Azərbaycan Dövlət İqtisad Universiteti
Tələbə : Kamran Əliyev
Sərbəst iş 2 : Müəssisənin AİS-in yaradılmasında təminat alt sistemlərinin rolu və
əhəmiyyəti
İnformasiya sistemi idarəetmə funksiyasını reallaşdırmaq məqsədi üçün
müxtəlif rütbəli istifadəçiləri (işçiləri) idarə olunan informasiya ilə təmin edən,
toplayan, ötürən və emal edən kommunikasiya sistemidir’’
Avtomatlaşdırma dərəcəsinə görə informasiya sistemləri əllə işləyən
(mexaniki), avtomatlaşdırılmış və avtomatik olmaqla üç qrupa bölünür. Mexaniki
olduqda bütün əməliyyatlar insanlar tərəfindən, avtomatlaşdırılmış olduqda yarısı
insan, yarısı EHM-lər tərəfindən, avtomatik olduqda isə texniki vasitələrin köməyi
ilə avtomatik olaraq yerinə yetirilir.
İnformasiya sistemi altsistem adlanan bir neçə hissədən ibarətdir.Altsistem
ümumi sistemin müəyyən əlamətə görə ayrılmış bir hissəsidir. Altsistemlər
informasiya sisteminin bütövlükdə fəaliyyətinin təmin edilməsinə xitmət edirlər.
Odur ki, onlara təminedici altsistemlər deyilir. Həmin altsistemlərə texniki, riyazi,
proqram, informasiya, təşkilati və hüquqi təminat altsistemləri aiddir.
Şəkil 9. İnformasiya sisteminin ümumi strukturu.
Riyazi təminat
Proqram təminatı
Texniki təminat
İnformasiya təminat
Hüquqi təminat
Təşkilati təminat
İnformasiya
sistemi