Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı
bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının icrası ilə
əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”,
“Torpaqların texniki uçotunun aparılması Qaydaları”, “Torpaq-kadastr sənədlərinin
aparılması Qaydaları”, “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və
mühafizəsi haqqında Əsasnamə”, “Torpaqların monitorinqinin aparılması qaydaları
haqqında Əsasnamə” və “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında
Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, dövlət müəssisələrinin istifadəsində olan, habelə
özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaqların texniki uçotu və
yerquruluşu işləri Əmlak Məsələləri Dövlət Komitəsinin iştirakı ilə aparılır.
[1]
3. “Dövlət torpaq kadastrının və torpaqların monitorinqinin aparılması
qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24
yanvar tarixli 34 nömrəli qərarı (7-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab
edilsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 7 iyun 1999-cu il
№ 94
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi
haqqında
ƏSASNAMƏ
Bu Əsasnamə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına
uyğun olaraq hazırlanmışdır və dövlət torpaq kadastrı fondunun yaradılması,
istifadəsi, mühafizəsi qaydalarını və şərtlərini müəyyən edir.
I. ÜMUMİ MÜDDƏALAR
1. Dövlət torpaq kadastrı fonduna (bundan sonra “Fond” adlanacaq)
Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli
təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin
digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları
daxildir.
2.
Fond Azərbaycan
Respublikasının
Əmlak
Məsələləri
Dövlət
Komitəsinin sərəncamındadır.
[22]
3. Fondun idarəetmə strukturu Azərbaycan Respublikası Dövlət Torpaq
Komitəsinin strukturunun tərkib hissəsi olmaqla, onun strukturu bu Komitənin
Kollegiyası tərəfindən təsdiq olunur.
[23]
4. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan
Respublikasında fəaliyyət göstərən müəssisələr, müəlliflik və mülkiyyət hüququ
saxlanılmaqla, torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzrə
hazırlanmış materialların bir nüsxəsini qanunvericiliklə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim
etməlidirlər.
[24]
5. Dövlət torpaq kadastrı fondu, dövlət geodeziya və kartoqrafiya fondu və
digər kadastr fondları ilə əlaqəli şəkildə qurularaq vahid informasiya fondunun
tərkib hissəsini təşkil edir.Dövlət torpaq kadastrı fondu hüquqi şəxs kimi fəaliyyət göstərən
Azərbaycan Respublikasının Mərkəzi Dövlət Torpaq Kadastrı, Geodeziya və Kartoqrafiya
Fonduna daxildir.
[25]
6. Fondun idarəetmə strukturu iş planı əsasında fəaliyyət göstərməklə Baş
Arxiv idarəsinin siyahısına uyğun olaraq məhv edilməsi nəzərdə tutulmuş bəzi fond
məlumatlarının və materiallarının müəyyən edilməsini, yeni hazırlanmış məlumat və
materialların qəbulunu fondun idarəetmə strukturuna daxil olan ekspert komissiyası
vasitəsi ilə həyata keçirir.
7. Ekspert komissiyasının fond ilə bağlı fəaliyyəti Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyası tərəfindən təsdiq olunmuş Qaydalara
uyğun olaraq tənzimlənir.
[26]
II. FONDUN YARADILMASI MƏNBƏLƏRİ
1. Fondun yaradılması mənbələri aşağıdakılardır:
bu Əsasnamə qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və
Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin arxivində saxlanılan və məhv olunması
nəzərdə tutulmayan, eləcə də məhvedilmə müddəti çatmamış torpaq kadastrı
məlumatları və materialları;
bu Əsasnamə qüvvəyə mindiyi gündən sonra Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və
Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və digər icraçı təşkilatlar tərəfindən
hazırlanacaq torpaq kadastrı məlumatları və materialları;
[27]
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri və
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən hər ilin 01 yanvar
vəziyyətinə təqdim olunan torpaq kadastrı məlumatları və materialları;
[28]
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan
Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən təqdim olunan torpaq
kadastrı məlumatları və materialları;
torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təqdim olunan
məlumatlar;
digər sahə kadastrlarının məlumatları.
III. FONDDAN İSTİFADƏ VƏ ONUN MÜHAFİZƏSİ QAYDALARI
1.
Fond Azərbaycan
Respublikasının
Əmlak
Məsələləri
Dövlət
Komitəsində yaradılır.
[29]
2. Fondun məlumat və materialları müasir kompüter texnikası vasitəsilə
mərkəzləşdirilmiş qaydada sistemləşdirilir.
3. Fondun məlumat və materiallarından istifadə hüququ aşağıdakılara verilir:
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Naxçıvan Muxtar
Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə yeni torpaq
kadastrı məlumatları və materiallarının hazırlanması və digər xidməti məqsədlər
üçün;
[30]
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Naxçıvan Muxtar
Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə xidməti
istifadə üçün;
[31]
Dövlət orqanlarına və bələdiyyələrə xidməti istifadə üçün;
Vətəndaşlara və hüquqi şəxslərə onların mülkiyyətində, istifadəsində və
icarəsində olan torpaqlarla bağlı məsələlərə baxılması üçün;
4. Fondun məlumatlarından və materiallarından istifadə qaydaları aşağıdakı
ardıcıllıqla həyata keçirilir:
4.1. Fondun məlumatlarından və materiallarından istifadə etmək üçün bu
Əsasnamənin III bölməsinin 3-cü bəndində nəzərdə tutulan istifadəçilər
tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin adına
rəsmi qaydada müraciət (vətəndaşlar tərəfindən ərizə) edilir.
[32]
4.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri həmin
müraciətə 5 gün müddətində baxır, məlumat və materiallardan istifadəyə icazə
verilməsi barədə fondun rəhbərinə müvafiq tapşırıq verir.
4.3. Fondun ekspert komissiyası həmin tapşırığa uyğun olaraq, bir gün ərzində
istifadəsi tələb olunan məlumatları və materialları müəyyən edir.
4.4. Dövlət torpaq kadastrı məlumatlarından və materiallarından fondun
daxilində istifadəsinə 2 gün ərzində icazə verilir.
4.5. Dövlət torpaq kadastrı məlumatları və materiallarından surət (dublikat)
çıxarılması zərurəti yarandıqda (məxfi qrifləri olan materiallar istisna edilməklə),
həmin surət fondun rəhbəri tərəfindən sifarişçinin vəsaiti hesabına hazırlanır. Bu
məqsədlə ekspert komissiyası material və əmək sərfinin dəyərini əvvəlcədən
sifarişçiyə (dövlət tapşırıqlarını icra edən sifarişçilər istisna olmaqla) bildirir və
sifarişçi həmin məbləğdə maliyyə vəsaitini Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin müvafiq bankdakı hesablaşma hesabına ödəyir və ödəmə barədə
qəbzi fondun rəhbərinə təqdim edir.
[33]
4.6. Fondun materiallarından fondun ərazisindən kənarda istifadə müddəti
səlahiyyətli orqanlar tərəfindən icraçıya tapşırılmış işin icra müddətindən artıq ola
bilməz.
5. Dövlət torpaq kadastrı fondunun məlumatları aşağıdakı işlərdə istifadə edilir:
torpaq ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində dövlət siyasətinin
formalaşmasında və həyata keçirilməsində;
torpaqların səmərəli istifadəsinə, münbitliyinin artırılmasına, qorunmasına,
digər torpaq mühafizəsi tədbirlərinə dair kompleks dövlət proqramlarının
hazırlanmasında və yerinə yetirilməsində;
yerquruluşu layihələrinin və sxemlərinin hazırlanmasında;
şəhərsalma, meşəsalma, tikinti, meliorasiya, irriqasiya, geodeziya, topoqrafiya,
geoloji kəşfiyyat və axtarış işlərinin layihələşdirilməsində və aparılmasında;
torpaq münasibətlərinin tənzimlənməsində, torpaqların normativ qiymətlərinin
müəyyənləşdirilməsində, torpaq reyestrinin tərtibində və torpaq bazarının
formalaşdırılmasında;
torpaq vergisinin və icarə haqqının müəyyənləşdirilməsində və tətbiqində;
[34]
torpaq informasiyası sisteminin və məlumat bankının yaradılmasında və
istifadəsində;
torpaqların
istifadəsinə,
mühafizəsinə
və
torpaq
münasibətlərinin
tənzimlənməsinə dövlət nəzarətinin həyata keçirilməsində.
6. Fondda saxlanılan topoqrafiya-geodeziya, kartoqrafik, qravimetrik, aero və
kosmik planaalma materiallarının məxfiliyi bu sahədə qüvvədə olan xüsusi təlimata
uyğun olaraq təmin edilir və bu təlimatın tələbləri bütün hüquqi və fiziki şəxslər
üçün məcburidir.
7. Fondun surət (dublikat) çıxarılması icazə verilməyən materiallarından
müvəqqəti istifadəyə bu Əsasnamənin III bölməsinin 6-cı bəndində nəzərdə
tutulmuş təlimata uyğun olaraq, fondun daxilində icazə verilir.
8. Fondun məlumatları dövlət orqanlarının, bələdiyyələrin müvafiq qərar qəbul
etməsi üçün əsasdır.
[35]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Dostları ilə paylaş: |