2
MÜNDƏ
R CAT
G R Ş.............................................................................................................................3
Fəsil 1.Regional iqtisadi inteqrasiya, enerjivə tranzit potensialı
iqtisadi inkişafın mühüm amili kimi..................................................................6
1.1 Regional iqtisadi inteqrasiyanın nəzəri əsasları, formaları və vəzifələri.................6
1.2. Enerji resurslarının istifadə strategiyası, xüsusiyyətləri və formaları....................16
1.3Tranzit potensialı: Mahiyyəti və iqtisadi inkişaf amili
kimi.......................................................................................................................28
Fəsil 2 Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə ineqrasiyasında
enerji və tranzit potensialı amili......................................................................32
2.1 Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasında enerji
potensialının istifadəsi xüsusiyyətləri...................................................................32
2.2Azərbaycanın tranzit potensialı realizasiyası siyasəti və onun iqtisadi
inkişafa təsiri........................................................................................................50
Fəsil 3. Azərbaycan Respublikasının regional inteqrasiya siyasətinin
realizasiyası xüsusiyyətləri..............................................................................64
3.1 Azərbaycanın regional inteqrasiya proseslərində iştirakını şərtləndirən
amillər ..................................................................................................................64
3.2 Azərbaycanın regional iqtisadi inteqrasiya proseslərində mövqeyi.....................72
Nəticə və təkliflər.........................................................................................................85
stifadə olunmuş ədəbiyyat...........................................................................................90
G R Ş
3
Mövzunun aktuallığ
ı:Dünya ticarətinin və istehsal amillərinin beynəlxalq
hərəkətinin
inkişafının
və
genişlənməsinin
qanunauyğun
nəticəsi
kimi
qiymətləndirilən beynəlxalq və regional iqtisadi inteqrasiya fenomeni, XXI əsrin
qlobal iqtisadiyyatının formalaşdığı, müasir dünya təsərrüfat əlaqələri sisteminin həm
kəmiyyət, həm də keyfiyyətə ciddi transformasiyaya uğradığı, iqtisadi inkişafın yeni
paradiqmaya keçdiyi və dünya iqtisadi məkanında beynəlxalq hüququn tam müstəqil
subyektləri kimi keçid iqtisadiyyatlı dövlətlər qrupunun meydana gəldiyi bir şəraitdə
dünya ölkələrinin milli təsərrüfatlarının yaxınlaşmasını, tamamlanması və siyasi-
iqtisadi cəhətdən bütövləşməsini özündə ehtiva etməklə, onların müqayisəli, faktorlu,
texnoloji, rəqabət və digər üstünlüklərinin hərtərəfli reallaşması üçün real imkanlar
yaradır. Beynəlxalq iqtisadi inteqrasiya bir tərəfdən daxili iqtisadi amillərdən daha
səmərəli istifadə olunması ilə mili iqtisadiyyatların beynəlxalq əmək bölgüsündə daha
möhkəm və davamlı mövqe tutmalarına, digər tərəfdən xarici iqtisadi amilləri iqtisadi
dövriyyəyə fəal surətdə cəlb etməklə və bu amillərin dialektik vəhdətinə nail olmaqla
bütövlükdə iqtisadi prosesin - qlobal inkişafın sürətlənməsinə və nəticədə həyat
səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına şərait yaradır.
Hazırki dövrdə dünya iqtisadiyyatının inkişafında baş verən ən mühüm
proseslərdən biri qloballaşma, yaxud təsərrüfat həyatının beynəlmiləlləşməsində
keyfiyyət baxımdan yeni mərhələnin başlanmasıdır.
Milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycan üçün böyük
ə
həmiyyət kəsb edir. Müasir dövrdə bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan
Respublikası özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə EÖ-in
qabaqcıl texnologiyalarını və maliyyə imkanlarını milli iqtisadiyyata cəlb edir, onlarla
səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirir.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanın dünya dövlətləri tərəfindən
tanınması və diplomatik münasibətlərin yaradılması dünyanın bir çox ölkələri ilə
ikitərəfli iqtisadi əlaqələrin qurulmasına və ölkənin dünya iqtisadiyyatına sistemli
surətdə inteqrasiyasına geniş yol açmışdır. Bir vaxtlar Şərqlə Qərb arasında ancaq
körpü rolunu oynayan Azərbaycan bu gün mühim iqtisadi lahiyyələrin əsas faktorları