ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI
ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASI
Tərlan SEYİDOV
Leyla ZÖHRABOVA
Aytən İBRAHİMOVA
AZƏRBAYCAN LADLARININ
TƏDRİSİNƏ DAİR
M Ü N T Ə X Ə B A T
I h i s s ə :
AZƏRBAYCAN XALQ MAHNI VƏ RƏQSLƏRİ
MUSİQİ TƏDRİSİ MÜƏSSİSƏLƏRİ ÜÇÜN
«Azərbaycan xalq musiqisinin əsasları»,
«Solfecio», «Xor sinfi», «İxtisas aləti», «Ümumi fortepiano» və
«Not qiraəti» fənləri üzrə
DƏRS VƏSAİTİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
28 aprel 2015-ci il tarixli 508 №-li əmri ilə
təsdiq edilmişdir
BAKI
Dərs vəsaiti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
məktəb-studiyasında hazırlanıb və aprobasiya olunub.
BMA-nın Elmi Şurası tərəfindən təsdiq edilmişdir
(24 dekabr 2014-cü il tarixli 4 № li protokol).
Elmi redaktor:
Fərhad Bədəlbəyli,
SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor
Redaktor-tərtibçi: Cəmilə
Həsənova,
sənətşünaslıq üzrə elmlər doktoru, professor
Rəyçilər: Arif
Məlikov,
SSRİ və Azərbaycan Respublikasının xalq artisti,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor;
Ramiz Zöhrabov,
Azərbaycan Respublikasının xalq artisti,
sənətşünaslıq üzrə elmlər doktoru, professor
Dərs vəsaiti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazir-
liyi tərəfindən nəşr olunan Fərhad Bədəlbəylinin və Tərlan Seyidovun tərtib
etdikləri “Üzeyir Hacıbəylinin elmi sis temi əsasında milli lad təfəkkürünün
inkişafı Proqramı” (Bakı, 2012) əsasında hazırlanıb. Şagirdlər üçün təqdim
olunan çoxcildli dərs vəsaitində Azərbaycan xalq və professional musiqi ilk
dəfə lad cəhətdən sistemləşməyə məruz qalır: təhlil olunan və tədris üçün
seçilən musiqi janrlarına aid nümunələr yeddi əsas milli lada uyğun səciy yə -
lənib. Dərs vəsaiti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-
eksperimental bazası olan Orta ixtisaslaşdırılmış musiqi məktəb-studi yasında
hazırlanıb. İ d e y a m ü ə l l i f i v ə l a y i h ə n i n r ə h b ə r i – məktəb-studiyanın
bədii rəh bəri və direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Bakı Musiqi Akademiyasının pro-
fessoru T ə r l a n S e y i d o v d u r .
S 30 Tərlan Seyidov, Leyla Zöhrabova, Aytən İbrahimova. Azərbaycan ladlarının tədrisinə dair
müntəxəbat. I hissə: Azərbaycan xalq mahnı və rəqsləri. Musiqi tədris müəssisələri üçün “Azər -
baycan xalq musiqisinin əsasları”, “Solfecio”, “Xor sinfi”, “İxtisas aləti”, “Ümumi fortepiano” və
“Not qiraəti” fənləri üzrə dərs vəsaiti. Bakı, “Тəhsil”, 2014, 88 s.
Бядии вя техники редактору Абдулла Ялякбяров
Компйутер тяртибатчыsы Мяляк Шимшек
Корректору: Цлкяр Шащмурадова
Чапа имзаланмышдыр 18.11.2014. Каьыз форматы 60х90
1
/
8
.
Офсет чапы. Физики чап вяряги 11,0. Сифариш 137. Тираж 500.
«Tяhsil Nяшriyyat-Poliqrafiya» мцяссисясинин
мятбяясиндя чап олунмушдур.
Бакы, АЗ 1052, Фятяли хан Хойски кцч., 121
A
Тел.:(+994 12) 567-81-28/29; Факс: (+994 12) 567-82-68
Е-маил: tahsil_az@yahoo.ъом
www.tahsil.az
4905000000
S
2014
053
© Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, 2014
© «Təhsil», 2014
Təqdim olunan «Azərbaycan ladlarının
təd risinə dair müntəxəbat» BMA-nın məktəb-
studiyasının eksperimental işinin nəticəsidir.
Bu vəsait Fərhad Bədəlbəyli və Tərlan Seyi-
dov tərəfindən tərtib olunan «Azərbaycan
xalq musiqisinin əsasları», «Solfecio», «Xor
sin fi», «İmprovizasiya və bəstələmə», «İxti-
sas aləti» və «Ümumi fortepiano» fənləri kur-
suna əlavə «Üzeyir Hacibəylinin elmi sistemi
əsasında milli lad təfəkkürünün inkişafı proq -
ra mı»nın davamı kimi nəzərdə tutulmuşdur.
Eyni zamanda, bu vəsaitin musiqi məktəb
şa girdlərində və ali məktəb tələbələrində öz
milli köklərinə, Azərbaycan xalq sənətinin
əsaslarına maraq oyadılması, milli musiqi
eşit mə qabiliyyəti və təfəkkürü sahəsində gen
yad daşının bərpası və fəallaşdırılmasında bö -
yük də yəri var. Azərbaycan xalq musiqi mə də -
niy yəti ənənələrinin öyrənilməsi üzrə apa rılan
işin bir hissəsi ola raq, ladların nəzəri öyrə nil -
məsi müxtəlif üsullarla öz təcrübi tətbiqini
tapır.
Bu nəşrlərlə yanaşı, məktəb-studiya artıq
neçə illərdir ki, Azərbaycan musiqisinin nə -
zəri əsasının bünövrəsini təşkil edən lad sis-
teminin hərtərəfli şəkildə mənimsənilməsinə
dair müxtəlif tədbirlər hazırlamışdır.
Belə ki, 2012-ci ildən bu günə kimi müx -
tə lif tərkibli konsertlər, tamaşalar, konfranslar,
prezentasiyalar, səhnələşdirilmiş dərslər, kitab
və dərs vəsaitlərin təqdimatları, festivalları
xü susilə qeyd edə bilərik. Bunlar içərisində
“Üzeyir Hacıbəylinin sistemi əsa sın da Azər -
bay can ladlarını öyrənir və ifa edirik” şüarı
al tında Məktəb-studiyanın şagirdlərinin tərə -
fin dən ifa olunan konsert-tamaşanı (2012),
Ümum milli Lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr edilmiş el -
mi-ifaçılıq konfransı və “Gənc musiqiçilərin
tədrisində məktəb-studiyanın innovasiya
metod ları” kon frans-prezentasiyasını, Bakı
Mu si qi Akade miyasının Böyük zalında Mək -
təb-studiyanın Uşaq musiqi teatrının təq di -
matında hazır
lan
mış Soltan Hacıbəyovun
anadan olmasının 95 illi yi nə həsr edilmiş “İs -
gəndər və çoban” uşaq ope rasının premye ra -
sını xüsusilə qeyd edə bilərik (2014).
Bu işlərin inkişafı nəticəsində 2014-cü il -
də Bakı Musiqi Akademiyasının böyük zalın -
da Üzeyir Hacıbəylinin anadan olmasının 130
il liyinə, BMA-nın 95 və Orta ixtisas musiqi
məktəb-studiyasının 35 illiyinə həsr olunmuş
“Azərbaycan milli lad sistemi gənc mu si qi -
çilərin tədris repertuarında” adlı festival da
baş tutmuşdu. Məktəb-studiya şagird lə ri nin
zəhmətilə həyata keçirilən bu tədbir qarşıdan
gələn I Respublika Festivalına bir növ hazırlıq
ro lunu daşıyırdı. Festival Bakı Musiqi Aka -
de mi yasının rektoru, xalq artisti, professor
Fər had Bədəlbəyli və məktəb-studiyanın di -
rek toru, əmək dar incəsənət xadimi, sənət şü nas lıq
doktoru, professor Tərlan Seyidov tə rə findən
ha zır lan mış, Azərbaycan Respub li kası Mədə -
niy yət və Tu rizm Nazirliyi tərəfindən təsdiq
olunmuş “Üzeyir Hacıbəylinin elmi sis temi
əsasında şagirdlərin milli lad təfək kü rü nün
inkişafı Proqramı”nın həyata keçiril mə sin də
növbəti mərhələ hesab olunur. Sadaladığımız
təd bir lərin və nəşrlərin əsas məqsədi milli gen
yad daşı ilə sıx bağlı olan, yetişən nəslin mə -
nə vi simasının for ma laş masına təkan vermək
və musiqi məktəbləri şagirdlərinin öz milli
kök lə rinə, eləcə də Azər baycan xalq incə sə -
nə tinin əsaslarına maraq oyatmaqdan ibarət dir.
Hal-hazırda təqdim olunan müntəxəbatın
da əsas məqsədi çoxşaxəli Azərbaycan musi -
qisi haqqında məlumatlar əldə etmək və tədris
boyu keçilən ladlara aid musiqi materialını
dinləmək, mənimsəyərək not nümunələrini
çalıb oxumaq imkanını yaratmaqdır.
3
ŞAGİRDLƏRİN LAD TƏFƏKKÜRÜNÜN İNKİŞAFINDA
MİLLİ MUSİQİ FOLKLORUN ƏHƏMİYYƏTİ
Azərbaycan xalq musiqisi əsaslarının öyrənilməsi
Azərbaycan musiqi sənətinin daha artıq yüksəlişi üçün
çox əhəmiyyətli olmaqla bərabər, musiqişünaslıq sahəsindəki
elmi-tədqiqat və musiqi nəzəriyyəsi işlərinin də mühüm bir cəhətidir.
Üzeyir Hacıbəyli
Xalqımızın mədəni irsinə maraq, xüsusən
də musiqiçilərin bu məsələyə münasibəti hal-
hazırda xüsusi aktuallıq kəsb edir. Məhz buna
görə də ənənəvi xalq mədəniyyəti əsaslarının,
mədəni məkanın mi nillik qavranılma təcrü bə si -
nin və onun gələcək nəsillərə ötürülməsi me xa -
nizmlərinin dərk olunması olduqca önəm lidir.
Bu istiqamətdə pedaqoji fikir fəal la şır, həmin
problem üzrə təhsil-tərbiyə məsə lə lərinin effek-
tiv həlli yolları axtarılır. Sırada duran ilk önəm li
məsələlərdən biri – milli musiqi təhsilinin is la -
hatı və layihələşdirilməsidir ki, burada çox sə -
viy yəli tədris-tərbiyə prosesində uzun müddət
ərzində tam şəxsiyyətin formalaş dı rıl masına
yönəldilən varislik prinsipləri nəzər də tutul ma -
lı dır. Eyni zamanda musiqi irsimizi, bədii sə nə -
tin xüsusi növü kimi qiymət lən di rə rək müx təlif
səciyyəli musiqi janrları (hazırkı cilddə – xalq
mah nı və rəqsləri) ilə şagirdləri tanış et mək, rən -
ga rəng musiqi materialından bacarıq la isti fadə
edərək bütün siniflərdə hər bir fənn üzrə, əməli
şəkildə, onlara dərindən aşılamaqdan ibarət dir.
Azərbaycanın milli mədəniyyətinin dəyər -
li nümunələrindən olan Azərbaycan xalq mu-
siqisi, xüsusən də mahnı və rəqslər – xalq
ya radı cı lığının əsas növləridir.
Çoxəsrlik tarixə malik Azərbaycan xalq
mu siqisi son dərəcə zəngin və rəngarəngdir.
Forma və janr müxtəlifliyinə ilə seçilən
Azərbay can xalq musiqisi XX əsrin əvvəl lə -
rinə qədər şifahı ənənəli şəkildə yaşamış,
zəngin ritmi, parlaq ifadə tərzi, özünəməxsus
milli xüsu siy yətləri ilə seçilən və xalq mu -
siqiçiləri tərəfin dən qorunub saxlanan ən yax -
şı nümu nə ləri əsrdən-əsrə, nəsildən-nəslə
keçmiş və qiy mət li bədii sərvət kimi bizim
dövrə qədər gəlib çatmışdır.
Azərbaycanın xalq musiqi mədəniyyəti
ənənələrinin öyrənilməsində görkəmli Azər -
baycan klassiki Üzeyir Hacıbəylinin elmi irsi
əsas tədris materialı rolunu oynayır. Onun
«Azərbaycan xalq musiqisinin əsasları» adlı
elmi əsəri nəinki hər bir Azərbaycan bəstə ka -
rının, həm də Azərbaycan musiqisini öyrənən
hər bir musiqiçinin masaüstü kitabıdır. Üzeyir
Hacıbəylinin bu nəzəri əsəri öz böyük praktiki
əhəmiyyətini bu günədək itirmir. Həmin ki-
tabda Azərbaycan xalq musiqisinin lad siste mi -
nin bütün zənginliyi mütəşəkkil elmi for mada,
aydın şəkildə sistemləşdirilmiş, Azərbaycan
xalq musiqi dilinin lad-struktur qanunlarının
kamil şəkildə qavranılması öz əksini tapmışdır.
Bu elmi əsəri təkcə xalq musiqisinin deyil,
bütün Azərbaycan musiqisinin nəzəri əsasları
kimi dəyərləndirmək olar.
Qeyd edək ki, «Azərbaycan xalq musiqi-
sinin əsasları» adlı kitabın yeni nəşri 2010-cu
ildə Üzeyir Hacıbəylinin 125 illiyi müna si -
bətilə latın əlifbası ilə çap və elektron dərslik
formatında professor Fərhad Bədəlbəy linin
rəh bərliyi altında «Musiqi Dünyası» jur na lı nın
yaradıcı qrupu tərəfindən, sənətşü naslıq dok-
toru, professor Tariyel Məmmə do vun el mi
redaktorluğu ilə həyata keçirilmişdir. Dərs liyə
şifahi ənənəli musiqi irsi və bəstəkar yara -
dıcılığında məqamlardan istifadəyə dair
nümunələrdən, testlərdən və biblioqrafik gös -
təricidən ibarət metodik tövsiyələr də əlavə
olunmuşdur.
2010-cu ildə Üzeyir bəyin traktatı professor
Tərlan Seyidov tərəfindən mu siqi məktəbləri və
texnikumları üçün «Azərbay can xalq musi qi -
sinin əsasları», «Solfecio», «İmprovizasiya və
bəstələmə», «İxtisas aləti», «Ümumi fortepia no»
fənlərində Azərbaycan ladlarının öyrənil mə -
si nə və şagirdlərin təlim və tərbiyə məsə lə lə -
rinə uyğun olaraq adaptasiya olunmuş şəkildə
çapdan çıxmışdır.
Azərbaycan ladlarını öyrənmək üçün daha
bir maraqlı nəşr 2010-cu ildə İmina Əliye va -
nın hazırladığı «Azərbaycan musiqisi əsasın da
lad-intonasiya eşitmə hazırlığı üzrə prak tiki
vəsait» adlı dərslikdir. Bu nəşrdə hər ladın
modeli hazırlanmışdır və ladlara aid testlər
verilmişdir.
2012-ci ildə nəşr olunmuş sənətşünaslıq
doktoru, professor Cəmilə Həsə no vanın «Azər -
baycan xalq musiqisinin əsas ları» fənni üzrə
«Azərbaycan musiqisinin mə qam la rı» adlı ali
musiqi məktəbləri üçün dərs vəsaiti materiallar -
la zəngin və tədris üçün olduqca dəyərli kitabdır.
Üzeyir Hacıbəylinin kitabı üzrə fənnin da -
ha dərin və geniş tədrisi üçün 2012-ci ildə
Fərhad Bədəlbəyli və Tərlan Seyidov tərəfin -
dən tərtib olunan «Üzeyir Hacibəylinin elmi
sistemi əsasında milli lad təfəkkürünün inki -
şa
fı proqramı» nəşr olunmuşdur. Proqram
mu siqi və incəsənət məktəblərinin I – XI sinif
şagirdləri və musiqi kolleclərinin I – IV kurs
tələbələri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə
4
hər sinif üçün nəzərdə tutulan ladların adları
və həmin ladlarda yazılan Azərbaycan xalq və
bəstəkar musiqisinin siyahısı verilir.
Təqdim etdiyimiz Məktəb-studiyanın ba -
za
sı əsasında BMA-nın nəşrə hazırladığı
«Azər baycan ladlarının tədrisinə dair müntə -
xə bat» adlı dərs vəsaitinin əsas məq sədi Azər -
bay
can ladlarına marağı artırmaq və dərs
prosesini asanlaşdırmaqdır. Müntəxəbatda si-
stematik şə kildə Azərbay can ladlarında olan
Azərbaycan xalq mahnı və rəqslərindən ibarət
bəzi nümu nələr topla nıl mış dır, bu da ladların
tam şəkildə öyrə
nil
məsinə və asan qavra
-
nılmasına kö mək edir. Xüsusən də hər ladın
əvvəlində şagirdin materialı tez qavramasına
zəmin yaradan həmin ladın səsqatarı, tam və
ya rım kadanslar verilir.
Qeyd edək ki, bu vəsait gənc musiqiçilər
nəslinin musiqi tərbiyəsi və təhsili qarşısında
duran bir sıra konkret məsələləri həll etmək,
xüsusən də Azərbaycan ladlarının ibtidai si -
nif lərdən başlayaraq öyrənilməsi üçün əlve -
riş li şəraitin yaradılması məqsədini irəli sürür.
Təqdim olunan vəsait bir neçə bölməyə
ayrılır. Hazırkı Birinci bölmə Azərbaycan
xalq mahnı və rəqslərindən ibarətdir.
Məlumdur ki, Azərbaycan musiqi folklo -
ru nun zəngin və inkişaf etmiş sahəsini məhz
mahnı və rəqslər təşkil edir. Mahnı çox sevi -
lən və geniş yayılmış bir janrdır. Azərbaycan
xal qının hə ya tı, mübarizəsi, ülvi-bəşəri duy -
ğu ları, sevinc və kədəri xalq mahnılarında öz
əksini tapmışdır. Azərbaycan xalq mahnıla rı -
nın hər biri klassik muğamlara əsaslanmış,
onlardan bəhrə lən miş dir. Xalq mahnılarında
xal qın yük sək mənəviy yatı, onun əhval-ru -
hiyyəsi tərənnüm olunur.
Xalq rəqs musiqisi isə Azərbaycan instru-
mental musiqisinin böyük bir hissəsini təşkil
edir. Azərbaycan rəqs musiqisi parlaq, melo -
dik rəngarəngliyi, zəngin lad əsası, müxtəlif
ritmik xüsusiyyətləri, forma genişliyi və incə
lad-tonal quruluşu ilə fərqlənir. Bu xüsu siy -
yət lər həm Azərbaycan rəqslərinə, həm də
mahnılarına xas dır. Bunları nəzərə alaraq, bu
vəsaitdə müxtəlif ladlara əsaslanan bəzi mah -
nı və rəqs nümunələri seçilmişdir. Müntəxə -
batın müvafiq bölmələ rin də Rast, Şur, Segah,
Şüştər, Çahargah, Bayatı-Şiraz ladları üzrə
80-dən artıq musiqi nü munələri verilmişdir.
Bu nümunələri həm fortepianoda və başqa
alət lərdə ifa etmək, həm də «Solfecio» dərs lə -
rində oxumaq olar. Bu da uşaqların lad du -
yumunun artırılmasına səbəb olur. Kitaba daxil
olunan mahnı və rəqslər çap olunmuş top -
lulardan seçilmişdir. Müntəxə batdakı nümu -
nələr tədris olunan hər bir ladı aydın şəkildə
göstərmək üçün təqdim olun muş dur. Bu dərs
vəsaitində toplanan nümunə lər Azərbaycan
xalq mahnı və rəqslərinin özü nə məxsus gö -
zəlliyini bir daha sübut edir.
Hazırkı dərslik, şübhəsiz ki, respubli ka mı -
zın musiqi məktəblərinin gündəlik tədrisində
faydalı metodik əsas ola bilər.
Ümumiyyətlə, gənc musiqiçilərin təhsili nin
bütün mərhələlərində «folklor komponentinin»
daxil edilməsi məktəb-studiyanın eks pe ri men -
tal fəaliyyətində pozitiv təcrübə kimi özünü
göstərir. Məktəb-studiyanın musiqi təhsili
proqramları öz strukturu, istiqaməti və məz -
munu etibarı ilə komplekslidir. Proqramların
kompleksliyi musiqi mədəniyyətinin ayrıca
istiqamətlərinin məhdud öyrənilməsinin qar şı -
sı nı almaqla yanaşı, eləcə də onun xalq musiqi
mədəniyyəti ilə birləşməsi zamanı bü töv lü -
yünü təbliğ edir.
Beləliklə, dərsliyin məzmunu ilə eksperi-
mental işin metodiki təminatının sıx vəhdəti,
eləcə də gələcək professional pedaqoqların ha -
zırlanmasında varisliyin həyata keçirilməsi Ba -
kı Musiqi Akademiyası və onun eksperimental
bazası olan Orta ixtisas musiqi mək təb-stu diya -
sının birgə fəaliyyəti üçün başlıca məqsəddir.
Zənn edirik ki, hazırkı müntəxəbat Azər -
bay can ladlarının öyrənilməsi üçün dəyərli
dərslik olacaq və Azərbaycan ladlarının təd -
ri sinə, lad təfəkkürünün inkişafına böyük təsir
göstərəcəkdir.
Qeyd edək ki, dördbucaq mötərizələrdə
“
” ladın xarakterik kadans dönmələri
ve rilir.
Mötərizədəki həmin dönmələr şagirdlərə
bu musiqi nömrələrini daha dərindən öyrən -
mə yə şərait yaradacaqdır.
5
6
7
RAST LADINDA MAHNILAR
AMAN NƏNƏ
Allegretto
* Bu və sıradakı bütün digər nümunələrin əvvəlində İmina Əliyevanın lad modelləri təqdim olunur (bax:
Tövsiyə olunan ədəbiyyat
*
MƏNİ DÖVRİ FƏLƏK QOYMUS
13
YAR GƏLİR
SONA XANIM
14
ŞƏFƏQ SÖKÜLƏRKƏN
RAST LADINDA RƏQSLƏR
AZƏRBAYCAN
17
18
DARÇINI
19
BRİLYANT
ƏSGƏRANI
20
21
22
ŞUR LADINDA MAHNILAR
AHU KİMİ
A DAĞLAR
23
ALMA
24
AY QADASI
rast-şur
rast
rast
şur
şur
25
BAZARDA ALMA
BÜLBÜLÜN GEYDİYİ SARI
26
ÇIXDI GÜNƏŞ
Allegretto
YADIMA SƏN DÜŞƏNDƏ
33
SƏNDƏN MƏNƏ YAR OLMAZ
ŞUR LADINDA RƏQSLƏR
ATLANMA
39
42
CIDIR
45
SEGAH LADINDA MAHNILAR
ANACAN
46
SEGAH LADINDA RƏQSLƏR
TƏRƏKƏMƏ
57
59
QITQILIDA
LƏTİFƏ
segah – rast
60
rast
61
MİRZƏYİ
63
CIĞCIĞA
64
Şüştər ladının səssırasında III pillədə tamamlayıcı ton (t.t), VI pillədə tonika
(T) yerləşir. Bu ladda tamamlayıcı ton xüsusi əhəmiyyətə malikdir.
Belə ki, şüştər ladında tam kadans məhz tamamlayıcı ton (t.t) pilləsi üzərində,
yarım kadans isə tonika (T) üzərində qurulur.
Bu səbəbdən biz, təqdim etdiyimiz xalq mahnı və rəqslər
üzərində şüştər ladının hər iki əsas pilləsini qeyd edəcəyik.
65
ŞÜŞTƏR LADINDA MAHNILAR
AMAN KƏKLİK ƏLİNDƏN
GİRDİM YARIN BAĞÇASINA
66
AY SONA
67
GÜL BAĞÇALAR
ARAXÇININ MƏNDƏDİR
68
ŞÜŞTƏR LADINDA RƏQSLƏR
UZUNDƏRƏ
69
72
YÜZ BİR
73
ÇAHARGAH LADINDA MAHNILAR
BUDUR, BİR CÜT QARA GÖZ
74
GƏL, GƏL, AY ELLƏR GÖZƏLİ
75
ÇAHARGAH LADINDA RƏQSLƏR
ŞƏLƏXO
76
77
78
BAYATI-ŞİRAZ LADINDA MAHNILAR
AMAN OVÇU
KÜÇƏLƏRƏ SU SƏPMİŞƏM
LAÇIN
79
QUBANIN AĞ ALMASI
BAYATI-ŞİRAZ LADINDA RƏQSLƏR
QAZAĞI
81
83
HÜMAYUN
Hümayun ladının iki növü mövcuddur:
I növ – “nəzəri hümayun”, II növ – “praktiki hümayun”.
I növ hümayun Üzeyir Hacıbəylinin lad nəzəriyyəsinə əsaslanır.
II növ hümayun Məmməd Saleh İsmayılovun lad nəzəriyyəsinə əsaslanır.
O, göstərirki, hümayun ladının səssırası şüştər ladı ilə eynidir. Yəni, 0,5t+1t+0,5 t.
quruluşlu iki bərabər tetraxordun ayrı üsulla (art.2) birləşməsindən həm şüştər, həm
də hümayun ladının səssırası yaranır. Əgər şüştər ladında həmin lad səssırasının III
və VI pillələri əsas pillələridirsə, hümayun ladında II və IV pillələr əsas sayılır.
Hümayun ladında II pillə tonika (T), IV pillə isə xarakter ton (x.t) adlanır. Bu zaman
səssıranın II pilləsində tam kadans, IV pilləsində yarım kadans qurulur.
Qeyd edək ki, xalq musiqisi və bəstəkar əsərlərində rast gəlinən hümayunun
məhz 2-ci növüdür. Bu səbəbdən biz, hümayun ladının 2-ci növünün səssırasını
və II, IV istinad pillələrini əyani olaraq musiqi nümunələri üzərində göstərəcəyik.
84
HÜMAYUN LADINDA RƏQS
DURNA
şüştər
hümayun
85
1. Bədəlbəyli F. Layihənin rəhbərindən // Üze yir
Hacıbəyli. Azərbaycan xalq musi
qi
sinin
əsasları / layihənin rəhbəri: Fərhad Bədəlbəyli,
layihənin koordinatoru: Оqtay Аbasquliyev,
elmi redaktor: Тariyel Мəm mə dov, redaktor və
metodik tövsiyələrin tərtibçisi: Cəmilə
Həsənova, məsləhətçi: Ramiz Zöhrabov. –
Bakı: Apostrof, 2010. – S. 5-7.
2. Bədəlbəyli F. Ön söz // Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının Orta ixtisas mu-
siqi məktəb-studiyası – 30. Ta rix dən səhifələr:
məqalələr toplusu / tər ti batı və ümumi redak-
siya: Tərlan Seyidov, elmi redaktorlar: Rəna
Səfərəlibəyova, Tu
ran Məmmədəliyeva. –
Bakı: Elm və Təhsil, 2010. – S. 5.
3. Bədəlbəyli F. Elmi-ifaçılıq müsabiqə və
konfransları – ifaçı-musiqiçilərin yaradıcı işi -
nin yeni növləri kimi // Qara Qarayev adına
pianoçuların Birinci Beynəlxalq el mi-ifaçılıq
müsabiqəsi və «Fortepiano Qara Qarayev
yaradıcılığında» Birinci Beynəl
xalq elmi-
ifaçılıq konfransının materialları (Bakı, 6 – 10
dekabr 2010-cu il) / baş re
dak
tor: Fərhad
Bədəlbəyli, redaktor-tərtib çilər: Tərlan Seyi-
dov, Sevda Məmmədova. – Bakı: Mütərcim,
2012. – S. 4-7.
4. Ибрагимова А. Национальная ладовая си-
стема Узеира Гаджибейли – в основе рефор-
мирования музыкального образования:
мастер-класс профессора Тарла на Сеидова
на семинаре пре по давателей музыкальных
школ // «Зеркало». – 2012. – 31 марта.
5. Ибрагимова. А. Система Узеира Гаджибейли
в действии // «Зеркало». – 2012. – 17 апреля.
6. Кенгерлинская T. Школа-студия Бакинской
Музыкальной Академии: традиции и нова-
торство // «Təhsil, mədəniyyət, incə sənət». –
2005. – № 1 (21). – S. 68-71.
7. Микеладзе Г. В Баку прошёл вечер музыки
Узеира Гаджибейли // «1news.az» [сайт]. –
2012. – 19 апреля.
8. Seyidov T. Məktəb-studiya Üzeyir Hacı bəyli
adına Bakı Musiqi Akademiyasının eksperi-
mental bazası kimi // Musiqi ifaçılığı və nə zə riy -
yəsi məsələləri: Məktəb-studiyanın müəllim-
lərinin elmi-metodoloji işlərinin toplusu /
tərtibçi-redaktor: Tərlan Seyidov. – Bakı:
Adiloğlu, 2009. – S. 3-5.
9. Seyidov T. Ön söz // Üzeyir Hacıbəyli.
Azərbaycan xalq musiqisinin əsasları: mu siqi
məktəbləri və texnikumları üçün «Azərbaycan
xalq musiqisinin əsasları», «Solfecio», «Xor
sinfi» «İmprovizasiya və bəstələmə», «İxtisas
aləti» və «Ümumi fortepiano» fənlərində
Azərbaycan lad la rı nın öyrənilməsinə dair
adaptasiya olun
muş dərs vəsaiti / tərtibçi:
Tərlan Seyidov. – Bakı: E. L., 2010. – S. 5-7.
10. Seyidov T. Azərbaycan xalq musiqi mə
də
-
niyyətinin ənənələrinin ən yeni qavra
nıl
ma
prinsipləri (məktəb-studiyanın təcrü bə sindən) //
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının Orta ixtisas musiqi məktəb-
studiyası – 30. Tarixdən səhifələr: məqalələr
toplusu / tərtibatı və ümumi redaksiya: Tərlan
Seyidov, elmi redaktorlar: Rəna Səfərəlibəyova,
Turan Məmmə də li yeva. – Bakı: Elm və Təhsil,
2010. – S. 13-15.
11. Сеидов Т. О работе над адаптированным
изданием научного труда Узеира Гаджи-
бейли «Основы Азербайджанской народ-
ной музыки» для учащихся музыкальных
школ // Üzeyir Hacı bəy li nin 125, Bakı Musiqi
Akademiyasının 90 illik yubileylərinə həsr
olunmuş respublika elmi-praktik konfransının
materialları (Bakı, 31 may – 2 iyun, 2011). –
Bakı: Mü tərcim, 2011. – S. 32-36.
12. Сеидов Т. 30-летний юбилей школы-студии
в свете решений целевой задачи реформиро-
вания общего музыкального образования //
Современные технологии и методики про-
фессионального му зыкального образования:
материалы Международной дистанционной
научно-практической конференции / под на-
учной редакцией Т.В.Свитовой. – Самара:
СамЛюксПринт, 2011. – C. 7-16.
13. Сеидов T. Экспериментальный приём в
школу-студию на основе инновационных
методов выявления юных дарований //
«Эхо». – 2011. – 31 марта.
14. Сеидов T. Подведены итоги научно-экспе-
риментальной деятельности школы-студии
Бакинской Музыкальной Академии в обла-
сти реформирования музыкального обра-
зования // «Day.Az» [сайт]. – 2011. – 5
октября.
MİLLİ MUSİQİ TƏHSİLİNİN İSLAHATI ÜZRƏ
Ə D Ə B İ Y Y A T
86
AZƏRBAYCAN XALQ MUSİQİSİNİN ƏSASLARININ
ÖYRƏNİLMƏSİNƏ DAİR TƏKLİF OLUNAN
N O T O Q R A F İ Y A
1. A
zərbaycan el nəğmələri / nota salan və har mo -
ni zə edənlər: Ü.Hacıbəyov və M.Ma qomayev. –
Bakı: İşıq, 1985.
2. Azərbaycan xalq rəqsləri: fortepiano üçün iş -
ləmələr / tərtib edənlər: F.Bədəlbəyli, О.Rə cəbov,
G.Abdullazadə, N.Mustafayev.
– Bakı:
Mütərcim, 2011.
3. Azərbaycan xalq mahnıları: fortepiano ilə oxu-
maq üçün işləmələr / tərtibçi və işlə yəni – L.Aba-
sova. – Bakı: «Təhsil» EİM, 2005.
4. Azərbaycan xalq mahnıları: I, II cild / tərtib edən
– S.Kərimi, redaktor – E.Dadaşova. – Bakı:
Öndər nəşriyyatı, 2005.
5. Azərbaycan xalq musiqisinin antologiyası. I
cild: Azərbaycan xalq mahnıları. – Bakı: 2003.
6. Azərbaycan xalq musiqisinin antologi ya sı. II
cild: Azərbaycan xalq rəqsləri. – Ba kı: 2003.
7. Azərbaycan xalq musiqisinin antologi ya sı. III
cild: Azərbaycan muğamları və rəngləri. – Bakı,
2004.
8. Azərbaycan xalq musiqisinin anto logi ya sı. IV
cild: Azərbaycan muğamları və rəng ləri – Bakı:
2005.
9. Azərbaycan xalq musiqisinin antologi ya sı. V
cild: Azərbaycan muğamları və zər bi mugamlar.
– Bakı: 2005.
10. Azərbaycan xalq musiqisinin antolo gi ya sı. VI cild:
Azərbaycan təs nif ləri, də ra məd, diringi və
rəngləri, mu gamlar və zərbi mugamlar. – Bakı:
2006.
11. Azərbaycan xalq musiqisinin antologi ya sı. VII
cild: Azərbaycan aşıq musiqisi. – Bakı: 2007.
12. Azərbaycan xalq rəqs melodiyaları: / not yazısı B.
Hüseynlinindir. I dəftər – Yallı . – Bakı: 1965; II
dəftər – Halay. – Bakı: 1966.
13. Azərbaycan xalq rəqsləri / not yazısı: T.Quli yev,
Z.Bağırov, M.İsmayılov. – Bakı, 1951.
14. Azərbaycan dəraməd və rəngləri / not yazısı:
E.Mansurov. – Bakı, 1984.
15. Azərbaycan qədim el havaları / not yazısı:
E. Mansurov. – Bakı, 1990.
16. Bakıxanov Ə. Azərbaycan xalq rəngləri. – Bakı,
1964.
17. Bakıxanov Ə. Azərbaycan ritmik muğam ları. –
Bakı, 1968.
18. Bakıxanov Ə. Muğam, mahnı, rəng. – Bakı,
1975.
19. Əmirov F. Azərbaycan xalq mahnılarının səs və
fortepiano üçün işlənməsi. – Ba kı: Azər baycan
Dövlət Musiqi Nəşriy ya tı.
20. Əsədullayev A. Hümayun. – Bakı: Adıl oğlu,
2002.
21. Əsədullayev A. Rast və Çahargah. – Bakı:
Adıloğlu, 2005.
20. Quliyev T. 15 Azərbaycan xalq rəqsi. – Ba
kı:
Azərbaycan Dövlət Musiqi Nəş riy yatı, 1955.
21. Кулиев Т. 10 танцев в обработке для фор
-
тепиано / мелодии: Мамедага Агаев. – Баку:
Азмузгиз, 1960.
22. İbrahimova S. Azərbaycan təranələri: fortepiano
üçün 15 pyes. – Bakı: Mars-print, 2009.
23. İbrahimova S. Fortepiano üçün Azərbay
can
mahnı və təsnifləri əsasında pyeslər // Xüsusi
pedaqoji hazırlıq kursu üzrə müntəxabat. – Bakı:
Adiloğlu, 2008, s. 133-174.
24. İsazadə Ə., Məmmədov N. Azərbaycan xalq
mahnıları və oyun havaları. – Bakı: 1984.
26. Məmmədov N. Azərbaycan muğamları «Ça
-
hargah» və «Hümayun». – Bakı: 1963.
27. Məmmədov N. Azərbaycan muğamları «Rast»
və «Şahnaz». – Bakı: 1963.
28. Nəzirova Е. Pyeslər: Azərbaycan xalq me lo -
diyalarının fortepiano üçün işləmələri. – Ba kı:
Аzərnəşr, 1963.
29. Rüstəmov S. Azərbaycan xalq mahnıları. – Bakı:
Аzərnəşr, 1967.
30. Rüstəmov S. Azərbaycan xalq rəngləri: I dəftər.
– Bakı: Аzərnəşr, 1954; II dəftər. – Ba
kı:
Аzərnəşr, 1956.
31. Rüstəmov S., Əmirov F., Quliyev Т. Azər bay can
xalq mahnıları / тərtibçi – Bülbül. I cild – Bakı:
İşıq, 1981; II cild – Bakı: İşıq, 1982.
32. Zeynallı A. Çahargah: fortepiano üçün. – Ba kı:
Azərbaycan Dövlət Musiqi Nəşriyyatı, 1939.
TÖVSİYƏ OLUNAN
Ə D Ə B İ Y Y A T
1. Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri. –
Bakı, 2002.
2. Abdullazadə G. Qədim və orta əsrlərin musiqi
mədəniyyəti: tarixi-fəlsəfi təhlil. – Bakı, 1996.
3. Abezqauz İ. Azərbaycan musiqisində Ü.Ha cı bəyovun
bədii kəşflərinin inkişafı // XX əsrin Azərbaycan mu-
siqisi: məqalələr top lu su / tərtibçi və elmi redaktor
– A. Tağı zadə. – Bakı: 1994.
4. Azərbaycan xalq musiqisi: oçerklər / mü əl liflər:
Ə.İsazadə, Ə.Eldarova, R.İsma yıl zadə, N.Məm -
mə dov, R.Zöhrabov, B.Hü seynli. – Bakı: Elm,
1981.
5. Babayev E. Azərbaycan muğam dəstgah larında
ritm-intonasiya problemləri. – Bakı: Ergün,
1996.
6. Bağırova S. Azərbaycan muğamı: məqa lə lər,
məruzələr, tədqiqatlar. – Bakı: Elm, 2007.
7. Eldarova Ə. Azərbaycan aşıq sənəti. – Bakı:
1986.
8. Əliyeva F. XX əsr Azərbaycan musiqisi: tarix və
zamanla üz-üzə. – Bakı: Elm, 2007.
87
9. Əliyeva İ. Azərbaycan musiqisi əsasında lad-in-
tonasiya eşitmə hazırlığı üzrə praktiki vəsait. –
Bakı: Adiloğlu, 2010.
10. Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin
əsasları. Bakı, 2010.
11. Hacıbəyli Ü. Əsərləri 4 cilddə. Bakı, 1965.
12. Hacıbəyli Ü. Azərbaycan türklərinin musiqisi
haqqında / təqdim edəni, ön söz və lüğətin
müəllifi – F.Əliyeva. – Bakı: Adiloğlu, 2005.
13. Həsənova C. Azərbaycan bəstəkarlarının əsər -
lərində milli ladların təzahürü. – Ba kı: Mars-
Print, 2004.
14. Həsənova C. Azərbaycan musiqisinin məqam -
ları. Bakı, «Elm və Təhsil», 2012
15. İmrani R. Muğam tarixi. – Bakı: 1998.
16. İsmayılov M. Azərbaycan xalq musi
qi
sinin
janrları. – Bаkı: Az.SSR Elmlər Aka demi ya sı,
1960.
17. İsmayılov M. Azərbaycan xalq musi qi sinin mə -
qam və muğam nəzəriyyəsinə dair elmi-meto -
dik oçerklər. – Bakı: Elm, 1991.
18. İsazadə Ə. Azərbaycan musiqi folklorunun
öyrənilməsi tarixindən // Azərbay can xalq mu -
si qisi: oçerklər. – Bakı: 1981.
19. Məmmədov T. Azərbaycan klassik aşıq ha vaları.
– Bakı: 2009.
20. Məmmədov T. Azərbaycan aşıq yara dı cı lığı. –
Bakı: 2011.
21. Məmmədova R. Azərbaycan muğamı. – Bakı:
Elm, 2002.
22. Seyidova S. Azərbaycan xalq professio nal
musiqisi. – Bakı: Şirvannəşr, 1998.
23. Səfərova Z. Üzeyir Hacıbəyov yara dı cı lı ğında
nəzəri və estetik problemlər. – Bakı: Elm, 1985.
24. Hacıbəyov Üzeyir ensiklopediyası. – Bakı:
Azərbaycan, 1996.
25. Yusifova А. Azərbaycan bəstəkarlarının
işləmələri. – Bakı: Adiloğlu, 2009.
26. Yusifova А. «Azərbaycan xalq melodi yala rının
işlənməsi və aran ji manı» fənni üzrə dərs vəsaiti.
– Bakı: Аdiloğlu, 2004.
27. Zöhrabov R. Şifahi ənənəli Azərbaycan pro -
fessional musiqisi: dərs vəsaiti. – Ba
kı:
Azərbaycan ensiklopediyası, 1996.
28. Zöhrabov R. Zərbi muğamlar. – Bakı: Mars-
print, 2004.
29. Zöhrabov R. Azərbaycan rəngləri. – Ba kı: Mars-
print, 2006.
R u s d i l i n d ə
30. Абасова Э. Узеир Гаджибеков. – Баку: Азер-
нешр, 1975.
31. Гаджибеков У. О музыкальном искусстве
Азербайджана. – Баку: Азернешр, 1966.
32. Зохрабов Р. Азербайджанские теснифы. –
Москва: Советский композитор, 1983.
33. Исмайлов М. Ладовые особенности азербай-
джанской народной музыки // Учёные за-
писки Азгосконсерватории. – 1972. – № 1 (9).
34. Исмайлов М. Структурные особен ности ладов
азербайджанской народ ной музыки: методи-
ческая раз ра ботка. – Баку: 1972.
35. Кафарова З. «Кероглу» Узеира Гаджибекова.
– Баку: Язычы, 1981.
36. Мамедов Т. Традиционные напевы азербай-
джанских ашыгов. – Баку: Ишыг, 1989.
37. Махмудова Г. Генезис и эволюция остинат-
ности в азербайджанской музыке. – Баку:
Нурлан, 2006.
38. Энциклопедия. У Гаджибекова. – Баку:
Азербайджан, 2003.
39. Юсифова А. Солтан Гаджибеков. Обра-
ботки азербайджанских народных мелодий:
учебное пособие. – Баку: Мутарджим, 2011.
S A Y T O Q R A F İ Y A
1. Üzeyir Hacıbəyli. «Azərbaycan xalq mu si qisinin
əsasları» / layihənin rəhbəri – Fər had Bədəlbəyli,
elmi redaktor – Tariyel Мəm mədov: http://mus-
book.musigi-dunya.az
2. Üzeyir Hacıbəyli. «Azərbaycan xalq mu si qisinin
əsasları»: Musiqi məktəbləri və texnikumları üçün
Azərbaycan ladlarının öyrənilməsinə dair adap-
tasiya olunmuş dərs vəsaiti / tərtibçi – Tərlan Seyi-
dov:
www.baku-art.az
3. Azərbaycan diskoqrafiyası. 1900-1940-ci illər
kataloqu:
http://diskografiya.musigi-dunya.az
4. Azərbaycanın ənənəvi musiqisi atlası:
http://atlas.musigi-dunya.az
5.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyası:
http://diskografiya.musigi-dunya.az
6. Üzeyir Hacıbəyli internet portalı:
http:/ uzeyir.musigi-dunya.az
7. Üzeyir Hacıbəyli elektron ensiklopediyası:
http://uzeyirbook-dunya.az
8. Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» virtual
muzeyi:
http://leyli-mejnun.musigi-dunya.az
9. Üzeyir Hacıbəylinin «Arşın mal alan» virtual
muzeyi:
http://arshin.musigi-dunya.az
10. Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» vir-
tual muzeyi:
http://meshadi.musigi-dunya.az
11. Üzeyir Hacıbəyli. Dərs vəsaiti:
http://ders.musigi-dunya.az
12.
Əfrasiyab Bədəlbəylinin «Musiqi lüğəti»:
http://lugat.musigi-dunya.az
13. Muğam ensiklopediyası: http://mugam.musigi-
dunya.az
14. Musiqiçinin elektron kitabxanası: http://e-li-
brary.musigi-dunya.az
Şagirdlərin lad təfəkkürünün inkişafında
milli musiqi folklorun əhəmiyyəti..............................3
R A S T
RAST ladının səsqatarı, tam və yarım kadanslar .......6
Mahnılar:
Aman nənə .................................................................7
Ay Dilbər ....................................................................8
Ceyran sevgilim .........................................................9
Çal-oyna ...................................................................10
Əlində sazın qurbanı ...............................................11
Mən gedirəm Zəngilana .........................................12
Məni dövri fələk qoymus ........................................13
Yar gəlir ...................................................................13
Sona xanım ..............................................................14
Səfəq sökülərkən ....................................................14
Süsən sünbül ..........................................................15
Sürməli qız ..............................................................16
Rəqslər:
Azərbaycan ..............................................................17
Darçını .....................................................................18
Brilyant ....................................................................19
Əsgəranı ..................................................................19
Ş U R
ŞUR ladının səsqatarı, tam və yarım kadanslar ......21
Mahnılar:
Ahu kimi .................................................................22
A dağlar ...................................................................22
Alma ........................................................................23
Ay qadası .................................................................24
Bazarda alma ...........................................................25
Bülbülün geydiyi sarı ..............................................26
Çixdi günəş .............................................................26
Dəli ceyran ..............................................................27
Dilbərim ...................................................................28
Gülə-gülə .................................................................29
Azərbaycan maralı ..................................................30
Qara qaşın vəsməsi ..................................................31
Qara tellər ................................................................32
Yadıma sən düşəndə ................................................33
Səndən mənə yar olmaz ..........................................33
Qalalıyam ................................................................34
Nəzr eyləmişəm .......................................................35
Sarı gəlin .................................................................36
Şuşa ceyranı ...........................................................37
Yaylıq ......................................................................38
Rəqslər:
Atlanma ...................................................................39
Bakı .........................................................................40
Qəhrəmanı ...............................................................41
Cıdır ........................................................................42
Qızılgül ....................................................................43
Yallı .........................................................................44
S E G A H
SEGAH ladının səsqatarı, tam və yarım kadanslar ....45
Mahnılar:
Anacan ....................................................................46
Bəri bax ...................................................................47
Ceyran bala .............................................................48
Evləri var xana-xana ...............................................49
Xumar oldum ..........................................................50
Kəklik ......................................................................51
Muleyli ....................................................................52
Naxçıvan .................................................................52
Ninni ........................................................................53
Sarı bülbül ...............................................................53
O sürməli gözlərin ...................................................54
Şuşanın dağları ........................................................55
Uca dağlar başında ..................................................56
Rəqslər:
Tərəkəmə .................................................................57
Qəşəngi ....................................................................58
Qıtqılıda ..................................................................59
Lətifə .......................................................................60
Mirzəyi ....................................................................61
Vağzalı .....................................................................62
Cığcığa .................................................................... 63
Ş Ü Ş T Ə R
ŞÜŞTƏR ladının səsqatarı,
tam və yarım kadanslar ...........................................64
Mahnılar:
Aman kəklik əlindən ................................................65
Ay Sona ...................................................................66
Girdim yarın bağçasına ...........................................66
Gül bağçalar ...........................................................68
Araxçının məndədir .................................................68
Rəqslər:
Uzundərə .................................................................69
Almazı .....................................................................70
Dağ çiçəyi ...............................................................71
Yüz bir .....................................................................72
Ç A H A R G A H
ÇAHARGAH ladının səsqatarı,
tam və yarım kadanslar ...........................................73
Mahnılar:
Budur, bir cüt qara göz ............................................73
Gəl, gəl, ay ellər gözəli ...........................................74
Rəqslər:
Şələxo ......................................................................75
B A Y A T I - Ş İ R A Z
BAYATI-ŞİRAZ ladının səsqatarı,
tam və yarım kadanslar ...........................................77
Mahnılar:
Aman ovçu ..............................................................78
Küçələrə su səpmişəm ...........................................78
Qubanın ağ alması ...................................................79
Laçın ........................................................................79
Onu demə zalım yar ................................................80
Rəqslər:
Qazağı .....................................................................81
Nəlbəki ....................................................................82
H Ü M A Y U N
HÜMAYUN ladının səsqatarı,
tam və yarım kadanslar ............................................83
Durna........................................................................84
Milli musiqi təhsilinin islahatı üzrə ədəbiyyat ........85
Azərbaycan xalq musiqisinin əsaslarının
öyrənilməsinə dair təklif olunan notoqrafiya ..........86
Tövsiyə olunan ədəbiyyat .......................................86
Saytoqrafiya ............................................................87
M Ü N D Ə R İ C A T
Dostları ilə paylaş: |