Qeyri-gürcüdilli məktəblərin gürcü dili müəllimlərinin
treninqlərinin II mərhələsinin proqramı
I gün
I sessiya (vaxt: 1 saat 30 dəq.)
Məqsəd: iştirakçılar əvvəlki mərhələdə öyrəndikləri materialları dərsin planlaşdırılması və analizi üçün istifadə edir, ibtidai siniflərdə istifadə edilən dərslikləri təhlil edirlər.
-
I mərhələnin işlərinin müzakirəsi;
-
II mərhələnin proqramları ilə tanışlıq;
-
I-IV siniflərdə mövcud olan dərsliklərin müzakirəsi;
-
dərslərin planlaşdırılması. Əsas komponentlər.
II sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Problemi öz gücü ilə həll etmək: gürcü dilinin ikinci dil kimi tədrisində əyani vəsaitlərin əhəmiyyəti. Mövcud dərsliklərə əsaslanaraq resursların hazırlanması.
-
Mövcud dərsliklər və hazırlanmış resurslardan istifadə edərək dərsin planlaşdırılması.
III sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Planlaşdırılmış dərslərin təqdimatı;
-
təqdim olunan dərslərin tənqidi-konstruktiv analizi;
II gün
I sessiya (vaxt: 1 saat 30 dəq.)
Məqsəd: müəllimlər ikinci dil kimi gürcü dilinin standartı ilə tanış olur və onunla münasibətdə dilə sahib olma səviyyələrinə təyin edirlər.
-
Standart üzərində iş (qruplar əldə ediləcək və çətin əldə ediləcək nəticələri müəyyən edirlər. Bu nəticələrin əldə edilməsi yolları barədə müzakirə aparırlar);
-
Dilə sahib olma səviyyələri. Onun standartla münasibəti (qruplarda iş).
II sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Müəllimlərin təcrübələrinin analizi: mövcud problemlər və nailiyyətli dərslər.
-
Baza və orta məktəb üçün nitq funksiyalarının təyin edilməsi.
III sessiya (vaxt: 1 saat 30 dəq.)
-
“Tavtavi – 2 və 3”, mövcud resurs kimi və dili bilmə səviyyələri kontekstində onun istifadəsi;
-
Dil səviyyəsinin inkişafı üçün əlavə materialların seçilməsi.
III gün
I sessiya (vaxt: 1 saat 30 dəq.)
Məqsəd: dinləyicilər dinləmə və şifahi nitq bacarıqlarını inkişaf etdirən fəallıqlarla tanış olur və mini-dərsləri planlaşdırırlar.
-
dinləmə bacarığını inkişaf etdirən fəallıqlar: dinləməyə qədər fəallıqlar, dinləmə və dinləmədən sonrakı fəallıqlar (fəallıqların nümayiş etdirilməsi və analizi)
-
dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin ssenarilərinin tərtib edilməsi və qruplar tərəfindən mini-dərslərin təqdim edilməsi və analizi.
II sessiya ( vaxt: 1 saat 30 dəq.)
-
şifahi nitq fəallıqlarının nümayiş etdirilməsi və analizi. Dialoq nitqini inkişafı üçün fəallıqlar (fəallıqların nümayiş etdirilməsi və analizi: “rollar üzrə oyun”, modelləşdirmə-simuyasiya, diskussiya).
-
dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin ssenarilərinin tərtib edilməsi və onların analizi.
III sessiya ( vaxt: 1 saat 30 dəq.)
-
Monoloq nitqinin inkişafı üçün fəallıqlar (fəallıqların nümayiş etdirilməsi və analizi: hekayə, şifahi çıxış).
-
Monoloq nitqini inkişaf etdirən fəallıqlardan istifadə etməklə dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin ssenarilərinin tərtib edilməsi.
-
Dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin təqdimatı və onların analizi.
IV gün
Məqsəd: dinləyicilər oxu bacarığını inkişaf etdirən fəallıqlarla tanış olur və mini-dərsləri tərtib edirlər.
I sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Oxunun məqsədləri və növləri, uyğun strategiyalar.
-
Oxu prosesini idarə etmək. Oxuya qədər, oxuyan zaman və oxudan sonrakı mərhələ.
-
Oxudan əvvəlki fəallıqlar (fəallıqların nümayiş etdirilməsi və analizi: ehtimalların söylənilməsi, personaj haqqında fikir, qrafik cəhətdən təşkil etmə, yeni və səciyyəvi leksikanın əvvəlcədən çatdırılması).
II sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Oxu prosesi. Birbaşa oxu prosesində işlər: “fasilələrlə oxu”, “aktiv oxu”.
-
Oxunun növbəti fəallıqları (fəallıqların nümayiş etdirilməsi və analizi: oxucu konfransları, strategiya 3, 2, 1. Dərk etmə və analizin idarəetmə sxemləri).
III sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Oxu bacarığını inkişaf etdirən fəallıqlardan istifadə etməklə dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin ssenarilərinin tərtib edilməsi.
-
Oxu bacarığını inkişaf etdirən fəallıqlardan istifadə etməklə dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin təqdimatı və onların analizi
V gün
Məqsəd: dinləyicilər yazı bacarığını inkişaf etdirən fəallıqlarla tanış olur və mini-dərsləri tərtib edirlər.
I sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Yazı motivasiyasını yaratmaq. Yazının mərhələləri: təhrk etmə, müşahidə etmə, məşq etmə, mətni tərtib etmə,yoxlama-təkmilləşdirmə-qiymətləndirmə.
-
Yazılı nitqin öyrənilməsi üçün fəallıqların nümunələri (fəallıqların nümayiş etdirilməsi və analizi).
II sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Mini-dərslərin ssenarilərin tərtib edilməsi;
-
Yazı bacarığını inkişaf etdirən fəallıqlardan istifadə etməklə dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin təqdimatı və onların analizi.
III sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Funksional mətnlərin tərtib edilməsi. Struktura, dil klişeləri.
-
Şagirdlərə funksional mətnləri tərtib etməyi necə öyrədək.
VI gün
Məqsəd: dinləyicilər qrammatika və leksikanın tədrisi məsələləri ilə tanış olur və müxtəlif dərsliklərdən istifadə etməklə fəallıqlar planlaşdıra bilirlər.
I sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Leksikanı öyrəndikdə metodiki tövsiyələr.
-
Leksikanı öyrəndikdə praktiki işlər.
II sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Qrammatikanı öyrəndikdə metodlar və prinsiplər. Qrammatikanı öyrəndikdə çalışmaların növləri .
-
Qrammatikanın və leksikanın tədrisinə yönəlmiş dərs fəaliyyətləri.
-
Qrammatik səhvlərin analizi və onların öhdəsindən gəlmə yolları.
III sessiya (vaxt: 1 saat 30 dəq.)
-
Kommunikasiya qrammatikasının anlayışı. Mövcud resursların təhlili və dərs prosesində onların istifadəsi.
-
Dinləyicilər tərəfindən planlaşdırılmış mini-dərslərin təqdimatı və analizi.
VII gün
Məqsəd: dinləyicilər üstünlük təşkil edən nitq funksiyalarını təyin edir və dərs materialını seçmək və hazırlamaq vasitələrini müəyyən edirlər.
I sessiya (vaxt: 1 saat 30 dəq.)
Gürcü dilinin ikinci dil kimi tədrisində qiymətləndirmə. Qiymətləndirmənin məqsədləri, mövzusu və metodları.
Şagirdin qiymətləndirilməsi (rubrikalar, portfolio¸özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə).
II və III sessiya
Dərs layihələri üzrə iş, dinləyicilərin tədqimatları və analiz.
Treninqin qiymətləndirilməsi.
Dostları ilə paylaş: |