INTRODUCTION TO BIO-MONITIORING
OF WATER QUALITY
SUYUN KEYFIYYƏTININ BIOLOJI MONITORINQININ
TƏQDIMATI
Guidance Document
prepared by
Jesper Ansbaek & Anatoly Pichugin
Cesper Ansbaek v
ə
Anatoli Piçuqin
tərəfindən hazırlanmış
Təlimat
İngilis dilind
ə
n t
ə
rcüm
ə
EU Project Trans-Boundary River Management Phase II for the Kura River basin
Avropa Birliyinin Transsərhəd Su İdarəçiliyi Layihəsi- Kür Çayı hövzəsi üzrə İİ faza
(TACIS/2007/134-398)
This project is funded by the European Union and implemented by
Eptisa & Grontmij-CarlBro consortium
Layihə Avropa Birliyi tərəfindən maliyələşdirilir və onu Eptisa və Qrontmij- KarlBro
consortiumu icra edir
Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza
Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı
__________________________________________________________________________________
1
SUYUN KEYFIYYƏTININ BIOLOJI
MONITORINQININ TƏQDIMATI
MÜNDƏRİCAT
Bioloji monitorinq
nə üçün lazımdır
2
Çayların bioloji monitorinqi
3
Mikrobioloji parametrlər
5
Göl və sututarların bioloji monitorinqi
5
Bioloji və kimyəvi monitorinqin əlaqələndirilməsi
6
Bioloji monitorinq və təsirlərin əlaqələndirilməsi
6
Müxtəlif növ monitorinq stansiyaları
7
Bioloji monitorinq üçün tələblər və onun xərcləri
8
Çaylarda makro-onurğasızların monitorinqinin aparılması
9
Əlavə 1: Çaylar, makroonurğasızlar. Ekoloji statusun qiymətləndirilməsi
üçün biotik ölçülər
9
QEYD:
Çirkləndirici maddələrin çaylara, göllərə, su tutarlarına, sahil və dəniz sularına
axıdılmasının iki əsas təsiri olur:
(i) onlar ekosistemlərin strukturunu və funksiyasını dəyişdirir.
(ii) onların tərkibində olan fekal bakteriyalar, viruslar və zəhərli birləşmələr insanların
sağlamlığı üçün təhlükə yaradır.
Bu sənəddə birinci təsirdən (i) bəhs olunur.
Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza
Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı
__________________________________________________________________________________
2
Bioloji monitorinq nə üçün lazımdır
1
Monitorinq termini -ənənəvi olaraq çaylar, göllər və dənizlərdə axın, suyun səviyyəsi və onun
kimyəvi tərkibinin uzun müddətli tədqiq olunması və onlar haqqında məlumatların
toplanması deməkdir.
Amma Su Çərçivə Direktivinə (SÇD) görə, su obyektlarinin təsnifati (əla, yaxşı, mülayim
çirklənmiş, çirklənmiş və pis vəziyyət) üçün tələb olunan əsas məlumatlar bioloji monitorinq
nəticəsində əldə olunur, kimyəvi və hidromorfoloji monitorinq isə köməkçi və əlavə
məlumatları təmin edir. Ona görə də “Bioloji monitorinq nə üçün lazımdır” sualına cavab belə
ola bilər ki, SÇD prinsiplərinin həyata keçirilməsində bioloji monitorinqin aparılması
həlledici bir addımdır.
“Bioloji monitorinq nə üçün lazımdır” sualına digər bir cavab isə, biomonitorinqin bizə öz
monitorinq stansiyalarımızda çayın, axarın və ya göllərin təbii yaşayış mühitinə nəzər salanda
ekosistemlərin strukturuna və funksiyasına çirklənmənin necə təsir göstərdiyiməsi haqqında
aydın təsəvvürə malik olarıqda kömək etməsidir.
Bioloji monitorinqin üstünlüyü (bu hal xüsusilə çaylardakı makroonurğasızlarla əlaqədardır)
birdə ondadır ki o çirklənmənin uzunmüddətli təsirlərini daha yaxşı əks etdirir..
Çirkləndiricinin qəza vəziyyəti vaxtı və ya qısa müddət ərzində atılması zamanı kimyəvi
monitorinqlə vəziyyət haqqında məlumat əldə etmək ehtimalı çox azdır, lakin bu cür atılmalar
bioloji müxtəlifliyə uzun müddət təsir göstərir (təsirə məruz qalan orqanizmlərin yaşama
müddətindən asılı olaraq).
Çaylarda makroonurğasız orqanizmlərin monitorinqi ekoloji vəziyyət haqqında məlumatların
əldə edilməsi baxımından kimyəvi monitorinqlə müqayisədə nisbətən ucuzdur və çox
çaylarda/stansiyalarda ekoloji vəziyyətin xülasəsini əldə etmək üçün daha münasibdir.
Bioloji monitorinq proqramına əsasən nümunə götürmə və onun nəticələri haqqında
məlumatlardan istifadə edək müxtəlif idarəetmə işləri üçün istifadə edilir. Belə ki, bioloji
monitorinq məlumatları aşağıdakı əsas göstəriciləri təmin etmək üçün imkan yaradır.:
• Su obyektlərinin ekoloji məqsədlərə uyğun olub-olmadığının müəyyənləşdirilməsi.
• Su obyektinin mövcud vəziyyətinin qeydiyyatı və zaman keçdikcə baş verən
dəyişikliklərin izlənməsi.
• Ekoloji tələblərə cavab verməyən , bərpa və ya təcili tədbirlərin həyata keçirilməsinə
ehtiyac duyulan su obyektlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi.
Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza
Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı
__________________________________________________________________________________
3
• Ekoloji təsirlərin daha yaxşı başa düşərək icazə və lisenziyaların verilməsi ilə bağlı
qərarların yaxşılaşdırılması.
• Su orqanizmlərinin
1
qorunması və bərpa olunmasında, konservasiya metodlarının ,
icazə və lisenziyaların verilməsinin nəaliyyətlərinin qiymətləndirilməsi.
Çayların bioloji monitorinqi
Bioloji keyfiyyət elementləri kimi istifadə olunacaq əsas göstərici orqanizmlər bentik
makroonurğasız orqanizmlərdir. Çayların bioloji monitorinqinin birinci mərhələsində yalnız
makroonurğasız orqanizmlərin istifadə edilməsi təklif olunur. Sonralar bentik dəniz
yosunları və makrofit bitkilər kimi digər göstəricilər də çayların bioloji monitorinqinə daxil
oluna bilər. Bu onunla bağlıdır ki, başqa göstərici qrupların metodologiyaları hazırda daha az
inkişaf etmişdir.
Şəkil 1. Göstərici orqanizmlər kimi istifadə olunan onurğasız orqanizmlərə dair
nümunələr
Bentik makroonurğasızlar şirin su təbii mühitlərinin dib substratlarında (qeyri-üzvi
çöküntülər, ağac tullantıları, taxta, makrofitlər, sapşəkilli yosunlar və s.) yaşayan
orqanizmlərdir. Onlar mikroskopsuz görünən kifayət qədər böyük orqanizmlər hesab
olunurlar, yəni onlar 0,2-0,5 mm ölçülü tora ilişib qalırlar. Bu orqanizmlər dəniz yosunları ilə
birlikdə şirin suyun keyfiyyətinin qiymətləndirilməsi üçün çox geniş şəkildə istifadə olunan
göstəricilərdir. Bununla belə, təkcə bentik makroonurğasızların tədqiqatları suyun bioloji
keyfiyyətinin qiymətləndirilməsi üçün ən geniş yayılmış vasitədir.
______________________________
Bax:
http://www.maine.gov/dep/blwq/docmonitoring/biomonitoring/why.htm
və
http://www.ni-environment.gov.uk/water/quality/rivers/river_monitor.htm
Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza
Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı
__________________________________________________________________________________
4
Ümumiyyətlə, makroonurğasızlar müxtəlif antropogen təsirləri əks etdirə bilirlər və buna görə
də axınların bütövlükdə qiymətləndirilməsinə imkan yaradırlar. Makro-onurğasızların yüksək
göstəriciyə malik olması onların ekologiyası və həyat tarixçəsi ilə bağlıdır:
Çirklənmənin növündən və səviyyəsindən asılı olaraq növlər arasında çirklənməyə qarşı
həssaslıq dərəcəsi fərqlənir və makroonurğasızlar stres yaradan faktorlara tez reaksiya
verirlər. Bu və aşağıdakı bəndlər çayda yaşayan onurğasızların çayın ekoloji keyfiyyətinin
nəyə görə əsas göstəriciləri olmasını ifadə edirlər:
• Makro-onurğasızlar su mühitində geniş yayılmışlar, onlardan nümunə götürmək
asandır və başqa qruplarla müqayisədə məs: plankton orqanizmlər onları
müəyyənləşdirmək nisbətən asandır.
• Makro-onurğasızlar nisbətən oturaq orqanizmlərdir və bu səbəbdən də, lokal
şəraitlərin nümayəndələridirlər.
• Makro-onurğasızlar zaman keçdikcə təsirləri özündə daha effektiv əks etdirən
yetərincə uzun həyat müddətinə malikdirlər (bir neçə ay və ya il).
• Makroonurğasız birliklər heterogendirlər və özündə bir neçə növü birləşdirirlər. Buna
görə də, ən azı bir növün ətraf mühitdə baş verən dəyişikliklərə reaksiya vermə
ehtimalı daha yüksəkdir.
Bioloji monitorinq proqramı su obyektində yaşayan su makroonurğasızlarının miqdarı və
növləri əsasında həmin su obyektinin necə sağlam olduğunu deyə bilir. Su obyektləri
çirklənəndə və ya onlara müdaxilə olunanda, orada yaşayan makroonurğasızların miqdarı və
növləri dəyişir. Məsələn, çirklənmiş çayda əksər hallarda birgünlük su sinəyi və yazböcəyi
kimi çirklənməyə qarşı həssas orqanizmlər olmur və əksinə orada ilbizlər və zəlilər kimi
çirklənməyə daha dözümlü orqanizmlər mövcud olur.
Makroonurğasızlardən nümunələr çayların keçilə bilən bütün dərinliklərindən çay
substratlarının bütün növlərindən, xüsusən də daş, çınqıl, bitki örtüyü, iri və narın
çöküntülərdən nümunə götürmək üçün nəzərdə tutulan 0,5 mm ölçülü torla standart metodla
götürülməlidir. Məsələn, nümunələr monitorinq sahəsində paylanmış və çaydibi substratların
müxtəlif növlərini əhatə edən 12 müxtəlif nöqtədə götürülür və toplanılmış heyvanlar bir
nümunədə cəmləşdirilir.
Yastı soxulcanlar, zəlilər, ilbizlər və mayböcəyi sürfələri kimi çoxlu heyvanlar substrata
möhkəm yapışır və ilk nümunənin tərkibində onların miqdarı adətən onların həqiqi sayı ilə
müqayisədə az olur . Buna görə də, götürülmüş ilk nümunəyə suyun dibinə dalmış daşlar və
böyük taxta tullantılarından əl ilə götürülən vahid nümunə əlavə olunur. Əl ilə toplanan
heyvanlar ilk dəfə götürülmüş nümunədən ayrı saxlanılır.
İstinad stansiyalarından az olmamaq şərti ilə, stansiyalar arasında maksimum müqayisə
aparmaq üçün nümunələrin götürülməsi vaxtı (mövsümü) müxtəlif stansiyalar üçün eyni
olmalıdır. Nümunələrin götürülməsi üçün mövsümi çay onurğasızlarının həyat müddətləri ilə
bağlı bioloji təcrübəyə və nümunə götürmə procesi çaylara asan girmək kimi praktiki
Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza
Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı
__________________________________________________________________________________
5
aspektlərə uyğun olaraq seçilməlidir. Praktika nümunələrin yayın sonunda və payızda
götürülməsinin faydalı olmasını göstərir.
Makro-onurğasızlar laboratoriyada çeşidlənir və müəyyənləşdirilir.
Növlərin siyahısına və makroonurğasızların çoxluğuna əsasən ekoloji statusun bir və ya bir
neçə müvafiq göstəricisi (biotik göstəricilər) hesablanır. Onurğasız faunanın ümumi və yekun
qiymətləndirilməsinin bioloji statusu əks etdirən bir göstərici dəyər olması mühüm əhəmiyyət
kəsb edir.
Mikrobioloji parametrlər
Kimyəvi analiz üçün götürülən su nümunəsinə paralel olaraq seçilmiş fekal bakteriyanın
monitorinqi üçün də nümunə götürülür, çünki onların baş verməsi yuxarı hissədən çirkab
suyun axıdılması nəticəsində səth sularının çirklənməsini göstərir və onlar insanların
sağlamlığı üçün təhlükə törədir.
Göllər və sututarlarının bioloji monitorinqi
Fitoplankton növlərinin əmələ gəlməsı və bolluğu göllərdə və sututarlarında üstünlük verilən
birinci dərəcəli bioloji elementdir. Fitoplanktonun monitorinqi üçün istifadə olunan
nümunələr kimyəvi parametrlərdə olan kimidir, həm də nümunənin plankton toru ilə
götürülməsi tövsiyə olunur.
Fitoplanktonun kəmiyyətcə monitorinqi üçün nümunə (məs: 100 ml) aşağıda hər metrdən bir
iki Sekki dərinliyinədək ümumi su nümunəsindən götürülür. Eyni zamanda, keyfiyyətli
nümunə plankton toru ilə, məs: 0,02 mm ölçülü torla plankton torunu təxminən iki Sekki
dərinliyindən səthə doğru bir və ya bir neçə dəfə dartmaqla götürülür. Hər iki nümunə
saxlanılır.
Nümunənin 5-25 ml-i çökdürücü kamerada çökdürüldükdən sonra nümunədə fitoplanktonun
miqdarı döndərilmiş mikroskop altında öyrənilir. Müxtəlif fitoplankton növlərinin
müəyyənləşdirilməsi və sayılması ən azı ümumi növlərin və onların nisbi bolluğunun (məs: 1-
dən 5-ə qədər miqyasda) müəyyənləşdirilməsi məqsədini daşımalıdır. Hər növün ölçülərinin
qiymətləndirilməsi əsasında ümumi növləir saymaqla və onların həcmini qiymətləndirilməklə
daha ətraflı məlumatın əldə edilməsinə nail olunur. Mikroskopla aparılan daha müfəssəl
araşdırmalar ümumi taksonomik qrup və ya növlərin hər birinin biokütləsinin hesablanmasına
imkan yaradacaq və buna görə də müxtəlif fitoplankton qruplarının kəmiyyət baxımından
daha çox təfərrüatlarının işlənib hazırlanmasının izlənməsini təmin edəcəkdir.
Plankton toru ilə götürülən keyfiyyət nümunəsi xüsusilə çox müxtəlif fitoplankton növünün
olması ilə bağlı daha müfəssəl təsəvvürün əldə olunması məqsədilə götürülür.
Fitoplankton növlərinin/ailələrinin müxtəlifliyinə əsasən bioloji keyfiyyət indeksinin işlənib
hazırlanması tövsiyə olunur. İndeksdə əsas element kimi müxtəlif taksonomik qrupların
çirklənməyə (evtrofikasiya) qarşı həssaslığı və ya dözümlü olması götürülür.
Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza
Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı
__________________________________________________________________________________
6
Qeyd olunan plankton monitorinqinin və qiymətləndirməsinin nəticələri ilə Aİ Ribekka
tədqiqat layihəsinin
2
hesabatında tanış olmaq olar.
Hesabatlarda monitorinq nəticələrinin təqdimatı üstünlük təşkil edən növlərin ritmik inkişafını
göstərən cədvəllər və ya diaqramlar, yaxud əsas fitoplankton qruplarının ümumi həcmində
inkişafını göstərən diaqramlar formasında ola bilər.
Bioloji və kimyəvi monitorinqin əlaqələndirilməsi
Bioloji monitorinqin nəticəsinin interpretasiyası tullantı sularla birlikdə atılan və su
orqanizmlərinə təsir etməsi gözlənilən əsas kimyəvi parametrlərin monitorinqi ilə
asanlaşdırılır.
Bioloji monitorinq fiziki-kimyəvi monitorinqlə tamamlanmalıdır (əsas fiziki-kimyəvi
parametrlər bütün bioloji monitorinq stansiyaları üçün monitorinq proqramına daxil
olunmalıdır)
Aşağıdakı cədvəldə yerində və laboratoriyada müşahidə olunmalı əsas fiziki və kimyəvi
parametrlər üçün təklif bioloji nümunələrlə birlikdə götürülən nümunələrə əsaslanır.
Su axını Ümumi
fosfor
Temperatur Həll olmuş, reaktiv fosfor (PO
4
-P)
Oksigen Ümumi
azot
pH Ammonium
azot
(NH
4
-N)
Bərk qarışıqlar (asılı bərk hissəciklər) Nitrat
azot
(NO
3
-N)
OKT (dixromat) və ya ÜÜK
Nitrit azot (NO
2
-N)
OBT
5
Reaktiv silisium (əsasən
sututarları/göllər)
Suyun şəffaflığı (Sekki dərinliyi) -
(əsasən sututarları/göllər)
Xlorofil (əsasən sututarları/göllər)
Bioloji monitorinq və təzyiqlərin əlaqələndirilməsi
Kimyəvi monitorinq vasitəsi ilə su obyektinə edilən təzyiqin (məs: tullantı suyun atılması) və
buunu nəticəsində su obyektində konsentrasiyanın dəyişməsinin əlaqələndirilməsi daha
asandır. Bunar misal aşağıdakı şəkildə göstərilmişdir. Göstərilən model atılma nəticəsində
çirkləndiricinin tullanılan suda məlum olan konsentrasiyasına əsasən su obyektində (su sərf
məlum olmalıdır ) həmin çirkləndiricinin konsentrasiyasının hesablanması üçün istifadə oluna
bilər.
___________________________
2
Gidər göl növlərində olan bioloji və kimyavi elementlərin arasinda ”doza-effekt asılığı”
http://www.rbm-
toolbox.net/docstore/docs/3.1713.D11.pdf
Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza
Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı
__________________________________________________________________________________
7
Çaylarda məişət tullantı suları çirkləndiricilərinin konsentrasi-
yasının qiymətləndirilməsi üçün sadə kütlə balansı modeli
Tullantı
Təsir
Q = suyun sərfi
c = çirkləndirici konsentrasiyası
Xüsusi çirkləndirici üçün c sonra
EQS/gigiyenik norma ilə müqayisə oluna
bilər
Qəbul edən
sututarı
Bioloji keyfiyyət elementləri üçün səbəb-təsir əlaqəsini müəyyənləşdirmək daha çətindir.
Aşağıdakı şəkildə kimyəvi parametrin konsentrasiyasını müəyyənləşdirmək üçün bioloji
monitorinq nəticələrinin necə istifadə oluna bilməsi göstərilir. Bu isə öz növbəsində sonradan
tullantı suyun atılması ilə müqayisə oluna bilən
Ekoloji və kimyəvi vəziyyət arasında əlaqə
Çirk
lə
nm
ə d
ər
əc
əsi
Zəif axın
Orta axın
Yaxşı axın
OBT
5
(mq/l)
Çaylarda OBT
5
və parçalanma statusa arasında əlaqələr (makro-onurğasızların
monitorinqinə əsasən)
Çirklənmə dərəcəsi (saprob göstərici) ekoloji vəziyyətə təsirə bərabərdir
Aİ-nin tədqiqat layihəsindən. REBEKKA: görülməli iş 4:
Səth sularının kimyəvi və bioloji keyfiyyəti arasında əlaqə
Monitorinq stansiyalarının müxtəlif növləri
Səth sularının keyfiyyətinin xərclər baxımından ən sərfəli yolla qorunması üçün tədbirlər
haqqında qərarların qəbul edilməsi prosesi üçün lazımi bilginin alınması məqsədilə
Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza
Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı
__________________________________________________________________________________
8
monitorinq proqramı tərtib olunmalıdır. Bu məqsədə nail olmaq üçün proqrama müxtəlif
monitorinq stansiyalarını daxil etmək olar və bu stansiyalar üçün xüsusi parametrlərin
siyahısı, nümunə götürmə tezliyi və sözügedən su obyekti
üçün ən müvafiq məlumatların
verilməsi yolları müəyyənləşdirilməlidir. Üç müxtəlif növə dair misal aşağıdakı cədvəldə
verilmişdir (“Bosniya-Hersoqovinada Səth Sularının Monitorinqi haqqında Təklif”dən, İyul
2008, Grontmij | Carl Bro A/S REC BiH və NERI ilə birlikdə).
Cədvəl: Monitorinq stansiyalarının üç növünün xarakteristikası
Monitorinq
stansiyasının
növü
Su axınının
monitorinqi
Kimyəvi
analizlər üçün
su
nümunələrinin
götürülməsi
Bioloji nümunələrin
götürülməsi və
hidromorfologiya
İllik
yerdəyişmələrin
hesablanması
İntensiv, hər il
Gündəlik Aylıq
İldə bir dəfə
(sututarlarında aylıq)
Hə
İntensiv, hər il
yox
Gündəlik Aylıq
İldə bir dəfə
(sututarlarında aylıq)
Hə
Geniş (əsasən
kiçik və orta
ölçülü çaylar)
Nümunə
götürüldüyü gün
hesablanır,
qiymətləndirilir və
ya müşahidə olunur
Birinci 3 il
ərzində bir dəfə
Birinci 3 il ərzində
bir dəfə
Yox
Bioloji monitorinq üçün tələblər və onun xərcləri
Bioloji monitorinq proqramını həyata keçirmək nisbətən sadədir. Əhəmiyyətlisi isə yüksək
səviyyədə təlim keçmiş biologiya sahəsində mütəxəssisləri (sözügedən sututarı növünün
ekologiyası ilə bağlı bilgiyə malik taksonomistlər) üçün tələb olunur. Biologiya üzrə
mütəxəssis yalnız monitorinqin bir növü ilə bağlı təcrübəyə malik olur. Məsələn, çaylardakı
makroonurğasızlar üzrə mütəxəssis göllərdən götürülən fitoplankton nümunələrini işləyib
hazırlamaq üçün taksonomik biliyə malik olmayacaq.
Bioloji nümunələrin idarə olunması üçün laboratoriya sahəsi, nümunəgötürmə avadanlıqları,
avtomobillər, nümunələrin saxlanması üçün kimyəvi maddələr, mikroskoplar, növlərin
müəyyənləşdirilməsi üçün açarlar, kompyuterlər, monitorinq nəticələrinin saxlanması və
haqqında məlumat verilməsi üçün proqram təminatı və s. tələb olunacaq. Lakin hərtərəfli
kimyəvi analiz laboratoriyası ilə müqayisədə bioloji laboratoriyanın yaradılması nisbətən
ucuz başa gəlir.
Monitorinq proqramının (bioloji, kimyəvi və hidromorfoloji (axın) monitorinq) həyata
keçirilməsi üçün nəzərdə tutulan vəsaitdə bioloji monitorinqə ayrılan xərc faizi şübhəsiz ki,
monitorinq proqramının əsaslandırılmasından asılıdır. Səth sularının Su Çərçivə Direktivinin
tələblərini əks etdirən və qərarla əlaqədar müvafiq məlumatları təmin edən monitorinq
proqramı üçün xərclər təxminən monitorinq proqramının həyata keçirilməsi üçün ümumi
xərclərin üçdə biri qədərdir.
Kür çayı hövzəsində Transsərhəd İdarəetmə, II faza
Suyun keyfiyyətinin bioloji monitorinqinin təqdimatı
__________________________________________________________________________________
9
Çaylarda makroonurğasızların monitorinqinin aparılması
SÇD metodologiyasına uyğun olaraq, Cənubi Qafqazda bioloji monitorinq aparılarkən əsas
diqqətin çaylarda makroonurğasızların monitorinqinə yönəldilməsi təklif olunur. Sonrakı
mərhələlərdə çaylarda bioloji monitorinq üçün daha çox keyfiyyət elementini və həmçinin,
göllər, sututarları, keçid və sahilyanı sularda da bioloji monitorinqin keyfiyyət elementlərini
də əlavə etmək olar.
Sözügedən regionda bioloji monitorinq sahəsində təcrübə çox məhdud olduğuna görə, 2-3
illik texniki kömək layihəsinin hazırlanması təklif olunur. Bu layihə çərçivəsində regionda
mütəxəssislər çaylarda makroonurğasızların monitorinqinə dair təlim keçirlər. Mütəxəssislərə
elə təlim keçilməlidir ki, onlar sonra təlimatçılar kimi fəaliyyət göstərə bilsinlər.
L
ayihə təlimə paralel olaraq Cənbi Qafqazda çay və diqər oxşar su obyekti növlərində
makroonurğasızlar birliyi ilə bağlı ilkin vəziyyəti öyrənmək üçün tədqiqat aparmalı, təlimatlar
və rəhbər prinsipləri və s. müəyyənləşdirməlidir.
Əlavə 1: Çaylar, Makro-onurğasızlar. Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün biotik
göstəricilər
Çayların ekoloji vəziyyətinin təsnifatı üçün makroonurğasızlara əsaslanan çoxsaylı
göstəricilərin işlənib hazırlanması və təqdim edilməsi tövsiyə olunur. Aşağıdakı üç aspekt
təsvir olunan biotik göstəricilərdən istifadə edilməsi məsləhət görülür:
1. Üzvi çirklənmə ilə stimullaşan formalar daxil olmaqla həssas və dözümlü formalar
arasında proporsiya;
2. Makro-onurğasız faunanın bolluğu və nisbi bolluğu;
3. Müxtəliflik və zənginlik.
Üç kateqoriyanın hər birində bir neçə göstərici istifadə oluna bilər. Çoxsaylı göstəricilər 0-dan
1-ə qədər dəyişən miqyasa çevrilməlidir. Burada 1 ekoloji təsirə məruz qalınmayan istinad
edilən(fon) vəziyyətə uyğun gəlir. Birinci aspekt şəhər tullantı sularının təsirlərinin
qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir.
Faydalı olması ehtimal edilən çoxlu sayda göstəricilər Aİ-nın HKEM Layihəsində təsvir
edilmiş, HKEM veb səhifəsində
3
HKEM SİSTEMİNİN TƏTBİQİ HAQQINDA
TƏLİMATDA verilmiş və Aİ-nin “Euro-Limpaks” layihəsi Avropanın şirin sularına
4
dair
müfəssəl məlumat bazasını təmin etmişdir.
Bioloji göstərici müəyyənləşdirilmiş (və müəyyən səviyyədə dəqiqləşdirilmiş) onurğasızlar
əsasında hesablanır. Monitorinqin nəticələri çoxlu müxtəlif göstəricilərin hesablanması üçün
istifadə oluna bilər. Gələcəkdə təzə göstəriciyə də keçmək və bu zaman eyni ölçmə
məlumatlarından( növlərin və ailələrin siyahısı və s.) istifadəni davam etdirməklə bu yeni
indeksə görə indeks ellementini hesablamaq olar.
_______________________________________________
3
HKEM. Avropanın Bentik Makro-onurğasızlarlı axınlarında ekoloji keyfiyyətin qiymətləndirilməsi üçün AI-in
Su Çərçivə Direktiv sistemi:
http://www.aqem.de/
4
“Euro-Limpaks”. Avropanın şirin sularına dair müfəssəl məlumat bazasını:
http://www.freshwaterecology.info/
Document Outline - Uz.pdf
- Intro_to_biomonitoring_AZ_final_06[1].04.2009
- Bioloji monitorinq nə üçün lazımdır
- Çayların bioloji monitorinqi
- Mikrobioloji parametrlər
- Göllər və sututarlarının bioloji monitorinqi
- Bioloji və kimyəvi monitorinqin əlaqələndirilməsi
- Bioloji monitorinq və təzyiqlərin əlaqələndirilməsi
- Monitorinq stansiyalarının müxtəlif növləri
- Bioloji monitorinq üçün tələblər və onun xərcləri
- Çaylarda makroonurğasızların monitorinqinin aparılması
- Əlavə 1: Çaylar, Makro-onurğasızlar. Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün biotik göstəricilər
Dostları ilə paylaş: |