Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi
aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının icrası ilə
əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Radioaktiv və kimyəvi çirklənməyə və məruz qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və
istifadəsi Qaydaları", "Ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-
texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi Qaydası" və "Torpaqların
zonalaşdırılmasının ümumi əsasları və prinsipləri" təsdiq edilsin (əlavə olunur).
(Çıxarılıb)
[1]
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 1 may 2000-ci il
№ 79
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi,
sağlamlaşdırılması və istifadəsi
QAYDALARI
[2]
Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik
aktlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi qaydasını müəyyən edir.
1. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, insanların sağlamlığına təhlükə
yarada bilən, habelə məhsul istehsalı üçün sanitar tələblərə cavab verməyən torpaqlar
müvafiq yerli icra hakimiyyətlərinin və bələdiyyələrin qərarı ilə təsərrüfat dövriyyəsindən
müvəqqəti çıxarılaraq, konservasiya olunur və bərpa edilməsi üçün ehtiyat torpaq fonduna
keçirilir. Sağlamlaşdırılan torpaq sahələri
Əmlak Məsələləri Dövlət Komitəsinin
, Kənd
Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Səhiyyə
Nazirliyinin və digər əlaqədar təşkilatların mütəxəssislərindən ibarət ekspert qrupunun
rəyinə əsasən həmin torpaqları təsərrüfat dövriyyəsindən çıxaran orqanların qərarı ilə
əvvəlki istifadəçilərinə qaytarılır və təyinatına uyğun olaraq istifadə edilir.
[3]
2. Bütün növ torpaqlarda radioaktiv maddələrin miqdarının çox olması həm təbii
mənşəli radioaktiv maddələrlə, həm də texnogen xarakterli mənbələrlə əlaqədardır.
Torpaqlarda radioaktivliyin normadan çox olmasına səbəb mənşəcə təbii və süni radioaktiv
elementlər ola bilər.
3. Torpaqların kimyəvi maddələrlə çirklənməsinin əsas mənbələri kənd təsərrüfatında
bitkilərin mühafizəsində istifadə olunan zəhərli kimyəvi maddələr, eyni zamanda mineral
gübrələr, sənaye, məişət və sair xarakterli çirkablı sular və tullantılardır.
4. Radioaktiv və kimyəvi çirklənmə zamanı radionuklidlərin radiasiya təhlükəliliyi,
onların yarımparçalanma dövrü, kimyəvi maddənin toksikliyi, torpaqda parçalanma
müddəti və s. nəzərə alınmalıdır.
Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələri çirklənmə dərəcəsi və
xarakterinə görə aşağıdakı qruplara bölünür:
a) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 1.0—2.0 misli qədər olan təhlükə
ehtimallı sahələr.
Bu sahələrdə canlı orqanizmlərin yaşaması və fəaliyyəti xüsusi sanitar və gigiyenik
normativlərlə, həmçinin otlaq sahələrində həmin maddələrin dövranını ev heyvanlarından
alınan ət və süd məhsullarının tərkibindəki miqdarı ilə müəyyənləşdirilir. Kənd təsərrüfatı
üçün istifadəsi qeyri-mümkün olan torpaq sahələrini xüsusi çəpər və ya göstərici işarələr
vasitəsi ilə izolə etmək lazımdır.
b) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 2.0 mislindən çox olan təhlükəli
torpaq sahələri.
Bu sahələrdə təmas yalnız xüsusi sanitar-gigiyenik normativlərlə məhdudlaşır. Belə
sahələr ətraf mühitdən tamamilə izolə edilməlidir.
5. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və
onların bərpası mülkiyyət formasından asılı olmayaraq bütün fiziki və hüquqi şəxslər üçün
məcburidir.
6. Radioaktiv və kimyəvi çirklənmiş torpaq sahələrinin müəyyən edilməsi ilkin elmi-
texniki ekspertiza nəticələri əsasında Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət
Komitəsi,
Əmlak Məsələləri Dövlət Komitəsi
, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və öz
səlahiyyətləri daxilində digər əlaqədar təşkilatlar tərəfindən həyata keçirilir.
[4]
7. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələrinin çirklənmə
dərəcəsi, çirklənmə mənşəyi, tərkibi, əsas torpaq kütləsi ilə əlaqə forması, aqreqat, fiziki-
kimyəvi xüsusiyyətləri, dərin qatlara və yer səthinə zərərli təsirin məsafədən asılılıq
qanunauyğunluqlarının müəyyən edilməsi xüsusi yüksək ixtisaslı mütəxəssislər tərəfindən
elmi tədqiqat işləri nəticəsində həyata keçirilir.
8. Radioaktiv elementlərlə çirklənmiş torpaq sahələrinin çirklənmə dərəcəsi, torpaq
qatının çirklənməsi dərinliyindən, torpağın tipi, növü, geomineraloji və ətraf mühitin coğrafi
xüsusiyyətlərindən asılı olaraq konservasiya və bərpa işləri aşağıdakı qaydada həyata
keçirilir:
a) təhlükə ehtimalı torpaq sahələrində çirklənməyə təbii radioaktiv izotoplar səbəb
olduqda, həmin sahələrdə təsərrüfat fəaliyyəti və təmas üçün xüsusi qaydalar müəyyən
olunur. Bu sahələrdə radioaktiv maddələrin tərkibi, aqreqat halı, ionlaşdırıcı şüaların
mənşəyi və intensivliyi müəyyən edilir. İlk növbədə çirklənmə dərəcəsinin artmasının
qarşısının alınması və sonrakı çirklənmənin azalmasına yönəlmiş elmi-texniki işlər aparılır;
b) təhlükəli torpaq sahələrində çirklənmə zonaları mütləq ətraf mühitdən izolə
edilməlidir. Çirklənmə mənbəyinin xarakteri, tərkibi və şüa növü tədqiq olunaraq ətraf
mühitə təhlükə ehtimalını müvəqqəti azaltmaq üçün işçi planı hazırlanıb yerinə
yetirilməlidir. Sonralar isə əsaslı təmizləmə və radioaktiv dezaktivasiya texnologiyası
əsasında tədbirlər planı yerinə yetirilməlidir.
9. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalma təhlükəsi gözlənilən sənaye
obyektlərində həmin obyektlərin yerləşdiyi və qonşu torpaq sahələrində çirklənmə zonasının
hüdudlarından asılı olaraq uzunmüddətli monitorinq müşahidə məntəqələri yaradılmalıdır.
10. İstehsal prosesi zamanı torpaqda radioaktiv və kimyəvi çirklənmə halları müşahidə
edildikdə həmin torpaq sahələrində xüsusi cari sağlamlaşdırma tədbirləri həyata keçirilir, bu
tədbirlərin tətbiqi müsbət nəticələr vermədikdə istehsal prosesi dayandırılır və torpaq
sahələri təsərrüfat dövriyyəsindən çıxarılaraq konservasiya edilir.
11. İstehsal prosesi zamanı fiziki və hüquqi şəxslərin səhlənkarlığı nəticəsində radioaktiv
və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması,
konservasiya edilməsi və sağlamlaşdırılması işlərinin dəyəri təqsirkar şəxslər tərəfindən
ödənilir.
12. Təbii fəlakət və fövqəladə hallar nəticəsində dövlət mülkiyyətində olan obyektlərdə
baş verən qəza və eləcə də digər mənbələrin tullantıları ilə radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi, mühafizəsi, sağlamlaşdırılması işlərinin dəyəri müəyyən olunmuş qaydada dövlət
büdcəsindən ödənilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR