1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
A.A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU
İSGƏNDƏR BƏY MÜNŞİ TÜRKMAN
DÜNYANI BƏZƏYƏN
ABBASIN TARİXİ
(Tarixe-aləmaraye-Abbasi)
“ŞƏRQ-QƏRB”
Bakı – 2010
2
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix
İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunur
Layihənin rəhbəri, redaktor və ön sözün müəllifi:
Yaqub Mahmudov Əməkdar elm xadimi, AMEA-nın
müxbir üzvü, tarix elmləri doktoru, professor
Fars dilindən çevirən:
Şahin Fərzəliyev (Şahin Fazil) tarix elmləri doktoru, professor
Rəyçilər:
Vasim Məmmədəliyev AMEA-nın həqiqi üzvü,
filologiya elmləri doktoru, professor
Vaqif Piriyev tarix elmləri doktoru, professor
Tofiq Cahangirov filologiya üzrəfəlsəfə doktoru, dosent
İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən
Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi).
Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.
"Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini
öyrənmək üçün qiymətli ilk mənbədir. İsgəndər bəy Münşi Şah
Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı.
Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk
mənbəyə dönə-dönə istinad etmişlər. "Dünyanı bəzəyən Abbasın
tarixi" əsərinin başlanğıc hissəsi O.Ə.Əfəndiyev və N.S.Musalı
tərəfindən dilimizə tərcümə olunmuş və 2009-cu ildə nəşr
olunmuşdur. Hazırkı tərcümə isə əsəri bütövlükdə əhatə edir və
Azərbaycan tarix elminin mənbə bazasının zənginləşməsi
baxımından çox mühüm hadisədir.
ISBN 978-9952-34-620-6
© AMEA Tarix İnstitutu, 2010
© "Şərq-Qərb Nəşriyyat evi, 2010
3
BÖYÜK AZƏRBAYCAN TARİXÇİSİNİN
MƏŞHUR ƏSƏRİ DOĞMA DİLİMİZDƏ
İsgəndər
bəy
Münşinin
"Tarixe-aləmaraye-Abbasi"
("Dünyanı bəzəyən Abbasın tarixi") əsərinin Şahin Fazil
tərcüməsinə
ÖN SÖZ
Azərbaycan
Milli
Elmlər
Akademiyasının
Tarix
İnstitutunda Azərbaycan tarixinin indiyədək öyrənilməyərək qalan
çoxsaylı problemlərinin tədqiq olunması diqqət mərkəzinə
götürülmüşdür.
Azərbaycanın
müxtəlif
tarixi
dövrlərdə
itirilmiş
torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi
çatdırılması tarixçilərin əsas tədqiqat obyektinə çevrilmişdir.
Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və
saxtalaşdırılmış səhifələri də yenidən yazılır.
Tarixçilərimiz yuxarıda göstərilən şərəfli və mürəkkəb
vəzifələri həyata keçirərkən son dərəcə ağır çətinliklərlə üz-üzə
qalırlar. Başlıca çətinlik ilk mənbələrin qıtlığıdır. Daha doğrusu,
müxtəlif xarici dillərdə olan və dünyanın bir çox ölkələrində
saxlanılan ilk mənbələrin ölkəmizə gətirilərək nəşr olunmasına və
tədqiqatçılara
çatdırılmasına
indiyədək
lazımınca
diqqət
yetirilməmişdir. Bu bir yana qalsın, hətta ölkəmizdə saxlanılan arxiv
sənədləri də nəşr olunmamış, geniş elmi dairələrə və oxucu kütləsinə
çatdırılmamışdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Tarix İnstitutu
xarici ölkələrin arxiv və kitabxanalarmda saxlanılan ilk mənbələrin
Azərbaycana gətirilərək nəşr olunması kimi çox mühüm bir
layihənin həyata keçirilməsinə başlamışdır.
Az vaxt içərisində Tarix İnstitutunda bu layihənin həyata
keçirilməsi sahəsində mühüm uğurlar qazanılmışdır.
"Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük
Britaniyanın arxiv sənədlərində" (Bakı, 2008), "Azərbaycan xalqına
qarşı 1918-ci il mart soyqırımı"nın I cildi (Bakı, 2009), "İrəvan
əyalətinin müfəssəl dəftəri" (Bakı, 2009), "İrəvan əyalətinin icmal
dəftəri" (Bakı, 2009), İsgəndər bəy Münşinin "Tarixe-aləmarayi -
Abbasi" əsərinin doğma dilimizə tərcüməsi (Bakı, 2009), "Gəncə-
4
Qarabağ əyalətinin icmal dəftəri" (Bakı, 2010), "Azərbaycan tarixi
arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). I cild. Rusiya Dövlət
Hərbi Tarix Arxivinin sənədləri" (Bakı, 2010), "Azərbaycan xalqına
qarşı 1918-ci il Mart soyqırımı. III cild. Xatirələr" Sənədlər toplusu
(Bakı, 2010), "Azərbaycan tarixi arxiv sənədlərində (1917-1920-ci
illər). I cild. Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin sənədləri"
(Bakı, 2010), "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər
soyqırımı. II cild, I kitab. Gəncə quberniyası", "Azərbaycan xalqına
qarşı 1918-1920-ci illər soyqırımı. II cild, 2-ci kitab. İrəvan
quberniyasında soyqırımı" və digər nəşrlər institut əməkdaşlarının
Azərbaycan tarix elminə mühüm töhfələridir.
Azərbaycanın görkəmli orta əsr tarixçisi İsgəndər bəy
Münşinin fars dilində yazdığı "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı
bəzəyən Abbasın tarixi") əsərinin bütöv halda doğma dilimizdə işıq
üzü görməsi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix
İnstitutunda icra olunan "Azərbaycan tarixinə dair ilk mənbələrin
nəşri" layihəsinin həyata keçirilməsi sayəsində əldə olunan növbəti
uğur, həm də ən mühüm nailiyyətlərdən biridir.
İsgəndər bəy Münşinin adı yuxarıda qeyd olunan əsərinin
ana dilinə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması, hər
şeydən əvvəl, qədim tarixçilik ənənələrinə malik olan xalqımızın
orta əsrlərdə də möhtəşəm tarix əsərləri yaratdığını sübut edir. Başqa
sözlə, Azərbaycan xalqı A.A.Bakıxanovun "Gülüstani-İrəm"indən
çox-çox əvvəl də tariximizə dair qiymətli ilk mənbələr yaratmaq
ənənəsinə və bu cür ilk mənbələri ərsəyə gətirən İsgəndər bəy Münşi
kimi görkəmli tarixçilər yetirmək dühasına malik olmuşdur.
Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvi
imperiyasının tarixini araşdırmaq üçün son dərəcə qiymətli ilk
mənbə olan "Tarixe-aləmaraye-Abbasi"nin doğma dilimizə bütöv
halda tərcüməsi Azərbaycan tarix elminə çox mühüm töhfədir.
Yeri gəlmişkən, böyük Azərbaycan tarixçisi İsgəndər bəy
Münşinin məşhur əsərinin ana dilimizə tərcüməsinin özü də bir
tarixdir. Bu əsəri hələ 1939-1950-ci illərdə Muxtar Əfəndizadə,
F.Babayev və A.Qasımov Azərbaycan dilinə çevirməyə təşəbbüs
göstərmişlər. Hazırda "Tarixe-aləmaraye-Abbasi"nin Muxtar
Əfəndizadə tərəfindən tərcümə edilmiş 285 səhifəsi, F.Babayev
tərəfindən dilimizə çevrilmiş 102 səhifəsi və A.Qasımov tərəfindən
tərcümə olunmuş 27 səhifəsi Tarix İnstitutunun Elmi Arxivində
saxlanılır (Bax: inventar №№ 934,910, 2078).