QƏTNAMƏ
Azərbaycan Respublikası adından
28 dekabr 2016-cı il
2(106)2204/2016
Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla
oğlunun sədrliyi ilə, hakimlər Heydərov Tofiq Xudayar oğlundan və Cəbrayılov Vüsal
Adil oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh
oğlunun, iddiaçı Nurməmmədova Məlahət Rafaiddin qızının iştirakları ilə açıq məhkəmə
iclasında iddiaçı Nurməmmədova Məlahət Rafaddin qızının cavabdeh Səfərov Medhun
Ədalət oğluna qarşı borc tələbinə dair 2(022)-1295/2016 saylı mülki iş üzrə Biləsuvar
rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli qətnaməsindən cavabdeh Səfərov
Medhun Ədalət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq
MÜƏYYƏN ETDİ
Biləsuvar rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2(022)-1295/2016 saylı
qətnaməsi ilə (sədrlik edən hakim Azər Səmədov) iddiaçı Nurməmmədova Məlahət
Rəfaddin qızının cavabdeh Səfərov Medhun Ədalət oğluna qarşı borc tələbinə dair iddiası
qismən təmin edilərək cavabdeh Səfərov Medhun Ədalət oğlundan borca görə 6.000 (altı
min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınıb iddiaçı
Nurməmmədova Məlahət Rafaddin qızına verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə
təmin edilməmişdir.
Cavabdeh Səfərov Medhun Ədalət oğlu tərəfindən Biləsuvar rayon məhkəməsinin
09 avqust 2016-cı il tarixli, 2(022)-1295/2016 saylı qətnaməsindən apellyasiya şikayəti
verilərək Biləsuvar rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2(022)-1295/2016
saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
İŞİN HALLARI:
İddiaçı Nurməmmədova Məlahət Rəfaddin qızının iddiası onunla
əsaslandırılmışdır
ki, onun qızı Səfərov Medhun Ədalət oğlunun qaynatasının gəlini olduğuna görə Medhun
Səfərovu təxminən 5 ildir tanıyır. Cavabdeh Medhun Səfərov 10.12.2015-ci il tarixdə
ondan qızıl alveri etmək məqsədi ilə 6.000 (altı min) manat məbləğində borc pul
istəmişdir. Həmin pula Səfərov Medhun Ədalət oğlu qızıl alqı-satqısı ilə məşğul olmaqla
gəlir əldə edəcəyini, əldə olunan gəlirdən ona da verəcəyini bildirmişdir. Cavabdeh 2016-
cı ilin aprel ayında ondan borc olaraq aldığı 6.000 (altı min) manat pulu ona geri
qaytarılmalı idi. O, cavabdeh Medhun Səfərovun həmin şərti ilə razılaşaraq 10.12.2015-ci
ildə qızının qaynatası Azad Misirovun evində və onun yanında Medhun Səfərova 3.000
(üç min) manat pul vermiş, 11.12.2015-ci il tarixdə isə qızının əri Misirov Fariz Azad
oğlunun tanışı taksi sürücüsü işləyən Əzizov Vaqif Kamil oğlunun vasitəsi ilə Medhun
Səfərova 3.000 (üç min) manat məbləğində pul göndərmişdir. O, Medhun Səfərova cəmi
2
6.000 (altı min) manat məbləğində borc pul vermişdir. Lakin Medhun Səfərov razılaşma
şərtlərinə uyğun olaraq qızıl alış-verişindən əldə edilən gəlirdən ona heç bir fayda
verməmiş, hətta dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq ondan aldğı 6000 manat
borclu olduğu pulu ona qaytarmamışdır. O, tələbi ilə bağlı hüquqi yardım almaq məqsədi
ilə müxtəlif hüquq müdafiəçilərinə müraciət etmiş, hüquqi yardım alarkən xidmət haqqı
olaraq ümumilikdə 200 (iki yüz) manat məbləğində pul ödəmişdir. Ona görə də iddianın
təmin edilməsi, cavabdeh Səfərov Medhun Ədalət oğlundan borca görə 6.000 (altı min)
manat, hüquq məsləhətçilərinə ödədiyi pula görə 200 (iki yüz) manat və məhkəmədə iddia
qaldırmaq üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun alınıb
ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
Cavabdeh Səfərov Medhun Ədalət oğlunun apellyasiya şikayəti onunla
əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin faktiki halları
üzrə heç bir araşdırma aparmamış, iddiaçının təqdim etdiyi şahidlərin ifadələrinə sübut
növü kimi obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının
tələblərini pozmuş, iş üzrə əsassız qətnamə qəbul etmişdir.
İddiaçı Nurməmmədova Məlahət Rəfaddin qızı iddia ərizəsinin dəlillərinə uyğun
izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi, Biləsuvar rayon məhkəməsinin
09 avqust 2016-cı il tarixli, 2(022)-1295/2016 saylı qətnaməsinin dəyişdirilmədən
saxlanılmasını xahiş etdi.
Cavabdeh Səfərov Medhun Ədalət oğluna məhkəmə iclasının vaxtı və yeri barədə
məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir (təmsil
olunmamışlar). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını
mümkün hesab etdi.
Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini
işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək
hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar rayon məhkəməsinin
09 avqust 2016-cı il tarixli, 2(022)-1295/2016 saylı qətnaməsi iddianın təmin olunan
hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
HÜQUQİ MƏSƏLƏLƏR
Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız
tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və
etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən
apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə
təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi
şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq
normalarına riayət etməsini yoxlayır.
3
Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi qətnamə
qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməməsi barədə
dəlillərinə qiymət verərkən aşağıdakıları qeyd edir:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə
əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən
halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər
sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək
üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və
normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə
qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə
tərəfindən qəbul edilməsi göstərilə bilər.
“Məhkəmə qətnaməsi haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci bəndində göstərilir: -
Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin
hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini
əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad
etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən
məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin
sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Birinci instansiya məhkəməsinin apellyasiya qaydasında mübahisələndirilən
qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi
nəticəni əsaslandırmamış, iş üzrə təqdim olunmuş sübutlara obyektiv qiymət verməmişdir.
Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan
dəlilləri məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən
prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin
ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul
edilməsinə səbəb olsun.
İşin müəyyən edilmiş faktiki halları ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları
qeyd edir:
İddiaçı Nurməmmədova Məlahət Rəfaddin qızı iddia ərizəsində cavabdeh Səfərov
Medhun Ədalət oğluna 6000 manat pulu cavabdehə qızıl-zinət əşyalarının alveri
məqsədilə verdiyini və razılaşmaya əsasən cavabdehin ondan aldığı puldan istifadə
etməklə əldə etdiyi qazancdan ona verəcəyini bildirmişdir. Laki iş materiallarına əlavə
edilmiş Biləsuvar RPŞ-nin TQ-nun təhqiqatçısı polis kapitanı Ağayev Xaləddin Sərdarxan
oğlunun 449 saylı yoxlama materiallarına əsasən qəbul etdiyi «Cinayət işinin
başlanılmasının rədd edilməsi barədə» 20 may 2016-cı il tarixli qərarından görünür ki,
iddiaçı Nurməmmədova Məlahət Rafaddin qızı izahatında 2015-ci ilin dekabr ayının
əvvələrində Biləsuvar rayonunun Xırmandalı kəndinə qızının evinə qonaq gəldiyini,
qızının evində Vüsalə ilə söhbəti zamanı Vüsalə onun lombarddan pul götürəcəyini bilmiş,
Medhun və Vüsalə qızılçıya borclu olduqlarını bildirmiş, ondan xahiş etmişlər ki, onlara
pul versin, işlərini qaydaya salsındar, yarım tikili evlərini satıb pulunu qaytaracaqlar.
Həmin razılaşmadan sonra dekabr ayının təxminən 11-də 3000 (üç) manat pulu qızıgildə
Medhuna vermiş, digər 3000 (üç) manat pulu isə iki gün sonra Vaqif adlı taksi
sürücüsündən göndərmişdir.
4
Göründüyü kimi iddiaçı Nurməmmədova Məlahət Rafaddin qızı Biləsuvar rayon
PŞ-də verdiyi izahatdan fərqli olaraq məhkəmədə 6000 manat pulu cavabdeh Medhun
Səfərova qızıl-zinət əşylarının alveri məqsədilə verdiyini göstərmişdir.
Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Əzizov Vaqif Kamil
oğlu ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmaqla özünə məxsus minik
avtomobili ilə sərnişinlərin və ayrı-ayrı şəxslərin sifarişi əsasında daşımaları həyata
keçirir. Nurməmmədova Məlahət Rəfaddin qızını və onun ailə üzvlərini Fariz Misirov
vasitəsi ilə tanıyır. Belə ki, Fariz Misirov və onun ailə üzvləri Bakı şəhərinə gedərkən taksi
kimi onun fəaliyyətindən istifadə edirlər. 11.12.2016-cı il tarixdə də Fariz Misirov onun
telefonuna zəng edərək, qaynanası Məlahət Nurməmmədovanın onunla telefon əlaqəsi
saxlayıb, Biləsuvar rayon sakini Medhun Səfərova verilməsi üçün pul göndərəcəyini
demişdir. Həqiqətən də Fariz Misirovun zəngindən bir neçə dəqiqə sonra Məlahət
Nurməmmədova onunla əlaqə saxlayıb Medhun Səfərova verilməsi üçün 3.000 (üç min)
manat məğbləğində pul göndərmişdir. O, 3.000 (üç min) manat məbləğində pulu həmin
gün Ələt-Astara yolunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində Fariz Misirovun
yanında Medhun Səfərova vermiş, Medhin Səfərov da pulu sayaraq qəbul etmişdir.
Sonralar da Farizlə olan söhbətlərdən bilmişdir ki, indiyədək Medhun həmin borcundan
bir manat da qaytarmamışdır.
Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Misirov Fariz Azad
oğlu ifadəsində iddiaçı Nurməmmədova Məlahət Rafaddin qızının onun qaynanası,
cavabdeh Səfərov Medhun Ədalət oğlunun bacısı Vüsalənin əri olduğunu, Medhun
Səfərovun qızıl alış-verişi ilə məşğul olduğunu, müxtəlif şəxslərə çoxlu borcu olduğunu
göstərmişdir. Şahid ifadəsində daha sonra Medhun Səfərovun 2015-ci ilin dekabr ayında
Məlahət Nurməmmədovadan 6.000 (altı min) manat borc pul istədiyini, onun yaşadığı
evdə Məlahət Nurməmmədovanın 10.12.2015-ci ildə Medhun Səfərova 3.000 (üç min)
manat borc pul verdiyini, bundan sonra 11.12.2015-ci ildə Məlahət Nurməmmədovanın
ona zəng edərək 3000 manat borcu Medhun Səfərova necə göndərə biləcəyini
soruşduğunu, tanışı taksi sürücüsü Vaqif Əzizovun telefon nömrəsini Məlahət
Nurməmmədovaya verdiyini, Məlahət Nurməmmədova həmin tarixdə 3000 manat
məbləğində pulu sürücüsü Vaqif Əzizovun vasitəsilə Medhun Səfərova göndərdiyini,
Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində
Medhun Səfərovun pulu onun yanında sayıb qəbul etdiyini göstərmişdir.
Şahid qismində dindirilmiş Misirov Azad Ağar oğlu və Əhmədova Tünzalə Azad
qızı digər şahid Misirov Fariz Azad oğlunun məhkəmə iclasında ifadəsilə eyni məzmunlu
ifadə vermişlər.
Apellyasiya şikayətində və apellyasiya şikayəti üzrə məhkmə iclasında cavabdeh
Medhun Səfərov iddiaçıdan borc almadığını, ümumiyyətlə heç bir borcunun olmadığını,
eyni zamanda məhkəmədə ifadə verən şahidlərin isə iddiaçı Məlahət Nurməmmədovanın
və Fariz Misirovun yaxın qohumları olduğunu qeyd etmişdir.
İş üzrə digər şahid Əzizov Vaqif Kamil oğlu 08 dekabr 2016-cı il tarixdə
məhkəməyə teleqram vuraraq birinci instansiya məhkəməsinin qətnaməsində onun
adından cavabdeh Səfərov Medhun Ədalət oğlunun əleyhunə yazılmış ifadənin əsassız
olduğunu bildirmişdir.
Məhkəmə kollegiyası qeyd edir ki, irəli sürülən tələblə bağlı birinci instansiya
məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, iddiaçının cavabdehə qarşı pul
tələbinə qiymət verilərkən Biləsuvar rayon PŞ-də verdiyi izahatla ziddiyətli olması,
həmçinin məhkəmədə ifadə verən şahidlərin iddiaçı ilə qohumluq münasibətlərində
5
olmaları və həmin ifadələrin alınma mənbəyinə görə nə dərəcədə mötəbər olması halına
qiymət vermədən iddiaçının tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən
qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi
halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı
hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və
iddianın təmin olunub-olunmadığını müəyyən edir.
İddiaçı Nurməmmədova Məlahət Rafaddin qızı cavabdeh Səfərov Medhun Ədalət
oğluna qızıl-zinət əşyalarının alveri məqsədi ilə 6000 manat borc pul verdiyini, lakin bir
müddət sonra cavabdehin onu aldatdığını başa düşdüyünə görə həmin pulun qaytarılmasını
tələb etmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc
müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara
mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər
iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda
olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır.
Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
Məhkəmə kollegiyası belə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd
olunan tələbi nəzərə alınmaqla iddiaçı Nurməmmədova Məlahət Rafaddin qızı cavabdeh
Səfərov Medhun Ədalət qızına 6000 manat borc olaraq pul verməsinə dair məhkəməyə
mötəbər sübutlar təqdim etməli idi. İddiaçı ilə qohumluq münasibətində olan şəxslərin
şahid qismində dindirilməklə iddiaçının cavabdehlə borc münasibətinin təsdiqinə dair
ifadələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab
oluna bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən
məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara
təbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə
üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən
hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə
vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin
mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.
İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli
hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən
iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı mülki
işdə iddiaçı Nurməmmədova Məlahət Rafaddin qızı cavabdeh Səfərov Medhun Ədalət
oğluna qarşı 6000 (altı min) manat pul tələbinə dair iddia qaldırdığından istinad etdiyi
halları təsdiq edən məhkəməyə mötəbər sübutlar təqdim etməli idi.
«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan
Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında
sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation
(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.
Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,
həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
6
Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli
Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı
şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin birinci
instansiya məhkəməsi işə baxarkən işi hərtərəfli araşdırmaması, maddi və prosessual
hüquq normalarının tələblərini pozması barədə dəlillərini əsaslı hesab edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə
əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların
aydınlaşdırılmaması (385.1.2), birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş,
iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3), birinci instansiya
məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi
(385.1.4) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki,
cavabdeh Səfərov Medhun Ədalət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən
təmin olunmalı, Biləsuvar rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli,
2(022)1295/2016 saylı qətnaməsi qismən ləğv edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən
iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət
mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
14.2, 124.2, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 405-ci maddələrinin
tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏT ETDİ:
Biləsuvar rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2(022)1295/2016 saylı
qətnaməsindən cavabdeh Səfərov Medhun Ədalət oğlu tərəfindən verilmiş apellyasiya
şikayəti qismən təmin edilsin.
Biləsuvar rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli 2(022)1295/2016 saylı
qətnaməsi cavabdeh Səfərov Medhun Ədalət oğlundan borca görə 6.000 (altı min) manat
və dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq iddiaçı Nurməmmədova Məlahət
Rafaddin qızına verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin
edilməsin.
Qətnamə qalan hissədə dəyişdirilməsin.
Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində
Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən
sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nüsrət Mirzəyev
Hakimlər: Tofiq Heydərov
Vüsal Cəbrayılov
7
Sədrlik edən: İmza.
Hakimlər: İmzalar.
Əsli ilə düzdür. Hakim: Nüsrət Mirzəyev
Dostları ilə paylaş: |