65
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elml
ər seriyası
2012
UOT 82.0; 82-94
OSMANLI TƏZKİRƏLƏRİNDƏ AZƏRBAYCANIN
ŞƏHƏR VƏ QƏSƏBƏLƏRİNİN TƏSVİRİ
V.A.MUSALI
Bakı Dövlət Universiteti
tezkireshinas@gmail.com
Türkiy
ə ədəbiyyatında təzkirələrin tərtib olunması ənənəsinin əsası XVI əsrdə qoyulmuş
v
ə XX əsrin ortalarınadək davam etmişdir. Bu əsərlərdə istər həmin dövrə aid Azərbaycan
ədəbiyyatı nümayəndələrinə (xüsusilə də Türkiyədəki Azərbaycan mühacirət ədəbiyyatına),
ist
ərsə də ölkəmizin tarixinə dair qiymətli məlumatlara təsadüf etmək mümkündür. Hazırkı
m
əqalədə Osmanlı təzkirələrində Azərbaycanın Təbriz, Şirvan, Naxçıvan, Əbhər, Həmədan,
Qarabağ, Şuşa, Şəki və Qəbələ kimi tarixi vilayətlərinin, şəhərlərinin və qəsəbələrinin
haqqında verilmiş məlumatların təhlilinə cəhd göstərilmişdir.
Açar sözl
ər: Osmanlı, təzkirə, Azərbaycan, şəhər, qəsəbə
XVI
əsrdən etibarən qələmə alınan və dövrünün ədəbiyyat tarixi funksi-
ya
sını yerinə yetirən Osmanlı şair təzkirələri Azərbaycan ədəbiyyatı tarixini,
xüsusil
ə Türkiyəyə mühacirət etmiş şairlərimizin yaradıcılığını öyrənmək ba-
xımından da böyük əhəmiyyətə malikdir.
Osmanlı təzkirələrini araşdırdığımız zaman bu əsərlərdə Azərbaycan
ədəbiyyatı məsələləri ilə yanaşı, ölkəmizin ictimai-siyasi tarixi və tarixi
coğrafiyası ilə əlaqədar məlumatlara da rast gəldik. Təzkirələr hər zaman ədəbi
m
ənbə kimi tədqiqata cəlb olunmuş, buradakı tarixi məlumatlar çox zaman
diqq
ətdən kənarda qalmışdır. Bu səbəbdən məqaləmizdə Azərbaycanın şəhər
v
ə bölgələrinin Osmanlı təzkirələrindəki təsviri üzərində duracağıq. Tədqiqat
zamanı XVI əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər yazılmış Osmanlı
t
əzkirələri – Səhi, Lətifi, Aşıq Çələbi, Qınalızadə, Bəyani, Riyazi, Rza,
Kafzad
ə Faizi, Salim, Səfayi, Bəliğ, Ramiz, Fatin, Mahmud Kamal İnal, Nail
Tuman v
ə başqaları bir-bir nəzərdən keçirilərək Azərbaycan şəhərləri və
q
əsəbələri haqqında verilən məlumatlar seçilmiş və təhlil olunmuşdur.
XVI
əsr təzkirəçisi Aşiq Çələbinin əsərində Azərbaycanın tarixi paytaxtı
kimi T
əbrizin Şərq dünyasının ən mühüm şəhərlərindən olduğu diqqətə
çatdırılmışdır. Belə ki, Osmanlı saray şairi Xəyali, Sultan Səlimin sayəsində
İstanbulun “manəndi-Təbriz” olduğunu, yəni Osmanlı paytaxtının Təbrizə
66
b
ənzəməyə başladığını, mədəni və iqtisadi cəhətdən onun səviyyəsinə
çatdığını dilə gətirmişdir (13, 866). Bu fakt, XVI əsrin əvvəllərinə kimi Təbri-
zin bütün Yaxın və Orta Şərqdə ən önəmli mədəni və iqtisadi mərkəz olduğu
v
ə hətta bu sahələrdə İstanbulu da qabaqladığı bir Osmanlı müəllifi tərəfindən
s
əmimi etirafıdır (19, 17).
Sonrakı yüzilliklərdə Təbriz şəhəri iqtisadi tənəzzülə uğrasa da, mədəni
v
ə ədəbi mərkəz kimi şöhrətini mühafizə etməkdə idi. XIX əsr təzkirəçisi
Fatin Əfəndi, Təbrizdən “ariflər mərkəzi və şairlər məskəni olan şöhrətli şə-
h
ər” deyə bəhs edir (9, 370).
M
əlumdur ki, orta əsrlərdə və yeni dövrdə Şirvan sufi məktəbləri və
şirvanlı təsəvvüf öndərləri Anadolu üzərində dərin təsir və nüfuza sahib
olmuşlar (26, 162). Bu məsələni nəzərə alan XVIII əsr təzkirəçisi Mustafa
S
əfayi Şirvanı «iqlimi-irfan» adlandırır (20, 399).
Yen
ə həmin təzkirəçinin məlumatından bəlli olur ki, H. 1110 / M. 1698-
99-cu ild
ə Osmanlı sultanı II Mustafa tərəfindən Səfəvi şahı Sultan Hüseynə
gönd
ərilən elçilərin arasında şair Süleyman Nahifi də vardı. Bu şair səfər
zamanı İrəvanda, Təbrizdə, Naxçıvanda və Azərbaycanın digər şəhərlərində
olmuş, buradakı şairlər, ədiblər və alimlərlə görüşüb söhbətlər etmişdir. O,
Naxçıvan gözəllərinin tərifi haqqında bu beyti demişdir:
“Ol ğəbğəb ilə baxdım xubani-Naxçıvana,
Hüsn d
əyər vermiş çah-i zənahi-cavana” (20, 650).
Az
ərbaycanın bəzi digər şəhər və bölgələri də Osmanlı təzkirələrində
m
ədh olunmuşdur. XVI əsr müəllifi Qınalızadə öz təzkirəsində Əbhər
q
əsəbəsini bu şəkildə mədh edir: “Qəzvinün müzafatından qəsəbə-yi Əbhər di-
m
əklə şöhrə-yi dəhr olan şəhr…” (“Qəzvinə bağlı olan və Əbhər qəsəbəsi adı
il
ə dünyada şöhrət tapan şəhər”). Təzkirəçi oranı “diyar-i behişt-nijad”
(“c
ənnət mənşəli diyar”) və “guşe-yi İrəm-misal” (“İrəm bağına oxşayan
guşə”) adlandırır (7, 913).
H
əmin müəllif Həmədanı da tərifləyir: “Diyar-i Əcəmdə qayət-i hüsn ü
m
əlahətlə büldan-i cahandan mümtaz və gülşən-i məmalik-i İran u Turan içrə
s
ərv-i rəna gibi cümlədən sərəfraz olub, əksər-i xəlqi dəqiqəşinas u nüktədan
olan q
əsəbə-yi Həmədan”( 7, 468).
Qarabağ xanı Pənah xan tərəfindən salınmış Şuşanın məşhur bir şəhər
olduğu XIX əsr təzkirəçisi Arif Hikmət tərəfindən qeyd edilmişdir. Onun
əsərində Vaqifin Qarabağ haqqında bu beyti yer almışdır (6, 109):
“Qarabağ ali behişt bağıdır,
Onun
samanı gülə bənzəyir, gülləri ənbər qoxuyur”.
Osmanlı təzkirələrində tariximizlə əlaqədar dəyərli məlumatlarla yanaşı,
Az
ərbaycanın tarixi coğrafiyasını təhrif edən faktlara da rast gəlirik. Bu kimi
67
yan
lışlıqların təzkirəçilərin coğrafi məlumatsızlığından irəli gəldiyi şübhə do-
ğurmur. Belə ki, təzkirəçi Arif Hikmət kobud səhvə yol verərək, öz əsərinin iki
yerind
ə XVIII əsrin ikinci yarısında yaşamış Şəki xanlarından bəhs edərkən
Az
ərbaycanın Şəki bölgəsini Dağıstana aid edir: «Həsən Məhəmməd xan ibni
Hüseyn xan ibni H
əsən bəy ibni Hacı Çələbi Dağıstanda Şəki xanı idi» (6, 43);
«Hüseyn xan ibni H
əsən bəy ibni Hacı Çələbi Dağıstanda Şəki xanı idi» (6,
44). Halbuki
Şəki tarixən Azərbaycan coğrafi anlayışına daxil olmuş və
v
ətənimizin tarixi coğrafiyasının ayrılmaz tərkib hissəsi hesab edilmişdir. Bu
tarixi gerç
əklik bir sıra mötəbər qaynaqlarda öz əksini tapmışdır. Belə ki,
Elxanil
ər (Hülakülər) dövlətinin vəziri olmuş məşhur alim Fəzlullah Rəşidəd-
din ibn
İmadüddövlə Əbülxeyr əl-Həmədaninin (1247-1318) «Mükatibat-i Rə-
şidi» adlanan rəsmi yazışmalar toplusundakı 36 saylı sənəddə Elxanilər
dövl
ətinə daxil olan məmləkətlər sadalanarkən Şəki bölgəsinin adı «Azərbay-
ca
nın vilayət və naiblikləri» sırasında çəkilir və Şəkinin Azərbaycana aid oldu-
ğu göstərilir (24, 269-270). Səfəvilərin dövlət quruluşu və inzibati sistemi haq-
qında ən müfəssəl mənbə sayılan Mirzə Səmianın «Təzkirətül-müluk»
(«Hökmdarlar üçün t
əzkirə») əsərində (1725-1729-cu illər arasında yazılmış-
dır) Azərbaycan ölkəsinin dörd bəylərbəyilikdən (Təbriz, Çuxursəəd, Qarabağ
v
ə Şirvan) ibarət olduğu göstərilir və bu bəylərbəyiliklərdən hər birinə daxil
olan nahiy
ələrin adları açıqlanır. Mirzə Səmianın məlumatına görə, Şəki və
Ərəş bölgəsi Azərbaycanın Şirvan bəylərbəyiliyinə daxil olan altı nahiyədən
birini t
əşkil edirdi (15, 72-78; 16, 39). Rus ordusunun polkovniki S.D.Burna-
şev vəzifə təyinatı ilə əlaqədar olaraq bir müddət Tiflisdə yaşamış, Qafqazın
v
əziyyəti ilə yaxından tanış olmaq imkanı əldə etmiş və bu barədə kitablar
n
əşr etdirmişdi. O, 1786-cı ildə yazdığı və Azərbaycan xanlıqlarının təsvirinə
h
əsr etdiyi əsərində Nuxa (Şəki) xanlığının adını Azərbaycan vilayətləri
sırasında çəkmiş, onun haqqında məlumat vermiş və Şəkini Azərbaycan tor-
pağı hesab etmişdir (22, 7-9). Bu faktlar onu göstərir ki, istər orta əsrlərdə,
ist
ərsə də Arif Hikmətin söz açdığı XVIII əsrin ikinci yarısında Şəki Azər-
baycanın tarixi coğrafiyasının ayrılmaz tərkib hissəsi olmuş və bu həqiqət ilkin
m
ənbələrdə öz əksini tapmışdır.
Dig
ər bir təzkirəçi Mahmud Kamal da şair Səbati haqqında məlumat
ver
ərkən onun «Dağıstanda Şəki müzafatından Qutqaşini qəryəsi əhalisindən»
olduğunu və 1846-cı ildə doğulduğunu yazır (17, 2135). Buradan belə bir səhv
n
əticə doğa bilər ki, guya Səbati anadan olan zaman, yəni 1846-cı ildə Şəki və
onun bir nahiy
əsi olan Qutqaşen (Qəbələ) inzibati baxımdan Dağıstana tabe
imiş. Lakin biz tarixi dəlilləri incələdik və Mahmud Kamalın bu mülahizəsinin
tamamil
ə yanlış olduğunu gördük. Belə ki, Çar Rusiyası zamanında Nuxa
(
Şəki) qəzası 1 yanvar 1841-ci ildə yaradılmışdı və o, Nuxa, Xaçmaz, Qəbələ
v
ə Ərəş məntəqələrindən ibarət idi (1, 305). Nuxa qəzası yaradıldığı vaxtdan
etibar
ən mərkəzi Şamaxı şəhəri olan və bir sıra Şimali Azərbaycan qəzalarını
(
Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Dərbənd və Quba) özündə birləşdirən
«Kaspi vilay
əti»nin tərkibinə daxil edilmişdi (2, 291). 1846-cı ildə «Kaspi
68
vilay
əti» ləğv olunduqdan sonra Nuxa (Şəki) qəzası Şamaxı quberniyasının,
1859-cu ild
ən Bakı quberniyasının, 1868-ci ildən isə Yelizavetpol (Gəncə)
quberniyasının tərkib hissəsi olmuşdu (1, 305). Buradan məlum olur ki, nə
S
əbatinin doğulduğu 1846-cı ildə, nə ondan öncə, nə də ondan sonra Şəki və o
zamanlar onun bir m
əntəqəsi sayılan Qəbələ Dağıstana aid edilməmişlər.
Onlar Da
ğıstandan deyil, bəzi digər Azərbaycan qəzaları ilə birlikdə Şamaxı-
dan, daha sonralar is
ə Bakıdan və Gəncədən idarə olunmuşlar.
Göründüyü kimi, tarixi qaynaqlar v
ə rəsmi sənədlər Şəkinin əsrlər
boyunca tarixi,
coğrafi, mədəni və siyasi cəhətdən Dağıstana deyil, Azərbayca-
na aid
olduğunu təkzibedilməz şəkildə ortaya qoyur. Belə olan halda, Arif
Hikm
ətin və Mahmud Kamalın Şəkini Dağıstana aid etmələri onların Qafqazın
tarixi v
ə coğrafiyası haqqında səthi biliklərə malik olduğunu göstərir. Çünki
el
ə həmin müəlliflər öz təzkirələrinin digər yerlərində XVIII-XIX əsrlərin
şairlərindən bəhs edərkən Qarabağı və ona tabe olan Bərgüşad və Qazaxı da
əsassız surətdə Dağıstana aid edirlər: «Vaqif Dağıstan qitəsində, Qarabağ nam
ölk
ədə Qazax tayifəsindən zühur … etmişdir» (6, 109); və ya Mahmud Kamal,
Nigarid
ən bəhs edərkən «Nigari … Dağıstanda Qarabağa tabe Bərgüşad qəsə-
b
əsində 1220 (1805)-də doğdu» şəklində bilgi verir (17, 1627). Bu kimi
m
əlumatlar heç bir mənbənin faktları ilə təsdiqlənmir. Əksinə, tarixi qaynaqlar
sözüged
ən ərazilərin tarix boyunca Azərbaycan coğrafiyasının tərkibində oldu-
ğunu nümayiş etdirir. Hələ məşhur ərəb tarixçisi Əhməd ibn Əsəm əl-Kufi (ö.
926) özünün «Fütuhul-buldan» («Ölk
ələrin fəthi») əsərində «Bərdədən 40
f
ərsəx … aralı olan Qazax adlı məntəqənin» Azərbaycana aid olduğunu bildir-
mişdir (23, 59). Bir sıra orta əsr və yeni dövr müəllifləri (Fəzlullah Rəşidəd-
din, Şərəf xan Bidlisi, Övliya Çələbi, Mirzə Səmia, S.D.Burnaşev, Hacı Zey-
na
labidin Şirvani, İsa Ziyai və başqaları) öz əsərlərində Qarabağın aşkar su-
r
ətdə Azərbaycan ərazisi olduğunu qeyd etmişlər. Yuxarıda adlarını çəkdiyi-
miz Os
manlı təzkirəçilərinin bəhs etdikləri XVIII əsrin sonları - XIX əsrin əv-
v
əllərinə dair ən mötəbər qaynaqlardan biri məşhur səyyah Hacı Zeynalabidin
Şirvaninin səyahətnamələridir. Bu müəllif özünün «Bustanüs-səyahət» əsə-
rind
ə yazır: «Qarabağ Azərbaycanın vilayətlərindən biridir, hər yeri fıravandır
v
ə əhalisi türkdillidir» (11, 425). Bütün bunlarla yanaşı, Qarabağın tarixin
hansısa bir dönəmində Dağıstana bağlı olduğu haqqında heç bir fakt yoxdur.
Ümumiyy
ətlə, erkən orta əsrlərdən XX əsrin əvvəllərinə qədər müxtəlif
dill
ərdə yazılmış çoxsaylı Şərq və Qərb mənbələrində Həmədanla Dərbənd
arasındakı bütün ərazi (indiki İran Azərbaycanı, Arran, İrəvan, Göyçə, Zəngə-
zur, Naxçıvan, Qarabağ, Muğan, Şirvan, Dərbənd, Şəki, Borçalı və s. tarixi
mahallar v
ə vilayətlər) Azərbaycan adı altında tanınmışlar (28, 16-17; 10, 93-
95). Bel
ə olan təqdirdə Arif Hikmətin və Mahmud Kamalın tarixi Azərbaycan
əraziləri olan Şəkini və Qarabağı Dağıstana aid etmələri təəccüb doğurur. Gö-
rü
nür, Qafqazın tarixi coğrafiyasını yaxşı bilməyən və yuxarıda istinad etdiyi-
miz tutarlı mənbələrdən xəbərsiz olan bu müəlliflər Azərbaycanın Arazdan
şimaldakı ərazilərini yanlışlıqla Dağıstana aid etmiş və sanki Dağıstan və Qaf-
69
qaz anlayışlarını eyniləşdirməyə çalışmışlar. Halbuki bütün Qafqaz heç də Da-
ğıstandan ibarət deyildir və Cənubi Qafqazın əhəmiyyətli bir hissəsi
Az
ərbaycanın tarixi və bugünkü torpaqlarıdır. Eyni zamanda bəzi təzkirələrdə
az
ərbaycanlıların iranlı kimi göstərilməsi ilə də razılaşmaq çətindir (9, 206,
260, 335, 370, 450).
Ən acınacaqlısı isə odur ki, bəzi müasir ədəbiyyatşünas alimlər təzkirə-
l
ərin təsiri altında qalaraq, hələ də ölkəmizin tarixi coğrafiyası kimi həssas bir
m
əsələdə yanlışlıqlara yol verirlər. Məsələn, M.A.Beyhan Şirvanizadə Meh-
med Rüşdi Paşadan və şirvanlı Fateh Əfəndidən bəhs edərkən onların əslən
Şirvandan olduğunu qeyd edir və mötərizə içərisində Dağıstan yazır (3, 210-
211). Dig
ər bir tədqiqatçı A.Bilgin isə azərbaycanlı müəllif Nigaridən bəhs
ed
ərkən təzkirəçilərin yazdıqlarını təkrarlamamış və Nigarinin Qarabağda
dünyaya g
əldiyini qeyd etmişdir (5, 33).
Buna gör
ə də müasir tədqiqatçıların təzkirələrdən istifadə edərkən ora-
dakı tarixi, coğrafi məlumatları diqqətlə nəzərdən keçirmələri və bu sahədəki
daha möt
əbər qaynaqlar və ya tədqiqat əsərləri ilə müqayisə etmələri lazımdır.
ƏDƏBİYYAT
1.
Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, VII c., Bakı: 1984, 608 s..
2.
Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, V c., Bakı: 1981, 591 s.
3.
Beyhan M.A. Şirvanlı Fatih Efendi. Diyanet Vakfi İslam Ansiklopedisi. XXXIX c.,
İstanbul: 2010, 800 s.
4.
Beyhan M.A. Şirvanizade Mehmed Rüşdü Paşa. Diyanet Vakfi İslam Ansiklopedisi.
XXXIX c., İstanbul, 2010, 800 s.
5.
Bilgin A. Nigari. Diyanet Vakfi İslam Ansiklopedisi. XXXIII c., İstanbul: 2007, 907 s.
6.
Çinarcı N. Şeyhülislam Arif Hikmet Beyin Tezkiretüş-şuarası ve trankripsyonlu metni:
Yüksek lisans tezi. Gaziantep Üniversitesi. SBE, 2007, V+132 s.
7.
Eyduran A.
Kınalızade Hasan Çelebi. Tezkiretüş-şuara. - DT. Gazi Üniversitesi, Ankara:
1999. - 2189 s.
8.
Fatin Davud. Hatimetül-
eşar. - İstanbul: İstihkam Alayları Litoqrafya Destgahları, 1271.
9.
Fatîn Davud - Hâtimetü’l-
Eş‘ar / haz.: Ö.Çiftçi. Ankara, T.C. Kültür ve Turizm Bakanlığı
Yay. (e-kitap), 452 s.
10.
Gasymov Kh., Musaly N. A fact of falsification of Azerbaijan’s historical geography and
statehood history // The Presidium of Azerbaijan National Academy of Sciences:
“Azerbaijan and Azerbaijanis”. Vol. 98, No.5-8. Baku: Nurlan, 2008, p.91-101.
11.
Hacı Zeynalabidin Şirvani. Bustanus-səyahət. Tehran: Çapi-Səngi, 1315, 674 s.
12.
İpekten H., İsen M., Toparlı R., Okçu N. Tezkirelere göre divan edebiyatı isimler sözlüğü.
-
Ankara: Kültür ve Turizm Bakanlığı Yayınları, 1988. - 579 s.
13.
Kılıç F. Meşairüş-şuara. İnceleme-tenkitli metin. Basılmamış Doktora Tezi. Gazi Üni-
versitesi, SBE. Ankara, 1994. CLXXIX + 1095 s.
14.
Latifi.
Tezkiretü’ş-Şu‘arâ ve Tabsıratü’n-Nuzamâ / haz.: R. Canım. – Ankara: Atatürk
Kültür Merkezi, 2002. - IX+920 s.
15.
Mirza Səmia. Təzkirətül-müluk (be kuşişi-Seyid Məhəmməd Dəbirseyaqi). Tehran:
Müəssiseyi-İntişarati-Əmiri-Kəbir, 1368, 140 s.
16.
Minorsky V. “Tadhkirat al-muluk”: A Manual of Safavid Administration circa 1137 /
1725. London: Luzac & Co., 1943, 218 p.
17.
Mahmud Kemal
İnal. Son asır türk şairleri. IVc., Ankara: AKMBY, 2002, 1058 s.
18.
Musalı V. XV-XVII əsrlər Türk təzkirəçiliyi. - Bakı: Nurlan, 2007. - 270 s.
70
19.
Musalı V. Osmanlı təzkirələrində Azərbaycan şairləri. - Bakı: Nurlan, 2009. - 369 s.
20.
Mustafa Safai Efendi. Tezkire-i Safayi /
hazır.: P. Çapan. - Ankara: AKMBY, 2005. - 750 s.
21.
Nuri Osman Hanyevi. Girit Şairleri (Tezkire-i şuara-yi Girid) / hazır.: Dr. O. Kurtoğlu. -
Ankara: Akçağ, 2006. 112 s.
22.
Описание областей Адребижанских в Персии и их политического состояния сде-
ланное пребывающим при его Высочестве Царя Картлинском и Кахетинском
Ираклии Темуразовиче Полковником и Кавалером Бурнашевым в Тифлисе в 1786 г.
Курск, 1793,
23.
Orta
əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar (ön söz: F.Əsədov; tərcü-
m
ə edənlər: Z.Bünyadov, C.İskəndərli, H.Əkbərov, S.Süleymanova, E.Ağayeva). Bakı:
Nurlan, 2005, s. 59.
24.
Рашид ад-дин. Переписка (перевод, введение и комментарий А.И.Фалиной).
Москва: Наука, 1971, 498 с.
25.
Ramiz ve Adab-
ı zurafası / hazır.: S. Erdem. - Ankara: AKMBY, 1994. - XLVII+401 s.
26.
Rıhtım M. Seyid Yəhya Bakuvi və xəlvətilik. Bakı: Qismət, 2005, 252 s.
27.
Salim Efendi.
Tezkiretüş-şüara. İnceleme-metin / hazır.: A.İnce. - Ankara: AKMY, 2005. - 756 s.
28.
Toqan
Ə.Z.V. Azərbaycan (hazırlayanlar: M.Ənsərli, T.Nəcəfli). Bakı: Ocaq, 2007, 88 s.
ОПИСАНИЯ ИСТОРИЧЕСКИХ ГОРОДОВ И ПОСЕЛЕНИЙ
АЗЕРБАЙДЖАНА В ОСМАНСКИХ ТЕЗКИРАХ
В.А.МУСАЛЫ
РЕЗЮМЕ
Начало традиции составления тезкире в турецкой литературе было положено в
XVI
в. и продолжалось до середины XX века. В этих сочинениях можно встретить
ценные сведения как о представителях азербайджанской литературы указанного пе-
риода (особенно азербайджанской эмигрантской поэзии в Турции), так и по истории
нашей страны. В данной статье делается попытка проанализировать сообщения из ос-
манских тезкирах о таких исторических областях, городах и поселениях Азербайджана,
как Тебриз, Ширван, Нахичеван, Абхар, Хамадан, Карабах, Шуша, Шеки и Кабала.
Ключевые слова: Азербайджан, Османские тезкире, город, поселение
ACCOUNT OF HISTORICAL CITIES AND TOWNS OF AZERBAIJAN
IN THE OTTOMAN TAZKIRAS
V.A.MUSALI
SUMMARY
In Turkish literature, tradition of tazkira writing began in the XVI century and went on
to the middle of the XX century. These works give valuable information not only about
Azerbaijani literature of that period (especially on representatives of Azerbaijani emigration
poetry in Turkey), but also about the history of our country. In this article, we try to analyze
the facts from Ottoman tazkiras about historical cities and towns of Azerbaijan, such as
Tabriz, Shirvan, Nakhchivan, Abhar, Hamadan, Garabagh, Shusha, Shaki and Gabala.
Key words: Ottoman, Azerbaijan, city, town
Dostları ilə paylaş: |