1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
FİLOLOGİYA FAKÜLTƏSİNİN
İNGİLİS DİLİ KAFEDRASI
(P A S P O R T )
BAKI-2016/2017
2
M Ü N D Ə R İ C A T
1.
Ön söz........................................................................................................................................................................................3
2.
Kafedranın tarixi.......................................................................................................................................................................5
3.
Kafedraya rəhbərlik...................................................................................................................................................................5
4.
Kafedra haqqında ümumi məlumat...........................................................................................................................................5
5.
Müəllim heyətinin tərkibi və ümumi dərs yükü........................................................................................................................7
6.
Kafedranın tədris etdiyi dərs modeli..........................................................................................................................................9
7.
Kafedranın tədris fəaliyyəti....................................................................................................................................................11
8.
İngilis dili kafedrasının elmi-tədqiqat işlərinin planı..............................................................................................................33
9.
Kafedranın doktorant və dissertantları.....................................................................................................................................39
10.
Kafedra əməkdaşlarının elmi məqalələri və çap işləri.............................................................................................................41
11.
Kafedra əməkdaşlarının qısa tərcümeyi-halı........................................................................................................................122
12.
Kafedranın illik iş planı........................................................................................................................................................174
13.
Kafedranın əsasnaməsi..........................................................................................................................................................180
3
1. Ö N S Ö Z
Müstəqillik əldə etdikdən sonra ölkəmizin içtimai-siyasi həyatında çox böyük dəyişikliklər baş vermişdir. Hazırda
dövlətimiz dünyanın ən qabaqcıl ölkələrinə sürətlə inteqrasiya edir, saysız-hasabsız ölkələrlə iqtisadi, siyasi, mədəniyyət,elm,
təhsil və başqa sahələr üzrə bağlanmış müqavilələr uğurla həyata keçirilir.
Respublikamızın təhsil ocaqlarında hazırlanan milli mütəxəssislər ölkəmizdəki xarici ölkə şirkətlərində, həmçinin xaricdə
bir sıra elm və istehsalat müəssisələrində əcnəbi vətəndaşlarla çiyin-çiyinə çalışırlar. Bütün bunlar təhsil müəssisələrimizdə kadr
hazırlanması işinə yaşadığımız geniş qloballaşma dövrünün tələblərilə yanaşmaq zərurəti doğurur. İndi hər hansı sahə üzrə
mütəxəssis hazırlanarkən ilk növbədə ölkəmizdə baş verən hərtərəfli inkişaf, geniş quruculuq işlərinin hazırkı səviyyəsi,
gələcək perspektivləri, həmçinin ölkəmizin elm və iqtisadiyyatının təşkilində dünya standartlarına çatmaq əzmi və s. cəhətlər
nəzərə alinmalıdır. Başqa sözlə, bu günün mütəxəssisi həyatın günü-gündən artan tələblərinə cavab verməyi bacarmalıdır. Bu
işdə digər fənlər kimi xarici dilin tədrisinin də qarşısında mühüm vəzifələr durur. Buna görə də təlimin ilk mərhələsindən
başlayaraq tələbələrdə xarici dili mükəmməl öyrənməyə tələbat formalaşdırmaq lazımdır. Tələbə özünün hərtərəfli biliyə malik
kadr kimi yetişməsində, gələcək şəxsi həyatında, karyerasında, ictimai həyatın hər hansı bir sahəsində layiqli yer tuta
bilməsində xarici dili yaxşı bilməyin vacib olduğunu süurlu olaraq dərk etməlidir.
İxtisası xarici dil olmayan fakültələrdə xarici dilin təlimində qarşıya qoyulan əsas məqsəd tələbələrdə şifahi danışıq
bacarıq və vərdişlərini formalaşdırmaqdan, həmçinin onlarda xarici dildə danışığı, dinləyib – anlama bacarığı aşılamaqdan
ibarətdir.
4
Ali məktəbi bitirən hər bir gənc xarici dillərin birində sərbəst danışmağı, söhbət və müzakirələrdə, müvafiq dil
situasiyalarında fəal iştirak etməyi bacarmalıdır.Tələbələr təkcə auditoriya şəraitində deyil, eləcə də qeyri-rəsmi yerlərdə, ailə və
məişət, istirahət və gəzintilərdə, alış-verişdə, kinoteatr və əyləncə mərkəzlərində xarici dildə ünsiyyət yaratmağı bacarmalıdırlar.
Tələbədə xarici dildə sərbəst danışmaqla yanaşı öz ixtisasına dair elmi yığıncaq və konfranslarda çıxış etmək üçün xarici
dildə məruzələr hazırlamaq bacarığının formalaşmasına nail olmaq da bu sahədəki vəzifələrdən biridir. Xarici dilin təlimində
məqsəd yalnız tələbələrdə həmin dildə praktik danışıq bacarıq və vərdişləri formalaşdırmaqdan və onlarda ixtisasa dair elmi
ədəbiyyatdan əməli işdə bəhrələnmək bacarığı aşılamaqdan ibarət deyildir. Bu işdə ən ümdə vəzifələrdən biri də tələbələrdə
vətənpərvərlik, dünya dövlətləri sırasında özünə layiqli yer tutan ölkəmizə olan qürur və məhəbbət hisslərini daha da
gücləndirmək və bu zəmində onlarda başqa xalqlara hörmət və beynəlmiləl ideyalara rəğbət oyatmaqdan ibarətdir.
Dilin müxtəlif aspektləri (fonetik, qrammatik, leksik, sintaktik və s.) müvafiq mətn və çalışmalar üzərində tədris edilməli,
bütün mərhələlərdə onların bir-birilə əlaqələndirilməsi və qarşılıqlı təsirinin nəzərə alınması diqqət mərkəzində saxlanılmalıdır.
Xarici dilin tədrisinin İKT-dən geniş istifadə etməklə kommunikativ formada həyata keçirilməsi müasir dövrün
tələbidir. Xarici dilin təlimində texniki vasitələrdən, diktor ifasında seçilmiş materiallar əsasında hazırlanmış lent yazılarından,
video-maqnitofon və kompyuterdən, həmçinin ayrı-ayrı mövzulara dair müvafiq əyani vəsaitlərdən (film, slaydlar, çarxlar və s.)
istifadə edilməsi nəzərdə tutulur.
Dostları ilə paylaş: |