RESPUBLİKA
8 mart 2018-ci il
5
8
Mart
ddemnocalq
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində
Azərbaycan Demokratik Cümhuriyyəti
qadınlarımızın taleyində
Xalqımızın dövlətçilik ənənələri qədim
əsrlərdən soraq verir. Ulu ozanımız Dədə Qor
qudun, dahi klassik şair babamız Nizami Gən
cəvinin yaratdıqları sənət incilərini, tarixi mən
bələri vərəqlədikcə, xalqımızın müdrikliyi,
ürək genişliyi, azadlıq sevərliyi, əqidə saflığı,
humanistliyi, cəngavər Bayandur xanların,
Tomris, Nüşabə, Məhinbanu nənələrimizin,
qüdrətli Atabəy Eldənizin, Cahan Pəhləvanın,
qılınc və qələm sahibi Şah İsmayıl Xətainin və
neçə-neçə hökmdar dədələrimizin qurduqları
Azərbaycan dövlətlərinin tarixləri bir-bir göz
lərimiz önündən keçir. Xalqımız əsrlər boyu
azadlıq, tərəqqi uğrunda mübarizə aparmış,
öz vətənini yadelli işğalçılardan igidliklə qoru
muş, müstəqil olmağa can atmışdır. Lakin bu
çoxəsrlik tarix boyunca onun başına müsibət
lər də az gəlməmişdir. İmperiyalar, dağıdıcı
qara qüvvələr gözəl yurdumuzu, alicənab xal
qımızı əsarətdə saxlamağa çalışmışlar.
Tariximizin son iki yüz illiyində ikiyə bölünmüş
ana yurdumuz rus imperiyasının əsarətində olmuş
dur. Lakin azadlıq sevən xalqımız müstəmləkə itaə
tində olmasına baxmayaraq, tərəqqi etmiş, maarif-
lənmiş, demokratik ruhunu yaşatmış, milli mədəniy
yətimizi, mənəviyyatımızı dünya səviyyəsinə qaldır
mışdır.
XX əsrin təlatümləri Romanovlar sülaləsinin ha
kimiyyətini son qoyanda Dədə Qorqud oylaqları qo
ca Qafqazda xalqlar — Azadlıq! - deyə ayağa
qalxdılar. 1918-ci il, may ayının 28-də Azərbaycanın
mütəfəkkir və mübariz oğulları Şərqdə ilk dəfə par
lament sistemli Azərbaycan Demokratik Cümhuriy
yətinin qurulduğunu elan etdilər. Yaz günəşinin qı
zılı şüaları işığında yurdumuza azadlıq baharı gəldi.
Lakin qara qüvvələr işıqdan qorxan yarasalar ki
mi xalqımızın azadlıq və müstəqillik istəyini öz qan
lı caynaqları ilə boğmağa qalxdılar. Bu hadisələrlə
əlaqədar N.Nərimanov demişdi ki, Qafqaz od için
də alovlandı, milli ədavət toxumları baş qaldırdı, gü
nahsız insanların qanı töküldü, kəndlər, şəhərlər xa-
rabazara çevrildi. Bu çaxnaşmaların baisləri yenə
ermənilər oldular. Uydurma “böyük Ermənistan”
xülyası ilə yaşayan ermənilər yenə fitnə-fəsadlarını
işə saldılar. Onlar elə o zaman da, Azərbaycanın
müstəqil dövlət olmasına mane olmaq istəyirdilər.
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, diplo
matı Əlimərdan bəy Topçubaşov o zaman yazırdı:
"... Biz qonşularımızla birgə işə can atırıq. Lakin
qorxuruq ki, sonsuz iştaha malik, öz muradına baş
qaları, yəni bizim hesabımıza çatmaq istəyən ermə
nilərlə dil tapa bilməyək. Onlar bütün ölkələrin pay
taxtlarında bizim əleyhimizə iş aparır, bizi yaşama
ğa qadir olmayan millət kimi qələmə verirlər”.
Tökülən qanların, milli qırğınların qarşısını almaq
üçün Azərbaycanın demokratik qüvvələri, ziyalılar
ayağa qalxdılar. Bu işdə Azərbaycanın maarifpər
vər qadınları da fəallıq göstərir, bu faciələrə son qo
yulmasına çağırırdılar. Zadəgan nəslindən olan Zi
ba xanım Qayıbova və Sara xanım Vəkilovanın
Azərbaycan qadınları adından 1919-cu il 14 yanvar
tarixli “Azərbaycan” qəzetində dərc etdirdikləri “Er
məni xanımlarına” müraciətdə deyilirdi: “ İrəvan, Qa
rabağ və Lənkəranda olan təqsirsiz qurbanlar barə
sində hər gün nalə və fəqanlar eşidirik. Minlərlə qa
dın, uşaq öldürülür, aclıqdan, soyuqdan müsəlman
əhalisi əzab-əziyyət çəkir, həlak olur. Kəndlər yanır,
camaatın müqəddəratı, təhqir edilir, varı-dövləti ta
lan olunur. Fəqət dəhşət bununla qurtarmır. Belə
getsə, bu halların ucu-bucağı olmayacaqdır. Axıdı
lan qanlarla ədavət toxumu səpilir. Bunun də bəhə
ri çox yaman olacaqdır. Bir dəstə qulduru saxlamaq
olmur. Halbuki, çoxdan bu qanların qabağı alınmalı
idi...
Neçə vaxt bundan əvvəl müqəddəs iş üçün sülh
əldə etmək niyyəti ilə bizi dəvət edən erməni xa
nımları, indi harada qalmısınız! Hərgah sizin o za-
mankı dəvətiniz rəqiq xanımlar qəlbindən çıxan sə
mimi bir dəvət idisə, onu isbat etdiniz!.. Yetər bu
qədər qanlar!
Belə müdhiş zamanda bizim səsimizin eşidilmə-
məsi cinayətdir. Elə isə səsinizi qaldırdınız, çəkilmiş
qılıncları saxlayınız!..”
Bu günün qanlı hadisələrində olduğu kimi, o za
man da erməni qadınları əlləri qana bulaşmış ərlə
rini, oğullarını saxlamamış, hətta törədilən cinayət
lərdə özləri də iştirak etmişdilər.
Azərbaycan qadınları o ağır illərdə yeni demok
ratik cümhuriyyətin bəxş etdiyi azadlıqdan bəhrə
lənmək, ictimai-mədəni həyatda fəal iştirak etmək,
xalqı maarifləndirmək arzusu ilə yaşayır, öz gələcək
işıqlı taleyini düşünürdülər. Erməni qadınları isə şo
vinist hisslərlə nəfəs alırdılar.
Azərbaycan Demokratik Cümhuriyyəti istiqlal
Bəyannaməsinin 4-cü maddəsində elan edərək mil
lət, din, sinif və cins ayrılığı gözləmədən öz ərazi
sində yaşayan bütün vətəndaşlara hüquq bərabər
liyi, azadlıq, dinc həyat bəxş etdiyi halda, erməni
bolşevik-daşnakları və Sovet Rusiyasından siyasi
dəstək olaraq azərbaycanlıları öz dədə-baba
yurdlarından vəhşicəsinə qovur, Qafqaz xalqlarına
fəlakət, səfalət gətirirdilər. Qarabağda, Zəngəzur
da, Naxçıvanda, Şamaxıda, Qubada, Lənkəranda
əhali müsibətlərə düçar olur, öz evindən, yurdun
dan didərgin düşürdü. Aclıq, yoxsulluq, xəstəlik xal
qı taqətdən salırdı. Hərc-mərclik, qaçaq-quldur ta
lanları, kəndli qiyamları, fəhlə ixtişaşları da bir tərəf
dən vəziyyəti ağırlaşdırırdı. Belə bir dəhşətli dövrdə
yeni arzu və amalla qurulan gənc dövləti idarə et
mək heç də asan iş deyildir. Lakin ürəyi xalq mə
həbbətilə döyünən ziyalılardan təşkil olunmuş Azər
baycan Demokratik Cümhuriyyəti az vaxtda böyük
işlər gördü. Məmməd Əmin Rəsulzadə demiş, ilk
növbədə, xalq azadlığın, milli müstəqilliyin şirinliyini
dada bildi.
Xain, bədxah erməni əsilli Delyanovun çar Rusi
yasının maarif naziri təyin edilməsi, müsəlman əya
lətlərində milli dünyəvi məktəblərin yaradılmasının
qarşısının alınması, uzun illər müstəmləkəçi siyasə
tin ən çox Qafqazda Azərbaycan əhalisi üzərində
aparılması təhsil və maarif işinə böyük ziyan vur
muşdu.
Azərbaycanın milli məktəblərini birdən-birə ya
ratmaq qeyri-mümkün idi. Çünki nə mükəmməl
dərslik, nə əyani vəsait, nə də istənilən qədər peda
qoji kadr vardı. Ona görə də Azərbaycan Demokra
tik Cümhuriyyətinin Maarif Nazirliyi respublikada
yaşayan hər bir millətin öz ana dilində təhsil alması
üçün şərait yaradılmasına ilk növbədə səy göstərir
di. Təcili olaraq Bakıda, Gəncədə qısa müddətli pe
daqoji kurslar təşkil edildi. Onların arasında qadın
pedaqoji kursları da vardı. 1919-cu ildə Bakıda açıl
mış pedaqoji kursda Azərbaycanda olan tək-tük qız
məktəblərində işləyən bütün müəllimlərin iştirak et
məsi üçün Maarif Nazirliyi xüsusi sərəncam verdi.
Həmin il Bakıda Müfti Əfəndinin qızı Gövhər xanım
Qayıbova öz mənzilində pedaqoji kurs təşkil etdi.
Burada 80 nəfərdən çox dinləyici toplandı. O döv
rün tanınmış maarifpərvər ziyalıları Hüseyn Cavid,
Abdulla Şaiq, Camo Cəbrayilbəyli, Xudaverdi Kə-
ləntərli, Səriyyə xanım Əhmədova, Nəimə xanım
Qazıyeva burada məşğələlər aparırdılar.
Azərbaycanın ilk maarifpərvər qadınlardan Mədi
nə xanım Qiyasbəyli Bakıda, Xədicə xanım Ağaye
va isə Gəncədə qısamüddətli pedaqoji kurslar təş
kil etdilər.
Qadın müəllimlərlə olan ehtiyacları qismən ödə
mək üçün əvvəllər rus qız gimnaziyalarını, Tiflis Nu-
cabə Qızlar institutunu və hətta H.Z.Tağıyevin rus-
müsəlman qız məktəbini və ikiillik pedaqoji kursları
bitirən bir çox bacarıqlı müəllimlər gimnaziyalarda
dərs deməyə cəlb olundular.
Bu dövrdə Azərbaycanın maarifpərvər qadınları
Məryəm xanım, Bayraməlibəyova Lənkəranda,
Gövhər xanım Şamaxıda, Bülbül Kazımova Gədə
bəydə, Firuzə Ağayeva, Yaqut Ağayeva, Fəramuş
Paşayeva Gəncədə, Səidə Şeyxzadə, Rəhilə Hacı-
bababəyova, Sara xanım Vəzirova, Hənifə xanım
Məlikova, Qərib Soltan, Zərri xanım Şahtaxtinska-
ya, Şəfiqə xanım Əfəndizadə və başqaları Bakıda
Azərbaycan xalq maarifinin inkişafına çalışırdılar.
Çar Rusiyası zamanı Bakıda bir neçə dövlət və
şəxsi qız gimnaziyası fəaliyyət göstərirdi. Həmin
nümunəvi təhsil ocaqlarından birini Azərbaycan
Demokratik Cümhuriyyəti milli qız gimnaziyasına
çevirdi ki, azərbaycanlı qızları öz ana dilində təhsil
ala bilsinlər. Hazırlıq sinifləri də olan bu təhsil ocağı
səkkiz illik idi. Sonuncu sinif pedaqoji təhsil hüquqi
verirdi.
1919-cu ildə bu milli gimnaziyanın müdiri Peter
burqda Bestuyev adına Ali Pedoqoji kurs bitirmiş
Səlimə xanım Yaqubova təyin edilmişdi. Azərbay
canın təcrübəli pedaqoqları -Xədicə xanım Ağaye
va, Reyhan xanım Axundova, Cənnət xanım Muğ-
ranskaya, Mina xanım Minasazova, Eynülhəyat xa
nım Usubbəyova burada gələcək müəllimlərin tə
lim-tərbiyəsi ilə məşğul olurdular...
Beləliklə, maarif və mədəniyyətin inkişafı üçün
özül qoyuldu. Ümumi təhsilin tətbiqi əsas tutularaq
yeni məktəblər, pedaqoji kurslar və təhsil ocaqları
açıldı.
Azərbaycan gəncliyinin ali təhsil alması üçün
1919-cu ildə Bakıda Üniversitet yaradıldı. Bundan
başqa, yüzə yaxın gənc texnikanın müxtəlif sahələ
rində təhsil almaq üçün dövlət hesabına Avropa
universitetlərinə və digər ali məktəblərə göndərildi.
Azərbaycan tarixində ilk ali təhsil ocağı olan Bakı
Universitetində oxuyan tələbələrin 25,3 faizi azər
baycanlılar təşkil edirki ki, bunun da 8,3 faizi qızlar
idi. Bu ali təhsil ocağının ilk rektoru professor
B.İ.Razumovski Bakı Dövlət Univeristetini “Avropa
və Asiyanın sərhədində yeni məşəl” adlandırırdı.
Azərbaycan Demokratik Cümhuriyyəti qadın
azadlığı məsələsinə də xüsusi fikir verirdi. Azərbay
can Cümhuriyyəti Parlamentinin qəbul etdiyi Əsas
naməyə görə, qadınlara kişilərlə bərabər hüquqlar
verilirdi. Bu, hələ ABŞ kimi sivil bir ölkədən əvvəl
edilmiş demokratik bir addım idi. 4 fəsildən, 116
bənddən ibarət olan bu Əsasnaməyə görə, müəssi
sələr məclisinə cinsindən, dilindən, milliyətindən
asılı olmayaraq, 20 yaşına çatmış respublikanın bü
tün vətəndaşları seçkilərdə iştirak edə bilərdilər.
Azərbaycanın ziyalı qadınları dövlətin verdiyi hü
quqlardan, maarif və mədəniyyətin inkişaf etdiril
məsi üçün yaratdığı şəraitindən, imkanlardan istifa
də edərək mədəni tədbirlərdə fəal iştirak edir, qadın
azadlığı hərəkatını genişləndirir, milli azadlıq hərə
katına və respublikanın müstəqilliyinə maneçilik tö
rədən qüvvələrə qarşı mübarizə aparırdılar. Maarif
pərvər qadınlar ziyalı həyat yoldaşlarının köməyi ilə
milli məktəblərin yaradılmasında xüsusilə fəal çalı
şırdılar. Bu vətənpərvər ailələr, bir sözlə, öz evlərini
mədəniyyət ocağına çevirmişdilər.
ADR-nin qurucularından biri Nəsibbəy Usubəyo-
vun həyat yoldaşı Eynülhəyat xanım ilk milli qız
gimnaziyasında dərs deyir, cümhuriyyətin Maarif
Nazirliyinin inspektoru işləyirdi. Mədinə xanım Qi
yasbəyli 1918-ci ildə Qazax qəzası Xalq Məktəblə
rinin inspektoru təyin olunmuşdur.
Gəncədə ziyalı qadınlar Xeyriyyə Cəmiyyəti ya
ratmışdılar. Bu işdə Xədicə xanım Ağayeva, Cava
hir xanım Rəfibəyli, Həcər xanım Şeyxzamanova,
Bilqeyis xanım Qazıyeva böyük səy göstərir, qadın
lar üçün teatr tamaşaları təşkil edir, daşnakların tö
rətdikləri qırğınlar nəticəsində kimsəsiz, yetim qal
mış, qaçqın düşmüş uşaqları öz himayələrinə al
mışdılar.
Azərbaycan Demokratik Cümhuriyyəti beləcə
Azərbaycan qadınlarının taleyinə nur çiləyirdi.
1920-ci ilin baharında hadisələr dəyişsə də, çev
riliş oldusa da, milli hökumət fəaliyyətini dayandırdı
sa da, Azərbaycan Demokratik Cümhuriyyətinin
ürəklərdə yaratdığı ideyalar, azadlıq duyğuları ya
şadı. Doğrudur, onun ideya istiqamətində müəyyən
dəyişikliklər oldu. Amma məqsəd amal bir idi. Bu,
Azərbaycan qadınlarını cəhalət məngənəsindən
qurtarıb, onların ictimai-siyasi, sosial azadlığına,
maarif-mədəniyyət tərəqqisinə nail olub, azad,
müstəqil dövlətdə yaşamaq arzusu idi.
Bir sıra ziddiyyətləri, qadağaları olan 70 illik tari
xi məkanda qadın təhsili ocaqlarının geniş şəbəkə
sinin yaradılması, qadın azadlığı, qadın hüquqları
nın qorunması, elm və mədəniyyət sahəsində görü
lən işlər bunu bir daha göstərdi. Elm, mədəniyyət,
incəsənət, səhiyyə, maarif və başqa sahələrdə ça
lışan qadınların sayı getdikcə artmağa başladı. Qa
dınların mədəni səviyyəsi xeyli yüksəldi.
1918-1920-ci illərdə olduğu kimi, XX əsrin 90-cı
illərində tarix təkrar olundu. Xalqımız şər, dağıdıcı
qüvvələrlə, xain xislətli düşmənlə-erməni daşnakla
rın bəd əmələri ilə üz-üzə dayandı. Azadlıq sevən
xalqımız öz müstəqilliyini yenidən əldə etmək üçün
mübarizə meydanlarına axışdı. Sovet imperiyası 20
Yanvar qırğınlarını törədib, Qarabağ məsələsini or
taya atıb, müharibə alovlarını qızışdırdılar. Bizi haqq
yolumuzdan uzaqlaşdırmaq, azadlıq duyğularımızı
sındırmaq istədilər. Xalqımızın başına müsibətlər
gətirdilər. Lakin mübariz xalqımız ayağa qalxıb,
başda ulu öndər Heydər Əliyevin və onun yolunu
uğurla davam etdirən sevimli Prezident ilham Əli
yevin ətrafında birləşib mürəkkəb hadisələrin burul
ğanından inamla çıxdı.
1991-ci ildə xalqımız ikinci dəfə öz müstəqilliyini
əldə etdi. Böyük inkişaf yoluna çıxdı. Ötən 25 il ər
zində odlar yurdumuz dünyanı heyran edən, parlaq
gələcəyi olan dövlətini və güclü ordusunu yaratdı.
Xalqımız indi işğal altında olan torpaqlarını və gözəl
Qarabağını azad edib ölkəmizi daha işıqlı gələcəyə
aparacaqdır.
Sabir GƏNCƏLİ,
Tarix elmləri doktoru, yazıçı-jurnalist.