1
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI
Fakultə : «Əmtəəşünaslıq»
Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi
B U R A X I L I Ş I Ş I
Mövzu: Xəz yarımfabrikatlarının əmtəəlik xassələrinin
ekspertizası
Işin rəhbəri: dos. X.M.Abbasova
Tələbə: Əliyev Mehman İmamverdi
Bölmə:
azərbaycan
Qrup: 310
«Təsdiq edirəm»
Kafedra müdiri :_______________ prof.Ə.P.HƏSƏNOV
B A K I 2015
2
MÜNDƏRICAT
GIRIŞ
3
BIRINCI FƏSIL. NƏZƏRI HISSƏ
1.1. Xəz yarımfabrikatlarının əmtəəlik xassələri
6
1.2. Xəz yarımfabrikatlarının keyfiyyət göstəriciləri və keyfiyyətinə
qoyulan tələblər
14
1.3. Xəz yarımfabrikatlarının istehlak xassələrini formalaşdıran
amillər
17
IKINCI FƏSIL. TƏCRÜBƏVI HISSƏ
2.1. Xəz-dəri yarımfabrikatlarının çeşidinin ekspertizası
22
2.2. Xəz-dəri yarımfabrikatlarının keyfiyyətinin ekspertizası
40
2.3. Təbii xəz məmulatlarının keyfiyytəinin ekspertizası
52
NƏTICƏ VƏ TƏKLIFLƏR
55
ƏDƏBIYYAT
58
3
GİRİŞ
Xəz məmulatlarının öz yüksək keyfiyyət göstəricilərinə görə demək olar ki,
ən qədim geyim kimi özünü cəmiyyətdə tanınmışdır. Bu gün də xəz malları özünü
yaxşı istilik saxlama xassələrinə, istismar zamanı kifayət qədər sürtünməyə qarşı
qablaşdırma, lazımı estetik xassələrə malik olduğu üçün və.s yüksək keyfiyyət
göstəricilərinə görə hələ də öz əhəmiyyətini itirməmişdir.
Müasir dövrdə xəz-dəri xammal bayasının genişləndirilməsi üçün hər cür
şərait və imkanlardan istifadə edilir.Vəhşi heyvan təssərüfatları yaradılır və həmin
təsərrüfatlarda lazımı heyvanların bir çox növləri artırılır. Məsələn, Belə vəhşi
heyvanlardan qunduz,dələ,samur,yenot və.s göstərmək olar. Hazırda xəz dəri
tədarükü ilə məşğul olan müəssisələr gündən-günə genişləndirilir.100-dən çox
növdə dəri-xəz xammalı tədarük edir. Son dövrdə xəz-dəri verən heyvandarlıq
müəssisələri 30 dəfədən çox artmışdır.Orta Asiya ”Qaragül” xəzlərinin sortunun
müxtəlifliyinə və keyfiyyətinin yararlığına görə dünyada məhşurdur. Eyni zamanda
Əfqanıstan və Cənubi Afrika kimi xəzçilik sahəsində tanınmış ölkələr irəlidə
gedir.Tədarük edilən xəz dərilər içərisində əsasları dələ andatra sünbülqıran və.s
tutur. Məhz bu baxımdan ölkəmizdə xalq istehlakı mallarının o cümlədən xəz
mallarının çeşidinin və keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzindədir.
Belə ki,ölkəmizin xəz sənayesinin inkişaf tarixinə nəzər yetirsək onun nəaliyyətləri
aydın şəkildə məlum olur. Aparılan tədqiqatlar göstərir ki, xəz yarımfabrikatları
insanların ən qədim dövrlərdən istifadə etdikləri xalq istehlakı malları olmuşdur.
Doğrudur,bunlar hamısı ilk dövrlərdə ibtidai texnikaya əsaslanmışdır.
Xəz istehsalı və xəz ticarəti Rusiyada çoxdan meydana gəlməklə Rus xalq
təsərrüfatının əsas tərkib hissəsi olmuşdur. Xəzillik Rusiyanın iqtisadi balansının
əsas tərkib hissəsini təşkil etmişdir. Bununla yanaşı hətta Rusiyada xəz istehsalı ilə
məşğul olan xüsusi rayonlar yaradılmışdır.
4
Qədim Rusiyada xəz ovu əsas istehsal müəssisəsi olmuşdur.Vəhşi xəzlik
heyvanlarının dəriləri bir növ pul işarəsi kimi qəbul olunmuşdur. Eyni zamanda
qədim Rusiyada xəz vergi kimi də qəbul olunmuşdur ki, ovçular da bunu çar
ailəsinə vergi kimi təhvil verirdilər.
Xəz yarımfabrikatları və xəz məmulatları ticarəti 1643-cü ildən
başlanılmışdır. Həmin dövrdə İrbinski şəhərində yəni Perm quberniyasında ilk dəfə
xəz üzrə yarmarka açılıb. Bu yarmarkada satılan xəzlər isə tamamilə emal
olunmamış dərilər olmuşdur. Bir qədər sonra isə Nijqorod şəhərində emal olunmuş
xəz dərilərindən ibarət II ticarət yarmarkası açılmışdır.
İnqilaba qədər xəz üzrə ovçuluq və habelə xəz ticarəti şəxsi müsadirə
növündə olmaqla bərabər ölkənin xəzlik heyvanlarının kəskin azalıb məhv
olmasına gətirib çıxarmışdır. Bütün vəhşı heyvanlar və quşlar ovu dövlət ovçuluq
fonduna daxil olundu. Bununla yanaşı qəti olaraq ov müddəti müəyyən olundu və
onların törəmələri üçün lazımı şərait yaradıldı. Xəz tədarükü dövlət və koorperativ
təşkilatlarının əlinə keçirilərək şəxsi müsadirə tamamilə ləğv edildi.
Çətin tapılan vəhşi heyvanların ovu tamamilə qadağan olundu,çoxlu sayda
heyvan qoruqları təşkil edildi. Sonralar isə yeni növlü xəzlik heyvanların
artırılması üçün(ondatda,qunduz,amerika ov samuru)lazımi tədbirlər işlənob
hazırlandı.
Ovçular arasında xəzin ilk emalı barəsində aparılan tədbirlərdən,ovçuluq
vaxtlarının düzgün müəyyən olunmasından xəz alınmasının səmərəliliyinin
yaxşılaşdırılmasından asılı olaraq alınmış xəz xammalının keyfiyyətləri xeyli
yaxşılaşdırılmışdır.
Xəz və kürk emalı sənayelərində 50 növdən çox heyvan dəriləri emal
olunur. Bu sahədə qoyunçuluqdan alınan yun xəziləri və kürkləri qaragül dəriləri
cavan qoyun dəriləri (merluşka,lyumka)habelə vəhşi heyvan dəriləri xüsusi yer
tuturlar.