Bakı – 2015
İPOTEKA KREDİTLƏRİNİN VERİLMƏSİ ŞƏRTLƏRİ
- 2 -
Kreditin verilməsi şərtləri
İpoteka kreditlərinin verilməsi şərtləri
Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:
1. Kredit Azərbaycan manatı ilə verilir;
2. Kredit Azərbaycan Respublikasının vətəndaşına verilir;
3. İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər;
4. Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin
80%-dən çox olmamalıdır;
5. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-
dən çox olmamalıdır;
6. Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər
bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az
götürülmür.
7. Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən
çox olmamalıdır;
8. Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunur;
9. İpoteka ilə yüklü edilən daşınmaz əmlak AİF tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla
əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilir;
10. İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır;
11. Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilir;
12. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən
kreditin həcmindən az olmamaq şərtilə sığortalan
ır
;
13. Həyat sığorta müqaviləsi. Birgə borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği
hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və birgə borcalanların həyat
sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmur;
14. AİF tərəfindən müəyyən olunan digər tələblər.
Şərtlər
Adi ipoteka kreditləri
Güzəştli ipoteka kreditləri
Maksimal məbləğ
50 000 AZN
50 000 AZN
Maksimal illik faiz dərəcəsi
8%
4%
Maksimal müddət
25 il
30 il
İlkin ödəniş
20%
15%
- 3 -
İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4. Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
5. Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
6. İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı
yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);
Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan
başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci,
41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya
buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.
Qeyd: İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız
bir dəfə istifadə edə bilər.
- 4 -
Tələb olunan sənədlər
İpoteka kreditinin alınmasi üçün təqdim olunmalı əsas sənədlər
• İpoteka kreditinin alınmasi üçün tələb olunan sənədlər
1. Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti.
2. Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti).
3. Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq
edən sənədlər (sənədlərin surəti)
4. Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum
haqqında şəhadətnamələri (sənədlərin surəti)
5. Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq
edilmiş əmək kitabçasının surəti.
6. Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış
və s.).
7. İpoteka predmetinin qiymətləndirmə aktı.
• İpotekanin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər
1. İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış)
və texniki pasport (tələb olunduqda).
2. İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən
sənəd.
3. İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış.
4. İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair
ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin
notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına
çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik
orqanlarının razılığının surəti.
• İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər
1. İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından
keçməsini təsdiqləyən sənədlər.
2. Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin
sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
3. Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti.
4. Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.
• Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmali sənədlər
1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
• Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmali sənədlər
1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
Qeyd: Təqdim olunmuş sənədlərin surətləri notarial qaydada təsdiqlənməlidir.
- 5 -
Kreditin alınma mərhələləri
İpoteka kreditini əldə etmənin ardıcıl mərhələləri:
1. Ipoteka kreditini almaq istəyən şəxs təsdiq edilmiş şərtlərə müvafiq olaraq öz imkanlarını
qiymətləndirməlidir.
2. İpoteka kreditlərinin şərtlərinə cavab verən şəxslər
müvvəkil kredit təşkilarlarına
müraciət edərək ilkin
qiymətləndirmədən keçməlidirlər.
3. Kreditin anderraytinqi, bu mərhələdə müraciət edən şəxsin təqdim etdiyi sənədlər əsasında ipoteka
kreditini qaytarmaq qabliyətini həmçinin ipoteka qoyulan əmlakın dəyərini və vəziyyətini
qiymətləndirməsi həyata keçirilir. Nəticədə kredit təşkilatı kredit almaq istəyən şəxsə kreditin
verilməsinə və ya verilməməsinə son qərar verir.
4. İpoteka kreditinin rəsmiləşdirilməsi, bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta
müqavilələri imzalanılır və qanunvericiliyə uyğun qaydada təsdiq edilir və yaranan hüquqlar Dövlət
qeydiyatına alınır.
5. Kreditin verilməsi.
6. Kredit üzrə öhdəliklərin icrası - müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kredit alan şəxs kredit
üzrə ödənişlərini aparmalıdır.
- 6 -
Aparılan hərəkətin adı
Rüsum
(AZN)
Hərəkəti aparan
idarənin adı
“Dövlət rüsumu
haqqında” AR
Qanunu
Kredit müqavilələrinin təminatı kimi bağlanılan ipoteka
müqavilələri üçün
30
Notariat
kontorları
Maddə 10.4.3
İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq
müqavilə formasında bağlanan alqı-satqı və ipoteka
müqaviləsinin təsdiqi üçün:
Notariat
kontorları
Maddə 10.5
Bakı şəhərində
110
digər şəhər və rayonlarda
44
Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti
hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə
formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin
təsdiqi üçün:
Notariat
kontorları
Maddə 10.6
Bakı şəhərində
55
digər şəhər və rayonlarda
22
Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə
görə(Forma 1)
10
Daşınmaz
Əmlakın Dövlət
Reyestri Xidməti
Maddə 26.6
Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət
qeydiyyatına alınması barədə çıxarışın verilməsi
30
Daşınmaz
Əmlakın Dövlət
Reyestri Xidməti
Maddə 26.1.1
İpotekanın dövlət qeydiyyatına alınması üçün
20
Daşınmaz
Əmlakın Dövlət
Reyestri Xidməti
Maddə 26.2
İpotekanın təkrar və əlavə dövlət qeydiyyatına alınması üçün
10
Daşınmaz
Əmlakın Dövlət
Reyestri Xidməti
Maddə 26.4
Daşınmaz əmlakın ipoteka ilə yüklülükdən azad edilməsi
10
Daşınmaz
Əmlakın Dövlət
Reyestri Xidməti
Maddə 26.4
- 7 -
İpoteka kağızını tərtib edən şəxsin imzasının təsdiqi üçün
2
Notariat
kontorları
Maddə 10.17
İpoteka kağızının dövlət qeydiyyatı üçün
5
Qiymətli Kağızlar
üzrə Dövlət
Komitəsi
Maddə 21.5
İpoteka kağızının əlavə qeydiyyatı üçün
2
Qiymətli Kağızlar
üzrə Dövlət
Komitəsi
Maddə 21.6
- 8 -
İpoteka ilə bağlı xərclər
İpoteka kreditlərinin rəsmiləşdirilməsi üçün rüsum və müddətlər
Sığorta xərcləri
Sığortanın növü
Orta Məbləğ
Müddət
Fərdi qəza və xəstəlik sığortası
Kredit məbləğinin 0,5% – 0,7%
miqdarında
3-5 gün müddətində
3-5 gün müddətində
İpoteka predmetinin sığortası
Kredit məbləğinin 0,3% – 0,4%
miqdarında
3-5 gün müddətində
İpoteka predmetinin qiymətləndirilməsi
Əmlakın təsviri
Orta məbləğ
Müddət
Mənzillər:
1-3 gün müddətində
1-4 otaqlı
100-120 AZN
çox otaqlı
120-150 AZN
Fərdi yaşayış evi
120-150 AZN
Müddətlər
Aparılan hərəkətin adı
Müddət
Qanunvericlik
Daşınmaz əmlak üzərində hüquqların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət
reyestrindən arayışın verilməsinə görə (Forma 1)
5 iş günü
ərzində
“Daşınmaz əmlakın dövlət reyestri
haqqında” AR Qanun, Maddə 5.3.
Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət
qeydiyyatına alınması barədə çıxarışın verilməsi
20 gün
ərzində
Daşınmaz əmlakın dövlət reyestri
haqqında” AR Qanun, Maddə 9.2
İpotekanın dövlət qeydiyyatına alınması
5 gün ərzində
“Daşınmaz əmlakın dövlət reyestri
haqqında” AR Qanun, Maddə 20.3
İpoteka kağızının dövlət qeydiyyatına alınması
3 gün ərzində
“İpoteka kağızının dövlət
qeydiyyatı Qaydaları” nın 2.2-ci
bəndi
İpoteka kağızının əlavə qeydiyyatı
2 gün ərzində
“İpoteka kağızının dövlət
qeydiyyatı Qaydaları” nın 3.3-cü
bəndi
Dostları ilə paylaş: |