İMAM CƏFƏR SADİQ ƏLEYHİSSƏLAMIN HƏYATI
İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi
Siyasi ictimai və mədəni vəziyyət
Böyük Cəfəri məktəbi
İmam Sadiq (əleyhissəlam) məktəbinin şagirdlərindən bir nümunə
Nə üçün İmam Sadiq (əleyhissəlam) Abbasilər qiyamının başçılarının təklifini qəbul etmədi?
Zeyd ibn Əli əleyhissəlamın qiyamı
İmam Sadiq əleyhissəlamın həyatı barədə qısa məlumat
Altıncı İmamın adı Cəfər künyəsi Əbu-Abdullah ləqəbi Sadiq atası İmam Baqir (əleyhissəlam)
anası isə Ümmü-Fərvə olmuşdur.
İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə
şəhərində dünyaya gəlmiş hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir.
Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.
İmam Sadiq əleyhissəlamın müasiri olmuş xəlifələr
İmam Sadiq (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində İmamətə yetişmişdir. O Həzrətin
İmamət dövrü hicrətin yüz otuz ikinci ilində başa çatmış və bu dövr Əməvilər hakimiyyətinin
sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir.
İmam Sadiq (əleyhissəlam) adları aşağıda çəkilən Əməvi xəlifələrini müasiri olmuşdur:
Hişam ibn Əbdülməlik (105-125 h.q);
Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q);
Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q);
İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü);
Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q);
Abbasi xəlifələrindən isə aşağıdakıların müasiri olmuşdur:
Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q);
Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);
İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi
İmam Sadiq əleyhissəlamın elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ
həm şiə həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm
mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür onun elm sahəsində üstün olduğunu tərifləyirlər.
Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: “Mən Cəfər ibn Məhəmməd
əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.” O həmçinin, deyirdi: “Mənsur
(Dəvaniqi) Cəfər ibn Məhəmməd əleyhissəlamı hüzuruna çağıran zaman məni çağırıb dedi:
“Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur onu məhkum etmək üçün bir sıra çətin
məsələləri nəzərində tut.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə
olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki Cəfər ibn Məhəmməd (əleyhissəlam)
(İmam Sadiq) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki heç Mənsuru
görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona
(İmam Sadiq əleyhissəlama) tutub dedi: “Bu Əbu-Hənifədir.” O cavab verdi ki tanıyıram. Sonra
Mənsur üzünü mənə tutub dedi: “Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq
(əleyhissəlam)) ilə müzakirəyə qoy.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni
soruşurdumsa, dərhal cavab verirdi ki sizin bu məsələ barədə əqidəniz filan Mədinə əhalisinin
əqidəsi filan bizim əqidəmiz də filandır. Bəzi məsələlərdə bizimlə həmfikir olur bəzilərində
Mədinə əhalisi ilə bəzilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ
soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiq əleyhissəlama işarə
edərək dedi: “O insanların ən alimi onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah
adamdır.”
Maliki məzhəbinin banisi Malik deyirdi: “Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın
yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı ya oruc tuturdu ya da
Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim. Elm ibadət və təqvada Cəfər ibn
Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş nə bir qulaq eşitmiş nə də heç
kimin fikrinə belə gəlməmişdir.”
Şeyx Müfid yazır: “O Həzrətdən o qədər elm söylənilib ki artıq bütün müsəlmanların yanında
məşhur olmuş onun səs-sədası hər tərəfə yayılmış onun nəslindən olanların heç birindən onun
söylədiyi qədər elm söylənilməmişdir.”
İbn Həcər Heytəmi yazır: “O Həzrətdən o qədər elm söylənilmişdir ki artıq bütün müsəlmanların
yanında məşhur olmuş onun səs-sədası hər tərəfə yayılmış və fiqh və hədis aləminin böyük
rəhbərlərindən olan Yəhya ibn Səid İbn Cərih Malik Süfyan Suri Süfyan ibn Üyeynə Əbu-Hənifə
Şübə və Əyyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.
Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: “Cəfər ibn Məhəmməd
(əleyhissəlam) elə bir şəxsdir ki onun elmi bütün dünyanı əhatə etmiş deyilənlərə görə Əbu-
Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması
onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”
Seyyid Əmir Əli Bəni Üməyyənin hakimiyyəti dövründə mövcud olmuş məzhəbi firqələr və
fəlsəfi məktəblərə işarə edərək yazır: “Dini rəy və fitvalar yalnız Əhli-beyt adamlarının yanında
özünə fəlsəfi baxım almışdı. O dövrdə elmin yayılması, bəhs və təhqiqat ruhiyyəsi yaratmış və
bütün ictimai yerlərdə fəlsəfi söhbətlər əsas yer tutmuşdu. Böyük fəxrlə qeyd etməliyik ki bu