Mövzu 1. Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetmə predmeti
Plan:
1. Beynəlxalq hüququn anlayışı
2.Beynəlxalq hüququn xüsusiyyətləri
3.Beynəlxalq ümumi hüquq və beynəlxalq xüsusi hüquq
4.Müasir beynəlxalq hüququn əsas cəhətləri
Ə
DƏB YYAT S YAHISI
Василенко В.А. Основы теории Международного права. Киев, 1988.
Евинтов В.И. Международное сообщество и правопорядок (анализ современных
концепций). Киев, 1990.
Мовчан
А.П. Международный правопорядок. М.., 1996.
Мюллерсон Р.А. Международное публичное и международное частное право:
соотношение и взаимодействие // Сов. Ежегодниг международного права, 1985. М..,
1986.
Тункин
Г.И. Теория международного права. М.., 1970.
Ушаков Н.А. Проблемы теории международного права. М.., 1988.
Черниченко С.В. Международноеправо. Современные теоретические проблемы. М..,
1993.
Шестаков Л.Н. Понятие международного права. // Вестник Московского
университета. Сер. 11. Право. 1997. № 6.
Franck T.M. The Power of Legitimacy Among Nations. Oxford, 1990.
Ragazzi M. The Concept of Intenational Obligations ErgaOmnes. Oxford. 1997/
Schachter O. International Law in Theory and Practice.Dordrecht, 1991.
1. Beynəlxalq hüququn anlayışı. Ümumi hüquq nəzəriyyəsindən bizə məlumdur ki, hər bir
cəmiyyətin normal fəalliyəti üçün hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv,
zəruri bir haldır, başqa sözlə desək, cəmiyyət olan yerdəhüquq da olmalıdır.Əgər dünyada olan
dövlətləri bir cəmiyyət kimi, əgər belə demək mümkünsə, dünya dövlətlərinin ailəsi kimi
təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa
obyektiv ehtiyac vardır. Bu hüquq beynəlxalq hüquq adlanır. Beynəlxalq hüquq ayrı-ayrı
dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan
hüquqi normalar sistemidir. O, məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri
hüquqi çərçivəyə salmaq üçün yaranmışdır. Beynəlxalq hüquq normaları dövlətlərarası
münasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə edir. Bu normalar vasitəsilə
dənizdən hava, məkanından bə kosmik fəzadan istifadə olunması, beynəlxalq
telekommunikasiyalar, poçt xidmətləri, mal və sərnişinlərin hava vasitəsilə daşınması və pul
köçürülməsi nizama salınır;
beynəlxalq ticarət həyata keçirilir; ətraf mühitin mühafizəsi, insan hüquqlarının beynəlxalq
müdafiəsi, cinayətkarların təhvil verilməsi və s. kimi dövlətlərin ümumi mənafeyində olan
məsələlər həll olunur. Bununla əlaqədar demək lazımdır ki, beynəlxalq hüquq diplomatiya və
xarici siyasətlə üzvi surətdə bağlıdır.
Xarici siyasətin həyata keçirilməsi və diplomatik təcrübə
beynəlxalq hüquqa uyğun olmalıdır. Digər tərəfdən, diplomatiya beynəlxalq hüquq
normalarının yaradılmasının ən mühüm vasitəsi kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, “ beynəlxalq hüquq” termini onun ifadə etdiyi anlamın təbiətini heç
də düzgün əks etdirmir. Öz mənşəyini hələ Roma hüququnda təşəkkül tapmış “jus gentium”
(“xalqların hüququ”) ifadəsindən götürdüyünə görə, bu termin dünyanın əksər dillərində də
məhz “xalqlar arasındakı hüquq” mənasında işlədilir (məsələn, ingilis dilində - international
iaw, fransız dilində - droit international, ispan dilində - derecho international, alman dilində -
Völkerrecht, türk dilində - milletlerarası hukuk, rus dilində - международное право və s. ).
Əslində isə beynəlxalq hüquq anlamı məhz dövlətlərarasıhüquq kimi başa düşülməlidir, çünki
beynəlxalq hüquq bilavəsitə xalqlar tərəfindən yaradılmır və xalq üçün deyil, mahiyyət etibarilə
dövlətlər üçün, dövlətlərarası əlaqələrin tənzimlənməsi üçündür. Doğrudur, mövcud beynəlxalq
hüquq normalarına görə, xalqlar bilavasitə beynəlxalq hüquqdan irəli gələn bəzi hüquqlara
malikdirlər, məsələn, özünümüəyyənetmə hüququ (öz müqəddaratını təyyin etmək hüququ),
inkişaf hüququ, sülh hüququ bə s. Digər tərəfdən, sonrakı mövzulardan bizə məlum olacaqdır
ki, beynəlxalq hüquq, dövlətlərin müvafiq razılaşmasından sonra, digər subyektlər üçün də,
məsələn, beynəlxalq təşkilatlar, transmilli korporasiyalar, fərdlər üçün də beynəlxalq hüquq və
vəzifələr nəzərdə tuta bilər. Bununla belə, öz təbiətinə görə, beynəlxalq hüquq dövlətlər
tərəfindən yaradılan, əsasən, dövlətlərə yönəlmiş və yerinə yetirilməsi dövlətlərin öz tərəfindən
təmin edilən hüquq sistemi olaraq qalır.
Beynəlxalq hüquqa onun təbiətini əks etdirən belə bir qısaca tərif vermək olar:
Beynəlxalq hüquq dövlətlər arasınıdakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı
razılığı əsasında yaradılan hüquqi normalar sistemidir.
2.Beynəlxalq hüququn xüsusiyyətləri. Təbii ki, obyektiv mənada hüquqa xas olan
əlamətlər beynəlxalq hüquq normaları üçün də səciyyəvidir. Ən əsası, bu normalar da müvafiq
subyeklər üçün hüquqi ümumməcburi xarakter daşıyır və onların yerinə yetirilməsi müəyyən
sanksiya ilə təmin edilir. Lakin beynəlxalq hüquq onu dövlətdaxili (milli) hüquqdan
fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyələr, hər şeydən öncə, beynəlxalq
hüququn mövcud olduğu və faliyyət göstərdiyi dövlətlərarası mühitlə və suveren, formal
baxımdan bir-birindən asılı olmayan dövlətlərin olması ilə əlaqədardır. Birincisi, fiziki və
hüquqi şəxslər və dövlət orqanları arasıdakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan
fərqli olaraq, beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq
təşkilatlar və s.) arasıda yaranan münasibətləri nizama salır. kincisi, beynəlxalq sistemdə
qanunverici orqan yoxdur. Heç bir beynəlxalq təşkilat və ya orqan, o cümlədən Birləşmiş
Millətlər Təşkilatı dövlətlər üçün hüquqi cəhətdən məcburi olan normalar yaratmaq
səlahiyyətinə malik deyildir. Beynəlxalq təşkilatların orqanlarından biri kimi fəaliyyət göstərən
parlametlər də (məsələn, Avropa ttifaqıda - Avropa parlamenti, Avropa Şurasıda – Parlament
Assambleyası və s.) milli parlamentlərə xas olan bəzi əlamətlərə malik olsalar da,
“qanunvericilik” səlahiyyətindən məhrumdurlar. Üçüncüsü, beynəlxalq sistemdə, dövlətin
Dostları ilə paylaş: |