43
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elml
ər seriyası
2012
UOT 82-3
HÜSEYN İBRAHİMOVUN POVESTLƏRİNDƏ
KONFL
İKT VƏ XARAKTER
S.Ş.QULİYEVA
Bakı Dövlət Universiteti
samiraquliyeva@mail.ru
Az
ərbaycan yazıçılarının orta nəslinə mənsub olan xalq yazıçısı Hüseyn İbrahimov
müasir
ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır.
Yaradıcılığa şeirlə (1944) başlayan yazıçı sonralar daha irihəcmli əsərləri ilə
m
əşhurlaşmışdır.
H.İbrahimovun zəngin yaradıcılığında povestlərinin özünəməxsus yeri vardır. 50-ci
ill
ərdən xeyli sayda povestlər yazan istedadlı yazıçı onların hər birində öz sənətkarlıq
mövqeyini qoruyub saxlaya bilmişdir.
M
əqalədə bu povestlərin mövzu və ideyasından, xarakter obrazlar aləmindən söhbət
açıldığı kimi eyni zamanda qadın ləyaqəti, qadın mənəviyyatı, qadın ucalığı və s. problemlərin
h
əlli yollarından da söhbət açılır.
Açar sözl
ər: povest, janr, konflikt, obraz
Ədəbiyyata orijinal nasir kimi qədəm qoyan və məhz bu orijinallıq
say
əsində də hadisələrin mahiyyətinə nüfuz etməyi bacaran Hüseyn İbrahimov
yaradıcılığında yığcam və lakonik məişət povestlərinin öz yeri vardır. “Bu janr
romana yaxındır, lakin bir çox xüsusiyyətləri ilə ondan fərqlənir. Burada bir
çeviklik, dinamiklik özünü göst
ərmişdir, ədib elə həyati hadisə seçməlidir ki, o
h
əcminə və məzmununa görə povest çərçivəsinə yerləşə bilsin” (7, 186).
H.İbrahimovun povestləri az deyil. II Dünya müharibəsi illərindən ədə-
biyyata g
ələn yazıçı povestlərində sənətkar mövqeyini və yaradıcılıq xislətini
qoruyub s
axlamışdır. İstedadlı yazıçı öz povestlərində həyatın, demək olar ki,
bir çox sah
ələrini əhatə edir, müxtəlif xarakterlər yaradır. Onun povestlərinin
başlıca məziyyətlərindən biri cəmiyyət və insan üçün son dərəcə vacib olan
humanizm ideyalarını sənətkarlıq və cəsarətlə əks etdirməsidir. İlk variantlarda
hekay
ə kimi təqdim olunan “Baharın hekayəsi”, “Göyərçinin məhəbbəti”,
“S
əhv edəndə” – povest tələblərinə tam cavab verən ədəbi əsərlərdir.
“Baharın hekayəsi”, “Göyərçinin məhəbbəti”, “Səhv edəndə”, “Kamalın
ad günü”, “Qu quşları öləndə oxuyurlar”, “Ölməz mahnılar” kino-povesti və
44
başqa əsərlərində dövrün və sosial mühitin ağrı-acısını dadan insanlarla rastla-
şırıq.
T
əsadüfi deyil ki, yazıçının ilk qələm təcrübələrindən olan “Baharın
hekay
əsi” haqqında ilk dəfə povest sözünü işlədən Rəsul Rza yazırdı: “Bu
povest ciddi yaradıcılıq işinin məhsuludur. Buradakı hadisələrin həyatiliyi,
ayrı-ayrı obrazların inandırıcılığı və əsərin ümumi ruhundan doğan tərbiyəvi
m
ənası bizə bu povesti nəsr əsərlərimizin ən yaxşı nümunələri sırasına
qoymağa haqq verir” (8, 12).
Qadın ləyaqəti, qadın mənəviyyatı, qadın ucalığı H.İbrahimov hekayələ-
rind
ə və povestlərində aparıcı meyl kimi özünü göstərmiş, “Qu quşları öləndə
oxuyurlar” povestind
əki Bəhriyyə obrazı ilə özünün kulminasiya nöqtəsinə
çatmışdır.
H.İbrahimovun nəsrindən bəhs edən müəlliflərin əksəriyyəti onun
müasirliyini, h
əyatı dinamik inkişaf prosesində təsvir etmək cəhətlərini həmişə
yüks
ək qiymətləndirmişlər. Bu inkişaf ədibin əsərlərində çılpaq şəkildə, hazır
modell
ərlə göstərilmir, ziddiyyət və nöqsanlarla birlikdə götürülür və təhlil
olunur. Ümumiyy
ətlə, yazıçının dil mədəniyyəti, bədii axtarışlarının bir çox
müsb
ət və rəğbət doğuran cəhətləri, təbliğ etdiyi humanizm, mənəvi gözəllik,
saf m
əhəbbət, yalnız şairanə lövhələrlə əks etdirilməsi bu povesti bədii
n
əsrimizin dəyərli nümunələrindən biri kimi qiymətləndirilməyə haqq verir.
Yazıçı “Baharın hekayəsi”ndə maraqlı bədii priyomdan istifadə edərək
qatarda görüşdüyü qızın ona verdiyi dəftərdən hadisələri təfərrüatı ilə səciyyə-
l
əndirir. Hekayədə gənc və təcrübəsiz qadının qeyri-insani keyfiyyətlərə malik
olan S
əlim kişi alçağa inanıb gözəl ailəsini dağıtması təsvir olunur.
Povestd
ən göründüyü kimi, Bahar və Ramiz səmimi bir ailə qurmuşlar.
H
ər ikisi sənaye institutunu bitirmişdir. Əli qabarlı, sağlam düşüncəli Ramizin
müq
əddəs ailəsini dağıtmaq istəyən Səlim mənən pozğun, sabahı görməyən
g
əncdir. Ramiz və Səlim eyni cəmiyyətin, eyni mühitin adamları olmasalar da,
xarakter etibaril
ə, düşüncə tərzi baxımından başqa-başqa adamlardır. O, Baharı
tovlayıb, ailəsini dağıtmaq istəsə də, istəyinə nail ola bilmir, ailə bərpa olunur.
T
əsadüfən onları dəniz kənarında görən Vahid müəllim indi Baharın
dodaqlarındakı təbəssümdə heç bir gizli kədər görmür. Bahar onların xoşbəxt-
liyinin b
ərpasında böyük rolu olan Vahid müəllimə minnətdarlığını bildirib,
onu ail
əsi ilə tanış edir. Vahid müəllimin sözlərinə fikir verək: “Həyat çox
şirindir, Bahar! Ondan üz döndərmək olmaz. Ləyaqətli insanlar həyatın enişli-
yoxuşlu yollarında büdrəsələr də, ruhdan düşmürlər. Sən də ruhdan düşmə,
Ramiz s
əni axtarıb tapar” (5, 130).
Mü
əllif bu povestdə həyati hadisələr və real obrazlar vasitəsilə müasir gənc-
l
ərimizin mənəvi gözəlliklərini, saf məhəbbət duyğularını qələmə almış, cəmiy-
y
ətimizdə olan yad meylləri, mənəvi əxlaqsızlığını qəzəblə damğalamışdır.
H.İbrahimovun epik təhkiyəsində nəzərə çarpan sakit, təmkinli təsvir
hekay
ədən povestə keçidi bədii baxımdan əsaslandırmışdır. Bu mənada müəl-
lifin “Göy
ərçinin məhəbbəti”, “Baharın hekayəsi, “Kamalın ad günü”, “Səhv
45
ed
əndə” povestləri təsvir üslubundan tutmuş, həll etdiyi problemlərə,
canlandırdığı obrazlaradək hekayələrdə toxunulan məsələlərin inkişaf etdiril-
miş forması da hesab edilə bilər. “Göyərçinin məhəbbəti” povestində isə ha-
dis
ələr bir qədər əksinədir. “Göyərçinin məhəbbəti”nin əsas konflikti ömür
yoldaşının təmiz sevgisini qiymətləndirməyi bacarmayan, nəcib bir kənd
qızının saf məhəbbətini Qızxanım kimi ləyaqətsiz qadının fitnə - fəsadına qur-
ban ver
ən Yusifin xarakteri məharətlə açılır. Yusif bənnalıq kursunu bitirib
k
əndə qayıdır. O bir az dəlisov, bir az qısqanc gəncdir. Bənnalıq kursun həyat
yoldaşı Göyərçinin və dostu Dilavərin köməkliyi ilə bitirmişdir. Ailədə ya-
ranan dedi-qodular, Yusifin h
əddən ziyadə qısqanclığı bu izdivacı pozur. O,
şəhərə gəlir, qısa müddətdə yüngültəbiətli Qızxanımla evlənir. Bu ailə hə-
yat
ında da heç bir şey qazana bilmir. Belə bir məqamda yaxın dostu Dilavər
ona köm
əklik edərək əvvəlki ailəsinə qovuşdurur. Öz əməllərindən kor-
peşman olan Yusif narahatlıq hissi keçirir, doğma həyətlərinə çəkinə-çəkinə
daxil olur. O, ağır sınaq qarşısında tərəddüd edir... “Qapını döyür. Göyərçin
kims
ən? – soruşub səsi tanıyandan sonra qapını açır. Onun lal sükutu Yusifə
ölümd
ən betər idi. Yusif divanda əyləşir. Onun günahlarını göz yaşları yuya
bil
ərdi” – yazır müəllif (4, 108).
H.İbrahimov birinci əsərdə qızların həyatın ağır sınaqlarında uğursuzlu-
ğunu təbliğ edirdisə, ikinci povestdə isə seçdiyi hədəf oğlanlardır. Yusif kimi
tora düşüb gözəl ailələrini dağıdan, sonra ömrü boyu əzab çəkən gənclərimiz
m
əgər həyatda azdırmı?
G
ələcək nəsillərə bu həyatı arzulamayan müəllif onları ayıq – sayıq
olmağa, ailə səadətini və qədrini bilməyə çağırır. Əsərdə, qəhrəmanın dediyi
kimi, “bu ill
ər ərzində onlarla binalar tiksəm də, əllərimlə yıxdığım öz evimi
nec
ə bərpa etməyi bacarmadım” (4, 108).
Hekay
ələrində olduğu kimi, yazıçının bu mövzuda yazdığı povestlərində
d
ə fəal mənəvi təmizlik məsələsinə geniş yer verilmişdir. Bu, müasir həyatı
h
ərtərəfli və dərindən həqiqi bədii boyalarla əks etdirmək istiqamətində
aparılan yaradıcılıq axtarışları ilə bağlıdır. Təhlilə cəlb edilən povestlər bu
meylin aydın təzahürlərindən biridir.
Hüseyn İbrahimov müasirliklə nəfəs alan sənətkardır. Müasirlik geniş
anlayış olub, mövzu ilə yanaşı, yazıçının qələmə aldığı hadisə və obyektə
münasib
əti ilə bağlıdır. Sənətdə və ədəbiyyatda müasirlik ən mühüm keyfiy-
y
ətlərdən biridir. “Hər hansı növdə və janrda yaradılmasından, hansı mövzuya
h
əsr edilməsindən asılı olmayaraq həqiqi sənət nümunəsi bədii əsər müəllifinin
öz z
əmanəsi ilə təmasını əks etdirir, bütövlükdə öz müəllifinin müasirliyə
xidm
ət cəhdlərinin və səylərinin nəticəsi kimi yaranır” (3, 5).
Hüseyn İbrahimov, bir sıra əsərlərində olduğu kimi, burada da əxlaq və
t
ərbiyə mövzusunu ön plana çəkmiş, müasirlərinin portretini yaradarkən
onların başlarına sığal çəkməmiş, Baharların, Göyərçinlərin, Yazgüllərin, Qız-
ların mürəkkəb, dolanbac, çətin sınaqlardan keçən yollarını izləyə-izləyə işığa
doğru aparmışdır. Bu bədii portretlər – qüsurları, nöqsanlı cizgilərilə bizim
46
müasirl
ərimizdir. Biz onların səhv addımlarına acısaq da, nöqsanlarını başa
düşdükləri üçün bağışlayırıq. Çünki yazıçı onların qanadlarını sındırmır,
sabaha ümidl
ə yaşadır.
Bu m
ənada müəllifin “mən”ində bütöv bir maarifçilik ruhu, təlim və
t
ərbiyə sistemi mövcuddur. Bu əslində yazıçı məramı, yazıçı qayəsidir. Elə
s
ənətkarlar var ki, mənfi tipləri islah etmək əvəzinə, onları ölümə doğru
sürükl
əyir, heç bir işıq yolu qoymurlar. Lakin H.İbrahimov təbiətən işıqlı
s
ənətkar olduğu üçün mürəkkəb təbiətli, ziddiyyətli, uğursuz xarakterləri belə
aydın sabaha yönəltməyi bacara bilirdi.
Yazıçı qayəsini şərtləndirən vacib anlardan biri də məhz budur. Bu amil
söz ustasının adi insanlardan fərqləndirən məziyyətlərdir. Çünki yazıçının
yaratdığı ən kamil portretlərin arxasında yazıçı özü dayanır.
H.İbrahimov fəal müşahidəçi, axtaran və öyrənən sənətkarlardan biri idi.
Onun mövzularda müxt
əlifliyi və rəngarəngliyi ilə seçilirdi. Belə povestlərdən
biri d
ə “Səhv edəndə”dir. Bu povestdə onu əvvəlkilərdən fərqləndirən süjetlər
var. Bahar ail
əli olduğu halda, bu əsərin qəhrəmanı Qızlar sevgi nə olduğunu
bilm
əyən bir gənc qızdır. Atasız-anasız böyüyən bu sadəlövh təbiətli qız bir
fırıldaqçının toruna düşür. Ona görə də, təsadüfən tanış olduğu oğlanı yaxın-
dan tanımadan, bərkə-boşa salmadan onunla evlənməyə razı olur. Halbuki ilk
tanışlıqdan oğlanda olan bəzi cəhətlər onun xoşuna gəlmir. Bununla da, Qızlar
sad
əlövhcəsinə faciəyə doğru sürüklənmiş olur. Qızlar oğlanın bir sıra
qüsurlarını, o cümlədən əlinin üstündə döydürdüyü oxlanmış ürək şəkli, tülkü
cildin
ə girərək yalandan özünü yetim kimi qələmə verməsini də, təbii edir. O,
oğlanı sevdiyi üçün bu qüsurlara göz yummalı olur. Halbuki, ikinci görüşdən
oğlanın baxışlarını “ov üstünə atılmağa hazırlaşan pələngin gözlərinə bənzət-
m
əsi onun gözüaçıqlığına dəlalət etsə də sevgisi naminə hər şeyi unudur. Gələ-
c
əkdə düzələcəyi ümidi ilə sevgisi xətrinə bu fırıldaqçıya inanıb onun evinə
g
əlin köçür, yenicə ailə quran bu fırıldaqçı iki həftədən sonra yenə də Qızları
aldadaraq ezamiyy
ətə gedəcəyini söyləyir. Bir neçə müddətdən sonra qanun
keşikçilərinin köməyi nəticəsində məlum olur ki, bu aspirant Cabir yox,
d
ələduz, Həcər adlı bir qadınla birləşərək rayonda külli miqdarda pulu mənim-
s
əyib, cavan arvadı və körpəsini atıb qaçan Səməd Nəzər oğludur.
Bu iyr
ənc tip şəhərə gəldikdən sonra kassanı yarıb pul oğurlayır və
göz
ətçini yaralayıb qaçır: “Cabir”in şəklini onların əllərində görən Qızlar bü-
tün
əməllərinin dərin peşmançılığını çəkir.
H.İbrahimovun adı çəkilən povestlərinin başlıca cəhətlərindən biri də
konfliktin
əsasını təşkil edən situasiyaların mahiyyətini ictimai-siyasi problem-
l
ərə və əxlaqi problemlərə əsaslanaraq real şəkildə əks etdirməsidir. Bu
povestl
ər maraqlı quruluşda, səlis, sadə və bədii dildə yazılmışdır. “Bədii dil,
b
ədii əsərlərdə həyatı, varlığı şairanə bir şəkildə, lövhələr vasitəsilə əksetdirmə
vasit
əsidir” (7, 80).
İlk variantlarda birpərdəli pyes kimi işlənmiş “Kamalın ad günü” poves-
tind
ə meşşan, harın bir ailənin başdan-başa səhvlər üzərində kökləndiyi
47
göst
ərilmişdir. Anbardar Hacıağa, onun meşşan arvadı Mələk xanım, ərköyün
qızı Toma, mənəviyyatsız əlaltısı Əsəd, əxlaq normalarına zidd olan cinayət
xarakterli s
əhvlərə yol vermişlər. Əsərdə hadisələr təkcə bir ailə məsələsi
ç
ərçivəsində qapanıb qalmır, rüşvətxorluq, korrupsiya xəstəliyinə tutularaq
dövl
ət, xalq malına xor baxanların acınacaqlı, uğursuz taleyi ustalıqla təsvir
olunur. M
əsləksiz, şəxsiyyətsiz tip olan Hacıağa kimi üzdəniraq müdirlərin
ail
ədə də rəhbərlik səriştəsinin olmaması ucbatından iflasa uğramasını məha-
r
ətlə göstərən H.İbrahimov, bir qədər qeyri-real görünsə bu ailənin yeganə
z
əhmətkeş nümayəndəsi Kamalın zəngin mənəviyyatını, ruhi təmizliyini bu
nat
əmizlərə qarşı qoyur. Toma kimi “mamasının gül balası”ndan fərqli olaraq
bu ağıllı, tədbirli gənc uzaqgörənliklə ailəsinin acınacaqlı təbiətini görür və
x
əbərdarlıq edir:
“B
əzən yolunu azmış bir gəmi, balaca qayığın köməyi ilə sahilə çıxa
bil
ər” – fikrini əsas tutan Kamal, onları islah edə bilmir və ailəsindən üz dön-
d
ərib halallıq axtarışına çıxır. Halallığın haramlıq, düzgünlüyün əyrilik üzərin-
d
ə qələbəsinə bir ailə daxilindəki konfliktlər zəminindən ictimai plana çıxaran
mü
əllif, rüşvət və korrupsiyanın acı nəticələrinin nəinki bir ailəni, hətta bütöv
c
əmiyyəti iflasa aparacağını təlaşla söyləyir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışında bu barədə oxuyuruq:
“Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı,
ictimai n
əzarət gücləndirilməlidir” (1).
H.İbrahimovun nasirlik bacarığı və istedadı onun müharibə mövzusunda
yazdığı povestlərində də aydın görünür. Yazıçının povestləri dərin məzmun,
ideya saflığı, zəngin yaradıcı təxəyyül tərzi, fikrin tam dolğun ifadəsi, həyati
süjet x
ətti ilə diqqəti cəlb edir. H.İbrahimov müharibə mövzusunda çox
yazmışdır. Bu mövzuda ədibin yazdığı hekayələri “Qu quşları öləndə oxuyur-
lar” (1985) adlı kitabında toplanmışdır. “Müharibənin dəhşətləri bizdən uzaq-
laşsa da, ədəbiyyat müharibə mövzusuna yenidən, daha böyük diqqət və
h
əssaslıqla müraciət edir. Tarixi qələbələrin tarixi səbəbləri ilə yanaşı, onun
m
ənəvi – psixoloji kökləri daha geniş miqyasda bədii tədqiqata cəlb olunur”
(2,
38). Yazıçının 1985-ci ildə oxuculara təqdim etdiyi “Qu quşları öləndə
oxuyurlar” povestind
ə qəhrəmanların keçirdiyi həyəcan və iztirabları təbii və
inandırıcı boyalarla təsvir edilmişdir. Onun mövzusu müharibədən götürülmüş
povestl
ərinin demək olar ki, hamısının qəhrəmanları gənc azərbaycanlı
qızlardır. Bu povestlərdə Böyük Vətən Müharibəsi cəbhələrində şücaət göstə-
r
ən Azərbaycanlıların şərəfli yollarından səhifələr verilir. Bu səhifələr həm
q
əhrəmanlarımızın döyüş portretini canlandırır, həm də böyük qələbəmizin
əsas səbəblərindən olan mənəvi birliyimizi bədii lövhələrlə əks etdirir. Şəhid
qızlarımızın xatirəsinə həsr olunmuş bu povestdə cəbhədəki əsgərlərin mənəvi
dayağı olan Bəhriyyə kimi namuslu, qeyrətli qadınlarımızın dəyanəti, mətanəti
t
ərənnüm olunur. Bəhriyyə obrazı ilə müəllif Azərbaycan qadınlarını – o cüm-
l
ədən şəhidlik səviyyəsinə yüksəlmiş Salatınları, Gültəkinləri yenidən qızışma-
ğa başlayan Qarabağ müharibəsinə hazırlamışdır. Povestdən gördüyümüz kimi
48
artıq müharibə başa çatmış, əhdinə, sədaqətinə etibarı olan Bəhriyyə ilk sev-
gisinin yadigarı olan Vahidi evləndirmiş və dünyaya Azad adlı nəvəsi gəl-
mişdir. Həyat yoldaşı Cəlalın qayıdacağına ümidini itirməyən bu vəfalı qadın
onun ölümünd
ən sonra “Qızıl ulduz” ordeninə layiq görülməsi xəbərini
laqeydl
ə qarşılayır. Bəhriyyə ordeni mayora verməyə qoymayıb və ötkəm
s
əslə - deyir: “yalandı!” Mən inanmıram, Cəlal sağdı. Qayıdar özünə verərsi-
niz” (6, 33).
H.İbrahimovun qiymətli əsərlərindən sayılan “Ölməz mahnılar” kino-
povesti m
ədəniyyət tariximizdə misilsiz xidmətləri olan dahi bəstəkarımız
Üzeyir Hacıbəyova həsr olunmuşdur.
“Ölm
əz mahnılar” povestində Qarabağın, onun döyünən ürəyi olan
Şuşanın keçmişi, keçdiyi tarixi mərhələləri, Xan qızı Natəvandan başlamış
Ü.Hacıbəyovadək olan dövr müasirlik baxımından diqqətlə işlənmiş, obyektiv
varlığın indiki həqiqətinə çevrilə bilmişdir.
Əsərdə Zülfüqar bəy Hacıbəyov H.Sarabski, Bülbül kimi sənətkarları-
mızın Üzeyir bəylə əlaqə və münasibətləri, təqiblərə davam gətirməyib bəzən
ruh
dan düşən bəstəkara dayaq olan anası Şirinxanımın, etibarlı dostları, ömür
yol
daşı Məleykə xanımın dayaq olması və s. kimi sahələr reallığı ilə diqqəti
c
əlb edir.
Bir sözl
ə, deyə bilərik ki, yazıçı bu əsəri yaratmaq üçün müxtəlif mənbə-
l
əri araşdırmış, Ü.Hacıbəyovun həyat yolunu öyrənmiş və bunu sənət dilinə
çevir
ə bilmişdir. Vaxtilə xalq yazıçısı S.Rəhimov bu əsərin məziyyətlərindən
danışarkən haqlı olaraq yazırdı:
“H.İbrahimov bu əsərində Üzeyir haqqında yazmaqdan artıq Üzeyirdən
öyr
ənməyə getmişdir. Biz həyəcanla oxunan bu əsəri kino ekranlarında
görm
ək istərdik” (9, 14).
Ümumiyy
ətlə, keçən əsrin 40-50-ci illərinin Azərbaycan ədəbiyyatının
aktual probleml
əri, ideya-mövzu və əsas istiqamətləri haqqında ümumiləşdiri-
ci fikir söyl
əmək, məhz bu nəsrdə sosial-psixoloji və mənəvi etik problemlərin
qal
dırılması və həlli baxımından Hüseyn İbrahimovun bədii yaradıcılığı
maraqla izl
ənilir.
ƏDƏBİYYAT
1.
Əliyev İ. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə barədə (Qazax rayonundakı
çıxışından). Bakı, “Azərbaycan” qəz., 2011, 19 may
2.
Ədəbi proses (1981-1982). Bakı: Elm, 1987, 192 s.
3.
Hüseynoğlu T. Söz tarixinin yuvası. Bakı: Azərnəşr, 2000, 182 s.
4.
İbrahimov H. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1974, 205 s.
5.
İbrahimov H. Nəciblik. Bakı: Yazıçı, 1979, 316 s.
6.
İbrahimov H. Qu quşları öləndə oxuyurlar. Bakı: Azərkitab, 1998, 204 s.
7.
Mir C
əlal, P. Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Azərnəşr, 2005, 312 s.
8.
R.Rza. Xalqın istəyincə. Bakı: Azərnəşr, 1981, 196 s.
9.
R
əhimov S. Yazıçı və həyat. Bakı: Azərnəşr, 1974, 211 s.
49
КОНФЛИКТ И ХАРАКТЕР В ПОВЕСТЯХ ГУСЕЙНА ИБРАГИМОВА
C.
Ш.КУЛИЕВА
РЕЗЮМЕ
Представитель среднего поколения азербайджанских писателей Гусейн Ибраги-
мов имеет особые заслуги в развитии современной литературы. Начавший свою
творческую деятельность поэзии (1944) он позднее стал известен своими крупными
произведениями. В творчестве Г.Ибрагимова особое место занимают его повести. В
каждой повести автор смог сохранить свою профессиональную позицию. В данной
статье наряду с тематикой и идеей каждой повести говорится также о женской морали и
достоинстве.
Ключевые слова: повесть, жанр, конфликт, образ
CONFLICT AND CHARACTER IN HUSEYN İBRAHIMOV’S NOVELS
S.Sh.GULIYEVA
SUMMARY
Public writer belonging to the middle generation of Azerbaijan writers Huseyn
Ibrahimov is one of the craftsmen who has non – substitutive services in the development of
our modern literature.
Starting his creativity in 1944, later on he became famous with bigger works.
Novels have a specific place in H.Ibrahimov’s rich creativity. In 50-s he wrote some
novels and in each of them he could keep his mastery.
The article deals with the subjects and ideas of his novels, characters and images and
ways of solution of such problems as woman dignity, woman morality and so on.
Key words: story, genre, conflict, character
Dostları ilə paylaş: |