A Z Ə R B A Y C A N ATA TÜRK M Ə R K Ə Z İ
M .N .Ç O B A N O V ,
FİLOLOGİYA ELMLƏRİ DOKTORU,
PROFESSOR
V IU LU SLA R A R A SI
TÜ R K D İLİO U RU LTA YA HƏSR OLUNUR
TÜRK ƏDƏBİ DİLLƏRİNİN
BİRLİYİNƏ DOĞRU
* * *
(T ək m illəşd ir/h n ış və əla v ələr olunm uş
ik in ci n əşri)
A z A ta M
BAKI-2008
R ed a kto ru :
Nizami CƏFƏROV,
M illət vəkili, Azərbaycan M E A -nın müxbir-üzvü,
filologiya elmləri doktoru, professor.
Rəyçilər:
Buludxan XƏLİLOV,
filologiya elmləri doktoru, professor
Əzizxan TANRIVERDİYEV,
filologiya elmləri doktoru, prfessor
Nasiri:
Müşfiq BORÇALI
M .N .Ç O B A N O V ,T Ü R K ƏDƏBİ DİLLƏRİNİN BİRLİYİNƏ
DOĞRU. Bakı, “Təhsil” EİM, 2008, 280 səh.
Oxuculara təqdim olunan bu kitabda prof.M.Çobanovun
ümumtürkoloji xarakterli araşdırmaları (Beynəlxalq Türkoloji
Qurultaylardakı məruzələrinin mətnləri) və Azərbaycan-Türk
dilinin tarixi və müasir problemləri, həmçinin xalqımızın milli
sərvəti olan müasir ədəbi dilimizin müasir vəziyyəti və onun
inkişaf etdirilməsi məsələləri öz geniş əksini tapmışdır. Bu
problemlər, əslində, bütün türk dilləri üçün səciyyəvi olan
problemlərdir. Kitabdan ziyalılarımız, aspirantlar və tədqiqat
çılar faydalana bilərlər.
1-02073
Ç
700122
2008, Qrifli nəşr.
© M.N.ÇOBANOV, 2008.
Redaktordan
“Söz canın cövhəridir
” .
“Dil insanın özüdür
” .
X a lq d eyim i.
Zəhmətkeş alim,tanınmış dilçi-türkoloq, Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komis
siyasının Filologiya elmləri üzrə Ekspert Şurasının üzvü,
professor Mədəd Namaz oğlu Çobanov çoxşaxəli və zəngin
məhsuldar elmi və elmi-metodik yaradıcılığı, elmi-pedaqoji
fəaliyyəti ilə, nəinki, Azərbaycan dilçiliyində, eləcə də,
Türkologiyada da xüsusi yer tutan, diqqət mərkəzində
saxlanılan, elmi yaradıcılığı elmi-ictimaiyyətin marağına
səbəb olan, alimlər arasında öz səsi, öz sözü, öz nəfəsi və
mülahizələri ilə, öz qələmi ilə fərqlənən alimlərimizdən
biridir.
Yorulmaz alim bir çox Beynəlxalq, sabiq Ümumittifaq,
Respublika ali məktəbləıarası elmi-nəzəri və elmi-praktik
konfransların fəal iştirakçısı olmuşdur. Prof. M.Çobanovun
elmi yaradıcılığını LJmumi Türkoloji və Azərbaycan dil
çiliyi, həmçinin, dil əlaqələri olmaqla bir neçə istiqamətə
ayırmaq olar.
3
Prof.M.Çobanovun VI Uluslararası Türk Dili Qu
rultayına ithaf olunan bu yeni kitabı da yuxanda qeyd
olunan mülahizələrə bir sübutdur. Kitabın "Ümumi
Türkoloji məsələlər" adlanan I bölməsində "Türk ədəbi
dillərinin birliyinə doğru", "Altay dilləri ailəsində
Azərbaycan-türk dilinin mövqeyi", "I Türkoloji Qurultay və
türk dillərinin müasir problemləri" və "Türk ədəbi dilləri
birliyinin linqvistik aspektləri" mövzularının mətnləri;
"Azərbaycan dilinin müasir problemləri" adlanan II böl
məsində isə "Azərbaycanşünaslığın atributları", "Ədəbi
dilimiz-milli qeyrətimiz", "Ədəbi dilimiz xalqımızın milli
sərvətidir", həmçinin, mətbuat və efir verilişlərinin müasir
dil problemləri öz geniş əksini tapmışdır. Onu da qeyd edək
ki, prof. M.Çobanovun bu kitabında qaldırdığı bütün
problemlər müasir türk dillərinin hamısı üçün səciyəvidir.
4
I B ö l m ə .
ÜMUMİ TÜRKOLOJİ PROBLEMLƏR
Türkün d ilin i öyrənin, çünki on
ların h a k im iyyəti uzun sü rəcək ”.
Mahmud Kaşğarlı.
1. TÜRK ƏDƏBİ DİLLƏRİNİN
B İR L İY İN Ə D O Ğ R U
Avropa vo Asiya qitələrində yayılmış, qədim tarixə
malik olan türk xalqlarının keçmiş şərəfli vo keşməkeşli
tarixi yalnız kitabələrdə, kitablarda, arxiv sənədlərində yox,
eyni zamanda, o həm də mənşəyi və tipologiyası cəhətdən
bir-birinə yaxın və qohum olan türk dillərinin "tarixi yadda-
ı"nda da həkk olunması və tədricən inkişaf edə-edə bu gü
nümüzə qədər gəlib çatması ilə əlaqədar olmuşdur. Altay
epoxasından üzü bəri qədim türk dillərinin birliyinə doğru
istiqamət götürmək, hər şeydən əvvəl, türklərin öz qədim
söykökünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incə
sənətinə, tarixin sınaqlarından çıxmış adət-ən'ənələrinə,
5
türk inamına və xarakterinə, etik və estetik görüşlərinə qa
yıtmaq müasir dövrün ən başlıca tələbləri kimi qarşıda duran
problemlərdəndir. Məhz buna görə də, türk dünyasında
türklük dəyərlərinin bütöv bir sistem halında götürülməsi və
araşdırılması bir zərurət kimi meydana çıxır. Çünki dün
yanın istər mənşəcə qohum olan və istərsə də dini baxımdan
eyni inama, mənəviyyatə xidmət edən ayn-ayrı xalqları
siyasi, iqtisadi və mədəni cəhətdən bir-birinə yaxınlaşdığı,
bir-birinə inteqrasiya olduğu kimi, həm söykökü, mənşəyi-
qohumluğu, dini-inamı, adət-ən'ənələri də bir-birinin,
demək olar ki, eyni olan türk xalqlarının da siyasi, iqtisadi,
mədəni və strateji baxımdan bir-birinə yaxınlaşması, bir-
birinə qovuşması, inteqrasiyası günün ən aktual məsələ
lərindən biri olmalıdır. Məhz bu baxımdan, türk xalqlarının
ədəbi dillərinin birliyinə doğru yönəltmək, istiqamət
götürmək ən vacib problemlərdən biridir. Çünki hər bir xalq
özünü bəşəriyyətə özünün qədim köklərə, ən'ənələrə malik
olan Ana dili ilə təqdim edir. Bu təqdimat isə, hər şeydən
əvvəl, özünü etnoqrafik (adət-ən'ənələr və məişət münasi
bətləri), etnopsixoloji (xalqın elini düşüncə tərzi, düşüncə
dairəsi), mifoloji (xalqın inamlar dünyasının sirrini öyrən
mə) və digər strateji sahələrdə bürüzo verir.
Müasir türk dilləri qədim tarixi olan lüğət tərkibinə, inki
şaf etmiş qrammatik quruluşuna, zəngin ünsiyyət ən'ənə-
lərinə malik bir kök dilin, ulu dilin varisləri kimi yaranmış,
təşəkkül etmiş və müasir dövrdə böyük inkişaf potensialına
malik dil ailələrindən biridir. Buna görə də, müasir türk
6
ədəbi dillərinin hamısı ümumtürk ən'ənələri üzrə araş
dırılmalı, öyrənilməli və tədqiq olunmalıdır. XI əsrin gör
kəmli filoloq - alimi Mahmud Kaşğarlı demişkən, "Türkün
dilini öyrənin, çünki onların hakimiyyəti uzun sürəcək"dir.
Bu mülahizə XIX əsrin son rübündə nəşr olunmuş "Kəş-
kül" qəzetində də öz əksini belə tapmışdır: "Öz millətini
əbədi saxlamaq istəyənlər öz ana dillərini saxlamağa çalış
malıdırlar və o dildə elm və fənni övladi-millətə verməlidi-
rlər". Dünya siyasətinin tacidarlanndan biri, türk dünyasının
görkəmli dövlət və hərb xadimi, müasir Türkiyə Respub
likasının yaradıcısı və banisi Mustafa Kamal Atatürk bu mü
nasibətlə demişdir:
"Bizim bu dostumuzun idarəsində (Sovetlər Birliyi nə
zərdə tutulur, - M.Ç.) dili bir, inancı bir, özü bir kardaşları-
mız vardır. Onlara sahib çığmığa hazır olmalıyız. Hazır ol
maq yalnız o günü susub bəkləmək deyildir. Hazırlanmaq
lazımdır. Millətlər buna nasıl hazırlanırlar öylə.
Mənəvi körpüləri sağlam tutarak. Dil bir körpüdür. İnanc
bir körpüdür. Tarix bir köıpüdür. Köklərimizə enməli və
olayların olduğu tariximizin içində biitünləşməliyiz. Onların
(diş türklərin) bizə yaklaşmasını bəkləyəməyiz".
Yuxarıdakı ifadələr bu günümüzlə nccə də həmahonk
səslənir...
Müasir türk dillərinin inkişafı və ədəbi dil kimi təşəkkülü
çox tədricən özünü büriizə verir. Bu da təsadüfi deyil. Çünki
türk xalqlarının əksəriyyəti təxminən son iki əsrdə "xalqlar
həbsxanası" adlanan Çar Rusiyasının və sonralar isə onun
7
Dostları ilə paylaş: |