AZƏRBAYCAN DÖVLƏT ĠQTĠSAD UNĠVERSĠTETĠ
«MAGĠSTR HAZIRLIĞI MƏRKƏZĠ»
Əlyazması hüququnda
İsmətli Mirməhəmməd Səbuhi
oğlunun
(magistrantın soyadı, adı və atasının adı)
«Bank xidmətləri bazarının təhlili»
(magistrantın soyadı, adı və atasının adı)
mövzusunda
M A G Ġ S T R D Ġ S S E R T A S Ġ YA S I
İxtisasın şifri və adı
- 060403
“Maliyyə” ixtisaslaşma – Bank işi
Elmi rəhbər:
Magistr proqramının rəhbəri
i.e.d., prof. Ş.Ə.Abdullayev
i.e.n.prof.R.M.Rzayev
Kafedra müdiri
i.e.d. Ə.Ə.Ələkbərov
B A K I - 2 0 1 6
2
M Ü N D Ə R Ġ C A T
GiriĢ................................................................................... 3
Fəsil 1. Bank bazarının mahiyyəti və iĢtirakçıları
1.1.
Bank bazarı bank xidmətlərinin satış bazarıdır ................... 5
1.2.
Bank, maliyyə və pul bazarının qarşılıqlı əlaqəsi .................. 8
1.3.
Bank bazarının iştirakçıları ....................................................... 12
Fəsil 2. Bank bazarının quruluĢu
2.1. Bank bazarında sahələr üzrə yanaşma ........................................ 31
2.2. Bank bazarının müştəri qrupları və məkan üzrə quruluş ........... 33
2.3. Bank xidmətləri bazarına dünyada gedən proseslərin təsiri .......39
Fəsil 3. Bank bazarında rəqabət
3.1. Bank rəqabətinin mahiyyəti və qanunauyğunluqları ............... 50
3.2. Bank rəqabətinin formaları ...................................................... 57
3.3. Azərbaycanın bank bazarının müasir vəziyyəti və inkişaf
istiqamətləri ............................................................................... 80
Nəticə və təkliflər .................................................................................. 88
Ġstifadə edilmiĢ ədəbiyyatlar .............................................................. 92
Резюме
94
Summary
3
G Ġ R Ġ ġ
Mövzunun aktuallığı. Bank xidmətləri bazarı elə bir bazardır ki,
burada əmtəə pul, kredit və digər bank xidmətləridir. Bununla əlaqədar
olaraq bank bazarını pul-kredit bazarı kimi də səciyyələndirmək olar. Pul-
kredit bazarı müasir pul-kredit siyasətinin institut əsasına aid edilir, çünki o
iqtisadiyyatda pul-kredit tənzimlənməsinin bazar modelinin mühüm
həlqəsidir. Azərbaycanda bank infarstrukturu qurulduğu, kommersiya
banklarının inkişaf mərhələsində olduğu bir dövrdə bank xidmətləri bazarının
araşdırılması prioritet istiqamətlərdən biridir. Odur ki, bank xidmətləri bazarının
və onun xüsusiyyətlərinin öyrənilməsi və təhlil edilməsi günün aktual
məsələsidir.
Problemin öyrənilmə səviyyəsi. Bank xidmətləri bazarı və onun
xüsusiyyətlərinə aid dünya ölkələrində və Azərbaycanda bir sıra tədqiqat
işləri
aparılmışdır.
Bu
istiqamətdə
D.Bağırovun,
M.Həsənlinin,
M.M.Sadıqovun, R.A.Bəşirovun, R.M.Rzayevin, M.M.Bağırovun,A.Kə ri-
movun, Z.F.Məmmədovun, E.M.Sadıqovun tədqiqatlarını göstərmək olar.
Tədqiqatın məqsədi və vəzifələri. Dissertasiya işinin əsas məqsədi
Bank xidmətləri bazarı və onun xüsusiyyətlərini araşdırmaq və
müəyyənləşdirməkdən ibarətdir.
Tədqiqat işinin məqsədinə uyğun olaraq aşağıdakı sadalanan vəzifələr
qarşıya qoyulmuş və öyrənilmişdir:
- bank bazarını araşdırmaq;
- bank bazarı iştirakçılarına ümumi xarakteristika vermək;
- bank xidmətləri bazarının quruluşunun təkmilləşdirilməsi istiqamət -
lərini öyrənmək;
-
bank, maliyyə və pul bazarlarının qarşılıqlı əlaqəsini
səciyyələndirmək;
- bank bazarının quruluşunu və qanunauyğunluqlarını təhlil etmək;
- bank xidmətləri bazarında rəqabəti öyrənmək və araşdırmaq;
- bank xidmətləri bazarında rəqabətin formatalarını müəyyənləşdirərək
ətraflı şərh etmək;
- bank xidmətləri bazarının inkişaf istiqamətlərini araşdırmaq.
Tədqiqatın obyektini bank xidmətləri bazarının nəzəri və praktiki
məsələləri təşkil edir.
Tədqiqatın predmetini isə müasir şəraitdə bank xidmətləri bazarının
formalaşması xüsusiyyətləri və təhlili ilə bağlı elmi-nəzəri məsələlərin
öyrənilməsi təşkil edir.