DƏDƏ HEYDƏR - ATATÜRK
Azadlıq Allahı tək əyləşib
öz yerində,
Yerin, göyün nuru var
peyğəmbər gözlərində.
Sadəliyi nur saçır,
əzəməti dərində,
Gedir polad çiynində Kəpəz,
Qoşqar boyda yük,
Dədə Heydər - Atatürk.
Dərin-mavi gözləri
sakit yanan od-ocaq,
Alovunda düşmənlər yanacaq,
kül olacaq.
Qaranlıqda işıqdır –
О işığa yol açaq.
Məsləki varlığından,
Min qat böyükdür, böyük –
Böyüklüyün rəmzidir
Dədə Heydər - Atatürk.
Dörd tərəf qar-qiyamət,
sərt qış...
O, güllü yazdır.
Dinc, mülayim səsi də
qaynar bir ehtirasdır.
Ərzurumdan Xəzərə şığıyan
Xan Arazdır.
Dalğasında dönüklər
ağ köpükdür,
Boz köpük.
Qəzəblidir nəhr tək
Dədə Heydər - Atatürk.
Ümüd körpüsü üstə
Dayanıbdır inamla.
Anla bu həqiqəti,
Anla, ey qafil, anla,
Nicat verəcək xalqa
Yalnız Heydər - Atatürk.
Xəlil Rza Ulutürk
Azərbaycan. - 2003. – 17 dekabr.
S.8.
Günəşə qovuşmaq istəyirəm mən! S.10-11.