal traktlarda birləşdirici toxumanın inkişafı
C) Qara ciyərdə muskat dəyişikliklər və ocaqlı piy distrofiyası
D) Qara ciyərdə ağır distrofik və kəskin nekrotik dəyişikliklər
E) Qara ciyərin diffuz sklerozu, paycıqlı quruluşun pozulması, yalançı paycıqların
əmələ gəlməsi
130
Aşağıda xroniki hepatitlərin hansı növü göstərilmişdir?
A) Xroniki difteritik hepatit
B) Xroniki fibroz hepatit
C) Xroniki xolestatik hepatit
D) Xroniki krupoz hepatit
E) İrinli hepatit
131
Göstərilən hansı patologiya kəskin böyrək çatışmazlığına səbəb ola bilir?
A) İntrakapilyar proliferativ qlomerulonefrit
B) Nekrotik nefroz
C) Böyrəyin amiloidozu
D) Mezangial qlomerulonefrit
E) Aterosklerotik nefroskleroz
132
Xroniki böyrək çatışmazlığının morfoloji ekvivalenti nədir?
A) Nefrotik sindrom
B) Nekrotik nefroz
C) Ekstrakapilyar qlomerulonefrit
D) Nefroskleroz
E) Tubulopatiya
133
Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən kəskin gedişli olur?
A) Berje xəstəliyi
B) Mezangio-proliferativ qlomerulonefrit
C) Proliferativ intrakapilyar qlomerulonefrit
D) Minimal dəyişikliklər xəstəliyi
E) Ekssudativ intrakapilyar qlomerulonefrit
134
Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən xroniki gedişli olur?
A) Ekstrakapilyar qlomerulonefrit
B) Yarımkəskin qlomerulonefrit
C) Bədxassəli qlomerulonefrit
D) Fibroplastik qlomerulonefrit
E) Ekssudativ intrakapilyar qlomerulonefrit
135
Aşağıda böyrək amiloidozunun hansı mərhələsi göstərilmişdir?
A) Ekssudativ qlomerulonefrit mərhələsi
B) Difteritik nefrit mərhələsi
C) Aqonal mərhələ
D) Hematuriya mərhələsi
E) Uremiya mərhələsi
136
Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən yarımkəskin gedişə malik olur?
A) Fibroplastik qlomerulonefrit
B) Ekstrakapilyar proliferativ qlomerulonefrit
C) Mezangio-proliferativ qlomerulonefrit
D) Ekssudativ intrakapilyar qlomerulonefrit
E) Mezangial qlomerulonefrit
137
Nefroskleroz klinikada nə ilə təzahür olunur?
A) Hematuriya
B) Silindruriya
C) Xroniki böyrək çatışmazlığı (uremiya)
D) Kəskin böyrək çatışmazlığı (anuriya)
E) Massiv proteinuriya
138
Böyrəyin birincili büzüşməsi nə deməkdir?
A) Keçirilmiş qlomerulonefritlərlə əlaqədar böyrək toxumasının
sklerozlaşması və büzüşməsi
B) Böyrəyin anadangəlmə büzüşmüş vəziyyətdə olması
C) Böyrək damarlarındakı patologiyalarla əlaqədar böyrək toxumasının
sklerozlaşması və büzüşməsi
D) Böyrəyin hipoplaziyası
E) Böyrəyin aplaziyası
139
Şəkərli diabetin xarakter patomorfoloji əlaməti hansıdır?
A) Qanda qlükozanın miqdarının yüksəlməsi və hiperqlikemiya, qlükozuriya
B) Arteriolların divarında sadə hialinin meydana çıxması, arterioloskleroz
C) Ağız suyu vəzlərində stromanın dezorqanizasiyası, bununla da əlaqədar
hiposalivasiya və kserostomiya (ağızda quruluq)
D) Mikrosirkulyator damarların divarında lipohialinin meydana çıxması, hialinoz
və sklerozun inkişafı
E) Damarların divarında mürəkkəb hialinin meydana çıxması, qranulomatoz
vaskulitlərin inkişafı
140
Göstərilən patologiyalardan hansı zobun növü deyildir?
A) Düyünlü zob
B) Parenximatoz zob
C) Endemik zob
D) Epidemik zob
E) Kolloid zob
141
Şəkərli diabet zamanı kiçik kalibrli damarlarda baş verən dəyişikliklər necə
adlanır?
A) Vazopatiya
B) Diabetik makroangiopatiya
C) Vazoparalitik şəkərli diabet
D) Diabetik mikroangiopatiya
E) Şəkərli kapilyaropatiya
142
Şəkərli diabet zamanı toxumalarda baş verən ən xarakter morfoloji dəyişiklik
hansıdır?
A) Arteriolların divarında hialinoz
B) Kapilyarların divarında hialinoz və skleroz
C) Bütün toxumalarda diapedez qansızma ocaqlarının olması
D) Parenximatoz üzvlərdə piy distrofiyasının inkişafı
E) Bütün toxumalarda hüceyrələrin sitoplazmalarında qlükozanın toplanması
143
Şəkərli diabet zamanı iri kalibrli damarlarda – arteriyalarda baş verən dəyişikliklər
necə adlanır?
A) Şəkərli aortopatiya
B) Diabetik mikroangiopatiya
C) Diabetik vazopatiya
D) Vazoparalitik şəkərli diabet
E) Diabetik makroangiopatiya
144
Zob nəyə deyilir?
A) Qalxanabənzər vəzin xoşxassəli şişinə
B) Qalxanabənzər vəzin distrofiya və nekrozuna
C) Qalxanabənzər vəzin həcmcə böyüməsinə
D) Qalxanabənzər vəzin adenomasına
E) Qalxanabənzər vəzin hiperplaziyasına
145
Pecet xəstəliyi nədir?
A) Süd vəzlərində döş giləsindən və areoladan inkişaf edən xərçəng
B) Süd vəzlərinin dishormonal xəstəliklərinin, mastopatiyaların bir növü
C) Uşaqlıq cisminin bədxassəli mezenximal şişi
D) Süd vəzlərinin paycıq epitellərindən inkişaf edən xoşxassəli şiş
E) Süd vəzlərinin paycıq epitellərindən inkişaf edən bədxassəli şiş
146
Aşağıdakı hansı patologiya uşaqlığın trofoblast xəstəliklərinə aiddir?
A) Endometrioz
B) Beçəxor
C) Uşaqlığın polipi
D) Uşaqlıq boynunun papilloması
E) Uşaqlıq cisminin xərçəngi
147
Beçəxor hansı toxumadan inkişaf edir?
A) Uşaqlığın selikli qişasını örtən örtük epitelindən
B) Uşaqlığın əzələ qatının saya əzələ hüceyrələrindən
C) Uşaqlığın mənfəzinə düşmüş yumurta hüceyrədən
D) Uşaqlığın selikli qişasındakı vəz epitellərindən
E) Cift xovlarını örtən kubabənzər epiteldən
148
Aşağıda endometriozun hansı forması göstərilmişdir?
A) Endometriumun dishormonal hiperplaziyası
B) Antenatal endometrioz (hamiləlik endometriozu)
C) Endoservikoz (uşaqlıq boynu endometriozu)
D) Uşaqlıq cisminin psevdoeroziyası
E) Daxili endometrioz (adenomioz)
149
Aşağıda uşaqlıq boynunun xərçənginin hansı mikroskopik növü göstərilmişdir?
A) Bəd xassəli endoservikoz
B) Yastıepitelli xərçəng
C) Yastığabənzər xərçəng
D) Leyomiosarkoma
E) Xorioid papilloma
150
Hamiləlik toksikozu başqa adla necə adlandırılır?
A) Beçəxor (Mola hydatidosa)
B) Hestoz
C) Mastopatiya
D) Hamiləlik neyropatiyası
E) Hamiləlik endometriozu (və ya qravidar hestoz)
151
Aşağıda uşaqlıq boynunun xərçənginin hansı mikroskopik növü göstərilmişdir?
A) Bəd xassəli endoservikoz
B) Yastıepitelli xərçəng
C) Yastığabənzər xərçəng
D) Leyomiosarkoma
E) Xorioid papilloma
152
Orqanizmdə infeksiyanın giriş qapısı hara ola bilər?
A) Baş beynin yumşaq qişası
B) Seroz qişa
C) Limfa düyünləri
D) Selikli qişa
E) Qara ciyər
Dostları ilə paylaş: |