AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏRBAYCAN DÖVLƏT QT SAD UN VERS TET
MAG STRATURA MƏRKƏZ
Ə
lyazması hüququnda
Ə
HMƏDOVA AYSEL ZAH D qızının
ÇUQUNƏ R TMƏ TEXNOLOJ PROSESLƏ R NDƏ
Ə
TRAF MÜH T N MÜHAF ZƏ TƏDB RLƏR N N TEXN K - QT SAD
SƏ MƏ RƏ L L Y
mövzusunda
M A G S T R D S S E R T A S Y A S I
xtisasın şifri və adı: 060510 – Ekologiya
xtisaslaşma: – “ Ətraf mühiti mühafizə metodları və bərpası”
Elmi rəhbər:
Magistr proqramının rəhbəri
t.e.n., dos. brahimov Y.N.
dos.f.r.n., Novruzova F.M.
Kafedra müdiri, c.e.n., dos. Mehdiyeva V.Z.
B A K I – 2 0 1 6
MÜNDƏR CAT
G R Ş.....................................................................................................
FƏS L 1. ÇUQUNƏR TMƏ TEXNOLOJ PROSESLƏR N N ÜMUM
XARAKTER ST KASI ...............................................................................
1.1.
Çuqunəritmə texnoloji proseslərinin əsas xüsusiyyətləri.....
1.2.
Çuqunəritmə texnoloji proseslərində ətraf mühitin çirklənməsi
FƏS L 2. ÇUQUNƏR TMƏ TEXNOLOJ PROSESLƏR NDƏ ƏTRAF MÜH T N
MÜHAF ZƏS N N ƏSAS ST QAMƏTLƏR .........................
2.1. Ətraf mühitin çirklənmələrinin qarşısının alınması yolları..........
2.2. Hidrosferin mühafizəsi tədbirləri....................................................
2.3. Zəhərli istehsalat tullantılarının basdırılmasının təşkili.................
FƏS L 3. ÇUQUNƏR TMƏ TEXNOLOJ PROSESLƏR NDƏ ƏTRAF MÜH T N
MÜHAF ZƏS TƏDB RLƏR N N TEXN K - QT SAD
Ə
SASLANDIRILMASI.....................................................................................
3.1. Çuqunəritmə zamanı ayrılan zərərli tullantıların hesablanması
3.2. Çuqunəritmə istehsalında zərərli maddələrin insan orqanizminə
təsiri.....................................................................................................................
3.3. Çuqunəritmə texnoloji proseslərində ətraf mühitin mühafizəsinin səmərəli
texnologiyaları.................................................................................
3.4. Zərərli maddələrin ətraf mühitdə yayılma prosesinin riyazi
modelləri...................................................................................................................
NƏT CƏLƏR...............................................................................................
S T FADƏ ED LM Ş ƏDƏB YYATIN S YAHISI...........................
G R Ş
Mövzunun aktuallığ ı. Ekoloji problemlər son dövrlərdə qlobal və ümum-
dünya xarakter kəsb etmişdir. Təbiətin qorunub saxlanılması və ekologiyasının
mühafizəsi insanların və bütün canlı aləmin mühafizəsi deməkdir. Ona görə də
təbiətin və ətraf mühitin mühafizəsi məsələsi dövlətimizin daxili və xarici siyasətinin
ə
sas istiqamətlərindən biridir.
Təbiətin mühafizəsi və ehtiyat mənbələrindən səmərəli istifadə edilməsi hər bir
vətəndaşın əsas vəzifəsi olmaqla bərabər, cəmiyyətimizin müasir inkişaf
mərhələsində ən aktual problemlərdən biridir.
Respublikada böyük sənaye potensialının inkişafı əsasən aşağıdakı sahələrin,
iri müəssisələri ilə səciyyə edilir. Bu sahələrin əksər müəssisələri böyük miqdarda
enerji tələb edir və eyni zamanda çoxlu tullantılar əmələ gətirir.
Bu müəssisələr əsasən Bakı-Sumqayıt sənaye zonası və Abşeron
yarımadasında cəmləşmişlər. Burada isə bir əsrdən də artıq müddətdə torpağa və
landşafta zərərli təsiri nəzərə alınmadan neft və qaz çıxarılır, bu isə böyük torpaq
sahələrinin sıradan çıxmasına gətirib çıxarmışdır.
Beləliklə, təqdim edilən magistrlik dissertasiyasının məqsədi çuqunəritmə
texnoloji proseslərinin texnogen tullantıları və onların zərərsizləşdirilməsi üsullarının
tədqiqi əsasında atmosferə və ətraf mühitə ziyanlı təsirin azaldılmasının əsas
yollarının müəyyən edilməsi və bu sahədə əməli təklif və tövsiyələrin işlənməsidir.
Bu məqsədə nail olmaq üçün tədqiqatınaşağıdakı vəzifələri müəy-
yənləşdirilmişdir:
− çuqunəritmə texnoloji proseslərində texnogen çirklənmələrin yaranma
mənbələri və onların təsnifat əlamətlərinin təhlili;
− tullantıların insan və ətraf mühitə təsiri və təhlükəsizlik normalarının
araşdırılması;
− texnogen tullantıların ətraf mühitdə yayılması və təminatlı su təchizatı
sisteminin riyazi modellərinin işlənməsi;
− tullantıların zərərsizləşdirilməsi üsulları və tullantıların azaldılmasının
səmərəli yollarının seçilməsi;
− çirklənmələrin azaldılmasına yönəlmiş təklif və tövsiyələrin işlənməsi.
Tə dqiqatların nə zə ri və metodoloji ə sasını Azərbaycan və xarici ölkə
alimlərinin çuqunəritmə texnoloji proseslərində texnogen tullantılar və onların
zərərsizləşdirilməsi üsullarına həsr olunmuş əsərləri və bu sahədə elmi tədqiqatların
nəticələri təşkil edir.
Tə dqiqat predmeti və obyekti çuqunəritmə texnoloji proseslərində yaranan
texnogen tullantılar və onların zərərsizləşdirilməsi üsulları, ətraf mühitə zərərli
təsirlər və belə təsirin azaldılmasının üsul və vasitələridir.
Tədqiqatların informasiya bazasını Azərbaycan Respublikası Prezidentinin
ekologiya sahəsinə dair Fərman və sərəncamları, Dövlət Statistika Komitəsinin
materialları, müxtəlif saytlarda olan məlumatlar, dövrü elmi-texniki jurnallarda dərc
olunmuş məqalələr və digər mənbələr təşkil edir.
Nə ticə lə rin dürüstlüyü ümumi elmi-tədqiqat metodlarının korrektli istifadəsi,
nəticələrin ciddi əsaslandırılması, habelə digər müəlliflərin nəticələri ilə uzlaşması ilə
müəyyən edilir. Problemin qoyuluşu, məqsəd və vəzifələrin müəyyən edilməsi və
onların həlli yollarına yanaşmalar, alınmış nəticə və təkliflərin məzmunu müəllifin
müstə qil tədqiqatları, müşahidələri və mülahizələrinin məhsuludur.
Tə dqiqat metodları kimi ümumi elmi tədqiqat metodları istifadə olunmuşdur:
analiz və sintez, induksiya və deduksiya, sistemli yanaşma və məntiqilik, müşahidə,
qruplaşdırma, ümumiləşdirmə, müqayisəli təhlil və s. Məlumatların riyazi statistik və
kompüter emalı da istifadə edilmişdir.
Təqdim olunan tədqiqatların elmi yeniliyi konseptual planda çuqunəritmə
texnoloji proseslərinin texnogen tullantıları və onların zərərsizləşdirilməsi üsullarının
Dostları ilə paylaş: |