Xalq Daxili İşlər Komissarlığı
Axtarış protokolu
1937-ci il noyabrın 2-də Azərbaycan Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsinin 2376 nömrəli orderinə əsasən, “Qasım İsmayılov, 129”da yaşayan vətəndaş Rəsulova ÜmbülBanunun evində axtarış apardım.
Qiymətli əşya və sənədlərin
Siyahısı
Rəsulova Ümbülbanunun adına pasport 101609
Rəsulova Xalidənin adına pasport 101605
Rəsulova Maralın adına pasport 101604
Rəsulzadə Azərin adına pasport 138596
Protokolun surətini Rəsulova aldı
Siyahı
Rəsulova Ümbülbanunun evindən müsadirə olunmuş əşyaların siyahısı
1. Bufet köhnə -1 ədəd qablarıyla
2. Komod köhnə - 1 ədəd
3. Döşəkli köhnə çarpayı - 2 ədəd
4. Köhnə yemək masası - 1 ədəd
5. Qarderob - 1 ədəd
6. Yazı masası - 1 ədəd
7. Masanın bir parçası
8. Musiqi aləti tar - 1 ədəd
Dostları ilə paylaş: |