1
Səid bin Əli Vahf əl-Qahtani
Kitab və sünnə işığında
DĐLĐN TÖRƏTDĐYĐ BƏLALAR
www.islamevi.az
3
Müqəddimə
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Həmd və səna Allaha məxsusdur. Ona həmd edirik,
Ondan kömək diləyirik. Nəfslərimizin şərindən və əməllərimizin
pisliklərindən Ona sığınırıq. Allahın hidayət verdiyi kəsi heç
kim hidayət yolundan azdıra bilməz. Onun hidayət yolundan
azdırdığı kəsi heç kim haqq yoluna yönəldə bilməz. Şəhadət
veirirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud
yoxdur, təkdir, şəriki yoxdur. Və şəhadət verirəm ki,
Məhəmməd Onun qulu və rəsuludur.
“
Ey iman gətirənlər! Allahdan layiqincə qorxun.
Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi)
ölün!” (Əli-Đmran, 102)
“
Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq
edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da
bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!
(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz
Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən
həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə
gözətçidir!”(ən-Nisə, 1)
“
(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər
və günahlarınızı bağışlayar. Hər kəs Allaha və
Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə)
nail olar. Biz əmanəti (Allaha itaət və ibadəti, şər’i
hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara
təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə
4
daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi.
Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır
əmanəti götürməklə özünə zülm etdi və cahilliyi
üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi)”(əl-
Əhzab, 71-72)
Həqiqətən, ən gözəl kəlam Allahın kitabı, ən xeyirli yol
Məhəmmədin (s) hidayət yoludur. Əməllərin ən şəri sonradan
edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət zəlalət,
hər bir zəlalətin axırı isə oddur.
Heç bir şübhə yoxdur ki, Allah taala insana çoxlu
nemətlər bəxş etmişdir. Müsəlman olduqdan sonra bu nemət-
lərin ən dəyərlilərindən biri dillə həyata keçirilən nitq qabiliy-
yətidir. Bu dil iki istiqamətə malik silahdır: Quran oxumaq,
yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək, məzluma kömək
etmək kimi əməllər edərək Allaha itaətdə keçirmək hər bir
müsəlmandan tələb olunan bir şeydir. Əgər belə olarsa, deməli,
Allahın bu nemətinə şükr etmiş olarsan.
Bunu şeytana itaətdə, müsəlmanları parçalamaq, yalan,
qeybət, müsəlmanların namuslarına toxunmaq, Allah və rəsulu-
nun (s) haram buyurduğu başqa işlərdə istifadə etmək hər bir
müsəlmana haram sayılır. Belə olduğu təqdirdə deməli, o,
Allahın bu böyük nemətinə nankorluq etmiş olar.
Dilin iki böyük bəlası var: birincisi, batil danışmaq, ikin-
cisi isə haqqı danışmamaqdır.
Haqqı danışmayıb onun barəsində susan adam lal şeytan
kimi təsəvvür olunur. O, Allaha asi, riyakar, yaltaq və qorxaq
olar. Batil fikirlər söyləyən isə danışan şeytandır. O, Allaha
üsyankar olar. Insanlar onun dilindən zərər çəkərlər.
Dilin törətdiyi bəlalar insana ən təhlükəli olan bəlalar-
dandır. Çünki, insan özünə biganə olub, haram yemək, zülm,
zina, oğurluq, içki, harama baxmaq və bu kimi əməllərdən
çəkinmədikcə, onun öz dilinə və dediklərinə hakim kəsiləcəyi
mümkünsüz olur. Hətta, dindar və ibadət əhli kimi tanınan
5
insanlar da hərdən dillərinə sahib ola bilməyib xoşagəlməz
ifadələr işlədirlər, bildiklərini də, bilmədiklərini də danışırlar.
Həqiqətən, güc və qüvvət Uca və Böyük olan Allaha məxsusdur.
Allah taalanın kitabından və rəsulullahın (s) sünnəsindən
bəhrələnərək, bu kitabçada Allahın izni ilə dilin fərd, cəmiyyət
və bütün Đslam ümməti üçün törətdiyi bəlaların təhlükəli olması
barəsində söhbət açacağıq. Bu mövzu üç fəsildən və bir
nəticədən ibarətdir.
Birinci fəsildə qeybət və adamlar arasında söz gəzdirmək
barəsində danışacağıq. Qeybət doqquz, adamlar arasında söz
gəzdirmək isə səkkiz hissədən ibarətdir.
Ikinci fəsildə söhbət açacığımız mövzu Allah barəsində
elmsiz danışmaqdır. Bu da Allah və Onun rəsulunun (s) adından
yalan danışmaq, ümumi yalan və yalan şahidlik başlıqları
altındakı mövzuları əhatə edir.
Üçüncü fəsildə böhtan, kin bəsləmək və ədəbsiz sözlər
danışmaq barəsində danışacağıq.
Topladığım bu məlumatları mötəbər mənbələrdən və elm
süzgəcindən keçmiş kitablardan götürmüşəm. Əlbətdə ki,
onların ən böyüyü və ən şərəflisi Qurani-Kərim və peyğəmbərin
(s) pak sünnəsidir. Təmiz olan bu iki istinad nöqtəsi elə bir
qaynaqdır ki, kim onu rəhbər tutub, azı dişləri ilə ondan yapışsa,
nicat tapar, əğur əldə edər, kim onlardan üz çevirsə, ziyana
uğrayar, zəlalətə düçar olar.
Həmçinin, qeyd olunan bütün hədislərin əsli mənbələrini
göstərməyə çalışdım. Imam Buxari və Đmam Müslimin “Səhih”
əsərlərində olmayan hədislər olduqda isə, onlar barəsində hədis
alimlərinin fikirlərini qeyd etdim.
Kitabı “Kitab və sünnə işığında dilin törətdiyi bəlalar”
adlandırdım. Bu kitabı yazıb sona çatdırmağı Allah mənə müəs-
sər etdi. Doğru nə varsa Tək və Lütfkar olan Allah tərəfindən,
xətalar isə mən və şeytandandır. Allah və rəsulu (s) isə bu
xətalardan uzaqdır.
Dostları ilə paylaş: |